Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-148/2022 13.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Bəydili kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri Şəfa bağ massivi 11-ci küçədə yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23.30 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivi 11 -ci küçədə yerləşən fərdi həyət evində baldızı Zərərçəkmiş şəxs ilə aralarında həyat yoldaşı Şahid1 boşanmamış aliment alması səbəbindən yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı, yaşadıqları evin eyvanında stolun üzərində olan yaşıl rəngli dəyirmi formada olan qazan qapağını Zərərçəkmiş şəxs tərəf ataraq onun üzünə zərbə yetirməsi nəticəsində sonuncuya sifətin sağ yarısının hematoması, qançırı, hər iki sağrının qançırı, sağ gözaltı nahiyənin əzilmiş yarası ilə nəticələnən, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əri Şahid1lə faktiki olaraq ayrılmış, birgə nikahdan doğulmuş 3 nəfər uşaqlar onun yanında qalmışdır. O, aliment tələbi ilə müraciət etmişdir. O, qayınanası, baldızı Zərərçəkmiş şəxs və əri ilə bir evdə yaşayır, münasibətləri normal deyil, aralarında tez-tez mübahisə olur. Aliment tələb etdiyinə görə baldızı ona təhqiramiz sözlər deyir, mübahisə edir. xx.xx.2022-ci ildə evdə axşam mürəbbə bişirirdi. Baldızı Mehriban yenə ona söz ataraq “əxlaqsıza bax onun evində mürəbbə bişirir” dedi. O isə ona onunla işi olmamasını, öz işi ilə məşğul olmasını bildirdi. Anası da Mehribana irad tutdu, Mehriban onu yenə də təhqir etdi. Sonra isə əlinə qazan qapağı alaraq “gəldə neyniyəcəksən ki, mənə” dedi. Həmin vaxt anası irad bildirdiyi üçün qazan qapağını stolun üzərinə qoydu. Pilləkəndan düşərkən isə yenə də onun barəsində xoşagəlməz ifadələr işlətdiyi üçün qazan qapağını stolun üzərindən götürüb ona atdı. Əməlində peşimandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23.30 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivi 11-ci küçədə yerləşən fərdi həyət evində Təqsirləndirilən şəxs ilə qardaşından aliment alması ilə bağlı sözlü mübahisələri olmuşdur. Ona düzgün etmədiyini bildirdi, bu zaman Vüsalənin özündən çıxdı, qışqıraraq danışmağa başladı. Anası Laləzar və qardaşı Murad onları sakitləşdirmək istədi. Vüsalə əvvəl onu döydüyü üçün birdən yenə Vüsalənin onu döyməsindən ehtiyat edərək özünü müdafiə üçün qazan qapağını əlinə aldı. Sonra anası ona irad bildirdiyi üçün qazan qapağını stolun üzərinə qoyub pilləkandan aşağıya düşərkən Vüsalənin onu səslədiyini geriyə baxdıqda isə Vüsalənin qazan qapağını ona atdı. Həmin an üzünün sağ hissəsindən xəsarət aldı. Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etdiyini bildirdi. Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23.30 radələrində qızı Mehriban ilə gəlini Vüsalə arasında alimentlə bağlı sözlü mübahisələri düşdü. Sonra onları sakitləşdirməyə çalışdı və Mehribana getməsini dedi. Mehriban pilləkandan düşərkən Vüsalənin onu çağıraraq ona stolun üzərində olan qazan qapağını atdı, bu zaman Mehriban qışqıraraq üzünə dəydiyini dedi. Vüsalənin isə öz otağına keçdiyini, səhəri gün isə qızının Mingəçevir ŞPŞ-nə gedərək ərizə yazdığını bildirdi. Təqsirləndirilən şəxs əməli digər Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 23-cü vərəqində olan məhkəmə-tibbi ekspertizasının 15 avqust 2022-ci il tarixli 548 saylı rəyindən göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - sifətin sağ yarısının hematoması, qançırı, hər iki sağrının qançırı, sağ gözaltı nahiyənin əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmiş, yetirilmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur. Qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23.30 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivi 11 -ci küçədə yerləşən fərdi həyət evində baldızı Zərərçəkmiş şəxs ilə aralarında həyat yoldaşı Şahid1 boşanmamış aliment alması səbəbindən yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı, yaşadıqları evin eyvanında stolun üzərində olan yaşıl rəngli dəyirmi formada olan qazan qapağını Zərərçəkmiş şəxs tərəf ataraq onun üzünə zərbə yetirməsi nəticəsində sonuncuya sifətin sağ yarısının hematoması, qançırı, hər iki sağrının qançırı, sağ gözaltı nahiyənin əzilmiş yarası ilə nəticələnən, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməli düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şikayət verən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 40-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 42-43-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 39-cu vərəqində olan MKT İstehsalat Birliyi tərəfindən verilmiş 766 saylı, 24 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşaqları var. Cəza təyin edilərkən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olması, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkməsinin əvvəli onun qazancından tutulmanın aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 10(on) faiz dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum olunsun. Cəzasını iş yerində çəksin. Cəza çəkməsinin əvvəli onun qazancından tutulmanın aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-148/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-148/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver