Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-142/2023 16.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Müdafiəçi iştirakı ilə xx.xx.2001-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli 1(051)-9/2021 nömrəli hökmü Azərbaycan Respublikası CM-nin 133.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 1(107)-261/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli 1(051)-9/2021 nömrəli hökmü ləğv edilərək CM-in 133.2.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilərək CM-nin 177.2.3-cü maddəsi ilə 1 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndi tətbiq edilərək cəzası 1 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində xx.xx.2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İT-də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzası 01 il 08 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, cəzasının sonu ilə azad olunmasına baxmayaraq islah olunmayıb məhkumluğu ödənilmədən və ya qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədən 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0.215 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:15 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “14 nömrəli” məktəbin qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək saat 18:50dən 18:59-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə–heroin sol əlində saxladığı kağız bükümün içərisində aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. Hərdən narkotik vasitələrdən istifadə edir. Əvvəllər də, bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Mingəçevir şəhərində yerləşən köhnə uşaq xəstəxansının yaxınlığında olan yataqxana tipli binanın arxasında tək piyada gəzən zaman yerdə ağ rəngli kağız büküm görmüş və diqqətini çəkdiyi üçün həmin bükümü götürüb və bükümü açıb baxdıqda əvvəllər də, narkotik vasitələrdən istifadə etdiyi üçün bükümdə olan kütlənin narkotik vasitə kakos (heroin) olduğunu bilmiş və daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra onu istifadə etmək üçün özünə iki ədəd şpris almışdır. Daha sonra piyada hərəkət edərək 14 nömrəli məktəbin qarşısına getmişdir. Həmin bükümü sol əlində sıxıb saxlamışdır. 14 nömrəli məktəbin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb, nakotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməmişdir. Bundan sonra polis şöbəsinə gətirilmişdir. Dövlət hesabına müdafiəçi təyin olunan vəkil X4 ona təqdim edilmişdir. Müdafiəçi Çingiz Məmmədovun iştirakı ilə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt sol əlində saxladığı narkotik vasitə içərisində olan kağız bükümü təqdim etmişdir. Üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış və götürmə keçirilən zaman narkotik vasitə istifadə etmək üçün aldığı iki ədəd şpris də aşkar olunmuşdur. Daha sonra sol əlində ağ rəngli kağız bükümün içərisində olan narkotik vasitə heroin elektron tərəziyə qoyularaq çəkilmişdir. İlkin sorğu zamanı həmin narkotik vasitə özünə məxsus olmasını taparaq əldə etməisini, satış məqsədi olmadan özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımasını bildirmişdir. Daha sonra isə aşkar olunan narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq möhürlənmişdir. Əvvəllər narkotik vasitə istifadə etmiş olsa da lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Odur ki, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Mingəçevir şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə əlaqədar tərəflərindən vətəndaşların sorğusu əməliyyat tədbiri keçirilməsinə dair qərar qəbul edilmiş və şöbə rəhbərliyi tərəfindən bu barədə əmr hazırlanmışdır. Daha sonra əməliyyat tədbirinin keçirilməsi ilə bağlı o, Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkillləri polis baş leytenantı Şahid2 və polis baş leytenantı Şahid1 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 18:15 radələrində Mingəçevir şəhər Ş.İ.Xətai küçəsində yerləşən 14 nömrəli məktəbin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanması daşınmasında şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və o tərəflərindən polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs gətirildikdən sonra raportla müraciət etmişlər və araşdırma təhqiqatçı Rəşad Cəfərova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsi qismində tutulub dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra polis şöbəsinin növbətçi hissəsinin qarşısında müdafiəçi Çingiz Məmmədovun iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sol əlində saxladığı kağız bükümün içərisindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olmasını və taparaq əldə etməsini, özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımasını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Qablaşdırmanın üzərinə Təqsirləndirilən şəxs və müdafiəçi Çingiz Məmmədov da imza etmişdir. Daha sonra protokol tərtib olundu, onlar da həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(051)-54/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həs qətimkan tədbiri seçilmişdir. Mingəçevir şəhər məhkəməsinin 1(051)-9/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 1(107)-261/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3 və 177.2.3-cü maddələri, X1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli 1(051)-9/2021 nömrəli hökmü CM-in 133.2.3-cü maddəsi ilə cəza təyin edilməsi hissədə ləğv edilmiş, Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittihamdan imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, həmin hissədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və ona qarşı cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş və barəsində 1 il 8 səkkiz ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun sol əlində saxladığı kağız bükümün içərisindən təmiz çəkisi 0,215 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli DVD diskə baxış protokolundan görünür ki, Mingəçevir ŞPŞnin TB-nin təhqiqatçısı polis kapitanı Rəşad Cəfərov tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair tərtib olunmuş protokola əlavə edilmiş bir ədəd DVD-diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs sol əlində saxladığı bir ədəd kağız bükümün içərisindən təmiz çəkisi 0,215 qram narkotik vasitə heroin aşkar olunaraq qablaşdırılıb götürülməsi müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 iyun 2023-cü il tarixli 17/480 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə ” sözləri və ad imzalar olan zərfin içərisindəki sellofana bükülmüş 01 (bir ) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,215 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1372 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata təqdim olunan narkotik vasitə heroindən tədqiqat üçün 0,050 qram hissəsi istifadə edildikdən sonra qalıq çəkisi 0,165 qram narkotik vasitə heroin və iki ədəd şpris iş üçün mühüm əhəmiyyət kəsb edən görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü CM-in 133.2.3-cü maddəsi ilə cəza təyin edilməsi hissədə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş, AR CM 177.2.3, 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 08 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndi tətbiq edilərək cəzası 1 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmışdır. Cəzası bitsə də məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Mingəçevir şəhər A.Məmmədov küçəsi ev 12, mənzil 38-də qeydiyyatda olmaqla yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, iş üzrə təqsirləndirilən və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, baxış protokolu, istintaq hərəkətlərinin qeydə alındığı 1 ədəd disk, məhkəmə-kimyəvi ekspertizasının 18 iyun 2023-cü il tarixli 17/480 № li, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1372 № li rəyləri və əldə olunmuş maddi sübut sübut növü kimi tanınmışdır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(051)-82/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 05-ci qrafasına əsasən təmiz çəkisi 0,165 qram olan narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər digər maddə ilə təqsirli bilinməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 17 iyun 2023-cü il tarixdən hesablanmalı, (CPM- 158.2.1), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və iki ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,165 qram narkotik vasitə heroin və iki ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-142/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-142/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver