Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-136/2025 11.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs müdafiəçisi– Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü kimi fəaliyyət göstərən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ünvan 3 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) ilə onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqavilə və MMC-nin eyni tarixli 310.1/K nömrəli əmri ilə satış departamentinin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 13 oktyabr 2009-cu il tarixdən 02 may 2011-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir şəhəri, Gəncə şosesi 16 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə təhvil verilməsi üçün qaimə-fakturalara əsasən 96.124,28 manat və ticarət nöqtələrində qalmış 59.109,25 manat dəyərində malları qəbul etmiş, həmin malların satışından əldə etdiyi 104.173,69 manat məbləğində pulu cəmiyyətin kassasına ödəmiş, qəbul etdiyi mallardan uçot üzrə öhdəliyində 46.594,22 manat dəyərində mallar digər ticarət obyektlərində, 41.049,07 manat dəyərində mallar isə anbar üzrə faktiki qalıq qalmış, təhvil-təslim zamanı 4285,32 manat dəyərində mallar cəmiyyətin anbarına qaytarılmış, 180,30 manat dəyərində mallar satış üçün digər müştərilərə verilmiş və qəbul edərək öhdəliyində olan 7208,32 manat dəyərində malları müştərilərə təhvil verməyərək, eyni zamanda ticarət nöqtələrində malların satışından əldə etdiyi 5.545,15 manat pul vəsatini cəmiyyətin kassasına ödəməyərək, ona etibar edilmiş ümumilikdə 12.753,47 manat məbləğində özgə əmlakını mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda ziyan vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 2008 və yaxud 2009-cu illərdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin müvafiq hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 133-cü maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Bakı Apelyasiya Məhkəməsi tərəfindən ona təyin edilən cəza 6 ay müddətinə endirilmişdir. O cəzasını tam çəkdikdən sonra azadlığa buraxılmışdır. 13 aprel 2009-cu il tarixdə o, Zərərçəkmiş şəxs MMC-nin satış departamentinin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi vəzifəsinə qəbul olunmuş, həmin tarixdə onunla əmək müqaviləsi, habelə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, müqavilələrin hər ikisində ad və soyadının qarşısında olan imzaları özü çəkmişdir. İşə qəbul edilərkən o vəzifə təlimatı ilə tanış edilmişdir. Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir satış şöbəsində satış təmsilçisi vəzifəsində işlədiyi dövrdə o xidmət göstərməklə Gəncə şəhər, Tovuz, Qazax və Ağstafa rayonlarında fəaliyyət göstərən şirkətə məxsus müxtəlif çeşiddə şirniyyat məmulatlarının satışından əldə edilmiş pulları cəmiyyətin kassasına mədaxil etmişdir. Xidmət göstərdiyi müştərilərin sayı təxminən 50-60 nəfər olmuşdur. Cəmiyyətdə hər bir satış təmsilçisinə adlarına kodlaşdırılmış terminal xüsusi vasitəsi verilmiş, o müştərilərdən aldığı sifarişləri terminal vasitəsi ilə cəmiyyətin anbarına ötürmüş, bundan sonra məhsullar cəmiyyətin anbarından avtomobillər vasitəsi ilə ticarət obyektlərinə aparılıb təhvil verilmiş, müştərilər məhsulları təhvil almaları ilə əlaqədar tərtib edilmiş qaimələri imzalamışlar. Bundan sonra o vaxtaşırı olaraq satışdan əldə edilmiş pulları xidmət göstərdiyi ticarət obyektlərindən vaxtında toplayıb cəmiyyətin kassasına mədaxil etmiş, buna dair iki nüsxədən ibarət kassa mədaxil orderi tərtib edilmiş, həmin sənədin bir nüsxəsi onda, digər nüsxəsi isə xəzinədarda qalmaqla göstərilən hər iki sənədin nüsxəsi onlar tərəfindən imzalanmışdır. Ekspeditorlar tərəfindən satış nöqtələrinə paylanılan müxtəlif növ şirniyyat məhsullarının satış miqdarının 1,8 faizi məbləğində əmək haqqı almış, lakin heç bir səbəb olmadan 2011-ci ilin aprel ayında cəmiyyətin Mingəçevir satış şöbəsinin rəhbərliyi tərəfindən ona təhkim edilən müştərilərin sifariş verdikləri şirniyyat məhsullarının satışı ondan alınaraq yerinə satılmayan karamellər verilməyə başlanmışdır. Bu səbəbdən rəhbərliklə aralarında yaranmış narazılığa görə o, xx.xx.2011-ci il tarixdə ərizə yazıb işdən çıxmış, işdən çıxarılarkən şirkətə məxsus olmaqla alınması üçün yarı miqdarda pul verdiyi “Opel Astra” markalı, qeydiyyat nömrəli avtomobil ondan alınmışdır. O, 2011-ci ilin sonlarından 2018-ci ilə kimi olan müddətdə hər il işləmək məqsədi ilə Rusiya Federasiyasına gediş-gəlişmiş, sonuncu dəfə 2018-ci ilin mart ayında Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Həmin il xarici pasportunu yeniləmək üçün “Asan Xidmət” Mərkəzinə müraciət etmiş, lakin müraciəti üzrə ona imtina cavabı verilmiş, səbəb kimi Zərərçəkmiş şəxs MMC-nin şikayəti əsasında barəsində başlanmış cinayət işinin olması göstərilmişdir. O qeyd edilən məsələni dəqiqləşdirmək üçün həmin vaxt Zərərçəkmiş şəxs MMC-nin baş ofisinə getmiş, həmin cəmiyyətin hazırda adını, soyadını və ata adını bilmədiyi işçisi Mingəçevir satış şöbəsində satış təmsilçisi kimi işlədiyi müddətdə aparılan yoxlama ilə əlaqədar öhdəsində 7300 manat məbləğində çatışmazlıq aşkar edildiyini, həmin məsələ ilə əlaqədar xitam olunmamış cinayət işi olduğunu, qeyd edilən məbləği ödəyəcəyi təqdirdə məsuliyyətdən azad oluna biləcəyini söyləmişdir. O isə aparılan yoxlama barədə heç bir məlumatının olmadığını qeyd edərək işlədiyi dövrdə satış təmsilçisi kimi öhdəsində çatışmazlığın olması ilə bağlı iştirakı ilə əlaqədar yenidən yoxlama aparılmasını tələb etmişdir. O, 2018-ci ildə Rusiyadan Azərbaycana qayıdandan sonra bir daha həmin ölkəyə getməmiş və Bakı şəhərində yaşayıb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Barəsində cinayət işinin istintaq olunması və axtarış elan edilməsi barədə hər hansı məlumatı olmamışdır. 22 aprel 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində olarkən Nizami RPİ-nin əməkdaşları özlərini ona təqdim edərək barəsində axtarış elan edilməsi haqqında qərarın olduğunu bildirib onu Bakı şəhəri Nizami rayon prokurorluğuna gətirmişlər. Prokurorluqda olarkən Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan cinayət işi üzrə barəsində axtarış elan olunduğunu öyrənmişdir. Ona təqdim edilmiş xx.xx.2011-ci il tarixli aktlarla razı deyildir. Çünki yoxlama aparılarkən bu barədə ona heç bir məlumat verilməmiş və o, yoxlamada iştirak etməmişdir. Ola bilsin ki, yoxlama zamanı satış təmsilçisi işlədiyi dövrdə onun öhdəliyində çatışmazlıq aşkar edilmiş, ancaq həmin çatışmazlığın 12753.47 manat məbləğində olması ilə razı deyildir. Lakin aradan on dörd il keçdiyinə görə öhdəsində hansı səbəbdən və nə qədər çatışmazlıq yarandığını dəqiq xatırlamır. Odur ki, şirkət tərəfindən onun iştirakı ilə yenidən yoxlama aparılsa, o, öhdəsində dəqiq hansı məbləğdə çatışmazlıq olduğunu və bunun hansı səbəbdən yarandığını izah edə bilər. Ona təqdim edilmiş təhvil-təslim aktlarında “Təqsirləndirilən şəxs” qrafalarının qarşısındakı imzalar, üzləşmə aktlarında Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir satış şöbəsinin satış təmsilçisi “Təqsirləndirilən şəxs” qrafalarının qarşısındakı imzalar, kassa mədaxil orderlərində “Sadiq” qrafasının qarşısındakı imzalar ona, yəni özünə məxsusdur. Ona təqdim edilən audit aktı və məhkəmə- mühasibatlıq ekspertizasının rəyləri ilə tanış olmuş, həmin ekspert rəyində Zərərçəkmiş şəxs MMC- nin Mingəçevir satış şöbəsində satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə 96.124 manat 28 qəpik dəyərində, ona təhkim edilmiş ticarət nöqtələrindən isə 59.109 manat 25 qəpik dəyərində qida mallarını öhdəliyinə qəbul etməsi, malların satışından əldə etdiyi 104.173 manat 69 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəməsi, 4285 manat 32 qəpik dəyərində malları cəmiyyətə qaytarması, faktiki müştərilərdə 180,30 manat dəyərində olan mallar digər satış nöqtələrinə verildiyi üçün hesabından azaldılması, 7208,32 manat dəyərində məhsulları anbardan təhvil almasına baxmayaraq həmin məbləğdə malları müştərilərə təhvil verməməsi, 02 iyul 2011- ci il tarixə öhdəsində 53.802 manat 54 manat dəyərində məhsullar qalmalı olduğu halda faktiki olaraq hesabında olan mal qalığı 41.049 manat 07 qəpik olması, ümumilikdə öhdəsində 12.753 manat 47 qəpik məbləğində çatışmazlığın olması qeyd edilmişdir. Ekspert rəyində yazılmış çatışmazlığın məbləği ilə razı deyildir. Ola bilsin satış təmsilçisi işlədiyi dövrdə öhdəsində çatışmazlıq yaranmış, lakin aradan on dörd il keçdiyinə görə həmin çatışmazlığın necə, hansı şəraitdə yaranması və məbləği barədə dəqiq bir söz deyə bilməz. Çünki o, cəmiyyət tərəfindən keçirilmiş ilkin daxili yoxlama və sərbəst auditor yoxlamasına cəlb edilmədiyindən və bu barədə ona məlumat verilmədiyindən satış təmsilçisi işlədiyi dövrdə öhdəsində olan çatışmazlığın hansı səbəbdən yaranması barədə dəqiq bir söz deyə bilməz. O, Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi vəzifəsində işlədiyi dövrdə ona təhkim edilmiş satış nöqtələrinə gediş- gəliş etməkdən ötrü həmin vaxt özünə qeydiyyat nömrəsini xatırlamadığı “Opel Vektra” markalı avtomobil almışdır. Aralarında olan şifahi razılığa əsasən avtomobilin alınması üçün şirkət tərəfindən ona 4000 ABŞ dolları borc pul verilmiş, bunun müqabilində avtomobil şirkətin adına rəsmiləşdirilməklə sürmək üçün ona etibarnamə verilmişdir. Həmin pulun üzərini düzəldib avtomobil almış, həmin avtomobildən ona təhkim edilən satış nöqtələrinə gediş-gəliş etmək məqsədi ilə istifadə etmişdir. Beləliklə, şirkətdən borc aldığı həmin məbləğdə pulu tam olaraq ödəmişdir. O, işdən çıxandan sonra razılığı ilə həmin avtomobili şirkətə təhvil vermişdir. Düşünür ki, işdən çıxdıqdan sonra həmin avtomobil satılaraq öhdəsində çatışmazlıq kimi göstərilən ziyanın müəyyən hissəsinin ödənilməsinə sərf edilmişdir. Ona təhkim olunmuş terminal xüsusi cihaz vasitəsi ilə müştərilərin sifarişinə əsasən məhsulları cəmiyyətin satış departamentinin Mingəçevir bölgə satış şöbəsinin Mingəçevir şəhəri, Gəncə şosesi 16 ünvanında yerləşən anbarına sifariş vermiş və məhsullar həmin anbardan şirkətin avtomobilləri ilə satış nöqtələrinə aparılmışdır. Təqsirləndirilən şəxs sonuncu məhkəmə iclası zamanı dəymiş ziyanı qismən qəbul etdi və cinayət hadisəsi ilə bağlı özünü qismən təqsirli hesab etdi və ifadəsində göstərdi ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Odur ki, məhkəmədən ittihamın həcminin azaldılması və onun barəsində başlanmış cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs fəaliyyəti xarici ölkələrdən alınmış müxtəlif növ hazır qida və qeyri-qida məhsullarının ölkə ərazisində satışını aparmaqdan ibarətdir. MMC-nin Salyan və Mingəçevir rayonlarının ərazisində bölgə satış şöbəsi və anbarı vardır. Məhsullar ticarət obyektlərinə maddi məsul şəxslər, yəni sürücü-ekspeditorlar və ya satış təmsilçiləri vasitəsi ilə çatdırılır. O, Təqsirləndirilən şəxs adlı şəxsi heç vaxt görməmiş və onunla heç bir əlaqəsi olmamışdır. O Zərərçəkmiş şəxs MMC-də aparıcı hüquqşünas vəzifəsində işləməyə başladıqdan sonra öyrənib bilmişdir ki, Təqsirləndirilən şəxs 13 aprel 2009-cu ildən 02 iyul 2011-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir satış bölgəsində satış təmsilçisi vəzifəsində işləmiş, işə qəbul edilərkən onunla əmək və tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs ona etibar edilərək tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımış, daha sonra yaranmış zərurətlə əlaqədar Təqsirləndirilən şəxs satış təmsilçisi işlədiyi xx.xx.2010-cu il tarixdən 02 iyul 2011-ci il tarixədək olan dövr üçün fəaliyyətinin daxili təftişi aparılmış, yoxlama nəticəsində onun öhdəsində 12753,47 manat çatışmazlıq aşkar edilmiş, Təqsirləndirilən şəxsla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş, həmin çatışmazlığın düzgün olub-olmamasını yoxlamaq məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Şahid5 tərəfindən audit yoxlaması keçirilmiş, bu barədə 15 noyabr 2013-cü il tarixli audit aktı tərtib edilmiş, audit zamanı Təqsirləndirilən şəxs öhdəliyində 12753,47 manat məbləğində çatışmazlığın olması tam təsdiqini tapmışdır. Qeyd edir ki, Təqsirləndirilən şəxs cəmiyyətə vurduğu 12753,47 manat pul məbləğinin 5091 manat 93 qəpiyini 2011-ci ildə ödəmiş, onun xx.xx.2025-ci il tarixə şirkətə 7961 manat 53 qəpik ödənilməmiş pulu qalmışdır. Cinayət işinin materiallarında olan sənədlər, o cümlədən sərbəst auditor rəyi və məhkəməmühasibatlıq ekspertizasının rəyləri ilə tanış olmuş, həmin rəydə qeyd edilən 7208,32 manat məbləğ deyəndə satış təmsilçisi Təqsirləndirilən şəxs MMC-nin Mingəçevir bölgə satış şöbəsinin anbarından təhvil götürərək müştərilərə vermədiyi məhsul, sair əməliyyatlar üzrə məxaric olan 180,30 manat isə Təqsirləndirilən şəxs anbardan təhvil götürməklə öhdəliyində qalan və yoxlama zamanı satış üçün digər müştərilərə verilmiş məhsullar kimi qəbul edilməlidir. Düşünür ki, Təqsirləndirilən şəxs öhdəsində çatışmazlığın yaranmasına səbəbi onun ticarət obyektlərindən topladığı satış pullarını MMC-nin xəzinəsinə tam ödəməyərək və götürdüyü malları müştərilərə təhvil verməyib sataraq şəxsi ehtiyaclarına sərf etməsi olmuşdur. Odur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxaraq, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2007-ci ildən etibarən Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləməyə başlamış, 2008-ci ildən 2013-cü ilədək həmin MMC-nin Mingəçevir bölgə satış şöbəsininin Gəncə bölgəsi üzrə satış müdiri vəzifəsində işləmiş, 2013-cü ildən hal-hazıradək isə MMC-nin Mingəçevir bölgə müdiri vəzifəsində işləyir. Satış müdiri kim vəzifəsi tabeçiliyində olan satış təmsilçilərinin fəaliyyətinə, yəni onlar tərəfindən satışın və satışdan əldə edilən pul vəsaitlərinin düzgün toplanılması və kassaya mədaxil olunmasına nəzarət etməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin satışa nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləyərkən vəzifələri satış təmsilçilərinin borc qalıqlarının yoxlanılmasından, təhvil-təslim işlərinin icrasından, problemli satış təmsilçilərinin və alıcıların yekun sənədlərinin hazırlanmasından, anbarın təftişinin aparılmasında iştirak etməkdən və sairdən ibarət olmuşdur. Təqdim edilmiş məlumatlara əsasən bildirir ki, Təqsirləndirilən şəxs həmyerlisi kimi tanımış, onunla narazılığı və ziddiyyəti olmamışdır. Təqsirləndirilən şəxs 13 aprel 2009-cu il tarixdən 02 may 2011-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi vəzifəsində işləmiş, sonuncu işə qəbul edilərkən onunla cəmiyyət arasında əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən işçi cəmiyyət tərəfindən ona etibar edilərək verilmiş əmlakın qorunması, saxlanması, satışı və daşınması ilə əlaqədar əməliyyatların aparılması zamanı işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı cəmiyyətə dəymiş ziyana görə tam maddi məsuliyyət daşımağı barədə öhdəliyi üzərinə götürmüş, həmin öhdəliyin yerinə yetirilməsi ilə bağlı ona etibar edilmiş əmlakın tam qeydinə qalmalı, təhlükəsizliyi barədə məlumat verməli, cəmiyyətə maddi ziyan vurmamalı, dəqiq uçot aparmalı və sair vəzifələri icra etməli olmuşdur. Hər bir işçi işə qəbul edilərkən müqavilələrin məzmunu ilə tanış olub həmin müqavilələri imzaladığına görə hesab edir ki, Təqsirləndirilən şəxs da əmək və tam maddi məsuliyyət haqqında müqavilələrlə tanış olduğundan həmin müqavilələri imzalamışdır. Habelə, Zərərçəkmiş şəxs MMC-nin direktoru tərəfindən təsdiq edilmiş satış təmsilçisinin vəzifə təlimatına əsasən hər bir satış təmsilçisinin müştərilərin şirkətə olan ümumi və cari borcunun uçot və hesabatını aparmaq, müştərilərdən ödəmə vaxtı çatmış borcları təhvil almaq və bir ərzində şirkətə təhvil vermək, borcunu ödəməkdən imtina edən müştərilər barədə satış müfəttişini dərhal məlumatlandırmaq və s. vəzifə və öhdəliyi olmuşdur. Təqsirləndirilən şəxs cəmiyyətdə satış təmsilçisi işləməklə Gəncə, Tovuz, Qazax və Ağstafa rayonları üzrə müştərilərə xidmət göstərmiş, xidmət etdiyi müştərilərinin xeyli sayı olmuş, həmin müştərilərə şirniyyat məmulatları satmışdır. Təqsirləndirilən şəxs müştərilərdən aldığı sifarişləri terminal xüsusi cihaz vasitəsilə mərkəzin anbarına ötürmüş, mallar mərkəzin anbarından müştərilərə yük avtomobilləri ilə çatdırılmışdır. Cəmiyyətdə hər bir satış təmsilçisinə adlarına kodlaşdırılmış terminal xüsusi cihaz vasitəsi verilmiş, həmin cihazla verilən sifarişlər sonradan qaimə - faktura şəklində çıxarılıb maliyyə sənədlərinə əlavə edilmişdir. Sifarişlərə əsasən malları yük daşıyan maşınlar ticarət obyektinə təhvil vermiş və müştərilər malları təhvil almaları ilə bağlı tərtib edilmiş qaimələri imzalamışlar. Sonra satış təmsilçisi satışdan əldə olunmuş pulları vaxtaşırı ticarət obyektlərindən toplayıb cəmiyyətin xəzinəsinə mədaxil etmişdir. Pulların mədaxilinə dair üç nüsxədən ibarət kassa mədaxil orderi tərtib edilmiş, həmin sənədin bir nüsxəsi satış təmsilçisində, bir nüsxəsi müştəridə, digər nüsxəsi xəzinədarda qalmaqla göstərilən sənədin hər üç nüsxəsi qeyd olunan şəxslər tərəfindən imzalanmışdır. Satış təmsilçisi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi vəzifəsində işlədiyi müddətin 13 oktyabr 2010-cu il tarixdən 02 iyul 2011-ci il tarixə kimi dövr ərzində fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi (inventarizasiyanm aparılması) və təhvil-təslim işlərinin görülməsi nəticəsinə dair tərtib edilmiş 02 iyul 2011-ci il tarixli aktda ad və soyadı qarşısında olan imza onundur. Təqsirləndirilən şəxs hesabında müştərilərin borc qalıqları Zərərçəkmiş şəxs MMC üzrə verilmiş müvafiq əmrə əsasən şirkətin təftiş komissiyası tərəfindən yoxlanılmışdır. Komissiyanın yaradılmasına və Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmasına səbəb şirkətdə sturuktur dəyişikliyinin baş verməsi, bir sıra işçilərin yer dəyişməsi və ixtisar edilməsinə görə onların fəaliyyətinin təhvil-təslim edilməsi zərurəti olmuşdur. Təhvil-təslim təftişçi kimi onun tərəfindən aparılmış, təhvil-təslim zamanı Mingəçevir satış şöbəsinin müdiri Şahid2, müavini İlham Tağıyev, MMC-nin satış nəzarət təftiş şöbəsinin mütəxəssisi Səbuhi Hüseynov, Mingəçevir bölgə satış şöbəsinin anbar müdiri Vidadi İsmayılov, özü və bölgə üzrə müvafiq müştərilər iştirak etmişlər. Təqsirləndirilən şəxs hər bir müştəri ilə təhvil-təslim zamanı iştirak etmək üçün dəvət olunmasına baxmayaraq heç bir üzürlü səbəb olmadan imtina etmişdir. Təhvil-təslim zamanı müştərilərdə qalan məhsullar ona təhvil verilmişdir. Təhvil-təslim zamanı Təqsirləndirilən şəxs öhdəsində 12753,47 manat çatışmazlıq aşkar edilmişdir. Bu barədə tərtib edilmiş 02 iyul 2011-ci il tarixli aktda ad və soyadım qarşısında olan imza ona məxsusdur. Həmin akt əsasında da eyni tarixli yekun aktı tərtib edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs hesabında aşkar edilmiş çatışmazlıqla əlaqədar toplanmış materialların auditi aparılmış və audit yoxlaması zamanı da onun hesabında 12753,47 manat mal-material çatışmazlığının olması öz təsdiqini tapmışdır. İfadə vermək üçün rayon prokurorluğuna dəvət ediləndə Təqsirləndirilən şəxs tərəfindən hesabında aşkar edilmiş çatışmazlıqla əlaqədar heç bir məbləğdə şirkətə ödəniş edilmədiyini eşitdi. Bir daha bildirir ki, aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs orada iştirakla bağlı məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan yoxlamada iştirak etməmişdir. Yoxlama müvafiq müştərilərin iştirakı ilə tam şəffaf şəkildə aparılmaqla borc qalıqları sənədlərlə üzləşdirilmiş və nəticədə Təqsirləndirilən şəxs hesabında yuxarıda qeyd etdiyi məbləğində çatışmazlığın olması müəyyən edilmişdir. Tərtib edilmiş həmin sənəddə hər hansı yanlışlıq və qərəzçilik edilməsindən söhbət belə gedə bilməz. Qeyd edir ki, cəmiyyətin daxili qaydalarına əsasən yaradılmış komissiya tərəfindən satış təmsilçisinin təqdim etdiyi məlumatlarla müvafiq müştərilərin təqdim etdiyi məlumatlar arasında üzləşdirmə aparılmış və bu zaman Təqsirləndirilən şəxs öhdəsində həmin çatışmazlığın aşkar edilməsi ortaya çıxmışdır. Hazırda dəqiq xatırlayır ki, komissiya tərəfindən aparılan yoxlama zamanı satış təmsilçisi Təqsirləndirilən şəxs xidmət göstərdiyi Gəncə bölgəsi üzrə bir neçə müştərisi borc qalıqlarının təhvil-təslimi ilə zamanı təhvil-təslimdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs pulun onda olaraq ayın sonunadək pulu çatdırılacağını bəhanə edib firmanın uçot məlumatlarında olan borca imza edib təsdiqləmələrini xahiş etdiyini, öz növbəsində ona inanaraq firmanın uçot məlumatlarında olan müxtəlif məbləğlərdə borcu təsdiqlədiklərini, əslində isə imza etdikləri sənəddə qeyd edilən məbləğdə borclarının olmadığını qeyd etmişdirlər. Xatırlayır ki, təhvil-təslim zaman o həmin müştərilərdən aradakı fərqi ödəmələrini tələb etdikdə onlar Təqsirləndirilən şəxs tərəfindən aldanılaraq sənəddə daha artıq borc məbləğinə imza etdiklərini qeyd etmişlər. Yəni bütün bunlara əsasən demək olar ki, Təqsirləndirilən şəxs müştəriləri də aldadıb satışdan əldə etdiyi pul vəsaitlərini cəmiyyətin kassasına ödəməmiş və şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da ifadələrində Şahid1 göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 2007-ci ilin avqust ayından 31 may 2020-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin Satışa nəzarət təftiş şöbəsinin böyük mütəxəssisi vəzifəsində işləmişdir. Hazırda isə "xxxx" MMC-nin problemli işlər üzrə şöbə müdiri vəzifəsində işləyir. Birinci işdə işlədiyi vəzifədə vəzifəsi satış təmsilçilərinin borc qalıqlarının yoxlanılmasından, təhvil-təslim işlərinin icrasından, problemli satış təmsilçilərinin və alıcıların yekun sənədlərinin hazırlanmasından, anbarın işinin aparılmasında iştirak etməkdən və sairdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs 13 aprel 2009-cu il tarixdən 02 may 2011-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs işə qəbul edilərkən onunla cəmiyyət arasında əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən işçi cəmiyyət tərəfindən ona etibar edilərək verilmiş əmlakın qorunması, saxlanması, satışı və daşınması ilə əlaqədar əməliyyatların aparılması zamanı işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı cəmiyyətə dəymiş ziyana görə tam maddi məsuliyyət daşımağı barədə öhdəliyi üzərinə götürmüş, həmin öhdəliyin yerinə yetirilməsi ilə bağlı ona etibar edilmiş əmlakın tam qeydinə qalmalı, təhlükəsizliyi barədə məlumat verməli, cəmiyyətə maddi ziyan vurmamalı, dəqiq uçot aparmalı və sair vəzifələri icra etməli olmuşdur. Hər bir işçi işə qəbul edilərkən müqavilələrin məzmunu ilə tanış olub həmin müqavilələri imzaladığına görə hesab edir ki, Təqsirləndirilən şəxs da əmək və tam maddi məsuliyyət haqqında müqavilələrlə tanış olduğundan həmin müqavilələri imzalamışdır. Habelə, Zərərçəkmiş şəxs MMC- nin direktoru tərəfindən təsdiq edilmiş satış təmsilçisinin vəzifə təlimatına əsasən hər bir satış təmsilçisinin müştərilərin şirkətə olan ümumi və cari borcunun uçot və hesabatını aparmaq, müştərilərdən ödəmə vaxtı çatmış borcları təhvil almaq və bir gün ərzində şirkətə təhvil vermək, borcunu ödəməkdən imtina edən müştərilər barədə satış müfəttişini dərhal məlumatlandırmaq və s. vəzifə öhdəliyi olmuşdur. Təqsirləndirilən şəxs cəmiyyətdə satış təmsilçisi işləməklə Gəncə, Qazax, Tovuz və Ağstafa rayonları üzrə müştərilərə xidmət göstərmiş, xidmət etdiyi müştərilərinin sayı 60-70 olmuş, həmin müştərilərə şirniyyat məmulatları satmışdır. Təqsirləndirilən şəxs müştərilərdən aldığı sifarişləri terminal xüsusi cihaz vasitəsilə mərkəzin anbarına ötürmüş, mallar mərkəzin ınbarmdan müştərilərə yük avtomobilləri ilə çatdırılmışdır. Cəmiyyətdə hər bir satış təmsilçisinə adlarına kodlaşdırılmış terminal xüsusi cihaz vasitəsi verilmiş, həmin cihazla verilən sifarişlər sonradan qaimə-faktura şəklində çıxarılıb maliyyə sənədlərinə əlavə edilmişdir. Sifarişlərə əsasən malları yük daşıyan maşınlar ticarət obyektinə təhvil vermiş və müştərilər malları təhvil almaları ilə bağlı tərtib edilmiş qaimələri imzalamışlar. Sonra satış təmsilçisi satışdan əldə olunmuş pulları vaxtaşırı ticarət obyektlərindən toplayıb cəmiyyətin xəzinəsinə mədaxil etmişdir. Pulların mədaxilinə dair üç nüsxədən ibarət kassa mədaxil orderi tərtib edilmiş, həmin sənədin bir nüsxəsi satış təmsilçisində, bir nüsxəsi müştəridə, digər nüsxəsi xəzinədarda qalmaqla göstərilən sənədin hər üç nüsxəsi qeyd olunan şəxslər tərəfindən imzalanmışdır. Satış təmsilçisi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi vəzifəsində işlədiyi müddətin 13 oktyabr 2010-cu il tarixdən 02 iyul 2011-ci il tarixə kimi dövr ərzində fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi (inventarizasiyanm aparılması) və təhvil-təslim işlərinin görülməsi nəticəsinə dair tərtib edilmiş 02 iyul 2011-ci il tarixli aktda ad və soyadı qarşısında olan imza onundur. Təqsirləndirilən şəxs hesabında müştərilərin borc qalıqları Zərərçəkmiş şəxs MMC üzrə verilmiş müvafiq əmrə əsasən şirkətin təftiş komissiyası tərəfindən yoxlanılmışdır. Komissiyanın yaradılmasına və Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmasına səbəb şirkətdə sıra işçilərin yer dəyişməsi və ixtisar edilməsinə görə onların fəaliyyətinin təhviltəslim edilməsi zərurəti olmuşdur. Təhvil-təslim təftişçi kimi onun tərəfindən aparılmış, təhvil-təslim zamanı Mingəçevir satış şöbəsinin bölgə müdiri Şahid1, həmin satış şöbəsinin müdir müavini İlham Tağıyev, təftiş şöbəsinin mütəxəssisi və müvafiq müştəri iştirak etmişlər. Təqsirləndirilən şəxs hər bir müştəri ilə təhvil-təslim zamanı iştirak etmək üçün dəvət olunsa da o, heç bir üzürlü səbəb olmadan yoxlamada iştirakdan imtina etmişdir. Təhvil-təslim zamanı müştərilərdə qalan mallar Şahid1 təhvil verilmişdir. Təhviltəslim zamanı Təqsirləndirilən şəxs hesabında 12.753,74 manat çatışmazlıq aşkar edilmişdir. Bu barədə tərtib edilmiş 02 iyul 2011-ci il tarixli aktda ad və soyadı qarşısında olan imza ona məxsusdur. Həmin akt əsasında da eyni tarixli yekun aktı tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hesabında aşkar edilmiş çatışmazlıqla əlaqədar toplanmış materialların auditi keçirilmiş və audit yoxlaması zamanı da onun hesabında 12.753,47 manat mal-material çatışmazlığının olması öz təsdiqini tapmışdır. Təqdim edilən 13 noyabr 2013-cü il tarixli audit aktında ad və soyadı qarşısında olan imza ona məxsusdur. Auditin nəticələrinə dair sənədlərlə tanış olmaqdan ötrü Təqsirləndirilən şəxs teleqram vasitəsilə dəvət olunsa da, o yenə də hər hansı bir üzürlü səbəb göstərmədən çağırışa gəlməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Auditorlar Palatası tərəfindən verilmiş 15 yanvar 1997-ci ildən hal-hazıra kimi olan dövr ərzində müvafiq icazə əsasında sərbəst auditor kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs MMC-nin baş direktoru X1 ilə bağlanmış xx.xx.2013-cü il tarixli 074/15 saylı müqaviləyə əsasən cəmiyyətin Satış departamentinin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən xx.xx.2011-cı il tarixə kimi mal dövriyyəsini aparmışdır. Audit yoxlaması cəmiyyət tərəfindən ona təqdim olunan sənədlər əsasında aparılmış, cəmiyyətin baş mühasibi X2, təftiş və hüquq departamentinin müdiri Şahid3 və təftiş şöbəsinin böyük mütəxəssisi X8 audit yoxlamasında iştirak etmişdir. Onun tərəfindən keçirilən audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2010-cu il tarixdən 02 may 2011-ci il tarixədək olan dövr ərzində öz dislokasiyasma daxil olan satış nöqtələrinə satmaq üçün Zərərçəkmiş şəxs MMC-nin satış departamentinin anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında qaimələrlə 96.124 manat 28 qəpik dəyərində, ona təhkim edilmiş ticarət nöqtələrindən isə 59.109 manat 25 qəpik dəyərində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 104.173 manat 69 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, 4285 manat 32 qəpik dəyərində malları cəmiyyətə qaytarmış, faktiki müştərilərdə 180,30 manat dəyərində olan mallar digər satış nöqtələrinə verildiyi üçün hesabından azaldılmış, 7208,32 manat dəyərində məhsulları anbardan təhvil almasına baxmayaraq həmin məbləğdə malları müştərilərə təhvil verməmiş, 02 iyul 2011-ci il tarixə öhdəsində 53.802 manat 54 manat dəyərində məhsullar qalmalı olduğu halda faktiki olaraq hesabında olan mal qalığı 41.049 manat 07 qəpik olmuş, ümumilikdə Təqsirləndirilən şəxs öhdəsində 12.753 manat 47 qəpik məbləğində çatışmazlığın olması aşkar edilmişdir. Audit zamanı Təqsirləndirilən şəxs öhdəsinə MMC-nin anbarından sifariş əsasında götürdüyü və müştərilərə təhvil vermədiyi məhsulların dəyərini təşkil edən 7208,32 manat texniki səhv ucbatından audit rəyində yazılmamışdır. Lakin ona təqdim edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının müvafiq rəylərində həmin məbləğ nəzərə alınmışdır. Odur ki, həmin məbləğ Təqsirləndirilən şəxs öhdəsində qalmış çatışmazlıq kimi qəbul edilməli və qərar qəbul edilərkən nəzərə alınmalıdır. Tərəfindən keçirilən audit yoxlaması nəticəsində 15 noyabr 2011-ci il tarixli audit rəyi tərtib edilmişdir. Audit yoxlaması zamanı Təqsirləndirilən şəxs işlədiyi dövrü əhatə edən malların alınmasına dair qaimə fakturalar, yoxlama dövrünədək anbar qalığını əks etdirən sənədlər, yoxlama dövrünün sonuna anbar qalığını əks etdirən sənədlər, anbarda olan malların mədaxil-məxaric sənədləri və inventarizasiya aktı əsasında aparılmışdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində dəymiş ziyanla bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, həmçinin ekspertiza rəyləri onun həmin cinayətləri törətməsini təsdiq edir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan 15 noyabr 2013-cü il tarixli aktdan görünür ki, sərbəst auditor tərəfindən aparılmış yoxlama zamanı Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2011-ci il tarixə 12.753 (on iki min yeddi yüz əlli üç) manat 47 qəpik çatışmamazlıq aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin 13 aprel 2009-cu il tarixli 310 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən cəmiyyətin Mingəçevir Satış şöbəsinə satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin 13 aprel 2009-cu il tarixli əmək və həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilələrdən görünür ki, Təqsirləndirilən şəxs MMC-dən qəbul etdiyi məhsulları ticarət obyektlərinə təhvil vermək və satışdan topladığı pulları MMC-nin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin 02 may 2011-ci il tarixli 222/K nömrəli əmrindən görünür ki, həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən Təqsirləndirilən şəxs öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin 11 iyun 2025-ci il tarixli VO-XO-4319 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs vurmuş olduğu ziyan məbləği 12.753,61 manat təşkil edir. Ziyan məbləğindən 2011-ci ildə 5091,93 manat (beş min doxsan bir manat, doxsan üç qəpik) ödəniş edilmiş, xx.xx.2025-ci il tarixinə ödənilməmiş ziyan məbləği 7961.53 manat (yeddi min doqquz yüz altmış bir manat əlli üç qəpik) təşkil edir. Cinayət işinin materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2015-ci il tarixli 12938 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən məlumatlara əsasən (qaimə- fakturalar, təhvil təslim aktları, kassa mədaxil orderləri) Zərərçəkmiş şəxs MMC-nin satış nümayəndəsi X4 hesabında 12753,47 manat məbləğində satış pulu çatışmazlığına dair 15 noyabr 2013-cü il tarixli audit aktının nəticələri təsdiq edilir. Mühasibat uçotu məlumatlarına 12753,47 manat məbləğində satış pulu çatışmazlığının satış təmsilçisi X4 hesabında yaranması müəyyən edilir və şirkətin rəhbərliyi ilə onun arasında bağlanmış əmək müqaviləsinin 5.1 bəndinin və tam maddi məsuliyyət haqqında müqavilənin 1.0 bəndinin tələblərinə uyğun olaraq həmin çatışmazlığa görə Sadiq Abışov maddi məsuldur. Cinayət işinin materiallarında olan təkrar kompleks məhkəmə-mühasibatlıq və məhkəməxətşünaslıq ekspertizasının 29 may 2025-cü il tarixli 4/707-9/2621 nömrəli rəyinin məhkəmə-mühasibatlıq ekspertizası hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi təqdim edilmiş mövcud iş materiallarında olan qaimə-fakturalar, kassa mədaxil qəbzləri, təhvil-təslim aktları, üzləşmə aktları və s. mühasibat sənədlərinə əsasən cavabdeh Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi dövr üzrə yaranmış çatışmazlığın məbləği 12.753,47 manat məbləğində olduğu müəyyən edilir, o cümlədən xx.xx.2010-cu il tarixə ticarət nöqtələrində mal qalığı - 59.109,25 manat, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək anbardan təhvil alınan malların cəmi - 96.124,28 manat; şirkətin kassasına edilmiş mədaxilin cəmi - 104.173,69 manat, qaytarılan malların cəmi - 4.285,32 manat, sair əməliyyatlar üzrə məxaric - 180,30 manat, müştərilər üzrə borc qalığı - 46594,22 manat, satış fakturalarında göstərilən məbləğdən az təhvil edilən mal - 7208,32 manat, faktiki anbar üzrə mal qalığı - 41.049,07 manat. Təkrar kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizasının 29 may 2025-cü il tarixli 4/707-9/2621 nömrəli rəyinin məhkəmə-xətşünaslıq ekspertizası hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin İİ cildinə əlavə edilmiş xx.xx.2010-cu il tarixli (i/v 30, 90, 146, 515, 571, 713, 715, 736, 824), xx.xx.2010-cu il tarixli (i/v 61, 109, 190, 259, 304, 329, 391, 451, 537, 622), xx.xx.2010-cu il tarixli (i/v 77, 214, 600, 665, 694), xx.xx.2010-cu il tarixli (i/v 81, 292, 420), xx.xx.2010-cu il tarixli (i/v 41, 157, 177, 199, 369, 404, 440, 550, 560, 650, 767, 790, 815), xx.xx.2010-cu il tarixli (i/v 236, 606, 642), xx.xx.2010 tarixli (i/v 524), xx.xx.2010 tarixli (i/v 677) üzləşmə aktlarında “Təqsirləndirilən şəxs A” yazıları və Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir satış şöbəsinin satış təmsilçisi” qrafalarındakı imzalar; xx.xx.2011-ci il tarixli, (i/v 62, 91, 138, 293, 686, 740), xx.xx.2011-ci il tarixli, (i/v 110, 132, 260, 452, 538), xx.xx.2011-ci il tarixli, (i/v 178, 370, 441,561), xx.xx.2011-ci il tarixli, (i/v 42, 405, 525, 651,771), xx.xx.2011-ci il tarixli, (i/v 516, 572, 726), xx.xx.2011-ci il tarixli, (i/v 237, 481, 607, 643), xx.xx.2011-ci il tarixli, (i/v 191, 305, 330, 593, 623), xx.xx.2011-ci il tarixli, (i/v 395, 666, 695), xx.xx.2011-ci il tarixli, (i/v 487, 714), xx.xx.2011-ci il tarixli, (i/v 706), xx.xx.2011-ci il tarixli, (i/v 147, 791, 825), xx.xx.2011-ci il tarixli (i/v 551, 601, 678) təhvil-təslim aktlarının cədvəllərinin kserosurətlərində olan 3-cü sırada “X13” yazıları qarşısında “Satış təmsilçisinin imzası” qrafalarmda əks olunmuş imzalar və xx.xx.2011-ci il tarixli, (i/v 85) təhvil-təslim aktının cədvəlinin kserosurətində olan 3-cü sırada “X13” yazıları qarşısında “Müştərinin imzası” qrafasmda əks olunmuş imza; 27.02.11-ci il tarixli 792793 nömrəli, 29.12.10-cu il tarixli 760574 nömrəli, 24.11.10-cu il tarixli 707939 nömrəli, 24.12.10-cu il tarixli 707940 nömrəli, 28.02.11-ci il tarixli 804657 nömrəli, 29.01.11-ci il tarixli 751931 nömrəli, 21.12.10-cu il tarixli 707934 nömrəli, 27.12.10-cu il tarixli 760564 nömrəli, 27.02.11-ci il tarixli 792788 nömrəli, 30.01.11-ci il tarixli 751945 nömrəli, 31.12.10-cu il tarixli 760592 nömrəli, 10.01.11-ci il tarixli 751913 nömrəli, 27.02.11-ci il tarixli 792781 nömrəli, 27.12.10-cu il tarixli 707950 nömrəli, 25.02.11-ci il tarixli 792771 nömrəli, 25.11.10-cu il tarixli 690899 nömrəli, 29.10.10-cu il tarixli 661064 nömrəli, 25.02.11-ci il tarixli 751950 nömrəli, 31.12.10-cu il tarixli 760593 nömrəli, 28.02.11-ci il tarixli 804666 nömrəli, 31.01.11-ci il tarixli 792751 nömrəli, 27.02.11-ci il tarixli 792786 nömrəli, 25.12.10-cu il tarixli 707944 nömrəli, 29.01.11-ci il tarixli 751936 nömrəli, 28.02.11-ci il tarixli 804659 nömrəli, 28.02.11ci il tarixli 804664 nömrəli, 24.12.10-cu il tarixli 707941 nömrəli, 28.12.10-cu il tarixli 760567 nömrəli, 27.02.11-ci il tarixli 792794 nömrəli, 26.12.10-cu il tarixli 707946 nömrəli, 28.02.11-ci il tarixli 804662 nömrəli, 03.01.11-ci il tarixli 751905 nömrəli, 31.01.11-ci il tarixli 792757 nömrəli, 03.01.11 -ci il tarixli 751904 nömrəli, 28.02.11-ci il tarixli 804660 nömrəli, 27.12.10-cu il tarixli 760560 nömrəli, 03.01.11-ci il tarixli 751906 nömrəli, 28.02.11-ci il tarixli 804661 nömrəli, 31.01.11-ci il tarixli 792765 nömrəli, 14.01.11-ci il tarixli 751918 nömrəli, 31.01.11-ci il tarixli 792755 nömrəli, 30.12.10-cu il tarixli 760578 nömrəli, 27.12.10-cu il tarixli 707948 nömrəli, 03.01.11-ci il tarixli 751909 nömrəli, 29.12.10-cu il tarixli 760571 nömrəli, 27.02.11-ci il tarixli 792785 nömrəli, 28.02.11-ci il tarixli 804652 nömrəli, 27.01.11-ci il tarixli 751923 nömrəli, 31.01.11-ci il tarixli 792752 nömrəli, 30.01.11-ci il tarixli 751944 nömrəli, 31.01.11-ci il tarixli 792759 nömrəli, 30.12.10cu il tarixli 760588 nömrəli, 27.02.11-ci il tarixli 792776 nömrəli, 29.01.11 -ci il tarixli 751939 nömrəli, 30.12.10-cu il tarixli 760579 nömrəli, 26.11.10-cu il tarixli 690900 nömrəli, 29.10.10-cu il tarixli 690851 nömrəli, 28.10.10-cu il tarixli 661089 nömrəli, 16.12.10-cu il tarixli 707931 nömrəli, 10.12.10-cu il tarixli 707922 nömrəli, 29.01.11-ci il tarixli 751928 nömrəli, 28.12.10-cu il tarixli 760566 nömrəli, 31.12.10-cu il tarixli 760590 nömrəli, 03.01.11-ci il tarixli 751901 nömrəli, 28.02.11-ci il tarixli 804651 nömrəli, 30.01.11-ci il tarixli 751946 nömrəli, 31.01.11-ci il tarixli 792753 nömrəli, 27.01.11-ci il tarixli 751924 nömrəli, 25.02.11-ci il tarixli 792775 nömrəli, 28.02.11-ci il tarixli 804654 nömrəli, 30.12.10cu il tarixli 760582 nömrəli, 27.12.10-cu il tarixli 707949 nömrəli, 14.01.11-ci il tarixli 751920 nömrəli, 06.01.11-ci il tarixli 760598 nömrəli, 19.02.11-ci il tarixli 751947 nömrəli, .5.02.11-ci il tarixli 792768 nömrəli, 21.12.10-cu il tarixli 707933 nömrəli, 15.12.10-cu il tarixli 707932 nömrəli, 29.01.11-ci il tarixli 751937 nömrəli, 30.01.11-ci il tarixli 751940 nömrəli, 22.02.11-ci il tarixli 792796 nömrəli, 03.01.11-ci il tarixli 751908 nömrəli, .1.01.11ci il tarixli 792767 nömrəli, 10.01.11-ci il tarixli 760599 nömrəli, 31.11.10-cu il tarixli 707916 nömrəli, 13.12.10-cu il tarixli 707929 nömrəli, 30.12.10-cu il tarixli 760581 nömrəli, 03.01.11-ci il tarixli 751912 nömrəli, 28.10.10-cu il tarixli 661087 nömrəli, 27.12.10-cu il tarixli 760561 nömrəli, 29.12.10-cu il tarixli 760575 nömrəli, 30.01.11-ci il tarixli 751941 nömrəli, 30.11.10-cu il tarixli 760580 nömrəli, 25.12.10-cu il tarixli 707943 nömrəli, 26.01.11-ci il tarixli 751921 nömrəli, 27.02.11-ci il tarixli 792787 nömrəli, 31.12.10-cu il tarixli 760596 nömrəli, 31.01.11-ci il tarixli 792761 nömrəli, 30.12.10-cu il tarixli 760587 nömrəli, 31.11.10-cu il tarixli 707906 nömrəli, 21.12.10-cu il tarixli 707936 nömrəli, 29.01.11-ci il tarixli 751930 nömrəli, 21.12.10-cu il tarixli 707935 nömrəli, 28.11.10-cu il tarixli 716726 nömrəli, 25.02.11-ci il tarixli 792769 nömrəli, 29.01.11-ci il tarixli 751933 nömrəli, 27.10.10-cu il tarixli 661072 nömrəli, 11.12.10-cu il tarixli 707926 nömrəli, 11.12.10-cu il tarixli 707925 nömrəli, 27.12.10-cu il tarixli 707947 nömrəli, 10.01.11-ci il tarixli 751915 nömrəli, 27.01.11-ci il tarixli 751922 nömrəli, .7.02.11-ci il tarixli 792784 nömrəli, 27.02.11-ci il tarixli 792791 nömrəli, 27.02.11-ci il tarixli 792790 nömrəli, 28.12.10cu il tarixli 760569 nömrəli, 28.12.10-cu il tarixli 760568 nömrəli, 27.02.11-ci il tarixli 792789 nömrəli, 28.12.10-cu il tarixli 760570 nömrəli, 27.01.11-ci il tarixli 751925 nömrəli, 31.12.10-cu il tarixli 760597 nömrəli, 03.02.11-ci il tarixli 784485 nömrəli, 27.02.11-ci il tarixli 792779 nömrəli, 31.01.11-ci il tarixli 792760 nömrəli, 14.01.11-ci il tarixli 751917 nömrəli, 31.01.11-ci il tarixli 792754 nömrəli, 31.01.11-ci il tarixli 792762 nömrəli, 31.12.10cu il tarixli 760594 nömrəli, 31.11.10-cu il tarixli 760583 nömrəli, 31.01.11-ci il tarixli 792758 nömrəli, .7.02.11-ci il tarixli 792778 nömrəli, 30.12.10-cu il tarixli 760586 nömrəli, 31.01.11-ci il tarixli 792756 nömrəli, 10.01.11-ci il tarixli 751914 nömrəli, 28.02.11 -ci il tarixli 804653 nömrəli, 31.12.10-cu il tarixli 760591 nömrəli, .5.02.11 -ci il tarixli 792772 nömrəli, 22.12.10-cu il tarixli 707937 nömrəli, 27.12.10-cu il tarixli 760563 nömrəli, .5.02.11-ci il tarixli 792770 nömrəli, 28.01.11-ci il tarixli 751926 nömrəli, 22.02.11-ci il tarixli 792795 nömrəli, 30.11.10-cu il tarixli 760584 nömrəli, 27.02.11-ci il tarixli 792783 nömrəli, 27.02.11-ci il tarixli 792782 nömrəli, 29.12.10-cu il tarixli 760573 nömrəli, 29.01.11-ci il tarixli 751938 nömrəli, 29.01.11-ci il tarixli 751929 nömrəli, 5.02.11-ci il tarixli 792773 nömrəli, .7.02.11-ci il tarixli 792792 nömrəli, 26.12.10-cu il tarixli 707945 nömrəli, 19.02.11 -ci il tarixli 751948 nömrəli, 24.12.10-cu il tarixli 707942 nömrəli, 15.12.10-cu il tarixli 707930 nömrəli, 29.12.10-cu il tarixli 760572 nömrəli, 28.02.11-ci il tarixli 804656 nömrəli, 27.12.10-cu il tarixli 760559 nömrəli, 24.12.10-cu il tarixli 707938 nömrəli, 27.11.10-cu il tarixli 716716 nömrəli, 25.11.10-cu il tarixli 690897 nömrəli, 10.01.11-ci il tarixli 760600 nömrəli, 14.01.11-ci il tarixli 751916 nömrəli, 28.02.11-ci il tarixli 804663 nömrəli, 03.01.11ci il tarixli 751910 nömrəli, .9.01.11-ci il tarixli 751932 nömrəli, 03.01.11-ci il tarixli 751911 nömrəli, .1.12.10-cu il tarixli 760595 nömrəli, .7.02.11-ci il tarixli 792780 nömrəli, .3.02.11ci il tarixli 784480 nömrəli, 31.01.11-ci il tarixli 792764 nömrəli, .8.02.11-ci il tarixli 804667 nömrəli, 03.01.11-ci il tarixli 751902 nömrəli, 03.01.11-ci il tarixli 751903 nömrəli, 31.01.11ci il tarixli 792763 nömrəli, 03.01.11-ci il tarixli 751907 nömrəli, 28.12.10-cu il tarixli 760565 nömrəli, .7.02.11-ci il tarixli 792797 nömrəli, .1.01.11-ci il tarixli 792766 nömrəli, 29.01.11-ci il tarixli 751927 nömrəli, .0.01.11-ci il tarixli 751942 nömrəli, 28.02.11-ci il tarixli 804658 nömrəli satış təmsilçisinin kassa mədaxil orderlərində “Aldım” qrafalarındakı “Sadiq” yazıları və həmin yazıların qarşısındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 31.12.10-cu il tarixli 769954 nömrəli, 31.12.10-cu il tarixli 769957 nömrəli, 29.12.10-cu il tarixli 660696 nömrəli satış təmsilçisinin kassa mədaxil orderlərində “Aldım” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan 13 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri maddi sübut kimi tanınmış və cinayət işində saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs ’'Veysəloğlu" MMC-nin satış departamentinin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi işlədiyi dövr üçün aparılmış yoxlamada iştirak üçün dəvət edilməməsi, həmin yoxlama barədə məlumatının olmaması, bu səbəbdən auditor rəyi və məhkəmə-mühasibatlıq ekspertizaların rəyləri ilə öhdəsində çatışmazlıq kimi müəyyən edilmiş 12753.47 manat məbləğlə razılaşmaması, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, audit yoxlaması, ekspertiza rəyləri və maliyyətəsərrüfat sənədləri və digər istintaq sənədləri, o cümlədən maddi sübutlarla təkzib olunduğundan, Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar məsuliyyətini yüngülləşdirmək məqsədilə öz müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs 23 may 2017-ci il tarixdən 22 aprel 2025-ci il tarixədək axtarışda olması ilə əlaqədar törətdiyi cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməməsi nəzərə alınmış, iş üzrə X11, X12 və X10 törətdiyi AR CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyindən Azərbaycan Respublikası CPM-in 39.1.3cü maddəsinə əsasən barələrində cinayət təqibinə xitam verilmiş və icraatın bu hissəsinə dair materialların əsli və surəti cinayət işindən ayrılaraq rayon prokurorluğunun dəftərxanasında saxlanılmış, iş üzrə 28 aprel 2021-ci il tarixli qərarla AR CM-in 179.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X6 iş üzrə dəymiş ziyanı ödəməsi, dəymiş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi və zərərçəkmiş şəxslə barışmasına görə ********* nömrəli cinayət işi üzrə icraata onun barəsində hissəvi xitam verilməsi nəzərə alınmış, icraatın bu hissəsinə dair materialların əsli və surəti cinayət işindən ayrılaraq rayon prokurorluğunun dəftərxanasında saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) ilə onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqavilə və MMC-nin eyni tarixli 310.1/K nömrəli əmri ilə satış departamentinin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 13 oktyabr 2009-cu il tarixdən 02 may 2011-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMCnin Mingəçevir şəhəri, Gəncə şosesi 16 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasma daxil olan satış nöqtələrinə təhvil verilməsi üçün qaimə-fakturalara əsasən ona etibar edilmiş ümumilikdə 12.753,47 manat məbləğində özgə əmlakını mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda ziyan vurmaqla ictimai təhlükəli əməli törətməsi və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Qeyd edilən ittihamda təqsirli olması, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) ilə onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqavilə və MMC-nin eyni tarixli 310.1/K nömrəli əmri ilə satış departamentinin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 13 oktyabr 2009-cu il tarixdən 02 may 2011-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMCnin Mingəçevir şəhəri, Gəncə şosesi 16 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasma daxil olan satış nöqtələrinə təhvil verilməsi üçün qaimə-fakturalara əsasən 96.124,28 manat və ticarət nöqtələrində qalmış 59.109,25 manat dəyərində malları qəbul etmiş, həmin malların satışından əldə etdiyi 104.173,69 manat məbləğində pulu cəmiyyətin kassasına ödəmiş, qəbul etdiyi mallardan uçot üzrə öhdəliyində 46.594,22 manat dəyərində mallar digər ticarət obyektlərində, 41.049,07 manat dəyərində mallar isə anbar üzrə faktiki qalıq qalmış, təhvil-təslim zamanı 4285,32 manat dəyərində mallar cəmiyyətin anbarına qaytarılmış, 180,30 manat dəyərində mallar satış üçün digər müştərilərə verilmiş və qəbul edərək öhdəliyində olan 7208,32 manat dəyərində malları müştərilərə təhvil verməyərək, eyni zamanda ticarət nöqtələrində malların satışından əldə etdiyi 5.545,15 manat pul vəsatini cəmiyyətin kassasına ödəməyərək, ona etibar edilmiş ümumilikdə 12.753,47 manat məbləğində özgə əmlakını mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə müddətin keçməsinə baxmayaraq, təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı ifadəsində, həm də məhkəməyə təqdim etdiyi ərizəsində dəymiş ziyanı qismən qəbul edərək cinayət hadisəsi ilə bağlı özünü qismən təqsirli bilmişdir. Bununla belə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə barəsində başlanmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi, onun barəsində cinayət təqinənə müdafiə tərəfinin razılığı ilə xitam verilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3–cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cinayət işi materiallarında olan cinayət işi üzrə icraatın dayandırılması haqqında və cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərarlardan görünür ki, xx.xx.2017-ci il tarixdə cinayət işi üzrə icraat AR CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 05 iyun 2017-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə icraat AR CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 17 avqust 2020-ci il tarixdə dayandırılmış icraat təzələnmişdir. 25 avqust 2020-ci il tarixdə cinayət işi üzrə icraat AR CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 06 oktyabr 2020-ci il tarixdə dayandırılmış icraat təzələnmiş və həmin tarixdə yenidən AR CPM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş, 29 aprel 2021-ci il tarixdə cinayət işi üzrə icraat AR CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 22 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq aidiyyəti üzrə Nizami rayon prokurorluğuna təhvil verilmiş, həmin tarixdə dayandırılmış icraat təzələnmişdir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatı xx.xx.2017-ci il tarixdən 05 iyun 2017-ci il tarixədək olan müddət ərzində 12 gün, xx.xx.2020-ci il tarixdən 17 avqust 2020-ci il tarixədək olan müddət ərzində 2 ay 16 gün, 25 avqust 2020-ci il tarixdən 21 aprel 2021-ci il tarixədək 7 ay 27 gün, 29 aprel 2021-ci il tarixdən 22 aprel 2025-ci il tarixədək olan müddət ərzində isə 3 il 11 ay 24 gün olmaqla, ümumilikdə 4 il 10 ay 19 gün müddətinə dayandırılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı ümumilikdə 4 il 10 ay 19 gün müddətinə dayandırılmışdır. Nəzərə alsaq ki, Təqsirləndirilən şəxs AR CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini 13 oktyabr 2009-cu il tarixdən 02 may 2011-ci il tarixədək olan dövr ərzində törətmiş və 02 may 2011-ci il tarixdən xx.xx.2026–cı il tarixədək olan müddət ümumilikdə 14 il 9 ay 9 gün təşkil edir, belə olan halda Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayandığı 4 il 10 ay 19 gün, 02 may 2011-ci il tarixdən hazırkı hökmün çıxarıldığı müddətədək olan 14 il 9 ay 9 gündən çıxılmalıdır. Belə olan halda törədildiyi vaxtdan 9 il 10 ay 20 gün ötmüşdür. CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti isə 7 il təşkil edir. Göründüyü kimi hazırkı vaxta cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2–ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2–ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3–cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin etibar edilmiş əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda mənimsəmə etmə yolu ilə talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyandan qismən ödəniş etməsini, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il tarixdə doğulmuş Məryəm və xx.xx.2019-cu il tarixdə doğulmuş Ayxan adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan 2 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Bununla yanaşı məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılaraq, təqsirli bilinsə də, cəza təyini istisna edilməlidir. Azərbaycan Respublikası CPM–in 44.2.1–ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3–cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş hüquqi şəxsə 12753,47 manat məbləğində maddi ziyan vurulmuş, habelə təqsirləndirilən şəxs tərəfindən 5091 manat 93 qəpik məbləğində ödəniş edilmişdir. Qalan məbləğlə bağlı zərərçəkmiş hüquqi şəxs tərəfindən cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüququnun olması zərərçəkmiş hüquqi şəxsə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış iş materiallarına əlavə edilmiş iş üzrə Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 276 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxsə sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış iş materiallarına əlavə edilmiş iş üzrə Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının dəyəri olan 276 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-136/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-136/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver