Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-148/2021 24.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, müdafiəçisi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 oğlunun müdafiəçisi-Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 oğlunun, Təqsirləndirilən şəxs3 müdafiəçisi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X15 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 06.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 29, mənzil 61 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş həbs Təqsirləndirilən şəxs2 və xx.xx.1993-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədi ilə 02.04.2021-ci il tarixdən 09.04.2021-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə bir neçə dəfə davam etməklə gecə saatlarında özgənin əmlakını gizli yolla talama məqsədi ilə X10 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətdə yerləşən çardağın altına yığılmış ev sahibinin qohumu Zərərçəkmiş şəxs4 məxsus, 1 bağlaması 100 metr ölçüdə, en kəsiyi 2x4 mm, gərginliyi 450/750V, mis materialından olan “Ayxan” markalı 1 bağlamasının dəyəri 100 (yüz) manat olmaqla 12.400 (on iki min dörd yüz) manat dəyərində 124 (yüz iyirmi dörd) bağlama elektrik naqillərini tək, habelə həmin müddət çərçivəsində dəqiq tarixi istintaqa bəlli olmayan gün əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 kənarda pusquda dayanıb onu gözlədikləri vaxt X10 yaşadığı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan növbəti dəfə aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətdə yerləşən eyni yerdən 600 (altı yüz) manat məbləğdə eyni növdən olan daha 6 bağlama elektrik naqillərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 13.000 manat məbləğdə 130 (yüz otuz) bağlama elektrik naqillərindən 124 bağlamasını tək, 6 bağlamasını isə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla gizli yolla talayaraq oğurlamışdır. Məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməllərinə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs2 2021-ci ilin aprel ayının əvvəllərində tarixi istintaqa dəqiq məlum olmayan vaxtda əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə oğurluq etmək məqsədi ilə qabaqcadan əlbir olub qrup halında cinayət əlaqəsinə girərək əvvəllcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və o, kənarda pusquda dayanaraq gözləmiş Təqsirləndirilən şəxs1 isə X10 yaşadığı ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasarından aşıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətdə yerləşən çardağın altına yığılmış Zərərçəkmiş şəxs4 məxsus 1 bağlaması 100 metr ölçüdə, en kəsiyi 2x4mm, gərginliyi 450/750V, mis materialından olan “Ayxan” markalı, 1 bağlamasının dəyəri 100 (yüz) manat olmaqla ümumi dəyəri 600 (altı yüz) manat olan 6 bağlama elektrik naqillərini gizli olaraq talayıb, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 600 (altı yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 2021-ci ilin aprel ayının əvvəllərində tarixi istintaqa dəqiq məlum olmayan vaxtda əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə oğurluq etmək məqsədi ilə qabaqcadan əlbir olub qrup halında şəxs halında cinayət əlaqəsinə girərək əvvəllcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və o, pusquda dayanaraq gözləmiş Təqsirləndirilən şəxs1 isə X10 yaşadığı ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasarından aşıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətdə yerləşən çardağın altına yığılmış Zərərçəkmiş şəxs4 məxsus 1 bağlaması 100 metr ölçüdə, en kəsiyi 2x4mm, gərginliyi 450/750V, mis materialından olan “Ayxan” markalı, 1 bağlamasının dəyəri 100 (yüz) manat olmaqla ümumi dəyəri 600 (altı yüz) manat olan 6 bağlama elektrik naqillərini gizli olaraq talayıb, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 600 (altı yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən qismən imtina edərək göstərdi ki, o, əvvəllər də oğurluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmuşdur. 06 may 2020-ci il tarixdə cəzadan azad olunmuşdur. Hazırda qeyd olunan ünvanda anası X4 və qardaşı X12 ilə birlikdə yaşayırlar. Cəzadan azad olunduqdan sonra fəhləlik edərək fərdi əməklə məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs4 və ya X13 tanımır. Onlarla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Təxminən 8-9 ay əvvəl fəhləlik məşğul olan tanışlarından biri (həmin şəxsin kim olduğunu xatırlamır.) ona telefon vasitəsi ilə zəng edərək Mingəçevir şəhərinin Su anbarı istiqamətində asfalt yolun kənarında, “Qarabağ” marketin yaxınlığındakı yaşayış evinin həyətinə təmir tikinti əşyalarını yük avtomobilindən boşaltmaq üçün fəhləyə ehtiyacı olduğunu ona həmin əşyaları boşaldaraq həyət evinə yığmağı təklif etmişdir. O da həmin şəxslə razılaşıb qeyd olunan ünvana getmiş orada Kamaz markalı avtomobilinin yük yerində olan təmir tikinti materiallarını boşaldaraq yaxınlıqdakı evin həyətyanı sahəsində olan çardağın altına yığmışdır. Bunun müqabilində zəhməthaqqı olaraq təxminən 10 manat məbləğdə pul almışdır. Həmin vaxt orada çardağın altında digər tikinti materialları da olmuşdur. Son zamanlar heç bir yerdə işləmədiyi üçün pula ehtiyacı olmuşdur. Ona görə də oğurluq etmək fikrinə düşmüşdür. İlk olaraq əvvəllər yük boşaltdığı, yəni yuxarıda da qeyd etdiyi evin həyətinə daxil olub oradan tikinti materiallarını oğurlamağı firkirləşmişdir. Ona görə də 2021-ci ilin aprel ayının əvvəllərində dəqiq tarix yadında deyil, səhər saatlarına yaxın vaxtlarda həmin ünvan istiqamətində gedib evin həyətinin hasarına yaxınlaşıb hasardan aşaraq evin həyətinə daxil olmuşdur. Daha sonra həyətdəki çardağın altına keçib oradan 4 top elektrik naqillərini götürüb hasardan aşaraq bayıra çıxıb küçələr arası yolla hərəkət edib yaxınlıqdakı avtomobil yolunda olan dairənin yaxınlığında kənarları hasarlanmış bos sahəyə gedərək oğurladığı naqilləri orada gizlətmişdir. Özü də orada dayanaraq səhərin açılmasını gözləmiş, səhər açıldıqda həmin naqilləri yoldan keçən taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdən birini saxladıb avtomobillərə yükləyərək Şəfa bağ massivində yerləşən boş sahəyə aparıb orada ocaq qalayaraq naqillərinin üzərindəki materialları yanırdıb əridərək içərisində olan mis materialından olan məftilləri çıxardaraq əldə etdiyi mis məftilləri torbaya qablaşdırıb avtomobil yoluna çıxaraq taksi fəaliyyəti ilə məşğul olan avtomobilə yükləyib Mingəçevir şəhərinin Samux küçəsində yerləşən yanacaq doldurma məntəqəsinin arxa hissəsindəki metal qəbul məntəqəsinə aparıb orada Mahir adlı şəxsə satmışdır. İlk dəfə Mahirə satdığı misin əvəzində Mahir ona 50 (əlli) manat məbləğdə pul vermişdir. Bundan sonra dəfələrlə qeyd olunan ünvana qeyd etdiyi üsulla daxil olaraq oradan elektrik naqillərini oğurlayıb həmin naqilləri də yuxarıda qeyd etdiyi oğurluq etdiyi evin yaxınlığında yerləşən boş sahəyə aparıb orada gizlədib səhərin açılmasını gözləyərək səhər açıldıqdan sonra yoldan keçən avtomobillərdən birinə yükləyərək Şəfa bağ massivinə aparıb orada ocaq qalayıb naqilləri yandırıb əridərək içərisində olan mis məftilləri çıxardıb yenə də Mahir adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə aparıb orada satmışdır. Bundan başqa aprel ayının təxminən 6 və yaxud 7-də o, tanışları Elvin və Səmədlə telefon vasitəsi ilə əlaqə saxlayıb onlarlar görüşüb yaxınlıqdakı mağazadan pivə alaraq Mingəçevir şəhərinin Su anbarına gedən yolun yaxınlığındakı bos sahədə oturub pivə içmişlər. Pivə içərək bir qədər söhbət edərək yaxınlıqdakı həyət evlərinin ara küçələri ilə piyada hərəkət etmişlər. Saat təxminən 05 radələrində əvvəllər də oğurluq etdiyi evin yaxınlğından keçərkən, o, Səməd və Elvinə işğaldan azad olunmuş rayonlarda işləməyə getdiyini və oradan gələndə artıq qalan elektrik naqilləri gətirdiyini demişdir. O, yol maşının ilə gəldiyi və sürücü tələsidiyi üçün evə qədər gedə bilməmiş, o səbəbdən də naqilləri yolda düşürmüşdür. Ona görə o, Səməd və Elvindən həmin naqillərin evə daşınmasında ona köməklik etməsini xahiş etmişdir. Onlar da etiraz etməmişlər. O, naqillərin oğurluq olduğunu deməmişdir. Elvin və Səmədlə birlikdə 6 top naqilləri götürüb ona məxsus Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 2 nömrəli yaşayış binasında yerləşən mənzilə aparıb yığdıqdan sonra Elvinlə Səməd çıxıb getmişlər. Səhər açılanda o, yenə də eyni qayda da həmin naqilləri yoldan keçən taksi avtomobilini saxladıb avtomobilə yükləyərək Şəfa bağ massivinə gedib orada boş sahədə naqillərinin üzərində olan materialları ocaq qalayıb ocaqda yandırıb əridərək naqillərin içərisində olan mis məftilləri isə Mahir adlı şəxsin işlədiyi metal qəbulu əntəqəsinə aparıb orada Mahirə satmışdır. Həmin vaxt Mahir ona 280 manat məbləğdə pul vermişdir. Həmin gün Elvin və Səmədlə görüşərək axşam ona kömək etdikləri üçün əldə etdiyi puldan Səmədə 30 manat məbləğdə pul, Elvinə isə 25-30 manat həcmində gündəlik tələbat malları alıb vermişdir. O, 2021-ci ilin aprel ayının 2-də aprel ayının 10-dək olan müddət ərzində mütəmadi olaraq həmin evin həyətinə daxil olub oradan cəmi 35-40 top elektrik naqilləri toplarını oğurlayıb naqillərin üzərində olan materialları əridərək içərisindəki mis məftilləri sataraq pul əldə etmişdir. Sonuncu dəfə 09 aprel 2021-ci il tarixdə də qeyd olunan ünvana oğurluq etmək məqsədi ilə getmiş həmin evin hasarından aşıb həyətə daxil olmaq istəyərkən evin həyətinə kimsə çıxmış, həmin şəxs onun həyətə daxil olmağını görüb odlu silahla ona doğru atəş açmış o isə qorxub oradan qaçmışdır. O, oğurladığı naqilləri Samux küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyən Mahir adlı şəxsə satmış, həmin naqillərin cinayət yolu ilə əldə edilməsi barədə Mahirə məlumat verməmişdir. Qeyd etdiyi hallardan başqa o, oğurluq etməmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yaşadıqları evdən, eləcə də Zərərçəkmiş şəxs5 məxsus qəssabxanadan oğurluğu etmədiyini, İbtidai istintaq zamanı təzyiq altında olduğu üçün ifadə verdiyini bildirmişdir. Qeyd olunan oğurluq hadisələri onun üslubuna uyğun deyildir. Çünki o, heç vaxt elə oğurluq əməlləri törətməmişdir. Bununla belə o, zərəçəkmiş şəxs Hafiz Zamanovun bildirdiklərini, yəni 130 top naqil oğurlanmasını qəbul etmir. O, cəmi 40 top naqil oğurlamışdır. Həmin elektrik naqillərini tək oğurlamışdır. Elvin və Səməd ona yalnız 6 top naqillərin daşınmasında köməklik etmişlər. Elvin və Səmədin həmin elektrik naqillərinin oğurluq olmasından xəbərləri olmamışdır. Ona görə də hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hazırda qeyd olunan ünvanda atası X7, arvadı X8, övladları Məhəmmədli və Lətifə ilə birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs1 onlarla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs3 isə onun qayınıdır. Ənvərpaşa və Səmədlə münasibəti normaldır. Aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs4 Ənvər oğlu və X13 uzun müddətdir ki, tanıyır. Belə ki, Hafis və Hilal birlikdə tikinti materiallarının satışı ilə məşğul olurlar. Daima yaşadıqları evin həyətinə tikinti materiallarını boşaldırlar. O atası birlikdə fəhləlik edərək tez-tez Hafisin və ya Hilalın yaşadıqları evin həyətinə yük boşaltmaq üçün gələn avtomobillərin yüklərini boşaltmışdır. Əvvəllər də, yəni təxminən 2016-cı ilin əvvəllərində o, atası ilə birlikdə Hilalgilin həyətinə yük boşaldarkən əlavə qüvvəyə ehtiyac olduğundan Ənvərpaşaya zəng edib köməyə çağırmışdır. Ənvərpaşa da onlarla birlikdə yüklərin boşaldılmasında iştirak etmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı mənzildə olarkən, təxminən gecə saat 3 radələrində Ənvərpaşa onun istifadəsində olan mobil telefona zəng edərək həyətə düşməyini bildirmiş, o, həyətə düşdükdən sonra Ənvərpaşa onun yanında zəng edərək Səmədi də aşağı çağırmışdır. Səməd də aşağı düşdükdən sonra Ənvərpaşa onaları taksi fəaliyyəti ilə məşğul olan avtomobillə özünə məxsus yüklər gətirib yaxınlıqdakı Qarabağ marketin yanına yığdığını köməklik edərək, yəni birlikdə gedib həmin əşyaları Ənvərpaşanın yaşadığı mənzilə gətirməyini xahiş etmiş, o da etiraz etməmişdir. Ondan sonra o, Səməd və Ənvərpaşa ilə birlikdə həmin yerə gedib oradan 6 top elektrik naqillərini götürüb Ənvərpaşanın yaşadığı mənzilə aparmışlar. Ənvərpaşa həmin naqilləri özünə məxsus evin təmirində istifadə etmək üçün aldığını da onlara demişdir. Həmin elektrik naqillərini Ənvərpaşanın yaşadığı mənzilə yığıb oradan aralaşıb getmişlər. Bir neçə gün sonra o, Ənvərpaşa ilə həyətdə rastlaşarkən Ənvərpaşa ona naqillərdən iki topunun qaldığını və həmin topları yandırıb içərisində olan misləri satacağını demiş o isə Ənvərpaşaya həmin naqilləri yandırmamağı təklif etsə də, Ənvərpaşa onunla razılaşmamışdır. Ənvərpaşa ondan aralaşıb naqilləri taksi fəaliyyəti ilə məşğul olan avtomobilə yükləyib oradan getmişdir. Təqsirləndirilən şəxs1 X10 yaşadığı evin həyətindən elektrik naqillərini oğurlamasından məlumatı olmamışdır. Ənvərpaşa ona oğurluq etməyi təklif etməmişdir. Evin həyətindən oğurluq edərkən nə o, nə də ki, Səməd kənarda dayanıb gözləməmişlər. Təqsirləndirilən şəxs1 ona hər hansı məbləğdə pul verməmişdir, lakin Ənvərpaşa ilə birlikdə mərkəzi bazardan gündəlik tələbat mallarını nisyə alarkən Ənvərpaşa yaxın dost kimi onun aldığı əşyaların pullarını ödəmişdir. Hesab edir ki, onun əməlində cinayət tərkibi yoxdur. Hazırda özünü təqsirli hesab etmir. Himayəsində üç azyaşlı uşağı vardır. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hazırda qeyd olunan ünvanda anası X5, arvadı X14 və Sübhan adlı azyaşlı uşağı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 onlarla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs2 isə onun bacısının əridir. Elvin və Ənvərpaşa ilə münasibəti normaldır. Aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs4 və X13 uzun müddətdir ki, tanıyır. Belə ki, Hafis və Hilal birlikdə tikinti materiallarının satışı ilə məşğul olurlar. O, Hafisin sexində fəhləlik etmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı mənzildə olarkən təxminən gecə saat 3 radələrində Ənvərpaşa onun istifadəsində olan mobil telefona zəng edərək həyətə düşməyini bildirmişdir. O, həyətə düşdükdən sonra, qohumu Elvin də Ənvərpaşanın yanında olduğunu görmüşdür. Birlikdə olarkən Ənvərpaşa onlara taksi fəaliyyəti ilə məşğul olan avtomobillə özünə məxsus yüklər gətirib yaxınlıqdakı Qarabağ marketin yanına yığdığını bildirərək köməklik göstərməklərini, yəni birlikdə gedib həmin əşyaları Ənvərpaşanın yaşadığı mənzilə aparmağı xahiş etmişdir. Ondan sonra o, Elvin və Ənvərpaşa ilə birlikdə həmin yerə gedib oradan 6 top elektrik naqillərini götürüb Ənvərpaşanın yaşadığı mənzilə aparmışlar. Ənvərpaşa həmin naqillərin özünə məxsus olduğunu və satmaq istədiyini onlara demişdir. Ertəsi gün səhər saat 09 radələrində o, yaşadığı binanın həyətində Ənvərpaşa ilə görüşərkən Ənvərpaşa ona elektrik naqillərini yandırıb içərisində olan mis naqillərini satdığını bildirmişdir. O isə Ənvərpaşaya həmin naqillərin təzə olduğunu, nə səbəbə yandırıb satdığını soruşduqda, Ənvərpaşa ona bu barədə bir söz deməmişdir. Həmçinin cibindən çıxardığı 55 (əlli beş) manat məbləğdə pulu ona vermişdir. Həmin zaman Elvin onun yanında olmamışdır. Ənvərpaşa ona pulu naqilləri daşımaqda köməklik etdiyi üçün ona verdiyini bildirmişdir. O, ilkin olaraq Ənvərpaşaya etiraz etsə də, sonradan həmin pulu Ənvərpaşadan alaraq gündəlik tələbat xərclərinə istifadə etmişdir. Ənvərpaşa X1 yaşadığı evin həyətindən elektrik naqillərini oğurlamasından məlumatı olmamış, Ənvərpaşa ona oğurluq etməyi təklif etməmişdir. Təqsirləndirilən şəxs1 Hilal Qasımovun yaşadığı evin həyətinə daxil olarkən nə o, nə də Elvin kənarda pusquda dayanaraq gözləməmişdir. Hesab edir ki, onun əməlində cinayət tərkibi yoxdur. Hazırda özünü təqsirli hesab etmir. Himayəsində bir azyaşlı uşağı var, Vətən müharibəsi iştirakçısıdır. Cəsur döyüşçü və sair medallarla təltif olunmuşdur. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri Mərkəzi Bazarın arxasında yerləşən icarə əsasında işlətdiyi mağazada tikinti materiallarının satışı ilə məşğul olur. X18 isə onun bibisi oğludur. Mağazada artıq olan malları Hilalın yaşadığı evin həyətində saxlayır. Belə ki, Hilal yaşadığı evin həyətində çardaq düzəltdiyi üçün mağazada artıq olan malları ora yığırlar. Mallar satıldıqca həmin mallardan Hilalın həyətindən aparıb mağazaya yığır. 2020-ci ilin dekabr ayında mağazada artıq qalmış malların bəzisini Hilalın həyətinə aparıb orada çardağın altına yığmışlar. Həmin malların içərisində elektrik kabelləri də olmuşdur. Elektrik kabelləri 300 bağlamada “Ayxan” firmasının istehsalı, 2x4mm ölçüdə, hər bağlamada olan elektrik naqilinin uzunluğu isə 100 metr olmuşdur. 02 aprel 2021-ci il tarixdən 10 aprel 2021-ci il tarixədək olan müddət ərizində Hilalın yaşadığı evin həyətinə yığdığı elektrik naqillərinin 130 bağlaması oğurlanmışdır. Elektrik naqillərinin azaldığını hiss edib naqilləri saydıqda məlum olmuşdur ki, naqillərdən 130 bağlaması oğurlanmışdır. Bundan sonra yaxınlıqda yerləşən “Qarabağ” mağazasına gedib həmin mağazada olan videogörüntülərə baxmış, məlum olmuşdur ki, tanımadığım şəxslər Hilalın evin həyətinə daxil olub oradan elektrik naqilləri oğurlamışdır. Hesab edir ki, onun əşyalarının oğurlanmasında Təqsirləndirilən şəxs2 bələdçilik etmişdir. Çünki Elvin tez-tez onun evində tikinti materialları gələndə boşaldılmasında fəhlə kimi işləmişdir. Elvin onun və Hilalın evinə yaxından bələddir. Elə hazırkı oğurluq haddisəsi də birbaşa Elvinin istinad verməsi ilə baş vermişdir. Çünki Təqsirləndirilən şəxs1 onun evini tanımamış, nə də orada işləməmişdir. Bütün bu hadisənin törədilməsinin səbəbkarı Elvin olmuşdur. Hazırda tərsirləndirilən şəxslər ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də onlardan, xüsusən də Təqsirləndirilən şəxs2 şikayətçidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda ticarətlə məşğul olur. 03.01.2021-ci il tarixdə saat 16 radələrində həyat yoldaşı və övladları ilə birlikdə qohumuna məxsus evə qonaq getmişlər. Saat təxminən 21 radələrində mənzilə daxil olanda mənzilin dağınıq olduğunu, mənzilin yataq otağında yerləşən pəncərənin isə açıq olduğunu görmüşlər. Mənzildən oğurluq edildiyini başa düşüb mənzili axtarmağa başlamışlar. Mənzili axtaranda qonaq otağındakı dolabdakı xrustal qabın içərisində olan bir ədəd qızıl boyunbağının və mətbəxdəki dolabın içərisində olan qızıl qolbağınıneləcə də qonaq otağında olan mobil telefonlar üçün nəzərdə tutulmuş naqilsiz qulaqcığın oğurlandığını bilib mənzildən oğurluq edilməsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o da polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Oğurlanmış qızıl boyunbağının 6 qram çəkidə 750 əyyarlıq, qızıl qolbağı isə 3 qram çəkidə 585 əyyarlıq, qulaqcığın isə “Samsung” markalı telefonlar üçün nəzərdə tutulur. Təqsirləndirilən şəxs1 tanımır, onunla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, valideynləri Şəki rayonu Şin kəndində yaşadığından tez-tez həmin kəndə gedir. Adətən harasa gedəndə evin açarlarını qonşuluqda yaşayan Rəqiyyəyə verir. 06.03.2021-ci il tarixdə saat 07 radələrində yaşadığı evdən çıxıb qapıları bağlayaraq açarları qonşu Rəqiyyəyə verib özü övladları ilə birlikdə Şəki rayonu Şin kəndində getmişdir. 07.03.2021-ci il tarixdə qonşu Rəqiyyə ona zəng edərək evin giriş daravazasını aça bilmədiyini dediyi üçün bir nəfər şəxsi köməkliklə evin hasarından həyətə salmasını həyətdən qapını açmasını Rəqiyyəyə demişdir. Lakin bir qədər sonra Rəqiyyə ona zəng edərək evin mətbəxinin pəncərəsinin sındırıldığını, digər otağın isə pəncərəsinin açıq olduğunu dediyi üçün o da dərhal Mingəçevir şəhərinə geri qayıtmışdır. 07.03.2021-ci il tarixdə o, yaşadığı evə çatıb evin qapısını açıb içəri daxil olub evdə hər hansı dağıntı olmadığını görmüşdür. Lakin, mətbəxin həyətə açılan pəncərəsi sındırılmış, digər otağın pəncərəsi isə açıq vəziyyətdə olmuşdur. Qonaq otağına baxdıqda “Hofman” markalı televizorun yerində olmadığını görmüşdür. Ona məlum olmuş ki, naməlum şəxs və ya şəxslər evə daxil olub oradan 1 ədəd 124 dioqanallı, 2020-ci ilin iyun ayında 880 manat aldığı hazırda dəyəri 700 manat olan “Hofman” markalı televizoru oğurlayıbdır. Bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 tanımır, onunla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, övladı ilə birlikdə yaşayır. Mngəçevir şəhər X9 şöbəsində tibb bacısı işləyir. İşi növbəli xarakter daşıyır. 14 aprel 2021-ci il tarixdə növbəli xidmətdə olmuşamdur. 15 aprel 2021-ci il tarixdə saat 00:30-da övladı Tural onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək yaşadıqları evə naməlum şəxslərin daxil olaraq oğurluq etdiklərini bildirmişdir. O da dərhal yaşadığı evə gedib görmüş ki, yaşadığı evin arxa hissəsində olan pəncərə açıqdır. Otaqlara baxdıqda övladı Turalın otağındakı Samsung markalı monitorun oğurlandığını görüb evdə olan digər əşyalara isə fikir verməmişdir. Lakin, bir neçə gün sonra evdə olan əşyalara baxarkən evdən Turalın istifadə etdiyi otaqdakı kompüter masasının rəfindən bir ədəd Samsung J3 markalı mobil telefonun, onun otağından isə 700 manat məbləğdə pulun oğurlandığını görüb təkrarən polis şöbəsinə müraciət etmişdir. Yaşadığı evdən 1 ədəd “Samsung” markalı, J3 model, 2018-ci 300 manata alınmış istifadə edilmiş, saz vəziyyətdə mobil telefonun, 1 ədəd “Samsung” markalı, Sync master 743 model, 2018-ci ildə alınmış, istifadə edilmiş kompüter üçün monitor və 700 manat məbləğdə pul oğurlanmışdır. Təqsirləndirilən şəxs1 tanımır, onunla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2006-cı ildən Mingəçevir şəhərinin M.Ə.Sabir küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində yerləşən özünə məxsus obyekti qəssabxana kimi işlədir. Mütəmadi olaraq mal-qara kəsib satmaqla məşğul olur. Baş vermiş hadisəyədək mağazadan hər hansı oğurluq hadisəi baş verməmişdir. Gundəlik kəsilmiş ətlərin artıq qalan hissəsini mağazadakı soyuducularda saxlayırlar. 03 may 2021-ci il tarixdə səhər saatlarında qəssabxanaya gələrkən qəssabxananın qarşı tərəfdən sağ hissədə olan pəncərəsinin açıq olduğunu görüb içəri daxil olub soyuducuya baxdıqda mağazadakı soyuducuda saxladığı 20 kiloqram mal əti, 15 kiloqram isə qoyun ətinin yerinində olmadığını görüb oğurlandığını başa düşmüşdür. Mal ətinin 1 kiloqramını 8,5 manata, quzu ətinin isə 1 kiloqramını 12 manata satmışdır. Təqsirləndirilən şəxs1 tanımır, onunla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda qeyd olunan ünvanda anası Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşayır. 14.04.2021-ci il tarixdə o, evdə olmayan zaman anası Zərərçəkmiş şəxs3 saat 17-yə kimi evdə olmuş, daha sonra isə anası Mingəçevir şəhər MX-nın Acil Şöbəsində gecə növbəsində olduğundan, saat 17-də evdən çıxaraq işə getmişdir. Saat 23:30 radələrində o, evə qayıtdıqda evin daxilində olan sanitar qovşağına keçib əllərini yuyarkən evin arxa tərəfində səs eşidib arxa otağa keçib həmin otağın pəncərəsinin açıq olduğunu, otaqdakı masanın üzərində olan “Samsung” markalı personal komputerin monitorunun yerində olmadığını görüb dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra isə anasına zəng edib məlumat vermişdir. Sonradan evi axtardıqda evdən özünə məxsus bir ədəd SamsunJ3 markalı mobil telefon və anasına məxsus 700 manat məbləğdə pulun oğurlandığını bilmişdir. O, Təqsirləndirilən şəxs1 tanımır, onunla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2016-cı ildən başlayaraq yaşadığı evin həyətində "xxxx" MMC şirkəti adına əlvan metalların tədarükü ilə məşğul olur. Əlvan metalları qəbul etdikdən sonra şirkətin mərkəzi bazası yerləşən Gəncə şəhərinə göndərir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2021-ci ilin aprel ayının əvvəllərində bir nəfər orta boylu orta bədən quruluşlu təxminən 30 yaşlarında oğlan təxminən 4-5 dəfə işlədiyi metal qəbulu məntəqəsinə gələrək, ona mis metalını satmışdır. Belə ki, həmin şəxsin satdığı metallar yanmış formada əzik vəziyyətdə olmuşdur. O, həmin şəxsdən təxminən təxminən 10 kiloqram çəkidə mis metalını qəbul etmişdir. Mis metalının 1 kiloqramını 2021-ci ilin aprel ayının əvvəllərində təxminən 9-10 manata qəbul etmişdir. Həmin şəxsə də satdığı metalın müqabilində pul vermişdir. Həmçinin həmin şəxs bir dəfə də səhər saatlarında onun işlədiyi metal qəbulu məntəqəsinə gəlmiş lakin, o, həmin şəxsə tez gəldiyini bildirərək oradan uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxs1 ona satdığı metlların cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ona həmin metalları cinayət yolu ilə əldə etməsi barədə məlumat verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 03.01.2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək 03.01.2021-ci il tarixdə saat 16 -dan 21-dək olan müddət ərizində naməlum şəxs və ya şəxslərin yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 68/1 nömrəli evin 32 nömrəli mənzilinə daxil olaraq mənzildən bir ədəd uşaq üçün qızıl boyunbağını, bir ədəd uşaq üçün qızıl qolbağını və bir ədəd “Samsung” markalı qulaqlığı oğurladıqlarını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 07.03.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət edərək 06.03.2021-ci il tarixdən 07.03.2021-ci il tarixədək olan müddət ərizində naməlum şəxs və ya şəxslərin yaşadığı ünvan 8 ünvanda yerləşən evə daxil olaraq oradan ona məxsus 700 (yeddi yüz) manat dəyərində 1 (bir) ədəd “Hofman” markalı televizoru oğurladığını bildirmişdir.Bundan başqa Zərərçəkmiş şəxs3 övladı Şahid1 15.04.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət edərək 14.04.2021-ci il saat 17 radələrindən saat 23:30-dək olan müddət ərizində naməlum şəxs və ya şəxslərin yaşadığı ünvan 9 ünvanda yerləşən evə daxil olaraq oradan 1 ədəd “Samsung” markalı kompüter monitorunu, 1 ədəd Samsun J3 markalı mobil telefonu, 700 manat məbləğdə pulu oğurladıqlarını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 16.04.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət edərək 02.04.2021-ci il tarixdən 10.04.2021-ci il tarixədək olan müddət ərizində naməlum şəxs və ya şəxslərin tanışı X11 yaşadığı evin həyətinə daxil olaraq oradan 130 bağlama 13000 manat məbləğdə elektrik naqillərini oğurladıqlarını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 04.05.2021-ci il tarixdə Mingəçevir şəhəri Polis Şöbəsinə ərizə ilə müraciət edərək 03.05.2021-ci il tarixdə saat 05 radələrində Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində yerləşən qəssabxanadan 20 kiloqram mal ətinin, 15 kiloqram quzu ətinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 yaşadığı evdən Zərərçəkmiş şəxs5 işlətdiyi qəssabxanadan oğurluq edən şəxsin xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 29 mənzil 61-də qeydiyyatda olmaqla, Mingəçevir şəhəri R.Rza küçəsi ev 23 mənzil 37-də yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Həmçinin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs4 Ənvər oğluna məxsus X11 yaşadığı evin həyətində saxladığı 130 bağlama elektrik naqillərinin Təqsirləndirilən şəxs1, xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 2 mənzil 72-də yaşayan Təqsirləndirilən şəxs3 və xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 2 mənzil 62-də yaşayan Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 məxsus elektrik naqillərini oğurlayaraq Mingəçevir şəhəri Samçux küçəsində yerləşən Şahid2 satmışdır. Lakin, keçirilmiş əməliyyat axtarış tədbirləinə baxmayaraq, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 yaşadığı evdən Zərərçəkmiş şəxs5 işlətdiyi qəssabxanadan oğurladığı əşyaları satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, zərəçəkmiş Zərərçəkmiş şəxs4 onun dayısı oğludur. Zərərçəkmiş şəxs4 tikinti materiallarının satışı ilə məşğuldur. 2020-ci ilin noyabr ayında satmaq üçün gətirdiyi 300 top elektrik kabelləri olduğunu və onun evinin həyətinə yığmaq istədiyini bildirmişdir. Belə ki, mağazada satış üçün kifayət qədər çox olduğundan, artıq qalanları onun həyətinə yığmışdır. O da etiraz etməmişdir. O səbəbdən də həmin 300 top elektrik kabelləri onun həyətində çardağına altına yığıldı və üstü isə bağlandı. Zərərçəkmiş şəxs4 da son vaxtlar oradan heç bir top da götürməmişdir. Çünki mağazada olanlar satış üçün kifayət etmişdir. Eləcə də həmin vaxt pandemiya olduğuna görə alver az olmuşdur. Ona görə də onun həyətində olan naqillərə ehtiyac olmamışdır. Onun özü də çox diqqət yetirməmişdir. Çünki kabellərin üstü bağlı olduğundan ağlına gəlməmişdir ki, kimsə onu oğurlaya bilər. Lakin 09.04.2021-ci il tarixdə gecə saat təxminən 02-03 radələrində hasar qonşusu Həmid zəng edib onu çölə çağırmışdır. Ondan sonra o, həyətə düşəndə Həmidin oğlu ilə birlikdə dayandığını görmüşdür. O, Həmiddən nə olduğunu soruşduqda, Həmid naməlum şəxslərin onun həyətinə daxil olduğunu və həyətində 8 top elektrik kabellərinin olduğunu bildirmişdir. O, həmin 8 top elektrik kabellərini Həmidin həyətindən gətirib öz qapısına yığmışdır. Ondan sonra o, Zərərçəkmiş şəxs4 kabellərinin oğurlandığını bilmişdir. Ona görə də səhər açılan kimi Zərərçəkmiş şəxs4 məlumat vermişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 oğlunun məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yaşadıqları evdən, eləcə də Zərərçəkmiş şəxs5 məxsus qəssabxanadan oğurluq etməməsi ilə bağlı istinad etdiyi dəlillər ittiham tərəfindən təqdim edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilməmiş, həmçinin həmin sübutlar təqsirləndirilən şəxsin həmin epizodlar üzrə cinayəti törətməkdə təqsirli olması üçün kifayət etməmişdir. Belə ki, istintaq orqanı mötəbərliyi şübhə doğurmayan digər sübutlar əldə etmədən, yalnız təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı təqsirini etiraf edərək verdiyi ifadəsinə istinad etmişdir. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs ifadəsinin bir hissəsindən imtina edərək, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yaşadıqları evdən, eləcə də Zərərçəkmiş şəxs5 məxsus qəssabxanadan oğurlanan əşyalardan heç biri maddi sübut kimi götürülməmiş, nə də təqsirləndirilən şəxs həmin əşyaların nədə ifadə olunmasının və kimə verdiyini məhkəmə istintaqı zamanı xatırlaya bilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yaşadıqları evdən, eləcə də Zərərçəkmiş şəxs5 məxsus qəssabxanadan oğurluq etməsi ilə bağlı öz təqsirini etiraf etməsi, məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilməmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsinin həmin hissəsini ittihamın düzgün həll edilməsi zamanı sübut növü kimi qəbul etmir və nəzərə almır. Bununla yanaşı, məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 məxsus elektrik naqillərindən 130 top deyil, 20 top oğurlaması ilə bağlı məhkəmə istintaqı zamanı bildirdiklərini də işin həqiqi hallarına uyğun hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ifadəsində 40 top elektrik naqilləri oğurladığını bildirsə də, məhkəmə istintaqı zamanı həmin naqillərdən 20 top oğurladığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ifadəsi ziddiyyətlidir. Bununla belə məhkəmə təqsirləndirilən şəxsin ifadəsini yalnız zidiyyətli olmasına görə deyil, həmçinin işdə olan şahid ifadələri və digər mötəbər sübutlar da inandırıcı saymır. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ifadəsinin həmin hissəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini həmin hissədə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında verdiyi ifadələrini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 ilə X10 yaşadığı evin həyətindən oğurluq etmək barədə razılaşmadıqlarını, Təqsirləndirilən şəxs1 onlara oğurluq etmək barədə hər hansı təklif etmədiyini, Təqsirləndirilən şəxs1 Hilal Qasımovun yaşadığı evin həyətinə oğurluq etmək məqsədi ilə daxil olarkən kənarda pusquda dayanıb onu gözləmədiklərini bildirmələri ilə bağlı istinad etdiklər dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs1 satdığı naqilləri əridib satdıqdan sonra əldə etdiyi puldan Səmədə və Elvinə də verdiyini bidirmiş, onlar da pul aldıqlarını etiraf etmişlər. Eləcə də, məhkəmə iclası zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs4 tikinti materialları gələn vaxt Elvin və Səməd yük maşınlarının boşaldılması zamanı tez-tez fəhlə kimi X10 yaşadığı evin həyətində olmuşdur. Bu halları da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da təsdiq etmişlər. Bundan başqa, elektrik naqillərini aparan şəxslərin üzləri görünməsə də, onların üç nəfər olduğu “Qarabağ” marketin qarşısında quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən aparılmış videoçəkiliş zamanı öz əksini tapmışdır. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə X10 yaşadığı evin həyətindən oğurluq etmək barədə qabaqcadan razılaşmadıqları, Təqsirləndirilən şəxs1 onlara oğurluq etmək barədə hər hansı təklif etmədiyi, Təqsirləndirilən şəxs1 Hilal Qasımovun yaşadığı evin həyətinə oğurluq etmək məqsədi ilə daxil olarkən onların kənarda pusquda dayanıb gözləmədikləri ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrinə tənqidi yanaşır, həmçinin onların ifadələrini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 03.01.2021-ci il tarixdə tərtib edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti ev 68/1 mənzil 32-də oğurluq hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında olan 07.03.2021-ci il tarixdə tərtib edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 8-də oğurluq hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında olan 15.04.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 9-də oğurluq hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında olan 16.04.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus X10 yaşadığı ünvan 7-də oğurluq hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında olan 04.05.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 işlətdiyi Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində yerləşən qəssabxanadan ət məhsulları oğurlanmışdır. Cinayət işinin materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 12.07.2021-ci il tarixli 9/4737 saylı rəyindən görünür ki, ekspertiza analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən malların orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1 ədəd “Hofman” markalı, ekranı 124 sm dioqanal olan, 2020-ci ildə alınmış istifadə edilmiş, saz vəziyyətdə televizorun 2021-ci ilin mart ayına olan qiyməti 600 manat, “Samsung” markalı, J3 model, 2018-ci alınmış istifadə edilmiş, saz vəziyyətdə mobil telefonun 2021-ci ilin aprel ayı ayı üçün qiyməti 90 manat, “Samsug” markalı, Sync master 743 model, 2018-ci ildə alınmış, istifadə edilmiş, saz vəziyyətdə kompüter üçün monitorun 2021-ci ilin aprel ayı üçün qiyməti 40 manat, 6 qram çəkidə 750 əyyarlıq qızıl boyunbağının 2021-ci ilin yanvar ayı üçün qiyməti 450 manat, 3 qram çəkidə 585 əyyarlıq qızıl qolbağının 2021-ci ilin yanvar ayı üçün qiyməti 165 manat, 1 cüt “Samsung” markalı telefonlar üçün nəzərdə tutulmuş naqilsiz qulaqcığın 2021-ci ilin yanvar ayı üçün qiyməti 15 manat, 130 bağlama- 1 bağlaması 100 metr ölçüdə, en kəsiyi 2x4mm, gərginliyi 450/750V, mis materialından olan “Ayxan” markalı elektrik naqilinin 2021-ci ilin aprel ayı üçün 1 bağlamasının qiyməti 100 manat olmaqla 130 bağlamasının qiyməti 13000 manat, 20 kilqram çəkidə dana ətinin 2021-ci il may ayı üçün 1 kiloqramının qiyməti 10 manat olmaqla 20 kiloqramının qiyməti 200 manat, 15 kiloqram çəkidə quzu ətinin 2021-ci ilin may ayı üçün 1 kiloqramının qiyməti 13 manat olmaqla 15 kiloqramının qiyməti 195 manat olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən, 17 may 2021–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Mingəçevir şəhər məhkəməsinin 14.09.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 27.11.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzadan 10 (on) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti azad edilmiş, 19.10.2014-cü il tarixdə cəza müddəti başa çatmışdır. Mingəçevir şəhər məhkəməsinin 06 dekabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 04 (dörd) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nizami rayon məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə 04 (dörd) il müddətə cəza təyin edilmiş, 06.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 06 dekabr 2016cı il tarixli 1(051)–156/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqacadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmələri və onların əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 353.2.4–cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri–əsaslandırıcı hissəsində ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları göstərilməlidir. Məhkəmə, istinad olunan prosessual normaların tələblərinə uyğun olaraq, məhkəmə istintaqında sübutların tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yaşadıqları evdən, eləcə də Zərərçəkmiş şəxs5 məxsus qəssabxanadan qanunsuz daxil olaraq oğurluq etməsi zamanı təqsirləndirilən şəxsi təqsirli olması ilə bağlı aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr olduğundan, həmin epizodlar əsassız hesab edilərək, onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2–ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət–prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs1 03 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/1 №-li evin 32 №-li mənzilinin pəncərəsini üzərində olan dəmir linglə açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub mənzilin qonaq otağındakı dolabın rəfindən 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində 6 qram çəkidə 750 əyyarlıq qızıl boyunbağını, 15 manat dəyərində 1 cüt “Samsung” markalı mobil telefonlar üçün nəzərdə tutulmuş naqilsiz qulaqcığı, 1 ədəd 165 (yüz atmış beş) manat dəyərində 3 qram çəkidə 585 əyyarlıq qızıl qolbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 630 (altı yüz otuz) manat məbləğdə maddi ziyan vurmaqla, 06 mart 2021-ci il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli yolla talama məqsədi ilə Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 5-ci küçədə yerləşən 1 №-li evin həyətinə hasardan aşıb keçdikdən sonra həyətdə olan nərdivanı evin sol yan divarına söykəyib nərdivanla yuxarı qalxaraq əvvəlcədən özü ilə daşıdığı dəmir linglə evin pənərəsini açıb həmin pəncərədən yaşayış sahəsi hesab olunan evə qanunsuz olaraq daxil olub evin qonaq otağında olan 1 ədəd 600 (altı yüz) manat dəyərində “Hofman” markalı televizoru gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 600 (altı yüz) manat məbləğdə maddi ziyan vurmaqla, 06 mart 2021-ci il tarixdə saat 24 radələrində özgənin əmlakını gizli yolla talama məqsədi ilə Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 1ci küçədə yerləşən 50 №-li evin arxa divarına kənardan götürdüyü nərdivanı söykəyib nərdivanla yuxarı qalxaraq əvvəlcədən özü ilə daşıdığı dəmir linglə evin pənərəsini açıb həmin pəncərədən yaşayış sahəsi hesab olunan evə qanunsuz olaraq daxil olub, evin otaqlarından 1 ədəd 90 (doxsan) manat dəyərində “Samsung” markalı, J3 model mobil telefonu, 1 ədəd 40 (qırx) manat dəyərində “Samsung” markalı, «Sync master 743» modelli kompüter üçün monitoru və 700 (yeddi yüz) manat məbləğdə pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 830 (səkkiz yüz otuz) manat məbləğdə maddi ziyan vurmaqla, 03 may 2021-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs5 işlətdiyi Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində yerləşən qəssabxanaya oğurluq etmək məqsədi ilə yaxınlaşıb həmin qəssabxananın pəncərəsinin kilidini əlində olan dəmir parçası ilə sındırıb pəncərəni açaraq həmin yerdən saxlanc yeri hesab olunan qəssabxanaya qanunsuz olaraq daxil olub oradakı soyuducudan 1 kiloqramının dəyəri 10 (on) manat olan 200 (iki yüz) manat dəyərində 20 kiloqram çəkidə dana ətini və 1 kiloqramının dəyəri 13 (on üç) manat olan 195 (yüz döxsan beş) manat dəyərində 15 kiloqram çəkidə quzu ətini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 395 (üç yüz doxsan beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu halları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı ifadəsində etiraf etmişdir, lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin ifadəsindən qismən imtina edərək, qeyd olunan epizodlar üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə istintaqında tədqiq edilən sübutlar isə Təqsirləndirilən şəxs1 həmin epizodlar üzrə təqsirli hesab edilməsi üçün yetərli olmamışdır. Eləcə də, həmin epizodlar üzrə cinayətin predmeti olan əşyalardan heç biri maddi sübut kimi götürülməmiş, nə də Təqsirləndirilən şəxs1 həmin əşyaların harada olduğunu deməmişdir. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs həmin əşyaları təsvir edə bilməmiş və onlar haqqında məlumat verməmiş, hətta sonrakı iclaslarda həmin əşyaları oğurlamadığını bildirmişdir. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 həmin epizodlar üzrə cinayət törətməsini təsdiq edən sübutlar isə iş materiallarına əlavə edilməmişdir. İstintaq orqanı yalnız təqsirləndirilən şəxsin etirafına əsalanaraq ittiham vermişdir. Bu isə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 həmin epizodlar üzrə cinayətin törədilməsinə aidiyyəti olmamışdır. Ona görə də həmin epizodlar Təqsirləndirilən şəxs1 oğluna verilmiş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədi ilə 02.04.2021-ci il tarixdən 09.04.2021-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə bir neçə dəfə davam etməklə gecə saatlarında özgənin əmlakını gizli yolla talama məqsədi ilə X10 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətdə yerləşən çardağın altına yığılmış ev sahibinin qohumu Zərərçəkmiş şəxs4 məxsus, 1 bağlaması 100 metr ölçüdə, en kəsiyi 2x4 mm, gərginliyi 450/750V, mis materialından olan “Ayxan” markalı 1 bağlamasının dəyəri 100 (yüz) manat olmaqla 12.400 (on iki min dörd yüz) manat dəyərində 124 (yüz iyirmi dörd) bağlama elektrik naqillərini tək, habelə həmin müddət çərçivəsində dəqiq tarixi istintaqa bəlli olmayan gün əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 kənarda pusquda dayanıb onu gözlədikləri vaxt X10 yaşadığı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan növbəti dəfə aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətdə yerləşən eyni yerdən 600 (altı yüz) manat məbləğdə eyni növdən olan daha 6 bağlama elektrik naqillərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 13.000 manat məbləğdə 130 (yüz otuz) bağlama elektrik naqillərindən 124 bağlamasını tək, 6 bağlamasını isə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla gizli yolla talayaraq oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1 177.2.3 və 177.2.4–cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.3 və 177.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 2021-ci ilin aprel ayının əvvəllərində tarixi istintaqa dəqiq məlum olmayan vaxtda əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə oğurluq etmək məqsədi ilə qabaqcadan əlbir olub qrup halında cinayət əlaqəsinə girərək əvvəllcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və o, kənarda pusquda dayanaraq gözləmiş Təqsirləndirilən şəxs1 isə X10 yaşadığı ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasarından aşıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətdə yerləşən çardağın altına yığılmış Zərərçəkmiş şəxs4 məxsus 1 bağlaması 100 metr ölçüdə, en kəsiyi 2x4mm, gərginliyi 450/750V, mis materialından olan “Ayxan” markalı, 1 bağlamasının dəyəri 100 (yüz) manat olmaqla ümumi dəyəri 600 (altı yüz) manat olan 6 bağlama elektrik naqillərini gizli olaraq talayıb, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 600 (altı yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 da əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1 və 177.2.3–cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs3 2021-ci ilin aprel ayının əvvəllərində tarixi istintaqa dəqiq məlum olmayan vaxtda əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə oğurluq etmək məqsədi ilə qabaqcadan əlbir olub qrup halında şəxs halında cinayət əlaqəsinə girərək əvvəllcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və o, pusquda dayanaraq gözləmiş Təqsirləndirilən şəxs1 isə X10 yaşadığı ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasarından aşıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətdə yerləşən çardağın altına yığılmış Zərərçəkmiş şəxs4 məxsus 1 bağlaması 100 metr ölçüdə, en kəsiyi 2x4mm, gərginliyi 450/750V, mis materialından olan “Ayxan” markalı, 1 bağlamasının dəyəri 100 (yüz) manat olmaqla ümumi dəyəri 600 (altı yüz) manat olan 6 bağlama elektrik naqillərini gizli olaraq talayıb, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 600 (altı yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 da əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1 və 177.2.3–cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2–ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Qasımov X2 şəhər Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli 1(051)–156/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə 04 (dörd) il müddətə cəza təyin edilmiş, 06.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən qabaqcadan əlbir olub bir qrup şəxs halında törədilmiş cinayət, zərərçəkmiş şəxsə məxsus saxlanc yerindən özgənin əmlakını gizli olaraq talama məqsədilə zərərçəkmiş şəxsə ziyan vurmaqla və birbaşa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqazidd cəzalanmalı əməldir. Mülkiyyət–vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi–iqtisadi münasibətdir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin qabaqcadan əlbir olub bir qrup şəxs halında zərərçəkmiş şəxə məxsus saxlanc yerindən ziyan vurmaqla oğurluq etməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Eləcə də, təqsirləndirilən şəxsin əvvəllər talama cinayəti törətməsinə, məhkumluğu ödənilməməsinə baxmayaraq, yenidən analoji cinayəti törətməsi, yəni cəzasını çəkilmədən öz cinayətkar fəaliyyətini davam etdirməsi, həm onda özünəməxsus “vərdiş”in əmələ gəlməsinə, həm də onun cəmiyyətin maraqları ilə sabit qarşıdurmada olmasına dəlalət edir. Bu hal isə bir daha törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayət törətmiş şəxsin şəxsiyyətinin təhlükəliliyini artırır və həmin cinayətə görə şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04.05.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 04 may 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş, eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 06.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 04.05.2021-ci il tarixdən hesablanmışıdr. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 1 az yaşlı uşağının olmasını, eləcə də Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən, 16 may 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 30.03.2018-ci il tarixdə doğulmuş Sübhan adlı bir nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Kommunal İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 04.02.2019cu il tarixdən Mingəçevir şəhər MKT İB və "xxxx" MMC ilə müqavilə bağlamış sosial işçidir, işlədiyi müddətdə ona verilən tapşırıqları vaxtında və vicdanla yerinə yetirmişdir. Cinayət işinin materiallarında olan 03728 №li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işinin materiallarında olan İ-2466 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutuluş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 04 may 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və 06 may 2021–ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin gün Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 04 may 2021–ci il tarixdən 06 may 2021–ci il tarixədək 03 (üç) gün müddətə həbsdə saxlanılmışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 həbsdə qaldığı 03 (üç) gün müddəti nəzərə alaraq hesab edir ki, onun 04 may 2021–ci il tarixdən 06 may 2021–ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə yaşayış yerini saat 22:00–dan 08:00–dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç nəfər azyaşlı uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 16 may 2021–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun himayəsində 19.05.2015-ci il tarixdə doğulmuş Məhəmmədəli, 05.07.2016-cı il tarixdə doğulmuş Lətifə və 27.07.2020-ci il tarixdə doğulmuş Elmir adlı azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 04 may 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və 06 may 2021–ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 04 may 2021–ci il tarixdən 06 may2021–ci il tarixədək 3 (üç) gün müddətə həbsdə saxlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 həbsdə qaldığı 3 (üç) gün müddəti nəzərə alaraq hesab edir ki, onun 04 may 2021–ci il tarixdən 06 may 2021–ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə yaşayış yerini saat 22:00–dan 08:00–dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs4 13.000 (on üç min) manat məbləğdə maddi ziyan vurulmuşdur. Bununla belə Zərərçəkmiş şəxs4 tərəfindən dəymiş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə– əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfləri 50 (əlli) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM–in 177.2.1–ci və 177.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 04.05. 2021-ci il tarixdən 06.05 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM–in 177.2.1–ci və 177.2.3-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 04 may 2021-ci il tarixdən 06 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs4 cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququna malik olması izah edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlundan və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil Müdafiəçi3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-148/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-148/2021
24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver