Məhkəmə qərarları › İş №1(051)-139/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-139/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-139/2020 05.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ HakimMirzəliyev Hüseyn Seyfullaoğlununsədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı və müdafiəçi X2 iştirakı ilə, xx xxxx 1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,490 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki boz rəngli cins şalvarın sağ yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün polis əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Günəşli bağ massivi 16cı küçədə saxlanılıb polis şöbəsinə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda narkotik vasitələrdən istifadə edir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində yaşadığıMingəçevir şəhəri Təbriz küçəsində yerləşən parkdan keçərkən yerdə 1 ədəd siqaretin gümüşü kağız bükümünü görüb götürüb, açıb baxdıq da həmin bükümün içində narkotik vasitə heroin olduğunu bilmişdir. Həmin bükümüəynindəki qara rəngli şalvarın sol yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri Günəşli bağ massivi 16-cı küçə ilə piyada hərəkət edən zaman tapdığı narkotik vasitə dəüzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər, o da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansıəşya varsa çıxarıb təqdim etməyi ona bildirilmiş, o da əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd siqaretin gümüşü kağız bükümünüəynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Nokia 1112” markalı mobil telefonu, sol yan cibindən 2 ədəd 1 manatlıq əskinasları, 1 ədəd şpris, sağ arxa cibindən 2 ədəd açarı, sol arxa cibindən isə 3 ədəd açarıçıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağız bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristallik kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütləaptek tərəzisindəçəkilmiş və siqaretin gümüşü kağız bükümü ilə birlikdəçəkisi 0,75 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən parkdan keçərkən yerdən siqaretin gümüşü kağız bükümündə tapıbdır. Tərəzidəçəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar, həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Əməlindən peşmandır. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq barəsində yüngül cəzanın seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Günəşli bağ massivi 16-cı küçə ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs dəüzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o, da əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd siqaretin gümüşü kağız bükümünü əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Nokia 1112” markalı mobil telefonu, sol yan cibindən 2 ədəd 1 manatlıq əskinasları, 1 ədəd şpris, sağ arxa cibindən 2 ədəd açarı, sol arxa cibindən isə 3 ədəd açarı təqdim etmiş vəüzərində digər əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünəşəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristallik kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1(bir) büküm narkotik vasitəyə oxşar kütlə aptek tərəzisindəçəkilmiş, siqaretin gümüşü kağız bükümü ilə birlikdəümumi cəmi çəkisi 0,75 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən parkdan keçərkən yerdən siqaretin gümüşü kağız bükümündə yerdən tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan boz rəngli cins şalvarın sağ yan cibində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsüzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 Məhyəddin oğlu da oxşar məzmunlu ifadə verərək, Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Cinayət işinin 28-29-cu səhifələrində olan xx.xx.2020-ci il tarixdə tərtib olunmuşşəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd siqaretin gümüşü kağız bükümünün içərisindəümumi təmiz çəkisi 0,490 qram olan olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/435 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilib olunmuş narkotik vasitə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,490 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Ekspertiza zamanı həmin narkotik vasitənin 0,050 qramı tədqiqata sərf olunmuş, 0,440 qramı isə qalıq qalmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 840 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə hesab edilən heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Onun narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,490 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki boz rəngli cins şalvarın sağ yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Günəşli bağ massivi 16-cı küçədə saxlanılıb polis şöbəsinə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi və peşimançılıq hissi keçirtməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 71.94 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,440 qram çəkidə heroin Azərbaycan Respublikası CPMnin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X1 filialında olan VÖEN: **********. Hesan № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,440 qram heroin məhv edilsin. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X1 filialında olan VÖEN: **********. Hesan № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar