Məhkəmə qərarları › İş №1(051)-137/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-137/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-137/2020 15.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i : X4xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində keçmiş rəfiqəsi Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, M.Füzuli küçəsi 84/17 saylı binanın 53 saylı mənzilinə gedərək, ondan nə səbəbə görə barəsində xoşagəlməz və nalayiq ifadələr işlətdiyini soruşub, irad bidirmiş və bununla bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə sillə ilə, həmçinin ağız nahiyyəsinə bir dəfə dizi ilə vurub, ona hər iki dodaqlarında yaralar, burunun yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs X4 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş rəfiqəsidir, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 2019-cu ilin avqust ayından G.Clilovanı tanımışdır, həmin vaxtdan da dostluq etmişlər. Lakin 2020-ci ilin fevral ayında tanışlarından Gülnarənin onun haqqında şər, böhtan xarakterli məlumatlar danışdığını eşitmişdir. Bu səbəbdən Gülnarə ilə münasibətini kəsmişdir. 2020-ci ilin mart ayında istirahət etmək üçün Türkiyə Respublikasına getmişdir. 2020-ci ilin avqust ayının 17də Turkiyə Respublikasından Mingəçevirə gəlmişdir. Gülnarəgilə gedib, ondan nə səbəbə onun barəsindəəxlaqsız sözlər danışdığını soruşmuşdur. Cavabında isə Gülnarə onu təhqir etmişdir. Əsəbləşdiyindən Gülnarənin sifət nahiyyəsinə bir dəfə vurmuşdur. Gülnarə həmin vaxt onun saçından tutmuşdur. O da Gülnarənin saçından tutub aşağı dartmış və dizi ilə bir dəfə onun ağız nahiyyəsinə vurmuşdur. Bundan sonra qonşular gəldiyindən qapını açıb getmişdir. Hazırda Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır. Qeyd olunanlara əsasən barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmişşəxs Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, X4 onun keçmiş rəfiqəsidir. Təxminən bir il əvvəl tanış olmuşlar. Onunla heç bir düşmənçiliyi vəədavəti yoxdur. Aybəniz mütəmadi olaraq Turkiyəyə işləmək üçün gedib gəlmişdir. Aybəniz onunla görüşdükdə Turkiyəyə gedəcəyini, onu da özü ilə aparmaq istədiyini bildirmişdir. Lakin o, iki azyaşlı uşaqlarının olduğunu deyib, Aybənizin təklifini qəbul etməmişdir. Həmin vaxtdan Aybəniz onunla soyuq rəftar etməyə başlamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə, saat təxminən 16:30 radələrində Aybəniz onun yaşadığı evə gəlmişdir. Həmin vaxt ondan nəüçün onun evinə gəldiyini soruşanda Aybəniz əlinin arxa hissəsi ilə onun ağın nahiyyəsinə murub saçından tutmuşdur. Bundan sonra başını aşağıəyib dizi ilə bir dəfə sifət nahiyyəsinə vurmuşdur. Qapını açıb Aybənizi bloka çıxarmışdır. Blokda Aybəniz onun saçından tutub divara vurmuşdur. Səs-küyə qonşular çöləçıxmışlar. Hadisə barədə dərhal DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. X1 ilə barışmışdır. Buna görə də onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə təqsirləndirilən şəxs X4 və zərər çəkmişşəxs Zərərçəkmiş şəxs ifadələrində göstərilən xüsusatlar təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X4 və zərər çəkmişşəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmişlər, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materiallarıüzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışında araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 621 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: hər iki dodaqlarında yaralar, burunun yumşaq toxumalarının əzilməsi, küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx xxxxxxxx 2020-ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, X3 əvvəllər məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş X4 və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs isə X2 heç bir şikayət və tələbi yoxdur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, təqsirləndirilən şəxslə zərər çəkmiş barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərər çəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İşüzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, CPM-nin 37.2, 40.2.2, 43.1.2, 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: X3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar