Məhkəmə qərarları › İş №1(051)-140/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-140/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-140/2021 08.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci ildə Ağdaş rayonu, Ağzıbir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir Şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 1(51)-24/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 2(iki) il ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan Neyman adlı şəxsdən Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 8 saylı binanın blokunda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,318 qram olan narkotik vasitə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 06 aprel 2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 42 saylı binanın birinci mərtəbəsində yerləşən Bakı aptekinin qarşısında saxlanılıb, Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı, 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan metamfetaminin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, təmiz çəkisi 0,318 qram olan narkotik vasitə metamfetamin əynində olan qara şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 03 aprel 2021-ci il tarixdə axşam saatlarında tanışı, Mingəçevir şəhər sakini Neymana zəng vurub ona psixotrop maddə olan metamfetamin lazım olduğunu bildirmişdir. Belə ki, o, əvvəllər də Neymandan dəfələrlə öz istifadəsi üçün narkotik vasitə olan metamfetamin almışdır. Neyman ona bir büküm metamfetamini 20 manata satacağını bildirmişdir. O isə Neymanla razılaşmışdır. Həmin günü yəni 03.04.2021-ci il tarixdə axşam saatlarında o, Neymanın yaşadığı Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 8 saylı binaya getmişdir. Neyman yaşadığı binanın blokunda ona 20 manat qarşılığında bir ədəd gümüşü rəngli bükümdə psixotrop maddə olan metamfetamin vermişdir. O, Neymandan aldığı bir büküm metafetimin bir qismini istifadə etdikdən sonra qalan hissəsini özü istifadə etmək üçün əynində olan qara rəngli şalvarın sağ yan cibində gizlətmişdir. O, əvvəllərdə Neymandan dəfələrlə psixotrop maddə olan metamfetamin almış və Neymanın istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055-234- 23-45 və ***-***-**-** mobil nömrələri ilə əlaqə saxlamışdır. 06.04.2021-ci il tarixdə o, Mingəçevir şəhəri 20 yanvar küçəsi ilə Mingəçevir kəndinin baş tərəfi istiqamətində gedən zaman Neymandan aldığı bir ədəd gümüşü rəngli bükümdə psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sağ yan cibində olmuşdur. Bu zaman 3 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, polis vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirərək, onu polis şöbəsinə dəvət etmişlər. Həmin gün saat 14 radələrində polis şöbəsinin NH-nin qarşısında hüquqlarını müdafiə etmək üçün vəkil X2 iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa, çıxarıb təqdim etməyi təklif olunmuşdur. Daha sonra video çəkiliş aparmaqla onun üzərinə baxış keçirilmiş, baxış zamanı könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən qanunla daşınması qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. Həmin büküm açıldıqda orada olan kütlənin rəngindən və spesfık iyindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, metamfetaminə oxşar kütlənin ümumi çəkisi 0.36 qram olduğu müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilməklə polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis işçilərinin üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə imza etmişdir. Baxış zamanı video çəkiliş aparılmış və foto şəkillər çəkilmişdir. Sorğu zamanı o, üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamini 05.04.2021-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yaşayan Neyman adlı şəxsdən onun yaşadığı binanın blokunda 35 manat qarşılığında aldığını bildirmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, metamfetamindən son bir il ərzində istifadə edir. Bundan əlavə ona məxsus Samusng “A51” markalı mobil telefonda olan “Whatsapp” yazışmalarında kontakda adını Naqa kimi qeyd etdiyi mobil nömrəsi ***-***-**-** olan şəxsin X6 olduğunu, Neyman Əmirovu son bir ildi tanıdığını və təxminən son 3-4 ayda ondan psixotrop maddə olan metamfetamin aldığını, Neymandan təxminən 10-12 dəfə psixotrop maddə olan metamfetamin aldığını, Neyman Əmirovdan psixotrop maddə olan metamfetaminin miqdarından asılı olaraq müxətlif qiymətə, yəni 20-30 manata aldığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Narkotik vasitəni hərbi xidmətdə olan vaxt ağır xəsarət aldıqdan sonra istifadə etmişdir. Həmin vaxtdan İİ qrup əlildir. Dözülməz ağrıları olduğuna görə narkotik vasitə qəbul edir. Ona görə də məhkəmədən İİ qrup əlilliyinin və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsinin CAB-da əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olduğuna görə 06.04.2021-ci il tarixdə saat 14 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2 və Şahid1 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Sahil küçəsindən piyada keçən zaman saxlayıb polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə növbətçilik cədvəli üzrə vəkil X5 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin.Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümü təqdim etmişdir.Təqdim olunmuş həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə müəyyən edilmişdir. Həmin psixotrop maddəyə oxşar həmin bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin psixotrop maddəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Psixotrop maddə metamfetaminə oxşar kütlənin ümumi çəkisi 0.36 qram olmuşdur. Həmin psixotrop maddə olan metamfetaminə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ- nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, metamfetamini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin psixotrop maddə olan metamfetamini 05.04.2021-ci il tarixdə gecə saatlarında Neymandan 35 manat müqabilində Neymanın yaşadığı Mingəçevir şəhəri, 20 yanvar küçəsində yerləşən binanın blokunda aldığını bildirmiş, həmin metamfetamindən bir qədər istifadə etdikdən sonra qala hissəsini qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin CAB-da əməliyyat müvəkkili, polis leytenantı Şahid1 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş şahid Mingəçevir şəhər Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqında elan və tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 06 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə olan həmin kütlənin narkotik vasitə olan meamfetamin şişə olmasını, həmin kütləni 05.04.2021-ci il tarixzdə axşam saatlarında Mingəçevir şəhəri, 20 Yanvar küçəsində karyer yolunda yerləşən binada yaşayan Neyman adlı şəxsin yaşadığı binanın blokunda 35 manat pul qarşılığında alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə-metamfetamin şişəyə oxşar kütlə elektron tərəzi ilə çəkilmişdir. Bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə matemfetamin şişəyə bənzər kütlənin çəkisinin isə 0,36 qram olması müəyyən edilmişdir. Samsung markalı videokamera ilə videoyaya çəkilərək zərfə qoyulmuş və AR DİN-in 76 nömrəli möhürü ilə möhürlənmişdir. Həmin zərf Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qızıl üzük Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2021-ci il tarixli 17/253 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində ‘‘Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə narkotik vasitəyə bənzər kütlə…” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,318 qram olan maddə «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına» daxil olan - metamfetamindir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 09 iyun 2021-ci il tarixli 677 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. İİ qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin ambulator məhkəmə–psixiatrik ekspertizasının 09 iyun 2021-ci il tarixli 298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək qabiliyyətində, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tələblərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,318 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,218 qram olan psixotrop maddə olan metamfetamin və bir ədəd Samsung A-51 markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanca verilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 30 yanvar 2019cu il tarixli 1(051)-24/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ, 19.04.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Cəfərov X4 şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarxili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, məhkum Cəfərov X4 şəhər məhkəməsinin 1(051)-24/2019 saylı, 30 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində 04.09.2021-ci tarixdən hesablanmaqla 04.12.2021-ci il tarixədək « həbs« növündə qətimkan tədbiri seçilmişdir. Hal-hazırkı günədək məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 ay hissəsi çəkilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla üzərində daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, qanunsuz olaraq istintaqa məlum olmayan Neyman adlı şəxsdən Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 8 saylı binanın blokunda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,318 qram olan narkotik vasitə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 06 aprel 2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 42 saylı binanın birinci mərtəbəsində yerləşən Bakı aptekinin qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə-metamfetamin əynində olan qara şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarxili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən 02 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cəzanı icra edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində 04 sentyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmiş, həbsdə saxlama müddətinin əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Həmin tarixə məhkumun 2 il 3 ay 5 ay 26 gün müddəti azadlığın məhdudlaşdırılması cəzasının 2 ay hissəsi icra edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, hərb xidmət dövründə xəsarət almasına görə İİ qrup əlil olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Mingəçevir DSMF tərəfindən 20.10.2016-cı il tarixdə verilmiş 056875 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlildir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyi tərəfindən verilmiş 09.04.2021–ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin Mingəçevir şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 30.01.2019-cu il tarixli 1(051)–24/2019 nömrəli hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş 2 (iki) ay hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1(bir) ay müddət hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs 06 aprel 2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan əlavə, Mingəçevir Şəhər Məhkəməsinin 08 aprel 2021–ci il tarixli 4(051)–41/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində evdustaqlığı qətimkan tədbiri seçilmiş və onun evdustaqlığının başlanğıcı 06 aprel 2021–ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, təqsirləndirilən şəzs Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd Samsung A-51 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi, Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə, 0,318 qram ümumi təmiz çəkidə, müəyyən hissəsi tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,218 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 69,10 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 30 yanvar 2019–cu il tarixli hökmü təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) ay hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1(bir) ay müddət hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanmaqla ona qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd Samsung A-51 markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi, Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,318 qram, müəyyən hissəsi tədqiqata sərf edildikdən sonra qalıq çəkisi, 0,218 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar