Məhkəmə qərarları › İş №1(051)-138/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-138/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-138/2022 29.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs – xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin xx.xx.2010cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.1, 177.3.2, 181.3.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək, 11(on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CMnin 1773.2-ci maddəsi hökmdən xaric edilərək cəzası 10(on) il 03 (üç) aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhər C.Əliyev küçəsi ev 22, mənzil 58-də qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,402 qram olan narkotik vasitə heroini əldə edib, əynindəki qara rəngli şalvarının sol yan cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 iyul 2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində dayancaqda saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 18:30 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd qara-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,402 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bldirdi ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, şəhər ərazisində işlərini həll edib qurtardıqdan sonra yaşadığı Az Dres qəsəbəsinə getmək üçün Mingəçevir şəhər H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən avtobus dayanacağına gəldi. Piyada gələrkən avtobus dayancağının yaxınlığında yerdə kağız bükümünü görüb götürdü. Həmin bükümü açanda içərisində narkotik vasitə heroin olmasını gördü. Daha sonra özü istifadə etmək məqsədilə həmin kağız bükümü əynindəki şalvarın sol yan cibinə qoydu və avtobus dayanacağında dayanıb avtobus gözləyərkən polis əməkdaşları ona yaxınlaşdılar. Özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etdilər. O da etiraz etmədi və polis şöbəsinə gətirildi. Polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçiriləcəyi izah olundu. Ona vəkil təqdim olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildi. Şəxsi axtarış zamanı polis əməkdaşları üzərində olan bütün əşyaları təqdim etməsini dedilər. Bu zaman əynindəki şalvarın sol yan cibində saxladığı içərisində nakrotik vasitə heroin olan bükümü təqdim etdi. Həmin büküm onun da iştirakı ilə açıldı. Sonra bükümdə olan narkotik vasitə çəkilərək polis əməkdaşları tərəfindən götürüldü. Əməlindən peşimandır. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili Şahid1 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Poçtun qarşısı” adlandırılan ərazidə yerləşən avtobus dayanacağında olan zaman onu görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə vəkil dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. O da etiraz etmədi. Təqsirləndirilən şəxs üzərində hər hansı saxlanması qanunsuz hesab edilən əşya varsa təqdim olunması təklif edildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd qara-ağ rəngli kağız bükümü təqdim etdi. Təqdim olunmuş həmin qara-ağ rəngli kağıza bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içərisində narkotik vasitə heroinə oxşar olan kütlə olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən dayanacaqda dayanan zaman yerdə görüb götürdüyünü və həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, narkotik vasitənin bir hissəsini istifadə etdiyini, qalan hissəsini də şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs əməli digər Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 24-25-ci vərəqlərində olan 07 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara-ağ rəngli kağız bükümünün içərisində çəkisi 0,402 qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin 31-33-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2022-ci il tarixli, 17/552 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,402 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi - 0,402 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq -0,352 qram Heroin- 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azəabaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na daxildir. (İ siyahı) İşin 87-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1078 saylı 01 avqust 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,402 qram olan narkotik vasitə heroini əynindəki qara rəngli şalvarının sol yan cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 iyul 2022ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində dayancaqda saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 18:30 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd qara-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,402 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 86-cı vərəqində olan xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşin 79-80-ci vərəqlərində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.1, 177.3.2, 181.3.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək, 11(on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 1773.2-ci maddəsi hökmdən xaric edilərək cəzası 10(on) il 03 (üç) aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 20-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, 04 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,352 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 69.10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 10(on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan, xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 69.10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,352 qram heroin məhv edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar