Məhkəmə qərarları › İş №1(051)-139/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-139/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-139/2021 31.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid1, onun etibarnamə üzrə nümayəndəsi, vəkil X8 və təqsirləndirilən şəxsin müdafiəçisi X3 iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Gəncə şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhərinin H.Z.Tağıyev küçəsindəki 25 saylı evdə qeydiyyatda olub, ünvan 1 ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 16 fevral 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən evdə yaşamaq hüququ olmasını əsas gətirərək Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qardaşı Şahid2 və sonuncunu ailə üzvləri üçün ayrılmış otağı tərk etmək istəmədiyinə görə qardaşı Şahid2 arvadı Şahid1 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qarşılıqlı olaraq əlbəyaxa olub dalaşarkən, onları aralaşdırmaq istəyən Şahid1 xx.xx.2005-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs saçından əli ilə tulub qəsdən itələmiş, sonuncu müvazinətini itirib yıxılaraq başı masaya dəyməsi nəticəsində Zərərçəkmiş şəxs ənsə nayihəsinin hematoması və baş-beyin silkələnməsi ilə müşayiət olunan, küt əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 qardaşı Şahid2 həyat yoldaşı, Zərərçəkmiş şəxs isə Şahid1 qardaşından əvvəlki nikahından dünyaya gəlmiş övladı olmuşdur. Hazırda Şahid2 və Şahid1 mərhum atasına məxsus ünvan 4-də yaşayırlar. Həmin evdə əvvəllər özüylə birlikdə övladları da yaşamışlar. 2005-ci ildə anası vəfat etmiş və həmin vaxtlar qardaşı Şahid2 keçmiş ailəsi ilə birlikdə başqa mənzildə yaşamışlar. Lakin qardaşı Şahid2 keçmiş həyat yoldaşı arasında mübahisələr olmuş və mübahisələr səbəb qardaşının hazırki həyat yoldaşı Şahid1 olmuşdur. Onlar elə bu səbəbə görə ayrılmışlar. Qardaşı Şahid2 anası vəfat edəndən sonra atalarına məxsus evə gəlmiş, həmin evi Yaşar və digər qardaşı Qoşqar aralarında qeyri-rəsmi formada bölmüşlər. Eyni zamanda da qardaşı Qoşqarla Yaşar arasında evə görə mübahisələri olmuşdur. Həmin vaxt Şahid2 ona Qoşqarın onu evdən çıxartdıracağını, mirasdan onun xeyrinə imtina etməsi müqabilində ona yeni mənzil alacağını vəd etmişdir. Özü qardaşı Şahid2 inanmış və onun xeyrinə mirasdan imtina etmişdir. Lakin həmin vaxtdan bir neçə il keçməsinə baxmayaraq Şahid2 ona ev almamışdır. Həmçinin qardaşı Şahid2 əvvəlki həyat yoldaşı ilə boşanıb Şahid1 ilə ailə həyatı qurmuşdur. Bundan sonra özü övladları ilə birlikdə Bakı şəhərinə gedərək orada kirayədə yaşamağa başlamışdır. 2011-ci ildə məhkəməyə müraciət edərək atasına məxsus evdə yaşamaq hüququ almış, lakin Bakı şəhərində yaşadığı üçün evə köçürülmə işləri ilə məşğul ola bilməmişdir. Ancaq 2020-ci ilin yay aylarında Mingəçevir şəhərinə qayıtmaq qərarına gəlmiş və atasına məxsus evə köçürülməyi üçün Mingəçevir şəhəri İcra və probasiya şöbəsinə müraciət etmişdir. 2020-ci ilin sentyabr ayında qeyd olunan evə köçürülmüşdür. Fərdi yaşayış evinə köçürüldükdən sonra 4 dəfə həmin evə getmiş, lakin hər dəfəsində də Şahid2 və həyat yoldaşı onunla mübahisə etməyə başlamışlar. Belə ki, qardaşı Yaşar və onun həyat yoldaşı Şahid1 ona evin digər otaqlarından, mətbəxindən, sanitar qovşağından istifadə etməsinə mane olmuş, yalnız öz otağında istifadə etməsini tələb etmişlər. Sonuncu dəfə 2021-ci ilin fevral ayının 16-da evə gəlib orada yaşamağa başlamışdır. Həmin gün saat 18 radələrində ümumi istifadədə olan otaqda telefonla danışan zaman Səlim Rəsulova ona otaqdan çıxmasını, otağı bağlayıb gedəcəklərini demiş, özü isə evin ata mülkü olduğunu, evin hansı otağından istəsə istifadə edə biləcəyini demişdir. Elə bu zaman Şahid1 onun atası Sərkərin qəbrini təhqir etmiş, buna görə də Şahid1 ilə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı qarşılıqlı olaraq Şahid1 ilə bir-birilərinin saçlarından tutmuşdur. Həmin vaxt Şahid1 yetkinlik yaşına çatmayan qızı Rənaya onlara mobil telefon vasitəsilə videoya çəkməyi tapşırmış və Rəna da onları mobil telefon vasitəsi ilə videoya çəkməyə başlamışdır. Şahid1 ilə qarşılıqlı mübahisə etdikləri zaman özü Şahid1nm qızı Zərərçəkmiş şəxs vurmamış, əli ilə onu itələməmişdir. Onun mübahisəsi yalnız Şahid1 ilə olmuşdur. Zərərçəkmiş şəxs isə hansı formada xəsarət almasından xəbəri olmamışdır. Onun əməlində cinayət tərkibinin əlamətləri yoxdur. Ona görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, anası Şahid1 2013-cü ildə Şahid2 ilə ailə həyatı qurmuşdur. Anası Şahid1 Şahid2 ilə ailə həyatı qurduqdan sonra onlar birlikdə Şahid2 məxsus, ünvan 4 ünvanında yerləşən həyət evində yaşamağa başlamışlar. Şahid2 anası Şahid1 ilə ailə həyatı qurmamışdan əvvəl yəni, 2011-ci il tarixdə Şahid2 öz bacısı Təqsirləndirilən şəxs ilə aralarında evə görə aralarında mübahisə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə qaydasında həmin evdə yaşamaq hüququ əldə etmiş, lakin həmin vaxt evə köçürülməmişdir. Təqsirləndirilən şəxs onların yaşadığı evə 2020-ci ilin noyabr ayının əvvəllərində köçürülmüş, Bakı şəhərində yaşadığı üçün köçürüldükdən sonra fərqli aralıqlarla onların yaşadığı evə gəlmiş və ona ayrılmış otaqda yaşamağa başlamışdır. 16.02.2021 -ci il tarixdə, saat 18 radələrində anası Şahid1 ilə birlikdə Mingəçevir şəhərində yaşayan qohumlarının evinə getməli olduqları üçün anası Şahid1 ilə birlikdə hazırlaşmağa başlamışlar. Təqsirləndirilən şəxs onların hazırlaşdığını görüb istifadələrində olan zal otağına gələrək orada telefonla danışmağa başlamışdır. Anası hazırlaşıb qurtardıqdan sonra Təqsirləndirilən şəxs otaqdan çıxmasını, otağı bağlayacaqlarını dedikdə, Təqsirləndirilən şəxs ev onun ata mülkü olduğunu, harda istəsə orada otura biləcəyini bildirmişdir. Bu zaman anası Təqsirləndirilən şəxs artıq atasının öldüyünü, onun evdə özünə məxsus payı olduğunu, həmin paydan istifadə etməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əsəbi formada “atamın adını ağzına alma” sözlərini deyərək anası Şahid1nm üzərinə gələrək onun saçından tutub əlbəyaxa olmağa başlamışdır. Həmin vaxt özü onları ayırmaq məqsədilə aralarına girmiş, elə bu zaman Təqsirləndirilən şəxs onun saçından tutub silkələmiş və onu itələmişdir. Həmin vaxt özü yıxılaraq başının arxa hissəsi otaqdakı masaya dəymişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onu qəsdən itələməmiş, özü mübahisəni sakitləşdirmək üçün anası Şahid1 və Təqsirləndirilən şəxs arasına girən zaman, Təqsirləndirilən şəxs onun saçından tutub silkələmiş və onu itələmişdir. Bundan sonra özü ögey atası Şahid2 və DİN-in 102 xidmətinə münaqişə ilə bağlı məlumat vermişdir. Daha sonra polis əməkdaşları və ögey atası Şahid2 evə gəlmişdir. Anası Şahid1 ilkin olaraq yalnız özünün döyülməsi ilə bağlı şikayət etmiş, onun xəstə olduğuna və 2-ci dərəcəli əlilliyinin olduğuna görə anası Şahid1 onun döyülməsi barədə şikayət etməmişdir. Lakin növbəti gün onun səhhətində beyin silkələnməsi olduğunu bildikdə bundan sonra onun Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə də Polis Şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 ilə 2013-cü ildə ailə həyatı qurmuşdur. Həmin evlilikdən əvvəllər Şaiq adlı şəxslə rəsmi nikahdan Rəna adında övladı olmuşdur. Şahid2 ilə ailə həyatı qurduqdan sonra qızı Zərərçəkmiş şəxs ilə birlikdə Şahid2 məxsus, ünvan 4 ünvanında yerləşən həyət evində yaşamağa başlamışlar. Şahid2 onunla ailə həyatı qurmamışdan əvvəl yəni, 2011-ci il tarixdə bacısı Təqsirləndirilən şəxs ilə aralarında evə görə mübahisələri olmuş, Təqsirləndirilən şəxs məhkəmə qaydasında həmin evdə yaşamaq hüququ əldə etmiş, 2020-ci ilin noyabr ayının əvvəllərində isə Təqsirləndirilən şəxs həmin evə köçürülmüşdür. Sonralar Təqsirləndirilən şəxs fərqli aralıqlarla onların yaşadığı evə gəlmiş, ona ayrılmış otaqda yaşamış, lakin Təqsirləndirilən şəxs başqa otaqlardan da istifadə etmiş və ona bu barədə özləri etiraz etməmişlər. 16.02.2021-ci il tarixdə, saat 18 radələrində qızı Zərərçəkmiş şəxs ilə birlikdə Mingəçevir şəhərində yaşayan qohumunun evinə getməli olmuşlar. Buna görə hazırlaşmağa başlamış, Təqsirləndirilən şəxs onların hazırlaşdıqlarını görüb onların istifadəsində olan zal otağına gəlmiş, orada telefonla danışmağa başlamışdır. Özləri hazırlaşıb qurtardıqdan sonra Təqsirləndirilən şəxs otaqdan çıxmasını, otağı bağlayacaqlarını dedikdə Təqsirləndirilən şəxs ona evin onun ata mülkü olduğunu, harada istəsə orada oturacağını demişdir. Özü isə cavab olaraq Təqsirləndirilən şəxs artıq atasının olmadığını, atasının öldüyünü, onun evdə özünə məxsus payı olduğunu, həmin paydan istifadə etməsini bildirdikdə, Təqsirləndirilən şəxs əsəbi formada ona “atamın adını ağzına alma” sözlərini demiş və üzərinə gələrək saçından tutub yolmağa başlamışdır. Həmin vaxt özü də Təqsirləndirilən şəxs saçından tutub yolmuşdur. Bu vaxt qızı Zərərçəkmiş şəxs onları ayırmaq üçün aralarına girmiş və Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxsnm saçından tutub silkələyərək onu itələmişdir. Həmin vaxt qızı Zərərçəkmiş şəxs yıxılmış və başının arxa hissəsi otaqdakı masaya dəyərək xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 birinci ailə həyatından olan qız övladı olmuşdur. Özü Şahid1 ilə ailə həyatı qurduqdan sonra Zərərçəkmiş şəxs da onlarla birlikdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs bacısıdır. Lakin ata evində yaşadığı üçün ev üstündə aralarında mübahisələri yaranmışdır. Buna görə də ev mübahisəsi Mingəçevir şəhər məhkəməsində araşdırılıb və Təqsirləndirilən şəxs həmin evə köçürülməsi qət edilmiş, lakin istifadə hüququ verilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda həmin evə gələrək qalmış, daimi yaşayış yeri Bakı şəhəri olduğundan müxtəlif aralıqlarda onların yaşadığı evə gəlmişdir. Sonuncu dəfə yəni, 16.02.2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs onların yaşadığı evdə olarkən həyat yoldaşı Şahid1 və qızı Zərərçəkmiş şəxs qonaq getmək üçün evdən çıxmağa hazırlaşarkən Təqsirləndirilən şəxs onların istifadəsində olan zal otağından çıxmayaraq, evdə mübahisə yaratmışdır. Həmin mübahisə evin zal otağında baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs ilə həyat yoldaşı Şahid1 arasında əlbəyaxa dava baş vermiş, dava zamanı evdə olan Zərərçəkmiş şəxs onların arasına girib aralaşdırmaq istədikdə Təqsirləndirilən şəxs onu saçından tutub başını silkələmiş və itələmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs baş nayihəsi kənarda olan masaya dəymiş və o, xəsarət almışdır. Sonra Zərərçəkmiş şəxs ona və Polis Şöbəsinə məlumat vermişdir. Daha sonra özü evə gəldikdə Zərərçəkmiş şəxs ona başında olan xəsarəti göstərərək Təqsirləndirilən şəxs və anası Şahid1 aralamaq istəyən zaman Təqsirləndirilən şəxs onun saçından tutub başını silkələyib itələdikdə başı masaya dəyərək xəsarət aldığını bildirmişdir. Münaqişə ilə bağlı Polis Şöbəsinə şikayət olunduqda ilk olaraq Zərərçəkmiş şəxsnm yetkinlik yaşına çatmamış olması və qız övladı olduğu üçün onun döyülməsi barədə şikayət olunmamışdır. Lakin, daha sonra onun səhhətində aldığı xəsarətə görə narahatlıq yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs baş nayihəsində beyin silkələnməsi olduğundan tez-tez yediklərini qaytardığı üçün daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirməsi barədə Polis Şöbəsinə şikayət etmişlər. Cinayət işdə olan məhkəmə-tibbi ekspertizasının 21 fevral 2021-ci il tarixli, 101 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilən xəsarətlər – ənsə nahiyəsində hematoma və baş-beyin silkələnməsi küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Yetirilmə müddəti qərarda göstərilən 16 fevral 2021-ci il tarixə uyğundur. Həmin xəsarət sağlamlığı qısa müddətdə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutların məcmusuna mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 16 fevral 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən evdə yaşamaq hüququ olmasını əsas gətirərək Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qardaşı Şahid2 və sonuncunu ailə üzvləri üçün ayrılmış otağı tərk etmək istəmədiyinə görə qardaşı Şahid2 arvadı Şahid1 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qarşılıqlı olaraq əlbəyaxa olub dalaşarkən, onları aralaşdırmaq istəyən Şahid1 xx.xx.2005-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs saçından əli ilə tulub qəsdən itələmiş, sonuncu müvazinətini itirib yıxılaraq başı masaya dəyməsi nəticəsində Zərərçəkmiş şəxs ənsə nayihəsinin hematoması və baş-beyin silkələnməsi ilə müşayiət olunan, küt əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, CPM-nin 21.2-ci maddəsinə əsasən, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş əməldə cinayət tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbayacan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinin tələbinə görə şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM-nin 33-cü maddəsi) sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə faktların müəyyən edilmiş sayılması üzrə nəticələrini həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan; tam, hər tərəfli və obyektiv yoxlanılmış; mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl CM-nin 128-ci maddəsinin dispozisiyasında “sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cuzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma” kimi formulə edilmiş, yəni qanunverici sağlamlığa yüngül zərər vurmanı yalnız əməl qəsdən törədildikdə, cinayət məsuliyyətinə səbəb olan əməl kimi təsbit etmiş, bu əməlin ehtiyatsızlıqdan törədilməsinə görə isə cinayət məsuliyyəti nəzərdə tutmamışdır. Azərbaycan Respublikası CM-nin 25.1-ci maddəsinin tələbinə görə birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinin tələbinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinin tələbinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi üçün, CPM-nin 139-cu maddəsinə əsasən bu əməlin CM-nin 25.2-ci maddəsində təsbit edilmiş birbaşa qəsdi xarakterizə edən zəruri əlamətləri, yəni Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirəcəyini qabaqcadan görüb bunu arzu etməsi və yaxud CM-nin 25.3-cü maddəsində dolayı qəsdi xarakterizə edən zəruri əlamətləri, yəni Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vuran xəsarət yetirməyi arzu etməsə də, həmin nəticəni (əməlin sağlamlığa yüngül zərər vurma ilə nəticələnə biləcəyini) qabaqcadan görmasi və bu nəticənin baş verməsinə şüurlu surətdə yol verməsi baxılan işin sübutetmə predmetini təşkil edən hallardır və bu səbəbdən onlar (cinayətin birbaşa və ya dolayı qəsdlə törədilməsi) CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada işə aid olan, mümkün və mötəbər sübutların məcmusu ilə kifayət qədər (inandırıcı şəkildə) sübuta yetirilməli idi. Lakin, hətta Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın faktik məzmununa və müvafiq olaraq ibtidai istintaqın müəyyən edilmiş saydıqları Təqsirləndirilən şəxs əməlini təşkil edən faktik hallara (cinayətin təsvirinə) baxdıqda, aydın olur ki, ibtidai istintaq orqanı CM-nin 25.2 və 25.3-cü maddələrində təsbit edilmiş əlamətləri müəyyən etmədən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vuran xəsarətləri məhz qəsdən yetirməsi haqqında nəticəyə gəlmişdir. Belə ki, cinayətin təsvirinə görə Təqsirləndirilən şəxs ilə Şahid1 qarşıqlı olaraq birbirilərinin saçlarından tutub dartmışlar və zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsi, anasının dediyinə görə bu zaman onları ayırmağa çalışan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən başından tutub silkələnmiş və itələnmiş, bu zaman o, yıxılaraq başı masaya dəyməsi nəticəsində ənsə nahiyəsinin hematoması və baş-beyin silkələnməsi ilə müşaiyət olunan sağlamlığa yüngül zərər vuran xəsarətlər almışdır. Faktların bu cür təsvir edilməsindən görünən odur ki, Təqsirləndirilən şəxs niyyəti müstəsna olaraq özünü müdafiə etmək olmuş və o, hadisə yerində Zərərçəkmiş şəxs münasibətdə hər hansı bir hərəkət etməmişdir. Bu təsvirə baxaraq demək olmaz ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ənsə nahiyyəsinin hematoması və baş-beyin silkələnməsi şəklində sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməyi arzu etmiş və ən əsası Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, anası Şahid1 dediyi kimi itələdikdə yıxılacağını, xüsusilə də sağlamlığına yüngül zərər vuran xəsarətlər alacağını əvvəlcədən görmüşdür, yəni onun əməlində birbaşa və yaxud dolayı qəsdin əlamətləri olmuş, qəsdin ehtiyatsızlıq forması isə ittihamı irəli sürən orqan tərəfindən istisna edilmişdir. Zərər çəkmiş şəxsin “müdaxilə”sinin formasında, həyata keçirilməsi şəraitindən və intensivliyindən, təmasda olanların qarşılıqlı vəziyyətindən asılı olaraq təsvir edilən həmin faktlar, yəni ittihamda irəli sürülmüş cinayətin təsviri eyni müvəffəqiyyətlə Təqsirləndirilən şəxs ehtiyatsızlığına dəlalət edən faktlar (təsvir) kimi qəbul edilə bilərdi. Bundan başqa cinayət işi materiallarından da göründüyü kimi 16 fevral 2021-ci il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs və Şahid1 qarşılıqlı olaraq birbirilərinin saçlarından tutub yolmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etməmiş və onunla mübahisə etmək fikri belə olmamışdır. Daha doğrusu ona qəsdən xəsarət yetirmək niyyəti olmamışdır. Bu halı məhkəmə iclasında zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi də təsdiq etmişlər. Eyni zamanda da Təqsirləndirilən şəxs həm istintaq, həm də məhkəmə iclası zamanı verdiyi ifadəsində zərər çəkmiş şəxsi itələmədiyini, onun neçə xəsarət alması barədə məlumatı olmadığını bildirmişdir. Bu halı yalnız zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, yəni anası Şahid1 qeyd etmişlər. Onlar da ifadələrində Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs itələmək fikri olmadığı, yəni qəsdən zərər çəkmiş şəxsə xəsarət yetirmək niyyəti olmadığını, yalnız Təqsirləndirilən şəxs ilə Şahid1 aralamaq istəyən zaman Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi itələdiyini bildirmişlər. Daha sonra isə Şahid1 Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Onun tibbi müayinəsi zamanı ona yetirilmiş xəsarətlərin dərəcəsinin təyin olunmadığı qeyd edilmişdir. Material üzrə araşdırma da Şahid1 ərizəsi əsasında aparılmışdır. Daha sonra isə Şahid1 təkrar ərizə ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək 16 fevral 2021-ci il tarixdə baş vermiş mübahisə zamanı qızı Zərərçəkmiş şəxs xəsarət aldığını bildirmiş və bunun əsasında da Zərərçəkmiş şəxs tibbi müayinədən keçirilərək yüngül xəsarət aldığı məlum olmuşdur. Lakin, həmin rəydə Zərərçəkmiş şəxs kimin xəsarət yetirdiyi qeyd edilməmişdir. Eyni zamanda da işi aparan müstəntiq bu halları araşdırmamış, Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət almasını araşdırmamış, alınmış xəsarətin birbaşa və ya dolayı qəsdlə törədildiyini və yaxud da ehtiyatsızlıqdan törədildiyini araşdırmadan Təqsirləndirilən şəxs ittiham irəli sürmüşdür. İbtidai istintaqın Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs itəliyərək masaya dəyib xəsarət almasının sübuta yetirilməsi (bu faktın mövcud olması) barədə nəticələrini də, bu nəticələr sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməsinə, işin mühüm əhəmiyyətli hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmadığından, inandırıcı qənaət kimi qəbul etmək mümkün deyildir. Oxşar məsələylə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 1(102)-123/2018 saylı qərarında (bax.Ali məhkəmənin № 3 2018-ci il bülleteni səh. 34) mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə toplanmış mötəbər sübutlarla zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərərin birbaşa və ya dolayı qəsdlə vurulması müəyyən edildikdə həmin əməli törətmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər, ehtiyatsızlıqdan törədilmiş əmələ görə isə cinayət məsuliyyətinin nəzərdə tutulmadığı göstərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərərin birbaşa və dolayı qəsdlə vurduğu sübutlarla öz əksini tapmamışdır. Eyni zamanda da ibtidai istintaq orqanı CM-nin 25.2 və 25.3-cü maddələrində təsbit edilmiş əlamətləri müəyyən etmədən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vuran xəsarətləri məhz qəsdən yetirməsi haqqında nəticəyə gəlməsi əsaslı sayıla bilməz. Çünki, Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında da açıq-aydın qeyd olunmuşdur ki, ehtiyatsızlıqdan sağlamlığa zərər vurmaya görə cinayət məsuliyyətinin nəzərədə tutulmadığı göstərilmişdir. Eyniylə hazırki iş üzrə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə zərərin birbaşa və ya dolayı qəsdlə yetirilməsini ibtidai istintaq orqanı araşdırmamış, əməlin ehtiyatsızlıqdan baş verməsini isə inkar etmişdir. Qanunçuluq prinsipini təsbit edən Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 33.1 və 32.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətlədirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin tələblərinin pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı bir yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktları ilə (Azərbaycan Respublikası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlar və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair protokolların müddəlarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini nəzərə almasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyası müddəlarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir. Məhkəmə hesab edir ki, baxılan işdə təqsirləndirilən şəxsə CM-nin 128-ci maddə ilə istinad olunan ittihamın dəlillərinə Azərbaycan Respublikası CPM-nin yuxarıda sadalanan normaları, o cümlədən Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedentləri işığında baxarkən ibtidai araşdırma orqanının cinayət prossesində iştirak edən tərəflərin çəkişməsi prinsipi (CPM-nin 32-ci maddəsi) ilə ehtiva olunan ibtidai istintaqda, o cümlədən sübutların tədqiqində cinayət prossesi tərəflərinin bərabərliyini təmin etmək vəzifəsinə əməl etmədiyi, həmin dəlilləri hüquqi müstəvidə yoxlamadan sübut kimi qəbul etdiyi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə olunmuş sübutların ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə hesab edirik ki, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş ittihamda cinayət tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 139.0.3-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar ittihamın təsdiq edilməsi üçün kifayət edən həcmdə olmalıdır. Sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Lakin baxılan cinayət işi üzrə təqdim olunan sübutların həcmi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmasına dair mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ hissəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyada elan olunan təqsirsizlik prezumpsiyası hüququ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində də təsbit edilərək göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinin tələbinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. X4 Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Azərbaycan Respublikası CPM-nin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prossesual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən haqqında bəraət hökmü çıxarılmış şəxs təqsirsiz sayılır. Həmin Məcəllənin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə, ibtidai araşdırma zamanı, habelə məhkəmə istintaqında toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş cinayət əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmalıdır. Həmçinin Avropa Məhkəməsi “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın 6-cı bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılmasına hüququnun təsbit edilməsi hüququ vardır. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X2 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 318, 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm e t d i: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş cinayət əməlində cinayət tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CPM-nin 56-cı və 63-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş zuyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X2 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar