Məhkəmə qərarları › İş №1(051)-138/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-138/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-138/2020 15.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Şikayət verən şəxs Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evin həyətində oğlu Nurlan Rəsulovun yetkinlik yaşına çatmayan qonşusu X2 sözlə mübahisə etdiyini görüb, onları sakitləşdirərək ayırmaq istədikdə Rəvan Bayraməlıyev ona cavab qaytardığı üçün şəxsi münasibətlər zəminində onunla aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə itələyərək yerə yıxıb, ona həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan, sağ əlin 5-ci daraq sümüyünün qapalı sınığı xəsarəti ilə nəticələnən xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərar vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, xx.xx.2020-ci ildə evdə olarkən çöldən səs-küy gəldiyini eşidib həyətə düşdü. Oğlu Nurlanla qonşusu Nərgizin oğlu Rəvanın sözlə mübahisə etdiklərini gördü. Onları aralaşdırmaq istəyərkən Rəvan söyüş söydüyü üçün əsəbləşib, əli ilə onu itələdi. Bu zaman Rəvan yerə yıxıldı. Sonra isə Rəvanın anası gələrək onu evə apardı, o, da öz oğlu Nurlanı evə apardı. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şikayət verən şəxs Qanuni nümayəndə məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə evdə olarkən aşağıdan səs-küy gəldiyini eşidib həyətə düşdü. Bu zaman qonşusu Vüsalın onun oğlu Rəvanı itələdiyini gördü. Oğlu Rəvan yerə yıxıldı və sağ qolu ilə özünü saxlamağa çalışsa da qolunun altında qaldığını gördü. O da həmin yerə gedib nə baş verdiyini soruşdu. Vüsal isə ona sakit olmasını bildirərək övladını götürüb evə getdi. Rəvanın əli ağrıdığı üçün onlar həkimə getdilər. Orada Rəvanın barmağının sındığını bildi. Sonra Mingəçevir ŞPŞ-yə şikayət ərizəsi ilə müraciət etdi. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Vüsaldan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Materiala əlavə olunmuş məhkəmə tibb ekspertizasının 625 №li xx.xx.2020-ci il tarixli rəyində göstərilir ki, X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:-sağ əlin 5-ci daraq sümüyünün qapalı sınığı küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundur, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gelir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət verən X1 qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şikayət verənşəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarlada təsdiq edilir və onun törətmiş olduğu əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Materialda olan DİN Baş əməliyyat və Statistika informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Materiala əlavə olunmuş əməli törətmiş Təqsirləndirilən şəxs və şikayət verən şəxs Qanuni nümayəndə ərizələrindən görünür ki, onlar barışmışlar, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə şikayət verən şəxsin və əməli törətmiş şəxsin ərizələrini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar