Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-136/2022 11.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – X2 iştirakı ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olan, Mingəçevir şəhər A.Məmmədov küçəsi ev 4/2, mənzil 39-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 07 ay, 28 gün müddətinə azadlıqdan məhrum etməsi cəzasına məhkum edilməsinə, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 02 ay 16 gün vaxtından şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülmədiyi halda islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd gümüşü rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,606 qram olan narkotik vasitə heroini əldə edib, əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 17 may 2022-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Sənayə Parkı”nın yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 12:45 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,606 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xeyli müddətdir ki, narkotik vasitə olan heroin istifadəçisidir. Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məsuliyyətə cəlb olunaraq məhkumluğu olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində hazırda yaşadığı şəhərin A.Məmmədov küçəsi 4/2 saylı binanın yaxınlığında piyada gəzərkən yol kənarında şəffaf selofanın içərisində siqaretin gümüşü kağızına bükülmüş bükümü görüb yerdən götürmüşdür. Həmin vaxt siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisinə açıb baxan zaman rəngindən və spesfik iyindən tanıdığı narkotik vasitə olan heroinə bənzər kütlənin olmasını görmüşdür. Tapdığı siqaretin gümüşü kağızının içərisində olan narkotik vasitə olan heroin kütləsini gələcəkdə özü istifadə etməyi üçün bükümü büküb əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 12:15 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 82/24 saylı binanın arxasında yerləşən "Sənaye Parkının" yaxınlığında dayanan zaman iki nəfər polis işçisi ona yaxınlaşmış, özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini söyləyib özlərinə məxsus avtomobillə şəhər polis şöbəsinə aparmışlar.O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. O, şəhər polis şöbəsinin inzibati binasında olarkən şübhəli şəxs qismində tutulmuş və maddi vəziyyəti zəif olduğu üçün dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Vəkil Müdafiəçi növbədə olan vəkil olduğu üçün dövlət hesabına müdafiəçi təyin olunaraq ona təqdim edilmişdir. Vəkilə və cinayət prosesinin iştirakçılarına etirazı olmadığını bildirdikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O, yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 3 ədəd alışqan, sağ yan cibindən bir ədəd siqaret qutusu, bir ədəd bir manatlıq əskinaz, 2 ədəd 20 qəpiklik dəmir əskinaz və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin kütləsini bir gün əvvəl axşam saatlarında yaşadığı Mingəçevir şəhər A.Məmmədov küçəsi ev 4/2 saylı binanın yaxınlığında gəzərkən yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə kameraya çəkilmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan heroin kütləsini onun və müdafiəçisi Müdafiəçi iştirakı ilə elektron tərəzidə çəkilmiş, bükümün içərisində olan narkotik vasit- heroin kütləsinin ümumi çəkisi 0,89 (sıfır tam yüzdə səksən doqquz) qram olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə barədə polis əməkdaşları protokol tərtib etmişlər, polis əməkdaşları, o, və müdafiəçisi Müdafiəçi həmin protokolu imzalamışlar. Sonra isə həmin büküm boş zərfə qoyularaq qablaşdırılmış, daha sonra 76 nömrəli möhürlə mühürlənmiş və o özü də həmin zərfin üzərini imzalamışdır. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində hazırda yaşadığı şəhərin A.Məmmədov küçəsi 4/2 saylı binanın yaxınlığında piyada gəzərkən yol kənarında şəffaf selofanın içərisində siqaretin gümüşü kağızına bükülmüş bükümü görüb yerdən götürmüş, həmin vaxt siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisinə açıb baxan zaman rəngindən və spesfik iyindən tanıdığı narkotik vasitə olan heroin olmasını görmüş, tapdığı siqaretin gümüşü kağızının içərisində olan narkotik vasitə olan heroinə bənzər kütləni gələcəkdə özü istifadə etməyi üçün əynindəki qara rəngli cins şalvarın sag yan cibinə qoyaraq üzərində daşıyaraq saxlamış, həmin kütləni kimsədən satın almamışdır, özünün də satmaq məqsədi olmamışdır. Şahid1 Radim oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət edir. 17 may 2022-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəfilərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri H.Əliyev prospektində “Sənayə Parkı”nın yaxınlığında tərəfilərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı barədə barəsində polis şöbəsində məlumat olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması izah olunaraq polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil Müdafiəçi dəvət olunmuş və dövlət hesabına müdafiəçisi təyin olunmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında vəkil Müdafiəçi da iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs təklif olunub ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümün içərisinə baxdıqda bükümün içərisindəki kütlə narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı həmin kütlənin haradan əldə etməsi Təqsirləndirilən şəxs soruşulmuş, Təqsirləndirilən şəxs isə bildirib ki, üzərindən aşkar olunmuş həmin kütlənin narkotik vasitə heroindir, bir gün əvvəl Mingəçevir şəhər A.Məmmədov küçəsində yol kənarından taparaq əldə etmiş və satış məqsədi olmadan özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımışdır. Daha sonra həmin bükümün içərisində olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün boş zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmin zərfi Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi da imzalamışlar. Daha sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və digər iştirakçılarla birlikdə o, da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən xüsusastları təsdiq etmişlər. İş üzrə tərtib edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 may 2022-ci il tarixli 17/410 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri yazılmış zərfin içərisindəki, 01 (bir ) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi – 0,606 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə tərtib edilmiş edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 853 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 0,606 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVDdiskə tərəfimdən baxış keçirilmişdir. DVD-ə diskə tərəfimdən baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində narkotik vasitə heroin olan büküm aşkar edilərək götürülməsi, soğru zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olmasını və taparaq əldə etməsini özü istifadə məqsədilə üzərində saxlayaraq daşımasını bildirməsi müəyyən olunmuşdur. İşdə olan DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 07 ay, 28 gün müddətinə azadlıqdan məhrum etməsi cəzasına məhkum edilməsinə, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 02 ay 16 gün vaxtından şərti azad olunmuş, lakin məhkumluğu ödənilməmiş və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməmiş şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Mingəçevir şəhər Mənzil Təsərrefatı və Abadlaşdırma İdarəsi 7 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir rəsmi şikayət daxil olmamışdır. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 07 ay, 28 gün müddətinə azadlıqdan məhrum etməsi cəzasına məhkum edilməsinə, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 02 ay 16 gün vaxtından şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülmədiyi halda islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd gümüşü rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,606 qram olan narkotik vasitə heroini əldə edib, əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 17 may 2022-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Sənayə Parkı”nın yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 12:45 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,606 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs örətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-18/2020 saylı, 15 may 2020-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək 1 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Yusif Məmmədov əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. İşə əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşə əlavə olunmuş qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Yusif Məmmədova təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı 11 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə məcburi mülaicə təyin edilməli, yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,556 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 102,12 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdən 19 may 2022-ci tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzrətinə altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalında dərhal həbs edilsin. Basrəsində seçilmiş həbsqətimakn tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 11 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə məcburi mülaicə təyin edilsin, yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,556 qram narkotik vasitə heroin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 102,12 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-136/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-136/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver