Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-143/2021 08.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi–Mingəçevir AsanVəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Ağdam rayonu, Qasımlı ərazi dairəsi, Qurdlar kəndində qeydiyyatda olmaqla, ünvan 2-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il il tarixdə saat 21 radələrində özgənin əmlakını açıq talama məqsədi ilə orta dərəcəli sərxoş vəziyyətdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində piyada hərəkət edən Zərərçəkmiş şəxs yaxınlaşıb onun əlində olan mobil telefonu ələ keçirmək niyyəti ilə əlini Zərərçəkmiş şəxs kürəyinə qoyaraq yaxınlıqda yerləşən yaşayış binasının həyətinə aparıb, orada Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə qəsdən sonuncunun sifət nahiyyəsinə başı ilə bir zərbə vurub yerə yıxmış, Zərərçəkmiş şəxs yerdə olan zaman yumruq və təpiklə bədən nahiyyəsinə zərbələr vurub ona alın nahiyyəsində qançır, sağ dirsək oynağında qançır, hər iki əllərin arxa səthlərində sıyrıqlarla nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirib, Zərərçəkmiş şəxs məxsus yerə düşmüş 100 manat dəyərində Çin istehsalı olan “Hisense” markalı “T5 Plus” modelli mobil telefonu açıq yolla talayıb hadisə yerindən qaçmaqla soyğunçuluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, anası dünyasını dəyişdiyi üçün ögey atası ilə birgə yaşayır. X6 Şahid1la ikinci dəfə ailə həyatı qurduğu üçün ona uşaqlıqdan Məhərrəm atalıq etmiş və bu səbəbədən o, Məhərrəmi öz doğma atası kimi qəbul etmişdir. Doğma atası Sahib Osmanov barədə isə heç bir məlumatı yoxdur. Heç yerdə işləmir, atası Məhərrəm ona gündəlik olaraq 5 manat cibxərcliyi verir. 12.04.2021-ci il tarixdə dostları ilə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən kafedə yeyib içdikdən sonra axşam saat 20 radələrində yaşadığı evə geri dönmüşdür. Həmin günü dostları ilə birgə təxminən 1 litrə yaxın araq, 7-8 butulka isə pivə içmişlər. Evə gəlib bir qədər evdə oturduqdan sonra evin işıq kartına pul yükləmək üçün Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 5+ marketə getmişdir. Həmin gün saat 21 radələrində o, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ilə piyada gedən zaman onunla üzbəüz tanımadığı bir şəxs keçmişdir. O, içkili olduğu üçün həmin şəxsi saxlamış, həmin şəxsin adının Əmrah olduğunu öyrənmişdir. Daha sonra Əmrahın qoluna girərək dərtləşmək üçün söhbət etməyə başlamış, içkili olduğu üçün nə haqqında söhbət etdiyini xatırlamamışdır. Qolunu Əmrahın çiyininə salıb binaların arası ilə söhbət edərək qaranlıqla gedən zaman Əmrah ona qarşı kobud halda rədd olmağını demişdir. Əmrahın onun ünvanına kobud söz işlətməyindən əsəbləşib, kəllə ilə Əmrahın sifət nahiyyəsinə bir dəfə vurmuşdur. Əmrah zərbədən yerə yıxılmış, o da Əmrahın üstünə yıxılmışdır. Bundan sonra onlar Əmrahla əlbəyaxa olmuşlar. Lakin səsküyə adamların toplaşdığını görüb ayağa durmuş və ayağa duran zaman yerdə Əmraha məxsus mobil telefonu götürüb oradan qaçmışdır. Lakin onun əvvəlcədən Əmraha yaxınlaşan zaman ona məxsus mobil telefonu almaq niyyəti olmamış, yalnız bir nəfər şəxsə zəng etmək üçün telefonu istəmişdir. Evə gəldikdən sonra atası onun ayağının ağrıdığını görüb nə baş verdiyini soruşmuş, o tanımadığı şəxslərlə dalaşdığını bildirmişdir. Atası siqaret çəkmək üçün binanın qarısına düşən zaman o, cibində olan Əmraha məxsus mobil telefonu yaşadıqları 1 otaqlı mənzildəki sandığın içərisində gizlətmişdir. Daha sonra içkili olduğu üçün yatmışdır. Gecə saat 04 radələrində polis əməkdaşları gəlmiş, Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etməkdə şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində sorğu zamanı həmin günü həddən artıq spirtli içki qəbul etdiyindən hadisəni tam olaraq xatırlamadığını və Əmrahı əvvəlcədən tanımadığını, ancaq yadında qalanları olduğu kimi danışmışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 12.04.2021-ci il tarixdə saat 20:30 radələrində, təcrübəçi kimi işlədiyi aptekdən işdən çıxmış və yaşadığı Günəşli bağ massivinə getmək üçün dayanacağa getmişdir. Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ilə hərəkətdə olan zaman bir nəfər tanımadığı, adını sonradan bildiyi Sahil onun yanından keçərkən onunla salamlaşmış və adını soruşmuşdur. Adının Əmrah olduğunu bildirdikdən sonra Sahil özünü ona Elnur kimi təqdim etmişdir. Sahil qolunu onun kürəyinə salmış və birlikdə addımlamağa başlamışlar. Onlar bir qədər binanın qarısına doğru getdikdən sonra bir mərtəbəli tikilini göstərərk göy qapının onların evi olduğunu və ona əgər istəsə onu qonaq edə biləcəyini bildirmişdir. O isə işdən çıxdığı üçün ac olduğunu və Sahilə rədd olmasını bildirmişdir. Sahil isə ona yemək təklif edə biləcəyini və onu daha sonra avtobusla yola sala biləcəyini bildirmişdir. O isə etiraz etmişdir. Sahil qolunu onun kürəyindən saldığı üçün o həmin şəxsə müqavimət göstərə bilməmişdir. Çünki o uşaqlıqdan sağlamlıq imkanları məhdud olduğuna görə 2-ci qrup əlildir. Ona görə də o, Təqsirləndirilən şəxs tam müqavimət göstərmək iqtidarında olmamışdır. Onlar bir qədər binanın qarşısından qaranlığa doğru getdikdən sonra Sahil ona telefonu verməyi və bir nəfərə şəxs zəng vurmaq istədiyini bildirmişdir. Zəng üçün konturu olmadığını demiş, lakin o, yenə də ondan telefonu danışmaq üçün istəyən zaman o, Sahilə rədd olmasını bildirmişdir. Həmin vaxt telefon əlində olmuşdur. O Sahilə rədd ol dedikdən sonra Sahil onun baş nahiyyəsindən kəllə ilə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış daha sonra Sahildə onun üzərinə yıxılmışıdr. O yerə yıxılan zaman mobil telefon əlindən yerə düşmüşdür. Yerə yıxılan zaman Sahil üstünə düşmüş və ona yumruq və təpiklə zərbələr vuraraq onun şikəstliyindən sui-istifadə etmişdir. Həmin vaxtı o, özünü müdafiə etmək üçün Sahilə yumruq və təpiklə bir neçə dəfə vurmuşdur. Baş vermiş səs küyə insanlar toplaşmışlar. Sahil ayağa durub yerdə ona məxsus olan Hisense markalı mobil telefonu götürüb qaçmışdır. Ayağa durduqdan sonra əlində və ayağında sıyrıqlar olduğunu görmüşdür. Dərhal yaşadığı evə getmiş və başına gələn hadisəni ailə üzvlərinə danışdıqdan sonra onlar Mingəçevir şəhər mərkəzi xəstəxanasına gəlmişlər. Ona məxsus Hisense markalı mobil telefon sensor ekranlı, arxa qapaq hissəsi qara rəngli plastik, arxa qapaq hissəsinin kamera hissəsindən aşağıda Hisnense sözü yazılmış, kənarları boz rənglidir. Həmin mobil telefonu təxminən 2 il öncə Vestel elektronika mağazasından aylıq 20 manata kredit yolu ilə almış, ümulikidə həmin telefona görə 305 manat pul ödəmişdir. Hazırda məhkəmə əmtəəşünaslıq ekspertizasının ona məxsus Hisense markalı mobil telefona 2021-ci ilin may ayı üçün müəyyən etdiyi 100 manat qiymətə və ekranının qırılması nəticəsində ona dəymiş 40 manat məbləğində maddi ziyanla bağlı verdiyi rəylə razıdır, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs mərhum həyat yoldaşı Nahidə Həsənovanın oğludur. Nahidə Həsənova ilə ailə qurduqdan sonra onun azyaşlı oğlu Sahili öz övladı kimi böyütmüşdür. Təxminən bir il öncə arvadı Nahidə xəstəlikdən vəfat etmişdir. Həmin vaxtdan Sahil ilə birlikdə ünvan 1 ünvanında birgə yaşayırlar. 12.04.2021 -ci il tarixdə saat 14 radələrində Sahil onun işlədiyi un mağazasına gəlmişdir. O, Sahil ilə birgə Oba marektə getmiş, evə lazım olan qida məshulları alıb evə aparması üçün Sahilə vermişdir. Həmçinin Sahilin cibinə 5 manat cibxərcliyi qoymuşdur. Həmin günü işdən çıxıb yaşadığı evə getmişdir. Həmin vaxtı Sahil evdə olmuş, Sahilin ayağının ağrıdığını görmüşdür. Sahildən hansı səbəbə ayağının ağrımasını soruşduqda, Sahil ona tanımadığı şəxslərlə dalaşdığını bildirmişdir. Zərərçəkmiş şəxs tanımır. Sahilin Əmrah adlı şəxsi döyüb ona məxsus mobil telefonu əlindən aldığını, telefonu yaşadığı mənzildəki sandıqda gizlətməsindən xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Allahverən oğlu ifadəsində göstərdi ki, Mingəçevir şəhər PŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. 12.04.2021-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə X1 ŞMX-nın X4 şəhər Günəşli bağ massivi 8-ci küçə, ev 36-da yaşayan 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ dirsəyinin, hər iki dizin, alın nahiyyəsinin əziyinin və bədəninin çoxsaylı sıyrıqları xəsarətini alması barədə məlumat daxil olmuşdur. Həsənzadə X3 ŞPŞ-yə ərizə ilə müraciət edərək 12.04.2021 -ci il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ilə piyada gedən zaman tanımadığı şəxsin ona yaxınlaşıb onu döyərək ona məxsus Hisense markalı mobil telefonu götürüb qaçmasını bildirmişdir. Keçirilmiş əməliyyat axtarış-tədbirləri nəticəsində Zərərçəkmiş şəxs döyərək ona məxsus Hisense markalı mobil telefonu götürüb qaçan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 13.04.2021 -ci il tarixdə saat 04 radələrində Mingəçevir ŞPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etməsində şübhəli olduğunu bildirərək, Sahili polis şöbəsinə gətirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Mingəçevir şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsindəki xüsusatlar təsdiq olunmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 13 aprel 2021-ci il tarixdə tərtib olunmuş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs atalığı Şahid1 razılığı və iştirakı ilə onun yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək yıxması və nəticədə Əmrahın yerə düşmüş mobil telefonunu götürüb qaçaraq yaşadığı bir otaqlı mənzildə sandığın içərisində gizlətdiyi aşkar olunmuşdur. Aşkar olunmuş həmin mobil telefona baxış zamanı markasının Hisense olması və ekranının qırıq olması müəyyən olunmuşdur. İş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün Təqsirləndirilən şəxs yaşadığı mənzildə sandığın içərisindən aşkar olunmuş mobil telefon götürülüb qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında 14 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında aşkar olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd Hisense markalı mobil telefon maddi sübut kimi tanınaraq, saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyun 2021-ci il tarixli, 9/3604 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd Çin istehsalı olan «Nisense» markalı , «T5 Plus» modelli mobil telefon aparatının ekranı zədələnməmişdən əvvəl, normal vəziyyətdə satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 100,00 manat, hazırda ekranı zədəli vəziyyətdə 60,0 manat, həmin mobil telefona dəymiş ziyan 40,0 manat müəyyən edilir. Mingəçevir Şəhər məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 1(051)-79/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Şəhər İcra Və Probasiya Şöbəsi tərəfindən 16.06.2021-ci il tarixdə verilmiş 516/3-3 nömrəli arayışdan görünür ki, Mingəçevir Şəhər məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 1(051)-79/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum Təqsirləndirilən şəxs oğlu 05.10.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş 05.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə orta dərəcəli sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə qəsdən sonuncunun sifət nahiyyəsinə başı ilə bir zərbə vurub yerə yıxaraq, Zərərçəkmiş şəxs məxsus yerə düşmüş 100 manat dəyərində Çin istehsalı olan “Hisense” markalı “T5 Plus” modelli mobil telefonu açıq yolla talayıb hadisə yerindən qaçmaqla soyğunçuluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il il tarixdə saat 21 radələrində özgənin əmlakını açıq talama məqsədi ilə orta dərəcəli sərxoş vəziyyətdə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində piyada hərəkət edən Zərərçəkmiş şəxs yaxınlaşıb onun əlində olan mobil telefonu ələ keçirmək niyyəti ilə əlini Zərərçəkmiş şəxs kürəyinə qoyaraq yaxınlıqda yerləşən yaşayış binasının həyətinə aparıb, orada Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə qəsdən sonuncunun sifət nahiyyəsinə başı ilə bir zərbə vurub yerə yıxmış, Zərərçəkmiş şəxs yerdə olan zaman yumruq və təpiklə bədən nahiyyəsinə zərbələr vurub ona alın nahiyyəsində qançır, sağ dirsək oynağında qançır, hər iki əllərin arxa səthlərində sıyrıqlarla nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirib, Zərərçəkmiş şəxs məxsus yerə düşmüş 100 manat dəyərində Çin istehsalı olan “Hisense” markalı “T5 Plus” modelli mobil telefonu açıq yolla talayıb hadisə yerindən qaçmaqla soyğunçuluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in məhz 180.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, zərərkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2–ci maddələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Dövlətqaçqınkomun Mingəçevir şəhər nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildə erməni işğalı nəticəsində Ağdam rayonundan məcburi köçkün gəlmiş və Mingəçevir şəhər Toxuculuq kombinatının yataqxanasında məskunlaşmışdır. Onun barəsində Dövlətqaçqınkomun Mingəçevir şəhər nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əmlakını açıq yolla talama məqsədilə zərərçəkmiş şəxsə ziyan vurmaqla və birbaşa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqazidd cəzalanmalı əməldir. Mülkiyyət–vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi–iqtisadi münasibətdir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə ziyan vurmaqla soyğunçuluq etməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Eləcə də, təqsirləndirilən şəxsin əvvəllər də bir dəfə oğurluq cinayəti törətməsi, lakin məhkumluğu ödənilməsinə baxmayaraq, yenidən analoji cinayəti törətməsi, yəni cəzanın çəkilməsindən sonra da öz cinayətkar fəaliyyətini davam etdirməsi, həm onda özünəməxsus “vərdiş”in əmələ gəlməsinə, həm də onun cəmiyyətin maraqları ilə sabit qarşıdurmada olmasına dəlalət edir. Bu hal isə bir daha törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayət törətmiş şəxsin şəxsiyyətinin təhlükəliliyini artırır və həmin cinayətə görə şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 aprel 2021–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 13 aprel 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan əlavə Mingəçevir şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 14.04.2021-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli 13 aprel 2021–ci il tarixdən hesablanmışdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə mülki iddia verilmədiyindən, zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfləri 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olub, ünvan 5 ünvanından götürülmüş bir ədəd Hisense markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil Məmmədov çingiz Qurban oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, ünvan 5 ünvanından götürülmüş bir ədəd Hisense markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxs mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Vəkil Məmmədov çingiz Qurban oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-143/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-143/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver