Məhkəmə qərarları › İş №1(051)-15/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-15/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-15/2022 18.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi1, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1969-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Nüsrət oğlu21 may 2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhər ərazisində yerləşən “Əli qəbirstanlığı” adlanan qəbristanlığa babası X2 məzarını ziyarətə gedib, babasına məxsus qəbirin sinə daşı üzərində özünün əkdiyi güllərin çıxarılmasını, qəbirin gül əkilməsi üçün nəzərdə tutulan hissəsinin gülləri çıxarıldıqdan sonra beton ilə doldurulmasını görüb, bu halın qohumu Zərərçəkmiş şəxs tərəfindən əvvəl də təkrar olunduğuna əsəbləşib, qisas məqsədilə həmin qəbirin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs 2014-cü ildə vəfat etmiş oğlu X4 qəbrinə yaxınlaşıb məzarın sinə daşının üzərinə çıxıb gül səbətini və məzarın sinə daşına bitişik olan mərmər gülqabıları təpikləyərək kənara atıb sındıraraq qəsdən X4 qəbiri üzərində təhqiredici hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun anası Elmiranın dayısı qızıdır. Münasibətləri yaxşı olmayıb. Belə ki, 20 il əvvəl məclisdə onun bəzi hərəkətlərinə irad bildirmiş və buna görə də münasibətləri pisləşmişdir. Dəfələrlə qohumluq əlaqələri olmasını və onun qadın olmasını nəzərə alaraq barışıb münasibətləri qaydasına salmağa cəhd etmiş, lakin Sevda razılaşmayıb və onunla soyuq münasibətə davam etmişdir. Zərərçəkmiş şəxs oğlu Rüstəm Məmmədov yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdikdə baş sağlığı vermək məqsədilə Sevdanın yaşadığı evə getmiş, onunla barışıb təsəlli verici ifadələr işlətmiş və buna baxmayaraq münasibətləri yenə də normal olmamışdır. Lakin daha sonralar Rüstəm Məmmədovun vəfatının ili tamam olmasına bir neçə gün qalmış o, övladına nişan məclisi təşkil etmişdir. Zərərçəkmiş şəxs da oğlunun vəfatından bir il tamam olmamış nişan məclisi təşkil etdiyinə görə narazı qalmış və onunla yenidən münasibətləri pisləşmişdir. Hətta atası onun qızının nişan mərasimində iştirak etdiyinə görə Sevda ilə atası Sədi arasında narazılıq yaranmışdır. Həmin vaxtdan da Zərərçəkmiş şəxs ilə bütün əlaqələri kəsilmişdir. Uşaq vaxtlarından ona babası Ağaəli Feyzullayev baxıb, böyütmüşdür. B abası Ağaəli Fərzəliyev 1987-ci ildə vəfat etmişdir. Mingəçevir şəhər “Sağ Sahil” adlanan ərazidə yerləşən “Əli Qəbirstanlığı”nda dəfn olunmuşdur. Zərərçəkmiş şəxs anası ilə onun babasının məzarı yanaşı olmuşdur. Daha sonra Sevdanın oğlu Rüstəm vəfat etdikdə Sevdanın anasının məzarının arxasında dəfn olunmuşdur. O, özü hər həftənin cümə günü babası Ağaəlinin məzarını ziyarətə gedərək məzara qulluq etmişdir. Babası Ağaəli vəfat etməzdən əvvəl ona vəsiyyət edərək məzarının sinə daşı üzərinin torpaq olmasını, güllər əkilməsini xahiş etmişdir. Babasının vəsiyyətinə əsasən babasının məzarı üzərində sinə daşının üstünə torpaq tökərək gül əkmişdir. Təxminən bir il əvvəl o, babasının məzarını ziyarətə gedəndə görüb ki, məzarın sinə daşının üstündə olan gülləri kəsib budayıblar. Qəbirstanlıqda işləyən şəxsləri çağırıb və güllərin kəsilməsini soruşduqda həmin şəxslər ona bildiriblər ki, gülləri Zərərçəkmiş şəxs onlara budatdırmışdır. O, həmin gün evə qayıdanda anasından Sevdanın mobil nömrəsini öyrənib və zəng etdib Sevdadan nə üçün gülləri budatdırmasını soruşanda Sevda “yaxşı edib” deyərək telefon danışığını bitirmişdir. Həmin vaxtdan sonra Sevdaya heç bir söz deməmişdir. Bundan 3-4 ay müddət keçdikdən sonra yenə babası Ağaəlinin məzarını ziyarətə gedəndə məzarın üzərində əkilmiş güllər kökündən çıxardılıb və yerində heç nə qalmamasını görüb, yenidən qəbirstanlıqda işləyən Dünya adlı qadın və oğlunu çağırıb onlardan gülləri kimin çıxartmasını soruşdu. Dünya adlı qadın da Zərərçəkmiş şəxs daha yaxşı gül növü əkdirəcəyini deyərək həmin məzarın üstündə olan gülləri onlara çıxartdırmasını bildirmişdir. O, da bir gün sonra gedəndə Dünya adlı qadın təbii gül əkməsini görmüşdür. O da həmin əkilmiş təbii güllərin arasına süni güllər gətirib qoymuşdur. Təxminən bir neçə ay keçdikdə o, qəbri ziyarətə gedəndə yenə də babası Ağaəlinin məzarı üstündə olan güllər çıxarılıb, gül əkilən hissənin torpağı çıxarılıb və beton tökülməsini gördü. Yenidən soraqlayıb və həmin betonu tökən şəxsi yəni ustanı tapdı və nə üçün betonla gül əkilən hissəsini doldurmasını soruşdu. Həmin usta da Zərərçəkmiş şəxs sifarişinə əsasən qeyd edilən işləri görməsini ona bildirmişdir. Bundan sonra yenidən Zərərçəkmiş şəxs zəng etmiş, nə üçün məzarın üstündə olan gülləri çıxartdırıb yerinə beton tökdürməsini soruşdu. Sevda isə yenə də yaxşı elədiyini deyərək danışığı bitirmişdir. Anası Elmira vəfat etdikdən sonra onu da “Əli” qəbirstanlığında nənəsinin məzarının yaxınlığında dəfn etdirmişlər. Anası Elmiranın məzarının üzərində gül əkdirmək üçün yer düzəltdirərkən babasının vəsiyyətinə uyğun olaraq yenidən onun məzarının üstündə beton tökülmüş yeri təmizlədib ora da gül əkdirmək üçün torf və torpaq həmçinin təbii güllər almış və qəbirstanlıqda anası, nənəsi və babasının məzarı üzərində təbii güllər əkmişdir. Təxminən bir-iki ay keçdikdən sonra, 21.05.2021-ci il tarixdə 11 radələrində qəbirstanlığa gedəndə yenə də babasının məzarının üzərində olan güllərin çıxarılmasını və beton tökülməsini gördü. Əsəbələşdiyinə görə halı pisləşdiyi üçün yerə oturub sakitləşdirici dərman qəbul etmiş, daha sonra mobil telefonla bacısı Esmiraya zəng edib babasının məzarının gül əkilən hissəsini yenə də betonla doldurulmasını, bunu Sevdanın edib-etməməsi barədə hər hansı məlumatı olmasını soruşdu. Esmira ona bildirdi ki, Sevda bir gün əvvəl həmin gülləri babası Ağaəlinin məzarından çıxartdırmasını ona deyərək həmin gülləri də təqdim etməsini, həmin gülləri nənəsinin məzarı üzərində əkdiyini bildirdi. Vaxtında ona xəbər vermədiyi üçün bacısına da əsəbləşdi və mobil telefon danışığını bitirərək əsəbi halda Sevdanın oğlunun məzarına yaxınlaşıb və məzar sinə daşının içərisində suni gül olan bir ədəd səbəti götürüb kənara tulladı. Məzarın üzərində olan plastik gül səbətini kənara atmışdı, lakin gül qabılarını sındırmamış, onları kənara atmamış, məzarın sinə daşı üzərinə çıxmamış, məzarın sinə daşının, ya da baş daşının şəkil hissəsinə palçıq ləkələri bulaşdırmamışdır. Zərərçəkmiş şəxs dəfələrlə onun babasının məzarı üzərində olan gülləri çıxartdırmasına əsəbləşdiyi üçün o, əsəbi vəziyyətdə olaraq Sevdanın oğlunun məzarı üzərində olan gül səbətini kənara atmışdır. Əməlindən peşimandır və zərərçəkmiş şəxsdəın üzr istəyir. Zərərçəkmiş şəxs oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, oğlu X6 2014-cü il tarixdə avtomobil qəzasında dünyasını dəyişib və onu Mingəçevir şəhəri Sağ Sahildə “Əli Qəbirstanlığı” adlanan yerdə, anası Gülövşə və dayısı Ağaəlinin yan-yana olan qəbirinin arxasında dəfn etdirmişdi. Dayısı Ağaəli 1987-ci il tarixdə vəfat etmişdir. Təqsirləndirilən şəxs onun bibisi Çeşminazın nəvəsidir. Dayısı Ağaəli onun bibisi Çeşminazı özünə ikinci həyat yoldaşı kimi almışdır. Həmin vaxt Çeşminazın birinci ərindən iki uşağı olmuşdur. Onlardan biri də Elbrusun anası Elmira olub. Elmira dayısı Ağaəlinin ögey qızı olduğundan, Elbrus da onun ögey nəvəsi olmuşdur. Ancaq ögey övladları olmasına baxmayaraq, dayısı onların hər ikisinə baxıb, böyüdüb və evləndiribdi. Sonradan Elmira işlədiyi üçün oğlu Elbrusu mütəmadi olaraq dayısı Ağaəlinin evinə aparıb, onlara tapşırırdı. Elmiranın ikinci övladı olduqdan sonra bibisi Çeşminaz Elmiraya bildirib ki, Elbrus onların yanında qalsın və həmin vaxtdan da Elbrusa bibisi Çeşminaz və dayısı Ağaəli baxmışlar. 1987-ci il tarixdə dayısı Ağaəli dünyasını dəyişdikdən sonra dayısının Rusiyada olan ögey oğlu, yəni Çeşminazın birinci həyat yoldaşından olan oğlu X1 şəhərinə gəldi və Elbrusu evdən çıxartdı. Bundan sonra Elbrus anası Elmira və atası Nüsrətin yanına gedib, onlarla yaşadır. Bundan sonra anası Elmira Elbrusu evləndirdi və sonra onu polisə işə düzəltdi. Dayısı Ağaəlinin evindən Elbrusa nə onun anası Elmiraya pay düşmədiyindən, Elbrus 1995-ci il tarixinədək Ağaəlinin məzarını ziyarət etmədi. 1995-ci il tarixdə isə anası dünyasını dəyişdi və onu dayısı Ağaəlinin yanında dəfn etdilər. Anası orada dəfn olunduqdan sonra o, həmişə anasının və dayısının məzarlarını ziyarət etdi. O, hər dəfə oraya gedərkən, məzarlara baxan fəhləyə pul verirdi və anası ilə dayısının məzarının ətrafını təmizləməyi tapşırırdı. 2014-cü ildə oğlu dünyasını dəyişdikdən sonra hər gün oraya ziyarətə gedirdi. Hər gün də dayısı ilə anasının məzarını da ziyarət edirdi. O, dayısı Ağaəlinin məzarının sinə daşında torpaq olduğundan oraya gül əkdirdi. Məzarlıqda həmin hissəyə su gəlmədiyi üçün o, fəhlələrə əlavə pul verib və oraya su gətizdirdi ki, güllər və ağaclar solmasın. Daha sonra oraya su çatdırmadığı üçün oğlunun məzarının ətrafında əkdiyi gülləri də, dayısının məzarının sinə daşına əkdirdiyi gülləri də ləğv etdirdi. Çünki güllər susuzluqdan solurdular. 2020-ci ilin may ayında dayısının məzarının sinə daşında olan torpaq dağılıb pis görünməməsi üçün oraya beton tökdürdü. Bundan təxminən bir il keçdikdən sonra, Elbrus 2021-ci ilin mart ayında dayısı Ağaəlinin məzarın yanına gəlib və orada məzarın sinə daşında olan betonu dağıtdırıb və oraya torpaq tökərək, sinə daşının üzərinə qızıl gül və kaktusa bənzər yabanı gül əkdi. Bundan sonra Elbrus yenə də məzarı ziyarətə gəlmədi, oraya su gəlmədiyindən güllər solmağa başladı. Torpaq məzarın üzərinə tökülürmüşdü, buna görə də o, yenidən dayısının məzarı səliqəli görünsün deyə məzarın üzərinə beton tökdürdü. Dayısının məzarının üzərinə əkilmiş gülləri də israf olmasın deyə Elbrusun anasının məzarına əkdirdi. Çünki məzarlığın həmin hissəsinə su gəlirdi. 21.05.2021-ci il tarixdə saat 12 radələrində o, bacısının gəlini Aliyə ilə birlikdə avtomobili ilə oğlunun qəbrini ziyarətə gedirdi və məzarlığa az qalmış yolda qohumu Vahidi gördü, yanında dayandı, söhbət zamanı Vahid ona qəbirstanlığa getməməsini bildirdı, səbəbini soruşduqda Elbrusun bacısı onun həyat yoldaşına zəng edib Elbrus qəbirstanlıqda olmasını, oraya gedersə, qırğın-qiyamət düşəcəyini dedi. O, da Vahidə oğlunun məzarının üstünə getdiyini bildirdi. Bu zaman Vahid avtomobilinin qapısını açıb və onunla gedəcəyini bildirib avtomobilə əyləşdi. Onlar birlikdə qəbirsanlığa getdilər. Qəbirsanlığa çatanda Vahid “şükür, yaxşı ki, Elbrus burada yoxdur” dedi. Onlar məzara az qalmış Vahid su doldurması üçün qabları götürüb avtomobildən düşdü və o, Aliyə ilə birlikdə məzarın yanına getdilər. Məzara çatarkən oğlu Rüstəmin məzarının üzərində olan mərmərdən gül qabıları qırılıb və hərəsi bir tərəfə düşməsini, sinə daşının üzərində olan səbətdəki gül qabı da əzilmiş vəziyyətdə yerdə olmasını, məzarın üstü, sinə daşı da, baş daşı da torpaq və palçıq olmasını görüb qışqırdı və özündən getdi. Hər gün oğlunun məzarını ziyarətə gedirdi, hadisədən bir gün qabaq da məzarı ziyarətə getmişdi. Hadisədən bir gün qabaq gül qabıları yerində olmuşdu, heç bir palçıq izləri də olmamışdır. Hər gün oranı yuyub təmizləyirdi. Həmin əməli, yəni məzar üzərində təhqiramiz hərəkətləri Təqsirləndirilən şəxs törətmişdir. Onun dayısının məzarının üzərinə tökdüyü betona görə Təqsirləndirilən şəxs qisas məqsədilə etmişdir. Təqsirləndirilən şəxsə ağır cəza, yəni azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həyat yoldaşının uzaq qohumlarıdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə onun münasibətləri normaldır, aralarında hər hansı narazılıq və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs oğlu Rüstəm yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir və Mingəçevir şəhər Sağ Sahil adlanan ərazidə “Əli ” qəbirstanlığında dəfn olunmuşdur. Elbrusun anası və babası həmin qəbirstanlıqda dəfn edilmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs münasibətlərininin pisləşməsinin səbəbi ona bəlli deyil. 21.05.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb tək Mingəçevir şəhər H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən internet kluba oğlunun magistratura sənədlərini hazırlatdırmaq məqsədilə piyada gedərkən küçədə Zərərçəkmiş şəxs avtomobil ilə yanından keçdiyini gördü, onu ötüb keçdikdən sonra yenidən Sevdanın idarə etdiyi avtomobil geri qayıtdı. Bu zaman Sevdanın qohumu Aliyə adlı qadın da həmin avtomobildə idi. Zərərçəkmiş şəxs qəbirstanlığa oğlunun məzarını ziyarət getməsini ona bildirdi, onun da getməsini xahiş etdi. Ziyarət edib qayıdanda onu gedəcəyi ünvana düşürəcəyini bildirdikdə onunla razılaşıb avtomobilə əyləşdi. Avtomobildə olarkən o, Zərərçəkmiş şəxs bildirdi ki, Elbrus da həmin gün bir neçə saat əvvəl qəbirstanlıqda olub və səs-küy salmışdır, səbəb isə Elbrusun anasının vəfat etməsindən bir neçə ay keçməsinə baxmayaraq hələ də ona aid məzar daşı gətirilməməsidir. Bu səbəbdən Elbrusun qəbirstanlıqda səs-küy salmasını Sevdaya bildirdi. Zərərçəkmiş şəxs isə ziyarətə getməsinin Elbrusla heç bir əlaqəsinin olmamasını dedi və qəbirstanlığa birlikdə getdilər. O, Aliyə və Zərərçəkmiş şəxs sonuncunun oğlu Rüstəmin məzarına çatanda Zərərçəkmiş şəxs qışqırmasını eşitdi, həmin vaxt məzara baxanda məzarın üzərində olan güldanlar və səbət məzarın yanında yerdə olmasını gördü. Həmin güldanlar və səbət məzarın kənarında səliqəsiz və aşmış vəziyyətdə olmasından məlum oldu ki, həmin əşyalar qəsdən kənara atılmışdır. Bundan sonra polisə məlumat verildi. Həmin vaxtdadək o, məzara yaxınlaşmadı, buna görə də güldanların sınıb, yaxud sınmamasını görməmişdir. Zərərçəkmiş şəxs və qohumu Aliyə ilə birlikdə Rüstəmə məxsus məzara yaxınlaşanda Zərərçəkmiş şəxs məzarın güldanlarının kənarda gördükdə bərk qışqırdı və halı pisləşdi, daha sonra oturdu. O da dərhal vedrə götürüb su gətirməyə getdi ki, Sevdanın əl-üzünə su vurub əhvalı normallaşsın. O, gedib bulaqdan su gətirib həmin su vedrəsini də Zərərçəkmiş şəxs yanına qoyulduqda, Sevda suyu öz başından tökdü. Məzar daşının üzərində palçıq olmasına fikir verməmişdir. Ancaq onu deyə bilər ki, həmin gün və həmin gündən əvvəl yağış yağmamışdır, yer də palçıq deyildir. Həmin hadisə zamanı oraya gələn qəbirstanlıq işçiləri Rəfail adlı və digər adını bilmədiyi şəxslər orada onlara bildirdilər ki, bir qədər əvvəl Elbrus ora gəlmişdir. Lakin Elbrusun məzar üzərində olan əşyaları dağıtmasını bildirmədilər. Zərərçəkmiş şəxs da əvvəllər Elbrus ilə arasında ədavət olduğuna görə həmin hərəkətlərin Elbrus tərəfindən edildiyini bildirdi. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, X3 Mərasimi Xidmətləri Sahəsinin rəisi vəzifəsində işləyir. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq demək olarki hər gün qəbirstanlıqlarda gəzib dolaşır. Həmin ərazilərə nəzarət edir, habelə qəbir daşları və məzarlıqda külək səbəbindən aşmış və dağılmış məzar daşlarına və sair işlərə nəzarət edir, lazım gəldikdə məzar sahibinin qohumlarına məlumat verir. 21.05.2021-ci il tarixdə saat 10 radələrində o, Mingəçevir şəhər Sağ Sahil adlanan ərazidə yerləşən “Əli” qəbirstanlığında olan zaman məzarlara nəzarət məqsədilə dolaşarkən tanıdığı Zərərçəkmiş şəxs oğlunun məzarının qarşısından keçdi. Həmin vaxt məzar daşı və üzərində olan mərmər gülqabıları, habelə gün səbəti, yerində olmuşdur. Zərərçəkmiş şəxs oğlu Rüstəm Məmmədov həmin qəbirstanlıqda dəfn olunduğu gündən mütamadi olaraq gəlib oğlunu ziyarət edirdi. Buna görə Zərərçəkmiş şəxs və oğlu Rüstəmə məxsus məzarı tanıyır. 21.05.2021-ci il tarixdə təxminən saat 11 radələrində o, qəbirstanlıq ərazisində yerləşən xidməti otağında oturarkən həmin vaxt tanıdığı Zərərçəkmiş şəxs qohumu Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21015” markalı avtomobili ilə qəbristanlıq ərazisinə gəldiyini və təxminən 20-25 dəqiqə sonra geri qayıtmasını gördü. Təqsirləndirilən şəxs da babası və nənəsi, habelə anasının məzarları həmin qəbristanlıqda yerləşir. Elbrus da tez-tez həmin qəbirsanlığa babasının məzarına ziyarətə gəlirdi. Həmin gün Təqsirləndirilən şəxs qəbirstanlıqdan qayıdıb gedəndən təxminən yarım saat sonra Zərərçəkmiş şəxs qohumu Aliyə adlı qadınla və Şahid1 ilə oraya gəldiklərini gördü. Təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs ona zəng edərək oğlu Rüstəmə məxsus qəbirin dağdılmasını və palçıqlanmasını deyərək onu ora çağırdı. O, həmin məzara çatanda qəbirin üstündə olan mərmər gül qablarının qəbirin sağ və sol tərəflərində yerdə olmasını, həmçinin səbətini yerdə olmasını gördü. Daha sonra polisə məlumat verildi və polis əməkdaşları oraya gəldilər. Həmin məzarın üstündə olan mərmər gül qablarını sındıran şəxsin kim olmasını görməmişdi, lakin həmin gün qəbirstanlıqda nəzarət məqsədilə saat 10 radələrində dolaşarkən məzarın sağlam vəziyyətdə olmasını, Zərərçəkmiş şəxs və yanındakı qeyd etdiyi şəxslər oraya gələn müddətədək Təqsirləndirilən şəxs qəbirstanlığa gəldiyini görmüşdür. Dəfələrlə Təqsirləndirilən şəxs babasının məzarının üzərində olan gülllərə toxunmamasını Zərərçəkmiş şəxs özünə deməyərək onun vasitəsilə Zərərçəkmiş şəxs demişdi. Buradan da bilir ki, onların münasibətləri yaxşı deyil. Şahid3 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşının xalasıdır və münasibətləri çox yaxşıdır. Zərərçəkmiş şəxs oğlu Rüstəm Məmmədov 2014-cü il tarixdə avtomobil qəzasında dünyasını dəyişib və o, Mingəçevir şəhəri Sağ Sahildə “Əli Qəbirstanlığı” adlanan yerdə dəfn olunub. Zərərçəkmiş şəxs hər gün oğlunun məzarını ziyarətə gedir. O, məzar üstündə çox ağlamaması və vəziyyətinin pis olmaması üçün çox vaxtlar Zərərçəkmiş şəxs ilə birlikdə getmişdir. 21.05.2021-ci il tarixdə saat 12 radələrində yenə də o, Zərərçəkmiş şəxs ilə birlikdə, Sevdaya məxsus avtomobil ilə qəbir üstünə getdilər. Məzarlığa az qalmış yolda Zərərçəkmiş şəxs qohumu Vahidlə rastlaşdılar. Zərərçəkmiş şəxs avtomobilini Vahidin yanında saxladı, Vahid ona dedi ki, qəbirstanlığa getmə, Elbrusun bacısı onun həyat yoldaşına zəng edib ki, Elbrus qəbirstanlıqdadır, oraya getmə, aranızda münaqişə yaranacaq. Zərərçəkmiş şəxs da Vahidə oğlunun məzarını ziyarətə getməsini bildirdi. Bu zaman Vahid avtomobilə əyləşib, onlarla getmişdi. Onlar məzarlığa çatanda Vahid Elbrusun orada olmamasına şükür etdi və su doldurması üçün qabları götürüb avtomobildən düşüb uzaqlaşdı. O isə Zərərçəkmiş şəxs ilə birlikdə məzarın yanına getdi, gördülər ki, Zərərçəkmiş şəxs oğlu, Rüstəmin məzarının üzərində ki, mərmərdən gül qabıları qırılıb və hərəsi bir tərəfə düşüb, sinə daşının üzərində olan səbətdəki gül qabı da əzilmiş vəziyyətdə yerdədir. Məzarın üstü, sinə daşı da, baş daşı da torpaq və palçıqlıdır. Bu zaman Zərərçəkmiş şəxs qışqırıb daha sonra özündən getdi, o da DİN-in 102 xidmətinə zəng etdi. Şahid4 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər “Əli Qəbirstanlığı” adlanan məzarlıqda 20 ildən artıq müddətdir ki, məzar daşı ustası işləyir. 2014-cü ildə Zərərçəkmiş şəxs oğlu Rüstəm Məmmədov qəbirstanlıqda dəfn olunarkən onun qəbir daşını və üzərində olan mərmər gül qablarını o, düzəltmişdir. Mərmər gül qabıları iki ədəd idi və qəbirin sinə daşına bitişik olmaqla onun tərkib hissəsi hesab edilir və gülqabının altında olan boşluq hissə ilə məzar daşında olan boşluq hissəyə armatur tipli dəmir parçası taxılmaqla bərkidilir və sementlə birləşdirildi. 21.05.2021-ci il tarixdə isə həmin gülqabıları kənara atılaraq sındırılmış olmasının şahidi olmuşdur. Zərərçəkmiş şəxsin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadəsində bildirdi ki, Sevda Şəfiyevanı vaxtından tanıyır. Belə ki, Zərərçəkmiş şəxs tapşırığı ilə oğlunun, eləcə də qohumlarını məzarlarını yanında tamet yığmışdır. Zərərçəkmiş şəxs dayısının məzatının sinədaşı üzərinə betonu da o, tökmüşdür. Gördüyü həmin işlərə görə pulu ona Zərərçəkmiş şəxs vermişdir. Bir dəfə yenə qəbirstanlıqda tamet yığarkən Elbrus onların yanına gəldi. Zərərçəkmiş şəxs dayısının məzarının üzərinə tökdürdüyü betonu sökmək istədiyini, səbəbini soruşduqda həmin mərhumun onun babası olduğunu, betona zərurət olmadığını, babasının sinə daşının üzərinin torpaq qalması barədə vəsiyyəti olmasını bildirdi. O, həmin betonu Zərərçəkmiş şəxs tapşırığı ilə onun tökdüyünü bildirdikdə, Elbrus dedi ki, Sevda ilə onun arasında ədavət var. Elbrus betonu sökməyə çətinlik çəkdiyinə görə o, əlindəki alətlə betonu qopardı. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Nüsrət oğlu21 may 2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhər ərazisində yerləşən “Əli qəbirstanlığı” adlanan qəbristanlığa babası X2 məzarını ziyarətə gedib, babasına məxsus qəbirin sinə daşı üzərində özünün əkdiyi güllərin çıxarılmasını, qəbirin gül əkilməsi üçün nəzərdə tutulan hissəsinin gülləri çıxarıldıqdan sonra beton ilə doldurulmasını görüb, bu halın qohumu Zərərçəkmiş şəxs tərəfindən əvvəl də təkrar olunduğuna əsəbləşib, qisas məqsədilə həmin qəbirin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs 2014-cü ildə vəfat etmiş oğlu X4 qəbrinə yaxınlaşıb məzarın sinə daşının üzərindəki gül səbətini və məzarın sinə daşına bitişik olan mərmər gül qabıları sındıraraq kənara atıb qəsdən X4 qəbiri üzərində təhqiredici hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin, şahid ifadələri, iş materialları ilə təsdiq olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 128-ci vərəqlərində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 124-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş 10323 №li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Nüsrət oğlu müharibə veteranıdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşiman olması, müharibə veteranı olması, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs Elbrus Əmiraslanova cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkməsinin əvvəli onun qazancından tutulmanın apardıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasoya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki tələb, maddi sübut, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunsun. Cəzasını iş yerində çəksin. Cəza çəkməsinin əvvəli onun qazancından tutulmanın aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasoya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar