Məhkəmə qərarları › İş №1(051)-143/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-143/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-143/2022 06.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs– xx.xx.1976-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Redspublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri X.Əliyev küçəsi 4 №-li evin 4 №-li mənzilində qeydiyyatda olmaqla yaşamış, barəsin də həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 26,720 qram olan xaş-xaş bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlayaraq daşımış və 19 iyun 2022-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri X.Əliyev küçəsi 4№-li evin yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 20 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə tiryək onun əynində olan əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Mingəçevir şəhəri X.Əliyev küçəsində yerləşən poçt binasının yaxınlığından piyada hərəkət edərkən yerdə 1 ədəd sellofan büküm görüb yerdən götürdü. Açıb baxdıqda həmin bükümün içərisindəkinin narkotik vasitə tiryək olduğunu bilmişdir. Çünki, özü də xəstə olduğuna, ağrıdığına görə narkotik vasitələrdən istifadə edir. Həmin sellofan bükümdə olan narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlətdi ki, sonra istifadə edər. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Mingəçevir şəhəri X.Əliyev küçəsi 4 №-li yaşayış binasının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Tapdığı narkotik vasitə də həmin vaxt cibində idi. O polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirildi. O da üzərinə axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etmədi. Üzərinə axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirildi. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli koynəyin sol cibindən 1 qutu siqareti və əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd içərisində narkotik vasitə tiryək olan sellofan bükümü çıxarıb təqdim etdi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində NMQnun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2, Şahid3 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhərinin X.Əliyev küçəsi 4№-li yaşayış binasının yaxınlığında görüb ona yaxınlaşaraq, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildi. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki göy rəngli köynəyin sol cibindən 1 qutu siqareti, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd içərisində narkotik vasitə tiryək olan şəffaf sellofan bükümü çıxarıb təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvarın sol yan cibindən aşkar olunmuş şəffaf sellofan bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin qara rəngli, kəskin iyə malik kütlə yəni narkotik vasitə olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Mingəçevir şəhərinin X.Əliyev küçəsində yerləşən köhnə poçt binasının yaxınlığından keçərkən yerdən tapıb üzərində gizlədərək özü istifadə etmək üçün saxladığını bildirdi. Təqsirləndirilən şəxs əməli digər şahid X1 məhkəmə iclasında verdiyi ifadəsi ilə, həmçinin Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 26-27-ci vərəqlərində olan 19 iyun 2022-ci tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlədərək saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümündə ümumi təmiz çəkisi 26,720 qram olan olan narkotik vasitə-tiryək aşkar edilərək götürülmüşdür. İşin 34-36-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 20 iyun 2022-ci il tarixli, 17/506 saylı rəyində göstərilir ki, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 26,720 qram olan maddə xaş-xaş bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdir. Tiryəkin təmiz çəkisi- 26,720 qram, tədqiqata sərf edildi -0,050 qram,qalıq -26,670 qram Məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,050 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 26,670 qram olan maddə xaş-xaş bitkisinən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. İşin 90-cı vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1194 saylı 16 avqust 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 26,720 qram olan xaş-xaş bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlayaraq daşımış və 19 iyun 2022-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri X.Əliyev küçəsi 4№-li evin yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq saat 20 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə tiryək onun əynində olan əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 85-ci vərəqində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Tofiq adlı bir nəfər azyaşlı uşağı var. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağın olması, yaşayış yerindən müsbət xarakterizə olunması, əməlində peşiman olması, 2-ci qrup əlil olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən haldır. İşin 78-80-ci vərəqində olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci tarixli, 1(051)- 64/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 73-75-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Mustafayev X3 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 22-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 19 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, 19 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 26,670 qram tiryək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 102,12 (bir yüz iki manat on iki qəpik ) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan, xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə ekspertiza xərci olan 102,12 (bir yüz iki manat on iki qəpik ) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 26,670 qram tiryək məhv edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar