Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-146/2023 05.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci il il tarixdə Yevlax rayonu Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə saat 02 radələrində yaşadıqları evin qonaq otağında arvadı Zərərçəkmiş şəxs məhkəməyə boşanma üçün verdiyi ərizəsini geri götürməkdən imtina etdiyinə görə ona irad bildirdiyi üçün aralarında yaranmış ailə münaqişəsi zamanı bir dəfə nəlbəki ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə vuraraq, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol tərtib edilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə evlənmiş, birgə nikahlarından 2 nəfər uşaqları doğulmuşdur. Ailə quranda normal münasibətləri olsa da, son 6 ay ərzində ailədaxili qısqanclıq zəminində bir neçə dəfə mübahisələri olmuşdur. Bu səbəbdən də 2023-cü ilin avqust ayının ortalarında arvadı, Mehriban ondan boşanmaq üçün Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Həmin vaxtdan sonra mübahisələrini daha da artmışdır. Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində evə gələndə arvadı Mehriban ona çay gətirmişdir. Bir qədər keçəndən sonra arvadı Mehribanın ona çay gətirəndən sonra məhkəmənin icraatında olan boşanma ərizəsini geri götürməsini xahiş və tələb etmiş, lakin Mehriban boşanmaqda qərarlı olduğunu dediyinə görə o, əsəbiləşib stolun üzərindəki stəkanı götürüb ona atmış və dəymədiyini gördükdən sonra təkrar nəlbəkini götürüb Mehribanın alnına vurub xəsarət yetirmişdir. Sonra isə tibbi yardım etmək üçün qonşuluqda yaşayan Savad adlı qadını çağırmış, Savad isə gəlib Mehribana yardım etmiş, sonra hər ikisini sakitləşdirib çıxıb getmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə evlənmiş, birgə nigahlarından 2 nəfər uşaqları doğulmuşdur. Hazırda uşaqlar onun yanındadır. Ailə qurandan sonra normal münasibətləri olsa da, son 6 ay ərzində ailədaxili qısqanclıq zəminində bir neçə dəfə aralarında mübahisələri olmuşdur. O səbəbdən də 2023-cü ilin avqust ayının ortalarında əri Yadigardan boşanmaq üçün Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Həmin vaxtdan sonra mübahisələrinin daha da artmışdır. Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində əri Yadigar evə gəldiyi vaxt ona çay gətirmiş, bir qədər müddət keçəndən sonra Yadigar ondan boşanma ərizəsini məhkəmədən geri götürməsini tələb etmişdir. O isə ərizəni geri götürməyəcəyini demişdir. Ondan sonra Yadigar əsəbiləşib stolun üzərində olan stəkanı ona atmış, ancaq stəkan ona dəyməmişdir. Yadigar stəkanın ona dəymədiyini gördükdən sonra təkrar stolun üzərindəki nəlbəkini götürüb ona atmıəş, nələbəki isə onun alın nahiyəsinə dəymişdir. Ona görə də o, xəsarət almışdır. Onun xəsarət aldığını gördükdən sonra Yadigar tibbi yardım etmək üçün qonşuluqda yaşayan Savad adlı qadını çağırmış, Savad isə gəlib ona ilkin tibbi yardım etmişdir. Ondan sonra Yadigar evdən çıxıb getmişdir. İşə məhkəmədə baxılan vaxt Yadigar ondan üzr istəmişdir. Ona görə də o, Yadigarı bağışlayaraq onunla barışmışdır. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qonşusudur. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs əri olduğuna görə tanımışdır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində blokda evə qalxan zaman qonşusu Mehribanın evində mübahisə səsləri gəldiyini eşitmişdir. Həmin vaxt evinə daxil olandan sonra qonşu Yadigar gəlib onu çağırmış və arvadı Mehribana xəsarət yetirməsi barədə məlumat vermişdir. Sonra o, Zərərçəkmiş şəxs evinə gedib Mehribana köməklik etmiş və hər ikisini sakitləşdirib evinə qayıdıb getmişdir. Lakin, Yadigarın arvadı Mehribanı vurub xəsarət yetirməsi anını görməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri ünvan 2 ünvanında Zərərçəkmiş şəxs və əri Təqsirləndirilən şəxs birgə yaşadıqları evin qonaq otağıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evin qonaq otağında əri Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yarandığını, mübahisə zamanı əri Yadigarın nəlbəki ilə onun alın nahiyəsinə vurub xəsarət yetirdiyini bildirdi və həmin yerləri göstərdi. Eyni zamanda baxışda iştirak edən Təqsirləndirilən şəxs münaqişə zamanı Zərərçəkmiş şəxs alın nahiyəsinə nəlbəki ilə qəsdən vuraraq ona xəsarət yetirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 611 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: alın nahiyəsində yara bərk küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar. Alın nahiyəsində olan yara sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq, aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM–nin 72–ci maddəsinə yeni “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi üzrə zərərçəkmiş şəxslə barışmasına görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-146/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-146/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver