Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-141/2023 21.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Ağdam rayon Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, Ağdam rayon Poladlı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhər Qaçqınlar şəhərciyi bina 10, mənzil 17-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 13-cü bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə metadonun şəxsi istehlak miqdarının yuxarı həddi 0,02 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq təsiredici maddəsinin çəkisi 0,08 qram olan 02 (iki) ədəd “F/M40” metadon tərkibli həbləri əldə edib üzərində saxlayaraq daşımış, 04 iyul 2023-cü il tarixdə saat 19 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən “Kürside” restoranının yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 20:05-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 02 (iki) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,08 qram olan “F/M40” metadon həbləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitələrdən mütəmadi olmasa da lakin fasilələrlə hərdən istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı binanın yaxınlığında yol kənarında yerdən dərman konvalyutu tapmışdır. Həmin konvalyutu götürüb üzərinə baxanda 03 ədəd tanıdığı metadon həbləri olmasını görüb və həmin konvalyutu içərisində olan həblərlə birlikdə götürmüşdür. Həbləri özü istifadə etmək məqsədilə götürüb cibinə qoyaraq və saxlamışdır. xx.xx.2023-cü il tarixdə həmin həblərdən bir ədədini istifadə etmişdir. Qalan iki ədədini kanvalyutun içərisində olmaqla əynindəki şalvarının sol yan cibinə qoyub saxlamışdır. 04 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhəri, Gəncə şossesi 4 ünvanının yanındakı Kürside restoranının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq üzərində narkotik vasitəni saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Polis əməkdaşları onlarla birlikdə Mingəçevir şəhər polis şöbəsinə gedəcəyini bildirmişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşib Mingəçevir şəhər polis şöbəsinin inzibati binasına gəlmişlər. Şöbənin inzibati binasında hüquqları izah olunmuş və maddi vəziyyəti uyğun olmadığı üçün dövlət hesabına müdafiəçi təyin olunaraq və vəkil X4 ona dövlət hesabına müdafiəçi təyin olaraq təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki şalvarının sağ arxa cibindən 1 ədəd Redmi markalı mobil telefonunu, sağ yan cibindən 2 manat 60 qəpik pulunu, 1 ədəd alışqanını ve 2 ədəd siqaret qutusunu, sol yan cibindən bir ədəd konvalyutda olan 2 ədəd narkotik tərkibli Metadon həblərini təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış keçirərkən başqa qanunsuz əşya aşkar olunmamışdır. Həmin həblər bir ədəd ağ rəngli kağız zərfə qablaşdırıl, o və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra protokol tərtib edilmiş, uca səslə oxunduqdan sonra o müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə barədə tərtib olunmuş protokolu imzalamışdır.Üzərindən aşkar olunaraq götürülmüş həmin 2 ədəd metadon həbini, 1 gün əvvəl yaşadığı evin yaxınlığında yerdən taparaq özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin narkotik tərkibli həbdən heç kimə verməmiş, satmamışdır. Üzərindən aşkar olunan həblərdən başqa narkotik vasitə, psixotrop maddə və ya digər qanunsuz əşya əldə etməmiş, saxlamamışdır. Saxlanılarkən və polis şöbəsinə gətirildikdən sonra ona qarşı heç bir qanunsuz hərəkət olmayıb, heç kimdən şikayət və tələbi yoxdur. Daha sonra məhkəmədən anası və xalasının İ Qarabağ mübaribəsi iştirakçısı olmalarını, ailəli olmaqla himayəsində 3 nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru xüsusi rütbəsində xidmət edir. 04 iyul 2023-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik tərkibli metadon həbləri əldə edərək üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə həmin tarixdə QBRŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Həmin gün saat 19 radələrində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir şəhər Gəncə Şossesində yerləşən “Kürside” restoranının yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə polis şöbəsinə məlumat daxil olması buna görə də üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi ona görə də Mingəçevir ŞPŞ-nə getməli olması Təqsirləndirilən şəxs izah olunmuşdur. Daha sonra o etiraz etməmiş və tərəflərindən polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına növbədə olan vəkil X4 müdafiəçi təyin olaraq təqdim olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçiyə və cinayət proesesinin digər iştirakçılarına etiraz etmədiyini bildirdikdən sonra təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən ona izah olundu ki, üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Bundan sonra polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında müdafəçi Vüqar Rəhimlinin də iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərindən iki ədəd narkotik vasitə metadon tərkibli iki ədəd həb aşkar olunmuşdur. Daha sonra ekspertizaya təqdim edilməsi boş zərfdə qablaşdırılaraq götürülmüşdür. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindn aşkar olunaraq götürülmüş narkotik vasitə metadon tərkibli həbləri öz yaşadığı evin yaxınlığından taparaq əldə etməsini və satış məqsədi olmadan özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımasını bildirmişdir. Şəxsi axtarış və götürməyə dair protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs, onun müdafiəçisi Vüqar Rəhimli və o protokolu imzalamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 (iki) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,08 qram olan “F/ M40” metadon həbləri aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan edilmiş bir ədəd DVD-diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 02 (iki) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,08 qram olan “F/ M40” metadon həbləri aşkar olunaraq qablaşdırılıb götürülməsi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 04 iyul 2023cü il tarixli 16/696 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həblər, ümumi sayı 2 ədəd” sözləri və yazı əlavəsi edilmiş bir ədəd kağız paketdəki, üzərində”Methadone 40” göstəricisi olan 1 (bir) ədəd konvalyutda, 2 (iki) ədəd boz rəngli, üzərində F/M40 ştampı olan dairəvi formalı həblər zavod üsulu ilə hazırlanmış metadon dərman preparatıdır. (beynəlxalq adına görə metadon) həblərinin təsir maddəsinin miqdarı 0,08 qram təşkil edir. Qeyd: metadon ümumi sayı -2 ədəd, tədqiqata sərf edildi – 0,5 ədəd, qalıq – 1,5 ədəd Aparılmış tədqiqatın qiyməti 32,40 manatdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1459 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 1,5 ədəd zavod üsulu ilə hazırlanmış metadon iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarında olan DİN yanında BƏSİİ-in xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan MKİS tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı dövr ərzində onun barəsində rəsmi orqanlardan və ya hər hansı bir qonşu tərəfindən heç bir şikayət xarakterli məlumat Mənzil Kommunal İstismar Sahəsinə daxil olmamışdır. Cinayət işi materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində xx.xx.2017-ci il təvəllüdlü Məlahət, 2xx.xx.2018-ci il təvəllüdlü Mələk və xx.xx.2020-ci il təvəllüdlü Zeynəb adlı 3 nəfər azyaşlı uşaqları var. Cinayət işi materiallarına əlavə edilmiş № 074412 nömrəli vəsiqənin surətindən görünür ki, təqsirləndirilən şəxsin anası X2 İ Qarabağ müuharibəsi iştirakçısıdır. Cinayət işi materiallarına əlavə edilmiş № 52106 nömrəli vəsiqənin surətindən görünür ki, təqsirləndirilən şəxsin xalası X3 İ Qarabağ müuharidəsi iştirakçısıdır. İş materiallarına əlavə edilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Təqsirləndirilən şəxs anasıdır. İş materiallarına əlavə edilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X3 doğma bacıdırlar. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini və digər sənədləri işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 13-cü bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə metadonun şəxsi istehlak miqdarının yuxarı həddi 0,02 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq təsiredici maddəsinin çəkisi 0,08 qram olan 02 (iki) ədəd “F/M40” metadon tərkibli həbləri əldə edib üzərində saxlayaraq daşımış, 04 iyul 2023-cü il tarixdə saat 19 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən “Kürside” restoranının yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 20:05-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 02 (iki) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,08 qram olan “F/ M40” metadon həbləri aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM– in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, həmçinin anasının və xalasının İ Qarabağ mübaribəsi iştirakçıları olmalarını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin ailəli olmaqla himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını, ailəsində Qarabağ müharibəsi iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan 07:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və müsadirə edilə biləcək əmlak yoxdur. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 32 manat 40 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq qalan 1,5 ədəd həb metadon Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan 07:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunsun və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 1,5 ədəd həb metadon məhv edilsin. İş üzrə 32 manat 40 qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-141/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-141/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver