Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-145/2022 21.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X11 və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Seyidli ərazi dairəsi Sarıhacılı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri H.Əliyev prospekti 1 №-li evin 35№-li mənzilində yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X11 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 may 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Mingəçevir şəhəri H.Əliyev prospekti 40№-li yaşayış binasının baş tərəfində yerləşən “Karona” qızıl-zinət əşyaları mağazasının giriş qapısına yaxınlaşıb yerdən götürdüyü daş parçasını zərbə ilə atıb mağazanın plastik qapısının üzərində olan şüşəni sındırıb qapının kilidini açaraq həmin yerdən saxlanc yeri hesab olunan mağazaya qanunsuz olaraq daxil olub mağazada rəflərdən 45 (qırx beş) manat dəyərində 1 (bir) ədəd “Diamond Selector İİ” markalı istifadə edilmiş brilliant ölçən cihazı, 20 (iyirmi) manat dəyərində 1 (bir) ədəd istifadə edilmiş DİKANG markalı, HG01 modelli elektron qızdırma ölçən cihazı, 20 (iyirmi) manat dəyərində 1 (bir) bağlama üzüklər üçün barmaq ölçüsü götürülən aləti, 5 (beş) manat dəyərində 1 (bir) ədəd böyüdücü lupanı, 2 (iki) manat dəyərində 1 (bir) ədəd dəmir bizi, 60 (atmış) manat dəyərində 1 (bir) ədəd 5 (beş) il istifadə edilmiş sensor ekranlı BlackBerry markalı mobil telefonu özgənin yəni Zərərçəkmiş şəxs2 məxsus 152 (yüz əlli iki) manat məbləğdə əmlakı Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 may 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166№-li yaşayış binasının qeyri yaşayış sahəsində yerləşən “Fratelli” geyim mağazasının giriş qapısına yaxınlaşıb yerdən götürdüyü daş parçasını zərbə ilə atıb mağazanın bişmiş şüşədən olan giriş qapısını sındırıb həmin yerdən saxlanc yeri hesab olunan mağazaya qanunsuz olaraq daxil olub mağazada satılan saatların saxlanıldığı rəfdən 1 (bir) ədədinin qiyməti 175 (yüz yetmiş beş) manat olan 350 (üç yüz əlli) manat dəyərində 2 (iki) ədəd təzə, istifadə edilməmiş VMF Nano markalı V6120/4PQ0/81 modelli qol saatını, 170 (yüz yetmiş) manat (yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd təzə, istifadə edilməmiş VMF Nano markalı V6120/4DD0/8G7/81 modelli qol saatını, 210 (iki yüz on) manat dəyərində 1 (bir) ədəd təzə, istifadə edilməmiş VMF Miras İrs 4125 markalı V4125/2PA0/2G0/06 modelli qol saatını, 270 (iki yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd təzə, istifadə edilməmiş VMF Azman markalı V41 18/4PC/2R3/71Rose-Gold modelli qol saatını, mağazada satıcının əyləşdiyi hissədə piştaxtanın üzərindən 150 manat (yüz əlli) manat dəyərində 1 (bir) ədəd 3 (üç) il istifadə edilmiş, Casio markalı EDİFİSE modelli qol saatını, 140 (yüz qırx) manat dəyərində 1 (bir) ədəd Veı il one markalı, VX680-G modelli Pos Terminalı, piştaxtanın üzərində olan kassa aparatından 1023 (min iyirmi üç) manat məbləğdə nəğd pul özgənin, yəni Zərərçəkmiş şəxs1 məxsus 2313 (iki min üç yüz on üç) manat məbləğdə əmlakı Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Təqsirləndirilən şəxs X11 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, o, X12 ilə rəsmi nigaha daxil olub ailə qurmuş, birgə nigahdan 2 azyaşlı övladı var. Hazırda heç bir yerdə işləmir. Vətən Müharibəsində iştirak etmiş, döyüşlər zamanı bədəninin müxtəlif nahiyyələrindən qəlpə xəsarətləri almışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarından xx.xx.2022-ci il tarix gecə saatlarınadək 6 ədəd “Go” spirtli içkisi qəbul etdiyi üçün həddindən artıq dərəcədə sərxoş olmuşdur. Buna baxmayaraq yenə də spirtli içki qəbul etmək istəmiş, lakin spirtli içki almaq üçün pulu olmamışdır. Buna görə də Mingəçevir şəhəri H.Əliyev prospektindəki doqquz mərtəbəli yaşayış binasının baş tərəfində yerləşən “Karona” qızıl zinət əşyalarının satıldığı mağazanın qarşısından keçərkən mağazamın pəncərə və qapısının şüşələrinin üzərində dəmir barmaqlıq olmadığını görüb mağazaya oğurluq etmək məqsədi ilə daxil olmağı fıkirləşdir. Mağazanın yaxınlığında yerdən daş götürüb həmin daşı zərbə ilə mağazanın gizirş qapısmn üzərindəki şüşəyə vurub şüşəni sındırmışdır. Daha sonra əlini içəri salıb mağaanın qapısının kilidini içəridən açıb, mağazaya daxil olmuşdur. Qızıl zinət əşyaları yığılan rəfdə hər hansı əşya olmamışdır. Buna görə də rəflərin arxasına keçmişdir. Rəfləri axtarıb qızıl və ya pul tapa bilmədiyi üçün mağazadan müxtəlif ləvazimatları götürüb çıxmışdır. Yenə də spirtli içki qəbul etmək istəmiş, lakin pul əldə edə bilmədiyi üçün spirtli içki ala bilməmişdir. Piyada gəzərək “Karona” mağazasının yerləşdiyi binanın yaxınlığında 20 Yanvar küçəsindəki 5 mərtəbəli yaşayış binasının alt hissəsində yerləşən “Fratelli” geyim mağazasının qarşısından keçərkən həmin mağazanın da giriş qapısının şüşədən olduğunu görmüşdür. Ətrafda da şüşə pəncərələr olmuşdur. Həmin mağazaya daxil olub oğurluq etməyi fikirləşmiş, buna görə də kənardan daş parçası götürüb həmin daş parçasını zərbə ilə mağazanın şüşədən giriş qapısına vurmüşdür. Şüşə qapı sındıqdan sonra həmin yerdən mağazaya daxil olmuşdur. Mağazanın girişindən soldakı şüşə rəflərdə olan saatları götürüb, daha sonra mağazanın kassa aparatı yerləşən piştaxtasına doğru getmişdir. Orada kassadan 600 manat məbləğdə pul, kənarda olan 1 ədəd saat və digər əşyanı götürüb mağazadan bayıra çıxmışdır. Oğurladığı əşyalardan bəzisini 20 Yanvar küçəsində yerləşən “Fratelli” mağazasının yaxınlığında gizlətmişdir. Bundan sonra oradan aralaşıb getmişdir. Həmin gecə və gün ərizində əldə etdiyi pulu spirtli içki və yeməyə sərf etmişdir. Lakin, sərxoş olduğundan həmin pulları hara, nəyə və kimlə xərclədiyim dəqiq yadında qalmamışdır. Gün ərizində yaşadığı evə də getməmişdir. xx.xx.2022-ci ildə səhər saatlarında yaşadığı evə getmiş, mənzildə olarkən qardaşı Bəhram ona Mingəçevir şəhəri ərazisində yerləşən mağazalardan oğurluq etdiyi üçün polis əməkdaşlarının onu axtardığını bildirmişdir. O da qardaşına sərxoş vəziyyətdə oğurluq hadisəsi törətdiyini etiraf etmişdir. Daha sonra qardaşı ilə birlikdə Mingəçevir şəhər Polis Şöbəsinə gəlmiş və törətdiyi əməli etiraf etmişdir. Həmçinin, qardaşı Bəhrama da oğurladığı əşyalarının bəzilərini gizlətdiyi yeri deyərək həmin yerdə gizlətdiyi əşyaları polis şöbəsinə təhvil verməsini bildirmişdir.Həmçinin, o ifadəsində qeyd olunan oğurluq hadisəsini tək törətdiyini, bu barədə heç kəsə məlumat vermədiyini, hadisələri törədən zaman həddindən artıq dərəcədə sərxoş olduğu üçün mağazalardan oğurladığı əşyaların bəzilərini konkret olaraq nədən ibarət olduğunu xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs X11 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını bildirərək, qeyd olunanları nəzərə alıb təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin oktyabr ayının əvvəllərindən Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 saylı yaşayış binasının baş tərəfində yerləşən qeyri yaşayış sahəsini icarəyə götürüb həmin yerdə “Fratelli” adlı geyim dükanını işlədir. Mağazada kişi geyimləri satılır. Mağazanı səhər saat 09 radələrində açıb axşam saat 21 radələrində bağlayır. Mağazanın giriş qapısı şüşədəndir. Giriş qapısının və pəncərələrin üzərində dəmir barmaqlıqlar yoxdur. xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək mağazaya naməlum şəxs və ya şəxslərin daxil olduğunu bildirmişlər. O da mağazaya getmiş, görmüş ki, naməlum şəxs və ya şəxslər mağazanın 10 mm qalınlıqh, 90x220 sm ölçüdə bişmiş şüşədən olan qapısını sındırıb mağazaya daxil olaraq oradan pul və müxtəlif əşyaları oğurlamışlar. Mağazada olan əşyalara nəzər saldıqda ona məlum olmuş ki, naməlum şəxs mağazada satılan saatlar yığılan şüşə rəfdən, 2 ədəd təzə, istifadə edilməmiş VMF Nano markalı V6120/4PQ0/81 modelli qol saatı, 1 ədəd təzə, istifadə edilməmiş VMF Nano markalı V6120/4DD0/8G7/81 modelli qol saatını, 1 ədəd təzə, istifadə edilməmiş VMF Miras İrs 4125 markalı V4125/2PA0/2G0/06 modelli qol saatını, 1 ədəd təzə, istifadə edilməmiş VMF Azman markalı V4118/4PC/2R3/71Rose-Gold modelli qol saatını,mağzanaın kassa aparatı olan rəfin üzərindən 1 ədəd 1 ədədə VeriFone markalı, VX680-G modelli Pos Terminalı, Casio markalı EDİFİSE modelli qol saatını və kassa aparatından 1023 manat məbləğdə pulu oğurlayıbdır. Bundan sonra o, polis şöbəsinə bu barədə məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-nin istintaq otağında olarkən bir nəfər şəxs otağa daxil olaraq onun işlətdiyi və yaxınlıqda yerləşən “Karona” qızılzinət əşyalarının satıldığı mağazadan oğurlanmış əşyaları təqdim etmişdir. Həmin zaman ona məlum olmuş ki, əşyları təqdim edən şəxs işlədiyi mağazadan oğurluq edən şəxsin qardaşıdır. Həmin şəxsin təqdim etdiyi əşyaların arasından 1 ədəd Casio markalı saatı, 1 ədəd VMF markalı saatı və 1 ədəd Pos Terminalı tanıyaraq onun işlədiyi mağazadan oğurlanmış əşyalar olduğunu bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri H.Əliyev küçəsindəki 40 saylı yaşayış binasının baş tərəfində yerləşən özünə məxsus “Karona” mağazasında qızıl zinət əşyalarının satışı ilə məşğul olur. Mağazanı hər gün səhər saat 09 radələrində açıb axşam saat 19 radələrində bağlayır. Mağazanı bağlayarkən rəflərdə olan satdığı qızıl zinət əşyalarını da özü ilə aparır. Buna görə də mağazanın giriş qapısının üzərində hər hansı dəmir barmaqlıqlar bərkitməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında mağazanı açmaq üçün mağazanın qarşısına gələrkən qapının üzərində olan şüşənin sındırıldığını görmüşdür. Buna görə də dərhal DİN-nin 102 xidmətinə zəng edərək mağazadan oğurluq edilməsi barədə məlumat vermişdir. Daha sonra sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə mağazaya daxil olub baxış keçirərəkən ona məlum olmuş ki, naməlum şəxs mağazanın plastik giriş qapısnın üzərində olan 5mm qalınhqh, lOOsm x 50sm ölçüdə olan şüşəni sımdırıb qapını açaraq mağazaya daxil olub mağazadan 1 ədəd “Diamond Selector İİ” markalı istifadə edilmiş brilliant ölçən cihazı, 1 ədəd istifadə edilmiş DİKANG markalı, HG01 modelli elektron qızdırma ölçən cihazı, 1 bağlama üzüklər üçün barmaq ölçüsü olan aləti, 1 ədəd böyüdücü lupanı, 1 ədəd dəmir bizi, 1 ədəd 5 il istifadə edilmiş sensor ekranlı BlackBerry markalı mobil telefonu oğurlayıbdır. xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-nin istintaq otağında olarkən bir nəfər şəxs otağa daxil olaraq onun işlətdiyi və “Fratelli” geyim əşyalarının satıldığı mağazadan oğurlanmış əşyaları təqdim etmişdir. Həmin zaman ona məlum olmuş ki, əşyları təqdim edən şəxs işlədiyi mağazadan oğurluq edən şəxsin qardaşıdır. Həmin şəxsin təqdim etdiyi əşyaların arasından 1 ədəd “Diamond Selector İİ” markalı istifadə edilmiş brilliant ölçən cihazı cihazı, 1 ədəd istifadə edilmiş DİKANG markalı, HG01 modelli elektron qızdırma ölçən cihazı, 1 bağlama üzüklər üçün barmaq ölçüsü olan aləti, 1 ədəd böyüdücü lupanı, 1 ədəd dəmir bizi tanıyaraq onun işlədiyi mağazadan oğurlanmış əşyalar olduğunu bildirmişdir.. Hazırda təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, X13 onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onunla əlaqə saxlayıb yaşadı mənzilə gələrək qardaşı Feruzun Mingəçevir şəhəri ərazisində yerləşən mağazalardan oğurluq etdiyini bildirmişlər. Həmin zaman qardaşı Feruz evdə olmamışdır. Həmin gün o, qardaşı Feruzu axtarıb tapa bilməmişdir. Ertəsi gün yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Feruz yaşadıqları mənzilə gəlmişdir. O da Feruza şəhər ərazisində yerləşən mağazalardan oğurluq etdiyi üçün polis əməkdaşları tərəfindən axtarıldığını bildirmişdir. Feruz da ona spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə Mingəçevir şəhəri ərazisində yerləşən mağazadan oğurluq etdiyini bildirmişdir. Həmçinin, Feruz ona oğurladığı əşyaların bəzilərini “Fratelli” geyim mağazasının yerləşdiyi 20 Yanvar küçəsi 166 saylı yaşayış binasının yaxınlğında gizlətdiyi yeri də izah etmişdir. Bundan sonra hər ikisi birlikdə polis şöbəsinə gəlmişlər. Qardaşı Feruz könüllü olaraq təslim olduqdan sonra o, Feruzun oğurladığı əşyaları gizlətdiyi yerə gedib həmin əşyaları oradan götürüb Polis Şöbəsinə qayıdaraq təqdim etmiş, həmin əşyalar protokol tərtib edilərək ondan götürülmüşdür. Şahid2 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-in, NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o və Mingəçevir ŞPŞ-in əməkdaşı X2 şəhərində yaşayan X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı X6 Mingəçevir şəhəri, Günəş küçəsi, 4 saylı uşaq baxçasının qarşısından piyada keçən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra X1 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə Müdafiəçi dəvət olundu və vəkilin iştirakı ilə X7 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən X7 izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. X9 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etm»di və baxış keçirilməzdən əvvəl X7 təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. X9 əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümü könüllü olaraq təqdim etdi. Həmin bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş büküm açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə heroinə oxşar kütlə olması aşkar olundu. Daha sonra mənim və digərlərinin iştirakı ilə X5 üzərinə baxış keçirildi və baxış zamanı Rəhbər Kərimovun üzərindən qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya aşkar olunmadı. Həmin narkotik vasitəyə oxşar həmin bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Heroinə oxşar kütlənin ümumi çəkisi 0.23 qram oldu Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-in 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Rəhbər Kərimovun özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı X9 üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə olan kütlənin heroin olduğunu, heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri, 12 saylı tam orta məktəbin yaxınlığından piyada keçən zaman yerdən taparaq əynindəki mavi rəngli cins şalvarın sağ yan cibinə qoyub üstündə saxladığını bildirdi. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 işlətdiyi Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 saylı yaşayış binasının qeyri yaşayış sahəsində yerləşən “Fratelli” geyim dükanından oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 işlətdiyi Mingəçevir şəhəri H.Əliyev prospekti 40 saylı yaşayış binasının baş tərəfində yerləşən “Karona” qızıl zinət əşyaları mağazasından oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 qardaşı X8 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 saylı yaşayış binasının qeyri yaşayış sahəsində yerləşən “Fratelli” geyim dükanından və Mingəçevir şəhəri H.Əliyev prospektindəki 40 saylı yaşayış binasının baş tərəfində yerləşən “Karona” qızıl zinət əşyaları mağazasından oğurladığı 1 ədəd Casio markalı EDİFİSE modelli qol saatı, 1 ədəd təzə, istifadə edilməmiş VMF Nano markalı V6120/4PQ0/81 modelli qol saatı, 1 ədədə VeriFone markalı, VX680-G modelli Pos Terminal, 1 ədəd “Diamond Selector İİ” markalı istifadə edilmiş brilliant ölçən cihaz, 1 ədəd istifadə edilmiş DİKANG markalı, HG01 modelli elektron qızdırma ölçən cihaz, 1 bağlama üzüklər üçün barmaq ölçüsü götürülən alət, 1 ədəd böyüdücü lupa, 1 ədəd dəmir biz Şahid1 götürülmüşdür. Odur ki, Şahid1 götürülmüş Casio markalı EDİFİSE modelli qol saatı, 1 ədəd təzə, istifadə edilməmiş VMF Nano markalı V6120/4PQ0/81 modelli qol saatı, 1 ədədə VeriFone markalı, VX680-G modelli Pos Terminalı, 1 ədəd “Diamond Selector İİ” markalı istifadə edilmiş brilliant ölçən cihaz, 1 ədəd istifadə edilmiş DİKANG markalı, HG01 modelli elektron qızdırma ölçən cihaz, 1 bağlama üzüklər üçün barmaq ölçüsü olan alət, 1 ədəd böyüdücü lupa, 1 ədəd dəmir biz maddi sübut kimi tanınaraq saxlanılması üçün zəzərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5872 saylı rəyindən görünür ki, 1 ədəd 3 il istifadə edilmiş, Casio markalı EDİFİSE modelli qol saatının 150 manat, 2 ədəd təzə, istifadə edilməmiş VMF Nano markalı V6120/4PQ0/81 modelli qol saatının 1 ədədinin qiyməti 175 manat olmaqla 2 ədədinin qiyməti 350 manat, 1 ədəd təzə, istifadə edilməmiş VMF Nano markalı V6120/4DD0/8G7/81 modelli qol saatının qiymətinin 170 manat, 1 ədəd təzə, istifadə edilməmiş VMF Miras İrs 4125 markalı V4125/2PA0/2G0/06 modelli qol saatının qiymətinin 210 manat, 1 ədəd təzə, istifadə edilməmiş VMF Azman markalı V4118/4PC/2R3/71Rose-Gold modelli qol saatının qiymətinin 270 manat, 1 ədədə VeriFone markalı, VX680-G modelli Pos Terminalın qiymətinin 140 manat, 10 mm qalınlıqlı, 90x220 sm ölçüdə bişmiş şüşədən olan qapının 150 manat, 1 ədəd “Diamond Selector İİ” markalı istifadə edilmiş brilliant ölçən cihazın qiymətinin 45 manat, 1 ədəd istifadə edilmiş DİKANG markalı, HG01 modelli elektron qızdırma ölçən cihazın qiymətinin 20 manat, 1 bağlama üzüklər üçün barmaq ölçüsü olan alətin qiymətinin 20 manat, 1 ədəd böyüdücü lupanınm qiymətinin 5 manat, 1 ədəd dəmir bizin qiymətinin 2 manat, 1 ədəd 5 il istifadə edilmiş sensor ekranlı BlackBerry markalı mobil telefonun qiyməsinin 60 manat, l,5mm qalınlıqlı, lOOsm x 50sm ölçüdə şüşənin qiymətinin 8 manat olmaqla ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar paramertlərinə uyğun olaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1600,00 manat müəyyən edilir. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, X11 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, X11 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 may 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Mingəçevir şəhəri H.Əliyev prospekti 40№-li yaşayış binasının baş tərəfində yerləşən “Karona” qızıl-zinət əşyaları mağazasının giriş qapısına yaxınlaşıb yerdən götürdüyü daş parçasını zərbə ilə atıb mağazanın plastik qapısının üzərində olan şüşəni sındırıb qapının kilidini açaraq həmin yerdən saxlanc yeri hesab olunan mağazaya qanunsuz olaraq daxil olub mağazada rəflərdən 45 (qırx beş) manat dəyərində 1 (bir) ədəd “Diamond Selector İİ” markalı istifadə edilmiş brilliant ölçən cihazı, 20 (iyirmi) manat dəyərində 1 (bir) ədəd istifadə edilmiş DİKANG markalı, HG01 modelli elektron qızdırma ölçən cihazı, 20 (iyirmi) manat dəyərində 1 (bir) bağlama üzüklər üçün barmaq ölçüsü götürülən aləti, 5 (beş) manat dəyərində 1 (bir) ədəd böyüdücü lupanı, 2 (iki) manat dəyərində 1 (bir) ədəd dəmir bizi, 60 (atmış) manat dəyərində 1 (bir) ədəd 5 (beş) il istifadə edilmiş sensor ekranlı BlackBerry markalı mobil telefonu özgənin yəni Zərərçəkmiş şəxs2 məxsus 152 (yüz əlli iki) manat məbləğdə əmlakı Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 may 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166№-li yaşayış binasının qeyri yaşayış sahəsində yerləşən “Fratelli” geyim mağazasının giriş qapısına yaxınlaşıb yerdən götürdüyü daş parçasını zərbə ilə atıb mağazanın bişmiş şüşədən olan giriş qapısını sındırıb həmin yerdən saxlanc yeri hesab olunan mağazaya qanunsuz olaraq daxil olub mağazada satılan saatların saxlanıldığı rəfdən 1 (bir) ədədinin qiyməti 175 (yüz yetmiş beş) manat olan 350 (üç yüz əlli) manat dəyərində 2 (iki) ədəd təzə, istifadə edilməmiş VMF Nano markalı V6120/4PQ0/81 modelli qol saatını, 170 (yüz yetmiş) manat (yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd təzə, istifadə edilməmiş VMF Nano markalı V6120/4DD0/8G7/81 modelli qol saatını, 210 (iki yüz on) manat dəyərində 1 (bir) ədəd təzə, istifadə edilməmiş VMF Miras İrs 4125 markalı V4125/2PA0/2G0/06 modelli qol saatını, 270 (iki yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd təzə, istifadə edilməmiş VMF Azman markalı V41 18/4PC/2R3/71Rose-Gold modelli qol saatını, mağazada satıcının əyləşdiyi hissədə piştaxtanın üzərindən 150 manat (yüz əlli) manat dəyərində 1 (bir) ədəd 3 (üç) il istifadə edilmiş, Casio markalı EDİFİSE modelli qol saatını, 140 (yüz qırx) manat dəyərində 1 (bir) ədəd Veı il one markalı, VX680-G modelli Pos Terminalı, piştaxtanın üzərində olan kassa aparatından 1023 (min iyirmi üç) manat məbləğdə nəğd pul özgənin, yəni Zərərçəkmiş şəxs1 məxsus 2313 (iki min üç yüz on üç) manat məbləğdə əmlakı Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxs Feruz Çıraqova qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxs Feruz Çıraqova qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli 2353 nömrəli sərəncamı ilə X11 “Çəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X8 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Feruz Çıraqovun üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Mingəçevir şəhəri və Yevlax rayon ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. X8 xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Feruz Çıraqovun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs Feruz Çıraqovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut 1 ədəd Casio markalı EDİFİSE modelli qol saatı, 1 ədəd VMF Nano markalı V6120/4PQ0/81 modelli qol saatı, 1 ədədə VeriFone markalı, VX680-G modelli Pos 1 erminalı, maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1, 1 ədəd “Diamond Selector İİ” markalı brilliant ölçən cihaz, 1 ədəd DİKANG markalı, HG01 modelli elektron qızdırma ölçən cihaz, 1 bağlama üzüklər üçün barmaq ölçüsü olan alət, 1 ədəd böyüdücü lupa. 1 ədəd dəmir biz maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: X11 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəslərində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X8 xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X8 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhəri və Yevlax rayon ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X8 cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. X11 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 1 ədəd Casio markalı EDİFİSE modelli qol saatı, 1 ədəd VMF Nano markalı V6120/4PQ0/81 modelli qol saatı, 1 ədədə VeriFone markalı, VX680-G modelli Pos 1 erminalı, maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1, 1 ədəd “Diamond Selector İİ” markalı brilliant ölçən cihaz, 1 ədəd DİKANG markalı, HG01 modelli elektron qızdırma ölçən cihaz, 1 bağlama üzüklər üçün barmaq ölçüsü olan alət, 1 ədəd böyüdücü lupa. 1 ədəd dəmir biz maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-145/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-145/2022
21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver