Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-14/2023 29.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi X2 və zərərçəkmiş şəxslərin müdafiəçisi - KONSENSUS Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirlən şəxsin müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1991-ci ildə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində 2 nəfər azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, sığorta mələhətçisi işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20:41 dəqiqədə B1B dərəcəli sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi «Mercedes-Benz 190» markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Nizami küçələrinin kəsişməsində yerləşən Qələbə Meydanı dairəsində asfalt yolla Nizami küçəsi istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməli, sürücü üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyib hərəkət üçün təhlükə yarandığını görərək nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbirlər görməyərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə şəhərin N.Nərimanov və Nizami küçələrinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsi istiqamətindən Nizami küçəsində yerləşən səki istiqamətində yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün açıq yerdəyişən sınığı, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişməyən, sol 10-11-12-ci qabırğaların yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan Ağır, Zərərçəkmiş şəxs2 alın sümüyünün qapalı xətti sınığı və sağ göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi, sifətin sıyrıqları xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ** NL *** dövlət qeydiyyat nömrə nişanlı Mercedes Benz 190 markalı minik avtomobilini etibarnamə əsasında idarə etmişdir və həmin avtomobili idarə etmək hüququ verən B1, B kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində Mingəçevir şəhəri Güllübağ dairəsindən A.Məmmədov küçəsi ilə hərəkət etmiş, sonra isə ticarət mərkəzinin yaxınlığından N.Nərimanov prospektində daxil olmuşdur. Həmin vaxt surəti 30-40 km/saat olmuşdur. Qələbə Meydanı dairəsinə daxil olmuş və oradan prospektin Şahid2 prospekti ilə kəsişməsinə doğru Nizami küçəsi ilə hərəkət etmişdir. Dairədə olan zaman o, yolun sağ istiqamətindən avtomobilin gəlibgəlməməyinə baxmış və yenidən yola baxan zaman təxminən avtomobilə 1 metr məsafədə, Qələbə Meydanı dairəsindən yolun solundan sağına doğru 3 nəfər şəxsin hərəkət etdiyini görmüşdür. Həmin vaxt o, avtomobilin əyləcinə basmaq istəmiş, lakin avtomobilin əyləci əvəzinə qaz pedalını basmışdır. Nəticədə yolu keçmək istəyən piyadalardan ikisi avtomobilin altında qalmışdır. Biri isə kənara çəkilmişdir. Həmçinin bildirmişdir ki, hadisə zamanı xəsarət almış şəxslərin müalicəsi üçün lazım olan pul vəsaiti ilə təmin edərək hadisə zamanı xəsarət alan Zərərçəkmiş şəxs1 Bakı şəhərində yerləşən özəl klinikalardan birində əməliyyat etdirmiş, eyni zamanda müalicə üçün lazım olan dərman ləvazimatlarını da almışdır. Digər xəsarət alan şəxs azyaşlı Zərərçəkmiş şəxs2 da hadisədən sonra gözündən xəsarət alıb-almamasını müəyyən etmək üçün zəruri həkim yoxlamalarından keçirmiş və heç bir xəsarətinin olmadığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müalicəsi üçün ümumilikdə 20.000 manatdan çox pul xərcləmişdir. Həmçinin özü sığorta şirkətində çalışdığından onların müalicəsi üçün bütün vəsaiti öz hesabından verməsinə baxmayaraq sığorta ödənişi kimi verilən 3.000 manat pulu da zərərçəkmiş şəxslərə vermişdir. Zərərçəkmiş şəxslər də dəymiş maddi ziyanın tam ödənilməsi ilə bağlı olaraq müvafiq ərizələr vermələrinə baxmayaraq sonradan baş vermiş hadisədən şikayətlərinin olması ilə bağlı ərizə ilə müraciət etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman 30-40 km/saat surətlə hərəkət etmiş, lakin avtomobili həmin şəxslərə vurmamaq üçün əyləci basmaq əvəzinə qaz pedalına basmışdır. Hadisə baş verən zaman avtomobilin ön oturacaq hissəsində qonşusu X5 olduğunu, hərəkətinə maneə ola biləcək başqa yükün olmadığını bildirmişdir. Hadisənin baş verməsinə səbəb kimi Qələbə Meydanı dairəsinə daxil olan zaman yolun sağından başqa avtomobilin gəlibgəlməməsinə baxması nəticəsində diqqətinin yayınması, qarşıya lazımı diqqət yetirməməsi, təxminən 1 aydırkı avtomobili idarə etdiyindən təcrübəsizliyinin və piyadaların piyada keçidi ilə deyil dairədə piyadalar üçün ayrılmamış hissədən yolu keçmələrinin olduğunu göstərmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi ondan hadisədən sonra Zərərçəkmiş şəxs2 çəkilən xərcləri tələb edir. Həmin xərcdən də 3000 manat ödəyə bilər, lakin zərərçəkmiş şəxslər bununla razılaşmır. Himayəsində iki nəfər azyaşlı uşağı vardır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb mülki iddianın təmin olunmamasını və ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstəmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20:41 dəqiqədə B1B dərəcəli sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi «Mercedes-Benz 190» markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Nizami küçələrinin kəsişməsində yerləşən Qələbə Meydanı dairəsində asfalt yolla Nizami küçəsi istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməli, sürücü üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini dayanma həddinə qədər azaltmaq üçün mükün tədbirləri görməli olduğu halda buna əməl etməyib hərəkət üçün təhlükə yarandığını görərək nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbirlər görməyərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə şəhərin N.Nərimanov və Nizami küçələrinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsi istiqamətindən Nizami küçəsində yerləşən səki istiqamətində yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün açıq yerdəyişən sınığı, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişməyən, sol 10-11-12-ci qabırğaların yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan Ağır, Zərərçəkmiş şəxs2 alın sümüyünün qapalı xətti sınığı və sağ göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi, sifətin sıyrıqları xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. 18 mindən artıq xərci çıxmışdır. Təqsirləndirilən şəxs onlara dəymiş ziyanın bir hissəsini ödəməsinə baxmayaraq ondan sonra zərərçəkmiş şəxslərə müalicəsi üçün əlavə olaraq xeyli miqdarda pul xərcləmişdir. Belə ki, Türkiyədə Respublikasına getmiş və orada nəvəsini əməliyyat etdirmişdir. Hal-hazırda şikayətçidir və xərclənmiş məbləğin qalanının da ödənilməsini xahiş edir. Odur ki, təqsirləndirilən şəxs barəsində daha ciddi cəza təyin edilməsini və mülki iddianında təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı elan edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq zamanı verilmiş ifadədən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində Mingəçevir şəhəri, Qələbə Meydanın qarşısından o, qızı Nərmin və nəvəsi Damla ilə birlikdə həmin Qələbə parkının qarşısından dairənin sağ yan hissəsi ilə avtomobil yolunun digər hissəsində yerləşən “Laləli” ticarət mərkəzi istiqamətdə yolu əl-ələ tutaraq keçirmişlər. Həmin vaxt Damlaya məxsus samakat da onun əlində olmuşdur. Həmin vaxt Damla samakatı sürməmişdir. Onlar yolu keçən zaman Nizami küçəsi ilə yüksək surətlə düz xətlə deyil əyri xətt üzrə “Qədiroğlu market” istiqamətindən Nizami küçəsi istiqamətində Mercedes markalı avtomobil hərəkət edirmiş. Avtomobilin gəlməsini görüb dayanmışlar və o, qızına avqtomobilin əyri trakyektoriya ilə və yüksək surətlə gəlməsinə görə deyinmişdir. Elə həmin vaxt yüksək surətlə gələn avtomobil onu vurmuşdur. Avtomobil dayanmamış və onun üzərindən keçmişdir. Həmin an o, huşunu itirmişdir. Sonra isə bir də xəstəxanada huşu özünə gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, avtomobil onunla birlikdə azyaşlı nəvəsi Damlanı da vuraraq xəsarət yetirmişdir. Bunun nəticəsində də nəvəsi Damla sağ gözünün görmə qabiliyyətini itirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman “Mercedes” markalı avtomobil onların üzərinə doğru yüksək surətlə əyri trayektoriya ilə hərəkət etmişdir, lakin dəqiq hansı surətlə hərəkət etməsini bilməmişdir. Yol-nəqliyyat hadisəsinin baş vermə səbəbi kimi sürücünün onlar yolu keçən zaman yola baxmayaraq onlara doğru yüksək surətlə əyri trakyektoriya ilə hərəkət etməsini göstərmişdir. Məhkəmə iclası zamanı elan edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq zamanı verilmiş ifadədən görünür ki, xx.xx.2021-ci il tarixdə anası Şahid1 və nənəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə Mingəçevir şəhəri “Qələbə Meydanı” dairəsindən yolu piyada hərəkət etmişlər. Həmin vaxt avtomobil onlara tərəf gəlmiş, əvvəl nənəsi Zərərçəkmiş şəxs1 vurmuş və nənəsi avtomobilin altına yıxılmışdır. Anası da onun əllərindən tutaraq avtomobilin altında qalmağa qoymamışdır. Sonra onları Mingəçevir xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində Mingəçevir şəhəri, Qələbə Meydanın qarşısından anası Rahilə, qızı Damla ilə birlikdə həmin Qələbə parkının qarşısından dairənin sağ yan hissəsi ilə avtomobil yolunun digər hissəsində yerləşən “Laləli” ticarət mərkəzi istiqamətdə yolu ələ tutaraq keçirmişlər. Həmin vaxt anasının əlində Damlaya məxsus samakat da olmuşdur. Həmin vaxt Damla samakatı sürməmişdir. Onlar yolu keçən zaman Nizami küçəsi ilə yüksək surətlə düz xətlə deyil əyri xətt üzrə “Qədiroğlu market” istiqamətindən Nizami küçəsi istiqamətində Mercedes markalı avtomobil hərəkət edirmiş. Avtomobilin gəlməsini görüb dayanmışlar və anası hətta avtomobilin əyri trayektoriya ilə və yüksək surətlə gəlməsinə görə deyinmişdir. Elə həmin vaxt o, başını çevirmişdir ki, anasına söz desin həmin vaxt gələn avtomobil anasını vurmuş, o, avtomobilin dayanması üçün qışqırmışdır. Lakin avtomobil dayanmamış və qabaq iki təkər anasının üzərindən keçmişdir. Həmin an qızı Damlanın əli əlindən sürüşmüş və qızının sağ üzü və göz nahiyəsi qanlar içərisində, həm də şişkin vəziyyətdə olmuşdur. O, qızını qucağına alaraq qışqırmış və ətrafdakı adamlar oraya toplaşmışlar. Həmin vaxt sürücü avtomobildən düşmüş və o, sürücüdən kömək etməsini istəmiş, sürücü isə qaçmışdır. Həmin an tanımadığı bir şəxs ona yaxınlaşaraq uşağı ona verməsini, xəstəxanaya çatdıracağını demişdir. Həmin şəxs uşağı götürərək getmişdir. O da anasını qucaqlamış və anasının ağzından köpük gəlməyə başlamışdır. O, anasına ölməməsini, dözməsini demiş, ətrafdakı şəxslər toplanaraq anasını avtomobilin altından çıxarmışlar. Anasının ayaqlarının üzərindən avtomobilin keçdiyinə görə ayaqları əks istiqamətdə qatlanmış vəziyyətdə olmuşdur. Həmin vaxt o, heç bir xəsarət almamışdır. Anası və qızı hadisə nəticəsində xəsarət almışdır. Qızı Damla hazırda qəza nəticəsində aldığı xəsarətlərdən gözündə yaranmış problemlərə görə sağ gözü görmə qabiliyyətini itirmişdir. Ona görə də Türkiyə Respublikası ərazisində müalicə almalıdır və buna maddi imkanları yaxşı olmadığından onun müalicəsini etməkdə çətinliklər çəkmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman “Mercedes” markalı avtomobil onların üzərilərinə doğru yüksək surətlə əyri trayektoriya ilə hərəkət etmiş, lakin dəqiq hansı surətlə hərəkət etməsini bilməmişdir. Hadisənin baş verməsinə səbəb kimi isə sürücünün onlar yolu keçən zaman yola baxmayaraq onlara doğru yüksək surətlə əyri trakyektoriya ilə hərəkət etməsinin olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2001-ci ildən DİO-da xidmət edir. 2019-cu ildən isə Mingəçevir şəhər X9 X11 Yol Patrul Xidməti inspektoru vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə saat 20:40 radələrində Mingəçevir şəhər X9 X11 Yol Patrul Xidməti inspektoru Şahid3 Namiq oğlu ilə birlikdə xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin N.Nərimanov küçəsi ilə Nizami küçələrinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsində piyadaların vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər. Orada məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs “Mercedes-Benz 190” markalı avtomobili Bayraq Meydanı istiqamətindən Nizami küçəsi istiqamətində hərəkət etdirərkən avtomobilin qabaq hissəsi ilə həmin vaxt yolu soldan sağa keçək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və nəvəsi azyaşlı Zərərçəkmiş şəxs2 vurmuşdur. Zərbənin təsirindən Rahilə Nəbiyevə avtomobilin təkərləri altına düşmüşdür. Eyni zamanda azyaşlı Zərərçəkmiş şəxs2 da zərbənin təsirindən xəsarətlər almışdır. Daha sonra hadisə nəticəsində xəsarət almış şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparılmışlar. Sonradan hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişlər. Sürücü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün Mingəçevir şəhər Rayonlararası Narkoloji dispanserinin həkimlərinin onları müayinə etmələrini təşkil etmişlər. Müayinə zamanı sürücü Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olması aşkar edilmişdir. İş üzrə şahid qismində tanınaraq dindirilmiş Mingəçevir şəhər X9 X11 Yol Patrul Xidməti inspektoru Şahid3 Namiq oğlu məhkəmə iclası zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ilə Nizami küçələrinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsinin yaxınlığında asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes-Benz 190» markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə “Qələbə Meydanı” dairəsi istiqamətindən Nizami küçəsində yerləşən səki istiqamətində yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2021-ci il tarixli 500 №-li tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 417 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarətlər: sağ bud sümüyünün açıq yerdəyişən sınığı, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişməyən, sol 10-11-12-ci qabırğaların yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi qərarda göstərilən xx.xx.2021-ci il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 418 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olumuş xəsarətlər: alın sümüyünün qapalı xətti sınığı və sağ göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi, sifətin sıyrıqları qərarda göstərilən xx.xx.2021-ci il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30 avqust 2021-ci il tarixli, 8/1701 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən: 1. Mercedes Benz 190 markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasınının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli diskə baxış protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20:41 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes-Benz 190 markalı ** NL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Nizami küçəsi istiqamətində hərəkətdə olarkən piyadalar Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs2 dairənin yaxınlığından yolu soldan sağa keçmək istəyən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birinci Zərərçəkmiş şəxs1 vurmuş və Zərərçəkmiş şəxs1 avtomobilin təkərləri altına qalmışdır. Həmin vaxt Şahid1 avtomobil vuran qızı Zərərçəkmiş şəxs2 dartaraq onu avtomobilin təkərləri altında qalmasının qarşısını alır. Cinayət işi materiallarına əlavə olunmuş 8 saylı MİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Məmmədov X3 şəhəri A.Məmmədov küçəsi ev 12 mənzil 13-də yaşayır. Tərbiyəli və intizamlı sakindir. Həmyaşıdları və qonşularla münasibəti yaxşıdır. Yaşadığı müddətdə Təqsirləndirilən şəxs barəsində 8 saylı MİS-ə heç bir şikayət və ya bu tipli digər məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı iki azyaşlı uşağı vardır. Cinayət işi materiallarına əlavə olunmuş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC 101599 seriya №-li B1B dərəcəli sürücülük vəsiqəsi vardır. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 221/KEŞ №-li Ekspert rəyindən görünür ki, 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Zərərçəkmiş şəxs2 adına “Dünyagöz Xəstəxanası”nda tərtib edilmiş tibbi sənəddən görünür ki, ona “Travmatik optik atrofiya” diaqnozu aparılmış müayinələr əsasında düzgün təyin edilmişdir. 2.3. Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə məhkəmə-tibbi müayinəsi keçirilmiş, müayinə zamanı onda alın sümüyünün qapalı xətti sınığı, sol göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi və sifətin sıyrıqlarının olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 aşkar edilən “Travmatik optik atrofiya”nın həmin xəsarətlər nəticəsində yaranmasını inkar etmək olmaz. 4.5 Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənəddən görünür ki, onun üzərində xx.xx.2022-ci il tarixdə “X16 Xəstəxanası”nda “Kök hüceyrəsinin köçürülməsi” əməliyyatı icra edilmiş və uğurlu olmuşdur. Hal hazırda müayinə və müalicəyə ehtiyacı vardır. 6. Zərərçəkmiş şəxs2 üzərində aparılmış “Kök hüceyrəsinin köçürülməsi” əməliyyatının Azərbaycan Respublikasında icrasının mümkün olub-olmamasının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid deyil. Cinayət işi materiallarına əlavə olunmuş mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə müalicəyə çəkilən pulun tələbi barədə iddia ərizəsindən görünür ki, mülki iddia təmin olunmaqla cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 əlavə müalicəsi üçün 3000 manat, azyaşlı Zərərçəkmiş şəxs2 müalicəsi üçün çəkilmiş və onlar tərəfindən ödənilmiş 13000 manat və əlavə 5000 manat müalicə xərclərinin alınaraq zərərçəkmişlərə ödənilməsi barədə məhkəmə hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Qanuni nümayəndə maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə əlavədən görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs o Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanın, yəni ödənməmiş ziyanın bir qisminin ödənilməsi nəzərə alınmaqla hazırda yaranan maddi ziyana görə 1500 manat məbləğin, keçirdiyi mənəvi sarsıntı ilə əlaqədar 3000 manat mənəvi ziyanın ödənilməsini, o cümlədən o Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə dəymiş maddi ziyanın 8500 manat tibbi müəssisəsinə ödənilən məbləğin, 2300 manat nəqliyyat xərclərinə ödənilən məbləğin, həmçinin keçirdikləri mənəvi sarsıntı və izdirablara görə 3000 manat mənəvi ziyanın ödənilməsini, həmçinin 153 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsinə dair məhkəmə hökmünün çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Qanuni nümayəndə mülki iddia tələbinin həcminin artırılması barədə ərizəsindən görünür ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın, yəni ödənilməmiş ziyanın bir qisminin ödənilməsi nəzərə alınmaqla hazırda yaranan maddi ziyana görə 1500 manat məbləğin, sonradan çəkilmiş xərc 1004 (bir min dörd) manatın, keçirdiyi mənəvi sarsıntı ilə əlaqədar 3000 manat mənəvi ziyanın ödənilməsini, o cümlədən zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə dəymiş maddi-ziyanın tibbi müəssisəsinə ödənilən 5000 (beş min) euro (Avropa pulu) pulun, qərar icra olunan günə azərbaycan manatına olan məzənnəsi ilə 2300 manat nəqliyyat xərclərinə ödənilən məbləğin, sonradan çəkilən xərc 264 (iki yüz altmış dörd) manat, həmçinin keçirtdikləri mənəvi sarsıntı və iztirablara görə 3000 manat mənəvi ziyanın əvəzinin ödənilməsi, həmçinin 153+33 manat dövlət rüsumunun və vəkilin hüquqi xidməti üçün ödənilmiş 500 (beş yüz) manatın Təqsirləndirilən şəxs alınaraq onlara ödənilməsi barədə mülki iddialarının təmin edilməsini xahiş etmişlər. Cinayət işi materiallarına əlavə olunmuş mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Qanuni nümayəndə mülki iddia tələbinin həcminin artırılması barədə ərizəsindən görünür ki, cavabadeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın yəni, ödəilməmiş ziyanın bir qisminin ödənilməsi nəzərə alınmaqla hazırda yaranan maddi ziyana görə 1500 manat məbləğin, keçirtdiyi mənəvi sarsıntı ilə əlaqədar 3000 manat mənəvi ziyanın ödənilməsini, o cümlədən Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə dəymiş maddi ziyanın 8500 manat tibbi müəssisəsinə ödənilən məbləğin, 2300 manat nəqliyyat xərclərinə ödənilən məbləğin, həmçinin keçirtdikləri mənəvi sarsıntı və iztirablara görə 3000 manat mənəvi ziyanın əvəzinin ödəilməsi, həmçinin 153 manat dövlət rüsumunun və vəkilin hüquqi xidməti üçün ödənilmiş 500 (beş yüz) manatın Təqsirləndirilən şəxs alınaraq onlara ödənilməsi barədə mülki iddialarının təmin edilməsini xahiş etmişlər. Cinayət işi materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən razılaşmaya əsasən ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsindən görünür ki, xəstəxana xərci kimi ondan alınmış 10000 manat pulun və ödənilmiş 120 manat rüsumun cavabdeh Zərərçəkmiş şəxs1 alınıb ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Qanuni nümayəndə mülki iddia tələbinin dəqiqləşməsi barədə ərizəsindən görünür ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın, yəni ödənilməmiş ziyanın bir qisminin ödənilməsi nəzərə alınmaqla hazırda yaranan maddi ziyana görə 1500 manat məbləğin, keçirtdiyi mənəvi sarsıntı ilə əlaqədar 3000 manat mənəvi ziyanın ödənilməsini, o cümlədən zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə dəymiş maddi-ziyanın tibbi müəssisəsinin ödənilən 5000 (beş min) euro (Avropa pulu) pulun, qərar icra olunan günə azərbaycan manatına olan məzənnəsi ilə, 2300 manat nəqliyyat xərclərinə ödənilən məbləğin, həmçinin keçirtdikləri mənəvi sarsıntı və iztirablara görə 3000 manat mənəvi ziyanın əvəzinin ödənilməsi, həmçinin 153 manat dövlət rüsumunun və vəkilin hüquqi xidməti üçün ödənilmiş 500 (beş yüz) manatın Təqsirləndirilən şəxs alınaraq onlara ödəilməsi barədə mülki iddialarının təmin edilməsini xahiş etmişlər. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20:41 dəqiqədə B1B dərəcəli sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi «Mercedes-Benz 190» markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Nizami küçələrinin kəsişməsində yerləşən Qələbə Meydanı dairəsində asfalt yolla Nizami küçəsi istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməli, sürücü üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyib hərəkət üçün təhlükə yarandığını görərək nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbirlər görməyərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə şəhərin N.Nərimanov və Nizami küçələrinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsi istiqamətindən Nizami küçəsində yerləşən səki istiqamətində yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün açıq yerdəyişən sınığı, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişməyən, sol 10-11-12-ci qabırğaların yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan Ağır, Zərərçəkmiş şəxs2 alın sümüyünün qapalı xətti sınığı və sağ göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi, sifətin sıyrıqları xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təqsirkarın şəxsiyyətini belə ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını və törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində hansı cəzanı təyin edərkən onun himayəsində olan 2 nəfər az yaşlı uşağın mənafeyi üstün tutulmalı və uşağın hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. (inkişafı, təhsili, onlara qayğı,). Belə ki, «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafeləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Hökmün icrası və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə mülki iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, verilmiş mülki iddia üzrə tələb ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı deyildir. Tələb olunan ziyan zərərçəkmiş şəxslərin hadisədən sonra müalicəsinə çəkilən əlavə xərclərə görə tələbdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20:41 dəqiqədə B1B dərəcəli sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi «Mercedes- Benz 190» markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Nizami küçələrinin kəsişməsində yerləşən Qələbə Meydanı dairəsində asfalt yolla Nizami küçəsi istiqamətində hərəkət etdirərkən idarə etdiyi avtomobilin qabaq hissəsi ilə şəhərin N.Nərimanov və Nizami küçələrinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsi istiqamətindən Nizami küçəsində yerləşən səki istiqamətində yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün açıq yerdəyişən sınığı, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişməyən, sol 10-11-12-ci qabırğaların yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan Ağır, Zərərçəkmiş şəxs2 alın sümüyünün qapalı xətti sınığı və sağ göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi, sifətin sıyrıqları xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi tərəfindən ibtidai arpaşdırma aparılmış və araşdırmanın gedişatında zərərçəkmiş şəxslər onlara dəymiş maddi və mənəvi ziyan təqsirləndirilən şəxs tərəfində tam olaraq ödənilməsi, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasın və onunla barışmaları, təqsirləndirilən şəxsin cinayəi məsuliyyətindən azad edilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edilmişdir. Zərərçəkmiş şəxslərin həmin ərizəsi əsasında müstəntiq cinayət işinin başlanımasının rədd edilməsi barədə 13 sentyabr 2021-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar Mingəçevir şəhər Prokurolru tərəfindən təsdiq edilmişdir. Sonradan zərərçəkmiş şəxslərin ərizəsi əsasında Mingəçevir Şəhər Polis Şöbəsinin İB-nin müstəntiqinin həmin qərarı Mingəçevir şəhər Prokurorunun 30 iyun 2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və fakt üzrə cinayət işi başlamaqla istintaq aparılması üçün aidiyyatı üzrə Mingəçevir Şəhər Polis Şöbəsinin İB-nə göndərilmişdir. Cinayət işinin ibtidai isitintaqı yekunlaşmış və ittiham aktı təsdiq edilrək Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə mülki iddia verilmişdir. Cinayət işinin materiallarından və itttiham aktından, mülki iddiadan və ona əlavə edilmiş tibb sənədlərindən də görünür ki, məhkəmədə qaldırılan mülki iddia üzrə ziyan ittihamda göstərilməmiş və ibtidai araşdarma zamanı ödənilən maddi və mənəvi ziyandan başqa zərərçəkmiş şəxslərin hadisədən bir neçə müddət sonra sağlamlığı üçün çəkilən əlavə xərçlərdən ibarətdir. Bundan başqa tələb olunun ziyanın miqdarı ibtidai sitintaq zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə ödənilmiş maddi və mənəvi ziyanın miqdarından artıqdır. Belə ki, məhkəmə istintaq zamanı zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi onlara təqsirləndirilən şəxs tərəfinqdən onlra xeyli miqdarda maddi ziyan ödənilməsini etirafa etmişdir. İddia ərizəsindən də görünür ki, tələb olunan məbləğ isə 18000 manatdan artıqdır. Həmçinin tələb olunan məbləğin göstərilən cinayət nəticəsində yaranan xəsarətdən yaranmasını və avtoqəza ilə xəstəliyin əlaqəsi olmasını müəyyən etmək mümkün olmamışdır. Təyin edilmş kompleks məhkəmə-tibb ekspertizası avtoqəza ilə xəstəliyin əlaqəsinin olmasını dəqiq müəyyən edə bilməmişdir və bu səbəbdən də əlavə araşdırmaya zəruriyyət yaranır. Belə olan halda məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən faktları və sübutları dəqiqləşdirmək üçün əlavə araşdırmaya zəruriyyət vardır və araşdırmalar cinayət işi üzrə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Odur ki, məhkəmə belə nticəyə gəlir ki, cinayət işi üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında bu mövqedən çıxışq edərək qeyd edir ki, Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək belə nəticə1yə gəlir ki, qarşılıqlı iddia tələbi də həmin əsaslarla baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə ibidai istintaq zamanı maddi sübut kimi tanınmış “Mercedes-Benz 190” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmaldır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan 07:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və qarşılıqlı iddia baxılmamış saxlansın. Mülki iddiaçılara həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə 100 (bir yüz) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə ibidai istintaq zamanı maddi sübut kimi tanınmış “Mercedes-Benz 190” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-14/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-14/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver