Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-148/2023 06.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi-Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2005-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.2005-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Yevlax rayonu, Gülövşə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM–in 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı X6 ilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində bir qədər spirtli içki qəbul edib, piyada gəzişdikdən sonra özgəsinə məxsus avtomobili talama məqsədi olmadan ələ keçirmək (qaçırmaq) məqsədi ilə X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 5-ci döngədə yerləşən fərdi yaşayış evlərinin qarşısından piyada keçərkən, orada Zərərçəkmiş şəxs məxsus «VAZ 21099» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının və pəncərələrinin açıq vəziyyətdə, habelə avtomobilin mühərrikini işə salmaq üçün açarların kilidin üzərində olduğunu görüb, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra aralarında olan razılığa əsasən o, sükan arxasına, İsmayıl İsrafılov isə avtomobilin sağ sərnişin oturacağına əyləşdikdən sonra, o, Zərərçəkmiş şəxs məxsus «VAZ 21099» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb, saxlanıldığı yerdən uzaqlaşaraq, Zərərçəkmiş şəxs məxsus «VAZ 21099» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan ələ keçirmiş, yəni qaçırmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində bir qədər spirtli içki qəbul edib, piyada gəzişdikdən sonra özgəsinə məxsus avtomobili talama məqsədi olmadan ələ keçirmək (qaçırmaq) məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 5-ci döngədə yerləşən fərdi yaşayış evlərinin qarşısından piyada keçərkən, orada Zərərçəkmiş şəxs məxsus «VAZ 21099» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının və pəncərələrinin açıq vəziyyətdə, habelə avtomobilin mühərrikini işə salmaq üçün açarların kilidin üzərində olduğunu görüb, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 sükan arxasına, o isə avtomobilin sağ sərnişin oturacağına əyləşdikdən sonra, Ümid X1 məxsus «VAZ 21099» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb, saxlanıldığı yerdən uzaqlaşaraq, Zərərçəkmiş şəxs məxsus «VAZ 21099» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan ələ keçirmiş, yəni qaçırmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində evdən gəzmək üçün çıxmış və Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yerləşən meyvə mağazasının yanında gəlib əyləşmişdir. Bir qədər mobil telefonla oynadıqdan sonra dostu İsmayıl ona Vatsapda yazaraq harada olduğunu soruşmuşdur. O isə İsmayıla meyvə mağazasının yanında olduğunu bildirmişdir. İsmayıl da Mingəçevir şəhəri Vaqonlar qəsəbəsində yaşayır. Həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 23 radələrində İsmayıl yanına gəlmiş və onlar birlikdə “qres” qəsəbəsi tərəfə getmişlər. İlk öncə bir qədər İsmayıl ilə oyun zalında “playstation” oynamışlar. Daha sonra oyun zalından çıxdıqdan sonra mağazalardan hərəsinə 4-5 ədəd spirtli içki “Go” və pivə almışlar. Həmin spirtli içkini küçədə skameykada əyləşib içdikdən sonra “qres” ərazisində piyada gəzməyə başlamışlar. Artıq 14 iyundan 15 iyuna keçmişdi və saat 03 radələri olardı və spirtli içkinin təsirində idilər. Bir qədər parkı və küçələri gəzdikdən sonra İsmayıl ilə küçədə saxlanmış avtomobillərin birinə əyləşib bir qədər şəhər ərazisində gəzmək qərarına gəlmişlər. Lakin avtomobillərə yaxınlaşan zaman avtomobillərin siqnalizasiyasının olduğunu görüb heç bir avtomobili qaçırda bilməmişlər. Mingəçevir şəhəri, F. Əzimov küçəsi ilə piyada gedən zaman fərdi yaşayış evinin qarşısında bir ədəd Vaz 21099 markalı avtomobilin dayandığını, həmin avtomobilin qapılarının, aynalarının açıq olduğunu və avtomobilin mühərrikini işə salmaq üçün açarların kilidin üzərində olduğunu görmüşlər. Onlar ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra o, sükan arxasına, İsmayıl isə sağ oturacağa əyləşmiş və o, avtomobili işə salıb oradan uzaqlaşmışlar. Onlar ilk öncə Mingəçevir şəhəri, keçmiş doğum evi xəstəxanası tərəfdə, daha sonra tərəvəzçilik sovxozu tərəfdə avtomobil ilə gəzmişlər. Daha sonra polis əməkdaşları saxlamasın deyə şəhər ərazisini tərk etmişlər. Qohumları Bərdə rayonunda yaşadığı üçün və o, Bərdəni yaxşı tanıdığı üçün avtomobili Bərdə rayonuna sürmüşdür. Onlar Bərdəyə çatan zaman artıq səhərə yaxın saat 05 radələri olardı. Bərdə rayonunda arxa yol ilə bir qədər hərəkət etdikdən sonra saat 08-09 radələrində avomobilin yanacağı bitmiş və onlar avtomobildən enib bir qədər piyada gəzmişlər. Pulları olmadığı üçün o, mobil telefonunu satmağı qərara almış və Bərdə rayonunda tanımadığı telefon mağazasında özünə məxsus Redmi Note 11 markalı mobil telefonu 150 manata satmışdır. Bundan sonra onlar avtomobilin yanına geri qayıdıb avtomobilə yanacaq vurmuşlar və yenidən Bərdə rayonu ərazisində avtomobil ilə gəzməyə başlamışlar. Axşam saat 20 radələrinədək avtomobil ilə gəzmişlər və Bərdə rayonunda Alpoud marketdən özlərinə bir qədər spirtli içki “Go”, kolbasa və çörək aldıqdan sonra Gəncə şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Gəncə şəhəri istiqamətində hərəkət edən zaman yağış yağırdı və o, anidən idarəetməni itirdiyi üçün sükan əlindən çıxmış və avtomobil fırlanaraq yolun kənarında olan səkiyə çırpılmış və daha sonra yenidən fırlanaraq yolun kənarında dayanmışdır. Həmin vaxtı artıq saat 02 radələri idi. Bundan sonra o və İsmayıl qorxmuşlar və avtomobildən enib oradan uzaqlaşıb tanımadıqları yol avtomobillərinə əyləşib Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir şəhərinə gələn zaman saat artıq 05 radələri idi. Avtomobili qaçırtmaqda məqsədləri avtomobilə heç bir ziyan vurmaq deyildir, sadəcə olaraq içkili olduqları üçün avtomobil ilə gəzmək istəyirmişlər. Avtomobili talamaq məqsədləri olmamışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona dəymiş ziyanı ödəmişdir. Ona görə də zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində dostu Ümüd ilə Vatsapda bir qədər danışdıqdan sonra evdən çıxmış və Ümüdlə Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində meyvə tərəvəz mağazasının qarşısında görüşmüşlər. Onlar birlikdə “qres” qəsəbəsi tərəfə gedib ilk öncə bir qədər Ümüd ilə oyun zalında “playstation” oynamışlar. Daha sonra oyun zalından çıxmışlar və mağazalardan hərəsinə 4-5 ədəd spirtli içki “Go” və pivə almışlar. Həmin spirtli içkini küçədə skameykada əyləşib içdikdən sonra “qres” ərazisində piyada gəzməyə başlamışlar. Artıq 14 iyundan 15 iyuna keçmişdi və saat 03 radələri olardı. Onlar spirtli içkinin təsirində idilər. Bir qədər parkı və küçələri gəzdikdən sonra Ümüd ilə küçədə saxlanmış avtomobillərin birinə əyləşib bir qədər şəhər ərazisində gəzmək qərarına gəlmişlər. Lakin avtomobillərə yaxınlaşan zaman avtomobillərin siqnalizasiyası olduğunu görüb heç bir avtomobili qaçırda bilməmişlər. Mingəçevir şəhəri, F.Əzimov küçəsi ilə piyada gedən zaman fərdi yaşayış evinin qarşısında bir ədəd Vaz 21099 markalı avtomobilin dayandığını, həmin avtomobilin qapılarının, aynaların açıq olduğunu və avtomobilin mühərrikini işə salmaq üçün açarların kilidin üzərində olduğunu görüb ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra Ümüd sükan arxasına, o isə sağ oturacağa əyləşmiş və Ümüd avtomobili işə salıb oradan uzaqlaşmışlar. Onlar ilk öncə Mingəçevir şəhəri, keçmiş doğum evi xəstəxanası tərəfdə, daha sonra tərəvəzçilik sovxozu tərəfdə avtomobil ilə gəzmişlər. Daha sonra polis əməkdaşları saxlamasın deyə, şəhər ərazisini tərk etmişlər. Ümüdün qohumları Bərdə rayonunda yaşadığı üçün və Ümüd Bərdəni yaxşı tanıdığı üçün avtomobili Bərdə rayonuna sürmüşdür. Onlar Bərdəyə çatan zaman artıq səhərə yaxın saat 05 radələri olardı. Bərdə rayonunda arxa yol ilə bir qədər hərəkət etdikdən sonra saat 08-09 radələrində avomobilin yanacağı bitmiş və onlar avtomobildən enib bir qədər piyada gəzmişlər. Pulları olmadığı üçün Ümüd mobil telefonunu satmağı qərara almış və Bərdə rayonunda tanımadıqları telefon mağazasında Ümüdə məxsus Redmi Note 11 markalı mobil telefonu 150 manata satmışlar. Bundan sonra onlar avtomobilin yanına geri qayıdıb avtomobilə yanacaq vurmuşlar, yenidən avtomobil ilə Bərdə rayonu ərazisində gəzməyə başlamışlar. Axşam saat 20 radələrinədək avtomobil ilə gəzmişlər və Bərdə rayonunda Alpoud marketdən özlərinə bir qədər spirtli içki “Go” kolbasa və çörək aldıqdan sonra Gəncə şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Gəncə şəhəri istiqamətində hərəkət edən zaman yağış yağırdı və Ümüd anidən idarəetməni itirdiyi üçün sükan əlindən çıxmış və avtomobil fırlanaraq yolun kənarında olan səkiyə çırpılmış və daha sonra yenidən fırlanaraq yolun kənarında dayanmışdır. Həmin vaxtı artıq saat 02 radələri idi. Bundan sonra o və Ümüd qorxmuşlar, avtomobildən enib oradan uzaqlaşıb tanımadıqları yol avtomobillərinə əyləşib Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir şəhərinə gələn zaman saat artıq 05 radələri idi. Avtomobili qaçırtmaqda məqsədləri avtomobilə heç bir ziyan vurmaq deyildir, sadəcə olaraq içkili olduqları üçün avtomobil ilə gəzmək istəmişlər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona dəymiş ziyanı ödəmişdir. Ona görə də zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2017-ci il tarixdə o, oğlu Əzizağa Abdullayev ilə birgə Bərdə rayon avtomobil bazarından 3500 manat müqabilində Vaz 21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışlar. Avtomobil qeydiyyat şəhadətnaməsinə əsasən onun adınadır. Oğlu Əzizağa isə avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhərinə getmək üçün Əzizağa avtomobili işə salıb yaşadıqları fərdi yaşayış evinin həyətindən küçəyə çıxartmışdır. Bakı şəhərinə getmək üçün lazımı əşyaları evdən götürmək üçün darvazadan evə daxil olmuşdur. Onlar həmin vaxt əşyaları hazırlayırmışlar. Əzizağa evə daxil olan zaman avtomobilin qapılarını açıq qoymuş və mühərriki işə salmaq üçün açarları kilidin üzərində qoymuşdur. Əzizağa evdən lazımı əşyaları qısa müddətdə götürüb çıxacağını düşündüyü üçün avtomobilin qapılarını bağlamamışdır və açarları kilidin üzərindən götürməmişdir. Onlar özlərinə lazım olan əşyaları götürüb evdən çıxan zaman ona məxsus Vaz 21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin darvazanın qarşısında olmadığını görmüşlər. Bundan sonra o, dərhal AR DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışmışdır və onlardan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə sahə rəisi olduğu Mingəçevir şəhəri, F.Əzimov küçəsi 5-ci döngədə yaşayan Zərərçəkmiş şəxs məxsus VAZ 21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil yaşadığı evin qarşısından naməlum şəxs tərəfindən qaçırılmışdır. Zərərçəkmiş şəxs bununla bağlı Mingəçevir ŞPŞ-nə müraciət etmiş və faktla bağlı Mingəçevir ŞPŞ-nin İB-də cinayət işi başlanılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus VAZ 21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qaçırılması müəyyən edilmiş və hər iki şəxs o və Mingəçevir ŞPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 tərəfindən Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində piyada gəzən zaman saxlanılaraq zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək onu göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 07:30-dan saat 08:00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, F.Əzimov küçəsi 5-ci döngədə yerləşən fərdi yaşayış evinin qarşısına baxış aparılmışdır. Hadisə yerinə baxış zamanı küçənin yolunun torpaq yol olduğunu, lakin fərdi yaşayış evinin qarşısında və yolda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 16 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus VAZ 21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Gəncə şəhəri istiqamətində yolun sağ kənarında qəzalı vəziyyətdə dayanmışdır. Naməlum şəxs tərəfindən qaçırılmış VAZ 21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı Qazax avtomagistralın 183 kilometrində üzü Gəncə şəhəri istiqamətində olan zaman körpünün üzərində idarəetməni itirərək yolun ortasında yolu ayıran dəmir qoruyuculara çırpılaraq yolun sağ kənarında dayanmışdır. Zərbənin təsirindən avtomobilin arxa yük yeri açıq vəziyyətdə qalmış, sağ arxa tərəf əzilmiş, nəticədə sağ arxa əyləc işıqları yararsız vəziyyətə düşmüş, həmçinin avtomobilin ön buferi qırılaraq sağ tərəfi yerə sallanmış və sağ ön hissəsi əzilmiş və nəticədə sağ ön hissəsinin işıqları yararsız vəziyyətə düşmüş, həmçinin qəza nəticəsində avtomobilin sağ tərəf ön və arxası yararsız vəziyyətə düşmüşdür. Hadisə yerinə baxış zamanı avtomobilin salonundan və hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan AC 883970 saylı Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21099” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Zərərçəkmiş şəxsdur. Cinayət işinin materiallarında olan nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smetadan görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ 21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmirinin (bərpası) dəyəri cəmi 2298 (iki min iki yüz doxsan səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/5989 saylı rəyindən görünür ki, nəzəri hesblama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2000-ci il buraxılışlı VAZ 21099 minik, **-BE-*** nömrə nişanlı avtomobilin 2023-cü ilin iyun ayına olan təmir bərpa xərci təxmini 2020,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-650,00 manat; Təmir-bərpa işlərinin qiyməti-1370,00 manat. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ 2109 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün məhkəmə prosesinədək sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixdə ona məxsus VAZ 21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir ŞPŞ-nin müstəntiqi, polis kapitanı X3 iştirakı ilə Mingəçevir ŞPŞ-nin həyətindən təhvil götürmüşdür. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ 21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınması və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 185.2.2, 185.2.4 və 186.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus «VAZ 21099» markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qanunsuz ələ keçirmələri (qaçırmaları) və onların əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, özlərinin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 5-ci döngədə yerləşən fərdi yaşayış evlərinin qarşısından piyada keçərkən, Zərərçəkmiş şəxs məxsus «VAZ 21099» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb, saxlanıldığı yerdən uzaqlaşaraq, Zərərçəkmiş şəxs məxsus «VAZ 21099» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan ələ keçirmiş, yəni qaçırmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 5-ci döngədə yerləşən fərdi yaşayış evlərinin qarşısından piyada keçərkən, Zərərçəkmiş şəxs məxsus «VAZ 21099» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb, saxlanıldığı yerdən uzaqlaşaraq, Zərərçəkmiş şəxs məxsus «VAZ 21099» markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan ələ keçirmiş, yəni qaçırmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən avtomobil və ya başqa nəqliyyat vasitəsinin talama məqsədi olmadan qanunsuz ələ keçirilməsi (qaçırılması) ilə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlər üzrə axtarış məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci il tarixdə Ağsu rayonunda doğulmuşdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X4 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışmışdır və onlardan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlər üzrə axtarış məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci il tarixdə Yevlax rayonunun Tanrıqulular kəndində doğulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 4 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus VAZ 21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X10 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 16 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 16 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus VAZ 21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X10 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-148/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-148/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver