Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-149/2021 10.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçi oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs-xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, H.Əliyev küçəsi ev 37/13-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri Gülşən bağ massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 09.05.2021-ci il tarixdən 10.05.2021-ci il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Mingəçevir şəhərinin İ.Qayıbov küçəsi 3 №-li yaşayış binasının qarşısında yerləşən qarajın qapısının üzərindəki qıfılı əlində olan dəmir linglə sındırıb qapını açdıqdan sonra həmin qapıdan saxlanc yeri hesab olunan qaraja qanunsuz olaraq daxil olub 1 (bir) ədədinin qiyməti 28 (iyirmi səkkiz) manat olan 84 (səksən dörd) manat dəyərində 3 (üç) ədəd 1 (bir) litrlik həcmə malik şüşə qabda olan “Stolichnaya” markalı, göy rəngli etiketli, Rusiya Federasiyasında istehsal olunmuş spirtli içki arağı, 1 (bir) ədədinin qiyməti 20 (iyirmi) manat olan 60 (atmış) manat dəyərində 3 (üç) ədəd 10 (on) litr tutuma malik alliminium materialından olan qazanları, 1 (bir) ədəd 400 (dörd yüz) manat dəyərində Türkiyə Respublikasında istehsal olunmuş 4m x 5m ölçüdə olan istifadə edilmiş xalçanı, 1 (bir) top 38 (otuz səkkiz) manat dəyərində 100 (yüz) metr ölçüdə 2-lik mis naqili gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 582 (beş yüz səksən iki) manat məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 09.05.2021-ci il tarixdən 10.05.2021-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3/1 №-li yaşayış binasının qarşısında yerləşən avtomobil qarajının qapısının üzərindəki qıfılı əlində olan dəmir linglə sındırıb qapını açdıqdan sonra həmin yerdən saxlanc yeri hesab olunan avtomobil qarajına qanunsuz daxil olub avtomobil qarajından Zərərçəkmiş şəxs4 məxsus 60 (atmış) manat dəyərində 1 (bir) ədəd istifadə edilmiş 20 (iyirmi) litr tutuma malik alliminium materialından olan qazanı, 35 (otuz beş) manat dəyərində 1 (bir) ədəd istifadə edilmiş 25 (iyirmi beş) litr tutuma malik alliminium materialından olan su bidonunu, 25 (iyirmi beş) manat dəyərində 1 (bir) ədəd istifadə edilmiş 15 (on beş) litr tutuma malik alliminium materialından olan su bidonunu, 17 (on yeddi) manat dəyərində 1 (bir) ədəd istifadə edilmiş 10 (on) litr tutuma malik alliminium materialından olan su bidonunu, 1 (bir) ədədinin qiyməti 20 (manat) olmaqla 80 (səksən) manat dəyərində 4 (dörd) ədəd işlənmiş vəziyyətdə olan böyük həcmli xrustal gül qabıları, 1 (bir) ədədinin qiyməti 10 manat olmaqla 50 (əlli) manat dəyərində 5 (beş) ədəd işlənmiş vəziyyətdə olan kiçik həcmli xrustal gül qabılarını, Zərərçəkmiş şəxs3 məxsus, həmin avtomobil qarajında saxladığı 140 (yüz qırx) manat dəyərində 1 (bir) ədəd “Adidas” markalı velosipedi, Zərərçəkmiş şəxs2 məxsus həmin avtomobil qarajında saxladığı 250 (iki yüz əlli) manat dəyərində 1 (bir) ədəd “Evrostar” markalı velosipedi özgənin, yəni Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 657 (altı yüz əlli yeddi) manat məbləğdə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 16 may 2021-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Mingəçevir şəhəri H.Əliyev küçəsi 21№-li yaşayış binasının bloku ilə 5-ci mərtəbəyə qalxıb, həmin mərtəbədə Zərərçəkmiş şəxs5 yaşadığı 64 №-li mənzilin giriş qapısının yaxınlığındakı boruya dəmir tros qıfıl ilə bağladığı velosipedin qıfılının tros bağlamasını mişarla kəsib sonuncuya məxsus 140 (yüz qırx) manat dəyərində 1 “Stels” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 140 (yüz qırx) manat məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 09.05.2021-ci il tarixdə təxminən saat 19-radələrində şəhər ərazisində güclü külək əsməyə başlamışdır. O, həmin gecəni oğurluq etməyə qərar verdi. 2021-ci ilin may ayının 9-dan 10-na keçən gecə saat 01-radələrində özünə məxsus 1 ədəd dəmir mismar çıxardanı (mantirofkanı), 1 cüt əlcəyi, 1 ədəd kəlbətini, 1 ədəd dəmir kəsən mişarı və 1 ədəd fanarı götürüb sarı rəngli torbaya yığıb Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3/1-saylı yaşayış binasının arxasında 3 saylı binanın qarşısındakı boş sahədə olan dəmir avtomobil qarajlarının yanına getdi. Həmin vaxt adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs1 məxsus qarajın qapısının üzərindəki asma qıfılı dəmir linglə qırıb qapını açıb içəri daxil oldu. Qarajdan 3 ədəd 1 litrlik həcmə malik şüşə qabda olan “Stolichnaya” markalı, göy rəngli etiketli, Rusiya Federasiyasında istehsal olunmuş spirtli içki arağı, 3 ədəd istifadə edilmiş alliminium materialından olan qazanları, 1 ədəd istifadə edilmiş xalçanın, 1 top mis naqilini götürüb qarajdan çıxaraq yaxınlıqda yerləşən qazanxanaya aparıb orada gizlətdi. Daha sonra geriyə yəni qarajlar olan əraziyə qayıtdı. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs4 məxsus avtomobil qarajının üzərindəki asma kilidi mismar çıxardan dəmirlə qırıb qarajın qapısını açıb içəri daxil oldu. Bundan sonra qarajda olan 1 ədəd yaşıl rəngli “Evrostar” markalı velosipedi, 1 ədəd qırmızı rəngli “Adidas” markalı velosipedi, 1 ədəd iri tutuma malik alliminium materialından olan qazanı, 1 ədəd iri tutuma malik alliminium materialından olan su bidonunun, 2 ədəd kiçik tutuma malik alliminium materialından olan su bidonu, 4 ədəd böyük həcmli xrustal gül qabılarını, 5 ədəd kiçik həcmli xrustal gül qabılarını gizli yolla oğurlayıb İ.Qayıbov küçəsində yerləşən istifadəsiz qazanxananın yanına hissə-hissə aparaıb ora yığmışdır. Bundan sonra yaşıl rəngli “Evrostar” markalı velosipedi aparıb Mingəçevir şəhəri Gülşən bağ massivindəki yaşadığı evin həyətinə qoyub piyada geri qayıdıb qırmızı rəngli “Adidas” markalı velosipedi də yaşadığı evin həyətinə aparıb orada gizlətdi. Sonra yenidən piyada bitonları, xalçanı və oğurladığı digər əşyaları da gizlədib saxladığı yerə qayıdıb həmin əşyaları da hissə-hissə məhlələr arası yolla yaşadığı evin həyətinə apardı. Həmin gündən sonrakı günlər ərizində oğurladığı qazan və bidonları, eləcə də xalçanı, güldanları Mingəçevir şəhəri Orxan bazarında hissə-hissə tanımadığı şəxslərə satdı. Oğurladığı araqları isə özü içmişdir. Lakin velosipedləri yaşadığı evin həyətində saxladı. Bundan başqa 16 may 2021-ci il tarixdə səhər saatlarında yenə də şəhər ərazisində gəzərək H.Əliyev küçəsi 21 saylı yaşayış binasının sonuncu, yəni 5-ci blokunun qarşısından keçərkən binanın blokuna daxil olub yuxarı mərtəbələrə qalxdı. Gördü ki, 1 ədəd velosiped tros bağlama qıfılla boruya bağlanılıbdır. O, üzərində olan dəmir kəsən mişarla tros bağlama qıfılı kəsib açdı. Velosipedi də özü ilə götürüb həyətə düşdü. Daha sonra velosipedi sürüb Samux küçəsi ilə hərəkət edərək şəhərin Yevlax rayonu Aran qəsəbəsi istiqamtində çıxacağında yük avtomobillərinin dayandığı yerə getdi. Orada həmin velosipedi tanımadığı şəxsə 40 manata satdı. Əldə etdiyi pulu isə gündəlik tələbat xərclərinə istifadə etdi. 2021-ci ilin may ayının 18-dən 19-na keçən gecə saat 02-radələrində yenə də şəhər ərazində oğurluq etmək üçün 1 ədəd dəmir mismar çıxardanı (mantirofkanı), 1 cüt əlcəyi,1 ədəd kəlbətini, 1 ədəd dəmir kəsən mişarı və 1 ədəd fonarı götürüb sarı rəngli torbaya yığıb sonra əvvəl oğurladığı yaşıl rəngli “Evrostar” markalı velosipedi sürüb şəhər ərazisinə çıxdı. Təxminən saat 02-radələrində Mingəçevir şəhəri V.Hüseynov küçəsində yerləşən “Kapital bank”-ın inzibati binasının yaxınlığından keçən zaman polis əməkdaşları ona yaxınlaşıb sürdüyü velosipedin oğurluq olması ilə bağlı onu sorğu sual etdilər, o da velosipedi oğurladığını etiraf etdi, həmçinin oğurluq etmək məqsədi ilə də şəhər ərazisində gəzidiyini də bildirdi. Polis əməkdaşları ona Mingəçevir şəhər polis şöbəsinə apardılar. Polis Şöbəsində o, törətdiyi oğurluq hadisələrini səmimi etiraf edərək oğurladığı velosipedləri, həmçinin və oğurluq etmək üçün istifadə etdiyi alətləri təqdim etdi. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, yaşadığı Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3 saylı yaşayış binasının qarşısında özünə məxsus avtomobil qarajı var. Qaraj dəmirdəndir. Əvvəllər həmin qarajda özünə məxsus avtomobili saxlamışdır. Lakin son zamanlar qarajdan saxlanc yeri kimi istifadə edir. Belə ki, yaşadıqları mənzildə olan istifadə etmədikləri əşyaları həmin qaraja yığırlar. 10 may 2021-ci il tarixdə səhər saatlarından evdən çıxıb işə gedərkən qarajın qapılarının açıq olduğunu görüb yaxınlaşıb baxdıqda qarajın dəmir qapısının üzərində olan qıfılın sındırıldığını gördü. Ona məlum oldu ki, qaraja naməlum şəxs və ya şəxslər daxil olaraq oradan oğurluq ediblər. Qarajın içərisinə daxil olub orada saxladıqları əşyalara baxanda gördü ki, qarajda saxladıqları 3 ədəd 1 litrlik həcmə malik şüşə qabda olan “Stolichnaya” markalı, göy rəngli etiketli, Rusiya Federasiyasında istehsal olunmuş spirtli içki araq, 3 ədəd istifadə edilmiş 10 litr tutuma malik alliminium materialından olan qazanlar, 1 ədəd Türkiyə Respublikasında istehsal olunmuş 4m x 5m ölçüdə olan istifadə edilmiş xalça, 1 top 100 metr ölçüdə 2-lik mis naqil oğurlanıbdır. Bir neçə gün ərizində şəxsi işləri çox olduğu üçün hüquq mühafizə orqanlarına müraciət etmədi. Lakin sonradan polis şöbəsinə gedərək özünə məxsus qarajdan oğurluq edilməsi barədə ərizə ilə müraciət etdi. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 03.01.2021-ci il tarixdə o, qonşu binada yaşayan dostu Hikmətlə birlikdə velosiped almaq üçün Goranboy rayonunun Goran qəsəbəsinə getdilər. Orada Hikmət 300 manata yaşıl rəngli Evrostar markalı velosipedi, o, isə 300 manata qırmızı rəngli Adidas markalı velosiped aldı. Həmin vaxtdan sonra o və Hikmət ailəvi yaxın olduqları Zərərçəkmiş şəxs4 velosipedləri Zərərçəkmiş şəxs4 məxsus avtomobil qarajında saxlamlarına şərait yaratmağı xahiş etdilər. Arzu da etiraz etməyərək Hikmətə və ona qarajın açarının bir nüsxəsini verdi. Həmin vaxtdan sonra velosipedləri qarajda saxladılar. Sonuncu dəfə, 09.05.2021-ci il tarixdə təxminən saat 18-radələrində övladı Rza ilə Hikmətin övladı Ziya yaşadıqları binanın qarşısında velosiped sürərkən külək əsməyə başladı. Bu zaman Hikmət övladı Ziya və onun övladı Rzaya küləkli hava olduğuna görə velosipedləri avtomobil qarajına yerləşdirib mənzilə qalxmalarını tələb etdi. Uşaqların hər ikisi velosipedləri avtomobil qarajına yerləşdirdilər. 10.05.2021-ci il tarixdə təxminən saat 10-radələrində Arzu ona zəng edərək qaraja naməlum şəxsin qapının üzərindəki asma kilidi sındırıb daxil olduğunu və oradan Arzuya məxsus bəzi əşyaları, eləcədə övladı Rza və Hikmətin övladı Ziyaya məxsus velosipedləri də oğurladığını bildirdi. Gedib qaraja baxanda gördü ki, həqiqətəndə övladı Rzaya məxsus velosiped yerində yoxdur. O, Arzu və Hikmət Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdilər. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs qanun daxilin cəza verilməsini xahiş edirəm. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, yaşadığı binanın arxa tərəfində 6x4 ölçüdə 24 kvm avtomobil qaraj var. Gündəlik istifadə etmədiyi əşyaları həmin qarajda saxlayır. Qarajın dəmir qapısını isə asma kilidlə bağlayaraq açarı da özündə saxlayır. 2021-ci ilin yanvar ayında qonşu binada yaşayan və ailəvi yaxın münasibətdə olduğu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 az yaşlı övladlarına məxsus velosipedləri yaşadıqları mənzilə qaldırmaq istəmədiklərini, ona məxsus qarajda saxlamaq istədiklərini bildirdilər. O da etiraz etmədi, Əziz və Hikmətə qarajın asma kilidnin açarının 1 nüsxəsini verdi, həmin vaxtdan da Əziz və Hikmət velosipedlərini qarajda saxladılar. Sonuncu dəfə, 09.05.2021-ci il tarixdə təxminən saat 16radələrində qarajdan özünə ehtiyac olan əşyaları götürdükdən sonra asma kilidlə qapını bağlayıb yaşadığı mənzilə qalxdı. 10.05.2021-ci il tarixdə təxminən saat 08-radələrində o, yaşadığı evin arxa eyvanına çıxıb həyətə baxarkən qarajın dəmir qapısının açıq vəziyyətdə olduğunu gördü. O, qonşuları Əziz və ya Hikmətin velosiped götürmək üçün qapını açdıqlarını fikirləşib bir müddət gözləsə də qarajdan heç kəsin çıxmadığını görüb narahat olaraq həyətə düşdü. Qarajın qapısının açıq vəziyyətdə, üzərindəki asma kilidin isə yerində olmadığını gördü. Qaraja daxil alanda Hikmət və Əzizin övladlarına məxsus velosipedlərin, özünə məxsus 1 ədəd dəyəri 20 litrlik aliminium qazanın, 1 ədəd 25 litrlik, 1 ədəd 15 litrlik və 1 ədəd dəyəri 10 litrlik dəmir su bitonlarının 4 ədəd işlənmiş vəziyyətdə olan böyük həcmli xurustal gül qabları (güldanlar), 5 ədəd işlənmiş vəziyyətdə kiçik həcimli xurustal gül qabların yerində olmadığını, yəni, naməlum şəxs(lər) tərəfindən oğurlandığını gördü. Bundan sonra o, qonşu binada yaşayan Hikmət və Əzizə zəng edib çağırdı, Əziz və Hikmət də qaraja gəldi, o da baş vermiş hadisə barədə onlara məlumat verdi. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs qanun daxilin cəza verilməsini xahiş edirəm. Zərərçəkmiş şəxs2 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs2 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, 03.01.2021-ci il tarixdə o, qonşu binada yaşayan dostu Əzizlə birlikdə velosiped almaq üçün Goran qəsəbəsinə getdilər. Həmin yerdən o, 300 manata yaşıl rəngli Evrostar markalı velosipedi, Əziz isə 300 manata qırmızı rəngli Adidas markalı velosiped aldılar. O və Əziz ailəvi yaxın olduqları Zərərçəkmiş şəxs4 velosipedləri Zərərçəkmiş şəxs4 məxsus avtomobil qarajında saxlamlarına şərait yaratmağı xahiş etdilər. Arzu da etiraz etməyərək Əzizə və ona qarajın açarının bir nüsxəsini verdi. Həmin vaxtdan sonra velosipedləri qarajda saxladılar. 09.05.2021-ci il tarixdə təxminən saat 18-radələrində övladı Ziya ilə Əzizin övladı Rza yaşadıqları binanın qarşısında velosiped sürərkən külək əsməyə başladı. O, övladı Ziya və Əzizin övladı Rzaya küləkli hava olduğuna görə velosipedləri avtomobil qarajına yerləşdirib mənzilə qalxmaqlarını tələb etdiyi Ziya və Rza velosipedləri aparıb Zərərçəkmiş şəxs4 məxsus qaraja yerləşdirdilər, o da qarajın qapısının asma kilidini açarla bağlayaraq yaşadığı mənzilə getdi. 10.05.2021-ci il tarixdə təxminən saat 10radələrində Arzu ona zəng edərək qaraja naməlum şəxsin qapının üzərindəki asma kilidi sındırıb daxil olduğunu və oradan Arzuya məxsus bəzi əşyaları, eləcə də velosipedlərin oğurladığını bildirdi. Gedib qaraja baxanda gördü ki, həqiqətəndə övladı Ziyaya məxsus velosiped yerində yoxdur. O, Arzu və Əziz Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdilər. Təqsirləndirilən şəxs ona məxsus bir ədəd velosiped və 150(bir yüz əlli) manat dəyərindı maşın ehtiyat hissələrinin oğurlamışdır. İstintaq zamanı ona məxsus velosiped qaytarıldı, lakin dəymiş ziyan qaytarılmamışdır. Təqsirləndirilən şəxsə qanun daxilin cəza verilməsini xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs5 məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxılması mümkündür. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, özünə məxsus “Stels” markalı velosipedi olmuşdur. Həmin velosipedi 2019-cu ildə 250 manata almışdı. Velosipedi daima yaşadıqları binanın blokunda saxlayırdılar. Velosipedi binanın blokunda olan boruya tros qıfılla bağladılar. Velosipeddən həm o, həm də arvadı Aygün istifadə edirdilər. 16 may 2021-ci il tarixdə işə gedərkən velosipedi daima saxladıqları yerdə olduğunu gördü. Lakin, təxminən saat 12 radələrində arvadı Aygün telefon vasitəsi ilə ona zəng edərək velosipedin oğurlandığını bildirdi. Kimsə velosipedin boruya bağladıqları tros qıfılını sındırıb velosipedi oğurlamışdır. Bundan sonra Aygün DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi və o da hadisə yerinə gəldi polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10.05.2021-ci il tarixdə Mingəçevir şəhəri İ.Qayıbov küçəsi ev 3/1 mənzil 21-də yaşayan X2 şəhəri polis şöbəsinə ərizə ilə müraciət edərək 09.05.2021-ci il tarixdən 10.05.2021-ci il tarixə keçən gecə yaşadığı binanın yaxınlığında yerləşən avtomobil qarajından özünə məxsus 880 (səkkiz yüz səksən) manat dəyərində məişət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirdi. Bundan başqa 10.05.2021-ci il tarixdə Mingəçevir şəhəri D.Əliyeva küçəsi ev 2 mənzil 14-də yaşayan Bayramov X4 şəhəri polis şöbəsinə ərizə ilə müraciət edərək 09.05.2021-ci il tarixdən 10.05.2021-ci il tarixə keçən gecə yaşadığı binanın yaxınlığında yerləşən X9 məxsus avtomobil qarajından özünə məxsus 1 ədəd 300 (üç yüz) manat dəyərində velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirdi. Bundan başqa 10.05.2021-ci il tarixdə Mingəçevir şəhəri H.Aslanov küçəsi ev 4 mənzil 68-də yaşayan Zeynalov X5 şəhəri polis şöbəsinə ərizə ilə müraciət edərək 09.05.2021-ci il tarixdən 10.05.2021-ci il tarixə keçən gecə yaşadığı binanın yaxınlığında yerləşən X9 məxsus avtomobil qarajından özünə məxsus 1 ədəd 300 (üç yüz) manat dəyərində velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirdi. Bundan başqa 16.05.2021-ci il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospekti ev 21 mənzil 64-də yaşayan Zərərçəkmiş şəxs5 arvadı X1 şəhəri polis şöbəsinə ərizə ilə müraciət edərək 15.05.2021-ci il tarixdən 16.05.2021-ci il tarixə keçən gecə yaşadığı binanın blokunda saxladığı 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirdi. Bundan başqa 20.05.2021-ci il tarixdə Mingəçevir şəhəri İ.Qayıbov küçəsi ev 3 mənzil 38-də yaşayan Məsimov X12 şəhəri polis şöbəsinə ərizə ilə müraciət edərək 09.05.2021-ci il tarixdən 10.05.2021-ci il tarixədək olan müddət ərizində yaşadığı Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3 saylı yaşayış binasının qarşısında yerləşən avtomobil qarajından müxtəlif məişət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirdi. 19 may 2021-ci il tarixdə saat 02 radələrində Hüseynov X8 ŞPŞ-nin PPXB-nün xidmətdə olan polis nəfərləri tərəfindən Mingəçevir şəhəri V.Hüseynov küçəsi ilə velosiped sürərək hərəkət edərkən saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirildi. Sorğu zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 məxsus qarajlardan, eləcə də Zərərçəkmiş şəxs5 məxsus velosipedi binanın padyezindən oğurladığını etiraf etdi. Lakin, keçirilmiş əməliyyat axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 məxsus qarajlardan oğurladığı məişət əşyaları və həmin əşyaları satdığı şəxslər, həmçinin Zərərçəkmiş şəxs5 məxsus velosipedi oğurlayaraq satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid3 Fətulla oğlu, Şahid4, Şahid5 da məhkəmə iclasında verdikləri ifadələr ilə, həmçinin Şahid2 oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 175-178-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 iyul 2021-ci il tarixli, 9/4733 saylı rəyində göstərilir ki, 1 ədəd “Stels” markalı, 26-lıq, 2019-cu ildə alınmış istifadə edilmiş, saz vəziyyətdə velosipedin 2021-ci ilin may ayına olan qiyməti 140 manat, 1 ədəd “Evrostar” markalı, 26-lıq, 2021-ci ilin yanvar ayında alınmış istifadə edilmiş, saz vəziyyətdə velosipedin 2021-ci ilin may ayına olan qiyməti 250 manat, 1 ədəd “Adidas” markalı, 26-lıq, 2021-ci ilin yanvar ayında alınmış istifadə edilmiş, saz vəziyyətdə velosipedin 2021-ci ilin may ayına olan qiyməti 140 manat, 1 ədəd istifadə edilmiş 20 litr tutuma malik alüminium materialından olan qazanın 2021-ci ilin may ayına olan qiymətinin 60 manat, 1 ədəd istifadə edilmiş 25 litr tutuma malik alüminium materialından olan su bidonunun 2021-ci ilin may ayına olan qiymətinin 35 manat, 1 ədəd istifadə edilmiş 15 litr tutuma malik alliminium materialından olan su bidonunun 2021-ci ilin may ayına olan qiymətinin 25 manat, 1 ədəd istifadə edilmiş 10 litr tutuma malik alliminium materialından olan su bidonunun 2021-ci ilin may ayına olan qiymətinin 17 manat, 4 ədəd işlənmiş vəziyyətdə olan böyük həcmli xrustal gül qabılarının 1 ədədnin qiyməti 20 manat olmaqla 4 ədədinin 2021-ci ilin may ayına olan qiymətinin 80 manat, 5 ədəd işlənmiş vəziyyətdə olan kiçik həcmli xrustal gül qabılarının 1 ədədinin qiymətinin 10 manat olmaqla 5 ədədinin 2021-ci ilin may ayına olan qiymətinin 50 manat, 3 ədəd 1 litrlik həcmə malik şüşə qabda olan “Stolichnaya” markalı, göy rəngli etiketli, Rusiya Federasiyasında istehsal olunmuş spirtli içki arağın 1 ədədinin qiyməti 28 manat olmaqla 3 ədədinin 2021-ci ilin may ayına olan qiymətinin 84 manat, 3 ədəd istifadə edilmiş 10 litr tutuma malik alliminium materialından olan qazanların 1 ədədinin qiyməti 20 manat olmaqla 3 ədədinin 2021-ci ilin may ayına olan qiymətinin 60 manat, 1 ədəd Türkiyə Respublikasında istehsal olunmuş 4m x 5m ölçüdə olan istifadə edilmiş xalçanın 2021-ci ilin may ayına olan qiymətinin 400 manat, 1 top 100 metr ölçüdə 2-lik mis naqilin 2021-ci ilin may ayına olan qiymətinin 38 manat olduğu, Analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 13 adda malların 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1379,00 (min üç yüz yetmiş doqquz) manat müəyyən olunur. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 09.05.2021-ci il tarixdən 10.05.2021-ci il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Mingəçevir şəhərinin İ.Qayıbov küçəsi 3 №-li yaşayış binasının qarşısında yerləşən qarajın qapısının üzərindəki qıfılı əlində olan dəmir linglə sındırıb qapını açdıqdan sonra həmin qapıdan saxlanc yeri hesab olunan qaraja qanunsuz daxil olub 1 (bir) ədədinin qiyməti 28 (iyirmi səkkiz) manat olan 84 (səksən dörd) manat dəyərində 3 (üç) ədəd 1 (bir) litrlik həcmə malik şüşə qabda olan “Stolichnaya” markalı, göy rəngli etiketli, Rusiya Federasiyasında istehsal olunmuş spirtli içki arağı, 1 (bir) ədədinin qiyməti 20 (iyirmi) manat olan 60 (atmış) manat dəyərində 3 (üç) ədəd 10 (on) litr tutuma malik alliminium materialından olan qazanları, 1(bir) ədəd 400 (dörd yüz) manat dəyərində Türkiyə Respublikasında istehsal olunmuş 4m x 5m ölçüdə olan istifadə edilmiş xalçanı, 1 (bir) top 38 (otuz səkkiz) manat dəyərində 100 (yüz) metr ölçüdə 2-lik mis naqili gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 582 (beş yüz səksən iki) manat məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 09.05.2021-ci il tarixdən 10.05.2021-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Mingəçevir şəhərinin İ.Qayıbov küçəsi 3/1 №-li yaşayış binasının qarşısında yerləşən avtomobil qarajının qapısının üzərindəki qıfılı əlində olan dəmir linglə sındırıb qapını açdıqdan sonra həmin yerdən saxlanc yeri hesab olunan avtomobil qarajına qanunsuz olaraq daxil olub avtomobil qarajından Zərərçəkmiş şəxs4 məxsus 60 (atmış) manat dəyərində 1 (bir) ədəd istifadə edilmiş 20 (iyirmi) litr tutuma malik alliminium materialından olan qazanı, 35 (otuz beş) manat dəyərində 1 (bir) ədəd istifadə edilmiş 25 (iyirmi beş) litr tutuma malik alliminium materialından olan su bidonunu, 25 (iyirmi beş) manat dəyərində 1 (bir) ədəd istifadə edilmiş 15 (on beş) litr tutuma malik alliminium materialından olan su bidonunu, 17 (on yeddi) manat dəyərində 1 (bir) ədəd istifadə edilmiş 10 (on) litr tutuma malik alliminium materialından olan su bidonunu, 1 (bir) ədədinin qiyməti 20 (manat) olmaqla 80 (səksən) manat dəyərində 4 (dörd) ədəd işlənmiş vəziyyətdə olan böyük həcmli xrustal gül qabıları, 1 (bir) ədədinin qiyməti 10 manat olmaqla 50 (əlli) manat dəyərində 5 (beş) ədəd işlənmiş vəziyyətdə olan kiçik həcmli xrustal gül qabılarını, Zərərçəkmiş şəxs3 məxsus həmin avtomobil qarajında saxladığı 140 (yüz qırx) manat dəyərində 1 (bir) ədəd “Adidas” markalı velosipedi, Zərərçəkmiş şəxs2 məxsus həmin avtomobil qarajında saxladığı 250 (iki yüz əlli) manat dəyərində 1 (bir) ədəd “Evrostar” markalı velosipedi özgənin, yəni Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 657 (altı yüz əlli yeddi) manat məbləğdə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 16 may 2021-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Mingəçevir şəhəri H.Əliyev küçəsi 21№-li yaşayış binasının bloku ilə 5-ci mərtəbəyə qalxıb, həmin mərtəbədə Zərərçəkmiş şəxs5 yaşadığı 64 №-li mənzilin giriş qapısının yaxınlığındakı boruya dəmir tros qıfıl ilə bağladığı velosipedin qıfılının tors bağlamasını mişarla kəsib sonuncuya məxsus 140 (yüz qırx) manat dəyərində 1 “Stels” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 140 (yüz qırx) manat məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 138-139-cu vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 11 may 2018-ci il tarixli, 1(051)-62/2018 saylı hökmündən və 143-144-cü vərəqlərində tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 yanvar 2018-ci il tarixdən 19 yanvar 2018-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlama müddəti nəzərə alınmaqla, ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 08.08.2019-cu ildə Salyan rayon məhkəməsinin qərarı ilə AR CM-nin 76 maddəsinə əsasən 03 ay 01 gün vaxtında əvvəl şərti azad edilmiş, 08.11.2019-cu ildə cəza müddəti bitmişdir. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 31 avqust 2021-ci il tarixli 1(051)- 120/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilərək Təqsirləndirilən şəxs üzərində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdən 09 fevral 2021ci tarixədək 02 gün şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşə əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, onlara dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayətləri və tələbləri yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşiman olması, dəymiş ziyanın bir hissəsini ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Mingəçevir şəhər məhkəməsinin 31.08.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə ilə qismən toplanılmalıdır. İşin 45-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 19 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, 19 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd “Evrostar” markalı velosiped Zərərçəkmiş şəxs2, 1 ədəd “Adidas” markalı velosiped Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki tələb yoxdur. Vəkil X10 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 31.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.3, 69.3-cü maddələri ilə təyin edilmiş 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaqla üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, 19 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd “Evrostar” markalı velosiped Zərərçəkmiş şəxs2, 1 ədəd “Adidas” markalı velosiped Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Vəkil X10 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-149/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-149/2021
10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver