Məhkəmə qərarları › İş №1(051)-140/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-140/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-140/2023 07.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi–Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və müdafiəçisi Mingəçevir şəhər vəkil bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ailəli, Mingəçevir ŞMX PHŞ-nin Cərrahiyyə şöbəsinin həkim-oftalmoloqu, Mingəçevir şəhəri, Şahid1a küçəsi, ev 20/2, mənzil 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs əvvəllər yanında tibb bacısı kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış qeyri-rəsmi münasibət nəticəsində sahib olduğu övlada himayə etməkdən ötrü onları xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, N.ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzilə yerləşdirdikən bir müddət sonra Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğuna görə onu və qız övladının qeyd olunmuş mənzildən çıxartmaq, habelə eyni faktla bağlı Mingəçevir şəhər məhkəməsinin icraatında olan mülki iş üzrə icraat zamanı qanunsuz üstünlük əldə etmək məqsədilə 2022-ci ilin sentyabr ayının əvvəllərində Mingəçevir şəhər ərazisində usta kimi fəaliyyət göstərən Şahid1 müraciət edərək iş yerində xidməti otağında dərman preparatlarının oğurlanması hallarının baş verdiyi üçün xidməti otağına gizli müşahidə kamerası yerləşdirmək istədiyini yalandan deyib ona təqdim etdiyi “Dahua Technology’' markalı “DH-XVR1B04-İ” modelli, “S/N 7H053CCPAZ147CD” seriya nömrəli 04 kanallı “DVR” tipli müşahidə kamerasını “Super Max” markalı “SHD 7000 CACİ” modelli peyk aparatına aid korpusa yerləşdirməsinə nail olaraq Zərərçəkmiş şəxs yaşadığı özünə məxsus olan Mingəçevir şəhəri, N.ünvan 3 ünvanında yerləşən 7 nömrəli bir otaqlı mənzilə sonuncunun evdə olmadığı vaxt, yəni xx.xx.2022-ci il tarixdə gedərək içərisində gizli qaydada video müşahidə kamerası yerləşdirilmiş peyk aparatını televizorun sağ üst tərəfmə qoyub internet informasiyası vasitəsilə gizlin olaraq video lentə alınmış görüntüləri canlı qaydada izləmək üçün istifadəsində olan mobil telefonunda mövcud olan proqrama inteqrasiya etməklə 10 sentyabr 2022-ci il tarixdən 05 fevral 2023- cü il tarixədək Zərərçəkmiş şəxs qızma aid şəxsi və ailə həyatının sirri hesab olunan sağlamlıq vəziyyəti, ailə tərkibi, dostluq münasibətləri, intim görüntüləri və s. haqqında olan məlumatları əks etdirən video çəkiliş materiallarını gələcəkdə istifadə etmək üçün “DVR’' tipli müşahidə kamerasının yaddaş qurğusuna yazılmasına nail olmaqla Zərərçəkmiş şəxs razılığı olmadan ona aid şəxsi və ailə həyatının sirri olan məlumatları, belə məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz toplamışdır. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 2016-cı ildən Zərərçəkmiş şəxs ilə aralarında qeyri-rəsmi ər-arvad münasibəti yaranmış və 2022-ci ilin avqust ayına qədər həmin münasibət davam etmişdir. Həmin münasibətdən 2019-cu ildə Dəniz adında qız övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən 7 nömrəli mənzili özü almış və ona həmin ünvanda yaşaması üçün razılıq vermişdir. Lakin sonradan münasibətləri pozulduğu səbəbindən həmin mənzili satmaq qərarına gəlmiş və bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Bu hadisədən sonra Zərərçəkmiş şəxs onu hədələməyə, yalandan üzərinə böhtanlar atmağa başlamış, hətta bir dəfə tarixini dəqiq xatırlamadığı vaxtda yalandan hüquq-mühafizə orqanlarına müraciət edərək guya ona qarşı cinsi zorakılıq göstərdiyini bildirmişdir. Bundan başqa atalığını qəbul etdiyi qızı Dəniz Hüseynliyə qarşıd kobud rəftar etməklə psixi zor tətbiq etmiş, dəfələrlə özünə xəsarət yetirərək onu tutduracağını, həbsə göndərəcəyi səpgidə hədə-qorxu gəlmiş, əsassız özünə qəsdə cəhd edib ona hədələyici mesajlar yazmışdır. Bütün bu hadisələr olduğundan özünü və uşağını qorumaq məqsədilə xüsusi mülkiyyətində olan Nizami ünvan 10 ünvanında yerləşən 07 nömrəli mənzilə videomüşahidə kamerasını yerləşdirmək qərarına gəlmişdir. Bunun üçün həmin mənzildə olan peyk aparatını götürüb, Mingəçevir şəhəri Puşkin küçəsində yerləşən kamera müşahidə kameralarının satıldığı dükana gedib (adını və tarixini xatırlamır) video müşahidə kamerası alıb Mingəçevir şəhər sakini kimi tanıdığı Şahid1 adlı usta ilə əlaqə saxlayıb onun yanına gedərək xəstəxanada xidməti otağında dərman preparatlarının oğurlanması hallarının baş verdiyini və həmin halın qarşısını almaqdan ötrü gətirdiyi peyk aparatına həmin videomüşahidə kamerasını yerləşdirməsini xahiş etmiş və sonuncuya 50 manat məbləğində pul vəsaitini vermişdir. Şahid1 gətirdiyi peyk aparatına aldığı müşahidə kamerasını yerləşdirdikdən sonra Zərərçəkmiş şəxs evdə olmadığı müddətdə həmin içərisinə kamera quraşdırılan peyk aparatını götürüb N.ünvan 10 ünvanında yerləşən 07 nömrəli mənzildə televizorun altında sağ yan tərəfinə qoymuşdur. Məhkəmədən ifadəsində göstərilənləri nəzərə almaqla ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2011-ci il tarixdə Təqsirləndirilən şəxsla tanış olmuş və sonuncu Mingəçevir ŞMX-da həkim-oftalmoloq kimi fəaliyyətə başladıqdan sonra onun təklifi ilə yanında tibb bacısı kimi işləmiş və qeyri-rəsmi ər-arvad münasibətləri yaranmışdır. 2019cu ilin oktyabr ayının 4-də birgə münasibətdən qızı Dəniz Hüseynova dünyaya gəlmiş, 2021-ci ildə isə Təqsirləndirilən şəxs şəhər məhkəməsinin qərarı ilə atalığı müəyyən edilmiş və aliment ödəməsi öhdəliyini götürmüşdür. Təqribən həmin vaxt Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən 7 nömrəli mənzili onun və qızının istifadəsi üçün vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs həmin mənzili tərk etməsini tələb etdiyindən aralarında mübahisələr yaranmış və ona qarşı dəfələrlə fiziki zorakılıq tətbiq etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı mənzildə olduğu zaman televizora baxması üçün istifadə etdiyi “Super max” markalı peyk aparatında nasazlıq olduğundan həmin aparatı təmir etmək üçün keçmiş tanışı Təbriz Əbdürrəhimov vasitəsi ilə Şahid1 adlı ustanı yaşadığı mənzilə çağırmışdır. Həmin vaxt peyk antenasında müvafiq gizli kameranın olduğunu aşkarlayan Şahid1 ona bu barədə məlumat verməmişdir. Şahid1 mənzildə işlədiyi zaman Təqsirləndirilən şəxs mənzilə basqın etmiş, lakin sonuncu Şahid1 tanıdığından hər hansı mübahisə yaratmamışdır. Bu baş verənlərdən sonra Şahid1 işini icra edib getdikdən sonra X4 Əliyevin yaşadığı mənzildə peyk antenada gizli kameranın aşkarladığını, həmin kameranın Təqsirləndirilən şəxs sifarişi əsasında özünün yığdığını ona bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəməldə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayının sonunda həkim-oftalmoloq Təqsirləndirilən şəxs ona müraciət edərək xəstəxanada xidməti otağında tez-tez oğurluq hadisəsinin baş verdiyinə görə gətirdiyi peyk antenasına “Dahua Technology” markalı kameranın yerləşdirilməsini xahiş etmişdir. Bu səbəbdən o, 50 manat pul müqavilində qeyd etdiyi kameranı həmin “Super max” markalı peyk aparatının korpusuna quraşdırmışdır. Həmin hadisədən uzun müddət sonra xx.xx.2023-cü il tarixdə özünü şəhər sakini kimi tanıdığı Təbriz Əbdürrəhimovun tanışı kimi təqdim edən bir qadın ona zəng edib yaşdığı evə dəvət edərək İP-TV-nin quraşdırılmasını xahiş etmişdir. Bu zaman o Məzahir adlı iş yoldaşının iştirakı ilə sonradan adının öyrəndiyi Zərərçəkmiş şəxsmn yaşadığı Mingəçevir şəhəri N.ünvan 8 ünvanında yerləşən 7 nömrəli mənzilə getmiş və İP kanallarını TV-də yığmağa başladığı zaman orada olan peyk antenasının aparatını görüb əvvəlcə fikirvermədən biraz yaxınlaşdıqdan sonra həmin peyk antenasının aparatının içərisində kameranın olduğunu görmüşdür. Elə həmin ərəfədə qəflətən Təqsirləndirilən şəxs evə gəlib ondan niyə evə gəldiyini qəzəbli formada soruşmuşdur. Baş vermiş hadisədən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xəstəxanada xidməti otağına yerləşdirmək üçün quraşdırdığı içərisində kamera olan peyk antenasını əslində həmin mənzilə yerləşdirmişdir. Orada işini bitirdikdən sonra bu barədə Təbriz Əbdürrəhimova bildirərək həmin peyk aparatının arxasında olan naqilləri çıxartmasını tövsiyyə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şahid1 ona zəng edib İP TV kandarının quraşdırılması ilə bağlı müraciət olduğunu bildirmiş və onunla nəzərdə tutulmuş mənzilə getməsini xahiş etmişdir. Həmin vaxt sonradan adının öyrəndiyi Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Nizami ünvan 9 ünvanında yerləşən 07 nömrəli mənzilə getmiş və evə daxil olub ip kanalları tvdə yığmağa başladıqları zaman Şahid1 orada olan peyk aparatını görüb sakitcə ona həmin aparatda müşahidə kamerasının olduğunu bildirmişdir. Orada işlərini gördükləri zaman bir nəfər şəxs həmin mənzilə gəlib, orada nə iş gördüklərini soruşaraq evdən çıxmaqlarını tələb etmişdir. Evi tərk etdikdən sonra Şahid1 həmin şəxsin həkim Təqsirləndirilən şəxs olduğunu, qeyd edilən mənzildə aşkarlanmış peyk aparatına gizli kameranın yerləşdirilməsini Təqsirləndirilən şəxs sifarişi ilə özü tərəfindən icra olunduğunu, habelə həmin içərisinə gizli kamera quraşdırılmış peyk aparatı xəstəxanaya quraşdıracağı barədə Təqsirləndirilən şəxs yalandan bildirdiyini həmin gün ona təklikdə danışmışdır. Məhkəmə isintaqı zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X1 göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir neçə il əvvəl sosial şəbəkədə tanış olmuş və həmin vaxtdan sonuncu ilə dostluq münasibətləri yaranmışdır. Təqribən carı ilin fevral ayında Zərərçəkmiş şəxs ona zəng edərək yaşadığı mənzildə qazın və suyun kəsilməsini, o cümlədən internetin və kabel televiziyasının işləməməsini bildirərək ondan tanıdığı hər hansı ustanın olub-olmaması barədə maraqlanmışdır. Bu zaman o, neçə illərdi ki, tanıdığıusta Şahid1 ona məsləhət görərək nömrəsini Zərərçəkmiş şəxs vermiş sonuncu onunla əlaqə saxlayaraq İP TV kanallarının quraşdırması üçün ondan köməklik istəmişdir. Bundan bir qədər sonra Şahid1 həyacanlı vəziyyətdə onunla əlaqə saxlayaraq getdiyi Nizami ünvan 10 ünvanında yerləşən 07 nömrəli mənzilin Təqsirləndirilən şəxs məxsus olub-olmamasını və həmin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla nə kimi münasibətdə olması barədə maraqlanmış, o, isə ona hər şeyi izah edərək sakitləşməsini xahiş etmişdir. Bundan sonra Şahid1 ona İP kanallarını TV-də yığmağa başladığı zaman orada olan peyk antenasının aparatının içərisində müşahidə kamerasının olmasını və bir neçə ay bundan əvvəl həmin kameranın Təqsirləndirilən şəxs sifarişi ilə quraşdırmasın! bildirmişdir Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, şahid ifadələrini üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Bununla yanaşı, məhkəmə həmçinin cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, işdə olan məhkəmə kompüter-texniki eskpertizasımn 16 iyun 2023-cü il tarixli 5/698№li ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş "Super Max” markalı "SHD 7000 CACİ" modelli peyk aparatına aid korpusa (qutuya) xarici baxış zamanı onun daxilinə qoyulmuş qurğunun yerləşdirilməsi üçün peyk aparatının korpusunun arxa tərəfindəki dəmir hissəsi kəsilmiş, içərisinə kustar üsulla quraşdırılmış kamera və həmin kamera vasitəsilə qeydə alınmış videogörüntüləri yadda saxlamaq üçün "DVR" tipli cihazın yerləşdirilmişdir. "Super Max" markalı "SHD 7000 CACİ" modelli peyk aparatının korpusu (qutusu) içərisində aşkar olunmuş "Dahua Technology" markalı "DH - XVRİB04-1" modelli "S/N 7H053CCPAZ147CD" seriya nömrəli 04 kanalli "DVR" tipli cihaz işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Həmin cihazın yaddaşında olan tarix və saat cari tarix və saata uyğundur. "Dahua Technology" markalı "DH - XVR1 B04-" modelli "S/N 7H053CCPAZ147CD" seriya nömreli 04 kanallı "DVR" tipli cihazın yaddaşında xx.xx.2022-xx.xx.2023-cü il zaman intervalına aid videogörüntülər aşkar edilmişdir. Aşkar olunmuş videogörüntülər üz hissəsində "Seagate" yazısı olan xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Tədqiq olunan "Dahua Technology" markalı "DH- XVR1B04-" modelli "S/N ZH053CCPAZİ47CD" seriya nömrəli 04 kanallı "DVR" tipli cihazın yaddaşında müəyyən olunmuş videoların birbaşa təqdim edilmiş cihaz yaddaşından əldə olunması və həmin qurğuya xarici baxış keçirilərkən onun daxilində yerləşdirilmiş kameranın çəkiliş (görüntü sferası) aspektinin cihazın yaddaşından aidə edilmiş videoların vizual əksi (ekranda olan dairəvi görüntü) ilə uyğunluq teşkil etrnasi səbəbindən həmin kameranın təqdim edilmiş peyk aparatına məxsus korpus daxilində xx.xx.2022-xx.xx.2023-cü il zaman intervalında işlək vəziyyətdə olaraq videogörüntüləri qeydə almışdır. "Super Max" markalı "SHD 7000 CACİ" modeli peyk aparatının korpusu (qutusu) içərisində aşkar olunmuş "Dahua Technology' markalı "DH -XVR1B04-İ" modelli "S/N 7H053CCPAZ147CD" seriya nömrəli 04 kanallı "DVR" tipli cihazın arxa hissəsində internet şəbəkəsinə qoşulmasını təmin edən texniki imkan (portun vasitəsilə qoşulma) vasitəsilə şəbəkəyə qoşulması və qoşulacağı cihaza müvafiq proqram təminatının qurulması şərti daxilində tədqiq olunan "DVR" tipli qurğunun yaddaşında aşkar olunmuş videogörüntülərin başqa cihazlara ötürülməsi mümkündür. Beləliklə, ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, Mingəçevir şəhəri, Nizami Gəncəvi küçəsi 4B, mənzil 7-dən baxış zamanı götülmüş “Super Max" markalı "SHD 7000 CACİ" modeli peyk aparatının korpusu (qutusu) içərisində aşkar olunmuş "Dahua Technology' markalı "DH -XVR1B04-İ" modelli "S/N 7H053CCPAZ147CD" seriya nömrəli 04 kanallı "DVR" tipli cihazın yaddaşında xx.xx.2022-xx.xx.2023-cü il zaman intervalında işlək vəziyyətdə olaraq videogörüntüləri qeydə alınmışdır. İş materiallarından görünür ki, Öz xüsusiyyətinə, əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, həmçinin, üzərində hadisə izlərinin saxladığına, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə 09 may 2023-cü il tarixdə yaşayış yerinə baxış zamanı götürülmüş içərisində “Dahua Technology” markalı “DH-XVR1B04-İ” modelli, “S/N 7H053CCPAZ147CD” seriya nömrəli 04 kanallı “DVR” tipli müşahidə kamerasını olan 01 ədəd “Super MAX” markalı “SHD 7000 CACİ” modelli peyk aparatı və həmin müşahidə kamerasından köçürülmüş görüntüləri əks etdirən 16 iyun 2023-cü il tarixli 5/698№li ekspert rəyinə əlavə edilmiş 01 ədəd “Seagate" yazısı olan xarici yaddaş qurğusu 04 sentyabr 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan Minqgəçevir şəhər 3 saylı MİS-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs yaşadağı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Minqgəçevir şəhər 3 saylı MİS-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs ailəli ollmaqla himayəsində bir nəfər Xumar adlı yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarından olan DİN-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, təqsirləndirilən şəxs əvvəllər yanında tibb bacısı kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs ilə aralarında ər-arvad münasibəti yarandığına görə nəzərdə tutulmuş münasibəti ictimaiyyətdən gizlətmək, habelə qeyri-rəsmi münasibət nəticəsində sahib olduğu övlada görə ailəsi tərəfindən təqiblərə məruz qalan Zərərçəkmiş şəxsm qızı ilə birlikdə himayə etməkdən ötrü onları xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, N.ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzilə yerləşdirdikən bir müddət sonra Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğuna görə onu və qız övladının qeyd olunmuş mənzildən çıxartmaq, habelə eyni faktla bağlı Mingəçevir şəhər məhkəməsinin icraatında olan mülki iş üzrə icraat zamanı qanunsuz üstünlük əldə etmək məqsədilə 2022-ci ilin sentyabr ayının əvvəllərində Mingəçevir şəhər ərazisində usta kimi fəaliyyət göstərən Şahid1 müraciət edərək iş yerində xidməti otağında dərman preparatlarının oğurlanması hallarının baş verdiyi üçün xidməti otağına gizli müşahidə kamerası yerləşdirmək istədiyini yalandan deyib ona təqdim etdiyi “Dalma Technology” markalı “DH-XVR1B04-İ” modelli, “S/N 7H053CCPAZ147CD” seriya nömrəli 04 kanallı “DVR” tipli müşahidə kamerasını “Super Max” markalı “SHD 7000 CACİ” modelli peyk aparatına aid korpusa yerləşdirməsinə nail olaraq Zərərçəkmiş şəxs yaşadığı özünə məxsus olan Mingəçevir şəhəri, N.ünvan 3 ünvanında yerləşən 7 nömrəli bir otaqlı mənzilə sonuncunun evdə olmadığı vaxt, yəni xx.xx.2022-ci il tarixdə gedərək içərisində gizli qaydada video müşahidə kamerası yerləşdirilmiş peyk aparatını televizorun sağ üst tərəfinə qoyub internet informasiyası vasitəsilə gizlin olaraq video lentə alınmış görüntüləri canlı qaydada izləmək üçün istifadəsində olan mobil telefonunda mövcud olan proqrama inteqrasiya etməklə 10 sentyabr 2022-ci il tarixdən 05 fevral 2023- cü il tarixədək Zərərçəkmiş şəxs qızma aid şəxsi və ailə həyatının sirri hesab olunan sağlamlıq vəziyyəti, ailə tərkibi, dostluq münasibətləri, intim görüntüləri və s. haqqında olan məlumatları əks etdirən video çəkiliş materiallarını gələcəkdə istifadə etmək üçün “DVR” tipli müşahidə kamerasının yaddaş qurğusuna yazılmasına nail olmaqla PərvanəTahirovanın razılığı olmadan ona aid şəxsi və ailə həyatının sirri olan məlumatları, belə məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz toplamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, istinqtaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, şəxsi həyatın toxunulmazlığını pozması ilə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterixə olunmasını və ailəli oldmaqla himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə maddi sübut kimi tanınmış, 09 may 2023-cü il tarixdə yaşayış yerinə baxış zamanı götürülmüş içərisində “Dahua Technology” markalı “DH-XVR1B04-İ” modelli, “S/N 7H053CCPAZ147CD” seriya nömrəli 04 kanallı “DVR” tipli müşahidə kamerasını olan 01 ədəd “Super MAX” markalı “SHD 7000 CACİ” modelli peyk aparatı və həmin müşahidə kamerasından köçürülmüş görüntüləri əks etdirən 16 iyun 2023-cü il tarixli 5/698№li ekspert rəyinə əlavə edilmiş 01 ədəd “Seagate" yazısı olan xarici yaddaş qurğusu məhv edilməlidir. İş üzrə 100 manat ekspertiza xərci təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdrilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədən dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut kimi tanınmış, 09 may 2023-cü il tarixdə yaşayış yerinə baxış zamanı götürülmüş içərisində “Dahua Technology” markalı “DH-XVR1B04-İ” modelli, “S/N 7H053CCPAZ147CD” seriya nömrəli 04 kanallı “DVR” tipli müşahidə kamerasını olan 01 ədəd “Super MAX” markalı “SHD 7000 CACİ” modelli peyk aparatı və həmin müşahidə kamerasından köçürülmüş görüntüləri əks etdirən 16 iyun 2023-cü il tarixli 5/698№li ekspert rəyinə əlavə edilmiş 01 ədəd “Seagate" yazısı olan xarici yaddaş qurğusu məhv edilsin. İş üzrə 100 manat ekspertiza xərci təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar