Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-144/2022 31.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Xüsusi ittihamçı: X4 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X3 və X1 iştirakı ilə X3 və X2 barəsində Azərbaycan Respublikası CM–in 147–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: X8 tərəfindən X3 və X1 barəsində Azərbaycan Respublikası CM–in 147–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. İş üzrə xüsusi ittihamçı X8 ərizəsini belə əsaslandırmışdır ki, o, 2005-ci il tarixdə Rasilə Salmanova ilə ailə qurmuşdur. Birgə nikahları 2019-cu ildə pozulmuşdur. Himayələrində olan övladları Rasilənin himayəsinə verilmişdir. Bundan sonra Rasilə Salmanova və anası Salmanova Xədicə dəfələrlə şikayətçinin dostları yanında təhqir edərək şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən hər iki şəxs zərərçəkmişin evinə gəlmiş, onunla mübahisə etmiş və sonrada şərəf və ləyaqətini alçaltmışlar. Zərərçəkmiş tərəfindən Whatsapp sosial şəbəkəsində də göndərilmiş səslərin səhvən başqa şəxslərin yanında dinlənməsi nəticəsində digər şəxslər, həmçinin dostları bu ifadələri eşitmiş və bundan sora dostlarıyla da münasibətləri korlanmışdır. Odur ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinin başlanmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə xüsusi ittihamçı X8 məhkəmə iclası zamanı şikayət ərizəsinin məzmununa uyğun ifadə verdi, şikayətinin məhkəmə icraatına qəbul edilməsini və məhkəmə baxışı təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində şikayət verilmiş X7 məhkəmə iclası zamanı ifadəsində bildirdi ki, şikayətçi ilə 2019-cu ildə boşanmışlar. Uşaqları ilə görüşməsi üçün ona lazımi şərait yaratmışdır. Digər uşağı öləndən sonra demək olar özü şikayətçi ilə görüşməmişdir. Onun heç vaxt şərəf və ləyaqətini alçaltmamışdır. Barəsində şikayət verilmiş X6 məhkəmə iclası zamanı ifadəsində bildirdi ki, şikayətçini heç vaxt təhqir etməmiş və ya böhtan atmamışdır. Qızı ilə görüşəndə onunla birgə getmişdir. Ancaq həmin vaxt da şikayətçi ilə mübahisəsi olmamışdır. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM–nin 293.3.1–293.3.7–ci maddələrinin tələblərinə uyğun olub–olmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM–in 293.3–cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Şikayət ərizəsindən isə görünür ki, X8 Azərbaycan Respublikası CPM–in 293.3.4cu maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini qeyd etməmişdir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə xüsusi ittihamçının ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM–in 302–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM–in 302.1.3–cü və 302.1.7-ci maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM–in 302.2.3–cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2–302.1.4, 302.1.6–302.1.8–ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərarlar çıxarır. İş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM–in 293, 302–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti əsasında X3 və X2 barəsində Azərbaycan Respublikası CM–in 147–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən.imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-144/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-144/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver