Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-146/2021 11.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1958-ci ildə Yevlax rayonu Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, C.Məmmədquluzadə küçəsi ev 1/18-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Abdullayev X43 bələdiyyəsinin 09.12.2013-cü il tarixli, 12 saylı protokoluna əsasən 09.12.2013-cü il tarixdən 13.01.2020-ci il tarixədək Mingəçevir bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar şəhər sakinləri arasında nüfuz qazanmaq, özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli, “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının 30 noyabr 1999-cu il tarixli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunlarına, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə, həmçinin bələdiyyə üzlərinin 25.02.2000-ci il tarixli, 03 saylı iclas qərarı ilə təsdiq edilmiş X2 əsasən kollegiyal orqan olan bələdiyyənin mülkiyyətində olan əmlakı idarə etmək, bələdiyyə torpaqlarını fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə vermək, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirmək, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlamaq, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirmək, səlahiyyətləri daxilində əmr və sərəncamlar vermək, bələdiyyənin qərarlarını imzalamaq və s. səlahiyyətlərə malik olduğu halda, həmin tələbləri yerinə yetirməyərək kollektiv orqan olaraq fəaliyyət göstərən Mingəçevir bələdiyyəsi tərəfindən qərar qəbul edilməsinə əsas olan müvafiq məsələni bələdiyyənin gündəliyinə çıxarmadan, torpaqların istifadəyə, icarəyə və mülkiyyətə verilməsi zamanı açıq torpaq hərraclarını və müsabiqələrin keçirilməsini təmin etmədən, bələdiyyə üzvləri tərəfindən bələdiyyə iclasında müzakirəsi olunmadan və bu barədə Mingəçevir bələdiyyəsinin iclas protokollarında heç bir qeydiyyat işləri aparılmadan öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşlar arasında nüfüz qazanmaq və özü üçün üstünlük əldə etmək məqsədilə Mingəçevir şəhər sakini Şahid5 Mingəçevir bələdiyyəsinin 23.12.2006-cı il tarixli 29/2 nömrəli qərarı ilə Təbriz küçəsindəki mövcud obyektlərin yanındakı ərazidən sahibkarlıq faəliyyəti ilə məşğul olmaq üçün icarəsinə verilmiş 40 kv.metr torpaq sahəsindən əlavə torpaq sahəsi vermək üçün 2016-cı ildə rəsmi sənəd sayılan həmin qərarın məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək 07.01.2016-cı il tarixli, 79 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında Şahid5 əlavə 15 kv.metr, Mingəçevir şəhər sakini Şahid7 Mingəçevir şəhəri, DRES qəsəbəsi, Naxçıvan və Natəvan küçələrinin kəsişməsindəki ərazidən ticarət obyekti tikintisi üçün torpaq sahəsi ayırmaq məqsədi ilə 2018-ci ilin yanvar ayında rəsmi sənəd sayılan bələdiyyənin sabiq sədri Şahid4 tərəfindən imzalanmış 03.08.2012-ci il tarixli, 08/7 nömrəli qərarının məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək Şahid7la 05.01.2018-ci il tarixli, 711 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlayaraq, sonuncuya 32 kv.metr, Mingəçevir şəhər sakini Şahid6 ticarət köşkü qoymaq üçün Mingəçevir bələdiyyəsinin 28.11.2002-ci il tarixli, 31/1 nömrəli qərarı, həmçinin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 03.12.1999-cu il tarixli 294 saylı sərəncamı ilə Təbriz küçəsində ayrılmış ümumilikdə 96 kv.metr torpaq sahəsindən əlavə torpaq sahəsi vermək üçün 2018-ci ilin mart ayında rəsmi sənəd sayılan bələdiyyənin sabiq sədri Şahid4 tərəfindən imzalanmış 03.08.2012-ci il tarixli 08/7 nömrəli qərarının məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək Şahid6 əlavə 162 kv.metr, Mingəçevir bələdiyyəsinin 06.08.2004-cü il tarixli 57/1 nömrəli qərarı ilə Mingəçevir şəhər sakini X3 fəaliyyəti ilə məşğul olmaq üçün Mingəçevir şəhəri Ə.Vahid küçəsindəki mövcud obyektlərin yanındakı ərazidən avtomobilləri yuma məntəqəsinin təşkili üçün ayrılmış olan 200 kv. metr torpaq sahəsinin 2018-ci ilin iyul ayında şəhər sakini Şahid2 ayrılması üçün rəsmi sənəd sayılan bələdiyyənin sabiq sədri Şahid4 tərəfindən imzalanmış 30.04.2013-cü il tarixli 04/5 nömrəli qərarın məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək Şahid2 təqdim edib onunla 07.01.2019-cu il tarixli, 504 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlayaraq, sonuncuya 200 kv.metr, Mingəçevir şəhər sakini Şahid3 Mingəçevir şəhəri, Karyerə gedən yolun sol tərəfindəki ərazidən qəbirüstü abidə daşlarının hazırlanması sexinin tikintisi üçün torpaq sahəsi ayırmaq məqsədi ilə 05.01.2019-cu ildə rəsmi sənəd sayılan 29.12.2013-cü il tarixli, 14/12 nömrəli bələdiyyə qərarın məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək Şahid3 təqdim edib onunla 05.01.2019-cu il tarixli, 760 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlayaraq, sonuncuya 2000 kv.metr, Mingəçevir şəhər sakini Şahid2 adı “Mingəçevir bələdiyyəsinin ümumi istifadədə olan torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə və s.) ödənilməsi məqsədilə tikinti aparılmadan, xidməti yerlərinin seçilməsi, mövsümi xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılmasına razılıq verilməsi haqqında” Mingəçevir bələdiyyəsinin 15.05.2019-cu il tarixli 08/4 nömrəli qərarında olmadığı halda, 2019-cu ildə göstərilən qərar əsas götürülməklə Şahid2 mövsümi çayxana fəaliyyəti ilə məşğul olması üçün 01.07.2019-cu il tarixli 67 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında 200 kv. metr bələdiyyə torpaqlarının icarəyə verilməsi üçün təkbaşına qərarlar qəbul etməklə torpaqdan istifadə qaydaları və şərtlərinə dair Azərbaycan Respublikasının torpaq və aqrar qanunvericiliyinə əməl edilməsi sahəsində bələdiyyələrin nüfuzuna xələl gətirən qeyd olunan hərəkətləri etməklə sədri olduğu bələdiyyənin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin yerli özünüidarə etmə siyasəti sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2013-cü ilin dekabr ayının 9-dan etibarən Mingəçevir şəhər bələdiyyəsinin sədri seçilmiş və 2020-ci ilin yanvar ayının 14-dək həmin vəzifədə çalışmışdır. Mingəçevir şəhər sakini Şahid5 Mingəçevir bələdiyyəsinin 23.12.2006-cı il tarixli 29/2 nömrəli qərarı ilə Təbriz küçəsindəki mövcud obyektlərin yanındakı ərazidən sahibkarlıq faəliyyəti ilə məşğul olmaq üçün icarəsinə verilmiş 40 kv.metr torpaq sahəsindən əlavə torpaq sahəsi vermək üçün 2016-cı ildə ona əlavə olaraq 15 kv metr torpaq sahəsi vermək üçün Mingəçevir bələdiyyəsinin qeyd olunan qərarında dəyişiklik edərək həmin qərarda Şahid5 verilmiş torpaq sahəsini 40 deyil, 55 kv metr olaraq göstərmişdir. 2016-cı ildə Şahid5 müraciət edərək özünə məxsus qeyd edilən torpaq sahəsinin yanında boş torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinin ona verilməsini xahiş etdiyi üçün ona göstərilən torpaq sahəsini qeyd olunan formada vermişdir. Həmçinin Qarabağ müharibəsi əlili kimi tanıdığı şəhər sakini Şahid7 da Mingəçevir şəhəri, DRES qəsəbəsi, Naxçıvan və Natəvan küçələrinin kəsişməsindəki ərazidən ticarət obyekti tikintisi üçün torpaq sahəsi ayrılmasını xahiş etdiyi üçün 2018-ci ilin yanvar ayında rəsmi sənəd sayılan, bələdiyyənin sabiq sədri Şahid4 tərəfindən imzalanmış 03.08.2012-ci il tarixli, 08/7 nömrəli qərarın məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək Şahid7la 05.01.2018-ci il tarixli, 711 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlayaraq sonuncuya 32 kv.metr torpaq sahəsi vermişdir. Eyni zamanda Mingəçevir şəhər sakini Şahid6 ticarət köşkü qoymaq üçün Mingəçevir bələdiyyəsinin 28.11.2002ci il tarixli, 31/1 nömrəli qərarı, həmçinin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 03.12.1999cu il tarixli 294 saylı sərəncamı ilə Təbriz küçəsində ayrılmış ümumilikdə 96 kv.metr torpaq sahəsindən əlavə torpaq sahəsi vermək üçün 2018-ci ilin mart ayında rəsmi sənəd sayılan bələdiyyənin sabiq sədri Şahid4 tərəfindən imzalanmış 03.08.2012-ci il tarixli 08/7 nömrəli qərarın məzmununa yalan məlumatlar daxil edərək Şahid6 əlavə 162 kv.metr torpaq sahəsi verdiyi üçün sonuncu artırılmış torpaq sahəsinə görə də icarə haqqı ödəməyə başlamışdır. Bundan başqa Mingəçevir bələdiyyəsinin 06.08.2004-cü il tarixli 57/1 nömrəli qərarı ilə Mingəçevir şəhər sakini X3 fəaliyyəti ilə məşğul olmaq üçün Mingəçevir şəhəri Ə.Vahid küçəsindəki mövcud obyektlərin yanındakı ərazidən avtomobilləri yuma məntəqəsinin təşkili üçün ayrılmış olan 200 kv. metr torpaq sahəsinin 2018-ci ilin iyul ayında şəhər sakini Şahid2 ayrılması üçün rəsmi sənəd sayılan bələdiyyənin sabiq sədri Şahid4 tərəfindən imzalanmış 30.04.2013-cü il tarixli 04/5 nömrəli qərarın məzmununa dəyişiklik edərək göstərilən qərarı Şahid2 verməklə onunla 07.01.2019-cu il tarixli, 504 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlamışdır. Eyni zamanda Mingəçevir şəhər sakini Şahid3 Mingəçevir şəhəri, Karyerə gedən yolun sol tərəfindəki ərazidən qəbirüstü abidə daşlarının hazırlanması sexinin tikintisi üçün torpaq sahəsi ayırmaq məqsədi ilə 05.01.2019-cu ildə 29.12.2013-cü il tarixli, 14/12 nömrəli bələdiyyə qərarının məzmununa yalan məlumatlar daxil edərək Şahid3 təqdim edib onunla 05.01.2019-cu il tarixli, 760 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlayaraq, sonuncuya 2000 kv.metr torpaq sahəsi vermişdir. Mingəçevir şəhər sakini Şahid2 adı “Mingəçevir bələdiyyəsinin ümumi istifadədə olan torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə və s.) ödənilməsi məqsədilə tikinti aparılmadan, xidməti yerlərinin seçilməsi, mövsümi xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılmasına razılıq verilməsi haqqında” Mingəçevir bələdiyyəsinin 15.05.2019-cu il tarixli 08/4 nömrəli qərarında olmadığı halda, 2019-cu ildə göstərilən qərar əsas götürülməklə Şahid2 mövsümi çayxana fəaliyyəti ilə məşğul olması üçün 01.07.2019-cu il tarixli 67 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında 200 kv. metr bələdiyyə torpaqlarının icarəyə verilməsi üçün qərar qəbul etmişdir. Adlarını qeyd etdiyi şəxsləri şəhər sakini kimi tanıdığı üçün, həmin şəxslər uzun müddət torpaq sahələri almaq üçün Mingəçevir bələdiyyəsinə müraciət etdikləri üçün və həmin şəxslərə torpaq sahəsi verilmədiyi üçün onlara Mingəçevir bələdiyyəsinin üzvləri tərəfindən müzakirəsi aparılmadan, təkbaşına torpaq sahələrinin ayrılması barədə qərar qəbul edərək təqdim etmişdir. Göstərilən toraq sahələrinin ayrılması müqabilində həmin şəxslərdən heç bir məbləğdə pul tələb edərək almamışdır. X7 şəhər sakini kimi tanıdığı üçün sonuncuya Mingəçevir bələdiyyəsi adından qəbul edilmiş göstərilən qərarları təqdim etmişdir. Göstərilən torpaq sahələrinin verilməsi müqabilində həmin şəxslərdən heç bir məbləğdə pul tələb edərək almamışdır. X53 adına 2014-cü ildə torpaq sahəsinin ayrılması üçün hərrac keçirilməli olduğunu nəzərə alaraq Mingəeçvir bələdiyyəsinin sabiq sədri kimi özü tərəfindən imzalanmış Mingəçevir bələdiyyəsinin qərarını O.Əzizova təqdim etmişdir. Göstərilən torpaq sahəsinin verilməsi müqabilində O.Əzizovdan heç bir məbləğdə pul və ya sair nemət almamış və tələb etməmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadəsində bildirdi ki, 2007-ci ildən etibarən Mingəçevir bələdiyyəsində hüquqşünas vəzifəsində çalışmışdır. Fəaliyyəti Mingəçevir bələdiyyəsini məhkəmələrdə və hüquq mühafizə orqanlarında təmsil etməkdən, iddia ərizələrinin tərtib edilməsindən ibarət olmuşdur. Mingəçevir bələdiyyəsində iclaslar ayda 1 dəfə, bəzi hallarda isə 2 dəfə bələdiyyə tərəfindən müvafiq qərarların qəbul edilməsi üçün keçirilmişdir. Mingəçevir bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarların, protokolların və vətəndaşlarla bağlanmış müqavilələrin qeydiyyatı jurnalların mövcud olması heç bir məlumatı olmamışdır. Çalışdığı dövrdə Mingəçevir bələdiyyəsində jurnallar Ümumi şöbədə tərtib edilmişdir. Həmin şöbənin rəhbəri Şahid8 olmuşdur. Şahid7, X33, X45, X46, X24, X18, X65 oğluna, X19, X34 icarələrinə torpaq sahələrinin ayrılması ilə əlaqədar Mingəçevir bələdiyyəsi tərəfindən X32 təqdim edilmiş Mingəçevir bələdiyyəsinin 03.08.2012-ci il tarixli, 08 nömrəli protokolunda 7 məsələnin ümumiyyətlə müzakirəsi aparılmadan və həmin protokolda bu barədə qeydiyyat olmadan həmin şəxslərin icarələrinə torpaq sahələrinin ayrılması haqqında Mingəçevir bələdiyyəsinin qərarlarının tərtib edilməsinin mümkün olmadığını bildirmişdir. Həmin şəxslərə torpaq sahəsinin verilməsi barədə tam məlumatsız olmuş, əgər göstərilən hal baş vermişsə həmin qərarlar saxtalaşdırılmışdır. Kollegial orqan olan Mingəçevir bələdiyyəsi tərəfindən qərar qəbul edilməsi üçün mütləq bələdiyyə iclasında bələdiyyənin bütün üzvləri tərəfindən müvafiq qərar qəbul edilməsi üçün səsvermə keçirilməli və bütün bunların nəticəsində bələdiyyə qərarı qəbul edilməlidir. Yəni bələdiyyə qərarı qəbul edilməsi üçün bələdiyyənin yetərsay hesab olunan üzvləri həmin prosesdə iştirak etməlidir. Bələdiyyənin sədri tərəfindən təkbaşına qərar qəbul edilə bilməz. Yəni müvafiq qərar qəbul edilməsi üçün Mingəçevir bələdiyyəsinin üzvləri tərəfindən səsvermə keçirilməmişsə və bu barədə bələdiyyənin iclas protokolunda qeydiyyat aparılmamışsa həmin qərar saxtadır. 2007-ci ildə Mingəçevir şəhər Bələdiyyəsinin müvafiq tarixli qərarları ilə Şahid7, X26, Şahid3, X35, X20, X15, X65 oğlunun, X16, X27 icarələrinə torpaq sahəsi verilməsi barədə qərarlar qəbul edilməsə də, Mingəçevir bələdiyyəsinin 03 avqust 2012-ci il tarixli 08/7 saylı qərarı ilə həmin şəxslərin icarələrinə verilmiş torpaq sahələrinin icarə müddətləri uzadılması mümkün deyildir. Əgər göstərilən hal baş vermişsə həmin qərarlar saxtalaşdırılmışdır. Həmin şəxslərin icarələrinə göstərilən torpaq sahələri verilmədiyi üçün həmin torpaq sahələrinin icarə müddətinin uzadılması barədə qərar da qəbul edilə bilməz. X57 oğlunun adı 24 iyul 2007-ci il tarixli 39 saylı Mingəçevir bələdiyyəsinin protokolunda, X5 adı 12 oktyabr 2007-ci il tarixli 40 saylı protokolda, X74 oğlunun adı 19 mart 2007-ci il tarixli 33 saylı protokolda, Camalov Mübariz Hüseynxan oğlunun adı 12 oktyabr 2007ci il tarixli 40 saylı protokolda, X37 adı Mingəçevir bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/3 nömrəli protokolunda, X22 adı Mingəçevir bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/3 nömrəli protokolunda qeyd edilməsə də, həmin şəxslərə göstərilən tarixli və nömrəli Mingəçevir bələdiyyəsinin qərarları təqdim edilməsi halın mümkün deyildi. Əgər Mingəçevir bələdiyyəsi tərəfindən həqiqətən göstərilən tarixli qərarlar qəbul edilmiş olsa idi, mütləq bu barədə müvafiq protokollarda qeydlər aparılmalı və bundan sonra qərar qəbul edilməli idi. Torpaq sahələrinin icarəyə verilməsi üçün açıq torpaq hərracı və ya müsabiqəsi elan etmədən, torpaq sahələrinin ilkin icarədarının razılığı əsasında X11 və X4 icarələrinə torpaq sahələrinin ayrılması haqqında 25.04.2014-cü il tarixli, 05/5 nömrəli və X53 icarəsinə torpaq sahəsinin ayrılması haqqında 11.09.2014-cü il tarixli, 12/6 nömrəli bələdiyyə qərarlar qəbul edilməsi mümkün deyil. Vətəndaşların icarələrinə torpaq sahəsinin ayrılması üçün mütləq hərrac keçirilməli və bunun əsasında da ilkin torpaq sahəsi ayrılmış vətəndaşların torpaq sahələri digər şəxsin icarəsinə verilə bilər. 2008-ci ilədək həmin torpaq sahələri ilkin icarədarın razılığı ilə digər icarədarlara verilsə də, həmin tarixdə qəbul edilmiş qanunla birlikdə göstərilən hal aradan qalxmış və mütləq hərrac əsasında torpaq sahəsi digər şəxslərin icarəsinə verilməlidir. Təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid1 ifadəsində bildirdi ki, 2020-ci ilin fevral ayından etibarən Mingəçevir bələdiyyəsinin sədri vəzifəsində işləyir. Mingəçevir bələdiyyəsindən şəhər prokurorluğuna onun adından ünvanlanmış müraciətlərdəki imza ona məxsusdur. Şəhər prokurorluğuna ünvanlanmış 05.03.2021-ci il tarixli, 568 nömrəli məktubda qeyd olunan qərarların heç biri Mingəçevir bələdiyyəsinin gündəliyinə çıxarılıb müzakirə edilmədən, kollegial orqan olan bələdiyyə üzvlərinin iradəsini əks etdirməmiş, bundan başqa həmin qərarlar barədə göstərilən dövrü əhatə etməklə Ədliyyə Nazirliyinə göndərilən protokllarda öz əksini tapmamış, yəni sonradan bilmədiyi şəxs tərəfindən tərtib edilərək saxtalaşdırılmışdır. Mingəçevir bələdiyyəsində qəbul edilmiş qərar, protokol və müqavilələrin qeydiyyat kitabı olmamışdır. Bələdiyyə sədri vəzifəsinə təyin olunduğu vaxtdan etibarən Mingəçevir bələdiyyəsində qəbul edilmiş qərar, protokolların və müqavilələrin qeydiyyatı kitabların hər birini tərtib etdirmişdir. Şahid2 ifadəsində bildirdi ki, 2017-ci ilin aprel ayında Mingəçevir şəhərindəki Dostluq parkının ərazisində sabiq Mingəçevir şəhər icra başçısı Niyazi Bayramovun razılığı və şifahi göstərişi əsasında mövsümi çayxana düzəltdirmişdir. Həmin ərazidən bir neçə metr yaxınlıqda yerləşən icarə əsasında işlətdiyi Elxan Şəfiyevə məxsus avtomobil yuma məntəqəsi ərazisində gəzərkən Niyazi Bayramov həmin ərazinin bərbad, zibilxana olduğunu bildirib irad tutaraq həmin əraziləri abadlaşdırmağı məsləhət görmüşdür. Həmin ərazi onun istifadəsində olmadığını əsas gətirdikdə N.Bayramov həmin ərazidə abadlaşdırma işləri apara biləcəyini soruşmuş, o da həmin ərazidə çayxana düzəltdirməyə icazə verəcəyi halda həmin ərazini səliqə-səhmana salacağını bildirmişdir. N.Bayramov da razılaşaraq dərhal sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs yanına çağırıb həmin bərbad ərazini mövsümi çayxana obyekti kimi onun istifədəsinə verilməsinə şərait yaradılması üçün göstəriş vermişdir. Bunun əsasında da Mingəçevir bələdiyyəsi ilə həmin ildən etibaran müqavilə bağlayaraq bələdiyyənin büdcəsinə aylıq 54 manat icarə haqqı ödəmiş, 2017-ci ildə bələdiyyə büdcəsinə 4 aylıq mövsümi dövrdə aylıq 54 manat olmaqla cəmi 216 manat ödəsə də, 2018-ci ilin may ayında Mingəçevir bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs çalışdığı Qədir Xum çayxanasına gəlmiş bələdiyyənin əməkdaşı Şahid12 bu ildən etibarən bələdiyyə büdcəsinə 432 manat pul ödəməli olacağnı bildirmişdir. Həmin vaxt hansı səbəbə görə 216 yox 432 manat ödəməli olduğunu soruşanda Təqsirləndirilən şəxs gələcəkdə adına özəlləşdirilə bilməsi üçün həmin ərazinin uzunmüddətli icarədarı olmağını təsdiqləyən fakt kimi həmin nəticəyə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxslə razılaşaraq dərhal yanvar-mart aylarını əhata edən 108 manat pulu ödəyəcəyini bildirərək onlarla razılaşmışdır. Həmin ayın sonunda isə Mingəçevir bələdiyyəsinin Tərlan adlı əməkdaşı onun çalışdığı iş yerinə gələrək çayxana kimi obyektinda çalışan X28 108 manat pul almışdır. 2017-ci ildə və ondan sonrakı dövrlərdə hər ayın sonunda S.Səfərova icarə haqqını vermişdir ki, həmin Tərlan adlı işçiyə ödəsin. Tərlan da Soltandan əlbəəl aldığı icarə haqqı müqabilində bir neçə gün sonra Soltana qəbz təqdim etmişdir. Hətta bir neçə dəfə də Soltan həmin icarə haqlarını yanında Tərlana vermişdir. Həmin qəbzlərdən bəzilərini saxlasa da, əksəriyyəti mövcud olmamış, 01.01.2018-ci ildən 01.07.2020-ci ilədək çayxanaya görə bələdiyyə büdcəsinə aylıq 36 manat olmaqla illik 432 manat icarə haqqı ödəmişdir. Lakin 01.07.2020-ci ildə bələdiyyə sədri Şahid1 müraciət edərək Qədir Xum çayxanası ilə əlaqədar yenidən müqavilə bağlamaq istədiyini bildirsə də, sonuncu pandemiya ilə əlaqədar müqavilə bağlaya bilməyəcəyini bildirmişdir. Həmçinin 2019-cu ilin yanvar ayından etibarən Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən 200 kv metrlik avtoyuma məntəqəsinə göra illik 432 manat pul ödəmişdir. Həmin avtoyuma məntəqəsi Qədir Xum çayxanası ila bitişik olmaqla yerləşmişdir. Həmin avtoyuma məntəqəsini 2019-cu ildə Mingəçevir şəhər sakini Şəfiyev Elxandan almışdır. 2017-2018-ci illərdə Mingəçevir bələdiyyəsi ilə göstərilən ərazini mövsümi icarəyə götürməyi barədə 4 aylıq müqavilələr bağlasa da, 2018-ci ildə faktiki olaraq bələdiyyə büdcəsinə aylıq 36 manat olmaqla 432 manat pul ödəmiş, buna görə də 01.07.2019-cu il tarixli, 67 nömrali qərarda 4 aylıq deyil 1 illik müqavilə bağlanılmış, çünki 2018-ci ildə faktiki olaraq 1 illik icarə haqqı ödəmişdir. Buna görə də növbəti ildə bağlanımış müqavilədə 1 illik müddətə bağlanmışdır. Təqsirləndirilən şəxs növbəti 2020-ci ildə müqavilə bağlanılacağı zaman uzun müddətə, yəni 1 ildən artıq, bir neçə illik müddətə müqavilə bağlayacağını bildirmişdir. 2017-ci ildə işçisi S.Səfərov vasitəsilə Mingəçevir bələdiyyəsinin obyektləri olan ərazi üzrə vergi yığan əməkdaşı X79 çayxanasına görə 216 manat, yanındakı avtoyuma məntəqəsinə görə isə 432 manat pul ödəmiş, lakin 2018-ci ildən etibarən isə Qədir Xum çayxanasına və avtoyuma məntəqəsinə görə bələdiyyə büdcəsinə hər birinə ayılıqda illik 432 manat olmaqla cəmi 864 manat pul ödəmiş, 01.07.2019-cu ildən 01.07.2020-ci ilədək isə yenə də, eyni qaydada çayxana və avtoyuma məntəqəsinin hər birinə 432 manat olmaqla cəmi 864 manat bələdiyyə büdcəsina icara haqqı ödəmişdir. İcarə haqqını hər ayın sonunda işçisi Soltana verir va sonuncu da hamin pulu Tərlana ödəmişdir. Aylıq ödənişlərə dair bir neçə gün sonra Tərlan qəbz təqdim etmişdir. Hətta bir neçə dəfə də Soltan həmin icarə haqlarını yanında Tərlana vermişdir. Həmin qəbzlərdən bəzilərini saxlasa da, əksəriyyəti mövcud olmamış, 01.01.2018-ci ildən etibarən 01.07.2020-ci ilədək çayxanaya görə bələdiyyə büdcəsinə aylıq 36 manat olmaqla illik 432 manat icarə haqqı ödəmiş, lakin 01.07.2020-ci ildə bələdiyyə sədri Şahid1 müraciət edərək Qədir Xum çayxanası ilə əlaqədar yenidən müqavilə bağlamaq istədiyini bildirsə də, sonuncu pandemiya ilə əlaqədar müqavilə bağlaya bilməyəcəyini bildirmişdir. Həmçinin 2019-cu ilin yanvar ayından etibarən Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən 200 kv metrlik avtoyuma məntəqəsinə göra illik 432 manat pul ödəmişdir. Həmin avtoyuma məntəqəsi Qədir Xum çayxanası ila bitişik olmaqla yerləşmişdir. Həmin avtoyuma məntəqəsini 2019-cu ildə Mingəçevir şəhər sakini Şəfiyev Elxandan almış, həmin moyka bələdiyyə mülkiyyəti olmaqla E.Şəfiyevə verilsə də, sonradan 2019-cu ildə sonuncunun razılığı ilə almışdır.Əlavə bildirdi ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsindəki mövcud obyektlərin yanındakı ərazidən avtomobilləri yuma məntəqəsinin təşkili üçün ayrılmış olan 200 kv metr torpaq sahəsi Elxan Şəfiyevin razılıq ərizəsinə əsasən 2018-ci ilin iyul ayında Mingəçevir bələdiyyəsinin həmin dövrdəki sədri Təqsirləndirilən şəxs razılığına əsasən onun adına sənədləşdirilmiş, həmin tarixdən etibarən göstərilən avtoyuma məntəqəsinə görə icarə haqqı ödəməyə başlamışdır. Ggöstərilən torpaq sahəsi 2018-ci ildə hazırda Rusiya Federasiyasında yaşayan Elxan Şəfiyevin qeyri rəsmi olaraq icarəsində olmuşdur. Göstərilən torpaq sahəsi Mingəçevir bələdiyyəsinin 06.08.2004-cü il tarixli, 57/1 nömrəli qərarına əsasən X38 icarəsinə ayrılsa da, bilmədiyi tarixdə həmin torpaq sahəsi qeyri-rəsmi olaraq E.Şəfiyevin istifadəsində olmuşdur. Həmin torpaq sahəsinin 2018-ci ilin iyul ayında Mingəçevir bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs müraciət edərək Bələdiyyə qərarı əsasında almışdır. 2018-ci ilin iyul ayında Təqsirləndirilən şəxs onun icarəsinə guya Mingəçevir bələdiyyəsinin sabiq sədri Şahid4 tərəfindən imzalanmış 30.04.2013-cü il tarixli qərar əsasında icarəsinə verilməsi haqqında qərar təqdim etmiş və 2018-ci ildə icarə müqaviləsi bağlamışdır. Həmin zaman icarəsinə göstərilən torpaq sahəsinin Şahid4 tərəfindən verilməsinə diqqət yetirməmişdir. Nəzər yetirən zaman həmin torpaq sahəsinin Şahid4 tərəfindən ayrıldığını görmüşdür. Halbuki 2013-cü ildə həmin torpaq sahəsinin icarəsinə ayrılması üçün müraciət etməmiş və icarəsinə həmin tarixdə də Şahid4 tərəfindən torpaq sahəsi ayrılması barədə 30.04.2013-cü il tarixli qərar qəbul edilməmişdir. Nə Təqsirləndirilən şəxs nə də başqa hər hansı şəxs həmin torpaq sahəsini istifadəsinə verilməsi müqabilində pul istəməmiş, nə də ki, həmin torpaq sahəsinin icarəsinə ayrılması üçün hər hansı şəxsə pul və ya sair maddi nemət verməmişdir. Mingəçevir şəhəri Ə.Vahid küçəsindəki mövcud obyektlərin yanındakı ərazidən avtomobilləri yuma məntəqəsinin təşkili üçün icarəsinə ayrılmış olan 200 kv metr torpaq sahəsi ilə bağlı 30.04.2013-cü il tarixli qərar qəbul edilməsi üçün hərrac keçirilməmişdir. Mingəçevir bələdiyyəsinin 30.04.2013-cü il tarixli qərarı 2018-ci ilin iyul ayının dəqiq xatırlamadığı tarixində Təqsirləndirilən şəxs aralarında icarə müqaviləsi bağlandığı zaman xidməti otağında almışdır Şahid4 ifadəsində bildirdi ki, 1999-cu ilin dekabr ayından seçkilər yolu ilə Mingəçevir bələdiyyəsinin sədri seçilmiş və 2013-cü ilin dekabr ayınadək fasiləsiz olaraq həmin vəzifədə işləmişdir. Şahid6 ilə bağlanmış icarə müqaviləsinin müddətinin artırılması ilə əlaqədar qərarın qəbul edilməsinin üzərindən uzun müddət keçdiyi üçün bu barədə məlumatı olmamış, lakin sonuncu ilə bağlanmış torpaq sahəsinin icarə müddətinin artırılması haqqında qərardakı imza onun imzasına oxşasa da, həmin imza konkret olaraq onun imzası deyil. X47 onun bələdiyyə sədri kimi işlədiyi dövrdə dəfələrlə müraciət edərək Gəncə şossesindəki müvəqqəti olaraq məskunlaşdığı ərazidən ona örüş sahəsi kimi torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Lakin həmin torpaq sahəsinin bələdiyyənin balansında olmadığı üçün C.Əsədova dəfələrlə məskunlaşdığı ərazidən torpaq sahəsinin ayrılmasının mükün olmadığını bildirmişdir. C.Əsədov Ağdam rayonundan məcburi köçkün olduğuna görə Mingəçevir şəhərinə gələrək xatırlamadığı müəssisisənin ərazisində məskunlaşmış, sonradan isə həmin ərazidən mülkiyyətinə torpaq sahəsinin ayrılmasını tələb etmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti C.Əsədovun məskunlaşdığı ərazidə qalmasına və həmin torpaqdan istifadə etməsinə etiraz etməsə də, həmin torpaq sahəsinin mülkiyyətinə keçirilməsi mümkün olmamışdır. Bələdiyyə sədri vəzifəsində işlədiyi müddətdə C.Əsədova torpaq sahəsinin ayrılmasına dair Mingəçevir bələdiyyəsi adından qərar qəbul edilməmişdir. Həmçinin Şahid6 ilə bağlanmış icarə müqaviləsinin müddətinin artırılması ilə əlaqədar qərarın qəbul edilməsinin üzərindən uzun müddət keçdiyi üçün bu barədə məlumatı olmamış, hansı səbəbə görə Mingəçevir bələdiyyəsinin 03.08.2012-ci il tarixli, 08/7 nömrəli qərarı ilə Şahid6 icarəsinə əlavə 162 kv. metr torpaq sahəsinin verilməsi ilə bağlı heç bir məlumatı olmamış, X35 istifadəsinə Mingəçevir bələdiyyəsinin 28.11.2002-ci il tarixli qərarı ilə cəmi 96 kv. metr torpaq sahəsi verilsə də, sonradan sonuncu ilə torpaq sahəsinin icarə müddətinin uzadılması barədə qəbul edilmiş qərar Mingəçevir bələdiyyəsinin və ya kənar hər hansı şəxslərin səyləri nəticəsində saxtalaşdırıla biləcəyini hesab etmişdir. Qeyd olunan 03.08.2012-ci il tarixli, 08/7 saylı qərar bələdiyyənin gündəlik iclasının gündəliyinə çıxarılıb müzakirə edilərək təsdiq edilməmişdirsə həmin sənədin həqiqiliyi, qanuniliyi şübhə doğurur. Sədrliyi dövründə heç bir bələdiyyə qərarının saxtalaşdırılmasına yol verməmişdir. DT və XK-nin Mingəçevir şəhər şöbəsinin müdiri Ş.Məhərrəmov tərəfindən Mingəçevir Bələdiyyəsinə təqdim edilmiş sənədin surətindən C.Əsədova torpaq sahəsinin ayrılmasına dair Mingəçevir bələdiyyəsi tərəfindən sonuncuya göndərilmiş vəsatətə baxaraq təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğun olmadığını əsas gətirərək sonuncuya torpaq sahəsi ayrılmasının mümkün olmadığını bildirmişdir. Lakin C.Əsədova torpaq sahəsinin ayrılmasına dair cizginin surətinin mətnindən görünür ki, həmin cizgi DT və XK-nin Mingəçevir şəhər şöbəsinin müdiri ilə razılaşdırılmışdır. Belə halın olmasının mümkün olmadığını, çünki Ş.Məhərrəmovun məktubundan C.Əsədova torpaq sahəsinin ayrılmasının mümkün olmaması göstərilmişdir. Belə ziddiyətli məqamlar bələdiyyə tərəfindən vətəndaşlara torpaq sahəsinin ayrılması zamanı qəbul edilməzdir. Mingəçevir bələdiyyəsi tərəfindən vətəndaşlara torpaq sahəsi ayırlması üçün ilk öncə bələdiyyənin torpaq komissiyyasının əməkdaşları tərəfindən müvafiq əraziyə baxış keçirilərək torpaq sahəsinin cizgisi hazırlanmaqla rəy tərtib olunur və həmin sənədlərin təsdiq olunaraq rəy alınması üçün DT və XK-nin Mingəçevir şəhər şöbəsinə göndərilir. Həmin idarənin rəyi müsbət olduqda təqdim edilmiş torpaq sahəsinin cizgisini imzalayaraq razılaşdığını göstərir və öz rəyi ilə birlikdə Mingəçevir Bələdiyyəsinə təqdim edir. Həmin təqdim olunmuş sənədlərin əsasında da vətəndaşa torpaq sahəsinin verilməsi məsələsi bələdiyyənin gündəlik iclasına çıxarılır, müzakirə olunmaqla müvafiq qərar qəbul olunur. Mingəçevir bələdiyyəsinin sədri vəzifəsində çalışdığı dəqiq xatırlamadığı tarixdə Mingəçevir bələdiyyəsi tərəfindən "xxxx" ASC-yə inzibati binanın tikilməsi üçün müvafiq qaydada qərar qəbul edilmişdir. Lakin həmin zaman ayrılmış torpaq sahəsinin bələdiyyə balansında olub-olmadığını xatırlamamışdır. Çünki həmin dövrdə Mingəçevir Bələdiyyəsinə aid torpaq sahələrinin konkret olaraq cizgisi, planı olmamışdır. Həmin torpaq sahəsinin "xxxx" ASC-nin icarəsinə verilməsi barədə müqavilə bağlanıb-bağlanmamasını xatırlamamışdır. Həmin sənədlərin qəbul edilməsindən uzun müddət keçdiyi üçün, yaşı ilə əlaqədar həmin prosesləri dəqiq xatırlamamışdır. F.Quliyevə torpaq sahəsinin ayrılıb-ayrılmamasını xatırlamır, işlədiyi dövrdə heç bir qanunsuzluğuğa yol verməmiş, heç bir şəxsə şəxsən qərar verməmiş, bələdiyyə qərarları bələdiyyənin məsul katibi tərəfindən qərarın vətəndaşa verilməsi barədə müvafiq kitaba qeyd aparılaraq, vətəndaşa imza etdirməklə verilmişdir. Yəni heç bir vətəndaşa öz otağında şəxsən qərar verməmişdir. Bələdiyyə sədri vəzifəsində çalışdığı dövrdə Mingəçevir bələdiyyəsində qəbul edilmiş qərarların, protokolların, o cümlədən torpaq sahələrinin vətəndaşların icarəsinə verilməsi ilə əlaqədar müqavilələrin qeydiyyatı jurnalları mövcud olmuş, qərar və protokolların qeydiyyatı kitabı məsul katib, müqavilələrin qeydiyyatı isə Maliyyə vergi və ödənişlər şöbəsinin rəhbəri tərəfindən aparılmışdır. O, həmin vəzifədən azad edildikdən sonra həmin kitabların Təqsirləndirilən şəxslə aralarında rəsmi təhvil-təslimi aparılmamış, bu barədə akt tərtib edilməmişdir. Belə ki, bələdiyyə yeni qurum olduğundan həmin praktika mövcud olmamışdır. Təqsirləndirilən şəxslə aralarında yalnız bələdiyyə sədrinin öhdəsində olan bələdiyyə möhürünün, bələdiyyənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsinə dair nizamnaməsi, vergi və statistika orqanlarında bələdiyyənin qeydiyyatdan keçməsinə dair vəsiqənin, hər kəsin otağındakı əmlakının, avtomobilin və açarların təhvil-təslimi aparılmış, bu barədə akt tərtib edilmişdir. X12 Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli, 39/5 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin cizgisinin harada olmasını bilməmiş, həmin hadisənin üzərindən uzun müddət keçdiyi üçün T.Hüseynovaya torpaq sahəsi ayrılmasını xatırlamır. Mingəçevir bələdiyyəsində çalışdığı dövrdə şəhid, Silahlı qüvvələrdən təxris olunan şəxslər, qazilər, yəni imtiyazlı şəxslərin müraciətlərinin qeydiyyatı və növbəlilik kitabı mövcud olmuşdur. Torpaq sahəsi ayrılmış hər bir vətəndaşa torpaq sahəsinin cizgisi və qərarın 1-ci nüsxəsi qərar və protokolların qeydiyyatı kitabında imza etdirilməklə vətəndaşa verilmiş, digər nüsxəsi isə ən azı 5 il bələdiyyədə saxlanılaraq arxivə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialından götürülmüş 24.07.2007-ci il tarixli, 39/4 nömrəli qərarına əsasən X1 fəaliyyəti ilə məşğul olmaq məqsədilə Borçalı kollektorunun yanındakı ərazidən kənd təsərrüfatı məhsullarının istehsalı və örüş yeri kimi 32,4 ha torpaq sahəsi 50 il müddətinə icarəsinə verilməsinin göstərildiyi halda sonuncuya Xocalı küçəsində avtomobillərə texniki xidmət göstərilməsi üçün icarəsinə 135 kv metr torpaq sahəsinin ayrılması barədə Mingəçevir bələdiyyəsinin 03.08.2012-ci il tarixli qərarında Ə.Babayevə Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli, 39/4 nömrəli qərarına əsasən göstərilən ərazidə ayrılmış olan torpaq sahəsinin icarə müddəti bitdiyi üçün müddəti uzadılması halın olması tam mümkünsüzdür. Belə ki, göründüyü kimi vətəndaşa bir halda kənd təsərrüfat ilə məşğul olmaq üçün örüş sahəsi, digər halda isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər H.Əliyev küçəsində ŞPŞ-nin binasının qarşısındakı avtobus dayanacağının yerləşdiyi torpaq sahəsi Mingəçevir şəhər İH başçısının 1997-ci il tarixli sərəncamı ilə Tamara Nəbiyevaya verilmiş, 2007-ci ildə isə həmin torpaq sahəsi öz razılığı ilə təyinatı dəyişdirilmədən Mingəçevir bələdiyyəsinin qərarı ilə Ş.Məmmədova verilmişdir. Lakin Mingəçevir bələdiyyəsinin 03.08.2012-ci il tarixli qərarında guya həmin torpaq sahəsinin istifadə müddəti bitdiyi göstərilmiş və tam başqa bir ərazi olan Samux küçəsi göstərilmişdir. Həmin halın olması isə mümkünsüzdür. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialından götürülmüş X14 adına ticarət obyekti tikinitisi üçün ayrılmış torpaq sahəsinin baş planı sənəddə göstərilən torpaq sahəsinin “X39 adına sənədləşdirilmiş Şahid4” yazıların kim tərəfindən icra olunmasını bilmir, baş plandan çıxarış İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən tərtib olunan sənəd olduğunu, Bələdiyyə sədri həmin sənəddə heç bir qeyd aparmadığını, Bələdiyyə sədri tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrində birgə tərtib olunmuş torpaq sahəsinin cizgisinə razılıq kimi imza çəkildiyni bildirmişdir. X29, X48, X24, Şahid7, X13, X17, X25 torpaq sahələrinin ayrılmasına dair sənədlərdə olan imzalar ona məxsus deyil, çalışdığı dövrdə həmin şəxslərə torpaq sahələri verilməmişdir. Bələdiyyələrlə İş mərkəzinin göstərişi ilə müəyyən edilən illər üzrə sənədlər arxivə təhvil verilmişdir. Bu barədə arxiv idarəsi ilə bələdiyyə tərəfindən müvafiq akt tərtib edilmiş, aktlar onun və arxiv müdiri tərəfindən təsdiqlənmişdir. Şahid5 ifadəsində bildirdi ki, 2006-cı ildə Mingəçevir bələdiyyəsinin qərarı əsasında şəhərin Təbriz küçəsindəki sağ sahilin sonuncu avtobus dayanacağı adlanan ərazinin arxasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə 40 kv metr torpaq sahəsi götürərək 2007-ci ildən etibarən həmin torpaq sahəsində parfümeriya və gözəllik salonu kimi fəaliyyət göstərən obyekt tikmişdir. Həmin torpaq sahəsinə görə əvvəllər ayda təxminən 14 manat məbləğində icarə haqqı ödəmişdir. 2016-cı ildə isə həmin obyektinin yanında əlavə 15 kv metr torpaq sahəsi olduğunu görüb həmin torpaq sahəsini başqa şəxsin əldə edə biləcəyini düşünərək bələdiyyə sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs müraciət edərək həmin torpaq sahəsinin də icarəsinə verilməsini xahiş etmişdir. C.Abullayev də Mingəçevir şəhər İcra Hakimiyyətinin memarı vəzifəsində çalışan Etibar Abudllayevlə görüşməyi və sonuncunun razılıq verdiyi təqdirdə həmin torpaq sahəsində tikinti işləri apara biləcəyini söyləmişdir. 2016-cı ilin fevral-mart aylarında Mingəçevir şəhər İcra hakimiyyətinə gedərək inzibati binada E.Abdullayevin xidməti otağında görüşərək həmin əlavə 15 kv metr torpaq sahəsinin icarəsinə verilməsini xahiş etmş, bir neçə gün sonra yenidən Mingəeçvir şəhər İcra hakimiyyətinə müraciət edərək həmin əlavə torpaq sahəsinin verilməsinə dair sənədin hazır olub-olmadığını maraqlanarkən, E.Abudllayev sənədin hazır olduğunu bildirərək sənədi götürə biləcəyini bildirmişdir. E.Abdullayevin xidməti otağına getdiyi zaman sonuncu Mingəçevir şəhər İcra hakimiyyəti başçısının “istifadəyə əlavə torpaq sahəsi ayrılması haqqında” sərəncamdan çıxarış və öz imzası ilə təsdiq edilmiş Mingəçevir şəhərinin Baş Planından çıxarışı verərək həmin sənədlər əsasında əlavə torpaq sahəsi veriləcəyini bildirmişdir. İcra hakimiyyətindən sənədləri aldıqdan dərhal sonra Mingəçevir şəhər bələdiyyəsinin sabiq sədri C.Adbullayevə müraciət edərək həmin sənədlərin surətlərini təqdim etmişdir. Bir neçə gün sonra isə C.Adbullayev sənədlərin hazır olduğunu bildirdiyi üçün sonuncunun xidməti otağına getmiş və C.Adbullayev ona verilmiş 40 kv metr torpaq sahəsinə görə bələdiyyənin əvvəlki qərarını alaraq 23.12.2006-cı il tarixli, 29/2 nömrəli bələdiyyə qərarını təqdim edib həmin qərarda düzəliş edilərək torpaq sahəmin 40 kv metr deyil 55 kv metr olmasının göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs qərarı almış və həmin qərara nəzər yetirmədən özündə saxlamışdır. C.Adbullayev qərarı verdikdən sonra da aralarında icarə müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən isə bələdiyyə büdcəsinə 40 deyil, 55 kv metr torpaq sahəsinə görə illik 238 manat icarə haqqı ödəməyə başlamışdır. Hazıradək bələdiyyə büdcəsinə vaxtlı vaxtında icarə haqlarını ödəmişdir. Şahid4 tərəfindən təqdim edilən 2006-cı il tarixli bələdiyyə qərarında icarəsinə ayrılmış torpaq sahəsi 40 kv metr olaraq göstərilmiş, lakin həmin qərar ifadəsində göstərdiyi qaydada 2016-cı ildə C.Adbullayev tərəfindən alınaraq həmin qərara düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 55 kv.metr göstərilmişdir,həmin qərara nəzər yetirmədiyi üçün qərarda Şahid4 imzasının olmasını görməmiş, hazıradək həmin torpaq sahəsi ilə əlaqədar heç bir problem olmadan istifadə etmiş, icarəsinə ayrılmış 55 kv metrlik torpaq sahəsinin 40 kv.metrində 2007-ci ildə tikinti işləri aparsa da, əlavə olaraq icarəsinə ayrılmış 15 kv.metr torpaq sahəsində maddi imkansızlıq səbəbindən hazıradək tikinti işləri apara bilməmişdir Şahid6 ifadəsində bildirdi ki, Mingəçevir Bələdiyyəsinin 28.11.2002-ci il tarixli qərarına əsasən ticarət köşkü quraşdırmaq üçün Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 1999-cu il tarixli sərəncamı ilə Təbriz küçəsində ayrılmış torpaq 5 kv. metr torpaq sahəsinin yanındakı boş ərazidən ticarət obyekti tikmək üçün əlavə 91 kv metr torpaq sahəsi (ümumilikdə 96 kv.m.) ayrılmışdır. Həmin torpaq sahəsində ticarət obyekti tikərək obyekti bir müddət işlətsə də, sonradan obyekti 3 hissəyə bölüb kafe, bərbərxana və avtomobil hissələrinin ehtiyyat hissələrinin satışı dükanı kimi icarəyə verib Rusiya Federasiyasına getmişdir. Qaynı, X40 isə həmin icarəçilərə nəzarət etməklə obyektini idarə etməyi tapşırmışdır. Hər il Azərbaycana gəlib getdiyi zaman həmin obyektin arxasının zibillik olduğunu görüb, obyekti arxaya doğru uzadaraq səliqə səhmana salmaq qərarına gəlmişdir. Buna görə xatırlamadığı zaman tanışı mərhum X23 müraciət edərək həmin obyektin sahəsini artırmaq üçün Mingəçevir Bələdiyyəsi ilə razılaşmasını istəmişdir. R.Quliyev həmin zaman onun obyektinin yanında aptek işlətmiş, sonuncu bu işi həll edəcəyini bildirərək narahat olmamağı bildirmişdir. Rusiyada olduğu zaman bir neçə dəfə Ramizə zəng vuraraq işini həll edib-etmədiyini soruşduğu zaman, sonuncu narahat olmamağı, hələ bələdiyyə ilə bu barədə danışmadığını, lakin qısa müddətdə işi həll edəcəyini demiş, lakin konkret olaraq işini kiminlə həll etməsi barədə heç nə deməmişdir. Ramizdən bu barədə də soruşmamışdır. Bundan sonra 2017-ci ildə Ramizlə sonuncu dəfə telefonla danışdığı zaman sənədləri həll edərək torpaq sahəsinin artırılması üçün Mingəçevir Bələdiyyəsi ilə razılaşdığını, sənədlərin həmin dövrdə bələdiyyə sədri işləyən Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. 2017-ci ilin oktyabr ayında Ramiz vəfat etdikdən sonra həmin ilin dekabr ayında Azərbaycana gəlmişdir. Gəldikdən bir neçə ay sonra xatırlamadığı dəqiq zamanda 2018-ci ilin Novruz Bayramı ərəfələrində Mingəçevir Bələdiyyəsinə müraciət edərək həmin dövrdə Bələdiyyə sədri işləyən Təqsirləndirilən şəxs otağına gedərək özünü təqdim etmiş, sonuncu mərhum R.Quliyevin tanışı olduğuna görə xoşluqla qarşılayıb obyektin sənədini təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs obyektin sahəsinin rəsmi şəkildə artdığı üçün icarə haqqının miqdarının da 18-20 manatdan 60 manata qalxdığını bildirmiş, Təqsirləndirilən şəxslə razılaşıb otaqdan çıxmışdır. Həmin qərarı almaq üçün heç bir kəsə pul və ya digər maddi nemət verməmişdir. Bundan sonra 2018-ci ildən başlayaraq obyektin arxasında kafe üçün kupelər düzəldərək hazırki vəziyyətə gətirmişdir. Bir müddət obyekti kafe kimi işlətsə də, sonradan həmin obyekti 2019-cu ilin yanvar ayından etibarən “Al Marketə” icarəyə vermişdir. İcarə müqaviləsində bələdiyyə icarə haqqını ödəmək vəzifəsi həmin marketə həvalə olunsa da, icarə haqqı ödənilmədiyindən 2020-ci ilin may ayından etibarən Mingəçevir bələdiyyəsi tərəfindən onun 1100 manat icarə haqqı borcunun olması barədə məlumat verilmiş, buna görə həmin marketlə mübahisə etmiş və onlar sentyabr ayında marketdən çıxmışlar. Torpaq sahəsinin 258 kv metr olması barədə məlumatı 2018-ci ilin Novruz bayramı ərəfələrində həmin dövrdəki bələdiyyə sədri Təqsirləndirilən şəxs öyrənmiş, həmin tarixədək isə obyektinin sahəsi faktiki olaraq 96 kv. metr olduğuna görə 2018-ci ilin fevral–aprel aylarınadək 18-20 manat icarə haqqı ödəmişdir. Həmin tarixdən etibarən isə hər ay Mingəçevir Bələdiyyəsinə 60 manat icarə haqqı ödəmiş, hazıradək Təbriz küçəsində yerləşən Mingəçevir bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsinin 2012-ci ildən bəri 258 kv metr olması barədə məlumatlı olmamışdur. Obyektin sahəsi 2018-ci ilin aprel ayınadək 96 kv. metr olmuş, 2018-ci ildən sonra Mingəçevir Bələdiyyəsinin razılığı əsasında həmin torpaq sahəsinin ölçüsünü artıraraq 258 kv metr etmiş, Mingəçevir Bələdiyyəsinin sabiq sədri Şahid4 adından imzalanmış Mingəçevir Bələdiyyəsinin 03.08.2012-ci il tarixli, 08/7 saylı qərarının təqdim olunubolunmamasını xatırlamamış, Rusiya Federasiyasında olduğu müddətdə etibarnamə verdiyi qaynı H.Musayev işlərini həll etmişdir. Ola bilsin ki, əgər həmin qərar təqdim edilmişdirsə, sonuncuya təqdim edilsin. Bu barədə heç bir məlumatı olmamış, H.Musayev isə 2019-cu ildən etibarən Almaniya Federativ Respublikasında yaşamışdır. Şahid8 ifadəsində bildirdi ki, 2000-ci ildən 2014-cü ilədək isə Mingəçevir bələdiyyəsində məsul katib vəzifəsində çalışmış, katib kimi vəzifəsi bələdiyyənin iclas protokollarını və bələdiyyə gündəliklərini tərtib etməkdən ibarət olmuşdur. Bələdiyyə kollegial orqan olmaqla həmin orqan tərəfindən hər hansı qərarın qəbul edilməsi üçün Bələdiyyə üzvlərinin ayda ən azı 1 dəfə ümumi yığıncağı keçirilmiş və müzakirə olunmalı məsələlər də həmin yığıncağın gündəliyinə daxil edilmişdir. Bələdiyyə iclasının gündəliyində olan məsələlər bələdiyyə iclasında müzakirə olunmuş və səsvermə əsasında sadə səs çoxluğu ilə müvafiq qərar qəbul edilmişdir. Mövsümi sahibkarlıqla məşğul olmaq istəyən vətəndaşlar ərizə ilə hər il Mingəçevir bələdiyyəsinə rəsmi şəkildə müraciət edir və həmin müraciət əsasında da Bələdiyyə üzvlərindən ibarət tərkibdə ildə bir dəfə, yəni aprelmay aylarında iclas keçirilərək sadə səsvermə əsasında qərar qəbul olunur. Lakin Şahid2 M.Mirzəyev adına dostluq parkında mövsümi sahibkarlıqla məşğul olmasına razılıq verilməsi məsələsi nə 2018-ci ildə, nə də ki, 2019-cu ildə Mingəçevir Bələdiyyəsinin iclas gündəliyinə daxil edilməmiş və həmin məsələ bələdiyyə üzvlərinin iclasında müzakirə edilməmişdir. Təqsirləndirilən şəxs özü, yəni bələdiyyə üzvlərinin iradəsindən kənar şəkildə vəzifə səlahiyyətlərini aşaraq özü tərəfindən Mingəçevir bələdiyyəsi adından 2019-cu ilin iyulunda Şahid2la bir illik müqavilə bağlamışdır. Həmin müqavilə tam qanunsuzdur və bələdiyyə üzvlərinin həmin müqavilədən heç bir məlumatı olmamışdır. Şahid2 adı Mingəçevir bələdiyyəsinin mövsumi sahibkarlıqla məşğul olmaq üçün şəhər sakinləri barəsində qəbul edilmiş 15 may 2019-cu il tarixli, 08/4 saylı qərarında olmasa da, Şahid2la bağlanmış 01.07.2019-cu il tarixli, 67 nömrəli müqavilədə göstərilən tarixli qərar müqaviləyə daxil edilmişdir. Həmçinin, Şahid2la 2018-ci ildə də həmin ərazidə mövsumi sahibkarlıqla məşğul olması barədə, yəni Dostluq parkı ərazisindəki 200 kv. metrlik Qədir xum çayxanasını işlətməsinə razılıq verilməsi ilə əlaqədar heç bir qərar qəbul olunmamış, heç bir müqavilə bağlanmamışdır. Mövsumi icarə müqaviləsi bağlanmış şəxslərlə hər il üçün mövcud bazar qiymətləri nəzərə alınmaqla bələdiyyə yığıncağının gündəliyində müzakirə aparılaraq qərar qəbul olunmalı və həmin qərar əsasında da həmin şəxslə müavilə bağlanmalı, həmin müqavilə mütləq bələdiyyənin maliyyə-uçot şöbəsində qeydiyyata alınaraq həmin şöbənin müdiri tərəfindən dərkənar qoyulmaqla imzalanır. Bundan sonra bələdiyyənin büdcə məsələri daimi komissiyasında həmin müqavilə qeydiyyata alınaraq dərkənar qoyularaq imzalanmalıdır. Lakin Şahid2la bağlanmış müqavilədən görünür ki, maliyyə-uçot şöbəsinin və büdcə məsələləri daimi komissiyasın da həmin müqavilədən xəbərləri olmamışdır. Mingəçevir bələdiyyəsinin 03.08.2012-ci il tarixli, 08/7 nömrəli qərarı ilə Şahid6 icarəsinə əlavə 162 kv. metr torpaq sahəsinin verilməsi ilə bağlı qərar tamamilə saxta olduğunu, həmin qərar qəbul olunduğu zaman məsul katib olmuş və həmin məsələ bələdiyyənin gündəlik iclasına ümumiyyətlə çıxarılmamış, sonradan bələdiyyə sədri seçilmiş Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılmışdır. Həmin qərarın qəbul edilməsindən məsul katib kimi nə onun nə də, həmin dövrdə bələdiyyə sədri olmuş Şahid4 məlumatı olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialından daxil olmuş Mingəçevir bələdiyyəsinin sədri Şahid4 03 avqust 2012-ci il tarixli, 08/7 saylı qərarında 2 ədəd bələdiyyə möhürünün olması möhürlü imza skanner vasitəsilə çıxarılmış, həmin qərara komputer vasitəsilə əlavə edilmişdir. Belə ki, skannerlə rəngli imza və möhür çıxaranda möhürün ətrafı qırıq nöqtələrlə seçilir. Buna görə də həmin möhürü qara rəngdə çıxarılmışdır ki, seçilməsin. Lakin yenə də diqqətlə baxıldıqda möhürün kənarlarından saxtalığı seçilir. Bundan başqa qərardakı skannerlə çıxarılmış imza da öz növbəsində həqiqi imzadan öz uzunluğu ilə seçilir. Mingəçevir bələdiyyəsinin sədri Şahid4 03 avqust 2012-ci il tarixli, 08/7 saylı qərarı saxtalaşdıran şəxslər kim olması məlumatı olmamışdır. Mingəçevir Bələdiyyəsinin arxivindəki 03.08.2012-ci il tarixli, 08 saylı ümumi iclasının Gündəliyinin Layihəsindən görünür ki, həmin gündəlikdə 6 məsələ olmuş və bunun əsasında 6 qərar qəbul olunmuş, 7-ci məsələ həmin gündəliyin layihəsində olmadığından 7-ci qərar da qəbul olunmamış, həmin 7-ci məsələ ilə əlaqədar adı siyahıda göstərilən şəxslərə verilən qərarların hamısı saxtadır. Həmin 03.08.2012-ci il tarixli, 08 saylı protokolun 1 nüsxəsi də qəbul edildikdən 15 gün ərzində Ədliyyə Nazirliyinin X32 göndərilmişdir. Bundan başqa da həmin qeyd edilən protokoldakı (qərardakı) imza ona məxsus deyil. Bundan başqa arxivlər haqqında qanuna əsasən qərar və protokollar 5 ildən bir saxlanılması üçün müvafiq arxivə verilmiş, yəni Mingəçevir Bələdiyyəsinin 2012-ci ilə dair protokol və qərarları Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialına 2017-ci ildə sədr olan Təqsirləndirilən şəxs dövründə verilmişdir. Yəni ki, qərar və protokollar Şahid4 dövründə qəbul edilsə də, həmin sənədlər özünun dövründə arxivə verilməmişdir. Sonradan bələdiyyə sədri seçilmiş Təqsirləndirilən şəxs tərəfindən həmin protokola dəyişikliklər edilməklə arxivə təhvil verilmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən qeyd etdiyi protokola dəyişiklik edilməsini sübut edəcək konkret faktı olmamış, həmin hadisəni öz gözləri ilə müşahidə etməmişdir. Hadisələrin axarından güman etmişdir ki, həmin protokola sonradan Təqsirləndirilən şəxs tərəfindən dəyişiklik edilmişdir. Mingəçevir Bələdiyyəsində qəbul olunmuş qərar və protokolların, icarədarlarla bağlanmış müqavilələrin qeydiyyatı kitabı onda olmasa da, digər 2 kitabın katib kimi çalışdığı dövrdə qeydiyyatı aparılmış, buna baxmayaraq hazırda həmin kitablar Mingəçevir Bələdiyyəsində mövcud olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivində də həmin kitablar mövcud olmamışdır. Hesab etmişdir ki, həmin sənədləri Təqsirləndirilən şəxs özü məhv etmişdir ki, həmin kitablara heç kəs baxış keçirməsin. Bundan başqa Təqsirləndirilən şəxs bələdiyyə sədri kimi çalışdığı dövrdə də həmin kitabların qeydiyyatını aparmamış və bunu müvafiq işçilərdən tələb etməmişdir. Mingəçevir bələdiyyəsinin katibi vəzifəsindən azad olunduqdan sonra kitabın qeydiyyatı aparılması barədə məlumatı olmamış, həmin kitabların qeydiyyatını Mingəçevir bələdiyyəsinin sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri vəzifəsində çalışmış, hazırda Mingəçevir Dövlət Universitetinin rektor köməkçisi vəzifəsində çalışan Ramin Məmmədov aparmalı olmuşdur. Həmin şöbə ləğv olunaraq Ümumi şöbə adlanmışdır. Mingəçevir bnələdiyyəsində qəbul olunmuş qərar protokolların kitabı Ümumi şöbənin rəhbəri kimi onun səlahiyyətində olmuş və müvafiq qeydiyyatlar aparılmışdır. 2015-ci ildə katib vəzifəsindən azad edildikdən sonra Mingəçevir bələdiyyəsinin katibi vəzifəsi də ləğv olunmuşdur. Bununla əlaqədar həmin kitabların qeydiyyatını Mingəçevir bələdiyyəsinin sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri aparmalı olmuşdur. Lakin 2015-ci ildən 2020-ci ilədək müvafiq kitabların qeydiyyatının aparılıb-aparılmamasını bilməmiş, əgər aparılmış olsa idi kitablar Mingəçevir bələdiyyəsində olardı. Şahid9 Allaverən oğlu ifadəsində bildirdi ki, Mingəçevir Bələdiyyəsinin Sosial və İqtisadi İnkişaf şöbəsinin müdiri vəzifəsində işləyir. 2005-ci ildən etibarən Mingəçevir bələdiyyəsinin üzvü seçilməklə, eyni zamanda yerli sosial məsələləri daimi komissiyasını sədri vəzifəsində çalışmışdır. 2010 və 2015-ci illərdə yenidən bələdiyyəyə üzv seçilmiş, 2019-cu ilədək Mingəçevir bələdiyyəsinin üzvü kimi, həm də göstərilən vəzifədə çalışmışdır. Bələdiyyə üzvü olduğu dövrdə ayda 1 dəfə, bəzi hallarda isə 2 dəfə bələdiyyə tərəfindən müvafiq qərarların qəbul edilməsi üçün keçirilən iclaslarda iştirak etmiş, öz sahəsinə dair məsələlər ilə əlaqədar təkliflər irəli sürərək bələdiyyə iclaslarında çıxış etmiş, bundan başqa digər komissiyaların müzakirəyə çıxardıqları məsələlər ilə əlaqədar fikir bildirmişdir. Kollegial orqan olan Mingəçevir bələdiyyəsi tərəfindən qərar qəbul edilməsi üçün mütləq müvafiq qərar layihəsi bələdiyyənin gündəliyinə çıxarılaraq müzakirəsi aparılmalı, bələdiyyənin iclasında bələdiyyənin iclasda iştirak edən üzvləri tərəfindən müvafiq qərar qəbul edilməsi üçün səsvermə keçirilməli və bütün bunların nəticəsində bələdiyyə qərarı qəbul edilməlidir. Yəni bələdiyyə qərarı qəbul edilməsi üçün bələdiyyənin yetərsay tərkibdə olan üzvləri həmin prosesdə iştirak etməli, bələdiyyənin hər hansı vəzifəli şəxsi tərəfindən təkbaşına qərar qəbul edilə bilməz. Müvafiq qərar qəbul edilməsi üçün bələdiyyə iclasında müzakirə aparıldıqdan sonra bu barədə bələdiyyənin iclas protokolu tərtib edilir və həmin protokolun tarixi və nömrəsi də qəbul edilmiş bələdiyyə qərarında eyni tarix və nömrə kimi qeyd olunaraq bələdiyyənin sədri tərəfindən imzalanır. Bundan başqa Bələdiyyələrin fəaliyyətinə İnzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən qəbul edilmiş bələdiyyə qərarları və bələdiyyənin iclas protokollarının 1 surəti əvvəllər 15 gün, hazırda isə 5 gün müddətində X32 göndərilir. Bələdiyyə üzvü kimi çalışdığı dövrdə Mingəçevir bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarların, protokolların və vətəndaşlarla bağlanmış müqavilələrin qeydiyyatı jurnallarının mövcud olub-olması barədə heç bir məlumatı olmamışdır. Bələdiyyə iclası keçirilməzdən bir neçə saat, bəzən də bir neçə gün əvvəl bələdiyyə üzvləri bələdiyyənin katibi tərəfindən iclasın gündəliyi ilə tanış edilir, bundan sonra bələdiyyə iclası keçirilirdi. Həmin iclaslar bələdiyyə sədri tərəfindən açıq elan olunduqdan sonra müvafiq komissiya sədrləri öz sahələrinə aid məsələlərlə çıxış edərək məruzə edir, bütün məsələlər səsqoymaya çıxarılır və müvafiq qərar qəbul olunurdu. Yəni bələdiyyə üzvü kimi bələdiyyə iclasılarında müzakirə edilmiş hər bir məsələ barədə xəbərdar olmuşdur. Şahid7, X33, X45, X46, X24, X18, X25, X19, X27 icarələrinə torpaq sahələri ayrılmamış, həmin şəxslərə torpaq sahəsinin verilməsi barədə tam məlumatsız olmuşdur, göstərilən hal baş vermişsə həmin qərarlar saxtalaşdırılmışdır bildirmişdir. Bələdiyyə üzvü kimi həmin qərarların qəbul edilməsindən xəbərsiz olmuşdur. Kollegial orqan olan Mingəçevir bələdiyyəsi tərəfindən qərar qəbul edilməsi üçün mütləq bələdiyyə iclasında bələdiyyənin bütün üzvləri tərəfindən müvafiq qərar qəbul edilməsi üçün səsvermə keçirilməli və bütün bunların nəticəsində bələdiyyə qərarı qəbul edilməlidir. Yəni bələdiyyə qərarı qəbul edilməsi üçün bələdiyyənin yetərsay hesab olunan üzvləri həmin prosesdə iştirak etməlidir. Bələdiyyənin sədri tərəfindən təkbaşına qərar qəbul edilə bilməz. Yəni, müvafiq qərar qəbul edilməsi üçün Mingəçevir bələdiyyəsinin üzvləri tərəfindən səsvermə keçirilməmişsə və bu barədə bələdiyyənin iclas protokolunda qeydiyyat aparılmamışsa həmin qərar saxtadır. Bələdiyyə üzvü kimi iştirak etdiyi bütün iclasların protokollarına imza etmiş, bələdiyyə üzvü kimi Şahid7, X26, Şahid3, X35, X20, X15, X21, X16, X27 icarələrinə torpaq sahəsi verilməsi barədə qərarların qəbul edilməsindən tam xəbərsiz olmuş, həmin şəxslərin icarələrinə göstərilən torpaq sahələri verilmədiyi üçün həmin torpaq sahələrinin icarə müddətinin uzadılması barədə qərar da qəbul edilə bilməz. C.Əsədova kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılması məsələsi tam hazır olmadığı üçün 24.07.2007-ci il tarixli bələdiyyə iclasında qərar layihəsindən çıxarılmış və bu barədə heç bir qərar qəbul edilməmişdir. X17, X8, X74 oğluna, X50, X30 heç bir torpaq sahəsi ayrılmamışdır. Əgər Mingəçevir bələdiyyəsi tərəfindən həqiqətən X17 24 iyul 2007-ci il tarixli 39 saylı Mingəçevir bələdiyyəsinin protokolu ilə, X8 12 oktyabr 2007-ci il tarixli 40 saylı protokolu ilə, X49 19 mart 2007-ci il tarixli 33 saylı protokolu ilə, Camalov Mübariz Hüseynxan oğluna 12 oktyabr 2007-ci il tarixli 40 saylı protokolu ilə, X50 Mingəçevir bələdiyyəsinin 29.11.2007ci il tarixli 41/3 nömrəli protokolu ilə X30 Mingəçevir bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/3 nömrəli protokolu ilə göstərilən tarixli qərarlar qəbul edilmiş olsa idi, mütləq bu barədə müvafiq protokollarda qeydlər aparılmalı və bundan sonra qərar qəbul edilməli idi. X11 və X4 icarələrinə torpaq sahələrinin ayrılması haqqında 25.04.2014-cü il tarixli, 05/5 nömrəli və X53 icarəsinə torpaq sahəsinin ayrılması haqqında 11.09.2014-cü il tarixli, 12/6 nömrəli bələdiyyə qərarları qəbul edilməsi üçün mütləq hərrac keçirilməli və bunun əsasında da ilkin torpaq sahəsi ayrılmış vətəndaşların torpaq sahələri digər şəxsin icarəsinə verilməli idi. 2008-ci ilədək həmin torpaq sahələri ilkin icarədarın razılığı ilə digər icarədarlara verilsə də, həmin tarixdə qəbul edilmiş qanunla birlikdə göstərilən hal aradan qalxmış və hərrac əsasında torpaq sahəsi digər şəxslərin icarəsinə verilmişdir. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid15, Şahid16, Şahid13, Şahid12, Şahid11, X41, Şahid14 da məhkəmə iclasında verdikıri ifadələr ilə,həmçinin şahidlər Şahid3 və Şahid7 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 3-cü cildinin 70-ci vərəqində olan Mingəçevir şəhər Bələdiyyəsinin 12 oktyabr 2020-ci il tarixli 1373 №li mətubdan görünür ki, 1) Şahid6 icarəsinə verilmiş Mingəçevir şəhərə Təbriz küçəsindəki 258 kv. metr torpaq sahəsinə görə illik icarə haqqı ödənişləri: 2012-ci ildə 40 manat, 2013-cü ildə 70 manat, 2014-cü ildə 69 manat, 2015-ci ildə 99 manat, 2016-cı ildə 50 manat, 2017-ci ildə 117 manat, 2018-ci ildə 500 manat, 2019 və 2020-ci illərdə ödəniş etməmiş, cəmi 945 manat ödəniş etmişdir. 2) Şahid2 Mingəçevir şəhəri Ə.Vahid küçəsindəki 200 kv.metr (avto yuma məntəqəsi) torpaq sahəsinə görə illik haqqı ödənişləri: 2019-cu ildə 216 manat, 2020-ci ildə 144 manat olmaqla cəmi 460 manat ödəniş etmiş, mövsümi çayxana üçün ödənişləri isə 2017-ci ildə 216 manat, 2018ci ildə 20 manat, 2019-cu ildə ödəniş etməmiş, cəmi 236 manat ödəniş etmişdir. İşin 3-cü cildinin 26-cı vərəqində olan Mingəçevir Bələdiyyəsinin 08 iyun 2017-ci il tarixli, 07/3 №li qərarından görünür ki, əhalinin ictimai tələbatının ( ictimai-iaşə, əyləncə və s.) ödənilməsi məqsədilə tikinti aparılmadan, xidməti yerinin seçilməsi, mövsümi xarakter daşıyan obyektin yerləşdirilməsi və quraşdırılması üçün Dostluq parkında 200 kv metr torpaq sahəsi Şahid2 icarəsinə ayrılmışdır. İşin 3-cü cildinin 28-ci vərəqində olan Mingəçevir Bələdiyyəsinin sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs ilə Şahid2 arasında bağlanmış 01.07.2019-cu il tarixli, 67 №li torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Mingəçevir bələdiyyəsinin 15.05.2019-cu il tarixli, 08/4 nömrəli qərarına əsasən 200 kv metr torpaq sahəsi mövsümi çayxana fəaliyyəti üçün 1 il müddətinə icarəyə verilmiş, icarəçi hər il 432 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İşin 3-cü cildinin 105-106-ci vərəqlərində olan Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə şöbəsinin rəhbərliyindən daxil olmuş 11.12.2020-ci il tarixli, 4-HŞ-20 nömrəli məktubdan görünür ki, 200 kv.m torpaq sahəsinin ictimai-iaşə xidmətinin göstərilməsi üçün bir il müddətinə icarəyə verilməsinə dair Mingəçevir Bələdiyyəsi adından bələdiyyənin sabiq sədri Təqsirləndirilən şəxs ilə icarəçi Şahid2 Abudin oğlu arasında bağlanmış 01.07.2019-cu il tarixli, 67 nömrəli icarə müqaviləsinin 15.05.2019-cu il tarixli 08/4 saylı iclas qərarı əsasında bağlanıldığı qeyd olunmuşdur. Lakin inzibati nəzarət qaydasında baxılması üçün 30.05.2019-cu il tarixdə Bərdə Regional Ədliyyə İdarəsinə daxil olmuş həmin tarixli iclas qərarında adları qeyd olunmuş 43 nəfər şəxsin arasında Azər Nasirovun adı göstərilməmişdir. Sözügedən 01.07.2019-cu il tarixli 67 nömrəli icarə müqaviləsi bələdəyyənin Maliyyə, vergi və ödənişlər şöbəsində qeydiyyata alınmamışdır. Eyni zamanda icarə müqaviləsində təsbit olunmuş icarə haqqı bələdiyyə büdcəsinə ödənilməmişdir. Mingəçevir Bələdiyyəsinin 28.11.2002-ci il tarixli 31/1 nömrəli qərarına əsasən Mingəçevir şəhəri, Təbriz küçəsindəki ə razidən Şahid6 icarəsinə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 10 illik müddətə cəmi 96 m2 torpaq sahəsi ayrılması göstərilsə də, həmin müddət bitdikdən sonra Mingəçevir bələdiyyəsi tərəfindən qəbul edilmiş 03.08.2012-ci il tarixli 08/7 nömrəli qərarda heç bir ə sas olmadan icarəyə ayrılmış torpaq sahəsinin həcmi ə sassız olaraq artırılıb 258 m2 olaraq göstərilmişdir. İşin 3-cü cildinin 163-cü vərəqində olan Mingəçevir bələdiyyəsinin 03.08.2012-ci il tarixli, 08/7 nömrəli qərarından görünür ki, Şahid7 sahibkarlıq məqsədilə Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli, 39/4 nömrəli qərarı ilə Az Dres qəsəbəsi Naxçıvan küçəsi ilə Natəvan küçəsinin kəsişməsindəki mövcud obyektlərin yanındakı ərazidən ticarət obyektinin tikintisi üçün icarəsinə ayrılmış 32 kv metr torpaq sahəsinin istifadə müddəti başa çatdığı üçün 20 il müddətinə 03.08.2012-ci ildən 03.08.2032-ci ilədək icarəsinə ayrılmışdır. İşin 3-cü cildinin 164-cü vərəqində olan Mingəçevir bələdiyyəsinin sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs ilə Şahid7 arasında bağlanmış 05.01.2018-ci il tarixli, 711 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Mingəçevir bələdiyyəsinin 03.08.2012-ci il tarixli, 08/7 nömrəli qərarına əsasən 32 kv. metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün 20 il müddətinə sonuncunun icarəsinə verilmişdir. İşin 4-cü cildinin 219-cu vərəqində olan qəbzlərin surətlərindən görünür ki, Şahid7 25.12.2019-cu ildə və 29.03.2021-ci ildə 92 manat, 21.08.2018-ci ildə isə 92,20 manat Mingəçevir Bələdiyyəsinə icarə haqqı ödənişi etmişdir. İşin 3-cü cildinin 180-ci vərəqində olan Mingəçevir bələdiyyəsinin 29.12.2013-cü il tarixli, 14/12 nömrəli qərarından görünür ki, Şahid3 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Mingəçevir bələdiyyəsinin 29.11.2007-ci il tarixli, 41/4 nömrəli qərarı ilə Karyerə gedən yolun sol tərəfindəki ərazidən qəbirüstü abidə daşlarının düzəldilməsi sexinin təşkili üçün icarəsinə ayrılmış 2000 kv metr torpaq sahəsinin istifadə müddəti başa çatdığı üçün 20 il müddətinə, 29.11.2013-cü ildən 29.11.2033-cü ilədək icarəsinə ayrılmışdır. İşin 3-cü cildinin 179-cu vərəqində olan Mingəçevir bələdiyyəsinin sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs ilə Şahid3 arasında bağlanmış 05.01.2019-cu il tarixli, 760 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Mingəçevir bələdiyyəsinin 29.12.2013-cü il tarixli, 760 nömrəli qərarına əsasən 2000 kv. metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün 20 il müddətinə sonuncunun icarəsinə verilmişdir. İşin 3-cü cildinin 223-cü vərəqində olan 11.02.2021-ci il, 17.09.2020-ci il və 14.01.2021-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, Şahid3 Mingəçevir bələdiyyəsinə torpaq sahəsinin icarə haqqı ilə əlaqədar müxtəlif məbləğlərdə ödənişlər etmişdir. İşin 5-ci cildinin 150-ci vərəqində olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Mingəçevir filialından daxil olmuş 07.05.2021-ci il tarixli D-11 nömrəli arayışdan görünür ki, Mingəçevir şəhər Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/4 saylı qərarında Şahid7 qeyd edilməmişdir, lakin 03 avqust 2012-ci il tarixli 08/17 saylı qərarında qeyd edilmiş, Mingəçevir şəhər Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli 33/4 saylı və 29 noyabr 2007-ci il tarixli 41/4 saylı qərarlarında Şahid3 qeyd edilməmiş, lakin 03 avqust 2012-ci il tarixli 08/7 saylı qərarında adı qeyd edilmişdir. Mingəçevir şəhər Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli 3/1 saylı və 03 avqust 2012-ci il tarixli 08/7 saylı qərarlarında X56 qeyd edilmişdir. Mingəçevir şəhər Bələdiyyəsinin 29 noyabr 2007-ci il tarixli 41 saylı protokolunda və 29.11. 2007-ci il tarixli 41/4 saylı qərarında Həsənov Turyan Tacı oğlunun adı qeyd edilməmişdir. İşin 4-cü cildinin 76-cı vərəqində olan Mingəçevir Bələdiyyəsinin 30 aprel 2013-cü il tarixli 04/5 nömrəli qərarından görünür ki, Mingəçevir Bələdiyyəsinin 06.08.2004-cü il tarixli 57/1 saylı qərarı ilə Mingəçevir şəhəri H.Əliyev küçəsi ev 31 mənzil 1-də yaşayan X3 fəaliyyəti ilə məşğul olmaq məqsədilə Ə.Vahid küçəsində mövcud obyektlərin yanındakı ərazidən avtomobilləri yuma məntəqəsinin təşkili üçün ayrılmış 200 kv. metr torpaq sahəsi, R.E.Quliyevin razılıq ərizəsinə əsasən geri alınaraq, təyinatı dəyişmədən Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 19/1, mənzil 55-də Şahid2 15 il müddətinə icarəsinə verilmişdir. İşin 3-cü cildinin 44-cü vərəqində olan Mingəçevir Bələdiyyəsinin 03 avqust 2012-ci il tarixli 08/7 nömrəli qərarından görünür ki, Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 17, mənzil 14-də yaşayan Şahid6 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Mingəçevir Bələdiyyəsinin 28.11.2002-ci il tarixli, 31/1 saylı qərarı ilə Təbriz küçəsindəki ərazidən ticarət obyekti tikintisi üçün icarəsinə ayrılmış 258 m kv. torpaq sahəsinin istifadə müddəti başa çatdığı üçün 15 il müddətinə, 03.08.2012-ci ildən 03.08.2027-ci ilədək icarəsinə verilmişdir. İşin 5-ci cildinin 215-ci vərəqində olan Mingəçevir Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ilə C.Əliyev küçəsi ev 17 mənzil 14-də yaşayan Şahid6 arasında bağlanmış 05 yanvar 2018-ci il tarixli 542 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Mingəçevir Bələdiyyəsinin 03 avqust 2012-ci il tarixli 08/7 nömrəli qərarına əsasən 258 m kv. torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün 15 il müddətinə sonuncunun icarəsinə verilmiş, icarəçi hər il 743,0 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İşin 6-cı cildinin 27-ci vərəqində olan Mingəçevir Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs Ağdam rayonun Mərzili kənd sakini Mingəçevir şəhərində məskunlaşmış Şahid5 arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Mingəçevir Bələdiyyəsinin 23 dekabr 2006-cı il tarixli 29/2 nömrəli qərarına əsasən 55 kv. m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün 20 il müddətinə sonuncunun icarəsinə verilmişdir. İşin 6-cı cildinin 142-143-cü vərəqində olan Şahid5 məxsus Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi ilə Təbriz küçəsində yerləşən sahibkarlıq obyektinə baxış keçirilməsi haqqında 09 iyul 2021ci il tarixli protokoldan görünür ki, baxış keçirilən tikili Mingəçevir şəhəri, Təbriz küçəsi ilə N.B.Vəzirov küçəsinin kəsişməsindən 11 metr məsafədə sonuncu küçə istiqamətində ki avtomobil yolunun sol hissəsində yerləşir. Həmin obyektdən avtomobil yolunadək 4 metr məsafə vardır. Obyekt 1 mərtəbəli olmaqla mişar daşlarından tikilmişdir. Eni 3,8 metr, uzunluğu isə 10,5 kv metrdir. Obyekt iki hissədən olmaqla bir hissəsi gözəllik salonu, digər hissəsi parfumeriya mağazası kimi fəaliyyət göstərir. Hər iki obyektin giriş qapıları metaldan olmaqla üzərində şüşə pəncərələr vardır. Şüşənin üzəri ilə dəmir barmaqlıq düzəldimişdir. Obyektin divarlarının fasadı sarı-qəhvəyimtil rəngli emulsiya ilə boyanmışdır. Obyektin dam hissəsi metal materialdan olan dam örtüyü ilə örtülmüşdür. Obyektdən Təbriz küçəsi istiqamətində 3,8x4 metr ölçüdə torpaq qatına bünövrə tökülmüş, həmin bünövrə üzərində heç bir tikinti işləri aparılmamışdır. Baxışda iştirak edən Şahid5 2016-cı ildə sahənin onun icarəsinə verilməsi üçün Mingəçevir şəhər bələdiyyəsi və İcra Hakimiyyətindən razılıq aldıqdan sonra həmin ildə göstərilən sahəyə bünövrə tökdürdüyünü, lakin hazıradək keçən beş il ərzində heç bir tikinti işləri apara bilmədiyini söylədi. Obyektdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar olunmadı. İşin 3-cü cildinin 144-145-ci vərəqində olan Şahid6 məxsus Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən sahibkarlıq obyektinə baxış keçirilməsi haqqında 18 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, tikili Mingəçevir şəhəri, DRES qəsəbəsi, Təbriz küçəsində yerləşən 1 mərtəbəli sahibkarlıq obyektidir. Həmin obyektin 2 giriş qapısı olmaqla həmin giriş qapıları metal və şüşədən hazırlanmış, qəhvəyi rəngdə boyanmışdır. Obyektdə daxil olduqda döşəməsi metlaxdan, tavanı isə lambirin materialındadnır. Obyektin divarları ağ rəngli emulsiya ilə boyanmışdır. Obyektin Təbriz küçəsinə baxan hissəsi bütövlükdə metal çərçivəli, şüşəli aynabənddən düzəldilmişdir. Obyektin eni 7,4 metr, uzunluğu isə 13,6 metrdir. Baxışda iştirak edən Şahid6 həmin obyektin əvvəllər 3 hissədən ibarət olmaqla kafe, bərbərxana və avtomobil hissələrinin ehtiyyat hissələrinin satışı dükanı fəaliyyət göstərdiyini, 2018-ci ildə Mingəeçvir bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs qərarı əsasında obyektin arxa hissəsindəki boş torpaq sahəsində aldığı əlavə 162 kv metr torpaq sahəsində artırmalar edərək kupelər tikərək həmin obyektin “Qafqaz kafe” adı ilə fəaliyyət göstərdiyini, 2019-cu ilin əvvələrindən etibarən isə “Al market”ə icarəyə verdiyini, lakin bir neçə ay əvvəl həmin marketlə aralarında yaranmış mübahisəyə görə obyekti həmin marketə icarəyə vermədiyini, həmin vaxtdan hazıradək özünə məxsus obyektdə heç bir fəaliyyət göstərilmədiyini bildirdi. Obyektin arxa hissəsində sonradan artırılaraq kupelər tikilmiş bölməyə dəmir qapı vasitəsilə keçdikdə müəyyən edilir ki, həmin hissənin eni 10,5 metr, uzunluğu 14,7 metrdir. Şahid6 sonradan artırdığı hissənin döşəməsi tametdən olmaqla, dam örtüyü azbes şiferdən düzəldilmişdir. Həmin sahədə 4 ədəd kupe, 1 ədəd paltar dəyişmə otağı, 1 sanitar qovşağı və 1 ədəd kabab bişirmə otağı inşa edilmişdir. Kupelərə daxil olduqda döşəməsi metlaxdan, tavanları lambrindən ibarət olmaqla divarları emulsiyalanmışdır. Hər bir kupenin 1 ədəd taxta materialından qapısı və pəncərəsi vardır. Paltar dəyişmə otağının sahəsi 4 kv metr, onun yanındakı kupenin sahəsi 12 kv metr, digər 3 kupenin hər birinin sahəsi isə 9 kv metrdir. Obyektdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya aşkar olunmadı. İşin 3-cü cildinin 156-159-cu vərəqlərində olan məhkəmə-texniki ekspertizasının 18 noyabr 2020-ci il tarixli 5/801 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03.08.2012-ci il tarixli 08/7 nömrəli Mingəçevir Bələdiyyəsinin qərarının aşağı hissəsinin sağ tərəfindəki və Mingəçevir Bələdiyyəsinin 03.08.2012-ci il tarixli 08 nömrəli protokolunun 9-cu səhifəsindəki möhür əksi relyef klişedən sənəd üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 03.08.2012-ci il tarixli 08/7 nömrəli Mingəçevir Bələdiyyəsinin qərarının aşağı hissəsinin sol tərəfindəki möhür əksinin təsviri relyef klişe vasitəsilə və imzanın təsviri bir başa icra olunmayıb, surətçıxaran aparat vasitəsi ilə əks olunmuşdur. Tədqiqata təqdim edilmiş Mingəçevir Bələdiyyəsinin 03.08.2012-ci il tarixli 08 nömrəli protokolunun 9-cu səhifəsindəki imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmişdir. İşin 3-cü cildinin 172-176-cı vərəqlərində olan məhkəmə-xətşünaslıq ekspertizasının 20 noyabr 2020-ci il tarixli 4/896 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Mingəçevir Bələdiyyəsinin 3 avqust 2012-ci il tarixli 8 nömrəli protokolunun 9-cu vərəqində «Sədr:» qrafasındakı imza – Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Mingəçevir Bələdiyyəsinin 3 avqust 2012-ci il tarixli 8 nömrəli protokolunun 9-cu vərəqində «Katib:» qrafasındakı imza – Şahid8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Mingəçevir Bələdiyyəsinin 3 avqust 2012-ci il tarixli 8 nömrəli protokolunun 9-cu vərəqində «Sədr:» və «Katib:» qrafalarındakı imzaların eyni şəxs və müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Abdullayev X43 bələdiyyəsinin 09.12.2013-cü il tarixli, 12 saylı protokoluna əsasən 09.12.2013-cü il tarixdən 13.01.2020-ci il tarixədək Mingəçevir bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar şəhər sakinləri arasında nüfuz qazanmaq, özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli, “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının 30 noyabr 1999-cu il tarixli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunlarına, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə, həmçinin bələdiyyə üzlərinin 25.02.2000-ci il tarixli, 03 saylı iclas qərarı ilə təsdiq edilmiş X2 əsasən kollegiyal orqan olan bələdiyyənin mülkiyyətində olan əmlakı idarə etmək, bələdiyyə torpaqlarını fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə vermək, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirmək, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlamaq, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirmək, səlahiyyətləri daxilində əmr və sərəncamlar vermək, bələdiyyənin qərarlarını imzalamaq və s. səlahiyyətlərə malik olduğu halda, həmin tələbləri yerinə yetirməyərək kollektiv orqan olaraq fəaliyyət göstərən Mingəçevir bələdiyyəsi tərəfindən qərar qəbul edilməsinə əsas olan müvafiq məsələni bələdiyyənin gündəliyinə çıxarmadan, torpaqların istifadəyə, icarəyə və mülkiyyətə verilməsi zamanı açıq torpaq hərraclarını və müsabiqələrin keçirilməsini təmin etmədən, bələdiyyə üzvləri tərəfindən bələdiyyə iclasında müzakirəsi olunmadan və bu barədə Mingəçevir bələdiyyəsinin iclas protokollarında heç bir qeydiyyat işləri aparılmadan öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşlar arasında nüfüz qazanmaq və özü üçün üstünlük əldə etmək məqsədilə Mingəçevir şəhər sakini Şahid5 Mingəçevir bələdiyyəsinin 23.12.2006-cı il tarixli 29/2 nömrəli qərarı ilə Təbriz küçəsindəki mövcud obyektlərin yanındakı ərazidən sahibkarlıq faəliyyəti ilə məşğul olmaq üçün icarəsinə verilmiş 40 kv.metr torpaq sahəsindən əlavə torpaq sahəsi vermək üçün 2016-cı ildə rəsmi sənəd sayılan həmin qərarın məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək 07.01.2016-cı il tarixli, 79 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında Şahid5 əlavə 15 kv.metr, Mingəçevir şəhər sakini Şahid7 Mingəçevir şəhəri, DRES qəsəbəsi, Naxçıvan və Natəvan küçələrinin kəsişməsindəki ərazidən ticarət obyekti tikintisi üçün torpaq sahəsi ayırmaq məqsədi ilə 2018-ci ilin yanvar ayında rəsmi sənəd sayılan bələdiyyənin sabiq sədri Şahid4 tərəfindən imzalanmış 03.08.2012-ci il tarixli, 08/7 nömrəli qərarının məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək Şahid7la 05.01.2018-ci il tarixli, 711 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlayaraq, sonuncuya 32 kv.metr, Mingəçevir şəhər sakini Şahid6 ticarət köşkü qoymaq üçün Mingəçevir bələdiyyəsinin 28.11.2002-ci il tarixli, 31/1 nömrəli qərarı, həmçinin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 03.12.1999-cu il tarixli 294 saylı sərəncamı ilə Təbriz küçəsində ayrılmış ümumilikdə 96 kv.metr torpaq sahəsindən əlavə torpaq sahəsi vermək üçün 2018-ci ilin mart ayında rəsmi sənəd sayılan bələdiyyənin sabiq sədri Şahid4 tərəfindən imzalanmış 03.08.2012-ci il tarixli 08/7 nömrəli qərarının məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək Şahid6 əlavə 162 kv.metr, Mingəçevir bələdiyyəsinin 06.08.2004-cü il tarixli 57/1 nömrəli qərarı ilə Mingəçevir şəhər sakini X3 fəaliyyəti ilə məşğul olmaq üçün Mingəçevir şəhəri Ə.Vahid küçəsindəki mövcud obyektlərin yanındakı ərazidən avtomobilləri yuma məntəqəsinin təşkili üçün ayrılmış olan 200 kv. metr torpaq sahəsinin 2018-ci ilin iyul ayında şəhər sakini Şahid2 ayrılması üçün rəsmi sənəd sayılan bələdiyyənin sabiq sədri Şahid4 tərəfindən imzalanmış 30.04.2013-cü il tarixli 04/5 nömrəli qərarın məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək Şahid2 təqdim edib onunla 07.01.2019-cu il tarixli, 504 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlayaraq, sonuncuya 200 kv.metr, Mingəçevir şəhər sakini Şahid3 Mingəçevir şəhəri, Karyerə gedən yolun sol tərəfindəki ərazidən qəbirüstü abidə daşlarının hazırlanması sexinin tikintisi üçün torpaq sahəsi ayırmaq məqsədi ilə 05.01.2019-cu ildə rəsmi sənəd sayılan 29.12.2013-cü il tarixli, 14/12 nömrəli bələdiyyə qərarın məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək Şahid3 təqdim edib onunla 05.01.2019-cu il tarixli, 760 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlayaraq, sonuncuya 2000 kv.metr, Mingəçevir şəhər sakini Şahid2 adı “Mingəçevir bələdiyyəsinin ümumi istifadədə olan torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə və s.) ödənilməsi məqsədilə tikinti aparılmadan, xidməti yerlərinin seçilməsi, mövsümi xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılmasına razılıq verilməsi haqqında” Mingəçevir bələdiyyəsinin 15.05.2019-cu il tarixli 08/4 nömrəli qərarında olmadığı halda, 2019-cu ildə göstərilən qərar əsas götürülməklə Şahid2 mövsümi çayxana fəaliyyəti ilə məşğul olması üçün 01.07.2019-cu il tarixli 67 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında 200 kv. metr bələdiyyə torpaqlarının icarəyə verilməsi üçün təkbaşına qərarlar qəbul etməklə torpaqdan istifadə qaydaları və şərtlərinə dair Azərbaycan Respublikasının torpaq və aqrar qanunvericiliyinə əməl edilməsi sahəsində bələdiyyələrin nüfuzuna xələl gətirən qeyd olunan hərəkətləri etməklə sədri olduğu bələdiyyənin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin yerli özünüidarə etmə siyasəti sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bununla da təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə öz təsdiqi tapır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 3-cü cildinin 225-ci vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 3-cü cildinin 2-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödəməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərci olan 297,65 (iki yüz doxsan yeddi mana altmış beş qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan 297,65 (iki yüz doxsan yeddi mana altmış beş qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-146/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-146/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver