Məhkəmə qərarları › İş №1(051)-144/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-144/2020

29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-144/2020 29.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Ağdam rayonu Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Mərzili kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 12 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 11 №li evin arxasında yerləşən asfalt yolun sağ kənarında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs məxsus “Ford” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yaxınlaşaraq, qapısının kilidinin açıq olduğunu və avtomobili işə salan açarın üzərində olduğunu görüb, Zaqatala rayonunda yaşayan qohumlarına baş çəkmək məqsədi ilə Zərərçəkmiş şəxs heç bir söz demədən və ondan heç bir icazə almadan sonuncuya məxsus “Ford” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini talama məqsədi olamadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirdi ki, uzun müddətdir ki, Zaqatalada yaşayan babası və dayısıgili görmürdü. xx.xx.2020-ci il tarixdə günorta saatlarında onların yanına getməyi istədi. Sonra yadına düşdü ki, qohumu Cavidan həmişə avtomobilin qapısını açıq saxlayır və açar da avtomobilin üzərində olur. Ona görə də Cavidanın avtomobili ilə dayısıgilə getmək qərarına gəldi. Həmin gün axşam 18:00 radələrində Cavidanın avtomobilini yolun sağ kənarında binanın arxasında dayandığını gördü avtomobilə yaxınlaşıb pəncərədən içəri baxdıqda isəaçarın avtomobildə olduğunu gördü. Sonra isə Cavidana heç bir məlumat vermədən ona məxsus “Ford” markalı ** BL *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə minib, sükanın arxasında əyləşib avtomobili işə saldı. Bir qədər sonra dayısı oğlu Vüqarı gördü. Vüqardan haraya getdiyini soruşdu. Vüqar fermaya gedəcəyini dedi. O, Vüqara onu da apara biləcəyini dedi. Vüqar avtomobilə əyləşdi. Vüqar qəsəbənin girişində düşdü. O isə avtomobili sürüb çıxıb getdi. O, Qax rayonuna çatan zaman Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb, onu avtomobillə birlikdə Mingəçevir ŞPŞ-nə gətirdilər. Əməlindən peşmandır. Hazırda Cavidan ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, 03.10.20-ci il tarixdə saat 14:00 radələrində idarə etdiyi “Ford” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın arxasında saxladı və açarı da avtomobildə qoyub evə getdi. Evdə bir qədər dincəldikdən sonra, saat 18:00 radələrində həyətə düşdü. Binanın arxasına keçdikdə avtomobilin yerində olmadığını gördü. O, avtomobilin hər hansı tanışının götürə biləcəyindən və onunla kiminsə zarafat edə biləcəyini düşünərək avtomobili soraqlamağa başlamışdı. Lakin tanışları avtomobilin harada olması barədə məlumatı olmadığını bildirdilər. O, bundan sonra bu barədə DİN-nin 102 xidmətinə müraciət etdi, polis əməkdaşları hadisə yerinə gəldilər. Polislər hadisə yerində olub onunla söhbət apararkən anası Həmidə onun yanma gəldi. Onu kənara çəkərək qohumu Zəfərin anası Məxmər xalan ona zəng etdiyini və avtomobili oğlu Zəfərin ağardığını eşitdiyini dedi. O, anasından bu xəbəri kimin dediyini soruşduqda anası ona Məxmər xalaya da həmin xəbəri Vüqarın verdiyini, Vüqarın Zəfər avtomobili sürüb gedərkən gördüyünü bildirdiHalhazırda Zəfər ilə barışmışlar. Zəfərdən heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət verən şəxs Zərərçəkmiş şəxsla barışdığına görə onun barəsində Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Materialda olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Materiala əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, onlar barışmışlar, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə şikayət verən şəxsin və əməli törətmiş şəxsin ərizələrini, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Vəkil X1 təhqiqat zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 54 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 37.4, 40.2, 43.3, 321.1, 321.2 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət məcəlləsinin 185.1ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Vəkil X1 təhqiqat zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 54 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar