Məhkəmə qərarları › İş №1(051)-137/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-137/2021

09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-137/2021 09.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Ədliyyə müşaviri X6, müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhəri M.Fərruxov küçəsi 27№-li evdə qeydiyyatda olmaqla yaşayan, barəsində 19.03.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın yuxarı həddi üçün 5 qram müəyyən edildiyi halda, 2020-ci ilin oktyabr ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd polietilen paketdə təmiz çəkisi 460 qram olan küstar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı satış məqsədi olmadan yaşadığı Mingəçevir şəhəri M.Fərruxov küçəsi 27№-li fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilidəki dolabın rəfində gizlədərək saxlamış 17 mart 2021-ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, M.Fərruxov küçəsi 27 №-li evin qarşısında saxlanıldıqdan sonra yaşadığı evin həyətinə özünün razılıq ərizəsi ilə baxış keçirilərkən yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə saxladığı həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana oradan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olur. Tez-tez Kür çayının sahilinə balıq tutmaq üçün gedir. 2020-ci ilin oktyabr ayında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində balıq tutmağa getmişdir. Həmin zaman ətrafdakı bitkilərin arasında çətənə bitkisi bitdiyini görüb, özü də narkotik vasitədən istifadə etdiyi üçün həmin bitkinin çətənə bitkisi olduğunu tanımışdır. Buna görə də həmin bitkinin yarpaqlarını yığıb yaşadığı Mingəçevir şəhəri M.Fərruxov küçəsində yerləşən fərdi yaşayış evinə aparıb evin həyətində yerləşən yardımçı tikilidə yerə sərib qurutmuşdur. Sonra həmin çətənə bitkisinin yarpaqlarını bir ədəd sellafon paketə yığıb yardımçı tikilidə olan dolabın rəfində gizlətmişdir ki, özü istifadə edər. Ötən müddət ərzində həmin çətənə bitkisindən bir qədərini istifadə etmişdir. 17 mart 2021-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evdə olarkən evin qapısının döyüldüyünü eşidib bayıra çıxmış, qapının açdıqdan sonra qapının qarşısında daynmış şəxslər özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbənin əməkşaları olduqlarını narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı olduğunu buna görə də yaşadığı evə baxış keçirmək istədiklərini ona bildirmişlər. O da yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə ilə müraciət etdikdən sonra yaşadığı evin həyətinə daxil olunmuşdur. Ona təklif olunmuş ki, yaşadığı evdə saxlanılması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb təqdim etsin. O da polis əməkdaşlarına onunla birlikdə yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə getməyi təklif etmişdir. Yardımçı tikiliyə daxil olub oradakı dolabın rəfində gizlədərək saxladığı bir ədəd sellafon paketdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellafon paket onun və digər iştirakçıların yanında açılıb baxılarkən içərisindəkinin yaşıl rəngli kəskin iyili otabənzər maddə yəni narkotik vasitə qurdulmuş marixuana olduğu müəyyən edilmişdir. Daha sonra polis əməkdaşlarının sorğusuna cavab olaraq yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, 2020-ci ilin oktyabr ayında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsindəki sahilində balıq tutarkən ətrafda bitmiş çətənə bitkisindən yığıb yaşadığı evə aparıb yaşadığı evin həyətindəki yardımçı tikilidə qurudaraq oradakı dolabın rəfində gizlədərək saxladığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu o da imza etmişdir. Bundan sonra Polis əməkdaşları ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin Gəncə şəhərində yerləşən inzibati binasına gedilmişdir. Orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğuna o da imza etmişdir. Ailəlidir. X10 Qarabağın azad olunması uğrunda döyüşlərdə iştirak etmiş və yaralanaraq qazi olmuşdur. Döyüşdə göstərdiyi igiliyə görə medalla təltif olunmuşdur. Oğlunun döyüşdə olması onu stressə soxmuş, depresiv bir əhvali-ruhiyyəyə məruz qalmışdır. Həmin gərgin psixoloji vəziyyətdən qurtulmaq üçün narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 17.03.2021-ci il tarixdə saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı 19.03.2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri M.Fərruxov küçəsi 27 saylı evin qapısını döyüb Təqsirləndirilən şəxs bayıra çağırdıqdan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq yaşadığı evdə və evin həyətyanı sahəsində narkotik vasitə saxlaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsində məlumat olduğunu bildirib onun öz razılğı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməyərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazdıqdan sonra Təqsirləndirilən şəxs baxış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmiş Təqsirləndirilən şəxs də baxış keçirilərkən videoçəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində, yaşadığı evdə və ya evin həyətyanı sahəsində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Təqsirləndirilən şəxs də yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə doğru hərəkət edərək, həmin tikiliyə daxil olduqdan sonra tikilinin sağ küncündə yerləşən dolabın alt rəfindən 1 ədəd sellofan paketi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paket açılıb içərisinə baxılarkən içərisindəkinin yaşıl rəngli, kəskin iyə malik ota bənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını və həmin narkotik vasitəni 2020-ci ilin oktyabr ayında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində sahildə bitmiş narkotik tərkibli yabanı bitkidən yığıb qurudaraq özü istifadə etmək məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə gizlədərək saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən digər yardımçı tikililərə və evin otaqlarına baxış keçirilmiş, baxış zamanı evdən və evin həyətyanı sahəsində yerləşən digər yardımçı tikililərdən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə yığılıb qablaşdırılaraq ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 7 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yusifov X3 Taleh Azad oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17.03.2021-ci il tarixdə saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı 19.03.2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri M.Fərruxov küçəsi 27 saylı evin qapısını döyüb Təqsirləndirilən şəxs bayıra çağırdıqdan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq yaşadığı evdə və evin həyətyanı sahəsində narkotik vasitə saxlaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsində məlumat olduğunu bildirib onun öz razılığı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməyərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazdıqdan sonra Təqsirləndirilən şəxs baxış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmiş Təqsirləndirilən şəxs də baxış keçirilərkən videoçəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində, yaşadığı evdə və ya evin həyətyanı sahəsində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Təqsirləndirilən şəxs də yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə doğru hərəkət edərək, həmin tikiliyə daxil olduqdan sonra tikilinin sağ küncündə yerləşən dolabın alt rəfindən 1 ədəd sellofan paketi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paket açılıb içərisinə baxılarkən içərisindəkinin yaşıl rəngli, kəskin iyə malik ota bənzər kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını və həmin narkotik vasitəni 2020-ci ilin oktyabr ayında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində sahildə bitmiş narkotik tərkibli yabanı bitkidən yığıb qurudaraq özü istifadə etmək məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə gizlədərək saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən digər yardımçı tikililərə və evin otaqlarına baxış keçirilmiş, baxış zamanı evdən və evin həyətyanı sahəsində yerləşən digər yardımçı tikililərdən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə yığılıb qablaşdırılaraq ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 7 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Şahid1 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17.03.2021-ci il tarixdə saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı 19.03.2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri M.Fərruxov küçəsi 27 saylı evin qapısını döyüb Təqsirləndirilən şəxs bayıra çağırdıqdan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq yaşadığı evdə və evin həyətyanı sahəsində narkotik vasitə saxlaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsində məlumat olduğunu bildirib onun öz razılğı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməyərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazdıqdan sonra Təqsirləndirilən şəxs baxış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmiş Təqsirləndirilən şəxs də baxış keçirilərkən videoçəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində, yaşadığı evdə və ya evin həyətyanı sahəsində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Təqsirləndirilən şəxs də yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə doğru hərəkət edərək, həmin tikiliyə daxil olduqdan sonra tikilinin sağ küncündə yerləşən dolabın alt rəfindən 1 ədəd sellofan paketi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paket açılıb içərisinə baxılarkən içərisindəkinin yaşıl rəngli, kəskin iyə malik ota bənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını və həmin narkotik vasitəni 2020-ci ilin oktyabr ayında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində sahildə bitmiş narkotik tərkibli yabanı bitkidən yığıb qurudaraq özü istifadə etmək məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə gizlədərək saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən digər yardımçı tikililərə və evin otaqlarına baxış keçirilmiş, baxış zamanı evdən və evin həyətyanı sahəsində yerləşən digər yardımçı tikililərdən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə yığılıb qablaşdırılaraq ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 7 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Cinayət işi materiallarında olan məhkəmə bioloji ekspertizasının 18.03.2021-ci il tarixli 16/263 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “.............Təqsirləndirilən şəxs təqdim etdiyi...........” yazı və imzalar olan bir ədəd qara rəngli polietilen paketdə, təmiz çəkisi 460 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının 19.06.2021-ci il tarixli 564 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcubri müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 17.03.2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə baxış keçirilərkən evin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin sağ künc hissəsində yerləşən dolabın alt rəfindən 1 (bir) ədəd sellofan paketdə ümumi təmiz çəkisi 460 qram olan olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında 19 mart 2021-ci il tarixli protokoldan görünür ki, 19.03.2021-ci tarixdə Mingəçevir ŞPŞ-in müstəntiqi, polis mayoru Rəşad Əhmədov tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi prosessini özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə tərəfimdən baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin sağ küncündə yerləşən dolabın alt rəfindən 1 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,2 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 459,8 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. İş materiallarında olan DİN BƏSİİ-nin 27.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan SX seriyalı, ******* №-li Hərbi Biletdən görünür ki, 25.10.1999-cu il təvəllüdlü X4 27.09.2020-10.11.2020-ci il tarixləri ərzində Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərdə 701 h/h-nin tərkibində müharibə iştirakçısı olmuşdur. İş materiallarında olan 74129 №-li Vəsiqədən görünür ki, X4 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X5 şəhər şöbəsində üzv kimi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamından görünür ki, X4 (əsgər) Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın yuxarı həddi üçün 5 qram müəyyən edildiyi halda, 2020-ci ilin oktyabr ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd polietilen paketdə təmiz çəkisi 460 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi olmadan yaşadığı Mingəçevir şəhəri M.Fərruxov küçəsi 27№-li fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilidəki dolabın rəfində gizlədərək saxlamış 17 mart 2021-ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, M.Fərruxov küçəsi 27 №-li evin qarşısında saxlanıldıqdan sonra yaşadığı evin həyətinə özünün razılıq ərizəsi ilə baxış keçirilərkən yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə saxladığı həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana oradan aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmaqla ilk dəfə törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin oğlu X2 Qarabağın azad olunması uğrunda gedən “Vətən müharibəsi”ndə iştirak etməsini, müharibədə yaralanaraq müharibə qazisi olmasını və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərərək “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsini və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən dərhal azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2021-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 30 manat 40 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 459,8 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 459,8 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuana məhv edilsin. İş üzrə 30 (otuz) manat 40 (qırx) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar