Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-141/2022 13.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Mingəçevir Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Ağdam rayonunun Qurdlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonunun Qurdlar kəndində qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 8 mənzil 44-də yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,221 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə-heroini xx.xx.2022-ci il tarixdə satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli cins şalvarının sağ arxa cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 15:45 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Azercell»in rəsmi dilleri hesab olunan mağazasının qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək orada saat 16:20 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər törətdiyi oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Təxminən 1 ay olarki, Mingəçevir şəhəri 20 Yanvar küçəsində diş poliklinikasının yaxınlığında yerləşən avtoyuma məntəqəsində çalışır. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində işdən çıxdıqda iş yerinin yaxınlığında yerdə bir ədəd qara rəngli kağız büküm görmüş və yerdən götürmüşdür. Sonra həmin bükümü açıb baxan zaman bükümün içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Belə ki, o, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün həmin kütləni tanımış və şəxsi istifadəsi məqsədilə götürərək əynindəki şalvarın cibinə qoymuşdur. O, həmin içərisində narkotik vasitə heroin olan büküm tapması haqqında heç kimə məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, işlədiyi yerin yaxınlığında olarkən cibində olan bükümü çıxarmış və üzərindən bir qədər götürüb siqaretin içərisinə dolduraraq çəkmişdir. Qalan hissəni isə gələcəkdə şəxsi istfadəsi məqsədilə əynində olan göy rəngli cins şalvarın cibinə qoymuşdur. Bundan bir saat sonra 30 iyun 2022-ci il tarixdə saat 15- 16 radələrində işlədiyi yerin yaxınlığında olan “Azərcell” mağazasının yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X5 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəkdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd qara rəngli kağız büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş kağız bükümdə olan kütlələr rəngindən və spesifik iyindən narkotik vasitə olan heroindir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlələr elektron tərəzisində çəkilmişdir. Ondan aşkar olunmuş bir ədəd kağız bükümün çəkisi 0,30 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində diş poliklinikasının yaxınlığında yerləşən avtoyuma məntəqəsinin yaxınlığında hərəkətdə olarkən yerdən tapdığını, şəxsi istifadəsi məqsədilə götürərək üzərində saxladığını bildirmişdir. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin bir ədəd kağız büküm və bir ədəd sellofan büküm onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin heroini satmaq məqsədi olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri H.Əliyev prospektində “Azərcelf’in rəsmi diller mağazasının yaxınlığında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Məmmədov X4 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ arxa cibindən içərisində 01 ədəd qara rəngli kağız bükümdə içərisində narkotik vasitə hesab olunan heroini könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin bir ədəd bükümün içərisində narkotik vasitə hesab olunan heroin Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında bükümlə birlikdə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə olan heroinin bükümlə birlikdə çəkisi 0,30 qram oldu. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümün içərisində narkotik vasitə hesab olunan “ heroin” olduğunu və həmin narkotik vasitəni bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə çalışdığı Mingəçevir şəhəri 20 Yanvar küçəsində “Diş Polikilinikasınm” yaxınlığıda yerləşən avtomobil yuma məntəqəsinin yaxınlığında gəzərkən tapdığını, tapdığı narkotik vasitə olan heroindən bir qədər istifadə etdiyini, qalan heroini isə şəxsi istifadəsi məqsədilə əynindəki göy rəngli cins şalvarın sağ arxa cibinə qoyduğunu və xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində “Azərcell” mağazasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd qara rəngli kağız bükümünün içərisində çəkisi 0,221 qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür.. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 17/546 №-li rəyinə əsasən Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,171 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 0,171 qram narkotik vasitə olan - heroin iş üzrə əhməiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1082 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. İş materiallarında olan DİN-nin BƏSİİ-in 10 iyul 2022-ci il tarixli tələbnaməsindən, məhkəmə qərarlarının və amnistiya tətbiq edilməsi haqqında qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 3 ay azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə təsirli bilinərək CM-nın 66.3-cü maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş, 1500 manat miqdarında cərimə cəzası yeni hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə ona 5 il müddətinə azadlıqdan məhrum etmə və 1500 manat miqdarında cərimə cəzası təyin edilmişdir. CM-nın 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 04 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs azadıqdan məhrum etmə cəzasının çəkilməmiş, 5 ay 19 gün hissədən şərti olaraq azad edilmişdir. İş materiallarına əlavə edilmiş Amnsitiya aktının tətbiq edilməsi barədə Mingəçevir şəhər İcra Şöbəsinin məmuru X2 20 iyun 2016-cı il tarixli qərarından görünür ki, “28 may Respublikas günü münasibəti ilə amnistiya elan edilməsi haqqıda” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 1,8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş cərimə cəzasından azad edilmişdir. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin 04 noyabr 2022-ci il tarixli 367/3-/2 saylı məktubundan görünür ki, “28 may Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqıda” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 1,8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş cərimə cəzasından azad edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadıqdan məhrum etmə cəzasının çəkilməmiş, 5 ay 19 gün hissəsindən 04 may 2020-ci il tarixdə Bakı şəhər Qaradağ rayon məhkəməsi tərəfindən azad edildiyi üçün Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri üzrə məhkumluğu, onun vaxtından əvvəl şərti azad edildiyi gündən hesablandığı üçün hazırki, cinayət əməlini törədən zaman üzərində məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs intizamlı aparmış və onun barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli 401 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan olan məcburi köçkün kimi Mingəçevir şəhər Məcburi Köçkünlər üçün salınmış 504 mənzilli yaşayış sahəsindəki, 8 saylı evin 44 saylı mənzilində yaşayır. İş materiallarında olan Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında nikah xx.xx.2010-cu il tarixdə 22 nömrə ilə Ağdam rayon Qasımlı Ərazi nümayəndəliyində bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2012-cı il təvəllüdlü Aytac Məmmədova və xx.xx.2014-ci il təvəllüdlü Ayxan Məmmədov adlı uşaqların atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,221 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə-heroini xx.xx.2022-ci il tarixdə satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli cins şalvarının sağ arxa cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 15:45 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Azercell»in rəsmi dilleri hesab olunan mağazasının qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək orada saat 16:20 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən aşkar edilib götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin evli olmaqla himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını, ailədə yeganə gəlir gətirən şəxs olmasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində hansı cəzanı təyin edərkən onun himayəsində olan 2 nəfər az yaşlı uşaqların mənafeyi üstün tutulmalı və uşaqların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. (inkişafı, təhsili, onlara qayğı,). Belə ki, «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafeləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2022-ci il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdən 02 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, dörd gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-in 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 69 manat 10 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 0,171 qram olan narkotik vasitə - heroin Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdən 02 iyul 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, 4 gün ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 0,171 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə 69 manat 10 qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-141/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-141/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver