Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-136/2021 13.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Məhəmməd qızının Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1984-cü il il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Bəydilli kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Mingəçevir şəhəri, Şəfa bağ massivi 11-ci küçədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01.06.2021-ci il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivi 11-ci küçədə yerləşən fərdi həyət evinin həyətində baldızı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərkən, sonuncuya sağ alın nahiyəsinin, sağ gözünün alt və üst qapaqlarının, almacıq nahiyəsini əhatə edən yara, alın və təpə nahiyələrində hematomalar, hər iki diz qapaqları nahiyələrində sıyrıqlar ilə nəticələnən xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun baldızıdır. O, Şahid1 ilə 2013-cü ildə ailə həyatı qurmuş, onların birgə nikahlarından 3 azyaşlı övladı var. Əvvəllər baldızı Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuş, lakin bir müddətdir ki, onun həyat yoldaşı Şahid1 ilə arasında maddi vəziyyətlərinin aşağı olması səbəbi ilə şəxsi ailə münasibətləri zəminində mübahisələri yaranmışdır. Bu mübahisələr zəminində o, həyat yoldaşı Şahid1 boşanmamışdan əvvəl aliment almaq üçün Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Buna görədə 31.05.2021-ci il tarixdə baldızı Zərərçəkmiş şəxs ilə onun arasında yaşadıqları fərdi həyət evində mülk üstündə mübahisələri olmuş, mübahisə zamanı Zərərçəkmiş şəxs ilə bir-birilərinə kobud sözlər demişlər, lakin birbirilərinə heç bir xəsarət yetirməmişlər. 01.06.2021 -ci il tarixdə saat 09 radələrində yaşadıqları evdə baldızı Zərərçəkmiş şəxs ilə ondan başqa heç kim olmadığı vaxtı o, azyaşlı övladı X2 məktəbə hazırlığa aparan zaman Zərərçəkmiş şəxs ilə onun arasında bir gün öncə baş vermiş mülk üstündə olan mübahisələri ilə bağlı olaraq, Zərərçəkmiş şəxs ondan Şahid1 boşanmamışdan əvvəl aliment almaq istəməsinin, yaşadıqları evi Məhkəmə qaydasında almaq istəməsinin səbəbini soruşan zaman, yenidən Zərərçəkmiş şəxs ilə onun arasında yaşadıqları evin həyətində mübahisə yaranmışdır. Bu mübahisə zamanı bir-birilərinə kobud sözlər demişlər, daha sonra isə baldızı Zərərçəkmiş şəxsn əlində olan dəmir boru ilə onu vurmaq istəyən zaman o, özünü müdafiə edərək baldızı Zərərçəkmiş şəxs əlində olan dəmir borunu almış və həmin dəmir boru ilə Zərərçəkmiş şəxs baş nahiyyəsinə, sağ göz nahiyyəsinə, sol qol nahiyyəsinə, sağ ayaq nahiyyəsinə və bel nahiyyəsinə bir neçə dəfə zərbə ilə vuraraq ona xəsarət yetirmişdir. Bu zaman baldızı Zərərçəkmiş şəxs isə onun paltarının sinə nahiyyəsindən tutaraq itələyib sağ qolundan tutub sıxaraq dişinə xəsarət yetirmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Məhəmməd qızı ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qardaşının arvadıdır. Təqsirləndirilən şəxs qardaşı Şahid1 ilə 2013-cü ildə rəsmi nigahla ailə həyatı qurmuşlar və onların birgə nikahlarından 3 nəfər azyaşlı övladları vardır. Onun əvvəllər gəlinləri Təqsirləndirilən şəxs ilə münasibəti normal olmuş, lakin bir müddətdir ki, Təqsirləndirilən şəxs ilə qardaşı Şahid1 arasında maddi vəziyyətlərinin aşağı olması səbəbi ilə şəxsi ailə münasibətləri zəminində mübahisələri yaranmışdır. Bu mübahisələr zəminində Təqsirləndirilən şəxs Şahid1 boşanmamışdan əvvəl aliment almaq üçün Mingəçevir şəhəri Məhkəməsinə müraciət etmişdir. Həmçinin Təqsirləndirilən şəxs Şahid1lə yaşadıqları Mingəçevir şəhəri Şəfa bağ massivi 11 -ci küçədə yerləşən fərdi həyət evini Məhkəmə qaydasında onlardan alacağını bildirmişdir. Bu səbəblərə görədə 31.05.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs ilə onun arasında yaşadıqları fərdi həyət evində mübahisələri olmuş, bu mübahisə zamanı Təqsirləndirilən şəxs ilə o bir- birilərinə kobud sözlər demişlər, lakin bir-birilərinə heç bir xəsarət yetirməmişlər. 01.06.2021-ci il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri Şəfa bağ massivi 11 -ci küçədə yerləşən fərdi həyət evində Təqsirləndirilən şəxs az yaşlı övladı X2 məktəbə hazırlığa aparan zaman Təqsirləndirilən şəxs ilə onun arasında bir gün öncə baş vermiş mübahisələri ilə bağlı olaraq o, Təqsirləndirilən şəxs Şahid1 boşanmamışdan əvvəl aliment almaq istəməsinin, yaşadıqları evi Məhkəmə qaydasında almaq istəməsinin səbəbini soruşan zaman, yenidən Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə yaranmış, bu mübahisə zamanı bir-birilərinə kobud sözlər demişlər, daha sonra isə o, əlində olan dəmir boru ilə Təqsirləndirilən şəxs vurmaq istəyən zaman, sonuncu onun əlində olan dəmir borunu alaraq həmin dəmir boru ilə onun baş nahiyyəsinə, sağ göz nahiyyəsinə, sol qol nahiyyəsinə, sağ ayaq nahiyyəsinə, bel nahiyyəsinə bir neçə dəfə zərbə ilə vuraraq ona xəsarət yetirmişdir. O isə bu zaman Təqsirləndirilən şəxs paltarının sinə nahiyyəsindən tutaraq onu itələmiş və daha sonra isə onlar aralaşmışlar. Ondan sonra o, ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Lakin hadisədən sonra o, Vüsaləni bağışlayaraq onunla barışmışdır. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 zərəçəkmiş Zərərçəkmiş şəxs Məhəmməd qızı ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan 01.06.2021-ci il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri Şəfa bağ massivi 11 -ci küçədə yerləşən fərdi həyət evidir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, 01.06.2021-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs aralarında düşən mübahisə zamanı sağ alın nahiyəsinin, sağ gözünün alt və üst qapaqlarının, almacıq nahiyəsini əhatə edən yara, alın və təpə nahiyələrində hematomalar, hər iki diz qapaqları nahiyələrində sıyrıqlar ilə nəticələnən xəsarət yetirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin 02.06.2021 -ci il tarixli, 327 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - sağ alın nahiyəsində, sağ gözünün alt və üst qapaqlarının, almacıq nahiyəsini əhatə edən yara, alın və təpə nahiyələrində hematomalar, hər iki diz qapaqları nahiyələrində sıyrıqlar - küt alətin təsirindən əmələ gəlmiş, yetirilmə müddətləri 01.06.2021 -ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İşdə olan 04.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs 01.06.2021-ci tarixdə saat 09 radələrində Mingəçevir şəhəri Şəfa bağ massivi 11 -ci küçədə yerləşən fərdi həyət evində baldızı Zərərçəkmiş şəxs qızını vuraraq onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs Məhəmməd qızı ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onunla barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı aradan qaldırdığını bildirmiş və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs Məhəmməd qızı onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinə yeni “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Məhkəmə nəzərə alır ki, Zərərçəkmiş şəxs Məhəmməd qızı ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonra barışmışdır. Bu mənada Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və işin icraatına xitam verilməsi gələcəkdə başqa neqativ halların aradan qalxmasına səbəb ola bilər. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı sadələşdirilmiş icraat materialı üzrə vəkil Müdafiəçi ibtidai araşdırmada göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 66 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi ibtidai araşdırmada göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 66 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-136/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-136/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver