Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-135/2023 30.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi – Müdafiəçi iştirakı ilə xx.xx.2004-cü ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmn ünvanda yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 177.2.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Əhmədov X2 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, məhkumluğu ödənilməməsinə və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində icarə əsasında yaşadığı Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən binanın 5 nömrəli mənzilində Zərərçəkmiş şəxs yataq otağına qanunsuz olaraq daxil olub həmin otaqdakı saxlanc yeri hesab olunan paltar dolabındakı mücrünün içərisindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 400 (dörd yüz) manat dəyərində 750 əyarlı, 6.6 qram çəkidə yarpaq qarşlı italyan qızılından olan üzüyü, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yataq otağına qanunsuz olaraq daxil olub həmin otaqdakı saxlanc yeri hesab olunan paltar dolabındakı mücrünün içərisindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 1700 (min yeddi yüz) manat dəyərində 583 əyarlı 20 qram çəkidə, trosvari toxunuşa malik üzərində aypara kulonu olan rus qızılından olan boyunbağını, 1 ədəd 510 (beş yüz on) manat dəyərində 583 əyarlı, 6 qram çəkidə rus qızılından olan bilərziyi və 1 ədəd 600 (altı yüz) manat dəyərində brilliant qaşlı, 583 əyarlı, 6 qram çəkidə rus qızılından olan üzüyü olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 3210 (üç min iki yüz on) manat dəyərində əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində və Abşeron rayonunda törətdiyi oğurluq cinayətlərinə görə xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər Məhkəməsi tərəfindən ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Həmin müddət ərzində Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən ayağına elektron nəzarət cihazı qurraşdırılmışdır. Yaşadığı Şəki rayonu, Kiçik Dəhnə kəndində olan zaman ayağındakı elektron nəzarət cihazını qəsdən sındırmışdır. Daha sonra isə iş tapmaq üçün Mingəçevir şəhərinə gəlmiş, Mingəçevir şəhəri «Azdress» adlanan ərazidə 2023-cü ilin iyun ayının əvvəllərində broker vasitəsi ilə tapdığı Mehriban adlı qadının yaşadığı ünvanda icarə əsasında yaşamağa başlamışdır. Belə ki, Mehriban adlı qadının mənzili 3 otaqdan ibarət olmuş, aralarında olan razılığa əsasən aylıq olaraq Mehribana onun icarəyə verdiyi ayrıca otaq üçün 80 mant pul ödəməli olmuşdur. Mənzilində icarəyə yaşadığı müddətdə Mehriban özü də onunla birlikdə yaşamışdır. Ona qarşı kobud və tələbkar olması səbəbindən Mehribandan qisas almaq firkinə düşmüşdür. Mehribanın yaşadığı mənzildə yaşamasının ikinci günü Mehriban mətbəxdə yemək yeyən zaman xəbəri olmadan onun yataq otağına daxil olmuşdur. İlkin olaraq yataq otağındakı paltar dolabını açmışdır. Dolabı açan zaman paltarların üzərinə qoyulmuş mücrü görmüşdür. Mücrünü açanda içərisində qızıl-zinət və gümüş əşyaların olmasını müəyyən etmişdir. Bundan sonra həmin əşyaları oğurlayıb satmaq qərarına gəlmişdir. 07 iyun 2023-cü il tarixdə saat 14 radələrində Mehriban evdə olmayanda onun yataq otağına daxil olmuş, həmin mücrüdəki qızıl-zinət əşyalarının içərisində bir ədəd qızıl üzüyü götürərək cibinə qoymuşdur. Daha sonra cəld şəkildə mənzildən çıxıb tanışı Şahid1 zəng edərək görüşmək istədiyini bildirmişdir. Şahid1lə görüşən zaman ailə üzvlərinə məxsus bir ədəd qadın üzüyünün olduğunu bildirsə də, Şahid1 həmin üzüyün oğurluq olduğunu deməmişdir. Şəkilli şəxsiyyət vəsiqəsi olmadığından və vəsiqənin vaxtı bitdiyindən Qasımdan qızıl üzüyü onun vəsiqəsi əsasında satmaqda köməklik etməsini xahiş etdikdə o da razılaşmışdır. Birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Səkinə adlı qadının qızıl-zinət əşyaları satılan mağazasına getmişlər. Qızıl üzüyü satan zaman Səkinəyə əsgərliyə getməyi ilə bağlı yığıncaq keçirmək üçün üzüyü satmağını demişdir. Bundan sonra Səkinə qızılı qəbul etdiyindən Şahid1 şəxsiyyət vəsiqəsi ilə həmin bir ədəd qızıl üzüyü 384 manata satmışdır. Həmin pulla özünə ərzaq, siqaret, 1 dəst şalvar və 1 dəst köynək alsa da, Qasıma ərzaq və geyim əşyaları almamış, sonuncuya bircə qutu siqaret almışdır. Yerdə qalan pulu isə xərcləməyib saxlamışdır. Daha sonra isə yenidən icarə yaşadığı Mehriban adlı qadının mənzilinə qayıtmışdır. Yaranmış vəziyyətdə çox güman ki, onun yaşadığı mənzildən qızıl üzüyünün oğurlanmasını aşkar etmədiyini başa düşmüşdür. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Mehriban mətbəxdə nahar edərkən gizlin olaraq onun yataq otağına daxil olmuş və yenidən paltar dolabını açmış, paltarların üzərində olan paketi görmüşdür. Paketin içərisində olan mücrüdəki bir ədəd birilliant qaşlı qızıl üzüyü, bir ədəd qızıl bilərziyi və bir ədəd boyunbağını götürərək cəld şəkildə yataq otağından çıxmışdır. Mücrüdə gümüş əşyalar olsa da, həmin gümüş əşyaları götürməmişdir. Daha sonra qızıl-zinət əşyaları götürdükdən sonra tanışı Şahid1 zəng etmiş, təxminən 10 dəq sonra görüşdükdə Qasıma yalandan anası xəstə olduğundan ona aid qızıl-zinət əşyalarını satmağını demişdir. Qasım uşaqlıqdan anasını itirməyini, uşaq evində və nənəsinin himayəsində böyüməyini bilmədiyindən onunla razılaşmışdır. Həmin əşyaları Səkinə adlı qadına satmaq istəsə də o, oğurluq olmasından ehtiyatlanaraq əşyaları almaqdan imtina etmişdir. Bundan sonra qızıl-zinət əşyalarını Gəncə şəhərində satmaq qərarına gəlmişdir. Bu minvalla Qasımla birlikdə taksi ilə Gəncə şəhərinə yola düşmüşlər. Gəncə şəhərinə çatdıqdan sonra «Univermaq» adlanan ərazidə yerləşən tanımadığı qızıl-zinət əşyları satılan mağazada oğurladığı qızıl zinət-əşyalarını Şahid1 şəxsiyyət vəsiqəsi ilə 1350 manata satmışdır. Mağaza sahibi Qasımın şəxsiyyət vəsiqəsinin arxasına qeyd aparmağına icazə verməyəndə Qasıma yalvarıb xahiş etmişdir ki, o, şəxsiyyət vəsiqəsinin arxasında özü qeyd aparsın. Qasım da xahişinə əməl edərək vəsiqəsinin arxasında qeydlər aparmışdır. Satıcıdan 1350 manat pulu alıdıqdan sonra mağazanı tərk edərək həmin pula Gəncə şəhərində 2 ədəd «İphone 7» markalı telefon almışdır. Qasımın adına da mobil telefon alsa da, Qasım həmin mobil telefonu götürməmişdir. O da mobil telefonu Bakı şəhərində satıb pulun xərcləmişdir. Qeyd edilən gün Qasıma mobil telefon almamış, uzaq yola çıxıdığı üçün Qasıma yalnız yemək və su almışdır. Qasıma1350 manat puldan heç bir məbləğdə pul verməmiş, pulun hamısını özü təkbaşına xərcləmişdir. Bundan sonra qalan pulla təkbaşına Bakı şəhərinə getmişdir.Bakı şəhəri, Xırdalan qəsəbəsidə icarə əsasında mənzil tutmuşdur. Yerdə qalan pulu isə öz zəruri ehtiyacları üçün xərcləmişdir. Daha sonra isə hər şeyin üstü açılmışdır. Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları onu yaşadığı kənddə yaxalayıb gətirmişlər. Təqsirini boynuna alaraq ifadəsi yerində yoxlanılan zaman oğurluq etdiyi və qızıl-zinət əşyalarını satdığı ünvanları göstərmişdir. İcarəyə əsasında yaşıdığı mənzildən təkbaşına oğurluq etmişdir. Ona köməklik edən olmamışdır. Oğurladığı qızıl-zinət əşyalarını Mingəçevir şəhərində Səkinə adlı qadına digərlərini isə Gəncə şəhərində satmış, pulunu da xərcləmişdir. Ona görə qızıl-zinət əşylarını təqdim edə bilmir. Tanışı Şahid1 mənzildən qızıl-zinət əşylarını oğurlamaqda ona köməklik etməmişdir. Birinci dəfə üzük oğurlayanda Qasım oğurluq olmasını bilməmişdir. İkinci dəfə qızıl-zinət əşylarını satandan sonra ona oğurluq olmasını demişdir. O, əvvəlcə inanmasa da, sonradan qızıl-zinət əşyalarını qaytarmağı tələb etmək üçün onu axtarsa da, şəhər ərazisni tərk edərək onunla əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının hamısını oğurlamaq niyyəti əvvəlcədən yaranmışdır. Belə ki, Mehribanın yataq otağa icazəsiz olaraq daxil olub paltar dolabındakı mücrünün içərisini açıb baxanda orada qızıl-zinət və gümüş əşyalarının olmasını görmüş və onların hamısını deyil, yalnız qızılzinət əşyaların oğurlamaq qərarına gəlmişdir. Həmin qızıl-zinət əşyalarını hamısını istənilən vaxt oğurlamaq imkanı olsa da, sadəcə ilkin olaraq ev sahibəsinin xəbəri olubolmasını və həmin qızıl-zinət əşyalarını oğurladıqdan sonra sata bilib-bilməyəcəyini yoxlamaq məqsədi ilə ilkin olaraq əvvəlcə xx.xx.2023-cü il tarixdə qızıl üzüyü oğurlamış, üzüyü aparıb Mingəçevir şəhərində qızıl dükanında Səkinəyə satdıqdan sonra ev sabihəsinin bundan xəbəri tutmadığını və həmin əşyaları oğurladıqdan sonra rahatlıqda sata biləcəyinə əmin olub xx.xx.2023-cü il tarixdə yerdə qalan qızılları da yəni, qızıldan olan boyunbağını, bilərziyi və digər qızıl üzüyü oğurlayıb apararaq Gəncə şəhərində satmışdır. Gümüşlərə isə pula getmədiyindən toxunmamışdır. Mingəçevir şəhəri və ətraf Mingəçevir şəhəri və ətraf rayonların ərazisində göstərdiyi cinayətlərdən başqa cinayət hadisəsi törətməmişdir. Oğurluğu maddi vəziyyəti çətin olduğuna görə etmişdir. Halhazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı hər ay 200-250 manat olmaqla ödəməyə söz vermişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində bildirmişdir ki, 2011-ci ildən etibarən mənzilində yaşamaqla bərabər mənzili icarəyə də verir. Belə ki, əvvəllər evi tələbə qızlara icarəyə versə də, sonradan fikrindən daşınıb 2 il olar ki, evi oğlanlara icarəyə verir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yaşayan qızıgildən evə qayıtmışdır. Həmin vaxt brokerliklə məşğul olan Ələkbərlə əlaqə saxlayaraq icarədar tapmasını xahiş etmişdir. 01 iyun 2023-cü il tarixdə Ələkbər İlkin adlı şəxsi gətirib onun icarəyə ev axtarmasını bildirmişdir. Ondan İlkinin necə oğlan olmasını soruşanda tərbiyəli oğlan olmasını demişdir. Ələkbərə inanıb evin bir otağını İlkinə icarəyə verməyə razılaşmışdır. Ələkbərdən evinə əlavə 1 nəfər də icarədar tapmasını xahiş etmişdir. Həmin vaxt evin dəhlizindən solda öz yataq otağından sonrakı otağını İlkinə aylıq 80 manat müqabilində icarəyə vermişdir. Özü də onunla birlikdə mənzildə yaşamağa başlamışdır. İlkinə icarə yaşadığı müddətdə yataq otağına girməsini qadağan etmişdir. İlkin səhər çıxıb axşam evə qayıtmış, çox vaxt evə gec gəlmişdir. Onun nə işlə məşğul olması ilə maraqlananda mebel ustası olmasını, həmçinin «Fəzailin bazarı» deyilən yerin yaxınlığında işləməsini demişdir. 08 iyun 2023-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhərində yaşayan qızı Sevdagilə qonaq gedən zaman İlkin evdə yatmışdır. Axşamçağı mənzilə qayıdanda İlkin avtomobilyuma sexinə işə getməsini bildirib mənzili tərk etmişdir. Həmin gündən etibarən isə mənzilə bir daha qayıtmamışdır. O, isə heç nədən şübhələnməyərək mənzili axtarmamışdır. 12 iyun 2023-cü il tarixdə Bərdə rayonunda yaşayan qohumlarının toy şənliyinə gedən zaman qızıl-zinət əşyalarını taxmaq istədikdə qızıl-zinət əşyalarını saxladığı yataq otağındakı paltar dolabına yaxınlaşmış dolabdakı rəflərdən birində olan mücrünü açıb içərisinə baxanda 1 ədəd 1000 manat dəyərində 583 əyarlı 20 qram çəkidə, trosvari toxunuşa malik üzərində aypara kulonu olan rus qızılından olan boyunbağının, 1 ədəd 583 əyarlı, 6 qram çəkidə 300 manat dəyərində rus qızılından olan bilərziyin, 1 ədəd brilliant qaşlı, 583 əyarlı 600 manat dəyərində rus qızılından olan üzüyün və 1 ədəd 750 əyarlı, 6.6 qram çəkidə 400 manat dəyərində yarpaq qarşlı italyan qızılından olan üzüyün yerində olmadığını aşkar etmişdir. Həmin vaxt «102 xidməti»nə zəng etmişdir. Polis əməkdaşları mənzilinə gələrək hadisə yerini müayinə etdikdən sonra müvafiq protokol tərtib olunmuşdur. O da protokolla tanış olub imza edəndən sonra Bərdə rayonuna toy məclisinə getmişdir. Daha sonra axşam evə qayıdaraq İlkinin qızıl-zinət əşyalarını oğurlamasına əmin olduqlarından Mingəçevir şəhərində qonşu binalarda yaşayan əmisi Bəhmanın yaşadığı evə gedəndə o, İlkinin oğurluq üstündə əvvəllər tutulmasını və Şəkidə axtarışda olmasını demişdir. Ondan qızılları qaytarmasını tələb edəndə əmisi Bəhman İlkinin oğurluqda məşğul olduğundan polisə şikayət etməyini məsələhət görmüşdür. Səhəri gün polis şöbəsinə gələrək ərizə və izahat vermişdir. Ona məxsus mənzildən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövrdə İlkin tərəfindən oğurluq edilmişdir. Mənzildən ona aid 1 ədəd 1700 manat dəyərində 583 əyarlı 20 qram çəkidə, trosvari toxunuşa malik üzərində aypara kulonu olan rus qızılından olan boyunbağının, 1 ədəd 583 əyarlı, 6 qram çəkidə 510 manat dəyərində rus qızılından olan bilərziyin, 1 ədəd brilliant qaşlı, 583 əyarlı, 6 qram çəkidə 600 manat dəyərində rus qızılından olan üzyümün və 1 ədəd 750 əyarlı, 6.6 qram çəkidə 400 manat dəyərində yarpaq qarşlı italyan qızılından olan üzüyümün oğurlanmasını ilə ona 3210 manat məbləğində maddi ziyan vurulmuşdur. «102 xidməti»nə zəng edəndə təxminən 5000 manat desə də, ona yuxarıda qeyd etdiyim kimi 3210 manat dəyərində maddi ziyan vurulmuşdur. Mənzildən başqa nə isə oğurlanmamışdır. Oğurlanan qızıl-zinət əşyalarına dair olan məhkəmə əmtəəşünaslıq ekspertizasının "12" iyul 2023-cü il tarixli “3-16-16/2- 9/4990/2023» №-li rəyi ilə tam razıdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxslə razılığa gəlmişdir ki, təqsirləndirilən şəxs dəymiş ziyan üzrə hər ay ona 250 manat pul ödəyəcəkdir, odur ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs qonşuluqda yerləşən binada yaşayır. Onunla 2-3 il olar ki, tanışdır. Belə ki, o, Şəki rayonunun kiçik Dəhnə kəndindən olsa da, daim Mingəçevir şəhərində əmisigildə yaşamışdır. Aralarındakı münasibətlər həmişə yaxşı olmuşdur. Çox vaxt onunla kafe və çayxanaya gedərək çörək yeyib çay içmişdir. 07 iyun 2023-cü il tarixdə saat 16:00 radələrində evdə olan zaman İlkin zəng edərək görüşmək istəməsini demişdir. Onunla görüşən zaman ailə üzvlərinə məxsus olan qızıl-zinət əşyasını satmaq istəməsini, lakin, şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən bunu edə bilmədiyini demiş, ondan şəxsiyyət vəsiqəsı əsasında onda olan 1 ədəd qızıl üzüyü satmağı xahiş etmişdir. Bunu etmək istəməyəndə pula ehtiyacı olduğundan qızıl-zinət əşyasını satmalı olmasını dedikdə onunla razılaşmışdır. Səkinə adlı qadının Mingəçevir şəhərində yerləşən qızılzinət əşyaları satılan dükanına getmişlər. Orada İlkin mağazaya daxil olub Səkinə adlı qadınla söhbət aparandan sonra qızıl üzüyü ona göstərmişdir. Səkinə üzüyə baxıb şəxsiyyət vəsiqəsini istəyəndə İlkin şəxsiyyət vəsiqəsinin müddəti bitməsini deyərək onun vəsiqəsi əsasında üzüyü satmaq istəməsini bildirmişdir. İlkinlə razılaşıb şəxsiyyət vəsiqəsini Səkinəyə vermişdir. Səkinə qızıl-üzüyün oğurluq olub-olmadığını soruşanda İlkin qızıl üzüyün ailə üzvlərinə məxsus olmasını, əldə etdiyi pulla əsgərliyə getməklə bağlı yığıncaq keçirəcəyini bildirmişdir. Bundan sonra o, qızıl üzük üçün Səkinədən 384 manat pul almışdır. Həmin puldan ona hər hansı məbləğ verməmiş, özünə 1 ədəd şalvar və 1 ədəd köynək alandan sonra ona da bir qutu siqaret alıb verərək ayrılıb getmişdir. O da öz evinə getmişdir. Səhəri gün yəni, xx.xx.2023-cü il tarixdə günorta saatlarında İlkin zəng edərək yenidən görüşmək istəməsini demişdir. Onunla görüşəndə anasının xəstə olmasını, təcili əməliyyat olunmalı olmasını, bu səbəbdən müalicə etdirmək məqsədi ilə anasına aid qızıl-zinət əşyalarını satmaq istəməsini, lakin, şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən bunu edə bilmədiyini dedikdə, əvvəl tərəddüd etsə də, sonra onunla razılaşmışdır. Əvvəlcə qızıl-zinət əşyalarını aparıb yenidən Səkinəyə satmaq istəyəndə o, İlkindən qızılları almaqdan imtina etmişdir. Sonra İlkin ona Gəncə şəhərinə getməyi təklif etmişdir. İlkinlə razılaşdıqdan sonra tanımadığı taksiyə əyləşib onlarla birlikdə Gəncə şəhərinə getmişdir. Gəncəyə gedən zaman yolboyu taksidə İlkin nə isə danışmamışdır. Gəncə şəhərində «Bayraq Meydanı»nın yaxınlığında yerləşən qızıl-zinət və sair əşyaların alıq-satqısı dükanının qarşısında taksidən düşmüşlər. İlkin taksinin pulunu verəndən sonra həmin dükana daxil olmuşlar. Orada İlkin satıcıya yaxınlaşıb onunla söhbət edərək qızıl-zinət əşylarının ailə üzvlərinə aid olmasını, maddi çətinlik yarandığından satmasını, öz şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən onun şəxsiyyət vəsiqəsi əsasında qızıl-zinət əşylarını satmaq istəməsini demişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsinin kserosurətini çıxaranda arxasında qeydlər etməyimi tələb etmişdir. Əvvəlcə etiraz edəndə şəxsiyyət vəsiqəsinin sahibinin qeyd aparmalı olmasını, daha sonra İlkin də anasının müalicəsi üçün pul lazım olmasını deyib yalvardığı üçün öz xətti ilə şəxsiyyət vəsiqəsinin arxasında qızıl-zinət əşyalarının özünə aid olmasını, oğurluq olmamasını və 1350 manat pul ödənilməsini qeyd etmişdir. Satıcı İlkindən qızıl-zinət əşyalarının oğurluq olub-olmamasını bir daha soruşanda o, qızıl-zinət əşyalarının oğurluq olmadığını demişdir. Bundan sonra Mingəçevir şəhərinə qayıtmışlar. İlkin mobil telefon təklif etdikdə bundan imtina edərək pulları anasının müalicəsinə xərcləməsini tövsiyyə etmişdir. İlkin qızıl-zinət əşyalarının oğurluq olmasını ona dedikdə əvvəl onun oğurluq etməsi barədə dediklərini ciddiyə almamışdır. Sonra isə İlkin ondan xəbərsiz naməlum istiqamətə getmişdir. Aradan 2-3 gün keçmiş onun doğrudan da Mehriban adlı qadının evində icarə yaşayıb qadının qızıl-zinət əşyalarını oğurlaması və şəxsiyyət vəsiqəsi əsasında aparıb satması məlum olmuşdur. Həmin gün isə İlkin yalnız yol pulunu vermiş və uzaq yola çıxdığı üçün yemək almışdır. Lakin, 1350 manat puldan ona hər hansı məbləğ verməmişdir. Ümumiyyətlə, bütün alıqsatqıları qızıl alanlarla özü etmiş, pulları da özü almışdır. O, yalnız İlkinin xahişi ilə şəxsiyyət vəsiqəsini qızıl-zinət əşyası alanlara təqdim edib müvafiq imzalar və qeydlər aparmışdır. Belə ki, onunla münasibətləri yaxşı olduğundan inanıb ona köməklik etmişdir. Sonradan isə onun ümumiyyətlə anası olmamasını, anasını uşaq yaşlarında itirməsini və İlkinin yetimxanada böyüməsini öyrənmişdir. Lakin, mən əvvəlcədən həmin məsəlini də bilməmişdir.Törədilən cinayətdə heç bir iştirakı yoxdur. Oğruluğu İlkin tək edib İlkinə isə həmin oğurluqda köməklik etməmişdir. İlkinlə əlaqə yaradıb iradını bildirmək istəsə də, İlkinə zəng çatmamışdır. Daha sonra onun həbs olunmasını öyrənmişdir. Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsi əsasında satmış olduğu qızıl-zinət əşyalarının oğurluq yolu ilə ələ keçirməsindən əvvəlcədən məlumatı olmamışdır. İlkin həmin qızıl-zinət əşyalarının ailə üzvlərinə aid olmasını, anası xəstə olduğundan pul lazım olmasını, şəxsiyyət vəsiqəsinin isə vaxtının bitməsini dediyindən rəhmi gəlib və ona qızıl-zinət əşyalarını satmaqda köməklik etmişdir. Şəxsiyyət vəsiqəsi əsasında qızıl-zinət əşyalarının satmaq müqabilində Təqsirləndirilən şəxs hər hansı məbləğ istəməmiş, İlkin ona hər hansı məbləğ təklif etməmiş və verməmişdir. Sadəcə olaraq anasının xəstə olmasını əsas gətirib kömək istədiyindən ona qızıl-zinət əşyalarını satmaqda kömkəlik etmişdir. Qızıl-zinət əşyalarının oğurluq yolu ilə ələ keçirilməsini qızıl-zinət əşyalarını satandan sonra İlkin mobil telefon almağı təklif edəndə bilmiş, əvvəl bunu ciddi qəbul etməsə də, sonradan biləndə isə özünün də işə düşə biləcəyindən qorxub polisə məlumat verməmişdir. Həmin cinayətdə iştirakı yoxdur. İlkin həmin cinayəti ondan xəbərsiz törətmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, şahid X3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş üzrə Şahid3 Kamaləddin oğlu məhkəməyə teleqram göndərərək məhkəmə prosesində iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildimişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 iyun 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır Şübhəli şəxsin tutulması haqqında 18 iyun 2022-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:35 radələrində CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. 19 iyun 2023-cü il tarixli təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmişdir. hadisə yerinə baxış keçirilməsi haqqında 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən zaman hadisənin ünvan 2 ünvanında yerləşən binanın vətəndaş Zərərçəkmiş şəxs məxsus 5 №-li mənzilində baş verməsi müəyyən edilmiş, baxış keçirilən zaman hadisə yerində paltar dolabından 5 ədəd əl-barmaq izi aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bu barədə fotoçəkiliş aparılmaqla protokol tərtib edilmişdir. 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 könüllü olaraq təqdim etdiyi qızıl zinət əşyalarının alqı-satqısı zamanı qeydiyyat apardığı dəftərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim olunan dəftər göy üzlüklüdür. Dəftərin üzərində “Assis” sözləri yazılmışdır. Təqdim olunmuş dəftər 60 vərəqədən ibrarətdir. Dəftərin vərəqələrində qızıl-zinət əşyalarının alış və satışı ilə bağlı müxtəlif qeydlər aparılmışdır. Dəftərin 59-cu vərəqinin qarşı hissəsində “Şahid1 AA ******* seriya nömrəli vəsiqə əsasında xx.xx.2023-cü il tarixdə öz malımdı satdım, oğurluq deyil çəkisi 22.8 qram, qiyməti 1350 manat olan qeydlər və imzalar» sözləri yazılması müəyyən edildi. Həmin səhifə və Şahid1 şəxsyiyyət vəsqəsi iş üçün əhəmiyət kəsb etdiyindən kserosurətləri çıxarılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 könüllü olaraq təqdim etdiyi qızıl zinət əşyalarının alqı-satqısı zamanı qeydiyyat apardığı dəftərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim olunan dəftər qırmızı üzlüklüdür. Dəftərin üzərində “Manuscript Book” sözləri yazılmışdır. Təqdim olunmuş dəftər 79 vərəqədən ibarətdir. Dəftərin vərəqələrində qızıl-zinət əşyalarının alış və satışı ilə bağlı müxtəlif qeydlər aparılmışdır. Dəftərin 26-cı vərəqinin arxa hissəsində kiril qrafikalı azərbaycan əlibası ilə “6/6-2023 Şahid1 k/m AZ xx.xx.20** AA ***7936 seriya nömrəli etibarlılıq müddəti xx.xx.2030-cu ilə qədər olan şəxsiyyət vəsiqəsi, ***-***-**-** mobil telefon nömrəsi, Qres, Hacızadə ev 1021, 384 manata üzük (750) 5.21 ml olan qeydlər və imzalar» sözləri yazılması müəyyən edildi. Həmin səhifə iş üçün əhəmiyət kəsb etdiyindən kserosurəti çıxarılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-xx/xx-7699/2023№-li sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən binanın 5 №-li mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİNnin KTİ-nin ADİS bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 02 ədədi (d/x Abşeron RPİ və Mingəçevir ŞPŞ-dən şübhəli qismində daxil olan) xx.xx.2004-cü ildə Şəki şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta (şkafın üzərindən) və adsız (şkafın üzərindən) barmaqları ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyul 2023-cü il tarixli 3-16-16/2- 9/4990/2023 №-li rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, respublikada yerləşən ticarət şəbəkələrində, zərgərlik məlumatları satışı mağazalarında, yerli internet saytlarında mövcud olan qiymətlərdən və elecə də, Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda qeyd eldilən qızılzinət əşyalarının 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədəd 583 əyarlı 20 qram çəkidə, trosvari toxunuşa malik üzərində aypara kulonu olan rus qızılından olan boyunbağının ümumi miqdarı 20 qram,bir ədədinin qiyməti 85 manat, ümumi qiyməti 1700 manatdır, 1 ədəd 583 əyarlı, 6 qram çəkidə rus qızılından olan bilərziyin ümumi miqdarı 6 qram, bir ədədinin qiyməti 85 manat, ümumi qiyməti 510 manatdır, 1 ədəd qaşlı, 583 əyarlı, 6 qram çəkidə rus qızılından olan üzüyün miqdarı 6 qram,bir ədədinin qiyməti aydın deyil, ümumi qiyməti 0, 1 ədəd 750 əyarlı, 6.6 qram çəkidə yarpaq qarşlı italyan qızılından olan üzüyün miqdarı miqdarı 6,6 qram,bir ədədinin qiyməti aydın deyil, ümumi qiyməti 0, cəmi dəyərləri 2210 manatdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib CM-in 69.3cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, şahid ifadələri, hadisə yerinə baxış protokolu, şübhəli şəxsin ifadəsinin yerində yoxlanmasının, oğurluq yolu ilə əldə edilən qızıl-zinyət əşyalarının satılmasına dair qeydlərin əks edildiyi dəftərə baxış keçirilməsinin və çıxarışlarının götürülməsinin protokolları, qızıl-zinyət əşyalarının satılmasınına dair qeydlərdən 2 ədəd çıxarış, Təqsirləndirilən şəxs aid 2 ədəd əl-barmaq izləri, xx.xx.2023-cü il tarixli 3-13-xx/xx-7699/2023№-li sorğuya cavab məktubu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyul 2023-cü il tarixli 3-16-16/2-9/4990/2023 №-li rəyi, istintaq hərəkətlərinin nəticələrinə dair tərtib edilmiş protokollar sübut növü kimi tanınmışdır. 25 avqust 2023-cü il tarixli təqsirləndirlən şəxs yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin Məhkəmənin sorğusuna 30 noyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-20/2023 saylı 06 mart 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 18 iyun 2023-cü il tarixədək çəkilməmiş qalan hissəsi 1 il 9 ay 24 gündür. Məhkumun qeydiyyata alındığı 20 aprel 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 1 ay 28 gün çəkmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, vurulmuş ziyanlığın ödənilməsi ilə əlaqədar hər ay 250 manat məbləğində ödəniş olunmasına dair təqsirləndirilən şəxslə öz aralarında razılığa gəlmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyəri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2-ci), zərərçəkmiş şəxslə barışmasını (CM- 59.1.12) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdə davam edir və buna görə də həmin şəxsə cəza tətbiq edərkən hökmləri məcmusu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün qanuni qüvvəyə minməsinə dair göstərişdən də aydın olduğu kimi Mingəçevir şəhər Məhkəməsinin 1(051)- 20/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünün (Məhkum 20 aprel 2023-cü il tarixdə Şəki rayon İcra Probasiya Şöbəsində qeydiyyata alınmışdır) qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-20/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü üzrə məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən eyni cinayət əməlini törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Mingəçevir şəhər Məhkəməsinin 1(051)-20/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməli (CM-67.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 50 (əlli ) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli 1(051)-20/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 10 (on) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-135/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-135/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver