Məhkəmə qərarları › İş №1(051)-145/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-145/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-145/2025 01.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Xüsusi ittihamçı: X4 Barəsində şikayət verilmiş şəxs: X3 iştirakı ilə X3 barəsində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: X4 tərəfindən X3 barəsində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. İş üzrə xüsusi ittihamçı X4 şikayət ərizəsində göstərmişdir ki, o, 2 ildən artıq bir müddət ərzində X7 Teatrının direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının əməkdar artisti olmaqla, çoxsaylı mükafatları almışdır. Ölkə ərazisində teatr sahəsi üzrə sayılıb-seçilən sənətkarlardan biridir. X7 Teatrına direktor vəzifəsinə təyin olunmağında məqsəd, sözügedən teatrda baş verən qeyri-prosessual hərəkətlərə son qoyulması, teatrın nüfuzunun artırılması, şəhər əhalisinin teatra gəlməsini aktivləşdirmək və mədəniyyət sahəsində müsbət dəyişikliklərə nail olmaq olmuş, lakin bir neçə ay bundan əvvəl işdən çıxmaqla bağlı ərizəsini Mədəniyyət Nazirliyinə göndərmiş və xahişi təmin olunmaqla əmək müqaviləsinə xitam verilmişdir. X1 qanunsuz olaraq onu cinayətdə törətməkdə ittiham etdiyi təhqir və böhtanlarına məruz qalmışdır. Əvvəllər teatrın əməkdaşı və aktyoru vəzifəsində çalışan X5 4 iyun 2025-ci il tarixdə internet resurslarında olan sosial şəbəkələrdə Aran Media adlanan səhifədə Tik Tok platforma üzərindən paylaşım edərək onun barəsində həqiqəti əks etdirməyən, yalan və böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, X5 məhkəmənin qərarı olmadan onu cinayət törətməkdə təqsirli bilərək ona böhtan atmış və onun bu yalan məlumatları çoxsaylı sosial şəbəkə istifadəçiləri tərəfindən izlənmişdir. X5 hazırda da qərəzli olaraq sosial şəbəkələrdə çoxsaylı izləyicilərə çatmasını istəyərək onun haqqında həqiqəti əks etdirməyən böhtanlar yaymağa davam edir. X5 onu vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma ilə ittiham edir. Sözügedən ittihamlar çox ciddi ittihamlar olmaqla onu cəmiyyətdə mənfi xarakterizə edəcək bir böhtandır. Sözügedən şəxs 60 min nəfərdən çox izlənən və geniş izləyici kütləsinə yayılan videoda onun X7 Teatrının büdcəsindən pulları mənimsəməklə Bakı Uşaq və Gənclər Teatrını maliyyələşdirməkdə ittiham etmişdir. Bundan əlavə bildirir ki, o, başqa şəxslərin göstərişi ilə işləmişdir və peşakarlığı yoxdur. Bundan əlavə X5 onun barəsində sosial şəbəkədə olan sadə bir paylaşımın altında qeyri etik sözlər yazmışdır. Belə ki, İbrahim Salamovun sosial şəbəkədə ikisinin şəklinin altından “İntiqam matışkadı” kimi sözlər yazmaqla onu təhqir etmişdir. Bundan əlavə teatr əməkdaşlarının şəkli olan lövhədən onun şəklini götürüb üzərinə tüpürmüş və hamının gözü qarşısında yerə atmışdır. Onun sözügedən cinayətləri törətməkdə sübut edəcək bir dəlili olmadığı halda, X3 bu cür məlumatları qəsdən paylaşması onun əməlindən peşman olmamasının və bu əməlləri qərəzli olaraq etməsinin bariz nümunəsidir. Bu hadisələr nəticəsində onun normal iş rejimi pozulmuş, əsassız olaraq kənar şəxslərin kinayəli baxışlarına məruz qalmış və bu əsassız böhtanlar səbəbindən cəmiyyətdə haqsız qınaq obyektinə çevrilmişdir. Odur ki, məhkəmədən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinərək, onun həmin maddənin sanksiyasında göstərilən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Barəsində şikayət verilmiş X5 məhkəmə iclası zamanı izahatında şikayətin dəlillərini qəbul etmədi və göstərdi ki, o, 25 ilə yaxındır Dövlət Müəssisəsində - X7 Teatrında çalışır. Dəfələrlə mükafatları və təşəkkür məktubları olmuşdur. X2 rəhbərlik etdiyi 2 ildən bir az artıq zamanda X7 Teatrında aktivlik və satışlar azalıb. Onun sosial media platformasının birində, "Aran Media" adlı xəbər səhifəsində müsahibəsi yayımlanıb. Orada iddiaları onun öz teatrından gərəksiz geyim yaxud hər hansı ləvazimatı gətirib, X7 Teatrında sənədləşdirərək dəyərindən artıq pul yazdırıb aparması olmuşdur. Bunu da bütün teatr kollektivi bilir. Hamı bunu təsdiq edə bilər. İkinci iddiası o olub ki, Mingəçevir Teatrının pulunu hər hansı yolla öz xeyrinə (Bakıdakı Uşaq və Gənclər Teatrının xeyrinə) xərcləyib. Yaxud hər hansı formada sənədləşdirib. Burada və Bakıdakı Teatrda direktor olaraq maaş almasına baxmayaraq, əksər vaxt ezamiyyət vərəqəsi alaraq Bakıya öz evinə gedib amma sənədləşdirəndə Bakı Uşaq Teatrda hər hansı teatr tədbiri yaxud vacib iş üçün sənədə qeyd edilib. Teatrın xidməti maşınlarından istifadə edilməyib, çünki biri davamlı olaraq kimlərinsə şəxsi istifadəsində olub, digəri istifadəyə yararsız halda teatrın heyətində dayanıb. Kollektivdə basqı ilə işdən çıxarılan, çıxarılmaqla hədələnən, bütün iclaslarda "ərizə yazmalısız işdən çıxmaq üçün" deyərək psixoloji basqı etdiyi əməkdaşlar var. Bu davranışlarını isə özünə yaxın bir neçə şəxs ilə həyata keçirirdi. Onun tik tok səhifəsi (profili) yoxdur, Tik tok səhifəsi işlədə bilmir, bütün insanlar kimi ya birbaşa səhifə olmadan girib baxa bilər, ya da övladlarına aid telefonda giriş yeri varsa onların telefonunu yalnız xəbər yaxud əyləncəyə baxmaq üçün alıb girmişdir. İntiqam Soltanın istinad etdiyi şərh onun tərəfindən yazılmamışdır. Çünki ölkədə çox sayda “Məmmədov” soyadlı şəxs vardır. Daha bir fikrinə görə o, İntiqam Həsənlinin şəklini yerə vurmuşdur. Tamamilə yalandır. İntiqam Həsənli şəklinin hələ də işləyənlər sırasında olmasını tələb edib. Hesab edir ki, şikayət vermiş şəxsin istinad etdiyi həmin dəlillər də əsaslı deyildir.Odur ki, məhkəmədən şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsini xahiş edir. İş üzrə xüsusi ittihamçı X4 məhkəməyə ərizə ünvanlayaraq şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəməbu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Odur ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 302-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti əsasında X3 barəsində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar