Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-141/2021 07.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, müdafiəçisi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3, müdafiəçisi-Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2, müdafiəçisi-Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs İsbət oğlunun iştirakı ilə xx.xx.1985-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində polin nəzarəti altına vermə növündən qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1996-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir Şəhər Məhkəməsinin 13.11.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 20 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 5 ay 18 gün çəkilməmiş cəzası qalmış, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4də polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 mart 2021-ci il tarixdə saat 00:15 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs icraçı direktoru olduğu Mingəçevir şəhəri Gəncə şossesində yerləşən “Gülövşə” firmasının balansında olan qum-çınqıl karxanasının ərazisinə qanunsuz daxil olub, karxana ərazisində yerləşən Kür çayının üzərində qurlaşdırılmış ZQM-2 tipli qumsovuran qurğunun üzərinə çıxmış, qabaqcadan aralarında aparılmış razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək üçün ətrafı müşahidə etmiş, o isə Təqsirləndirilən şəxs3lə birlikdə özləri ilə gətirdikləri istintaqa məlum olmayan alətlərlə həmin qurğunun üzərində qurlaşdırılmış 1 ədəd 10 il müddətində istifadə olunmuş 35 kVt gücü olan mühərriki açıb gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “Gülövşə” firmasına 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 mart 2021-ci il tarixdə saat 00:15 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabqacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs icraçı direktoru olduğu Mingəçevir şəhəri Gəncə şossesində yerləşən “Gülövşə” firmasının balansında olan qum-çınqıl karxanasının ərazisinə qanunsuz daxil olub, karxana ərazisində yerləşən Kür çayının üzərində quraşdırılmış ZQM-2 tipli qumsovuran qurğunun üzərinə çıxmış, qabaqcadan aralarında aparılmış razılaşmaya əsasən kənar şəxsin gələcəyi təqdirə məlumat vermək üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs3lə birlikdə özləri ilə gətirdikləri istintaqa məlum olmayan alətlərlə həmin qurğunun üzərində qurlaşdırılmış 1 ədəd 10 il müddətində istifadə olunmuş 35 kVt gücü olan mühərriki açmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Gülövşə” firmasına 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 mart 2021-ci il tarixdə saat 00:15 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs icraçı direktoru olduğu Mingəçevir şəhəri Gəncə şossesində yerləşən “Gülövşə” firmasının balansında olan qum-çınqıl karxanasının ərazisinə qanunsuz daxil olub, karxana ərazisində yerləşən Kür çayının üzərində qurlaşdırılmış ZQM-2 tipli qumsovuran qurğunun üzərinə çıxmış, qabaqcadan aralarında aparılmış razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək üçün ətrafı müşahidə etmiş, o isə Təqsirləndirilən şəxs1lə birlikdə özləri ilə gətirdikləri istintaqa məlum olmayan alətlərlə həmin qurğunun üzərində qurlaşdırılmış 1 ədəd 10 il müddətində istifadə olunmuş 35 kVt gücü olan mühərriki açıb gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “Gülövşə” firmasına 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə “Mingəçevir kəndi” adlanan yerdə yaşadıqlarından uzun müddətdir ki tanışdırlar. 2014-cü il tarixdən 2015-ci il tarixədək Mingəçevir şəhəri Gəncə şossesində yerləşən Mahir adlı şəxsə məxsus qum karxanasında operator kimi çalışmışdır. Karxana 2018-ci il tarixdə fəaliyyətini dayandırdıqdan sonra orada istifadə olunan dəzgah və avadanlıqların karxana ərazində olduğunu bilmiş, lakin orada gözətçinin olub-olmaması haqqında dəqiq məlumatı olmamışdır. 26.03.2021 -ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Mingəçevir şəhəri Qələbə Meydanının yaxınlığında “Qədiroğlu” marketin yanında dayanıb pulsuzluqdan maddi durumlarının zəif olduğundan söhbət etmişlər. Söhbət zamanı Vüqar onlara oğurluq edib pul əldə etməyi təklif etmiş, o və Elçin Vüqarla razılaşmışdır. Beləliklə, o, Vüqarla Elçinə əvvəllər işlədiyi karxanadan mühərrik oğurlamaları və satıb pul əldə etmələrini demişdir. Elçinlə Vüqar da onunla razılaşmış və onlar həmin gecə oraya daxil olub mühərrik oğurlamağa qərar vemişlər. Bu məqsədlə evə gedərək oğurluq üçün köhnə paltarlar geyinmiş və həmçinin evdən mühhəriki sökmək üçün açar da götürmüşdür. 27.03.2021-ci il tarixdə saat 00.15 radələrində o, Vaz 21099 markalı avtomobillə şəhər ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərən tanışı Fəridə zəng etmiş və Fərid onu gəlib “Qədiroğlu” marketin yanından götürmüşdür. Bundan sonra isə onlar Mingəçevir kəndindən Elçin və Vüqarı da götürdükdən sonra Fəridə onları Gəncə şossesində yerləşən karxanaya aparmasını bildirmişdir. Onları düşürən zaman Fəridə qayıdanda onun pulunu verəcəklərini demişdir. Həmin vaxt zəng edəndə gəlib onları götürmələrini Fəridə demiş və Fərid də çıxıb getmişdir. Onlar bir qədər piyada hərəkət edib Mahirin daş karxanısma daxil olmuşlar. Daha sonra birlikdə suyun üzərində olan dəmir qurğunun içərisinə daxil olmuş, orada o və Vüqar mühərriki sökmüş, həmin vaxt Elçin onların yanında dayanmışdır. Təxminən saat 04:30 radələrində mühərriki sökdükdən sonra yaxınlıqdan dəmir parçası götürərək onu mühərriki daşımaq üçün istifadə etmişlər. Həmçinin Fəridə zəng edərək gəlib onları düşürdüyü yerdən götürməsini demişdir. Təxminən 200-300 metr irəli gələn zaman polis avtomobilinin gəldiyini görmüşlər. Həmin vaxt Vüqar Elçinlə ondan bir qədər aralıda imiş və mühərriki Elçinlə o, gətirirmiş. Polis maşınının gəldiyini gördükdən sonra Vüqar qaçıb getmiş, o da Elçinlə yaxınlıqda olan qamışların arasında gizlənmişdir. Sonra isə polis əməkdaşları onun istifadəsində olan mobil nömrəni taksi sürücüsü Fəriddən alaraq ona zəng etmişlər. Bundan sonra o, Elçinlə gizləndiyi yerdən çıxmışdır. Polis əməkdaşları onlardan nə etdiklərini bu mühhərikin nə olduğunu soruşduqda, onlar polis əməkdaşlarına ehtiyacları olduğu üçün karxanaya daxil olaraq müəhhəriki oğurlayıb satmaqla pul əldə etmək üçün oğurladıqlarını etiraf etmişlər və bundan sonra polis şöbəsinə gətirilmişlər. Oğurladıqları mühərrik də maddi sübut kimi polis maşınına qoyularaq polis şöbəsinə gətirilmişdir. Fərid onların oğurluq məqsədilə həmin yerə getdiklərini və oradan oğurluq etdiklərini bilməmişdir. Etdiyi əməldən peşmandır. Ailəlidir. Himayəsində üç azyaşlı uşağı vardır. Zərəçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəmiş və razılıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə “Mingəçevir kəndi” adlanan yerdə yaşadıqlarından uzun müddətdir ki tanışdırlar. 26.03.2021-ci il tarixdə saat 23:30 radələrində birlikdə Mingəçevir şəhəri Qələbə Meydanının yaxınlığında “Qədiroğlu” marketin yanında dayanıb pulsuzluqdan, maddi durumlarının zəif olduğundan söhbət etmişlər. Söhbət zamanı Vüqar oğurluq edib pul əldə etməyi təklif etmişdir. Cəfərlə o, Vüqarla razılaşmış və Cəfər əvvəllər işlədiyi karxanadan mühərrik oğurlayıb satmaqla pul əldə etmələrini demişdir. Onlar da Cəfərlə razılaşdıqdan sonra həmin gecə oraya daxil olub müəhhrik oğurlamağa qərar vermişlər. Bu məqsədlə evə getmişlər və Cəfər Fərid adlı taksi sürücüsü ilə gəlmiş, onu yaşadığı evdən götürüdükdən sonra Vüqarı da yaşadığı evdən götürmüşlər. Bundan sonra Gəncə şossesində yerləşən karxanaya getmişlər. Onlar maşından düşən zaman Fəridə qayıdanda onun pulunu verəcəklərini demişlər, lakin həmin yerə oğurluq məqsədilə getməkləri haqqında Fəridə məlumat verməmişlər. Orada düşəndə Fəridə zəng edəndə gəlib onları götürməsini demişlər və Fərid çıxıb getmişdir. Onlar bir qədər piyada hərəkət edib Mahirin daş karxanısma daxil olmuş, sonra birlikdə suyun üzərində olan dəmir qurğunun içərisinə daxil olmuşlar. Orada Cəfər və Vüqar özləri ilə gətirdikləri açarla mühərriki sökmüşlər, həmin vaxt o, da onların yanında dayanmışdır ki, həmin yerə başqa şəxs və ya şəxslər gələcəyi halda Cəfərlə Vüqara xəbər versin. Təxminən saat 04:30 radələrində mühərriki sökdükdən sonra yaxınlıqdan dəmir parçası götürərək onu mühərriki daşımaq üçün istifadə etmişlər. Həmçinin Fəridə zəng edərək gəlib onları düşürdüyü yerdən götürməsini demişlər. Təxminən 200-300 metr irəlilədikdən sonra polis avtomobilinin gəldiyini görmüşlər. Həmin vaxt Vüqar Cəfərlə ondan bir qədər aralıda imiş və mühərriki Cəfərlə o, gətirmiş. Polis maşınının gəldiyini gördükdən sonra Vüqar qaçıb getmiş, o da Cəfərlə yaxınlıqda olan qamışlarm arasında gizlənmişdir. Sonra isə polis əməkdaşları Cəfərin istifadəsində olan mobil nömrəni taksi sürücüsü Fəriddən alaraq zəng etmişlər. Bundan sonra o, Cəfərlə gizləndiyi yerdən çıxmışlar. Polis əməkdaşları onlardan nə etdiklərini bu mühhərikin nə olduğunu soruşduqda onlar ehtiyacları olduğu üçün karxanaya daxil olaraq müəhhəriki satıb pul əldə etmək üçün oğurladıqlarını etiraf etmişlər və bundan sonra polis şöbəsinə gətirilmişlər. Oğurlaqları mühərrik də maddi sübut kimi polis maşınına qoyularaq polis şöbəsinə gətirilmişdir. Əməlindən peşmandır. Himayəsində bir azyaşlı uşağı vardır. Zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəmiş və razılıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 İlqar oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə “Mingəçevir kəndi” adlanan yerdə yaşadıqlarından uzun müddətdir ki, tanışdırlar. 26.03.2021-ci il tarixdə saat 23:30 radələrində birlikdə Mingəçevir şəhəri Qələbə Meydanının yaxınlığında “Qədiroğlu” marketin yanında dayanıb pulsuzluqdan maddi durumlarının zəif olduğundan söhbət etmişlər. Cəfər əvvəllər işlədiyi karxanada olan mühərriki oğurlamalarını və satıb pul əldə etmələrini demişdir. O, əvvəlcə Cəfərlə razılaşmadığından yaşadığı evə getmişdir. Cəfər Fərid adlı taksi sürücüsü ilə onun yaşadığı evə gəlmişdir. Onu yaşadığı evdən götürüdükdən sonra Gəncə şossesində yerləşən karxanaya getmişlər. Onları düşürən zaman Fərid adlı taksi sürücüsünə qayıdanda pulunu verəcəklərini demişlər. Həmin yerə oğurluq məqsədilə getməkləri haqqında Fəridə məlumat verməmişlər. Daha sonra onları orada düşürəndə zəng edəndə gəlib onları götürməsini Fəridə demişlər və beləliklə, Fərid çıxıb getmişdir. Onlar bir qədər piyada hərəkət edib Mahirin daş karxanısma daxil olmuşlar. Daha sonra birlikdə suyun üzərində olan dəmir qurğunun içərisinə daxil olmuş, orada Cəfər və o, mühərriki sökməyə başlamışlar. Cəfər özü ilə açar gətirmişmiş, o isə evdən özü ilə bıçaq götürmüşdür. Təxminən saat 04:30 radələrində mühərriki sökdükdən sonra yaxınlıqdan Elçin və Cəfər dəmir parçası götürərək onu mühərriki daşımaq üçün istifadə etmişlər. O isə mühərrikə əlini belə vurmayacağını demişdir. Həmçinin Fəridə zəng edərək gəlib onları düşürdüyü yerdən götürməsini demişlər. Təxminən 200-300 metr irəli gəlmiş polis avtomobilinin gəldiyini görmüşlər. Polis əməkdaşları yaxınlaşarkən, o, qaçıb getmişdir. Cəfər və Elçini isə polis əməkdaşları yaxalamışlar. O, oradan evə gələn zaman yolda əlində olan və mühərriki sökmək üçün istifadə etdiyi bıçağı qamışlıq əraziyə atmışdır. Həmin gün polis əməkdaşları onu da polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsinə gəlmişdir. Etdiyi əməldən peşmandır. Ailəlidir. Himayəsində bir azyaşlı uşağı vardır. Zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəmiş və razılıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, onun icraçı direktoru olduğu Gülövşə firması 19 may 1998-ci il tarixdə dövlət qeydiyyatına alnmışdır. Firmanın əsas fəaliyyəti dəmir beton məmulatlarının, qum-çmqıl məmulatlarının istehsalı və qanunvericiliklə qadağan olunmamış digər fəaliyyət növləri ilə məşğul olmaqdır. Karxananın ərazisi su hissəsi ilə birlikdə 5 hektardır. Belə ki, karxananın giriş hissəsinə dəmir maneələr vasitəsilə giriş-çıxışı məhdudlaşdırmış və karxananın ərazisi həmin hissədən başlayır. Karxanın ərazisinin əsas hissəsini isə su sahəsi əhatə edir. Təxminən 4 il olarkı, Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən Qum-çınqıl karxanasında icraçı direktor vəzifəsində işləyir. 2018-ci ildən karxana fəaliyyətini dayandırsa da, iş üçün nəzərdə tutulmuş dəzgah və avadanlıqlar karxananın ərazisində işlək vəziyyətdə qalmışdır. Həmin avadanlıqlar orada olduğundan, onlara nəzarət etmək üçün gündəlik olaraq karxananın ərazisinə baş çəkir. 27.03.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-dən onun icraçı direktor kimi çalışdığı karxanın ərazisindən qum çıxarmaq üçün nəzərdə tutulmuş nasos mühərrikinin oğurlanan zaman müəyyən edilməsi haqqında ona məlumat verilmişdir. O, Mingəçevir ŞPŞ-yə gələn zaman ona məlum olmuşdur ki, həmin mühərriki oğurlayan şəxslər şəhər sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3dir. Həmçinin Təqsirləndirilən şəxs1 onun icraçı direktoru olduğu Gülövşə firmasında bir müddət çalışmışdır. İbtidai araşdırma zamanı mühərrik qaytarılsa da, orada olan avadanlığa maddi ziyan dəymişdir. İşə məhkəmədə baxılan zaman təqsirləndirilən şəxslər tərəfindən təmsil etdiyi hüquqi şəxsə dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3 təxminən 1 il əvvəl müştəri kimi tanımışdır. Bir neçə dəfə müştəri kimi Vüqar idarə etdiyi ** UJ *** dövlət qeydiyyat nömrə nişanlı VAZ 21099 markalı avtomobilə əyləşmişdir. Hadisədən təxminən 2 həftə əvvəl Vüqar onun tanımadığı bir qadını Bərdə rayonuna düşürməsini və xidmət haqqı kimi 25 manatı isə sonra ona verəcəyini demişdir. Lakin həmin 25 manatı verməmişdir. Təqsirləndirilən şəxs1 də şəhər sakini kimi tanımışdır. 27.03.2021-ci il tarixdə saat 00:15 radələrində Cəfər ona zəng edərək onları bir yerə düşürməsini istəmişdir. O, əvvəlcə Cəfərə işləmədiyini bildirmişdir. X9 borclu olduğu 25 manatı, həmçinin indiki gediş haqqını ödəyəcəyini bildirdikdən sonra o, onları aparıb düşürməyə razı olmuşdur. Mingəçevir şəhəri Qələbə Meydanının yaxınlığında “Qədiroğlu” marketinin yanında Cəfəri götürmüş və Cəfərlə birlikdə Mingəçevir kəndinə Vüqar və Elçini götürməyə getmişlər. Onları da oradan götürükdən sonra ona Mingəçevir şəhəri, Gəncə şossesi istiqamətinədə hərəkət etməyi demişlər. Həmin əraziləri də o, yaxşı tanımadığından onlar onu həmin tərəfə istiqamətləndirmişlər. Lazım olan məntəqəyə çatdıqdan sonra onları orada düşürmələrini istəmişlər. O da onları həmin yerdə düşürmüş və onlar ona həmin yerdə mal olduğunu onu götürəcəklərini və bundan sonra ona zəng edib onları gətirmək üçün çağıracaqlarını demişlər. O da onlaradan aralanıb getmişdir. Lakin onların hansı məqsədlə ora getmələrindən dəqiq şəkildə məlumatı olmamış və bu haqda əlavə sual verməmişdir. Saat təxminən 04:30 radələrində Cəfər ona zəng edib onları düşürdüyü yerdən götürməsini demişdir. O da onları götürmək üçün həmin yerə getmişdir. Ora çatanda polis əməkdaşları onu saxlayaraq buraya nə üçün gəldiyini soruşmuşlar. O da müştərinin onu düşürdüyü yerdən götürməsi üçün zəng etdiyini demişdir. Polis əməkdaşları həmin şəxslərə zəng etməsini istəmişlər, onlarla əlaqə yarada bilmədikdən sonra Cəfərin nömrəsini həmin polis əməkdaşlarına vermişdir. Sonra polis Cəfərlə əlaqə yaradaraq onu gətirmişlər, sonra isə Elçini gətirmişlər. Daha sonra onların oğurluq məqsədilə əldə etdikləri mühərriki də polis avtomobilinə qoymuşlar. Bundan sonra polis əməkdaşları Cəfəri, Elçini və onların oğurladıqları mühərriki polis şöbəsinə aparacaqlarını bildirmişlər. Ona isə evə getməsini və onunla əlaqə saxlayacaqlarını demişlər. Həmin gün saat 20 radələrində polis əməkdaşları onunla əlaqə saxlayaraq, onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 26.03.2021-ci il tarixdə saat 21:00-dan 27.03.2021 -ci il tarixdə saat 09:00-dək olan müddət ərzində Mingəçevir şəhəri ərazisində şəhər polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid1 ilə avtopatrulda xidmət aparmılşlar. Şahid1 avtopatrulun sürücüsü o isə avtopatrulda ekipaj kimi xidmət aparmışdır. Təxminən saat 05:30 radələrində Mingəçevir şəhəri Sağ sahil qəsəbəsində Gəncə şossesində yerləşən Qum-çınqıl karxanasının yaxınlığında xidmət apararkən əvvəlcə həmin ərazidə 1 ədəd VAZ 21099 markalı avtomobilin olduğunu görmüş və onun gecə vaxtı həmin ərazidə oğurluq məqsədilə gözləməsindən şübhələnmişlər. Avtomobilə yaxınlaşan zaman o, həmin avtomobilin sürücüsünün əvvəllər tanıdığı Şahid3 olduğunu görmüşdür və onlar Fəriddən hansı məqsədlə gecə vaxtı burda gözləməsini soruşmuşlar. Fərid isə təxminən saat 01 radələrində bu əraziyə müştəri gətirdiyini, bir qədər əvvəl müştərinin zəng edərək onları gəlib buradan götürməsini istədiyini bildirmişdir. Onlar Fəridə həmin şəxslərə zəng edərək buraya çağırmasını demişlər. Fərid həmin şəxsə zəng edən zaman həmin şəxs telefona cavab verməmiş, bundan sonra o, Fəridin zəng etdiyi Cəfər adlı şəxsin mobil nömrəsini alıb ona zəng etmişdir. Cəfər yenə telefona cavab vermədikdən sonra onlar şübhələnmiş və Fərid onları düşürən zaman onların hərəkət etdikləri istiqamətdə getmişlər. Bir qədər irəlilədikdən sonra avtomobil yolunda 1 ədəd içərisindən daşınmaq məqsədilə dəmir parçası keçirilmiş 1 ədəd su nasosu mühərrikinin olmasını gördükdən sonra şübhələri daha da artmış və həmin şəxləri axtarmağa başlamışlar. Orada sonradan adlarını bildikləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yerini müəyyənləşdirərək onların barələrində aidiyyəti üzrə tədbirin görülməsi üçün. Mingəçevir ŞPŞ-də təhvil vermişlər. Həmin vaxt onlardan həmin su mühərrikini hansı alətin vasitəsilə açdıqlarını və harda olmasını soruşduqda onlar mühərriki açmaq üçün istifadə etdikləri alətləri atdıqlarını bildirmişlər. Onların oğurlamaq məqsədilə gətirdikləri mühərriki xidmət apardıqları avtomobilin yük hissəsinə yükləyərək maddi sübut kimi Mingəçevir ŞPŞ-yə gətirmiş və təhvil vermişlər. Həmçinin onları yaxalayan zaman Təqsirləndirilən şəxs3 da yanlarında olduğunu, lakin onun qaçaraq həmin yerdən uzaqlaşdığını bildirmişlər. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 27 mart 2021–ci il tarixdə tərtib edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, hüquqi şəxs Gülövşə firmasının balansında olan Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən qum-çınqıl karxanasının ərazisindən Kür çayı üzərində qurlaşdırılmış ZQM-2 tipli qumsovuran qurğu üzərində qurlaşdırılmış 1 ədəd 10 il müddətində istifadə olunmuş 35 kVt gücü olan mühərrik oğurlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 27 mart 2021–ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokola əsasən hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, X2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanmış Mingəçevir şəhəri Gəncə şossesində yerləşən Gülövşə firmasının balansında olan qum-çmqıl karxanasından oğurlanmış 1 ədəd ZQM-2 tipli qum sovurmaq üçün nəzərdə tutulmuş qurğunun mühərriki Mingəçevir ŞPŞ-nin PPBX-nün polis nəfərləri Şahid1 və Şahid2 götürülmüşdür. Cinayət işinin materiallarında olan 24 aprel 2021–ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs icraçı direktoru olduğu “Gülövşə” firmasının ərazisindən oğurlanmış 1 ədəd 10 il müddətində istifadə olunmuş 35 kVt gücü olan mühərriki, ona təqdim edilmiş 3 ədəd mühərrikin arasından tanıyaraq göstərmişdir. Cinayət işinin materiallarında olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının 27 may 2021-ci il tarixli 9/2716 nömrəli rəyindən görünür ki, 1 ədəd 10 il müddətində istifadə olunmuş 35 kVt gücü olan mühərrikin 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800,00 (səkkiz yüz) manat müəyyən olunur. Cinayət işinin materiallarında olan 06 iyun 2021-ci il tarixli, maddi sübut kimi tanınma və saxlanca vermə haqqında qərardan görünür ki, Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri Şahid2 və Şahid1 götürülmüş 1 ədəd mühərrik maddi sübut kimi tanınaraq qəbzlə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 06 aprel 2021–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 3 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 12 noyabr 2019cu il tarixli 1(051)–81/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 03 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 07.10.2021–ci il tarixli 1201/3-12 nömrəli məktubdan görünür ki, Mustafayev X5 şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 1(051)–81/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumun azadlığın məhdudlaşdırılması cəzasının 5 ay 18 günü çəkilməmiş qalmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqacadan əlbir olub bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmələri və onların əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 mart 2021-ci il tarixdə saat 00:15 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs icraçı direktoru olduğu Mingəçevir şəhəri Gəncə şossesində yerləşən “Gülövşə” firmasının balansında olan qumçmqıl karxanasının ərazisinə qanunsuz daxil olub, karxana ərazisində yerləşən Kür çayının üzərində qurlaşdırılmış ZQM-2 tipli qumsovuran qurğunun üzərinə çıxmış, qabaqcadan aralarında aparılmış razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək üçün ətrafı müşahidə etmiş, o isə Təqsirləndirilən şəxs3lə birlikdə özləri ilə gətirdikləri istintaqa məlum olmayan alətlərlə həmin qurğunun üzərində qurlaşdırılmış 1 ədəd 10 il müddətində istifadə olunmuş 35 kVt gücü olan mühərriki açıb gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “Gülövşə” firmasına 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1 və 177.2.3–cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 mart 2021-ci il tarixdə saat 00:15 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabqacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs icraçı direktoru olduğu Mingəçevir şəhəri Gəncə şossesində yerləşən “Gülövşə” firmasının balansında olan qumçmqıl karxanasının ərazisinə qanunsuz daxil olub, karxana ərazisində yerləşən Kür çayının üzərində qurlaşdırılmış ZQM-2 tipli qumsovuran qurğunun üzərinə çıxmış, qabaqcadan aralarında aparılmış razılaşmaya əsasən kənar şəxsin gələcəyi təqdirə məlumat vermək üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3lə birlikdə özləri ilə gətirdikləri istintaqa məlum olmayan alətlərlə həmin qurğunun üzərində qurlaşdırılmış 1 ədəd 10 il müddətində istifadə olunmuş 35 kVt gücü olan mühərriki açmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Gülövşə” firmasına 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 da əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1 və 177.2.3–cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 mart 2021-ci il tarixdə saat 00:15 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs icraçı direktoru olduğu Mingəçevir şəhəri Gəncə şossesində yerləşən “Gülövşə” firmasının balansında olan qumçınqıl karxanasının ərazisinə qanunsuz daxil olub, karxana ərazisində yerləşən Kür çayının üzərində qurlaşdırılmış ZQM-2 tipli qumsovuran qurğunun üzərinə çıxmış, qabaqcadan aralarında aparılmış razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək üçün ətrafı müşahidə etmiş, o isə Təqsirləndirilən şəxs1lə birlikdə özləri ilə gətirdikləri istintaqa məlum olmayan alətlərlə həmin qurğunun üzərində qurlaşdırılmış 1 ədəd 10 il müddətində istifadə olunmuş 35 kVt gücü olan mühərriki açıb gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “Gülövşə” firmasına 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Mustafayev X5 şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 1(051)–81/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin hazırkı vaxta qədər onun cəzasının 5 ay 18 günü ödənilməmiş qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2–ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olası, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, eləcə də Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 06.04.2021–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 30.03.2009-cu il tarixdə doğulmuş Sevinc, 06.08.2012-ci il tarixdə doğulmuş Fatimə və 21.11.2013-cü il tarixdə doğulmuş Həmid adlı üç nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan cəmi 800 (səkkiz yüz) manat ödənilmişdir. Ona görə də heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Kommunal İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Həmid oğlu barəsində Birliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutuluş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 27 mart 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və 29 mart 2021–ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 27 mart 2021–ci il tarixdən 29 mart 2021–ci il tarixədək 03 (üç) gün müddətə həbsdə saxlanılmışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə qaldığı 03 (üç) gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası, onun 27 mart 2021–ci il tarixdən 29 mart 2021–ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə yaşayış yerini saat 22:00–dan 08:00–dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 06.04.2021–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun himayəsində 01.01.2018-ci il tarixdə doğulmuş Tehran adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan cəmi 800 (səkkiz yüz) manat ödənilmişdir. Ona görə də heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Kommunal İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində Birliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 27 mart 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və 29 mart 2021–ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 27 mart 2021–ci il tarixdən 29 mart 2021–ci il tarixədək 3 (üç) gün müddətə həbsdə saxlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 həbsdə qaldığı 3 (üç) gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası, onun 27 mart 2021–ci il tarixdən 29 mart 2021–ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə yaşayış yerini saat 22:00–dan 08:00–dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanı ödəməsi, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 14.07.2018-ci il tarixdə doğulmuş Murad adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan cəmi 800 (səkkiz yüz) manat ödənilmişdir. Ona görə də heç bir şikayəti və tələbi yoxdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 12.11.2019-cu il tarixdə Mingəçevir şəhər Məhkəməsinin 1(051)–160/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğuna və həmin cəzanı çəkib qurtarmadan yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–nin 83–cü maddəsinə əsasən hazırda da məhkum olunmuş hesab edilsə də, onun əməli həmin Məcəllənin 18.4.4–cü maddəsinin tələbinə görə cinayətin residivini yaratmaığından, məhkəmə bu halı onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs3 İlqar oğlunun zadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzasının çəkmədən, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini, onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edən hal kimi qiymətləndiri və cəza təyin edərkən nəzərə alır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Mingəçevir şəhər Məhkəməsinin 12.11.2019-cu il tarixli 1(051)–160/2019 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada, azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutlmaqla, həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən qismən birləşdirilməklə ona ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən qabaqcadan əlbir olub bir qrup şəxs halında törədilmiş cinayət, zərərçəkmiş şəxsə məxsus saxlanc yerindən özgənin əmlakını gizli olaraq talama məqsədilə zərərçəkmiş şəxsə ziyan vurmaqla və birbaşa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqazidd cəzalanmalı əməldir. Mülkiyyət–vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi–iqtisadi münasibətdir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin qabaqcadan əlbir olub bir qrup şəxs halında zərərçəkmiş şəxə məxsus saxlanc yerindən ziyan vurmaqla oğurluq etməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Eləcə də, təqsirləndirilən şəxsin əvvəllər talama cinayəti törətməsinə, məhkumluğu ödənilməməsinə, habelə çəkilməmiş cəzası olmasına baxmayaraq, yenidən analoji cinayəti törətməsi, yəni cəzasını çəkilmədən öz cinayətkar fəaliyyətini davam etdirməsi, həm onda özünəməxsus “vərdiş”in əmələ gəlməsinə, həm də onun cəmiyyətin maraqları ilə sabit qarşıdurmada olmasına dəlalət edir. Bu hal isə bir daha törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayət törətmiş şəxsin şəxsiyyətinin təhlükəliliyini artırır və həmin cinayətə görə şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 İlqar oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs3 məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlandığı müddətin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 27 mart 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və o, 29.03.2021-ci il tarixdə Mingəçevir MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutularaq, cəmi 03 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının başlanğıcı həbs edildiyi gündən, yəni 07 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs 800 manat maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ooğluna vurulmuş 800 manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. Ona görə də zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməmişdir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan istintaq zamanı müvafiq qaydada götürülmüş və 1 ədəd 10 il müddətində istifadə olunmuş 35 kVt gücü olan mühərrik maddi sübut kimi tanınaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə– əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfləri 50 (əlli) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırması cəzasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırması cəzasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yeni hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Mingəçevir şəhər Məhkəməsinin 12 noyabr 2019–cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay 20 (iyirmi) gün müddətət azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 18 (on səkkiz) gün hissəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutlmaqla 2 (iki) ay 24 (iyirmi dörd) gün müddət hesabı ilə qismən birləşdirməklə ona qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş qəti cəzadan çıxılsın və üzərində 2 (iki) il 1 (bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 1 ədəd 10 il müddətində istifadə olunmuş 35 kVt gücü olan mühərrik maddi sübut kimi tanınaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 (altmış) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 204 (iki yüz dörd) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil Müdafiəçi3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 204 (iki yüz dörd) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-141/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-141/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver