Məhkəmə qərarları › İş №1(051)-146/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-146/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-146/2022 19.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd qızlı ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,160 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 24 may 2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospketində “Sənayə Parkı”nın yaxınlığında şəhərdaxili marşrutda saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sol əlində siqaretin qızılı-ağ rəngli bükümdə təmiz çəkisi 0,160 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və öz müdafiəsi üçün heç bir dəlil irəli sürmədən istintaq zamanı ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir, əvvəllər bir dəfə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq məhkumluğu olmuşdur. 24 may 2022-ci il tarixdə saat 10:30 radələrində yaşadığı evdən çıxıb yaxınlıqdakı 13 saylı məktəbin qarşısı ilə piyada gəzə-gəzə gedən zaman yol kənarında bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü görüb əyilib götürmüşdür. Həmin vaxt siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisinə açıb baxan zaman rəngindən və spesifik iyindən tanıdığı narkotik vasitə olan heroinə bənzər kütlə olmasını müəyyən etmişdir. Tapdığı siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan narkotik vasitə olan heroinə bənzər kütləni gələcəkdə özü istifadə etməsi üçün həmin bükümü əynindəki qara rəngli şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün işi olduğu üçün şəhər avtovağzalına getmişdir. Orada öz işlərini bitirib geri yaşadığı evə qayıtmaq üçün şəhərdaxili marşrut üzrə hərəkətdə olan 8 saylı sərnişin avtobusuna minmişdir. Avtobus şəhərin H.Əliyev prospekti ilə hərəkət etməyə başlamış, həmin gün saat 16:30 radələrində içərisində olduğu zaman avtobus şəhərin H.Əliyev prospektində yerləşən "Sənaye Parkı"nin bərabərliyində olan zaman 3 nəfər mülki geyimdə olan polis işçiləri ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini söyləyib avtobusdan aşağı düşürtmüşlər. Bundan sonra polis əməkdaşları onu özlərinə məxsus avtomobillə şəhər polis şöbəsinə aparmışlar. O, da polis əməkdaşlarıın qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. O, şəhər polis şöbəsinin inzibati binasına daxil olan zaman üzərimə şəxsi axtarış keçirilməsi üçün oraya növbətçi vəkil olan X6 çağırılmışdır. Bundan sonra növbətçi vəkil Müsaqif Hüseynov ona hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin olunaraq təqdim edilmişdir. Müdafiəçi Müsaqif Hüseynova və cinayət prosesinin digər iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra şəhər polis şöbəsinin inzibati binasının içərisində növbətçi hissəsinin qarşısında videoçəkilişlə üzərimə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı sol cibindən çıxadığı bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan narkotik vasitə heroinə bənzər kütləni sol əlində saxlamışdır. Polis əməkdaşları üzərində olan əşyaları masanın üstünə qoymasını bildirən zaman sol əlində olan bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra isə sol yan cibində olan bir ədəd "Samsung" markalı mobil telefonu, sağ yan cibində olan bir ədəd cib dəsmalını, bir ədəd alışqanı da çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt sol əlində aşkar edilərək götürülmüş 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümə baxış keçirən zaman rəngindən və spesifik iyli narkotik vasitə-heroinə bənzər kütlənin olması müəyyən olunmuşdur. O, həmin vaxt həyəcanlı olduğu üçün sol əlində aşkar edilərək götürülmüş 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan narkotik vasitə heroinə bənzər kütlənin özünün olmamasını və hansı şəraitdə sol əlində aşkar olunmasını bilmədiyini söyləmişdir. Həmçinin üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər sakini X8 qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlanması ilə bağlı şəhər polis şöbəsinə gətirilən zaman üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə ondan 19 manata almasını ifadəsində qeyd etməsini ona bildirmişlər. O, isə polis əməkdaşlarına Zakir Qarayevin tanışı olmasını, ancaq özü Zakirə xx.xx.2022-ci il tarixdə narkotik vasitə olan heroin satmadığını, sonuncunun yalan danışmasını bildirmişdir. Ancaq sonradan üzərinə şəxsi axtarış keçirilib qurtardıqdan sonra izahat verən zaman polis əməkdaşlarına sol əlində aşkar olunaraq götürülmüş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan narkotik vasitə heroini şəhərin H.Əliyev prospektində yerləşən 13 saylı tam orta mətkəbin qarşısından piyada gəzə-gəzə gedən zaman yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini qeyd etmişdir. Şəxsi axtarış və götürmə kameraya çəkildi. Sol əlindən aşkar edilərək götürülmüş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin onun və müdafiəçisi X2 iştirakı ilə elektron tərəzidə çəkilmiş, bükümün içərisində olan narkotik vasitə- heroinin ümumi çəkisi 0, 17 (sıfir tam yüzdə on yeddi) qram olması müəyyən edilmiş, şəxsi axtarış və götürmə barədə polis əməkdaşları protokol tərtib etmişlər. Polis əməkdaşları, o və müdafiəçisi Müsaqif Hüseynov həmin protokolu imzalamışlar. Sonra isə həmin büküm boş zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra möhürlə mühürlənmiş və o özü də həmin zərfin üzərini imzalamışdır. 24 may 2022-ci il tarixdə saat 10:30 radələrində yaşadığı evdən çıxıb yaxınlıqdakı 13 saylı məktəbin qarşısı ilə piyada gəzərək gedən zaman yol kənarında bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü görüb əyilib götürmüş, həmin vaxt siqaretin gümüşü kağızına bükülmuş bükümün içərisinə açıb baxan zaman rəngindən və spesfik iyindan tanıdığı narkotik vasitə olan heroinə bənzər kütlənin olmasını görmüş, tapdığı siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan narkotik vasitə olan heroinə bənzər kütləni gələcəkdə özü istifadə etmək məqsədilə həmin bükümü götürüb üzərində saxlamışdır. Özü xeyli vaxtdır narkotik vasitə istifadə edir. Hətta əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsində iştirakı ilə əlaqədar olaraq məhkum olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitɔ olan heroini yerdən taparaq əldə etmiş, özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımış, satmaq məqsədi olmamışdır. Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı ilə əlaqədar olaraq məhkumluğu olmuşdur, ona görə də xx.xx.2022-ci il tarixdə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən üzərində əvvəlcədən taparaq gəzdirdiyi narkotik vasitə aşkar olunacağını və yenidən məsuliyyətə cəlb olunacağını bilərək məsuliyyətdən yayınmaq məqsədilə həmin kütlənin özünün olmamasını şəxsi axtarış və götürmə zamanı bildirmişdir. Lakin sonradan izahatında həqiqəti etiraf etmiş, həmin kütlənin özünə məxsus olmasını, həmin kütlənin narkotik vasitə heroin olmasını, taparaq əldə etməsini, satış məqsədi olmamdığını və öz istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/434 nömrəli rəyində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin ilə X7 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin eyni tərkibli olmasının səbəbini bilməmiş, X11 də həmin narkotik vasitə heroini sizdən 19 manata satın almasını ifadəsində desə də lakin Zakir Qarayev ilə aralarında narkotik vasitə alqı-satqısı olmamışdır.. Həmçinin bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin hereoini satmaq məqsədi olmamışdır. Əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsində daha yüngül cəzanın tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, полис mayoru rütbəsində xidmət edir. X7 üzərindən narkotik vasitə heroin aşkar olunmasına dair Mingəçevir ŞPŞ-nin təhqiqat bölməsində araşdırma aparılan material üzrə Zakir Qarayevə narkotik vasitə satışında şübhəli bilinən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə raport icraatına daxil olmuşdur. Həmin raport əsasında 24 may 2022-ci il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs gətirilməsi üçün tərəflərindən Mİngəçevir ŞPŞ-nin əməkdaşları polis serjantları Fərid Kamilov və Oktay Əzizovun iştirakı ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs marşrutda olmasını və üzərində narkotik vasitə olması barədə məlumat almışlar. Bundan sonra Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Sənaye Parkı”nın yaxınlığında Elgizin içərisində olduğu 8 nömrəli şəhərdaxili marşrut avtobusu dayanacaqda dayananda qapıları açılanda bu zaman onlar marşuta minərək Elgizə yaxınlaşıb onu saxlamışlar, Elgizə özlərini təqdim etmişlər. Həmçinin Təqsirləndirilən şəxs barəsində məxfi əməkdaşdan aldıqları məlumatda bildirilmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə vardır, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə üzərində olarkən adətən onu tez zaman kəsiyində üzərindən ata bilməsi üçün bükümü əlində barmaqlarının arasında saxlayır. Buna görə də avtobusda Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən dərhal sonra onun əllərindən tutub saxlamışlar və avtobusdan düşürtmüşlər. Daha sonra Təqsirləndirilən şəxs izah olunub ki, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılan materialı üzrə izahatı alınması və üzərində narkotik vasitə olmasına dair şübhələr olduğu üçün polis şöbəsinə getməlidir. Bu səbəbdən də tərəflərindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi-alqısatqısında şübhəli olduğu üçün tutulduqdan sonra şəxsi axtarış və götürülmə keçirilməli olduğu izah olunmuşdur. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olunmuş və vəkil X6 dövlət hesabına müdafiəçi təyin olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Daha sonra müdafiəçinin də iştirakı ilə Mingəçevir ŞPŞ-nin Növbətçi Hissəsinin qarşısında üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən videoçəkiliş aparılacağı elan edilmişdir. Daha sonra videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən o, Elgizin sol əlini tutmuş vəziyyətdə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt onun sol əlində saxladığı büküm aşkar olunmuşdur. Elgizin əlini tutmaqda məqsədi ona hər hansı formada təsir göstərmək olmamışdır. Belə ki, ümumən təcrübədə rast gəlinmişdir ki, şəxs cinayət məsuliyətindən yayınmaq məqsədilə üzərində olan narkotik vasitəni atmış, yaxud onu udmuşdur. Bu kimi halların qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs sol əlindən tutmuşdur. Təqsirləndirilən şəxs sol əlində saxladığı büküm açılaraq içərisinə baxılarkən içərisindəki kütlənin narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü haradan əldə etməsi soruşulduqda o, özü narkotik vasitə istifadəçisi olmasını, 2-3 gündən bir istifadə etdiyini, sol əlindən aşkar olunmuş bükümü də ilk olaraq taparaq əldə etməsini bildirsə də lakin daha sonra bükümün özünə aid olmamasını bildirmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə tərəzi vasitəsilə çəkisi çəkilmiş və qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs və Müsaqif Hüseynov da həmin zərfi və şəxsi axtarış və götürmə keçirilməsinə dair tərtib olunmuş protokolu imzalamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavətləri və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirildikdən sonra NH-nin qarşısında şöbənin kameralarının müşahidə zonasında NH-nin qarşısında saxlanılmış və prosessual araşdırma aparılması üçün Təhqiqat Bölməsinə raport verilmiş və buna uyğun olaraq təhqiqatçı Ruzi Həsənov tərəfindən şübhəli şəxs qismində sənədləşirilib və müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə daxil olandan şəxsi axtarış və götürmə keçirilib qurtarandək NH-nin qarşısından heç bir otağa aparılmamışdır. Bunu şöbənin kameraları görüntüləri də qeydə almışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri vəzifələrində işləyənlər, polis kiçik serjantı Şahid2 və polis serjantı X9 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları birdaha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 24 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Belə ki, cinayət işinin materiallarında olan 24 may 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun sol əlindən aşkar edilərək götürülmüş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə, ümumi çəkisi 0,17 qram oldu. Təqsirləndirilən şəxs sol əlindən aşkar edilərək götürülmüş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlənin görüntüləri Samsung markalı video-kamera ilə videoya çəkildi və zərfə qoyularaq, AR DİN-in 76 nömrəli möhürü ilə möhürləndi, zərfin üzəri Təqsirləndirilən şəxs özü tərəfindən imzalandı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 25 may 2022-ci il tarixli 17/434 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs əlində olan narkotik vasitəyə oxşar kütlə...” sözləri yazılmış 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,160 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 26 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. İşdə olan 26 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X1 Məcburi Narkoloji-tibbi yoxlamanın 17 avqust 2022-ci il tarixli 1199 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınmaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, ekspertizadan sonra təmiz qalıq çəkisi 0,110 qram olan aşkar edilərək götürülmüş narkotik vasitə - heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və Mingəçevir ŞPŞ-yə saxlanılması üçün təhvil verilmişdir Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 06 iyul 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2021-ci il tarixində cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası ƏN-nin MEM-nin X12 Bölməsinin 25 may 2022-ci il tarixli 17/434 №-li rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə Şəhəri X1 Məcburi Narkoloji-tibbi yoxlamanın 17 avqust 2022-ci il tarixli 1199 nömrəli rəyləri sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,110 qram olmuş narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və Mingəçevir SPŞ-yə maddi sübutların saxlanılması üçün təhvil verilmidir. Bir ədəd “CD-R” diskdə olan videogörüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 24 may 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,160 qram olan narkotik vasitə-heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət -hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan yuxarıda sadalanan əvvəlki hökm üzrə məhkumluğu ödənilsə də Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Məmmədov X3 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Mingəçevir ŞPŞ-də saxlanması üçün təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,160 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,110 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 69,10 (altmış doqquz manat, on qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 24 may 2022–ci il tarixdən 26 may 2022–ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 69,10 (altmış doqquz manat 10 qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Mingəçevir rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 110 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar