Məhkəmə qərarları › İş №1(051)-147/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-147/2021

06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-147/2021 06.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid1, vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs oğlu xx.xx.1999-cu ildə Ağdaş rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri Bozdağ küçəsi 56№-li evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 2020-ci ilin iyun ayının əvvəllərində Mingəçevir şəhər sakini xx.xx.2006-cı ildə anadan olmuş Zərərçəkmiş şəxs ilə tanış olaraq onunla danışıb qarşılıqlı razılıq əsasında 2020-ci ilin iyun ayının ortalarında tarixi istintaqa dəqiq məlum olmayan vaxtda dostu Şahid3 tərəfindən kirayə götürülmüş Mingəçevir şəhəri H.Əliyev prospekti 54/16 №-li evin 26№-li mənzilinə gələrək mənzilin yataq otağında təxminən saat 16 radələrində on altı yaşına çatmamış, laikn ona qarşı törədilmiş hüquqazidd əməl zamanı həmin əməlin mahiyyətini tam dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətləini idarə etmək iqtidarında olan Zərərçəkmiş şəxs könüllü razılığı əsasında gərginləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs anus dəliyinə yeritməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olaraq zərərçəkmiş şəxs 16 (on altı) yaşına çatmamış Aişə Mustafayev ilə seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs 2020-ci ilin iyun ayından tanıyır. Belə ki, 2020-ci ilin iyun ayında tanışlarından birinin vasitəsi ilə Aişə adlı qızla tanış olmuşdur. Ertəsi gün o, Aişə ilə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən sənaye parkının yaxınlığında görüşdülər. 3-4 gün sonra o, şəhər ərazisində Aişə ilə görüşüb bir evdə görüşmək razılığına gəldilər. Bu barədə Mirzə adlı dostuna bildirərək onlara görüş üçün ev tapmağa kömək etməyi xahiş etdi. Mirzə razılaşdı. Ertəsi gün saat təxminən 15 radələrində Mingəçevir şəhəri H.Əliyev küçəsində qeyri yaşayış sahəsində “Narmobile”nın ofisi yerləşən binanın qarşısına getdilər. Həmin binaın sonuncu blokunda sonuncu mərtəbə orta qapı olan mənzilə daxil oldular. Bir yerdə əyləşib spirtli içki pivə içdilər. Sonra Aişə digər otağa keçib onu da həmin otağa çağırdı. O da həmin otağa keçdi. Həmin otağa keçəndə gördü ki, Aişə üst geymini soyunub alt paltarında çarpayıda uzanıbdır. Bundan sonra o da paltarını soyundu. Aişə üzü üstə uzandı, o da Aişənin üzərinə uzanaraq ereksiya vəziyyətinə gəldi, cinsi orqanını Aişənin arxa keçəcəyinə soxaraq Aişə ilə qeyri təbii yolla 6-7 dəqiqə müddətində cinsi əlaqədə oldu. Aişənin hərəkətlərindən onun azyaşlı olmasına inanmadı. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhəri 14 saylı orta məktəbin 8-ci sinifində oxuyur. Təxminən 2020-ci ilin iyun ayının ortalarında istifadəsində olan mobil telefon nömrəsinə Watsapp sosial şəbəkəsində tanımadığı nömrədən sms gəldi, sms yazan şəxs adını Qurban kimi təqdim edərək onunla tanış olmaq istədiyini bildirdi. O da bir qədər Qurbanla də smsləşdikdən sonra Qurbanla tanış oldu. Təxminən 5 gün sonra şəhər ərazisində görüşmək barədə razılaşdılar. Həmin gün təxminən günorta saatlarında Qurbanla H.Əliyev prospektində yerləşən Sənaye Parkının yaxınlığında görüşdülər. Qurban qara rəngli xarici markalı avtomobillə gəldi. Avtomobili başqa tanımadığı şəxs idarə etdi. Avtomobilə əyləşdikdən sonra Qurban ona həmin şəxsin adının Mirzə olduğunu bildirdi. Avtomobillə hərəkət edərkən Mirzə telefon vasitəsi ilə Şəhriyar adlı şəxslə danışaraq görüşməkləri üçün Şəhriyardan ev istədi. Şəhriyar da onunla razılaşdıqdan sonra Mirzə avtomobili idarə edib Mingəçevir şəhəri Mərkəzi Bazarın yaxınlığında yerləşən yeraltı piyada keçidinin yaxınlığındakı binanın qarşısında saxladı. Mənzil 2 otaqdan və mətbəxdən ibarət idi. Qurbanla birlikdə həmin otaqda olarkən Mirzə çıxıb getdi. Otağa keçən kimi Qurban onun qolundan dartıb çarpayının üzərinə ağzı üstə yıxdı. Başı balıncın üstündə oldu. Qurban onun donunu yuxarı qaldırıb alt paltarını aşağı çəkərək zorla onunla qeyri təbii yolla cinsi əlaqədə oldu. Qurban onunla cinsi əlaqədə olduqdan sonra birlikdə mənzildən çıxdılar. Daha sonra Qurban və Mirzə onu avtomobillə yaşadığı evin yaxınlığına aparıb orada düşürdülər. Bundan bir neçə gün sonra yenə də şəhər ərazisində Qurbanla görüşdülər. Birlikdə Mirzənin idarə etdiyi avtomobillə şəhər ərazisində bir qədər gəzdilər. Lakin həmin zaman aralarında heç nə olmadı. Bir neçə gün sonra Qurbanla şəhər ərazisində görüşdülər, Qurban yenə də Mirzənin idarə etdiyi qara rəngli xarici markalı avtomobillə gəldi. Birlikdə görüşdükdən sonra Qurban ona ilk dəfə görüşdükləri mənzilə getməyi təklif etdi. Qurban ona qarşı əxlaqsız hərəkətlər etməyəcəyinə söz verib onu inandırdıqdan sonra o da Qurbanla birlikdə həmin mənzilə getdilər. Mənzilə daxil olduqdan sonra Qurban onun qolundan tutub çarpayının üzərinə yıxdı. Əynində olan yubkanı qaldırıb alt paltarını aşağı etdikdən sonra zorla onunla qeyri təbii yolla cinsi əlaqədə oldu. Lakin Qurbana müqavimət göstərməyə gücü çatmadı. Qurban onunla qeyri təbii yolla cinsi əlaqədə olduqdan sonra birlikdə mənzildən çıxdılar. Avtomobilə əyləşdikdən sonra Qurban onu yaşadığı evin yaxınlığında düşürdü. Qurbanla hazırda barışmışlar, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2005-ci ildə X4 ilə rəsmi nigaha daxil olub ailə qurmuşdur. Birgə nigahdan Aişə adlı övladları var. Onun ilkin nigahdan da Türkan adlı qız övladı var. Hazırda Türkan da onlarla birlikdə yaşayır. Aişə Mingəçevir şəhəri 14 saylı orta məktəbin 8-ci sinif şagirdidir. 2020-ci ilin avqust ayının əvvəllərində yaşadıqları evdə olarkən qızı Türkan Aişənin ona bir neçə nəfərlə cinsi əlaqədə olması barədə polis şöbəsinə şikayət verdiyini dedi. Belə ki, Aişənin Vüsal, Qurban və Ramil adlı şəxslərlə Mingəçevir şəhəri ərazisində yerləşən mənzillərdə cinsi əlaqədə olması barədə məlumat verdi. Ona məlum oldu, həmin şəxslərdən Vüsal və Ramil hərbiçidirlər. Qurban isə Mingəçevir şəhər sakinidir. Sonradan Aişə tibbi müayinədən keçirildi, məlum oldu ki, onun qızlıq bəkarəti pozulubdur. Hazırda təsirləndirilən şxs Təqsirləndirilən şəxsla barışmışlar, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Onlar valideynləri ilə birlikdə yaşayırlar. Aişə Mingəçevir şəhəri 14 saylı orta məktəbin şagirdidir. 2020-ci ilin avqust ayında Aişə ona bir neçə nəfər şəxslə cinsi əlaqədə olması barədə məlumat verdi. Belə ki, Aişə ona dedi ki, 2020-ci ilin iyun ayından başlayaraq Mingəçevir şəhər ərazisində yerləşən mənzillərdə bir neçə dəfə Qurban, Ramil və Vüsal adlı şəxslərlə cinsi əlaqədə olubdur. Həmçinin Aişə ona Vüsal və Ramilin hərbiçi, Qurbanın isə Mingəçevir şəhər sakini olmasını demişdir. O da dərhal Aişə ilə birlikdə Mingəçevir şəhər Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etdi. Sonradan Aişə tibbi müayinədən keçirilmiş, məlum olmuşdu ki, Aişənin qızlıq bəkarəti pozulubdur. O, Təqsirləndirilən şəxs və ya Şahid3 tanımır, onlarla hər hansı münasibəti olmamışdır. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. 2020-ci ilin iyun ayının ortalarında Qurban ona zəng edərək tanış olduğu qızla görüşmək üçün ona mənzil təşkil etməyi xahiş etdi. Yaşadığı ev həmin zaman təmir edildiyindən Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən mənzildə kirayədə yaşayırdı. Valideynləri isə həmin zaman Bakı şəhərində olduğundan o, kirayə yaşadığı mənzildə görüşmək təklif etdi. Ertəsi gün günorta saatlarında Qurban ona zəng edərək görüşməyi təklif etdi, o da idarə etdiyi avtomobillə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən sənaye parkının yaxınlığına getdi. Orada Qurban bir nəfər qızla avtomobilə əyləşdi. Qurban yanında olan qızı onunla tanış edərək adının Aişə olduğunu dedi. Bundan sonra o, avtomobili Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən binanın qarşısına sürdü. Orada avtomobildən düşüb 3-cü mərtəbədə yerləşən mənzilə qalxdılar. Mənzildəki otaqda əyləşib bir qədər spirtli içki içdilər. Bir qədər söhbət etdikdən sonra Aişə və Qurban cinsi əlaqədə olmaq üçün digər otağa keçdilər. Sonra yenə ona məxsus avtomobilə əyləşib Aişəni aparıb Mingəçevir şəhəri H.Əliyev küçəsində yerləşən sənaye parkının yaxınlığında düşürdülər. İşin 10-cu vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin 10 avqust 2020-ci il tarixli, 514 saylı rəyində göstərilir ki, - Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsrət aşkar olunmadı. - Zərərçəkmiş şəxs qıznın qızlıq bəkarətinin tamlığı pozulmuşdur, pozulma müddəti 2(iki) həftədən çoxdur. - Zərərçəkmiş şəxs anus dəliyində qeyri təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun tonusu zəifləməsi, qıfa bənzər açılma, şüavari büküşlərin hamarlaşması, düz bağırsağın ampulyar hissəsində genəlmələr) müşahidə olunur. İşin 57-58-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 25 avqust 2020-ci il tarixli, 482/211 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs ambulator şəraitdə psixi-psixoloji vəziyyətinin aydınlaşdırılması çətinlik törətdiyindən kliniki diaqnozun və psixi-psixoloji vəziyyətinin dəqiqləşdirilməsi üçün onun psixiatriya stasionarında müayinə olunması zəruridir. Zərərçəkmiş şəxs psixi-psixoloji vəziyyəti stasionar şəraitində aydınlaşdırıldıqdan sonra onun təkrar X1 ambulator məhkəmə psixiatriya və psixoloji ekspertizasına göndərilməsi məsləhət görülür. İşin 132-141-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizasının Mərkəzi” publik hüquqi şəxsin 05 may 2021-ci il tarixli 965 saylı rəyində göstərilir ki, İ Motivləşdirici hissə: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Zərərçəkmiş şəxs hal hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Zərərçəkmiş şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: -Aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak prosessləri, dünya görüşü, intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya təsvir edə və bu barədə düzgün məlumat verə bilər. İİ Yekun hissəsi Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə psixiatrik ekspertizası qarşısında qoyulmuş suaaları aşağıdakı kimi cavablandırır: Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd edilmir. Zərərçəkmiş şəxs müxtəlif şəxslərlə ayrı-ayrı tarixlərdə cinsi əlaqəyə girərkən hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmamışdır. Həmin dövrdə Zərərçəkmiş şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqdim olunmuş tibbi sənədlərə əsasən 2020-ci ilin avqust ayında depressiv-nevrotik reaksiya keçirmişdir. Aparılmış müayinə sonra qeyd olunan pozuntular sağalma ilə nəticələnmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik əlamətləri qeyd olunmur.Zərərçəkmiş şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik keçirməmişdir, onda hər hansı psixi qüsur yaranmamışdır. Zərərçəkmiş şəxs situasiya ilə əlaqədar nevrotik səviyyəli pozuntular qeyd olunmuş, sonradan sağalma ilə nəticələnmişdir. Zərərçəkmiş şəxs istintaq üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələri tətbiq oluna bilməz. Zərərçəkmiş şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə törətmir. Məhkəmə -psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Zərərçəkmiş şəxs isterik tipli xasiyyət cizgiləri aşkar olunur. Nümayişkaranəlik, eqosentrizm, kobudluq, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs baş vermiş hadisələri düzgün qavrayıb təsvir etmək və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafı, intelektual imkanları normaya uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs əqli inkişaf və fərdi psixi xüsusiyytləri nəzərə alınmaqla etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xaraklterini mahiyyətini başa düşür. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu 2020-ci ilin iyun ayının əvvəllərində Mingəçevir şəhər sakini xx.xx.2006-cı ildə anadan olmuş Zərərçəkmiş şəxs ilə tanış olaraq onunla danışıb qarşılıqlı razılıq əsasında 2020-ci ilin iyun ayının ortalarında tarixi istintaqa dəqiq məlum olmayan vaxtda dostu Şahid3 tərəfindən kirayə götürülmüş Mingəçevir şəhəri H.Əliyev prospekti 54/16 №-li evin 26№-li mənzilinə gələrək mənzilin yataq otağında təxminən saat 16 radələrində on altı yaşına çatmamış, laikn ona qarşı törədilmiş hüquqazidd əməl zamanı həmin əməlin mahiyyətini tam dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətləini idarə etmək iqtidarında olan Zərərçəkmiş şəxs könüllü razılığı əsasında gərginləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs anus dəliyinə yeritməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olaraq zərərçəkmiş şəxs 16 (on altı) yaşına çatmamış Aişə Mustafayev ilə seksual xarakterli digər hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs oğlunun həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Qurban Məhərrəov Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 89-cu vərəqlərində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İşin 151-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid1 qızının ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxs oğlu ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş **********821 №li vətəndaşın həqiqi xidmət keçməsinə dair elektron arayaışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu vətən uğrunda gedən İİ Qarabağ müharibəsində iştirak etmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs oğlunun əməlini etiraf edib peşiman olması, Vətən müharibəsi iştirakçısı olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza növünün təyin olunması məsələsini həll edərkən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyul 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2010-cu il tarixli qərarında göstərilir ki, “şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarınm məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Məhkumlar barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlara davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxsla hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan mərhum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilən halları, eləcə də Vətən müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Barəsində təyin olunmuş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Minəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia, expertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 1(bir) il 6 (altı) ay sınaq müddəti təyin edilsin. Barəsində təyin olunmuş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində davranışı üzərinə nəzarət həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Minəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar