Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-14/2025 24.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Mingəçevir vəkil bürosunun vəkili Müdafiəçi4, Zərərçəkmiş şəxs hüquqi varisi X2 və onun nümayəndəsi Konsensus vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə xx.xx.1998-ci il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə saat 19 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, M.Maqomayev prospekti ilə «Güllü Bağ» adlanan dairədən şəhərin H.Əliyev prospekti istiqamətində istintaqa bəlli olmayan sürətlə hərəkətdə olarkən idarə etdiyi avtomobillə şəhərin M.Maqomayev prospekti ilə «Mərkəzi Stadion»un yerləşdiyi M.H.Şəhriyar küçəsinin kəsişməsində yerləşən və hərəkətdə olarkən lazımi diqqət göstərəcəyi halda idarə etdiyi avtomobil üçün təhlükəsiz məsafədə qabaqcadan görməli olduğu və görə biləcəyi 4 yol ayrıcındakı «dairəni», diqqətsizliyi nəticəsində yalnız avtomobilin hərəkəti üçün bilavasitə təhlükə yarandığı məsafədə görüb, qeyd olunan «dairə» ilə toqquşmanın qarşısını almaqdan ötrü idarə etdiyi avtomobili qəfil olaraq sağa, daha sonra isə sola doğru manevr etdirərək idarə etməni itirmiş və bununla da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, göstərilənlərə əməl etməyərək, manevr etmə qaydalarına düzgün riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bunu etməmiş və yolun əks hərəkət istiqamətinə keçərək, yolun sol tərəfində şəhərin M.Maqomayev prospekti, 75 saylı binanın bərabərliyində piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxaraq, səki ilə piyada hərəkətdə olan, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurub, ona sol bud sümüyünün qapalı, sol baldır sümüklərinin açıq qəlpəli yerdəyişən sınıqları, sol 4-5-6-7-8-ci qabırğalarının və sağ 5-6-7- 8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sol tərəfli hematoraks, ənsə nayihəsinin açıq yarası, bədəninin müxtəlif nayihələrinin çoxsaylı sıyrıqları, ağırlıq dərəcələrinə görə həyat üçün təhlükəli olduğundan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına, habelə həmin xəsarətlər və sol tərəfli hematoraksla müşayiət olunan travmatik şokdan hadisə yerində ölməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra avtomobildən düşüb, şəxsiyyəti barədə məlumatları gizlədərək zərərçəkmiş şəxsə kömək göstərmək məqsədini güdmədən, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Mercedes Benz C200 markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük hüququ verən vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, Mingəçevir şəhər “Güllü Bağ” dairəsindən M.Maqomayev prospekti ilə “5+” supermarketə getmək məqsədilə özünə məxsus avtomobilə əyləşmiş, avtomobildə tək və spirtli içkinin təsirində olmadan nəqliyyat vasitəsini hərəkətə başladaraq yola düşmüşdür. M.Maqomayev prospekti ilə şəhər mərkəzi stadionuna gedən yolun kəsişməsinə çatanda təxminən avtomobili 60 km/saat surətlə idarə edərək dairəyə yaxınlaşanda ona nəzərən sağ tərəfindən yola perpendikulyar olaraq girən avtomobilin yol verməli olduğu halda yol verməyərək hərəkəti davam etdirməsini görüb və dərhal avtomobili dairəyə doğru yəni öz hərəkət yoluna nəzərən sol tərəfə çəkmişdir. Bu zaman sağdan gəlməkdə olan avtomobil ilə toqquşmadan yayınsa da, onun idarə etdiyi avtomobilin sol tərəfində dəqiq bilmədiyi hissə arxaya, qabaq təkəri dairənin kənarına çırpılmış, bundan sonra o idarə etməni itirmiş və avtomobil yolun qarşı hərəkət zolağına çıxaraq sol tərəfə olan səkiyə çırpılaraq səkinin üzərinə qalxmış, bundan sonra səki ilə hərəkətdə olan əvvəllər tanımadığı qız və oğlana avtomobil çırpılması nəticəsində hadisə baş vermişdir. Avtomobildən aşağı düşüb, görüb ki, adını sonradan bildiyi qız, yəni Zərərçəkmiş şəxs qan içindədir, ona yaxınlaşıb və ətrafda olan şəxslərdən köməklik etmələrini xahiş etmişdir. Bu zaman ətrafda olan şəxslər hadisə yerinə yaxınlaşmışlar və X22 avtomobili çağırmışlar. O, daha sonra hadisədə iştirakçı olan oğlana, adını sonradan bildiyi Şahid6 yaxınlaşıb, onun halının necə olmasını soruşmuş, bu zaman İmamrza özünün yaxşı olduğunu, sağ ayağında yüngül ağrılar olmasını bildirib, Nazlının necə olmasını ondan soruşmuşdur. O da İmamrzaya təsəlli olsun deyə Nazlının yaxşı olmasını və təcili yardım çağırıldığını deyib onu sakitləşdirmişdir. X22 avtomobili gəldikdə, o, ətrafda olan şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs X22 avtomobilinə mindirib yola salmış, daha sonra növbəti X22 maşını gələnədək yenidən İmamrzanın yanına qayıtmış və gözləmiş, təcili yardım avtomobili gələnədək İmamrza sağ ayağında ağrılar olmasını bildirərkən, o, özü şəxsən İmamrzanın sağ ayağını qatlayıb-açaraq bu zaman ayağının işlək vəziyyətdə olmasını görüb ona təsəlli vermişdir. Təcili yardım avtomobili gəldikdən sonra o, xərək vasitəsilə İmamrzanı avtomobilə yerləşdirməyə köməklik etmiş və onu yola salmışlar. Həmin vaxt yeznəsi Emin Nağıyev də hadisə yerinə gəlmişdir. O, yeznəsinə hadisə barədə atasına məlumat verməsini və xəstəxanaya getmələrini bildirmişdir. Bundan sonra ətrafda çoxlu insanların olmasını görüb həmin şəxsləri tanımamış, Nazlının yaxud İmamrzanın qohumlarının orada olub-olmadığını dəqiq bilməmiş və zənn edib ki, Nazlı yaxud İmamrzanın yaxınlarından istənilən şəxs orada ona qarşı sağlamlıq əleyhinə cinayət edə bilər, yəni xəsarət yetirilə bilər ona görə də qorxaraq Şirxan adlı şəxsin avtomobilinə əyləşmiş və onu polis şöbəsinə gətirməsini xahiş etmişdir. Hadisədən sonra özünün əlində və üzündə qan olduğu üçün onu təmizləmək məqsədilə şəhərin çıxış hissəsində Gəncə şossesində yerləşən “Azpetrol” YDM-nə getmişlər, orada təxminən yarım saat 40 dəqiqə ərzində o, əl üzünü yuyub təmizləmiş, su içmiş və özünə gəldikdən sonra polis şöbəsinə gedib hadisə barədə növbətçi hissəyə yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermiş və orada onun barəsində könüllü gəlib təqsirini boynuna alma protokolu tərtib edilmişdir. Bir müddət keçdikdən sonra müstəntiq polis şöbəsinə gəldikdə onun iştirakı ilə videoçəkilişlə sərxoşluq müayinəsindən keçirilmişdir və spirtli içkinin təsirində olmadığı müəyyən olunmuşdur. Avtomobilin dövlət qeydiyyat nişanını hadisə yerində o, açmamış, ona görə də həmin nömrənin kim tərəfindən və hansı niyyətlə açılmasından xəbəri olmamışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə işdən çıxmışdır. Mingəçevir ŞPŞ-də 4 il 6 ay işləmişdir. Hadisədən dərhal sonra avtomobildən düşəndə Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olmasını özü görmüş və düşünüb ki, onun yaxınları hadisə yerinə gələcək və onu görsələr ona qarşı qisas niyyətilə cinayət törətmə ehtimalını düşünüb polis şöbəsinə gəlmiş, buna görə də hadisə yerində baxış keçirilərkən iştirak etməmişdir. Mingəçevir şəhər M.Maqomayev pospekti ilə üzü H.Əliyev prospektinə doğru hərəkətdə olarkən yolun sol kənarında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs ilə Şahid6 əvvəlcə görməmiş, idarəetməni itirib yolun sol tərəfində yerləşən səkiyə avtomobil çırpılandan sonra onları görmüşdür. İdarəetməni itirdiyi andan səki ilə toqquşmayadək 55 metr məsafə yol qət etsə də, həmin vaxt yolun sol kənarında Nazlı və İmamrzanın piyada hərəkətdə olmalarını görməmiş, buna görə də onlara siqnal vasitəsilə qəza şəraiti barədə xəbərdarlıq etməmişdir. Belə ki, avtomobil yolun qarşı hərəkət zolağına keçəndə o qarşıdan gələn avtomobillə toqquşma ehtimalına nəzərən həmin istiqamətə diqqətini yönəltmiş ona görə də səkiyə baxmamışdır, idarəetməni itirdiyi andan zənn edib ki, avtomobili idarəetməni düzəldərək öz hərəkət yoluna qaytara biləcək və buna görə də nə öz hərəkət yolunda, nə də qarşı hərəkət zolağında tormozlama etməmiş, məqsədi isə qarşıdan gələ biləcək avtomobilə maneçilik yaratmadan daha tez zaman ərzində öz hərəkət yoluna qayıdacağına inanması olsa da, lakin elə olmamış və idarəetməni düzəldə bilməyib nəticədə səkiyə çırpılaraq üzərinə çıxmış və piyada Zərərçəkmiş şəxs vurulması ilə nəticələnən hadisəni törətmişdir. Vurduğu piyadaları təcili yardıma yola salarkən aparılmış çəkilişləri xalası oğlu ona göndərmişdi. Həmin günü spirtli içki qəbul etməmişdir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə özünü təqsirli bilsə də, həmin Məcəllənin 264-cü maddəsi ilə özünü təqsirli bilmir, çünki onun məqsədi hadisə yerindən qaçmaq olmamış, əslində o, hadisə vaxtı arzuolunmaz hadisələrin qarşısını almaq üçün birbaşa polis şöbəsinə getmişdir. Belə ki, hadisə yerində kifayət qədər dayanmış, hətta təcili yardım avtomobilləri ilə xəsarət alan şəxsləri yola salmış, avtomobili də hadisə yerində qalmışdır. Belə olan halda onun hadisə yerindən qaçması və yaxud özünü gizlətməsi ağlabatan deyildir. Bununla belə əməlindən peşmandır. Dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməsi və barışıq əldə edilməsi üçün özü və ya yaxınları tərəfindən real şəkildə cəhdlər edilmiş, lakin qarşı tərəf onun heç bir təklifini və köməyini qəbul etməmiş və onunla barışmamışdır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 2005-ci il təvəllüdlü X9 onun qızıdır. Zərərçəkmiş şəxs tələbə olmuş və Mingəçevir şəhərində təhsil almış və orada kirayədə yaşamışdır. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər M.Maqomayev prospektində baş vermiş piyada vurması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Həmin hadisə ilə bağlı birbaşa şahid olmasa da, Mingəçevir şəhərində yaşayan yaxınları vasitəsilə öyrənmişdir ki, polis əməkdaşı işləmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi mercedes benz markalı avtomobil ilə yolun sol kənarında olan səkinin üzərinə çıxmış və nəticədə həmin vaxt səki ilə piyada hərəkətdə olan qızı Zərərçəkmiş şəxs vurması nəticəsində qızı ölmüşdür. Həmçinin tanışları vasitəsilə öyrənmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı spirtli içkinin təsirində olmaqla, sərxoş vəziyyətdə olmuş və hadisə baş verdikdən dərhal sonra hadisə yerindən qaçaraq gizlənmiş, həmçinin hadisədən dərhal sonra onun məsuliyyətdən yayınması məqsədilə ona məxsus avtomobilin dövlət qeydiyyat nişanları şəxsiyyəti ona məlum olmayan şəxslər tərəfindən açılaraq götürülmüşdür. Odur ki, o, Təqsirləndirilən şəxs və onun hadisə yerindən yayınmasında habelə avtomobilinin nömrəsinin açılaraq gizlədilməsində onun məsuliyyətdən yayınmasına yönələn hərəkətlərində Təqsirləndirilən şəxs köməklik etmiş şəxs və ya şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmalarını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs və onun yaxın qohumlarını əvvəllər tanımamış, habelə qızı Zərərçəkmiş şəxs da onları tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsin qohumları tərəfindən ona dəflərlə pul təklif edilmiş, lakin o, qızının qanının yerdə qalmaması üçün onların təklifini rədd etmişdir. Hesab edir ki, təqsirləndirilən şəxs ən ağır cəzaya layiq görülməlidir. Hazırda o, təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və təqsirləndirilən şəxsə həbslə əlaqədar ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1999-cu ildən DİO-da xidmət edir. 2000-ci ildən isə Mingəçevir şəhər X16 X21 Yol Patrul Xidməti inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhər X16 X21 Yol Patrul Xidməti inspektoru Şahid2 ilə birlikdə xidmətdə olarkən, Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin M.Maqomayev prospektində piyadanın vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər. Orada məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində adını sonradan bildiyi Zərərçəkmiş şəxs və Şahid6 xəsarət almışlar və təcili yardım avtomobili ilə xəstəxanaya aparılmışlar. O və Şahid2 xidməti avtomobili ilə piyadaların vurulma yerindən təxminən 60 metr aralıda yolun dördyol kəsişməsində dayanaraq nəqliyyat vasitələrinin həmin əraziyə girişini məhdudlaşdırmışlar. Hadisə yerinə istintaq-əməliyyat qrupu gəlmiş və hadisə yerinin müayinəsi başa çatanadək orada xidmətdə olmuşlar. Onlar hadisə yerinə çatanda X22 avtomobili oradan xəstəxana istiqamətində getmişdir. Ətrafda çoxlu insanlar toplaşdığı üçün onlar həmin ərazinin yolunu avtomobillərin hərəkətini məhdudlaşdırmaqla məşğul olmuşlar ona görə də sürücü Calalın orada olub-olmamasını görə bilməmiş, lakin elə hadisə yerində bildi ki, hadisəni Təqsirləndirilən şəxs törətmişdir. Avtomobilin üzərində isə dövlət qeydiyyat nişanlarının olmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin DYPB-nün YPX inspektoru, polis baş serjantı vəzifəsində işləyən Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ona heç kim yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməyəcəyi, həmçinin buna görə hər hansı təqibə məruz qala bilməyəcəyi izah edilmişdir. Oğlu Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsinə dair istintaq olunan cinayət işi üzrə sərbəst surətdə ifadə vermək istəyir. O, Ağdam rayon Bənövşələr qəsəbəsində yaşayır, Calal isə ailəsi ilə birlikdə Mingəçevir şəhərində yaşayır. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində yaşayan qızı Lamiyənin yaşadığı evdə olarkən kürəkəni Emil Nağıyev dəqiq xatırlamadığı saatda qızı Lamiyəyə mobil telefon vasitəsilə xəbər edərək oğlu Calalın Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi törətməsini bildirmişdir. O, xəstəxanaya gəlmiş, sonra isə hadisə yerinə getmişdir. Hadisə yerinə, yəni M.Maqomayev prospektinə çox adam yığılmışdır, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilirdi. Ona orada tanımadığı şəxslər bildiriblər ki, Calal xəstələri təcili yardım maşını ilə yola salıb özü polis şöbəsinə getmişdir. Bundan sonra polis şöbəsinə getmişdir. Həmin gün daha sonra o, Nazlının qohumlarının gəldiyini bilib meyitxanaya getmiş, ortaq tanışların vasitəsilə Nazlının yaxınlarına köməklik təklif etmişdir. Hadisə yerində avtomobilə diqqət yetirməmiş, avtomobilin nömrə nişanlarının açılmasından daha sonra xəbər tutmuş və dəqiq bilir ki, nömrəni açan Calal olmamış, nömrənin hansı məqsədlə açılmasından məlumatı olmamışdır. O, hadisə yerində olarkən avtomobili idarə edən özü olmağını deməmiş, sadəcə avtomobilin onların olmasını şifahi sorğu zamanı bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 20 dekabr 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs ilə Mingəçevir şəhər M. Maqomayev prospekti ilə üzü “5+” marketə doğru piyada gedərkən arxa tərəfdən avtomobil işığı gəlməsini görüb geri baxdığını, daha sonra hadisə baş verdiyini və bir daha xəstəxanada olakrən özünə gəlməsini bildirib hadisənin necə baş verməsini, ardıcıllığını və mexanizmi xatırlamadığını bildirmişdir. Zərərçəkmiş şəxs təxminən 1 il 4 ay müddətdir ki, tanıyır. Hadisəni törətmiş, yəni təqsirləndirilən şəxsi tanımır, onunla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Hadisədən əvvəl saat təxminən 19 radələrində M.Maqomayev prospekti ilə “Güllü bağ” istiqamətindən 5+ supermarketi istiqamətində səkidə piyada getmişlər. Hadisə baş verməzdən əvvəl nəqliyyat vasitəsi tormoz, siqnal yaxud işıq vasitəsilə hər hansı xəbərdaredici işarə edib-etməməsi yadında deyil, yadında təkcə o qalıb ki, arxaya dönəndə işıq görüb və sonrasını xatırlamır. Hadisədən sonra təcili yardım avtomobili vasitəsilə xəstəxanaya aparılması, hadisədən təxminən nə qədər vaxt sonra xəstəxanaya aparılmasını xatırlamır, gedənədək hadisəni törətmiş avtomobili görməmiş, onun markası əlamətləri və sair barədə məlumatı yoxdur. Xəstəxanada olarkən daha sonrasını xatırlayır. Təqsirləndirilən şəxs və Şahid4 xatırlamır, Təqsirləndirilən şəxs ona yaxınlaşıb ayağını qatlayıb açaraq səhhəti ilə maraqlanmasını xatırlamır. Hadisəni törətmiş sürücünün kim olmasını hadisənin necə baş verməsini sonradan öyrənmişdir. Hadisədən əvvəl Zərərçəkmiş şəxs səkinin hərəkət istiqamətinə nəzərən sol tərəfindən özü isə sağ tərəfdə, yəni avtomobil yolunun yaxınlığında piyada hərəkətdə olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Şəhriyar küçəsində yerləşən Mərkəzi Stadionun qarşısında yerləşən avtoyuma məntəqəsini müvəqqəti olaraq işlədir. Maşınyuma ilə məşğul olan İlkin adlı şəxs də orada işləyir. xx.xx.2023-cü il tarixdə saat 18-19 radələrində avtoyumanın yaxınlığında olarkən İlkin adlı şəxs ona məlumat verərək bildirib ki, Calal adlı şəxs M.Maqomayev prospektində avtoqəza törətmişdir. O da bundan sonra avtoyuma məntəqəsinə yaxın olduğu üçün avtomobili ilə həmin yerə getmişdir. Orada yolun kənarında çoxlu insanlar toplaşmasını görüb yaxınlaşmışdır. Həmin vaxt səkinin üzərində avtomobilin qalmasını, yerdə yəni səkinin üzərində bir nəfər adını bilmədiyi qadının yerdə uzanmış vəziyyətdə olmasını, üzərində yəni sifətinin üstü gödəkçə ilə örtülmüş vəziyyətdə görmüşdür. Avtomobilin yaxınlığında başqa bir nəfər gənc oğlanın yerdə uzanmış vəziyyətdə olmasını görmüşdür. O, həmin oğlana yaxınlaşanda Calalın həmin oğlanın ayağını qatlayıb açdığını görmüşdür. Daha sonra su gətirmişlər və Calal həmin oğlana su vermişdir. Daha sonra iki ədəd X22 maşını gəlmiş, əvvəlcə Nazlını daha sonra növbəti avtomobillə oğlanı xəstəxanaya aparmışlar. Daha sonra onun avtomobili ilə Calal ilə birlikdə polis şöbəsinə gəlmişlər. Lakin o, polis şöbəsinə girməmiş, Calalı düşürtdükdən sonra xəstəxanaya getmişdir. Orada daha sonra Nazlının qohumlarının gəlməsini görmüşdür. Hadisə yerinə çatanda Təqsirləndirilən şəxs əvvəlcə ölmüş qızın yaxınlığında dayanan və insanlardan köməklik etməsini istəyərkən görmüş, daha sonra da yerdə oturmuş gənc oğlanın yanında olmasını və ona köməklik etməsini görmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt əynində qara rəngli qış gödəkçəsi, tünd rəngli cins şalvar olmuşdur. O, hadisə yerinə çatarkən avtomobilin nömrə nişanları üzərində olmuşdur, hadisə yerinə gəlib-daha sonra oradan gedənədək nömrə nişanları yerində olmuşdur. Onların kim tərəfindən, nə vaxt və hansı şəraitdə hansı məqsədlə açılmasından məlumatı yoxdur, hadisə yerinə gəlməyi və oradan getməyi təxminən 20 dəqiqə çəkmişdir. Sonuncu X22 avtomobili hadisə yerini tərk etdikdən sonra o, hadisə yerini tərk etmişdir. Hadisədən sonra Calalın əlində və üzündə qan ləkələri olduğu üçün onu təmizləmək məqsədilə şəhərin çıxış hissəsində Gəncə şossesində yerləşən “Azpetrol” YDM-yə getmişlər, orada təxminən yarım saat 40 dəqiqə ərzində Calal əl üzünü yuyub təmizləmiş, su içmiş və özünə gəldikdən sonra polis şöbəsinə gəlmişlər. Ona görə də Calal ilə polis şöbəsinə gəliş saatı təxminən 20 radələrinə çəkmişdir. Cəlalla yaxın münasibətləri var. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X3 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə şahid X3 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, şahid X10 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər mərkəzi xəstəxanasının X22 Şöbəsinin Təcili və X7 Bölməsinin çağırışçı həkimi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 09-21 radələrində iş qrafikinə uyğun olaraq onun növbəsi olmuşdur. Həmin gün saat 18:58-də Mingəçevir şəhər M.Maqomayev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı özünü təqdim etməyən şəxsin çağırışı daxil olmuşdur. Çağırış əsasında həmin gün saat 18:59-da sürücü, tibb bacısı və xərəkçi (porter) ilə birlikdə həmin yerə getmişlər. Hadisə yeri Mingəçevir şəhər M.Maqomayev prospekti ilə Şəhriyar küçəsinin kəsişməsinin yaxınlığı olmuşdur. Hadisə yerinə çatanda ətrafda çoxlu insanlar toplaşmış və onlar orada adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaxınlaşmışlar. Həmin vaxt o yerdə ölmüş vəziyyətdə olmuşdur, belə ki, onun qolunda nəbzini yoxladıqda, nəbz hiss olunmamış aydın olub ki, Zərərçəkmiş şəxs ölmüş vəziyyətdədir. Bundan sonra yardım briqadasının üzvləri ilə yanaşı ətrafda olan şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs xərək vasitəsilə ambulansa yerləşdirib ambulansda onun göz bəbəyində refleks olub-olmamasını yenidən yoxlamış və refleks olmamasını müəyyən etdikdə onun öldüyünə tam əmin olmuşdur. Daha sonra xəstəxanaya yola düşmüşlər. Daha sonra Zərərçəkmiş şəxs təxminən saat 19:05-də acil yardım şöbəsinə təhvil vermişdir. Bundan sonra ona verilmiş yol vərəqində müvafiq qeydləri aparmışdır. Həmin vaxt görüb ki, əli Zərərçəkmiş şəxs qanına bulaşıb və çağırış vərəqəsinin arxa tərəfi də qan olmuşdur. Bundan sonra çağırış jurnalında müvafiq qeydləri aparmalı olsa da, Zərərçəkmiş şəxs ölümünü görüb özünü yaxşı hiss etmədiyi üçün orada həkim yoldaşlardan dəqiq xatırlamadığı şəxsdən xahiş edib ki, çağırış jurnalının qeydlər hissəsini doldursun. Onu da əlavə etmişdir ki, hadisə yerində ona yaxınlaşan şəxslər başqa bir nəfər şəxsin də xəsarət almasını bildirdikdə, o, həmin şəxslərə əlavə briqada çağırmalarını bildirmişdir. Çağırış daxil olduqdan sonra çağırış yerinə gedilməsi qayıdılması, həmçinin prosedurların qeydləri belədir ki, istənilən şəxsin çağırışı daxil olduqda həmin çağırış ilk olaraq çağırışçıların qeydiyyatı kitabında dispetçer tərəfindən qeydə alınır. Həmçinin dispetçer tərəfindən yardım briqadasına çağırış əsasında çağırış vərəqəsi təqdim olunur. Həmin vərəqə dispetçer tərəfindən tərtib olunur və onun yuxarı hissəsində vərəqin nömrəsi, çağırış olunan ünvan, çağırışın tarixi və saatı barədə qeyd, habelə yardım briqadasının yola düşmə saatı həmin vərəqədə qeyd olunmaqla onlara təhvil verilir. Onlar çağırışda xəstənin diaqnozuna uyğun beynəlxalq qəbul edilmiş əvəzedicisini qeyd edirlər. Misal olaraq avtoqəza zamanı çağırışa gedib avtoqəza ilə bağlı olmasını gördükdə R99, yüksək qan təzyiqi olduqda İ10 və sair. Çağırışda olarkən diaqnoza uyğun olaraq xəstəyə hər hansı yardım edilərsə yaxud tibbi preparat istifadə edilərsə, həmin çağırış vərəqəsində öz əksini tapır. Daha sonra xəstəxanaya geri qayıtdıqda daxil olma saatını onlar həmin vərəqədə qeyd etməklə vərəqi böyük həkimə təhvil vermişlər. Hadisə yerində ətrafda çoxlu insanlar olmuşdur, həmin insanlardan tanıdığı şəxs görməmiş, gördüklərini tanımır. Özünü orada təqdim edən hər hansı şəxs olmamışdır. Xərəyə yardım etmiş vətəndaşların yaşlı yaxud cavan olmalarını xatırlamır, ona görə də həmin şəxslərin xarici görünüşü barədə əlamətlərini deyə bilməmişdir. Çağırışçıların qeydiyyat kitabına qeydləri özü yazmalı olduğu halda, halı pis olduğu üçün başqa şəxsin yazmasını xahiş etmiş və daha sonra da həmin yazılarda qaralanma yaxud düzəliş olmasından məlumatı olmamışdır. Ona görə də həmin qaralanmanın kim tərəfindən, hansı məqsədlə edilməsindən məlumatı yoxdur. Çağırış əsasında tərtib olunmuş çağırış vərəqəsinin arxasında onun əlindən Zərərçəkmiş şəxs məxsus qan ləkəsi həmin kağıza bulaşmışdır. Əgər başqa məqsədlə kitabda saatların qaralanması edilsəydi onda qan ləkəsi olan vərəqə də ümumiyyətlə dəyişilməli yaxud da orada da saatlar qaralanmalı olardı. Həmin kağızda hər hansı qaralanma yoxdur və ona görə də çağırışın həmin vərəqə əsasən daxil olma saatı 18:58, yardım briqadasının çıxış saat 18:59, geri qayıtma saatı isə 19:05 olmuşdur. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Mingəçevir şəhər mərkəzi xəstəxanasının X22 Şöbəsinin tibb bacısı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 18:58-də Mingəçevir şəhəri, M.Maqomayev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı özünü təqdim etməyən şəxsin çağırışı daxil olmuşdur. Çağırış əsasında həmin gün saat 18:59-da Mingəçevir şəhər mərkəzi xəstəxanasının X22 Şöbəsinin Təcili və X7 Bölməsinin çağırışçı həkimi vəzifəsində işləyən X10, sürücü, o və xərəkçi(porter) ilə birlikdə həmin yerə getmişlər. Hadisə yeri Mingəçevir şəhər M.Maqomayev prospekti ilə Şəhriyar küçəsinin kəsişməsinin yaxınlığı olmuşdur. Hadisə yerinə çatanda ətrafda çoxlu insanlar toplaşmış və onlar orada adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaxınlaşmışlar. Həmin vaxt o, yerdə ölmüş vəziyyətdə olmuşdur, belə ki, onun qolunda nəbzini yoxladıqda nəbz hiss olunmamış aydın olub ki, Zərərçəkmiş şəxs ölmüş vəziyyətdədir. Bundan sonra yardım briqadasının üzvləri ilə yanaşı, ətrafda olan şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs xərək vasitəsilə ambulansa yerləşdirib ambulansda onun göz bəbəyində refleks olub-olmaması yenidən yoxlanılmış və refleks olmaması müəyyən edildikdə onun öldüyünə tam əmin olunmuşdur. Daha sonra xəstəxanaya yola düşmüşlər. Daha sonra Zərərçəkmiş şəxs təxminən saat 19:05-də acil yardım şöbəsinə təhvil verilmişdir. Bundan sonra Mingəçevir şəhər mərkəzi xəstəxanasının X22 Şöbəsinin Təcili və X7 Bölməsinin çağırışçı həkimi vəzifəsində işləyən X10 ona verilmiş yol vərəqində müvafiq qeydləri aparmışdır. Hadisə yerində çoxlu sayda adamlar olmuşdur. Ona görə də təqsirləndirilən şəxsin hadisə yerində olub-olmamasını xatırlamır. Məhkəmə istintaqında ittiham tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 da şahid X1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Mingəçevir şəhər mərkəzi xəstəxanasının X22 Şöbəsinin sürücüsü işləyir. xx.xx.2023-cü il tarixdə saat 18:58-də Mingəçevir şəhər M.Maqomayev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı özünü təqdim etməyən şəxsin çağırışı daxil olmuşdur. Çağırış əsasında həmin gün saat 18:59-da Mingəçevir şəhər mərkəzi xəstəxanasının X22 Şöbəsinin Təcili və X7 Bölməsinin çağırışçı həkimi vəzifəsində işləyən X10, o, tibb bacısı və xərəkçi (porter) ilə birlikdə həmin yerə getmişlər. Hadisə yeri Mingəçevir şəhər M.Maqomayev prospekti ilə Şəhriyar küçəsinin kəsişməsinin yaxınlığı olmuşdur. Hadisə yerinə çatanda ətrafda çoxlu insanlar toplaşmışdır. O, kənarda dayanmışdı. Təqsirləndirilən şəxsi görmüşdür. Təqsirləndirilən şəxs ətrafdakı insanlardan kömək istəyirdi. Yardım briqadasının üzvləri ilə yanaşı, ətrafda olan şəxslərin köməkliyi ilə adını sonradan bildiyi Zərərçəkmiş şəxs xərək vasitəsilə ambulansa yerləşdirilmişdir. Daha sonra xəstəxanaya yola düşmüşlər. Daha sonra Zərərçəkmiş şəxs acil yardım şöbəsinə təhvil verilmişdir. Həmin vaxt oraya təqsirləndirilən şəxs və ya onun qohumlarının gəldiyini görməmişdir. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası CM–in 264-cü maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli baxış və götürmə keçirilməsi barədə protokoldan da göründüyü kimi Qanuni nümayəndə təqdim etdiyi 1 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə olan 1 ədəd videofayldakı 27 saniyəlik videogörüntü açıldıqda hadisədən sonra Mercedes benz markalı avtomobilin qəzadan sonra görüntüsü və Şahid6 yerdə uzanmış vəziyyətdə olması, yolda təcili yardım avtomobilinin səsinin eşidilməsi, Şahid6 ətrafında şəxslər olsa da, sürücü Təqsirləndirilən şəxs video görüntüdə olmaması müəyyən edilmiş, həmçinin Şahid6 yerdə uzanmış vəziyyətdə olarkən yolda yol patrul avtomobili və əməkdaşlarının xidmət aparması müşahidə edilmişdir. Ondan başqa, Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi Pərvin Ağayev tərəfindən xx.xx.2023-cü il tarixdə (saat 19:20-də başlamış, saat 20:10-da başa çatmış) yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilərkən, təqsirləndirilən şəxs hadisə yerində olmamışdır. Onun zərərçəkmiş şəxsləri şəxsən tibb müəssisəsinə aparması da müəyyən edilməmişdir. Çünki zərərçəkmiş şəxslər təcili-tibbi yardım maşını ilə tibb müəsissəsinə aparılmışdır. Bununla belə hadisə yerinin müayinəsi zamanı özünü Şahid3 (təqsirləndirilən şəxsin atası) kimi təqdim edən şəxs müstəntiqə avtomobili onun idarə etdiyini və hadisəni onun törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə özünü xx.xx.2023-cü il tarixdə saat 20:00-da Mingəçevir ŞPŞ-nin məsul növbətçisinə könüllü təqdim etmiş və məsul növbətçi tərəfindən xx.xx.2023-cü il tarixdə saat 20:00-da cinayət törətmiş şəxsin könüllü gəlməsi barədə protokol tərtib edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs X13 yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsü kimi yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmişlərə X22 göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsini yerinə yetirməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin özünü ona Azərbaycan Respublikası CM–in 264-cü maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməməsi ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, həmçinin ittihamın qanuni həll edilməsi üçün şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclası zamanı verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, şahidin məhkəmə istintaqında verdiyi ifadəsində hadisə yerinə çatanda Təqsirləndirilən şəxs əvvəlcə ölmüş qızın yaxınlığında dayanan və insanlardan köməklik etməsini istəyərkən görməsi, daha sonra da yerdə oturmuş gənc oğlanın yanında olmasını və ona köməklik etməsini görməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, Şahid4 məhkəmə iclası zamanı hadisədən sonra Calalın əlində və üzündə qan ləkələri olduğu üçün onu təmizləmək məqsədilə şəhərin çıxış hissəsində Gəncə şossesində yerləşən “Azpetrol” YDM-yə getdiklərini, orada təxminən 30-40 dəqiqə qaldıqlarını və Calal əl üzünü yuyub təmizləyib, su içdikdən və özünə gəldikdən sonra polis şöbəsinə gəldiklərini bildirmişdir. Bununla da Şahid4 özü-öz bildirdiklərini təkzib etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Şahid4 təqsirləndirilən şəx Təqsirləndirilən şəxsla yaxın münasibətləri olduğundan, həmin münasibətin təsiri altında ifadə vermişdir. Ona görə də məhkəmə Şahid4 məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini həmin hissədə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, həmçinin əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsinin təqsirləndirilən şəxsi hadisə yerində görməsi, ətrafdakı insanlardan kömək istəməsi, yardım briqadasının üzvləri ilə yanaşı, ətrafda olan şəxslərin köməkliyi ilə adını sonradan bildiyi Zərərçəkmiş şəxs xərək vasitəsilə ambulansa yerləşdirməsi ilə bağlı bildirdiklərini işin həqiqi hallarına uyğun hesab etmir. Belə ki, şahidin ifadəsinin həmin hissəsi onunla birlikdə hadisə yerinə gəlmiş tibb işçilərinin ifadələri, həmçinin yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolla təkzib edilmişdir. Ona görə də məhkəmə Şahid7 məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini həmin hissədə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan, Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi Pərvin Ağayev tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, M.Maqomayev prospektində piyadalar üçün nəzərdə tutulmuş səkinin üzərində baş vermişdir. Yolun hərəkət hissəsi asfalt örtüklü, düz və qurudur. Yolun eni səkidən səkiyə hərəkət istiqaməti üzrə cəmi 18,3 metrdir. Hərəkət hissəsini 0.5 metr enində qoşa xətt ayırır. Yolun sağ və sol kənarları səkiyə birləşir. Asfalt örtüyündən 30 sm. hündürlükdə eni 3.1 metr olan piyadalar üçün səki yerləşir. “Mercedes Benz" markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin şin izləri M.Maqomayev prospektinin kəsişməsində yerləşən dairənin kənarından 13 metr aralıda başlamaqla, yolun sol kənarında olan səki ilə toqquşub zədlədiyi yerdən 55 metr sağ və sol hərəkət hissələrində aşkar edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı Mercedes Benz" markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil 2 nəfər piyadanı səkinin üzərində vurmuşdur. Hadisə yerinin müayinəsi zamanı özünü Şahid3 kimi təqdim edən şəxs avtomobili onun idarə etdiyini bildirmişdir. Hadisə yerinə baxış xx.xx.2023-cü il tarixdə saat 19:20-də başlamış, saat 20:10-da başa çatmışdır. Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli, 1305 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə DİN BDYPİ Ağcabədi RQİTBŞ tərəfindən Təqsirləndirilən şəxs verilmiş, xx.xx.2030-cu il tarixədək etibarlıdır və B1,B,C1,C kateqoriyalıdır. Cinayət işinin materiallarında olan AE 063298 saylı Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz 230 minik markalı, ** UP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X5r. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 65 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı meyitində aşkar olunan xəsarətlər: sol bud sümüyünün qapalı, sol baldır sümüklərinin açıq qəlpəli yerdəyişən sınıqları, sol 4-5-6-7-8-ci qabırğaların və sağ 5-6-7-8ci qabırğaların qapalı yerdəyişən sınıqları, sol tərəfli hematoraks, ənsə nayihəsinin açıq yarası, bədəninin müxtəlif nayihələrinin çoxsaylı sıyrıqları, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs ölümünə səbəb, sol bud sümüyünün qapalı, sol baldır sümüklərinin açıq qəlpəli yerdəyişən sınıqları, sol 4-5-6-7-8-ci qabırğaların və sağ 5-6-7-8ci qabırğaların qapalı yerdəyişən sınıqları, sol tərəfli hematoraksla müşayiət olunan travmatik şok olmuşdur, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Ölüm meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 4683/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd 30x15 sm nisbətində olan dövlət qeydiyyat nişanlarından birinin üzərində əyilmə zədələnmə əlamətləri aşkar edilmişdir. Az ** UP *** olaraq qeyd edilmiş nömrə nişanları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə aid olduğundan götürülmüş və protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan DİN-nin BDYPİ-nin Yevlax RQİ və TBŞ-dən alınmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ağcabədi RQİ və TBŞ-si tərəfindən BD 900115 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük hüququndan məhdudlaşdırılmamışdır. Təqsirləndirilən şəxs adında DİN-in MİS-də olan məlumata əsasən heç bir nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Mercedes Benz 230 markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs etibarnamə ilə istifadəsindədir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 19 mart 2024-cü il tarixli 8/591 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mercedes-Benz E230 markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 263-1.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə məxsus nömrə nişanlarının şəxsiyyəti istintaqa bəlli olmayan şəxs və ya şəxslər tərəfindən açılıb-açılmamasının yoxlanılması və müsbət halda həmin şəxs və ya şəxslərin CM-nin 32.4, 264-cü maddəsi ilə əməlinə hüquqi qiymət verilməsi üçün cinayət işinin materiallarından yoxlama materialı ayrılması və zəruri sənədlərin surətləri əlavə edilməsi, MTE və PAB-nin №-li rəyləri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/591 №-li rəyi, məhkəmə-tibbi-bioloji ekspertizasının K4683/K nömrəli rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında, baxış və götürmə haqqında, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında protokollar, sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 230” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut qismində tanınaraq Mingəçevir ŞPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış protokolu ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasının X22 Bölməsinin çağırışçıların qeydiyyatı kitabına baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, M.Maqomayev prospektində avtoqəza olmasına dair yardım briqadası çağırılmış, çağırışın saatı və dəqiqəsi, yardım briqadasının yola düşməsi saatı və dəqiqəsi qaralanma-düzəlişlər edildiyindən oxunması mümkün olmamışdır. Lakin Yardım briqadasının geri qayıtma saatı 19:05 olaraq göstərilmişdir. Həmçinin həmin çağırış əsasında tərtib edilmiş çağırış vərəqəsində çağırışın daxil olma saatı 18:58, yardım briqadasının yola düşmə saatı 18:59 və yardım briqadasının geri qayıtma saatı 19:05 olaraq qeyd edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli baxış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Qanuni nümayəndə təqdim etdiyi 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 1 ədəd videofayl vardır. Həmin 27 saniyəlik videogörüntü açıldıqda hadisədən sonra Mercedes benz markalı avtomobilin qəzadan sonra görüntüsü və Şahid6 yerdə uzanmış vəziyyətdə olması, yolda təcili yardım avtomobilinin səsinin eşidilməsi, Şahid6 ətrafında şəxslər olsa da, sürücü Təqsirləndirilən şəxs video görüntüdə olmaması müəyyən edilmişdir. Həmçinin Şahid6 yerdə uzanmış vəziyyətdə olarkən yolda yol patrul avtomobili və əməkdaşı xidmət aparması müşahidə edilmişdir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə 01 may 2024-cü il tarixli qərardan görünür ki, Şahid3 barəsində Azərbaycan Respublikası CM-in 307-ci, 32.4,264 və 32.5,264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə saat 19 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, M.Maqomayev prospekti ilə «Güllü Bağ» adlanan dairədən şəhərin H.Əliyev prospekti istiqamətində istintaqa bəlli olmayan sürətlə hərəkətdə olarkən idarə etdiyi avtomobillə şəhərin M.Maqomayev prospekti ilə «Mərkəzi Stadion»un yerləşdiyi M.H.Şəhriyar küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla, onun ölümünə səbəb olmuş, bundan sonra avtomobildən düşüb, şəxsiyyəti barədə məlumatları gizlədərək zərərçəkmiş şəxsə kömək göstərmək məqsədini güdmədən, yol nəqliyyat hadisəsi yerindən qaçmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə saat 19 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, M.Maqomayev prospekti ilə «Güllü Bağ» adlanan dairədən şəhərin H.Əliyev prospekti istiqamətində istintaqa bəlli olmayan sürətlə hərəkətdə olarkən idarə etdiyi avtomobillə şəhərin M.Maqomayev prospekti ilə «Mərkəzi Stadion»un yerləşdiyi M.H.Şəhriyar küçəsinin kəsişməsində yerləşən və hərəkətdə olarkən lazımi diqqət göstərəcəyi halda idarə etdiyi avtomobil üçün təhlükəsiz məsafədə qabaqcadan görməli olduğu və görə biləcəyi 4 yol ayrıcındakı «dairəni», diqqətsizliyi nəticəsində yalnız avtomobilin hərəkəti üçün bilavasitə təhlükə yarandığı məsafədə görüb, qeyd olunan «dairə» ilə toqquşmanın qarşısını almaqdan ötrü idarə etdiyi avtomobili qəfil olaraq sağa, daha sonra isə sola doğru manevr etdirərək idarə etməni itirmiş və bununla da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, göstərilənlərə əməl etməyərək, manevr etmə qaydalarına düzgün riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bunu etməmiş və yolun əks hərəkət istiqamətinə keçərək, yolun sol tərəfində şəhərin M.Maqomayev prospekti, 75 saylı binanın bərabərliyində piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxaraq, səki ilə piyada hərəkətdə olan, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurub, ona sol bud sümüyünün qapalı, sol baldır sümüklərinin açıq qəlpəli yerdəyişən sınıqları, sol 4-5-6-7-8-ci qabırğalarının və sağ 5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sol tərəfli hematoraks, ənsə nayihəsinin açıq yarası, bədəninin müxtəlif nayihələrinin çoxsaylı sıyrıqları, ağırlıq dərəcələrinə görə həyat üçün təhlükəli olduğundan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına, habelə həmin xəsarətlər və sol tərəfli hematoraksla müşayiət olunan travmatik şokdan hadisə yerində ölməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra avtomobildən düşüb, şəxsiyyəti barədə məlumatları gizlədərək zərərçəkmiş şəxsə kömək göstərmək məqsədini güdmədən, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.2 və 264–cü maddələri ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarının izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mercedes-Benz E230 markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37–ci maddəsinin 4–cü hissəsinin tələbinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol–nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb–sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X22” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 yanvar 2004–cü il tarixli Qərarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 264–cü maddəsi “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq yol–nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərməsi üçün bütün mümkün tədbirlər görmək, “X22” maşını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə müəyyən mənada vadar edir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264–cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012–ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264–cü maddəsinin mənasına görə yol–nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalı, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzalar qismən toplanmalı və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Həmin Məcəllənin 264–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol–nəqliyyat hadisəsi yerindən qaçması ilə əlaqədar olan, qəsdən törədilən böyük ictimai təhlükə törətməyən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi üzrə təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, zərəçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsinə cəhd etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023–cü il tarixdə doğulmuş Rusif adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixdə saat 20:00-da Mingəçevir ŞPŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş “cinayət törətmiş şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Mingəçevir ŞPŞ-yə könüllü gələrək, həmin tarixdə Mingəçevir şəhəri, M. Maqomayev prospektində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 saylı MİS-ə şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə əlavə, həmçinin beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini və həmin Məcəllənin 264–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə əlavə, azadlığın məhdudlaşdırılması növündə isə əsas cəza təyin edilməsini, həmin Məcəllənin 68.1.1–1–ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş əsas cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti olaraq əsas cəza, həmçinin həmin Məcəllənin 66.4–cü maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş əlavə cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti olaraq əlavə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması ilə bağlı öz mövqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən getməklə şəxsiyyətini gizlətməyə çalışmış, lakin sonradan heç bir əməliyyat axtarış tədbirləri həyata keçirilmədən, hətta cinayət işi başlanmadan, şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmədən polis şöbəsinə gəlmişdir. törətdiyi cinayəti azad və könüllü surətdə, hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan, hadisədən qısa müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Mingəçevir ŞPŞnin məsul növbətçisinə gələrək şifahi şəkildə məlumat vermişdir. Bu barədə Mingəçevir ŞPŞ-nin məsul növbətçisi tərəfindən həmin tarixdə “cinayət törətmiş şəxsin könüllü gəlməsi barədə” protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Bununla da o, artıq könüllü gəlib təqsirini boynuna almaqla cinayətin açılmasına köməklik etmişdir. Ona görə də həmin hal məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə ehtiyatsızlıqdan törətdiyi CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə, qəsdən törətdiyi CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, yol-nəqliyyat hadisəsi törədildikdən sonra hadisəni törədənin şəxsiyyəti barədə Mingəçevir ŞPŞ-nin İB-də məlumat olmamış, hətta hadisə yerinə baxış zamanı Şahid3 adlı şəxs özünü nəqliyyat vasitəsini idarə edən şəxs kimi təqdim etmişdir. Göründüyü kimi cinayət törədən şəxsin şəxsiyyəti istintaqa məlum olmamışdır. Belə olan halda təqsirləndirilən şəxsin könüllü olaraq polis şöbəsinə gəlməsi, öz iradəsini sərbəst ifadə etməklə yol-nəqliyyat hadisəsi törədiyini etiraf etməsi cinayətin açılmasına köməklik etməsi kimi qəbul edilməlidir. Cinayət işinin məhkəmə istintaqında araşdırılması zamanı da müəyyən edilmişdir ki, həqiqətən, CM-in 263.2-ci msddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə məhz Təqsirləndirilən şəxs təqsirlidir. Göründüyü kimi təqsirləndirilən şəxsin cinayəti törətməsi ilə bağlı polis şöbəsinə verdiyi məlumat doğru olmuşdur. Ona görə də təqsirləndirilən şəxsin cinayəti törətdikdən sonra Mingəçevir ŞPŞ-yə gəlib yol-nəqliyyat hadisəsini törətməsi barədə azad iradəsini ifadə etməklə düzgün məlumat verməsi, onun könüllü gəlib təqsirini boynuna alması və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş və CM-in 263.2-ci maddəsi ilə cəza təyin edilərkən beş ildən artıq olmayan müddətə ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini tələb edən əsas kimi nəzərə alınmışdır. CM-nin 264-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxsin ilk dəfə hadisələrin təsadüfi axarı zəminində qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, himayəsində bir nəfər azyaşlı uşağının olması ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini tələb edən əsas kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003–cü il tarixli Qərarının 4-cü bəndində göstərmişdir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “'Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən könüllü gəlib təqsirini boynuna alma yalnız bu halın aid olduğu cinayətə görə cəza təyin edilərkən cəzanı yüngülləşdirən hal, müvafiq olaraq da yalnız bu əmələ görə cəzanın CM-in 60.1-ci maddəsinin müəyyən etdiyi həddə (həcmdə) təyin edilməsini tələb edən əsas kimi nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, cəzanı yüngülləşdirən halların təsbit olunduğu digər maddələrdən fərqli olaraq yalnız Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi CM-in 60.1-ci maddəsinin məqsədləri üçün ayrı-ayrılıqda nəzərə alınması mümkün olan “şəxsin könüllü gəlib təqsirini boynuna alması” “cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi”, “cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi” kimi halları təsbit edir. İşin hallarından asılı olaraq konkret işdə bu halların yalnız biri və yaxud eyni zamanda bir neçəsi Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini tələb edən cəzanı yüngülləşdirən hal (hallar) qismində müəyyən oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələbinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunun müəyyən edilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2–ci maddələrinin şərh edilməsinə dair 18 iyun 2013–cü il tarixli Qərarına əsasən, cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 264–cü maddəsi ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının həmin Məcəllənin 68.1.1–1–ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada qismən toplanması yolu ilə ona cinayətlərin məcmusu üzrə əsas cəza kimi azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Əlavə cəzanın müddəti isə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 230” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi X6 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CMin 263.2–ci maddəsi ilə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 264–cü maddəsi ilə 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 68.1.1–1–ci maddəsinə əsasən həmin Məcəllənin 264–cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2 və 66.4–cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 yanvar 2025–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. İş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 230” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi X6 qaytarılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-14/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-14/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver