Məhkəmə qərarları › İş №1(051)-139/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-139/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-139/2022 13.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürsounun vəkili Müdafiəçi, iştirakı ilə Təqsirləndirilən şəxs - xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Mingəçevir şəhər məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Yevlax rayonu, Aşağı Salamabad kəndində qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri, Samux küçəsi ev 68-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin aprel ayında X9 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 ilə sonuncunun yaşadığı Ağdam rayonu, Bənövşələr qəsəbəsi 190 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində görüşüb, aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs1 ünvanlı sosial yardım təyin etdirəcəyi ilə bağlı yalandan vəd verib aldatmaqla özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, 2020-ci ilin aprel ayında Maxlıc Ağcayevanm yaşadığı Ağdam rayonu, Bənövşələr qəsəbəsində yerləşən 198 nömrəli evdə Zərərçəkmiş şəxs1 ona verdiyi 400 manat, daha sonra 200 manat, cəmi 600 manat məbləğdə pulunu alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 600 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin aprel ayında X9 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olduğunu Maxlıc Ağcayevadan öyrəndikdən sonra Zərərçəkmiş şəxs2 yaşadığı Ağdam rayonu, Bənövşələr qəsəbəsi 324 ünvanında yerləşən fərdi yaşayış evində olarkən aralarında olan söhbət zamanı ona təcili olaraq qızıl-zinət əşyaları lazım olduğunu bildirib, sonradan pulunu hissə-hissə ödəyəcəyi ilə bağlı yalandan vəd verib, aldatmaqla özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd 480 manat dəyərində, İtaliya istehsalı olan, 6 qram çəkidə, 750 əyarlı brilliant qaşlı qızıl üzüyü, 01 (bir) ədəd 560 manat dəyərində, İtaliya istehsalı olan, 7 qram çəkidə, 750 əyarlı brilliant qaşlı qızıl üzüyü, 01 (bir) ədəd 180 manat dəyərində, Rusiya istehsalı olan, 3 qram çəkidə, 583 əyarlı qızıl qolbağını, 01 (bir) cüt 180 manat dəyərində, Rusiya istehsalı olan, 3 qram çəkidə, 583 əyarlı qızıl sırğanı, 01 (bir) cüt 480 manat dəyərində, Türkiyə istehsalı olan, 8 qram çəkidə, 585 əyarlı qızıl sırğanı və 01 (bir) ədəd 240 manat dəyərində, Türkiyə istehsalı olan, 4 qram çəkidə, 585 əyarlı qızıl üzüyünü alıb ələ keçirib, sonradan isə satıb şəxsi ehtiyaclarına xərcləyərək aldığı qızıl-zinət əşyalarını qaytarmayaraq və ya pulunu ödəməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 2120 (iki min yüz iyirmi) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin aprel ayında tanıdığı Zərərçəkmiş şəxs4 ilə sonuncunun yaşadığı Ağdam rayonu, Bənövşələr qəsəbəsi 155 ünvanında yerləşən fərdi yaşayış evində olarkən himayəsində olan uşağı xəstə olmadığı halda Zərərçəkmiş şəxs4 ilə aralarında olan söhbət zamanı sonuncuya yalandan uşağının xəstə olduğunu, müalicəsinə pulunun olmadığını bildirib 700 manat borc verməsini xahiş etmiş, bunun müqabilində ona bir ədəd "xxxx" ASC-yə aid 4169 7413 9000 9262 nömrəli plastik kartı girov qoyaraq yalandan həmin kartda 500 manat pul olduğunu, borcunu gecikdirərsə, həmin bank kartından pulu çıxara biləcəyini deyib, sonralar borcunu qaytaracağı ilə bağlı yalandan vəd verib aldatmaqla özgənin əmlakım əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, Zərərçəkmiş şəxs4nm 700 manat məbləğdə pulunu alıb ələ keçirərək və şəxsi ehtiyaclarına xərcləyərək aldığı pulu qaytarmayaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 qızma 700 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs3 ilə sonuncunun yaşadığı Ağdam rayonu, Bənövşələr qəsəbəsi 155 ünvanında yerləşən fərdi yaşayış evində görüşərkən aralarında olan söhbət zamanı yalandan Zərərçəkmiş şəxs3 uşağının xəstə olduğunu, müalicəsinə pulunun olmadığını, ona görə də bankdan kreditlə pul götürüb ona verməsini xahiş edib, həmin kreditin özü tərəfindən ödəniləcəyini, habelə gələcəkdə həmin kredit müqaviləsini öz adına rəsmiləşdirəcəyini, kredit müqaviləsini onun adından öz adma rəsmiləşdirməkdən ötrü 100 manat pul lazım olduğunu yalandan vəd verib aldatmaqla özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, həmin məqsədlə 04 iyun 2020-ci il taridə Zərərçəkmiş şəxs3 ilə birlikdə Ağdam rayonu, Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Ağdam filialına getmiş, həmin bankdan Zərərçəkmiş şəxs3 öz adma GTKR2115628A186 nömrəli müqavilə əsasında 2280 manat məbləğdə kreditin götürülərək ona verilməsinə nail olmuş, həmin məbləğlə yanaşı Zərərçəkmiş şəxs3 məxsus «Bir kart»dan eyni bəhanə ilə əlavə 100 manat məbləğdə pul vəsaitinin məxaric olunaraq bankın filialının yerləşdiyi binanın qarşısında Zərərçəkmiş şəxs3 aldıqdan sonra, kreditin öz adma rəsmiləşdirilməsi bəhanəsi ilə Zərərçəkmiş şəxs3 "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin X21 poçt vasitəsi ilə ona göndərdiyi 100 manat məbləğdə pulu 21 iyul 2020-ci il tarixdə Mingəçevir şəhərində Mingəçevir şəhər Mərkəzi poçtunda nağdlaşdırıb götürdükdən sonra ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 2480 manat məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına xərcləməklə və aldığı pulu qaytarmayaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 qızma 2480 (iki min dörd yüz səksən) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarilxi hökmü ilə Azərbaycan Respublikası CM-ninl78.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan isə ona münasibətdə xx.xx.2021-ci il tarixli amnistiya qərarı tətbiq olunaraq cəzası 1 il müddətinə azaldılmışdır. 2020ci ilin dəqiq xatırlamadığı ayında rəfiqəsi Şahid3 və onun qardaşı Arzu ilə birlikdə Ağdam rayon Bənövşələr qəsəbəsinə getmişdir. Həmin ərəfədə maddi vəziyyəti çox pis olduğundan çıxış yolu axtarmışdır. Orada bir neçə gün qaldıqdan sonra Mahlıc rəfiqəsi Gülnarənin əri Fərhadın ünvanlı sosial yardım almasını təmin etmək istədiyini bildirmişdir. O, da pul əldə etmək üçün fürsət yarandığını görüb köməklik edə biləcəyini demişdir. Bundan sonra Fərhad və arvadı Gülnarə Mahlıcgilin evinə gəlmiş, orada o, Fərhada ünvanlı sosial yardım düzəltmək üçün 600 manat pul verməli olduğunu bildirmişdir. Fərhad həmin vaxt 600 manat pulu tam verə biləcək imkanı olmadığını bəyan etdikdə ona hissə-hissə ödəyə biləcəyini demişdir. Bundan sonra həmin gün Fərhadın arvadı Gülnarə 400 manat məbləğində pulu Mahlıcm evində sonuncunun yanında ona vermişdir. Daha sonra dəqiq xatırlamadığı tarixdə Gülnarəyə həmin ünvanlı sosial yardım işinin düzəlməsi üçün yerdə qalan 200 manat pulu da verməli olmasını bildirmişdir. Gülnarə də həmin 200 manat pulu gətirib Mahlıcm evində olarkən sonuncunun yanında ona vermişdir. O, Ağdam rayonunun Bənövşələr qəsəbəsində qaldığı müddətdə Mahlıc Bənövşələrqəsəbəsində qızıl-zinət əşyaları satan olduğunu və qızıl-zinət əşyalarını alıb pulunu hissə-hissə ödəməyin mümkün olduğu barədə danışmışdır. Qızıl-zinət əşyaları satan Namiş Həsənovdan qızıl-zinət əşyaları almaq üçün Mahlıc və Mahlıcm qaynanası Rübabə ilə birlikdə Namiqin yaşadığı ünvana getmişdir. Orada Namiqə qızıl-zinət əşyası almaq və pulunu ayda 200 olmaqla hissə-hissə ödəmək istədiyini bildirmişdir. Namiq də razılaşıb ona qızıl-zinət əşyaları 2850 manatat dəyərləndirib olan vermişdir. Həmin vaxt Namiqə Mahlıcm 400 manat məbləğində pul borclu olduğuna görə girov qoyduğu əri Niyaməddinə məxsus plastik kartı verərək hər ay 120 manat pulu həmin kartın hesabından nağdlaşdıracağım demişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 və qızı Zərərçəkmiş şəxs3 övladını müalicə etdirmək üçün 1000 manat pul istəmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs4 ona 700 manat məbləğində pul vermiş, o, da istifadəsində olan plastik kartı inandırmaq üçün ona verib hər ay həmin karta 100 manat pul göndərəcəyini vəd etmişdir. Bundan sonra 2020-ci ilin iyun ayında övladının xəstə olduğunu bəhanə gətirib bunun üçün Nazilə Cəfərovadan bankdan 2500 manat məbələğində pul krediti götürməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 ilə birlikdə "xxxx"ASC-nin Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən filialına getmişlər. Orada bankda sənədləşmə apırlan zaman Zərərçəkmiş şəxs3 öz adma cəmi 2280 manat məbləğdə pul krediti götürə biləcəyi məlum olmuşdur. O, əlacsız qalıb həmin məbləğlə razılaşmışdır. Zərərçəkmiş şəxs3 sənədləşmə aparılan müddətdə pul kreditini öz adma götürməsindən və onun bundan istifadə edərək həmin krediti ödəməyəcəyindən narahat olmağını dilə gətirdikdə onun kredit müqaviləsi bağlamaqdan çəkinməsini görüb onu müqavilənin rəsmiləşdirilməsinə razı salmaq üçün həmin vaxt ona 100 manat verəcəyi halda krediti sonradan öz adma yönəldib hər ay ödəycəyini yalandan vəd etmişdir. Zərərçəkmiş şəxs3 həmin gün inanaraq şərtləri ilə razılaşıb bankla müqavilə imzalayaraq 2280 manat məbləğində pul krediti götürmüş, hətta ona “Bir kart” da vermişlər. 2280 manat məbləğində pulu "xxxx"m qarşısında Zərərçəkmiş şəxs3 ona verdikdə ondan “Bir kartı”da istəmiş, Zərərçəkmiş şəxs3 həmin “Bir karf’ı da ona vermişdir. Bundan sonra həmin «Bir kart»dan 100 manat pul çıxarmışdır. Bundan sonra o, 2020-ci ilin iyul ayında Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayaraq krediti öz adma yönəltmək üçün müqavilə bağlamazdan razılaşdıqları 100 manat məbləğində pulu da göndərməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 poçt vasitəsilə ona 100 manat məbləğində pul göndərmiş, qeyd olunan gün Mingəçevir şəhər Mərkəzi poçtundan həmin məbləğdə pulun rüsumlar çıxıldıqdan sonra 97 manat olan hissəini almışdır. Bütün yuxarıda göstərilən əməllərə yol verməkdə məqsədi həmin şəxsləri aldadıb pullarını ələ keçirmək əvəzində isə hər hansı bir iş görməmək olmuşdur. 2020-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 ümumilikdə 600 manat pulu əvvəlcə 400 manat, daha sonra isə 200 manat olmaqla arvadı Gülnarə vasitəsilə Ağdam rayon Bənövşələr qəsəbəsində Mahlıcın yanında almışdır. Həmin pulu Fərhada ünvanlı sosial yardım düzəltmək adı ilə almışdır. Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyalarını hissə-hissə ödəmək barədə razılaşaraq aldıqdan sonra həmin şəxsə razılaşmaya uyğun olaraq pulu hissə- hissə ödəmək Niyaməddinin istifadəsində plastik kartı vermiş, Zərərçəkmiş şəxs2 01 cüt qızıl sırğa, 03 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbağı almışdır. Zərərçəkmiş şəxs2 aldıcı qızıl-zinət əşyalarını gündəlik ehtiyacları üçün aldığı gündən təxminən 7-8 ay sonra Mingəçevir şəhərində yerləşən xatırlamadığı qızıl mağazasına satdığından istintaqa təqdim edə bilməmişdir. Həmin əşyaların pulunu gündəlik ehtiyacları üçün xərcləmişdir. Niyaməddinin ona 600 manat pul borcu olduğu üçün sonuncu istifadəsində olan plastik kartı ona vermişdir. Zərərçəkmiş şəxs4 700 manat məbləğində pulu 2020-ci ilin aprel ayında Ağdam rayon Bənövşələr qəsəbəsində yaşadıqları evdə qızı Nazilənin yanında almış, ona istifadəsində olan plastik kartı vermişdir. Maddi imkanı olmadığından onun pulun verə bilməmişdir. Törətdiyim əməllərdə heç kimin iştirakı olmamışdır. Oğlunun xəstəliyini bəhanə edib Nazilə və onun qohumu Nazeykəni aldadıb pullarını ələ keçirmişdir. Hətta onlar bir neçə dəfə evinə gələrək pullarını da istəmişlər. Lakin, onları amma onları aldadıb pullarını ödəməyi yubatmışdir. Həmçinin sonuncu dəfə Ələddin qayınanası Nazilə ilə evinə gələndə səsimi telefona da yazıb getmiş, bunu hiss etsə də, səhvi olduğundan ona heç bir söz deməmişdir. Mingəçevir şəhəri və ətraf rayonların ərazisində başqa cinayət hadisəsi törətmişdir. Hazırda etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin, göstərmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Bənövşələr qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs onu aldadıb 700 manat pulunu alıb qaytarmaması barədə təhqiqat zamanı izahatının doğruluğunu indi də təsdiq edir. Təxminən 2020-ci ilin aprel ayında evində olan zaman nəvəsi Niyaməddinin evinə gəlib- getmiş Təqsirləndirilən şəxs gəlib uşağının xəstə olmasını, lakin, maddi imkanı olmadığından müalicə etdirə bilmədiyini demişdir. Ona uşağını müalicə etdirmək üçün 700 manat məbləğində pul verməsini xahiş etmişdir. Əvvəlcə ona pul vermək istəməmişdir. Həmin vaxt Rəqsanə ona 1 ədəd plastik kartı verərək pulu qaytara bilməyəcəyi halda həmin kartın hesabına vuracağını demişdir. Həmin kartı götürsə də, kartın əmək haqqı və ya başqa müavinət kartı olmasını bilməmişdir. Rəqsanəyə inanmış, plastik kartım ondan alıb 700 manat məbləğində pul vermişdir. 700 manat məbləğində pulu Rəqsanəyə yanında qızı Nazilə də olmuşdur. Sonralar qızı Nazilə Rəqsanənin onu da aldadıb, onun adma 2380 manat pul kredit götürməsini, nə pul kreditini ödəməsini, nə də pulu qaytarmamasım açıqlamışdır. Qızı Nazilə tez-tez Rəqsanəyə zəng edirək pulun istədikdə hər dəfə Rəqsanə müxtəlif bəhanalərə gətirərək pulunun olmadığını, 2 ay ərzində pulun qaytaracağını desə də, aradan 2 ay keçməsinə baxmayaraq Rəqsanə qızı Nazilənin adma olan krediti ödəməmmiş və onun pulun qaytarmamış, həmçinin onun 700 manat pulunu verməmişdir. Rəqsanənin onları aldatmasını başa düşərək məcbur qalıb qızı Nazilə ilə birlikdə xx.xx.2020-ci il tarixdə Ağdam rayon polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Təqsirləndirilən şəxs ondan aldığı 700 manat puldan hər hansı bir məbləğdə sizə ödəniş etməmişdir. Təqsirləndirilən şəxs verdiyi plastik kartın üzərinə Təqsirləndirilən şəxs yazılmışdır. Həmin kartın hansı təyinatı olmasını bilmir və həmin kartdan pul məxaric etməmişdir. Həmin kartı istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs 700 manat məbləğində puldan əlavə ondan əlavə pul və ya qızıl zinyət əşyası almamışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin iyun ayınnı əvvələrində evində olan zaman qardaşı oğlu Niyamədinin evinə gəlib-getmiş Təqsirləndirilən şəxs evinə gəlib uşağının xəstə olmasını və uşağını onu müalicə etdirməyin lazım olmasını, lakin, maddi cəhətdən imkanı olmadığından bunu edə bilmədiyini deyib ondan 2500 manat məbləğində pul istəmişdir. Təqsirləndirilən şəxs "xxxx" ASC-dən adma kredit götürüb ona verməyini xahiş etmiş və hər ay onun adma olan krediti özünün ödəyəcəyini, söz vermişdir. Rəqsanənin Niyamədinin evinə gəlib-getməsi, uşağının xəstə olması və aralarında münasibət yaranmasına görə ona inanmış və 2020-ci ilin iyun ayında Rəqsanə ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsinə getmiş, "xxxx" ASC-nin Ağdam rayon filialının binasına daxil olmuşdur. O, təqaüd kartı və şəxsiyyət vəsiqəsinin kserosurətlərini bankın əməkdaşına təqdim etmişdir. Həmin gün bankdan kredit götürən zaman Rəqsanənin kreditin onun adma olmasına görə hər ay ödəyəcəyinə inanmadığını ona bildirəndə Rəqsanə onsuz da, bankdan cəmi 2280 manat məbləğində krediti götürə bildiklərini, ona 100 manat da əlavə pul verəcəyi halda krediti öz adma yönəldib onun yerinə ödəyəcəyini deyəndə ona hazırda pulu olmadığını demişdir. O, isə ona həmin 100 manat pulu 5-10 gün sonra da verə biləcəyini və bu halda krediti öz adma yönəldib ödəyəcəyini demişdir. Aralarında baş tutan bu söhbətdən sonra isə müqavilə sənədləri hazır olmuş, bankdan 2280 manat məbləğində pul krediti götürmüşdür. Bankın binasından küçəyə çıxdıqqda Bankın binasının qarşısında 2280 manat pulu sayıb Rəqsanəyə vermişdir. Həmin vaxt eyni zamanda «Bir kart» da verildiyindən Rəqsanə həmin kartı da ona verməyini xahiş etmiş, onun xahişinə əməl edərək kartı Rəqsanəyə vermişdir. Sonradan Rəqsanənin «Bir karbnnda olan 100 manatı da çıxarıb özünə götürməsini öyrənmişdir. Lakin, sonra bir yerdə yenidən yaşadığı Bənövşələr qəsəbəsinə qayıtmışlar. O, öz evinə Rəqsanə isə qardaşı oğlu Niyaməddinin evinə getmişdir. «Şəkərli Diabet» xəstəliyindən əziyyət çəkdiynə görə müalicə olunmalı olduğu və özünə pul lazım olması yadına düşdüyündən Rəqsanədən pulu almaq üçün qayıdıb Niyaməddin yaşadığı evə getmişdir. Həmin vaxt Niyaməddin evdə olmasa da, arvadı Mahlıc və uşaqları evdə olmuşlar. Rəqsanənin harada olmasını soruşduqda Rəqsanənin öz iki uşağım, yəni bir oğlunu və bir qızını yanımda qoyub getdiyini demişdir. Mahlıca gileylənərək Rəqsanənin uşağını xəstə halda qoyub getməsinə irad tumuşdur. Mahlıc narahat olmağının səbəbini soruşduqda Rəqsanəyə bankdan pul krediti götürüb verdiyini demişdir. Mahlıc ona səhvə yol verdiyini dedikdə Rəqsanənin yalan danışmasını başa düşmüşdür. Öz-özünə danışa-danışa Niyaməddinin evindən çıxmış, Rəqsanənin mobil telefon nömrəsinə zəng edərək fikrini dəyişməsini bildirib müalicəsi üçün lazım olduğundan pulunu özünə qaytarmasını tələb etdikdə Rəqsanə Mingəçevir şəhərinə çatmasına az qaldığını bildirmişdir. Telefon danışığı zamanı həmin pulu Mingəçevir şəhərində hansısa xəstəxanaya ödəyəcəyini, yerdə qalan 100 manat pulu da göndərəcəyi halda danışdıqları kimi krediti öz adma yönəldəcəyini demişdir. 2020-ci iln iyul ayında ona pul krediti götürən zaman söz verdiyi 100 manat pulu da pul kreditini öz adma çevirib ödəməsini etməsi məqsədi ilə Ağdam rayonu Quzanlı Qəsəbəsində yerləşən mərkəzi poçt vasitəsi ilə Rəqsanəyə göndərmişdir. Rəqsanə həmin pulu poçtdan alandan sonra krediti öz adma yönəldib ödəyəcəyini bildirmişdir. Rəqsanə əvvəlcə 1 ay müddətinə pul kreditini ödəyəcəyini demiş, lakin, 1 ay keçmiş Rəqsanə kreditin birinci ayının pulunu ödəməmişdir. Növbəti ayda da Rəqsanə pul kreditini ödəməmiş və pulunu geri qaytarmamışdır. Həmin vaxt öz adma olan ***-***-**-** saylı mobil nömrədən Rəqsanənin həmin vaxt istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zənglər etməyə başlamışdır. Hər dəfə Rəqsanə müxtəlif bəhanələr gətirərək 2 ay ərzində pulunu geri qaytaracağını bildirsə də, pulunu qaytarmamışdır. Sonradan istifadəsində olan mobil telefonu söndürüb zənglərə cavab verməyəndə məcbur qalıb xx.xx.2020-ci il tarixdə Ağdam rayon PŞ-nə ərizə ilə müarciət etmişdir. Bundan başqa Rəqsanə anası Nazeykədən yanında 700 manat pul alıb və qonşu Fərhaddan 600 manat eyni zamanda, bir qəsəbədə yaşadığı Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyaları əşyaları alıb qaytarmamışdır. Hadisədən sonra X11 ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Səhrad oğlu ifadəsində göstərmişdir ki, hazırda fərdi işlərlə məşğul olub ailəsini dolandırır. Təxminən 2 il əvvəl arvadı Gülnarə qonşusu Mahlıcın özünə ünvanlı sosial yardım düzəltdirdiyini və tezliklə həmin sosial yardım düzəldən şəxslə Mahlıcın Bənövşələr qəsəbəsinə gələcəklərini bildirmişdir. Təxminən 2020-ci ilin aprel ayında xatırlamadığı gündə Mahlıc yaşadıqları evə gələrək ünvanlı sosial yardımı düzəldən qadınla gəlməsini, həmin şəxslə özlərinin danışmaq imkanlarının yarandığını demişdir. O və arvadı Gülnarə ilə birlikdə Mahlıcın əvvəllər yaşadığı 198 saylı evlərinə getmiş, orada Rəqsanə adlı qadınla danışan zaman Rəqsanə ünvanlı sosoial yardım alması üçün ailə üzvülərin şəxsiyyət vəsiqələrin kserosurətlərini, nikah haqqında şəhadətnamənin kserosurətini, valideynlərindən ayrı yaşadıqlarını təsdiq edən sənədin kserosurətini, təbii qaz və eletrik enerjisinə dair sənədlərini hazırlayıb verməli olmasını deyəndə təbii qaz və eletrik enerjisinə dair sənədlərin başqa şəxsin adma olduğunu, öz adma olmadığı üçün sənəd verə bilmədiyini dedikdə o, həmin məsələni özünün həll edəcəyini bildirmişdir. Özünün Dövlət Sosial Müdafiə Fondunda işləməsini, 600 manat pulun müqabilində onların ünvanlı sosial yardım alması məsələsini həll edə biləcəyini açıqlamış, hətta başqa şəxslər üçün də ünvanlı sosial yardım düzəltməsini və həmin şəxslərin razı qaldıqlarını açıqlamışdır. Axşama qədər gedəcəyini bildirib sənədləri tez hazırlamaqlarını məsləhət görmüşdür. Həmin vaxt 600 manatı bir dəfəyə verməyə maddi imkanı olmadığını bildirdikdə Təqsirləndirilən şəxs pulu hissəhissə də verə biləcəyini demişdir. Onunla razılaşdıqdan sonra evinə qayıdaraq evdə olan 400 manat məbləğində pulu arvadı Gülnarə vasitəsi ilə Rəqsanəyə göndərmişdir. O da qayıdıb Mahlıcm evinə getmiş və Mahlıcın yanında həmin 400 manat məbləğində pulu Rəqsanəyə vermişdir. Sonra həmin gün sənədləri hazırlayıb Rəqsanəyə vermişdir. Aralarında baş tutuan danışıqlardan təxminən bir neçə gün sonra yenədə Rəqsanə, Mahlıc və uşaqları ilə birlikdə qəsəbəyə gəlmişlər. Mahlıc yaşadıqları evə gələrək Rəqasənini qəsəbəyə gəlməsini, ünvanlı soosial yardım katının hazır olmasını bildirərək kartın götürülməsi çün 200 manat məbləğində pulun da verilməli olmasını demişdir. Həmin ərəfədə 200 manat məbləğində pulu evdən götürüb Rəqsanəyə çatdırması üçün arvadı Gülnarəyə vermişdir. Arvadı Gülnarə də həmin 200 manat pulu aparıb Rəqsanəyə qonşu Rübabəgildə vermişdir. Lakin, sonralar Rəqsanənin həmin kartı vermədiyini və pulunu da geri qaytarmadığını görüb aldadıldığını başa düşərək məcbur qalıb xx.xx.2020-ci il tarixdə Ağdam RPŞ-yə ərizə ilə müarciət etmişdir. Sonradan Rəqsanə 2021-ci ildə xatırlamadığı ayrı-ayrı vaxtlarda ona hər dəfədə 100 manat olmaqla ümumilikdə 300 manat pul ödəmişdir. Hadisədən sonra X11 ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclası zamanı ifadəsielan olunmuş Zərərçəkmiş şəxs2 iobtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin aprel ayının sonlarında qonşusu Rübabə və onun gəlini Mahlıc yaşadığı qəsəbədəki evə bir nəfər qadın gətirərək onun adının Təqsirləndirilən şəxs olduğunu üstündə pul olmadığını, lakin, ona təcili qızıl-zinət əşyalarının lazım olduğunu bildirmişlər. Rübabə və gəlini Mahlıc qızıl-zinət əşyalarını Rəqsanəyə nisyə qaydada verməyini xahiş edərək pulunu hissə-hissə ödəyəcəyini demişlər. Həmin qadınları tanıdığı üçün onlara etibar edib, iştirakları ilə 2850 manata dəyərləndirdiyi 01 ədəd İtaliya istehsalı birliyant qaşlı 750 əyarlı təxminən 6 qram çəkidə qızıl üzüyü, 01 ədəd İtaliya istehsalı birilliant qaşlı 750 əyarlı təxminən 7 qram çəkidə qızıl üzüyü, 01 ədəd Rusiya istehsalı 583 əyarlı təxminən 3 qram çəkidə qızıl qolbağını, 01 cüt Rusiya istehsalı 583 əyarlı təxminən 3 qram çəkidə qızıl sırğanı, 01 cüt Türkiyə istehsalı 585 əyarlı təxminən 8 qram çəkidə qızıl sırğanı və 01 ədəd Türkiyə istehsalı 585 əyarlı təxminən 4 qram çəkidə qızıl üzüyü Rübabəyə, o, da yanında həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Rəqsanə Mahlıcm həyat yoldaşı Niyaməddinin adma olan bir ədəd pul kartını ona verib getmişlər. Onlar gedən zaman Rəqsanə hər aym sonu 200 manat pul gətirib verəcəyinə dair söz vermişdir. Onlar gedəndən sonra Niyaməddinə məxsus olan kartdan 1 ay 120 manat məbləğində pulu nağdlaşdırmışdır. Həmin vaxt Niyaməddin özü gəlib ondan həmin kartı alıb aparmışdır. Lakin, növbəti aylar ödəmə olmadığına görə Rəqsanənin yanında gələnlərdən Rübabə və onun gəlini Mahlıc 200 manat məbləğində pulu hər aym sonuna Rəqsanə verəcəyinə söz verdikləri üçün onlardan tələb etmişdir. Dəfələrlə Rübabə və onun gəlini Mahlıcm evinə gedib Rəqsanənin qızılların pulunu ödəmədiyini, Rəqsanəyə qızıl-zinət əşyalarını, onları tanıdıqları üçün verdiyini bildirmişdir. Rübabə və Mahlıc Rəqsanə onların telefonuna cavab vermədiyini dedikdən sonra xx.xx.2020-ci il tarixdə ərizə ilə Ağdam rayon polis şöbəsinə müraciət etmişdir. Rəqsanə ondan heç bir məbləğdə pulu almamışdır. Ondan götürdüyü 2850 manat dəyərində olan qızıl-zinət əşyalarına görə bu günə kimi ümumilikdə 800 manat pul ödəmişdir. Rəqsanə qızıl-zinət əşyalarını götürəndə hər ay 200 manat məbləğində pul ödəcəyini bildirsə də, onu aldatmış və vədinə əməl etməyərək bu günə kimi ödəniş etməmişdir. Ağdam RPŞ-nə ərizə ilə müraciət edən zaman əsəbiləşdiyinə görə səhv olaraq Rübabənin və Mahlıcm Rəqsanəyə zamin durmalarını ərizəsində və əvvəlki ifadəsində göstərmişdir. Baş verənlərə görə şikayət və tələbi Təqsirləndirilən şəxsdır. Şahid2 Musa qızma və onun gəlini Şahid3 qarşı heç bir şikayət və tələbi yoxdur. Əvvəlcə əşyaları 2850 manat dəyərləndirsə də, dələduzluq yolu ilə ələ keçirilən əşyalara dair olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 28 aprel 2022-ci il tarixli 9/2195 rəyi ilə tam razıdır. Ola bilsin ki, qızıl əşyalarından bəziləri istifadə olduğundan o cür qiymətləri qoyulub həmin rəylə tam olaraq razılaşır. Ona dəymiş maddi ziyanın rəydə olduğu qədər təşkil etməsini və son nəticədə Rəqsanə tərəfindən ona 2120 manat məbləğində maddi ziyan vurulmasını tam olaraq qəbul edir. İşə əlavə edilmiş notarial qaydada ərizədən görnür ki, hadisədən sonra X11 ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Zülfi qız məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayının əvvəllərindən tanımışdır. Belə ki, həmin vaxt ərəfədə Mingəçevir şəhərində anasıgildə olarkən onunla tanış olmuşdur. Həmin vaxt Rəqsanə anası ilə qonşu olduğuna görə onunla münasibətləri yaranmışdır. Həmin ərəfədə pula ehtiyacı olduğu üçün Rəqsanədən 400 manat məbləğində borc pul almış və əri Niyaməddinin adma olan çörək pulu kartını Rəqsanəyə vermişdir. Rəqsanəyə Ağdam rayonu Bənövşələr qəsəbəsində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan şəxsdən kartı oraya qoyaraq qızıl-zinət əşyaları götürəcəyini bildirmiş və ona olan borcu bitdikdən sonra kartımı geri qaytarmasını xahiş etmişdir. Həmin vaxt Rəqsanə ona Ağdam rayonuna gedərək əvvəlcə ona verdiyi kartla onun qızıl-zinət əşyası götürəcəyini, və ona olan borcu bitdikdən sonra o, öz kartını qızıl-zinət əşyaları satana verəcəyini demişdir. Bundan sonra qardaşı Arzu, Rəqsanə və o, Ağdam rayonunun Bənövşlər qəsəbəsinə qaymanasıgilin yaşadığı evə gəlmişlər. Həmin vaxt qardaşı Ağdam rayonunda yerləşən hərbi hissədə gizir işlədiyi üçün onları orada qoyub getmişdir. Bənövşələr qəsəbəsində yaxın rəfiqəsi olan Gülnarəyə Rəqsanə haqqında danışmış, onun ünvanlı sosial yardım düzəldə bildiyini demişdir. Gülnarəyə özünün də ünvanlı sosial yardım aldığını bildirmişdir. Gülnarə ondan Rəqsanəni əri Fərhadın yanma gətirməyini xahiş etmişdir. O, Rəqsanə ilə birlikdə onun iki övladı oğlu Rəşad, qızı Arzu, özünün üç övladı oğlanları: Hüseyn, Həsən və qızı Ayşə ilə Ağdam rayonun Bənövşələr qəsəbəsi qayınatasıgilin yaşadığı 198 saylı evə gəlmişlər. Orada qaymatasıgilin 198 saylı evində Rəqsanə Fərhadla söhbət etdikdən sonra 400 manat məbləğində pulun müqabilində Fərhadın ünvanlı sosial yardım alması məsələsinin həll edilməsinə və pulu həmin günü ona verilməsinə razılaşmışlar. Həmin gün Gülnarə həyat yoldaşı Fərhadın və onun yanında Rəqsanəyə 400 manat pul vermişdir. Bundan bir neçə gün keçdikdən sonra Rəqsanə Gülnarəyə sənədlərinin hazır olduğunu, lakin daha 200 manat məbləğində lazım olduğunu bildirdikdə Gülnarə 200 manat məbləğində pulu yaşadıqları həyətdə onun yanımda Rəqsanəyə vermişdir. Bundan sonra Rəqsanə qayınanasından onu qızıl-zinət əşyalarının satışı ilə məşğul olan şəxsin yanma aparmağı xahiş etdikdə əvvəlcə qayınanası narazlıq etmiş, lakin, sonradan onunla razılaşmışdır. Onlar birlikdə Zərərçəkmiş şəxs2 evinə getmişlər. Oraya çatanda qayınanası Rübabə onu və Rəqsanəni Namiqə təqdim etmişdir. Rəqsanə kart qoyub qızıl-zinət əşyaları götürmək istədiyini bildirmişdir. Onlar razılaşdıqdan sonra qızıl- zinət əşyalarına baxmağa başlamışlar və Rəqsanə ümumi dəyəri 2850 manat olan müxtəlif qızıl-zinət əşyaların seçib götürmüşdür. Həmin qızıl-zinət əşyalarının qarşılığında isə əri Niyaməddinə məxsus kartı Namiqə vermiş və ona olan borcu qurtardıqdan sonra o, kartı özünə qaytarıb öz kartını Namiqə verəcəyini demişdir. X13 Quliyevadan və Nəzeykə Ağcayevadakn müxtəlif bəhanlərlə müxtəlif məbləğlərdə pullar almasını öyrənmişdir. Konkret olaraq Təqsirləndirilən şəxs başqa kimlərəsə ünvanlı sosial yardım düzəltməsindən məlumatı yoxdur. Bu barədə ona heç vaxt söz deməmişdir. Rəqsanə oğlu Rəşadın xəstə olması barədə ona özü demişdir. Onun oğlunun xəstə olması barədə hər hansı məlumatı yoxdur. Rəqsanəni Zərərçəkmiş şəxs2 evinə aparsa da, Rəqsanəyə zamin durmamışdır. Əri Niyaməddinin istifadəsində olan plastik kartı Zərərçəkmiş şəxs2 Rəqsanə vermişdir. Belə ki, Rəqsanəyə 400 manat pul borcu olduğu üçün Niyaməddinin istifadəsində olan kartı Rəqsanəyə əvvəlcədən özü vermişdir. Rəqsanənin törətdiyi əməllərində heç bir iştirakı olmamışdır. X1 Namiqə verdiyini eşidəndə Rəqsanəyə əsəbiləşmiş və kartını Namiqdən geri almışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, Ağdam rayonun Bənövşələr qəsəbəsi 198 saylı evdə qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır. Ailəsini dolandırmaq üçün Bakı şəhərində daş karxanasında fəhlə kimi işləyib yük maşınlarına mişar daşı yükləyir. Təqsirləndirilən şəxs 2019cu ilin oktyabr ayının əvvəllərindən qaymanasıgillə qonşu olanda tanımışdır. Onunla aralarında heç bir ədavəti nə də ki, qohumluq əlaqəsi yoxdur. Həmin vaxtdan da münasibətləri yaranmışdır. Bundan sonra arvadı xəstələndiyinə görə həkimə aparılması üçün maddi imkanı olmadığından razılığı ilə arvadı Mahlıc ondan müalicə üçün 400 manat məbləğində borc pul almışdır. Borc pulun müqabilində müqabilində adma olan çörək pulu kartını özünün razılığı ilə arvadı Mahlıc Rəqsanəyə vermişdir. Rəqsanə sonradan həmin kartın hesabından 120 manat məbləğində pulu nağdlaşdırdığım və 280 manat pul borcunun olduğunu bildirmişdir. Ondan brorclu oluqları pul qurtardıqdan sonra kartı geri qaytarmasını xahiş etmişdir. Sonradan Rəqsanənin adma olan çörək pulu kartını Ağdam rayonu Bənövşələr qəsəbəsində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Namiq adlı şəxsə girov qoyaraq qızıl-zinət əşylası götürdüyünü eşitmişdir. Buna görə əsəbiləşib Rəqsanəyə iradını bildirmiş, kartının hesabını bloklatmış və Namiqdən kartını geri almış, daha sonra isə Rəqsanəyə olan pul borcunu tamamilə ödəmişdir. X16 rayonun Bənövşələr qəsəbəsinə getdiyini, orada yaşayan qohumlarından və qonşularından ünvanlı sosial yardım düzələdəcəyi adı ilə eləcə də, övladının xəstə olması adı ilə pul və qızıl-zinət əşyaları almasını eşitmişdir. Rəqsanənin törətdiyi əməllərdə heç bir iştirakı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 Əşrəf qızı ifadəsində göstərmişdir ki, Ağcayeva X10 qəsəbəsində qonşuluqda yaşayan Şahid2nm gəlinidir. Onunla heç bir qohumluq əlaqəsi vəya ədavəti yoxdur. Övladları bir yerdə oxuduqlarına görə həmişə uşaqları məktəbə aparıb gətirmişlər. Aralarındakı münasibətlər yaxşı olmuşdur. Mahlıc üzvüləri ilə birlikdə 2019-cu ilin sonları, 2020-ci ilin əvvəllərində anasının yaşadığı Mingəçevir şəhərinə köçüb orada kirayədə yaşamışdır. Təxminən 2020-ci ilin aprel ayının əvvəllərində Mahlıc Ağdam rayonun Bənövşələr qəsəbəsinə qayınanası və qayınatası yaşayan 155 nömrəli evə qayıtmışdır. Şahid3 onunla görüşüb söhbət edərkən ondan özünə ünvanlı sosial yardım düzəldib-düzəltmədiyini soruşduqda özünə ünvanlı sosial yardım düzəltməsini demişdir. Sonra yaşadığı qəsəbədən Mahlıc çıxıb getmiş, aradan bir neçə gün keçmiş Mahlıc zəng edib ona da ünvanlı sosial yardımın ehtiyac olub-olmamsım soruşduqda, onunla danışıb əri Zərərçəkmiş şəxs1 adma ünvanlı sosoial yardım düzəltməsinə köməklik etməsini xahiş etmiş, Şahid3 ünvanlı sosial yardım düzəldən şəxslə birlikdə yaşadığı qəsəbəyə gələcəyini bildirib özünün həmin şəxslə söhbət etməsini məsləhət görmüşdür. Mahlıc təxminən bir həftə keçəndən sonra 2020-ci ilin aprel ayının 20-dən sonrakı vaxtlarda Bənövşələr qəsəbəsinə yaşadığı evə gələrək ünvanlı sosial yardımı düzəldən qadınla gəlməsini yaşadığı evdə həmin şəxslə danışa biləcəyini demişdir. O və əri Zərərçəkmiş şəxs1 onun yaşadığı evə getmişlər. Əri Fərhadla birlikdə Rəqsanə adlı qadınla danışdıqda Rəqsanə 800 manat məbləğində pulun müqabilində ünvanlı sosial yardım alamaları məsələsini həll eldə bilicəyini, ünvanlı sosial yardım düzəltdiyi şəxslərin ondan razı qaldıqlarını demişdir. Əri Zərərçəkmiş şəxs1 onun dediyi 800 manat məbləğində pulu verməyə maddi imkanı olmadığın dedikdə, Rəqsanə pulu hissə- hissə verməklərinə razılaşmışdır. Evə qayıtdıqdan sonra əri 400 manat məbləğində pulu ona vermiş, o, da Mahlıcm yaşadığı evə qayıdaraq həmin məbləğdə pulu Mahlıcın yananıda Rəqsanəyə vermişdir. Danışıqdan təxminən 1 ay keçmiş yenə də, Rəqsanə, Mahlıc və uşaqları ilə birlikdə qəsəbəyə gəlmişlər. Mahlıc yaşadığı evə gələrək Rəqsanənin də gəlməsini, kartın hazır olmasını, sadəcə olaraq kartı götürmək üçün 200 manat məbləğində pul lazım olmasını demişdir. Əri ilə məsləhətləşəndən sonra sonuncu 200 manat məbləğində pulu evdən götürüb ona vermiş, o, da Rəqsanə ilə qonşusu Rübabəgildə görüşüb pulu ona verərkən Rəqsanə Musayevə kartın hazır olmasını yerdə qalan 200 manat pulu isə kartı götürəndən sonra verə biləcəyəni demişdir. Sonra o, evə qayıdıb gəlmişdir. Rəqsanə aldığı puldan əri Fərhada ayrı ayrı vaxtlarda 300 manat pul göndərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllərdən tanımamşdır. Onunla 2020-ci ilin aprel ayında tanış olmuşdur. Belə ki, həmin vaxt Rəqsanə gəlini Mahlıc və qardaşı Arzu ilə birlikdə yaşadığı evə gəlmişlər. Arzu həmin vaxtlar Ağdam rayon ərazisində yerləşən hərbi hissələrin birində gizir kimi xidmət etmişdir. Ona görə də, Arzu Rəqsanəni yaşadığı evə gətirdikdən sonra çıxıb xidmətə getmişdir. Bundan sonra Rəqsanə qəsəbə ərazisində qızıl- zinət əşyalarının alış-verişi ilə məşğul olan şəxs olduğunu bildirib onu həmin şəxslə tanış etməyini xahiş etmişdir. Ondan bu barədə haradan bildiyini soruşanda Rəqsanə gəlini Mahlıcın ona bu barədə danışıdığım bildirmişdir. Əvvəlcə onunla getmək istəməmiş, buna görə müxtəlif bəhanələr gətirərək onunla getməkdən boyun qaçırmışdır. Səhəri gün Rəqsanə yenə də onu qızıl-zinət əşyalarının alqı-satqısı məşğul olan şəxsin yanma aparmasını xahiş etmişdir. O, Rəqsanə və gəlini Mahlıcla birlikdə evdən çıxaraq qızıl satışı ilə məşğul olan Zərərçəkmiş şəxs2 evinə tərəf getmişlər. Yolda yeriyə bilmədiyini və evə qayıtmaq istədiyini bildirdikdə Rəqsanə dərhal yaxınlıqda, yolun kənarında olan tanımadığı taksi sürücüsünü çağırmış, onları həmin taksi ilə Namiqin evinə aparmışdır. Həyətə daxil olan zaman Namiq nə üçün gəldiyini soruşduqda Namiqə gəlini və Rəqsanəni təqdim etmiş, Rəqsanənin Mingəçevir şəhərindən gəlməsini və qızıl-zinət əşyaları almaq istədiyini bildirmişdir. Bundan sonra Rəqsanə ilə birlikdə qızıllara baxmağa başlamış və Rəqsanə ümumi dəyəri 2850 manat olan müxtəlif qızıl-zinət əşyalarını seçib götürmüşdür. Rəqsanə Namiqə həmin qızıl-zinət əşyalarının pulunu ayda 200 manat olmaqla hissə-hissə kart vasitəsi ilə ödəyəcəyini bildirmişdir. Bundan sonra Rəqsanə oğlu Niyaməddinin istifadəsində olan kartı Namiqə vermiş və oradan uzaqlaşaraq evə getmişlər. Evə çatdıqdan sonra Rəqsanə kiminləsə həyətdə telefonla danışmış, bir qədər sonra Arzu gəlib Rəqsanəni və Mahlıcı Mingəçevir şəhərinə yola salmağa aparmışdır. Bundan sonra Rəqsanə bir neçə dəfə arada bir onun yaşadığı evə gəlmişdir. Rəqsanə sonuncu dəfə evdən getdikdən bir neçə gün sonra onun Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 müxtəlif bəhanlərlə müxtəlif məbləğlərdə pullar almasını öyrənmişdir. Rəqsanəni Zərərçəkmiş şəxs2 evinə aparsa da, ona zamin durmamışdır. Oğlunuz Niyaməddinin istifadəsində olan plastik kartı borclu olduğuna görə gəlini X19 isə həmin kartı qızıl-zinət əşyaları alan zaman Zərərçəkmiş şəxs2 Rəqsanə vermişdir. Onun və ya gəlini Mahlıcın Rəqsanənin törətdiyi əməllərdə iştirakı olmamışdır. Sonradan oğlu Niyaməddin Rəqsanənin onun kartını Namiqə verdiyini eşidəndə Rəqsanəyə əsəbləşmiş və kartını Namiqdən geri almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 ailə üzvləri ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs3 qayınanasıdır. Təqsirləndirilən şəxs ilə aralarında heç bir düşmənçilik və ya qohumluq əlaqəsi olmamışdır. 2020-ci ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə qayınanası Zərərçəkmiş şəxs3 yaşadığı ünvana gəlmiş və Rəqsanə adlı qadının onun adma "xxxx"-dan 2380 manat pul kredit götürdüyünü və hazırda pulunu ödəmədiyini bildirmişdir. Bundan sonra 2020-ci ilin iyul ayının 28də mən qayınanası Zərərçəkmiş şəxs3 ilə birlikdə Mingəçevir şəhərinə getmişlər. Orada Təqsirləndirilən şəxs ilə sonuncunun yaşadığı mənzildə görüşərək söhbət edən zaman o və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs aldığı pulları geri qaytarmasını xahiş etmişlər. Həmin vaxt Rəqsanə pulu uşağının müalicəsinə sərf etdiyini və tezliklə geri ödəyəcəyini bildirmişdir. Həmin vaxt Rəqsanəyə inanmadığımdan istifadəsində olan “Redmi not 6” markalı mobil telefonun səsyazma funksiyasından istifadə etməklə aralarında baş tutan söhbəti qeydə almışdır. Bundan sonra yaşadığı Ağdam rayonuna qayıtmışlar. Lakin, Rəqsanə bu günədək aldığı pulları geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında baş tutan söhbəti istifadəsində olan “Redmi not 6” markalı mobil telefonun səsyazma funksiyasından istifadə etməklə qeydə almış və həmin səs yazılarını 01 əddə CD diskə köçürərək istintaqa təqdim etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş kredit müqaviləsi və yaddaş vərəqəsindən görnür ki, Zərərçəkmiş şəxs3 Ağdam rayonu Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində yerləşən “Kapital Bank’hn Ağdam rayon filialından xx.xx.2020-ci il tarixli GTKR2115628A186 nömrəli müqavilə əsasında 2280 manat məbləğində pul krediti götürmüş, həmçinin ona həmin bank filialı tərəfindən verilən «Birkart»dan 100 manat məbləğində pul məxaric olunmuşdur. Cinayət işi materiallarında olan 23 mart 2022-ci il tarixdə zərərçəkmiş şəxs X2 olaraq təqdim etdiyi 1 (bir) ədəd üzərinə «MR RAGSANA MUSAYEVA» yazılmış, "xxxx" ASC-yə aid 4169 7413 9000 9262 nömrəli plastik kart iş materiallarına əlavə edilmiş və bu barədə Ağdam RPŞ-nin sabiq baş müstəntiqi polis polkovnik-leytenantı Niyazi Uzakov tərəfindən müvafiq protokol tərtib olunmuşdur. Cinayət işi materiallarında 12 may 2022-ci il tarixdə şahid qismində dindirilmiş Şahid5 tərəfindən könüllü olaraq təqdim edilən, özünün, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs səs yazılarını əks etdirən bir ədəd «CD» disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək bu barədə Ağdam RPŞ-nin sabiq baş müstəntiqi polis polkovnik- leytenantı Niyazi Uzakov tərəfindən müvafiq protokol tərtib olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal, İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X21 daxil olmuş 16 may 2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il tarixdə saat 09:50 radələrindən Təqsirləndirilən şəxs adma 97 (doxsan yeddi) manat məbləğində maniqram göndərişi etmişdir. Həmin faktı təsdiq edən qəbz də məktuba əlavə edilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir şəhər məhkəməsinin 01 iyun 2022-ci il tarixli SDSM-1099/2022 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 1 (051)- 35/2021 saylı cinayət işinə onun övladının «Talassemiya» xəstəliyindən əziyyət çəkməsi ilə bağlı heç bir sənəd əlavə olunmamışdır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər X14 hüquqi şəxsinin 03 iyun 2022-ci il tarixli 620 saylı məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan, xx.xx.2013-cü il təvəllüdlü X20 xx.xx.2021-ci il tarixdə saat 19:20 radələrində (305 saylı qeydiyyatla) ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2020-ci ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2120,00 manat müəyyən edilir. Cinayət işi materiallarında olan Yevlax rayon X14 hüquqi şəxsinin 13 iyun 2022-ci il tarixli PHŞ-58/22 saylı məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan, xx.xx.2013-cü il təvəllüdlü X12 5 (beş) il ərzində Yevlax rayon X14 hüquqi şəxsinə hər hansı xəstəlikldə bağlı müraciət etməmişdir. Cinayət işi materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 aprel 2022-ci il tarixli 9/2195 №-li rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və elecə də, Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2020-ci ilin yanvar ayına orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir, qızıl-zinət əşylaranm üzərində olan qaşların mənşəyi, çəkisi, sayı, keyfiyyəti və sair barədə məlumatlar olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işi materiallarında olan hökmdən və Mingəçevir şəhər tcra probasiya Şöbəsindən daxil olmuş 04 avqust 2022-ci il tarixli 254/3-12 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər məhkəməsinin 1 (051)-35/2021 saylı, 23 fevral 2021-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 08 noyabr “Zəfər günü” münasibəti ilə amnistiya elan edilməsi haqqında Amnistiya aktına əsasən X8 cəzası 1 (bir) il müddətinə azaldılmış və məhkum Təqsirləndirilən şəxs təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 3 (üç) ay 13 (on üç) günü icra olunmamış qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı tam qaytarmışdır. Ondan heç bir şikayət və təlbləri yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş trəqsirləndirilən şəxs X5 ərizəsindən görünür ki, onun tərəfindən zərərçəkmiş şəsxlərə dəymiş ziyan tam olaraq ödənilmiş, onlarla barışıq əldə edilmiş və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxslər onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edirlər. Həmçinin onun tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini yəni, 1480 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Odur ki, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş edirlər. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X4 1480 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin aprel ayında X9 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 ilə sonuncunun yaşadığı Ağdam rayonu, Bənövşələr qəsəbəsi 190 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində görüşüb, aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs1 ünvanlı sosial yardım təyin etdirəcəyi ilə bağlı yalandan vəd verib aldatmaqla özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, 2020-ci ilin aprel ayında Maxlıc Ağcayevanm yaşadığı Ağdam rayonu, Bənövşələr qəsəbəsində yerləşən 198 nömrəli evdə Zərərçəkmiş şəxs1 ona verdiyi 400 manat, daha sonra 200 manat, cəmi 600 manat məbləğdə pulunu alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 600 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin aprel ayında X9 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olduğunu Maxlıc Ağcayevadan öyrəndikdən sonra Zərərçəkmiş şəxs2 yaşadığı Ağdam rayonu, Bənövşələr qəsəbəsi 324 ünvanında yerləşən fərdi yaşayış evində olarkən aralarında olan söhbət zamanı ona təcili olaraq qızıl-zinət əşyaları lazım olduğunu bildirib, sonradan pulunu hissə-hissə ödəyəcəyi ilə bağlı yalandan vəd verib, aldatmaqla özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd 480 manat dəyərində, İtaliya istehsalı olan, 6 qram çəkidə, 750 əyarlı brilliant qaşlı qızıl üzüyü, 01 (bir) ədəd 560 manat dəyərində, İtaliya istehsalı olan, 7 qram çəkidə, 750 əyarlı brilliant qaşlı qızıl üzüyü, 01 (bir) ədəd 180 manat dəyərində, Rusiya istehsalı olan, 3 qram çəkidə, 583 əyarlı qızıl qolbağını, 01 (bir) cüt 180 manat dəyərində, Rusiya istehsalı olan, 3 qram çəkidə, 583 əyarlı qızıl sırğanı, 01 (bir) cüt 480 manat dəyərində, Türkiyə istehsalı olan, 8 qram çəkidə, 585 əyarlı qızıl sırğanı və 01 (bir) ədəd 240 manat dəyərində, Türkiyə istehsalı olan, 4 qram çəkidə, 585 əyarlı qızıl üzüyünü alıb ələ keçirib, sonradan isə satıb şəxsi ehtiyaclarına xərcləyərək aldığı qızıl-zinət əşyalarını qaytarmayaraq və ya pulunu ödəməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 2120 (iki min yüz iyirmi) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin aprel ayında tanıdığı Zərərçəkmiş şəxs4 ilə sonuncunun yaşadığı Ağdam rayonu, Bənövşələr qəsəbəsi 155 ünvanında yerləşən fərdi yaşayış evində olarkən himayəsində olan uşağı xəstə olmadığı halda Zərərçəkmiş şəxs4 ilə aralarında olan söhbət zamanı sonuncuya yalandan uşağının xəstə olduğunu, müalicəsinə pulunun olmadığını bildirib 700 manat borc verməsini xahiş etmiş, bunun müqabilində ona bir ədəd "xxxx" ASC-yə aid 4169 7413 9000 9262 nömrəli plastik kartı girov qoyaraq yalandan həmin kartda 500 manat pul olduğunu, borcunu gecikdirərsə, həmin bank kartından pulu çıxara biləcəyini deyib, sonralar borcunu qaytaracağı ilə bağlı yalandan vəd verib aldatmaqla özgənin əmlakım əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, Zərərçəkmiş şəxs4nm 700 manat məbləğdə pulunu alıb ələ keçirərək və şəxsi ehtiyaclarına xərcləyərək aldığı pulu qaytarmayaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 qızma 700 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs3 ilə sonuncunun yaşadığı Ağdam rayonu, Bənövşələr qəsəbəsi 155 ünvanında yerləşən fərdi yaşayış evində görüşərkən aralarında olan söhbət zamanı yalandan Zərərçəkmiş şəxs3 uşağının xəstə olduğunu, müalicəsinə pulunun olmadığını, ona görə də bankdan kreditlə pul götürüb ona verməsini xahiş edib, həmin kreditin özü tərəfindən ödəniləcəyini, habelə gələcəkdə həmin kredit müqaviləsini öz adına rəsmiləşdirəcəyini, kredit müqaviləsini onun adından öz adma rəsmiləşdirməkdən ötrü 100 manat pul lazım olduğunu yalandan vəd verib aldatmaqla özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, həmin məqsədlə 04 iyun 2020-ci il taridə Zərərçəkmiş şəxs3 ilə birlikdə Ağdam rayonu, Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Ağdam filialına getmiş, həmin bankdan Zərərçəkmiş şəxs3 öz adma GTKR2115628A186 nömrəli müqavilə əsasında 2280 manat məbləğdə kreditin götürülərək ona verilməsinə nail olmuş, həmin məbləğlə yanaşı Zərərçəkmiş şəxs3 məxsus «Bir kart»dan eyni bəhanə ilə əlavə 100 manat məbləğdə pul vəsaitinin məxaric olunaraq bankın filialının yerləşdiyi binanın qarşısında Zərərçəkmiş şəxs3 aldıqdan sonra, kreditin öz adma rəsmiləşdirilməsi bəhanəsi ilə Zərərçəkmiş şəxs3 "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin X21 poçt vasitəsi ilə ona göndərdiyi 100 manat məbləğdə pulu 21 iyul 2020-ci il tarixdə Mingəçevir şəhərində Mingəçevir şəhər Mərkəzi poçtunda nağdlaşdırıb götürdükdən sonra ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 2480 manat məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına xərcləməklə və aldığı pulu qaytarmayaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 qızma 2480 (iki min dörd yüz səksən) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materialları, şahid ifadələri və s. dəlillərlə təqsirləndirilən şəxsin həmin maddələrin sanksiyalarında göstərilən cinəyət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Bununla belə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam olaraq ödədiyini, ondan heç bir şikayəti və tələbləri olmadıqlarını göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini yəni, 1480 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs X5 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə təyin edilmiş 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki tələb və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 37.4, 40.2, 43.3, 321.1, 321.2 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 (iyirmi) gündən sonra qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar