Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-14/2020 17.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi – Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi –Müdafiəçi1 iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Nic kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Mingəçevir şəhər Məkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli tutulduğu vaxtdan, xx xxxxx 2018-ci il tarixdən hesablanmış, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş Mingəçevir şəhər Məkəməsinin xx xxxxx 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli tutulduğu vaxtdan, xx xxxxx 2018-ci il tarixdən hesablanmış, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Qəbələ rayonu, Nic kəndində qeydiyyatda olmaqla və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1972-ci ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə cinayətin törədilməsində birgə icraçı kimi iştirak edərək bir qrup şəxs halında qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 33,84 qram olan narkotik vasitə – qurudulmuş marixuananı Qəbələ rayonunda yerləşən “Türyançay” çayının sahilində yabanı halda bitən çətənə bitkisi kolundan yığaraq əldə edib bir ədəd sellofan torbaya yığmış, daha sonra əldə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək yaşadığı evin həyətyanı sahəsində bir gün saxlamış, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin çəkidə narkotik vasitə – qurudulmuş marixuananın 20,75 qram hissəsini 4 ədəd kibrit qutusuna, qalan 13,09 qramını isə bir ədəd siqaret qutusunun içərisinə dolduraraq həmin qutuları sellofan torbaya qoyaraq Ehtiram Süleyemanov ilə birgə hissə-hissə istifadə etmək məqsədilə sellofan torbanı yaşadığı evin yaxınlığında yerləşən kolun dibinə atmış, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitə olan sellofanı götürərək, sellofandakı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd siqaret qutusunu özünə məxsus «VAZ 2109» markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının cibliyində gizlətmiş, qalan 4 ədəd kibrit qutusunu isə sellofan torba ilə birlikdə avtomobilin saxlanc yerinə qoymuş və daha sonra həmin çəkidə narkotik vasitə - qurudulmuş marixuananı xx.xx.2019-cu il tarixdə idarə etdiyi «VAZ 2109» markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobildə Qəbələ rayonundan Mingəçevir şəhərinədək daşımış, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində 4 (dörd) ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,57 qram, 5,15 qram, 5,40 qram və 5,63 qram olmaqla ümumi təmiz çəkisi 20,75 qram olan narkotik vasitə – qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən götürərək əynində olan qara rəngli şalvarın sol yan cibinə qoyub saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Mingəçevir şəhəri, Şəfa bağlar massivində 3-cü küçədə həmin çəkidə narkotik vasitə – qurudulmuş marixuana xx.xx.2019-cu il tarixdə saat 03:00 radələrində üzərinə keçirilmiş şəxsi axtarış zamanı Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasında onun əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Süleymanov X1 Xalid Xəlil oğlu ilə cinayətin törədilməsində birgə icraçı kimi iştirak edərək bir qrup şəxs halında qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 33,84 qram olan narkotik vasitə – qurudulmuş marixuananı Qəbələ rayonunda yerləşən “Türyançay” çayının sahilində yabanı halda bitən çətənə bitkisi kolundan yığaraq əldə edib bir ədəd sellofan torbaya yığmış, daha sonra əldə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun yaşadığı evin həyətyanı sahəsində bir gün saxlamış, xx.xx.2019cu il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin çəkidə narkotik vasitə – qurudulmuş marixuananın 20,75 qram hissəsini 4 ədəd kibrit qutusuna, qalan 13,09 qramını isə bir ədəd siqaret qutusunun içərisinə doldurub həmin qutuları sellofan torbaya qoymuş, daha sonra Təqsirləndirilən şəxs1 birgə hissə-hissə istifadə etmək məqsədilə sellofan torbanı yaxınlıqda yerləşən kolun dibinə atmış, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində içərisində narkotik vasitə olan sellofanı götürərək, sellofandakı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd siqaret qutusunu özünə məxsus «VAZ 2109» markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının cibliyində gizlətmiş, qalan 4 ədəd kibrit qutusunu isə sellofan torba ilə birlikdə avtomobilin saxlanc yerinə qoyub daha sonra həmin çəkidə narkotik vasitə - qurudulmuş marixuananı xx.xx.2019-cu il tarixdə idarə etdiyi «VAZ 2109» markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobildə Qəbələ rayonundan Mingəçevir şəhərinədək daşımış, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 4 (dörd) ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,57 qram, 5,15 qram, 5,40 qram və 5,63 qram olmaqla ümumi təmiz çəkisi 20,75 qram olan narkotik vasitə – qurudulmuş marixuananı onun idarə etdiyi avtomobildən götürmüş, qalan 1 ədəd siqaret qutusunda təmiz çəkisi 13,09 qram olan narkotik vasitə qurudulmuş marixuananı avtomaşının salonunda arxa oturacağın cibliyinə qanunsuz olaraq saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Mingəçevir şəhəri, Şəfa bağlar massivində 3-cü küçədə Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 02:35 radələrində nəqliyyat vasitəsinə axtarış və götürmə keçirilərkən idarə etdiyi VAZ 2109 markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda arxa oturacağın cibliyində bir ədəd siqaret qutusunda təmiz çəkisi 13,09 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə isə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. O, səhhəti ilə əlaqədar Qəbələ rayon Mərkəzi Xəstəxanasına getmək üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək cəzaçəkmə müəssisəsinin rəhbərliyindən icazə alaraq Qəbələ rayonuna getmişdir. O, Qəbələ rayon Xəstəxanasına gedib yoxlanışdan keçmiş və daha sonra yaşadığı evə gəlmişdir. Növbəti gün yəni, xx.xx.2019-cu il tarixdə o uzun müddətdən bəri tanıdığı Ehtiramla görüşmüş və onlar yemək yemək üçün Qəbələ rayonunda yerləşən “Türyançay” çayının sahilinə getmişlər. Onlar orda yemək yemiş və içki içmişlər. Həmin gün saat 15 radələrində onlar “Türyançay” çayının kənarında olarkən orada yabanı şəkildə bitən çətənə kolu görmüşlər. Onlar əvvəllər də narkotik vasitə olan marixunadan istifadə etdiklərinə görə həmin çətənə bitkisi yarpaqlarını yığıb qurutmaq və hissə-hissə istifadə etmək qərarına gəlmişlər. O, Ehtiramla birlikdə həmin çətənə kolunun yarpaqlarından qırıb sellofan torbaya yığmış və yaşadığı Qəbələ rayonu, Nic kəndində yerləşən yaşayış evinə gətirirərək yarpaqları qurutmuşdur. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Ehtiram yaşadığı evə gəlmişdir. Onlar birlikdə yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə marixuananı saxladığı yerə getmişlər. Ehtiram ona marixuananı sellofanın içərisində saxlamamalarını, marixuananı kibrit qutularının içərisinə yığmalarını demişdir. Bundan sonra Ehtiram yaxınlıqda yerləşən marketə gedərək oradan 4 ədəd kibrit qutusu almış və onlar marixuananı kibrit qutularının içərisinə doldurmağa başlamışlar. Onlar dörd ədəd kibrit qutusunun içərisini doldurmuşlar. Lakin narkotik vasitənin bir hissəsi kibrit qutularının içərisinə sığmamışdır. Buna görə də Ehtiram narkotik vasitənin qalan hissəsini üzərində olan siqaret qutusuna doldurmuşdur. O daha sonra 4 ədəd kibrit və bir ədəd siqaret qutusunu sellofan torbanın içərisinə qoymuşdur. Onlar razılaşmışlar ki, həmin narkotik vasitəni bir yerdə gizlətsinlər və hər ikisi hissə-hissə istifadə etsinlər. Ehtiram bundan sonra yaşadığı evdən çıxıb getmişdir. O isə içərisində narkotik vasitə olan sellofan torbanı yaşadığı evin yaxınlığında yerləşən kolun dibinə atmışdır. Həmin gün təxminən 15 radələrində Ehtiram ona zəng edərək tapdıqları narkotik vasitədən istifadə etmək istədiyini, narkotik vasitənin bir hissəsini götürmək istədiyini, narkotik vasitəni hara qoyduğunu soruşmuşdur. O isə Ehtirama narkotik vasitəni qoyduğu yeri izah etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Mingəçevir şəhərində yaşayan baldızına nisyə satdığı mürəbbələrin pulunu almaq üçün Mingəçevir şəhərinə getmək qərarına gəlmişdir. Bundan başqa o bir gün əvvəl Mingəçevir şəhərində yaşayan tanışı Muraza zəng etmişdir. Muraz ona səhhətinin yaxşı olmadığını demişdir. O həmçinin Mingəçevir şəhərinə gəlib Murazı da görmək istəyirmiş. Ehtiram taksi kimi fəaliyyət göstərdiyi üçün o, Ehtirama zəng edərək harda olduğunu soruşmuşdur. Ehtiram isə ona müştərisi olduğu üçün Mingəçevir şəhərinə getdiyini, artıq yolda olduğunu demişdir. O, Ehtirama Mingəçevir şəhərinə getdiyini, onu gözləməsini, evə birlikdə qayıtmalarını demişdir. O bundan sonra yaşadığı evdən çıxıb Ağdaş rayonu, Ləki qəsəbəsi gəlmiş və oradan da taksi ilə Mingəçevir şəhərinə gəlmişdir. Yolda olarkən Ehtiram ona zəng edərək Mingəçevir şəhərində olduğunu, müştərilərini düşürtdüyünü demişdir. O isə Ehtirama yolda olduğunu, Muraz Mustafayevə məxsus evin qarşısına gedib onu orada gözləməsini demişdir. O ilkin olaraq baldızının yaşadığı evə getmişdir. Daha sonra o, taksi ilə Mingəçevir şəhəri Şəfa bağ massivinə getmişdir. Lakin taksi sürücüsü Şəfa bağ massivinin içərisinə girməyə əlavə pul istədiyi üçün o, Murazın yaşadığı küçənin başında düşüb Ehtirama zəng etmiş və onu küçənin başından götürməsini demişdir. Ehtiram küçənin başında onu götürmüş və onlar birlikdə Murazın yaşadığı evə getmişlər. Yolda olarkən Ehtiram ona içərisində narkotik vasitə olan sellofanı yadından çıxaraq avtomobilində Mingəçevir şəhərinə gətirdiyini, narkotik vasitənin avtomobildə olduğunu demişdir. O bundan sonra içərisində narkotik vasitə olan dörd ədəd kibrit qutusunu qoyduqları sellofanı avtomobilin salxanc yerindən götürüb Murazın yaşadığı evə istifadə etmək üçün əynində olan qara rəngli şalvarın sol yan cibinə qoymuşdur. Onlar bundan sonra Murazın yaşadığı evin qarşısına getmişlər. O, Murazın yaşadığı evin qapısını döymüş və Muraz qapıya çıxmışdır. Onlar üçü evin qarşısında söhbət etməyə başlamışlar. O, Murazın səhhətinin yaxşı olmadığını görüb Murazı Qəbələ rayonunda yerləşən xəstəxanaya aparmağı təklif etmişdir. Lakin Muraz xəstəxanaya getmək istəmədiyini, evə girmələrini bildirmişdir. Lakin o israrla Murazı xəstəxanaya aparmaq istədiyini demişdir. Bu səbəbdən evin qarşısında onların söhbəti uzanmışdır. Onlar küçədə dayanıb söhbət edən zaman gözlənilmədən polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etmədən birlikdə polis şöbəsinə getmişlər. Ona vəkillərin siyahısı təqdim olunanda müdafiəçi kimi Müdafiəçi2 onun hüquqlarını müdafiə etməsini istəmiş və həmin vəkil ona təqdim edilmişdir. Video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O, yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı o, əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində dörd ədəd kibrit qutusu olan bükümü təqdim etmişdir. Təqdim etdiyi kibrit qutularının hər birinə baxış keçirilən zaman həmin kibrit qutularının içərisindəki narkotik vasitə - qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd kibrit qutusunda olan narkotik vasitə-marixuanaya oxşar kütləni xx.xx.2019-cu il tarixdə saat 15 radələrində yaşadığı Qəbələ rayonu, “Türyançay” çayının kənarında bitən yabanı çətənə kolundan qırıb qurutduğunu, daha sonra isə kibrit qutularına yığıb əynindəki şalvarın sol yan cibinə qoyaraq saxladığını bildirmişdir. Bütün proseslər kameraya çəkilmiş, həmçinin üzərindən aşkar edilərək götürülmüş içərisindəki narkotik vasitə - qurudulmuş marixuanaya oxşar kütlə olan 4 ədəd kibrit qutusunun fotoşəkilləri çəkilmişdir. Aşkar edilərək götürülmüş 4 ədəd kibrit qutusunun hər biri elektron tərəzidə çəkilmiş, bir qutunun içərisində olan narkotik vasitə-marixuanaya oxşar kütlə 8,4 (səkkiz tam onda dörd) qram, bir qutunun içərisində olan narkotik vasitə-marixuanaya oxşar kütlə 8,5 (səkkiz tam onda beş) qram, bir qutunun içərisində olan narkotik vasitə- marixuanaya oxşar kütlə 8,6 (səkkiz tam onda altı) qram, bir qutunun içərisində olan narkotik vasitəmarixuanaya oxşar kütlə 8,7 (səkkiz tam onda yeddi) qram, ümumilikdə isə dörd ədəd kibrit qutusunda olan narkotik vasitə-marixuanaya oxşar kütlə 34,2 (otuz dörd tam onda iki) qram olması müəyyən edilmişdir. Şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o da həmin protokola imza etmişdir. Həmçinin üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə marixuana olan 4 ədəd kibrit qutusu birlikdə zərfə qoyularaq qablaşdırılmışdır. Sonra isə o qablaşdırılmış zərfin üzərinə imza atmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs2 da məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə uzun müddətdən bəri tanıdığı Xalidlə görüşmüş və onlar yemək yemək üçün Qəbələ rayonunda yerləşən “Türyançay” çayının sahilinə getmişlər. Onlar orda yemək yemiş və içki içmişlər. Həmin gün saat 15 radələrində onlar “Türyançay” çayının kənarında olarkən orada yabanı şəkildə bitən çətənə kolu görmüşlər. Onlar əvvəllər də narkotik vasitə olan marixunadan istifadə etdiklərinə görə həmin çətənə bitkisi yarpaqlarını yığıb qurutmaq və hissə-hissə istifadə etmək qərarına gəlmişlər. O, Xalidlə birlikdə həmin çətənə kolunun yarpaqlarından qırıb sellofan torbaya yığmış və Xalidin yaşadığı Qəbələ rayonu, Nic kəndində yerləşən yaşayış evinə gətirirərək yarpaqları qurutmuşlar. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə saat 10 radələrində o, Xalidin yaşadığı evə getmişdir. Onlar birlikdə evin həyətyanı sahəsində narkotik vasitə marixuananı saxladıqları yerə getmişlər. O, Xalidə marixuananı sellofanın içərisində saxlamamalarını, marixuananı kibrit qutularının içərisinə yığmalarını demişdir. Bundan sonra o yaxınlıqda yerləşən marketə gedərək oradan 4 ədəd kibrit qutusu almış və onlar marixuananı kibrit qutularının içərisinə doldurmağa başlamışlar. Onlar dörd ədəd kibrit qutusunun içərisini doldurmuşlar. Lakin narkotik vasitənin bir hissəsi kibrit qutularının içərisinə sığmamışdır. Buna görə də o, narkotik vasitənin qalan hissəsini üzərində olan siqaret qutusuna doldurmuşdur. Xalid daha sonra 4 ədəd kibrit və bir ədəd siqaret qutusunu sellofan torbanın içərisinə qoymuşdur. Onlar razılaşmışlar ki, həmin narkotik vasitəni bir yerdə gizlətsinlər və hər ikisi hissə-hissə istifadə etsinlər. O bundan sonra Xalidin yaşadığı evdən çıxıb getmişdir. Həmin gün təxminən saat 15 radələrində o, narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini istifadə etmək istəmiş və Xalidə zəng edərək tapdıqları narkotik vasitədən istifadə etmək istədiyini, narkotik vasitənin bir hissəsini götürmək istədiyini, narkotik vasitəni hara qoyduğunu soruşmuşdur. Xalid ona narkotik vasitəni qoyduğu yeri izah etmişdir. O həmin yerə gedərək Xalidin kolun dibinə atdığı sellofanı tapmış və götürmüşdür. O, sellofanın içərisində olan kibrit qutularından birini götürüb içərisindəki narkorik vasitədən istifadə etmək, sellofanı isə yenidən kolun dibinə qoymağı fikirləşmişdir. Lakin o, sellofanı götürdükdən sonra tanımadığı şəxsin ona tərəf gəldiyini görmüş və sellofanı özü ilə götürüb avtomobilinə qoymuşdur. O, sellofanın içərisindəki narkotik vasitə qurudulmuş marixuana doldurduğu bir ədəd siqaret qutusunu avtomobilin arxa oturacağının cibliyinə qoymuşdur. Qalan içərisində narkotik vasitə qurudulmuş marixuana olan 4 ədəd kibrit qutusunu isə sellofanın içərisində avtomobilin saxlanc yerində gizlətmişdir. O bundan sonra içərisində narkotik vasitə olan kibrit qutularını qoyduğu sellofanı götürdüyü kolun dibinə qoymaq istəmişdir. Lakin həmin vaxt həmkəndlisi olan Amil ona zəng edərək Mingəçevir şəhərinə getməli olduğunu, Amili Mingəçevir şəhərinə aparmağını bildirmişdir. O, Amillə razılaşmış və Amillə birlikdə Mingəçevir şəhərinə getmişdir. Yolda olarkən Xalid ona zəng edərək Mingəçevir şəhərinə getməli olduğunu bildirmişdir. Lakin O Xalidə hazırda yolda olduğunu və Mingəçevir şəhərinə müştəri apardığını bildirmişdir. O, Mingəçevir şəhərinə çatdıqdan sonra ilk olaraq Xalidə zəng vurmuşdur. Xalid yolda olduğunu, Mingəçevir şəhərinə çatdıqda baldızına məxsus evə gedəcəyini, Muraz Mustafayevə məxsus yaşayış evinin qarşısına gedib orda gözləməyini demişdir. O bundan sonra Muraz Mustafayevə məxsus evin qarşısına getmişdir. O bir neçə dəfə Murazın evinin qapısını döysə də Muraz qapını açmamışdır. O bundan sonra avtomobilinə qayıdıb Xalidi gözləməyə başlamışdır. Təxminən saat 22 radələrində Xalid ona zəng edərək Murazın yaşadığı küçənin başında olduğunu, Xalidi küçənin başından götürməyini demişdir. O küçənin başında Xalidi götürmüş və onlar birlikdə Murazın yaşadığı evə getmişlər. Yolda olarkən o, Xalidə içərisində narkotik vasitə olan sellofanı yadından çıxaraq avtomobildə Mingəçevir şəhərinə gətirdiyini, içərisində narkotik vasitə olan bir ədəd siqaret qutusunu avtomobilin arxa oturacağının cibliyində gizlətdiyini, narkotik vasitənin avtomobildə olduğunu demişdir. Xalid bundan sonra içərisində narkotik vasitə olan dörd ədəd kibrit qutusunu qoyduqları sellofanı avtomobilin salxanc yerindən götürüb əynində olan qara rəngli şalvarın sol yan cibinə qoymuşdur. Onlar bundan sonra Murazın yaşadığı evin qarşısına getmişlər. Xalid Murazın yaşadığı evin qapısını döymüş və Muraz qapıya çıxmışdır. Onlar üçü evin qarşısında söhbət etməyə başlamışlar. Xalid Murazın səhhətinin yaxşı olmadığını görüb Murazı Qəbələ rayonunda yerləşən xəstəxanaya aparmağı təklif etmişdir. Lakin Muraz xəstəxanaya getmək istəmədiyini, evə girmələrini bildirmişdir. Lakin Xalid israrla Murazı xəstəxanaya aparmaq istədiyini demişdir. Bu səbəbdən evin qarşısında onların söhbəti uzanmışdır. Onlar birgə küçədə dayanıb söhbət edən zaman gözlənilmədən polis əməkdaşları onlara yaxınlaşaraq üzərlərində qanunsuz olaraq narkotik vasitə gəzdirilməsində şübhəli olduqları üçün şəhər polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Onlar da polis əməkdaşlarının tələblərinə tabe olaraq onlarla birgə şəhər polis şöbəsinə getmişlər. Şəhər polis şöbəsində ona vəkillərin siyahısı təqdim olunanda müdafiəçi kimi Müdafiəçi1 onun hüquqlarını müdafiə etməsini istəmişdir və həmin vəkil ona təqdim edilmişdir. Videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları üzərindən başqa haradasa qanunsuz olaraq narkotik vasitə saxladığını soruşmuşlar. Həmin vaxt o, polis əməkdaşlarına idarə etdiyi VAZ-2109 markalı, **-NX-*** dövlət nömrə nişanlı avtomobilin salonundakı arxa oturacağı baş hissəsində bir ədəd siqaret qutusunun içərisində narkotik vasitə hesab edilən marixuananın olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun və vəkili Müdafiəçi1 iştirakı ilə ona məxsus VAZ-2109 markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirmişlər. Baxış zamanı o, avtomobilinin salonundakı arxa oturacaqların baş tərəfindən bir ədəd siqaret qutusunun içərisində olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd siqaret qutusu açılarkən polis əməkdaşları siqaret qutusunun içərisindəki kütlənin nə olduğunu soruşmuşlar. O isə narkotik vasitə olan marixuana olduğunu, içərisində narkotik vasitə hesab edilən marixuananı isə tanışı Təqsirləndirilən şəxs1 ona istifadə etmək üçün verdiyini bildirmişdir. O, həmin siqaret qutusunda olan marixuananı özü istifadə etmək üçün avtomobilində saxladığını bildirmişdir. Bütün proseslər kameraya çəkilmiş, həmçinin avtomobilinin salonundan aşkar edilərək götürülmüş 1 ədəd siqaret qutusunun içərisində olan narkotik vasitə hesab edilən marixuanaya oxşar kütlənin fotoşəkilləri çəkilmişdir. Aşkar edilərək götürülmüş içərisində marixuana olan büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 18.5 (on səkkiz tam onda beş) qram olmuşdur. Baxış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o da həmin protokola imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. xx.xx.2019-cu il tarixdə saat təxminən 23 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Mingəçevir ŞPŞ-in İTB-nün polis sahə rəisi Şahid3 və o, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı, həmçinin Mingəçevir şəhər sakini Şahid4 DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri, Şəfa bağ massivi 3-cü küçədə yerləşən Muraz Mustafayevə məxsus yaşayış evinin qarşısında görüb Təqsirləndirilən şəxs1 yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib sonuncunu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanında Muraz Mustafayev və Təqsirləndirilən şəxs2 da olmuşdur və həmin şəxslərin hər üçü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları üçün həmin gün tərəflərindən Mingəçevir şəhər polis şöbəsinə gətirilmişlər. Polis şöbəsinə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi2 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Təqsirləndirilən şəxs1 üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofanın içərisindəki 4 ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Həmin 4 ədəd kibrit qutuları Təqsirləndirilən şəxs1 və digər iştirakçıların yanında açılarkən kibrit qutularının içərisində qurudulmuş marixuanya oxşar narkotik vasitə olan kütlələr olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin 4 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutularının ümumi çəkiləri ayrı-ayrılıqda 8,4 qram, 8,5 qram, 8,6 qram və 8,7 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs1 özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş 4 (bir) ədəd kibrit qutularında olan kütlələrin marixuana olduğunu, həmin marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını, həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Qəbələ rayonunda yerləşən “Türyançay” çayının kənarında olarkən orada yabanı şəkildə bitən çətənə kollarının yarpaqlarını yığıb qurudaraq əldə etdiyini və qurutduqdan sonra kibrit qutularına yığıb üzərində saxladığını bildirmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, polis şöbəsinə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi1 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Təqsirləndirilən şəxs2 üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs2 üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 başqa haradasa qanunsuz olaraq narkotik vasitə saxladığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-2109 markalı **-NX-*** dövlət nömrə nişanlı avtomobilin salonundakı arxa oturacağı baş hissəsində bir ədəd siqaret qutusunun içərisində narkotik vasitə hesab edilən marixuananın olmasını söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və vəkili Müdafiəçi1 iştirakı ilə ona məxsus «VAZ-2109» markalı, **-NX-*** dövlət nömrə nişanlı avtomobilin salonuna baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilinin salonundakı arxa oturacaqların baş tərəfindən bir ədəd siqaret qutusunun içərisində olan narkotik vasitə hesab edilən marixuananı çıxarıb təqdim etmişdir. Həmin 1 ədəd siqaret qutusu Təqsirləndirilən şəxs2 və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs2 avtomobilinə baxış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin 1 ədəd içərisində qurudulmuş marixuana olan siqaret qutusunun ümumi çəkisi 18,5 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs2 özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da məhkəmə iclasında şahid qismində oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 və Şahid4 ifadələri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli bir daha sübut olunmuşdur. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 4 (dörd) ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli axtarış və götürmə haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2109 markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomaşının salonundan içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 1 (bir) ədəd siqaret qutusu aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2109 markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomaşına axtarış və götürmə keçirilən zaman onun avtomaşının salondan arxa oturacaqdan baş tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 1 (bir) ədəd siqaret qutusu aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 484 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümün içərisində olan 04 (dörd) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,57 qram, 5,15 qram, 5,40 qram və 5,63 qram olmaqla ümumi təmiz çəkisi 20,75 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 485 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd üzərində “rothmans” sözləri yazılmış siqaret qutusunun içərisində, təmiz çəkisi 13,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd siqaret qutusunda və 04 (dörd) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 801 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 764 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan AZ-İİ № 736966 və AZ-İİİ № 524316 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünürki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2004-cü il təvəllüdlü Səid və xx.xx.2015-ci il təvəllüdlü Hüseyn adlı bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşağı var. Cinayət işində olan AA0364116 və AA0197431 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünürki, Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci il təvəllüdlü Fərid və xx.xx.2004-cü il təvəllüdlü Lalə adlı iki yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxslərin onlara elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından onlara ittiham edildikləri maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin az ağır cinayət olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökümün surətindən görünür ki, Abdullayev X3 şəhər Məkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli tutulduğu vaxtdan, xx xxxxx 2018-ci il tarixdən hesablanmış, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanıyüngülləşdirənhallar kimi qiymət verir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini, həmçinin, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini və himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Qəbələ rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Qəbələ rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 69,10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, 20,35 qram olan narkotik vasitə qurudulmuş marixuana və 13,04 qram olan narkotik vasitə qurudulmuş marixuana qalığı məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi2 və Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımların ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə hər birinə 144 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı Qəbələ rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Qəbələ rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 20,35 qram olan narkotik vasitə - qurudulmuş marixuana və 13,04 qram olan narkotik vasitə qurudulmuş marixuana qalığı məhv edilsin. İş üzrə 69,10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi2 və Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımların ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə hər birinə 144 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti veriləb ilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-14/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-14/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver