Məhkəmə qərarları › İş №1(051)-135/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-135/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-135/2025 31.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərarına əsasən cəzadan 03 (üç) ay 06 (altı) gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, cəza müddəti xx.xx.2025-ci il tarixdə bitmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 83-cü bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə heroinin aşağı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,244 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki gödəkcənin sağ yan cibində saxlayaraq daşımış və 05 may 2025-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Nəsimi küçəsində yerləşən 17 №-li məktəbin yaxınlığında saxlanılaraq həmin yerdə saat 18:36-dən 18:41-dək olan müddət ərizində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan gödəkcənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2025-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Qum karxanalarına gedən yolla ilə piyada hərəkət edərkən yerdə 1 ədəd siqaretin qızılı-ağ rəngli kağız bükümünü görüb yerdə götürmüşdür. Açıb baxdıqda həmin siqaretin qızılı-ağ rəngli kağız bükümünıın içərisindəkinin narkotik vasitə heroin olduğunu bilmişdir. Çünki özü də narkotik vasitələrdən istifadə edir. Tapdığı siqaretin qızılı-ağ rəngli kağız bükümünda olan narkotik vasitə heroini əynindəki gödəkcənin sağ yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri Nəsimi küçəsində yerləşən 17 №-li orta məktəbin yaxınlığı ilə piyada hərəkət edərkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onun üzərinə yoxlanış keçirəcəklərini bildirmişlər. O da üzərinə yoxlanış keçirilməsinə etiraz etməmişdir. Üzərinə yoxlanış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə yoxlanış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə yoxlanış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd mobil telefon, əynindəki gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd siqaretin qızılıağ rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə yoxlanış keçirilmişdir. Yoxlanış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar olunmuş 1 ədəd siqaretin qızılı-ağ rəngli kağız bükümü digər iştirakçıların yanında açılarkən içərisində qəhvəyi rəngli, kəskin iyli, kristallik kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və siqaretin qızılı-ağ rəngli kağız bükümü ilə birlikdə ümumi çəkisi 0,33 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin siqaretin qızılı-ağ rəngli kağız bükümü onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə yoxlanış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra o, Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir ŞPŞ-yə aparıldı və ona müdafiəçi təyin edildikdən sonra o, qanunsuz olaraq narkotik vasitə olan heroin saxladığına görə Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid2, Şahid3 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Nəsimi küçəsində yerləşən 17 №-li orta məktəbin yaxınlığı ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxsa narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onun üzərinə öz razılığı ilə yoxlanış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də üzərinə yoxlanış keçirilməsinə etiraz etməmişdir. Yoxlanış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd mobil telefon, əynindəki gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd siqaretin qızılı-ağ rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilmişdir. Yoxlanış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən aşkar olunmuş 1 ədəd siqaretin qızılı-ağ rəngli kağız bükümü digər iştirakçıların yanında açılarkən içərisində qəhvəyi rəngli, kəskin iyli, kristallik kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 (bir) ədəd siqaretin qızılı-ağ rəngli kağız bükümündə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, siqaretin qızılı-ağ rəngli kağız bükümü birlikdə ümumi çəkisi 0,33 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhərinin Qum Karxanalarına gedən yolla piyada hərəkət edərkən yerdən tapdığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Bundan sonra İsayev X2 ŞPŞ-nə aparılmış və Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə AR CM 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 da şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məzuniyyətdə olduğuna görə onun məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd büküm təqdim etmiş, içərisində narkotik vasitə-heroin olduğunu bildirmiş, narkotik vasitə-heroin tərəzidə çəkilmiş və ümumi çəkisi 0,33 qram olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon, əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd qızılı-ağ rəngli bükümə bükülmüş narkotik vasitə heroin aşkar olunması, həmçinin yoxlanış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroini xx.xx.2025-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Qum karxanalarına gedən yolla piyada hərəkət edərkən yerdən 1 ədəd qızılı-ağ rəngli kağız bükümündə yerdən tapmasını etiraf etməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/325 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” yazısı, adlar və imzalar yazılmış 01( bir ) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,244 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 926 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 368 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi aşkar edilmədiyindən o, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədən vaxt, yəni xx.xx.2025-ci il tarixdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,050 qram narkotik vasitə kütləsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,194 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16-17/2-325/2025 №-li, məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 926№-li, məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 368№-li rəyləri və istintaq hərəkətlərinin video yazısını özündə əks etdirən 2 ədəd disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 1(051)-112/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdən 02 aprel 2023-cü il tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 15 iyun 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən ilə 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1200/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 ay 6 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilən, Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2025-ci il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, İsayev X2 Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hökmün cəza hissəsi dəyişdirilmədən saxlanılmış, xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 6 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2025-ci il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,244 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki gödəkcənin sağ yan cibində saxlayaraq daşımaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,244 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki gödəkcənin sağ yan cibində saxlayaraq daşımış və 05 may 2025-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Nəsimi küçəsində yerləşən 17 №-li məktəbin yaxınlığında saxlanılaraq həmin yerdə saat 18:36-dən 18:41-dək olan müddət ərizində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan gödəkcənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs İsayev X2 Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdən 02 aprel 2023-cü il tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 6 gün vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, xx.xx.2025-ci il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 4(051)-36/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,194 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Sübut növü kimi tanınmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3- 16-16-17/2-325/2025 №-li, məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 926№-li, məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 368№-li rəyləri və istintaq hərəkətlərinin video yazısını özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 69 manat 10 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,194 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Sübut növü kimi tanınmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3- 16-16-17/2-325/2025 №-li, məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 926№-li, məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 368№-li rəyləri və istintaq hərəkətlərinin video yazısını özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69.10 manat manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar