Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-136/2024 22.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi Xüsusi X2 və X5 nümayəndəsi və vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs X7, onun vəkili Müdafiəçi2 iştirakı ilə X11 xx.xx.1960-cı ildə Yevlax rayon Gülövşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında icraat materiallarına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xüsusi ittihamçılar X10 və X8 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək, X7 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nalayiq formada qəsdən alçaldan, nüfuzdan salan, ağı cinayətdə ittiham edən məlumatlar yaydığını və bununla da Cinayət Məcəlləsinin 147.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyini bildirmişdir. Məhkəmə iclasında xüsusi ittihamçılar X10 və X5 nümayəndəsi və vəkili Müdafiəçi1 ifadəsində bildirdi ki, xüsusi ittihamçılar X10 və X3 RQİ və TB şöbəsində işləyirlər. X7 haqsız və qanunsuz cinayətdə ittiham, böhtanlarına məruz qalmışlar. Bu haqsızlığın və qeyri qanuni hərəkətlərin qarşısının alınması, ədalətin öz yerini tapması, bu cür böhtan xarakterli hərəkətlərin son tapması və bu böhtanların ictimai media orqanlarında qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq xasusi ittiham qaydasında şikayət verilməsi məcburiyyətində qalmışlar. Belə ki, əvvəllər polis əməkdaşı olmuş və Yol Patrul Xidmətində çalışmış X11 müxtəlif vaxtlarda internet resurslarında olan sosial şəbəkələrdə öz profili üzərindən paylaşım edərək X10 və X5 barəsində həqiqəti əks etdirməyən, yalan və cinayət törətməkdə böhtan ataraq çoxsaylı sosial şəbəkə istifadəçilərinin izləməsinə səbəb olmuşdur. Onların heç bir təqsiri olmamasına baxmayaraq X11 qərəzli olaraq sosial şəbəkələrdə çoxsaylı izləyicilərə çatmasını istəyərək həqiqəti əks etdirməyən böhtanlar yaymağa davam edir. X1 şikayət üzrə Yevlax Rayon Prokurorluğunda araşdırma aparılmış və 29 iyul 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd olnması qərara alınmışdır. Belə olan halda Azər Hüseynovun dediklərinin yalan və böhtan olması öz əksini tapsa da o, qərəzli olaraq sosial şəbəkələrdə X10 və X5 ondan, onun yaxın qohumlarından rüşvət almaqlarını, soyğunçu olduqlarını və vəzifə səlahiyyətlərini aşmaqla bağlı cinayətlərdə təqsirləndirməklə bu barədə sosial şəbəkələrdə paylaşımlar etmişdir. Bundan əlavə X11 xüsusi ittihamçılar X10 və X6 Cinayət Məcəlləsinin 311-ci maddəsində (rüşvət alma), 308- 309-cu maddələrində (vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma) və 180.2-ci maddəsi (soyğunçuluq) ittiham edir. Qeyd edilməlidir ki, sözügedən maddələr özü-özlüyündə çox ciddi maddələr olmaqla cəmiyyətdə mənfi xarakterizə olunacaq bir böhtandır. Ən əsası X7 onları ittiham etdiyi cinayətlər cinayətlərin təsnifatına görə ağır cinayət sayılır ki, bu da Azər Hüseynovun əməlində Cinayət Məcəlləsinin 147.2ci maddəsinin olmasına əsas verir. X7 yalan olduğunu bilə-bilə xüsusi ittihamçılar X10 və X5 şərəf və ləyaqətini ləkələyən, nalayiq formada qəsdən alçaldan, nüfuzdan salan, ağır cinayətdə ittiham edən məlumatlar yaymışdır. Ona görə də xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişlər. X4 əməlindən peşiman olmuşdur, barışmışlar. A.Hüseynovdan heç bir şikayəti və tələbləri yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edirlər. Təqsirləndirilən şəxs X11 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X10 və X8 barəsində sosial şəbəkələrdə paylaşımlar etmişdir. Belə ki, o uzun illər Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətində çalışmışdır. 2024-cü ilin iyun ayında Yevlax RQİ və TB şöbəsində olmsuşdur. Köhnə polis əməkdaşı kimi özünə qarşı lazımi diqqət görməmişdir. Bu isə onu həddindən artıq əsəbləşdirmişdir. Eyni zamanda da o şəkər xəstəsi olduğu üçün əsəblərini cilovlaya bilməmiş və orada olan əməkdaşlarla mübahisə yaratmışdır. Bundan sonra o əsəbi halda evə gəlmiş və Yevlax RQİ və TB şöbəsinin əməkdaşları olan X10 və X5 barəsində sosial şəbəkələrdə müxtəlif fikirlər söyləmişdir. Bildirir ki, onun yaydığı həmin məlumatlar həqiqəti əks etdirmir. Hazırda səhvini başa düşür və söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən peşimandır. Hazırda xüsusi ittihamçılar X10 və X8 ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Xüsusi ittihamçılar X10 və X5 nümayəndəsi və vəkili Müdafiəçi1 məhkəməyə ərizə verərək X11 ilə barışdıqlarını, verilən şikayətdən imtina olunmasını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.9-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlamış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən Məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsçinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə xüsusi ittihamçının və təqsirləndirilən şəxsin ərizələrini, onların barışmalarını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 321.2.1, 384.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar apelyasiya şikayəti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-136/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-136/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver