Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-14/2021 09.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 Tofiq oğlu, onun müdafiəçisi Müdafiəçi2 oğlu , Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1 oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs2 Tofiq oğlu xx xxxxxx 1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay,Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.1 maddələri ilə təqsirli bilinərək, 66.2 və 69.3-cü maddələrinə əsasən 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış ,barəsində həbs qətimkan tədbiri seçilmiş, X5 oğlu xx.xx.1993-cü ildə Ağdaş rayonu Tatlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən ilə Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 178.2.1 maddələri ilə təqsirli bilinərək, 66.2 və 69.3-cü maddələrinə əsasən 2 il 6 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ağdaş rayonu Tatlar kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs2 Tofiq oğlu tamah niyyətilə özgənin əmlakını talalma məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabqacadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020- ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə aşaraq, həyətdəki tövlənin pəncərəsindən saxlanc yerinə qanunsuz daxil olub həyətdən götürdükləri plastik iplə hər birinin dəyəri 140(yüz qırx) manat olmaqla, ümumi dəyəri 280(iki yüz səksən) manat olan iki ədəd qoyunların ayaqlarını bağlayaraq tövlənin pəncərəsindən çıxardıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 280(iki yüz səksən) manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını talalma məqsədilə tanışı X7 ilə birlikdə qabqacadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020- ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə aşaraq, həyətdəki tövlənin pəncərəsindən saxlanc yerinə qanunsuz daxil olub həyətdən götürdükləri plastik iplə hər birinin dəyəri 140(yüz qırx) manat olmaqla, ümumi dəyəri 280(iki yüz səksən) manat olan iki ədəd qoyunların ayaqlarını bağlayaraq tövlənin pəncərəsindən çıxardıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 280(iki yüz səksən) manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Tofiq oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər Zərərçəkmiş şəxs qonşuluğunda 1-1,5 il əvvəl yaşamışdır. Həmin vaxt onun həyətinə bitişik boş torpaq sahəsində çoxlu qoyunlar olduğunu görmüş və həmin həyətin sahibinin qoyun saxlamaqla məşğul olduğunu bilmişdir. xx xxx 2020-ci il tarixdə əvvəldən tanışlığı olan Təqsirləndirilən şəxs1 axşam saatlarında ona zəng vurub Mingəçevirə qonaq gəldiyini və onunla görüşmək istədiyini bildirdi. O da Surətlə görüşməyə razılaşdı və onlar Mingəçevir şəhərindəki “Babanın çayçısı” deyilən yerdə görüşdülər. Söhbət zamanı o, Surətə pulunun olmadığını, pula ehtiyacı olduğunu, ona görə də birlikdə oğurluq etmək istədiyini dedi. Heyvanlar olan həyət tanıdığını, oradan heyvanları oğurlayıb sataraq pul qazana biləcəklərini Surətə bildirib birlikdə oğurluq etməyi ona təklif etdi. Surət də onunla birlikdə oğurluq etməyə razılaşdı. Bundan sonra o, Surətlə xx xxx 2020-ci il tarixdə saat 03-04 radələrinədək birlikdə şəhərdə gəzdilər, sonra həmin saatlarda onun əvvəlidən tanıdığı, qonşuluğunda yaşadığı, Mingəçevir şəhəri M.Rəhimov küçəsində yerləşən sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi həyətin hasarının yanına gəldilər. Onlar birlikdə hasara yaxınlaşdılar və o, əli ilə Surətə hasarın üzərinə qalxması üçün kömək etdi və Surət hasarın üzərinə qalxdı, sonra o, hasarın üzərinə qalxdı və həyətin içinə düşdülər. Onlar həyətə baxış keçirib tövlənin yerini müəyyən etdilər və birlikdə tövləyə yaxınlaşdılar. Surət tövlənin qapısına yaxınlaşıb, geri qayıdaraq qapının qıfıllı olduğunu bildirdi və onlar tövlənin ətrafına dolanıb içəri daxil olmaq üçün yer axtarmağa başladılar. Həmin vaxt onlar parnik kimi düzəldilmiş yerin yaxınlığından ot bağlanmasının plastik iplərindən tapdılar və onları heyvanların ayaqlarını bağlamaq üçün götürdülər. Bu zaman o və Surət hasar ilə yanaşı olan tövlənin divarında pəncərə olduğunu gördülər. Surət pəncərədən içəri daxil oldu və içəridə 4 ədəd qoyun olduğunu bildirdi. Sonra isə əlindəki ip ilə bir-bir heyvanların ayaqlarını bağladı. Bu zaman o, tövlənin hasarı ilə yanaşı olan hasarın üzərinə qalxıb həmin hasarın üstündə oturdu. Surət isə ona birinci və ikinci qoyunları ayaqları bağlı vəziyyətdə gətirib verdi və o, həmin qoyunları hasarın üzərindən götürüb küçəyə atdı. Surət 3-cü və 4-cü qoyunları ona verib, özü tövlənin pəncərəsindən çölə çıxıb yerə düşdü. Bu zaman o, Surətə iki qoyunun onlara bəs edəcəyini, hər birinə bir qoyunun kifayət olduğunu deyib həmin qoyunları burda qoymağı təklif etdi, Surət də onunla razılaşdı. Həmin heyvanları tövlə ilə hasarın arasına atdılar və o hasarın üstündən küçəyə tərəf yerə düşdü, Surət də onuna arxasınca hasarın üzərindən aşıb küçəyə çıxdı. Onlar hər biri bir qoyunu boyunlarının arxasına götürüb dağın dibi tərəfə piyada getdilər. Oradan üzü aşağı 3 küçə düşdükdən sonra qoyunları oradakı hasarsız boş bağ sahələrindən birinə qoyub taksi tapmaq üçün “Tekstil” fabrikin qarşına gəldilər. Saat təxminən 05 radələrində oradan qırmızı rəngli “Vaz 2106” markalı avtoxxxxi ilə taksi kimi fəaliyyət göstərən adını bilmədiyi taksi sürcüsü tapdılar. Həmin taksi sürücüsü ilə onları Ağdaş rayonunda yerləşən heyvan bazarına 20 manata aparmaq barədə razılığa gəldilər. Sonra isə taksi ilə həmin heyvanları qoyduqları bağa gəldilər. Oradan heyvanları taksinin yük yerinə qoyub, taksi sahibinə heyvanların oğurluq olmadığını, özlərinə məxsus olduğunu bildirdilər. Taksi ilə Ağdaş rayonundakı mal bazarına getdilər. Orada Surət heyvanları tanımadıqları alıcıya hər birini 120 manat olmaqla 240 manata satdı. Həmin puldan 20(iyirmi) manat taksiyə verdilər, qalan 220(iki yüz iyirmi) manat puldan Surət ona 102(yüz iki) manat pul verdi. Həmin pulu alıb Surəti Ağdaş rayonunda qoyub eyni taksi ilə Mingəçevir şəhərinə qayıtdı. Sonra isə həmin pulu şəxsi ehtiyacı üçün xərclədi. Günota saatlarında işi ilə əlaqədar olaraq Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində olan zaman polis əməkdaşları ona yaxınlaşdı, oğurluqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Orada sorğu zamanı törətmiş olduqları əməli etiraf etdi. Əməlindən peşimandır. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxx 2020-ci il tarixdə əvvəldən tanışlığı olan Təqsirləndirilən şəxs2 Tofiq oğluna axşam saatlarında zəng vurub Mingəçevirə qonaq gəldiyini onunla görüşmək istədiyini bildirdi. Afiq də onunla görüşməyə razılaşdı və onlar Mingəçevir şəhərindəki “Babanın çayçısı” deyilən yerdə görüşdülər. Söhbət zamanı Afiq ona pulunun olmadığını, pula ehtiyacı olduğunu, ona görə də birlikdə oğurluq etmək istədiyini ona dedi və heyvanlar olan həyət tanıdığını, oradan heyvanları oğurlayıb sataraq pul qazana biləcəklərini bildirib birlikdə oğurluq etməyi ona təklif etdi. O, da Afiqlə birlikdə oğurluq etməyə razılaşdı. Bundan sonra Afiq onunla xx xxx 2020-ci il tarixdə saat 03-04 radələrinədə birlikdə şəhərdə gəzmiş, sonra həmin Afiqin əvvəlidən tanıdığı, Mingəçevir şəhəri M.Rəhimov küçəsində yerləşən, Zərərçəkmiş şəxs adlı şəxsə məxsus olduğunu bildiyi həyətin hasarının yanına gəldilər. Onlar birlikdə hasara yaxınlaşdılar və Afiq əli ilə ona hasarın üzərinə qalxmağa kömək etdi, o da hasarın üzərinə qalxıb həyətin içinə düşdü, sonra Afiq hasarın üzərinə qalxıb həyətin içinə düşdü. Onlar həyətə baxış keçirib tövlənin yerini müəyyən edib birlikdə tövləyə yaxınlaşdılar. Tövlənin qapısına yaxınlaşdıqda qapının qıfıllı olduğunu gördülər. Onlar tövlənin ətrafına dolanıb içəri daxil olmaq üçün yer axtarmağa başladılar, həmin vaxt onlar parnik kimi düzəldilmiş yerin yaxınlığından ot bağlanmasının plastik iplərindən tapdılar və onları heyvanların ayaqlarını bağlamaq üçün götürdülər. O, tövlənin pəncərəsindən içəri daxil oldu. O, içəridə 4 ədəd qoyun olduğunu Afiqə deyib, pəncərədən çıxarıb Afiqə vermək üçün əlindəki ip ilə bir-bir heyvanların ayaqlarını bağlamağa başladı. Afiq tövlənin hasarı ilə yanaşı olan hasarın üzərinə qalxıb hasarın üstündə oturdu. O, Afiqə birinci və ikinci qoyunları ayaqları bağlı vəziyyətdə gətirib verdi və Afiq həmin qoyunları hasarın üzərində oturmuş vəziyyətdə götürüb küçəyə atdı, sonra isə 3-cü və 4-cü qoyunu Afiqə verdi Afiq isə əvəzində ona bu qoyunları burada saxlamağı təklif edib, hərəsinə bir qoyunun bəs edəcəyini dedi, o da Afiqlə razılaşdı. O həmin qoyunları hasarla tövlənin divarı arasında yerə qoydu. Sonra isə özü tövlənin pəncərəsindən çölə çıxdı. Afiq hasarın üstündən küçəyə tərəf yerə düşdü. O da onun arxasınca hasarın üzərindən aşıb küçəyə çıxdı. Onlar hər biri bir qoyunu boyunlarının arxasına götürüb dağın dibi tərəf piyada getdilər. Oradan üzü aşağı 3 küçə düşdükdən sonra qoyunları oradakı hasarsız boş bağ sahələrindən birinə qoyub taksi tapmaq üçün “Tekstil” fabrikin qarşısına gəldilər. Saat təxminən 05 radələrində oradan qırmızı rəngli “Vaz 2106” markalı avtoxxxxi ilə taksi kimi fəaliyyət göstərən adını bilmədikləri taksi sürücüsü tapdılar. Onlar həmin taksi ilə Ağdaş rayonunda yerləşən heyvan bazarına 20 manata getmək barədə razılığa gəldilər. Sonra isə taksi ilə həmin heyvanları qoyduqları boş bağa gəldilər. Oradan heyvanları taksinin yük yerinə qoydular və taksi sahibinə heyvanların oğurluq olmadığını özlərinə məxsus olduğunu bildirdilər, taksi onları Ağdaş rayonundakı mal bazarına apardı. O, bazarda heyvanları tanımadıqları alıcıya hər birini 120 manat olmaqla 240 manat satdı. Həmin puldan 20(iyirmi) manat taksiyə verdilər. Qalan 220(iki yüz iyirmi) manat puldan o, Afiqə 102(yüz iki) manat pul verdi. 108 manat pulu alıb Afiqi həmin taksi ilə Mingəçevir şəhərinə yola saldı. O, pulu şəxsi ehtiyacları üçün xərclədi. Günorta saatlarında yaşadığı evdə olan zaman polis əməkdaşları evlərinə gəlib oğurluqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Onlar birlikdə polis şöbəsinə gəldilər. Orada sorğu zamanı törətmiş olduqları əməli etiraf etdi. Əməlindən peşimandır. Zərərçəkmiş qəxs Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş və ərizə verərək sonrakı məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə səhər saat 07 radələrində Mingəçevir şəhəri keçmiş Rezin zavodun yaxmlığındankı heyvan bazarından qurbanlıq məqsədi ilə 04 ədəd qoyun almışdır. Həmin heyvanlarda cəmi 555(büş yüz əlli beş) manat pul vermişdir. həmin heyvanları saat 08 radələrində yaşadığı Mingəçevir şəhəri M.Rəhimov küçəsində yerləşən 81 saylı həyət evinə gətirib, otlamaq üçün həyətə buraxmış, axşam saatlarında həmin heyvanları həyətində yerləşən tövləyə salmışdı. Səhəri gün, yəni xx xxx 2020-ci il tarixdə də heyvanları tövlədən həyətə otlamaq üçün buraxdı. Axşam saatlarında isə yenə də heyvanları tövləyə saldı. Gecəni yatdıqdan sonra xx xxx 2020-ci il tarixdə saat 08 radələrində yuxudan oyanıb heyvanları otlatmaq üçün həyətə buraxmaq məqsədi ilə tövləyə tərəf getdi. Qapının qıfılını açıb tövlənin içinə daxil olan zaman heyvanların içəridə olmadığını gördü və heyvanların oğurlandığını bildi. Dərhal evdən oğlu Rövşəni çağırdı və bu anda həyətdən qoyun mələməsinin səsini eşitdi. Həyətə tərəf getdikdə qoyunlardan birinin həyətdə gəzdiyini gördü, bir az da irəli gedib hasarın dibinə çatdıqda qoyunlardan birinin də dörd ayağı bağlı vəziyyətdə yerdə olduğunu gördü. Oğlu Rövşən qoyunun ayaqlarını açdı. O, həyəti gəzərək heyvanların naməlum şəxs və şəxslər tərəfindən haradan oğurlandığını öyrənməyə çalışdı və hasarın üzərində peyin izləri görüb heyvanların oradan oğurlandığını ehtimal etdi. Günorta saatalarınadək o, heyvanları axtardı, onları tapa bilmədikdə isə günorta saatlarında Mingəçevir polis şöbəsinə gələrək baş vermiş hadisə barədə ərizə ilə məlumat verdi. Bundan sonra onun evinə polis əməkdaşları gəldi, onun iştirakı ilə hadisə yerinə baxış keçirdilər. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, etibarnamə əsasında idarə etdiyi **-BU-*** dövlət nömrə nişanlı qırmızı rəngli “Vaz 2106” markalı avtoxxxx ilə taksi fəaliyyəti ilə məşğul olur. xx xxx 2020-ci il tarixdə saat 05-06 radələrində “Tekstilni” qarşısından keçən zaman bir nəfər əl edib onu dayandırmışdır. Sonradan həmin şəxsin X7 olduğunu bildi. Həmin oğlan yaxınlaşıb iki ədəd quzularının olduğunu, Ağdaşa mal bazarına getmək istədiyini bildirib, yanındakı uzun boylu üzü saqqalı, sonradan adını Təqsirləndirilən şəxs1 olduğunu bildiyi oğlan ilə birlikdə onları neçəyə aparacağını soruşdular. O, Afiq və Surətdən heyvanların özlərinə aid olub-olmadığını soruşdu, onlar isə cavablarında and içib həmin heyvanların özlərin aid olduğunu bildirdilər. o, onları Ağdaşa 15(on beş) manata gedəbiləcəyini dedi. Afıq və Surət onun avtoxxxxinə əyləşib onu bağlar tərəfə sürdürdülər. Orada boş həyətin qabağında onu dayandırdılar. Onlar avtoxxxxdən enib boş bağa getdilər. O, isə onları gözləməyə başladı. Bir az sonra hərəsi əllərində bir ədəd qoyunla çölə çıxıb ona yaxınlaşdılar. O, avtoxxxxin kirlənəcəyini dedi. Afıq və Surət isə ona avtoxxxxi yudurtmaq üçün əlavə 5(beş) manat verəcəklərini bildirdilər. O, da onlarla razılaşdı və həmin qoyunları onun avtoxxxxininin yük yerinə qoyub birlikdə Ağdaşa getdilər. Onları Ağdaşdakı mal bazarında düşürdü. Bir az sonra maşına müştəri yaxınlaşdı və hündür boylu olan Surət adlı şəxs yük yerindən heyvanları götürüb həmin müştəriyə verdi. Sonra isə balaca boy oğlan Afıq adlı şəxs avtoxxxxə mindi və onlar birlikdə Mingəçevirə qayıtdılar. Afiq ona 20 manat pul verdi, Afiq arxa yolda düşdü. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli digər Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 139-cu vərəqində olan “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 65 saylı rəyində göstərilir ki, Mingəçevir şəhər polis şöbəsində istintaqı aparılan cinayət işi ilə əlaqədar olaraq yaranmış zərurətlə bağlı, hər biri 14 kq-lıq, iki ədəd xırda buynuzlu heyvanın , yəni qoyunun, 1 kq-nın xx xxx 2020-cı il tarixə olan qiyməti 10 (on) manat, ümumi qiyməti isə hər biri 140 (bir yüz qırx) manat olmaqla 280 (iki yüz səksən) manat dəyərindədir. Cəmi 280 (iki yüz səksən) manat Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Tofiq oğlu tamah niyyətilə özgənin əmlakını talalma məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabqacadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020- ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə aşaraq, həyətdəki tövlənin pəncərəsindən saxlanc yerinə qanunsuz daxil olub həyətdən götürdükləri plastik iplə hər birinin dəyəri 140(yüz qırx) manat olmaqla, ümumi dəyəri 280(iki yüz səksən) manat olan iki ədəd qoyunların ayaqlarını bağlayaraq tövlənin pəncərəsindən çıxardıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 280(iki yüz səksən) manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Tofiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını talalma məqsədilə tanışı X7 ilə birlikdə qabqacadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020- ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə aşaraq, həyətdəki tövlənin pəncərəsindən saxlanc yerinə qanunsuz daxil olub həyətdən götürdükləri plastik iplə hər birinin dəyəri 140(yüz qırx) manat olmaqla, ümumi dəyəri 280(iki yüz səksən) manat olan iki ədəd qoyunların ayaqlarını bağlayaraq tövlənin pəncərəsindən çıxardıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 280(iki yüz səksən) manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Tofiq oğlu və Təqsirləndirilən şəxs1 həmin əməli törətmələri özlərinin etirafları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mütəxəssis rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 121-131 vərəqlərində olan Ağdaş rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(014)-69/2019 saylı hökmün surətindən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tofiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 178.2.1-ci maddələri ilə təqsirli bilinib 4(dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli, 245/3-3 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Tofiq oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) il 6(altı) ay 25(iyirmi beş) günü icra edilməmiş qalmışdır. İşin 118-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tofiq oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İşin 121-131 vərəqlərində olan Ağdaş rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(014)-69/2019 saylı hökmün surətindən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 178.2.1-ci maddələri ilə təqsirli bilinib 2(iki) il 6 (altı) ay 8(səkkiz) gün müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli c/1-356 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) il 2(iki) ay 05(beş) günü icra edilməmiş qalmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətində görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-cıil təvəllüdlü X4 adlı bir azyaşlı uşağı var. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs oğlunun ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 Tofiq oğlu əməlini etiraf edib peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı olması, əməlini etiraf edib peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Tofiq oğlu və Təqsirləndirilən şəxs1 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, anoloji cinayətə görə cəza çəkdikləri müddətdə yenidən cinayət törətmələrini nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 33-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Tofiq oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 92-93-cü vərəqlərində olan Mingəçevir şəhər polis Şöbəsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Tofiq oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. İşin 42-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 94-95-ci vərəqində olan Mingəçevir şəhər polis şöbəsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və dərhal həbsdən azad olunmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2021-ci tarixli, 1(051)-14/2021 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Tofiq oğlu və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onların barəsində axtarış elan edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər polis şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 158- 8629-1221 saylı məktubundan görünür ki, təqsirləndirilən şəxs Əliyev Afiq Tofiq oğlu xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq aidiyyəti üzrə Mingəçevir şəhər polis şöbəsinin MSY-ə təhvil verilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər polis şöbəsinin xx xxxx 2021-ci il tarixli 158- 11571-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri M.Maqomayev prospekti Çinar marketin qarşısında tutulmuş, ƏN PXnin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün MSY-ə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Tofiq oğluna Ağdaş rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 178.2.1-ci maddələri ilə təyin edilmiş 4 (dörd) il azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 2 (iki) il 6(altı) ay 25 (iyirmi beş) gün CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 günə hesablamaqla 1(bir) il 3 (üç) ay 12 (on iki) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs2 Tofiq oğlunun Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 26 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs A.Əliyev cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 Ağdaş rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 178.2.1-ci maddələri ilə təyin edilmiş 2(iki) il 6 (altı) ay 08(səkkiz) gün azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 01 (bir) il 2(iki) ay 05 (beş) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 günə hesablamaqla 7 (yeddi) ay 2 (iki) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 15 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs S.Abukərimov cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Tofiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Tofiq oğluna Ağdaş rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 178.2.1-ci maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 2 (iki) il 6(altı) ay 25 (iyirmi beş) günü CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə hesablamaqla 1(bir) il 3 (üç) ay 12 (on iki) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində 2 (iki) il 10(on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. xx xxx 2020-ci il tarixdən xx xxx 2020-cu il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 9(doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 26 fevral 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. X5 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X2 Ağdaş rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 178.2.1-ci maddələri ilə təyin edilmiş 2(iki) il 6 (altı) ay 08(səkkiz) gün azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 01 (bir) il 2(iki) ay 05 (beş) günü CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə hesablamaqla 7 (yeddi) ay 2 (iki) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində 2(iki) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. xx xxx 2020-ci il tarixdən xx xxx 2020-cu il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 15 mart 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut yoxdur. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-14/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-14/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver