Məhkəmə qərarları › İş №1(051)-142/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-142/2021

10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-142/2021 10.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Ədliyyə müşaviri X7 Mülki iddiaçı- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, Müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1978-ci ildə Qubadlı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum edilməmiş, ünvan 1 ünvanda yaşayan, 26.05.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarmm sənaye ovu qaydaları»nm 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 14 mart 2021-ci il tarixdə saat 18 radələrində Kür çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş torları qurmuş və 15 mart 2021-ci il saat 10 radələrinədək olan müddət ərzində 03 ədəd hər biri 33 (otuz üç) manat olmaqla 99 (doxsan doqquz) manat dəyərində sıf və 100 ədəd hər biri 11 (on bir) manat olmaqla 1100 (min yüz) manat dəyərində dabanbalığı balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarma xeyli miqdarda, yəni ümumilikdə 1199 (min yüz doğsan doqquz) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 14:30 radələrində X15 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 mart 2021-ci il tarixdə saat 18 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində çayın sahilinə gəlmiş, 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avarlardan istifadə edib çaya girdikdən sonra ona məxsus olan jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm. olan 2 ədəd balıq torlarımı suda qurub yaşadığı evə qayıtmış, 15 mart 2021-ci il tarixdə təxminən saat 10 radələrində qurduğum torları yoxlamaq məqsədi ilə yenidən Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində çayın sahilinə gəlib həmin 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avarlardan istifadə edib çaya girmiş, torları qurduğu yerə gəldikdən sonra torları sudan çıxarıb görmüşdür ki, çoxlu sayda balıq tutmuşdur. Saat 14 radələrində tutduğu balıqları torlarla birlikdə qayığa yığıb sahilə çıxarkən X15 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları dəvət olunmuş hal şahidlərinin iştirakları ilə ona məxsus olan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tora və həmin torun vasitəsi ilə tutduğu balıqlara baxış keçirmişlər. Baxış zamanı tutduğu balıqların 3 ədədi sıf, 100 ədədi isə dabanbalığı balıqlarının olması müəyyən edilmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində torla balıq tutmaq üçün onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Bundan sonra polis əməkdaşları 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tora və onların vasitəsi ilə Xəzər dənizindən tutduğu 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarına baxış keçirib müvafiq protokol tərtib etmişlər. Ailəlidir. Himayəsində 1 nəfər azyaşlı və 1 nəfər yekinlik yaşına çatmamış uşaqları vardır. Sonradan vurduğu ziyandan 50 manat məbləğində ödəniş etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Mülki iddiaçının nümayəndəsi X9 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəzanın verilməsini və ondan 1149 manat maddi ziyanın tutulub Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə ödənilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, o, Su NPİ-nin Mingəçevir rayon XPM-nin polis nəfəri vəzifəsində çalışır. 15 mart 2021-ci il tarixdə X15 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 14 radələrində Mingəçevir şəhəri ərazisindən keçən Kür çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarını aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarını 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə rəsmi icazəsi olmadan Mingəçevir şəhərinin ərazisindən keçən Kür çayından tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Mingəçevir şəhəri ərazisindən keçən Kür çayından balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç vaxt olmamışdır. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X9, Şahid3 məhkəmə iclası zamanı Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, 15 mart 2021-ci il tarixdə X15 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün saat 14 radələrində Mingəçevir şəhəri ərazisindən keçən Kür çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışlar. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarını aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib müvafiq protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarını 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə Mingəçevir şəhəri ərazisindən keçən Kür çayından tutmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, balıq tutmağa onun icazəsi yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X15 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Şahid5 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid5 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 mart 2021-ci il tarixdə X15 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün saat 14 radələrində Mingəçevir şəhəri ərazisindən keçən Kür çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışlar. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarını aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib müvafiq protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarını 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə Mingəçevir şəhəri ərazisindən keçən Kür çayından tutmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişlər ki, balıq tutmağa onun icazəsi yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X15 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Şahid X10 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, X15 İdarəsinin Mingəçevir rayon XPM-nin rəisidir. 15 mart 2021-ci il tarixdə X15 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 14 radələrində Mingəçevir şəhəri ərazisindən keçən Kür çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarını aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarını 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə rəsmi icazəsi olmadan Mingəçevir şəhərinin ərazisindən keçən Kür çayından tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Mingəçevir şəhəri ərazisindən keçən Kür çayından balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç vaxt olmamışdır. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmişdir. Cinayət işi materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30.03.2021-ci il tarixli, 9/1601 saylı rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində, Balıqlar və digər bioresursları qanunsuz ovladığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.09.1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyyatlarmdan istifadəyə görə ödəmələrin növləri, dərəcəli, tətbiq etmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə əsasən(ölçüsündən və çəkisindən asılı olmayaraq) 103 müxtəlif adda balıqların qanunsuz ovlanması nəticəsində balıq ehtiyyatlarına vurulmuş ziyanın ümumi məbləği 2021-ci il mart ayına 1199,00 manat müəyyən edilir. O cümlədən 3 ədəd sıf balıqları - 99,00 (3x1,1x30) manat; 100 ədəd dabanbalığı balıqları - 1100,00(100x1,1x10) manat. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqları 14.04.2021-ci il tarixdə tərəfimdən maddi sübut kimi tanınmışdır. Balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün 15.03.2021-ci il tarixdə müvafiq qaydaya əsasən “X17 AG” müəssisəsinə və həmçinin götürülmüş balıqovlama vasitələrinin saxlanılması X15 İdarəsinin Mingəçevir XPM-nin rəisi, polis mayoru Şahid1 təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin 16.03.2021-ci il tarixli, 21/107 nömrəli məktubundan görünür ki, 16.03.2021 -ci il tarixə kimi Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Kür çayında balıq və digər su bioresurslarınm sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 19.05.2021 -ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, 15.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1199,00 manat məbləğində ziyan dəymişdir. Cinayət işi materiallarında olan AİÜ seriyalı 466526 №-li qaimə-fakturadan görünür ki, Təqsirləndirilən şəxs 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqları müsadirə olunaraq «X17 AG» Müəssisəsinə 5 manata satılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Departamentinin Təqsirləndirilən şəxs qarşı verilmiş iddia tələbində cavabdehdən 1199 manat məbləğində pulun alınıb iddiaçının hesabına ödənilməsi xahiş olunur. İş materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-in 15.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Abış oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş 9 saylı MİS-in Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 9 saylı MİS-ə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş 9 saylı MİS-in 17.03.2021-ci il tarixli 363 №-li ailə vəziyyəti haqqında arayışdan görünür ki, ünvan 2 ünvanında Təqsirləndirilən şəxs ilə birgə həyat yoldaşı 1982-ci il təvəllüdlü X2, oğlu 2004-cü il təvəllüdlü Murad və qızı 2006-cı il təvəllüdlü Aytac ilə birgə yaşayır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-ə məxsus mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs X4 50 manat məbləğində pul köçürmüşdür. Məhkəmə, yuxarıda tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarmm sənaye ovu qaydaları»nm 2-ci bəndinin 2.5.1ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 14 mart 2021-ci il tarixdə saat 18 radələrində Kür çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş torları qurmuş və 15 mart 2021-ci il saat 10 radələrinədək olan müddət ərzində 03 ədəd hər biri 33 (otuz üç) manat olmaqla 99 (doğsan doqquz) manat dəyərində sıf və 100 ədəd hər biri 11 (on bir) manat olmaqla 1100 (min yüz) manat dəyərində dabanbalığı balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarma xeyli miqdarda, yəni ümumilikdə 1199 (min yüz doğsan doqquz) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 14:30 radələrində X15 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bu cinayət əməli nəticəsində Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə 1199 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan təqsirləndirilən şəxs həmin maddi ziyandan 50 manat məbləğində ödəniş etmiş və 1149 manat məbləğində Mülki iddiaçıya borcu qalmışdır. İstintaq orqanı tərəfindən əməli törətmiş şəxsin əməli Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə əməli törətmiş şəxsə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyandan 50 manat məbləğində ödəniş etməsini CM-in 59.1.14-cü maddəsinə, himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmaqla ilk dəfə törətməsini, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyandan 50 manat məbləğində ödəniş etməsini və 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi götürülmüş 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunduğuna görə Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən müsadirə edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarının «X17 AG» Müəssisəsinə satılması nəticəsində əldə olunmuş pulun Dövlət büdcəsinə ödənilməsi nəzərə alınmalıdır. Mülki iddianın həlli ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyanın ödənilməsi üçün mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, mülki iddia tələbi qismən təmin edilməli və 1149 manat pul əməli törətmiş şəxsdən tutulub mülki iddiaçıya ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutulub Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 354, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlunun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia tələbi qismən təmin edilsin. Təqsirləndirilən şəxs 1149 (bir min bir yüz qırx doqquz) manat tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi X15 idarəsinin Mingəçevir xətt polis məntəqəsində saxlanan, cinayətin törədilməsində alət və vasitələr kimi istifadə olunmuş 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 02 ədəd hər birinin uzunluğu 20 metr, eni 3 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor müsadirə edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan 03 ədəd sıf və 100 ədəd dabanbalığı balıqlarının «X17 AG» Müəssisəsinə satılması nəticəsində əldə olunmuş pulun Dövlət büdcəsinə ödənilməsi nəzərə alınsın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə vəkil xərci yoxdur. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutulub Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar