Məhkəmə qərarları › İş №1(051)-150/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-150/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-150/2023 21.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə təmiz çəkisi 385.57 qram qurudulmuş marixuananı əldə edib yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 4 saylı binanın 2 saylı mənzilində yataq otağında döşəmədə olan kağız qutunun içərisində olan bir ədəd göy rəngli sellafon torbanın içərisində saxlamış, xx.xx.2023-cü il tarixdə yaşadığı mənzildə bir ədəd göy rəngli sellafon torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın üzərindən götürüb bir ədəd ağ rəngli kağız bükümə bükmüş və həmin bükümün içərisində təmiz çəkisi 5.57 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 4 saylı binanın yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 15:35-dən 15:45-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə - qurudulmuş marixuana əynində olan boz rəngli cins şalvarın sağyan cibindən aşkar edilərək götürülmüş, həmin tarixdə saat 16:00-dan 16:15-dək şəxsin özünün, müdafiəçisinin razılığı və iştirakı ilə yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 4 saylı binanın 2 nömrəli mənzilinə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı 2 otaqlı mənzilin yataq otağında döşəmədə olan kağız qutunun içərisində olan bir ədəd göy rəngli sellafon torbanın içərisində təmiz çəkisi 380 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər də bir neçə narkotik vasitələrdən də istifadə etmişdir. Təxminən 1-2 ay bundan öncə o, Yevlax rayonu Qaraoğlan kəndində yas yerinə getmişdi. Yas yerindən çıxıb kəndin ərazisi ilə asfalt yol istiqamətində piyada gedən zaman o, yolun kənarında yabanı halda çətənə kollarının yetişdiyini gördü. O, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün həmin çətənə kollarını tanıdı. Ətrafa baxıb heçkimin olmadığına əmin olduqdan sonra o, həmin kolları yığıb Mingəçevir şəhərinə yaşadığı ünvana gətirdi. Həmin kolları yığıb gətirməkdə məqsədi isə özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin kolları mənzilində qurudub ara bir istifadə edəcəkdi. O, həmin koları yaşadığı evdə qurutduqdan sonra ara bir özü istifadə etmək məqsədi ilə bir qədər götürüb gün ərzində üzərində saxlayırdı və istifadə edirdi. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o, yenə də özü istifadə etmək məqsədi ilə yaşadığı mənzildə qurutmuş olduğu narkotik vasitə olan qurudulmuş marixuananın üzərindən bir qədər götürüb ağ rəngli kağıza bükərək əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoydu. Yaşadığı mənzildən çıxıb bir qədər yaşadığı binanın yaxınlığında dayandı. Həmin vaxt evdən götürmüş olduğu narkotik vasitə olan qurudumuş marixuana əynindəki boz rəngli şalvarın sağ yan cibində ağ rəngli kağız bükümdə idi. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun barəsində Mingəçevir şəhər polis şöbəsində şikayət olduğunu bildirdilər və onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Bundan sonra Mingəçevir ŞPŞ-nin NH-nin əməkdaşları polis şöbəsinin təhiqatçısını dəvət edtilər və bundan sonra hüquqlarımı müdafiə etmək üçün vəkil X4m iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olundu. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirildi. Bundan sonra o, könüllü olaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibində gizlətmiş olduğu ağ rəngli kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etdi. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Baxış zamanı üzərindən qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Daha sonra həmin ağ rəngli kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirildi. Baxış zamanı kütlənin rəngindən və spesfik iyindən narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olundu. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi və qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 7.37 qram oldu. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirdi ki, həmin narkotik vasitə qurudulmuş marixuananı təxminən 1-2 ay əvvəl Yevlax rayonu Qaraoğlan kəndində yabanı halda bitən çətənə kollarını yaşadığı mənzildə qurutduğunu və üzərindən aşkar olunan narkotik vasitəni qurutduğu kolların üzərində götürüb üzərində saxladığını bildirdi. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırıldı və zərfin üzəri tərəfindən və baxışda iştirak edən şəxslər tərəfindən imzalandı. Bundan sonra o, polis əməkdaşlarının yaşadığı mənzilə baxış keçirilməsinə etitaz etmədi və onun, vəkilinin və digər polis əməkdaşlarının iştirakı ilə yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 4 saylı binanın 2 nömrəli mənzilinə baxış keçirildi. Baxış zamanı o, yataq otağında qutunun içərisində bir ədəd göy rənglıi sellafon torbada saxladığı qurutmuş olduğu narkotik vasitə olan qurudulmuş marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etdi. Onun və iştirakçıların yanında həmin sellafon torba açıldı və tərəzidə çəkildi. Həmin sellafon torbada olan qurudulmuş marixuananın ümumi çəkisi 395 qram oldu. Yenədə polis əməkdaşları tərəfindən həmin sellafon torba qablaşdırılıb möhürləndi, üzəri o və iştirakçılar tərəfindən imzalandı. O, yenədə polis əməkdaşlarının soruğusuna cavab olaraq mənzilində olan qurudulmuş marixuananı təxminən 1-2 ay bundan öncə Yevlax rayonu Qaraoğlan kəndində yabanı halda bitən çətənə kollarını evə gətirdiyini və öz istifadəsi üçün evdə qurutduğumu bildirdi. Həmçinin üzərindən ağ rəngli bükümdə aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı evdə qurutduğu sellafon torbanın üzərindən götürdüyünü bildirdi. Odur ki, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. xx.xx.2023-ci il tarixdə saat 15 radələrində o, və Mingəçevir ŞPŞ-nin əməkdaşı Şərifov X8 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 4 saylı binanın yaxınlığından piyada keçən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etdilər. Bundan sonra Hüseynli X6 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X7 dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman vide oçəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxardıb könüllü olaraq təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, lakin şəxsin üzərindən qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd kağız büküm açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olundu. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 7.37 qram oldu Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd ağ rəngli kağız bükümün içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu, özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 1 ay bundan öncə Yevlax rayonu, Qaraoğlan kəndində olan zaman yolun kənarında yabanı halda bitən çətənə kollarını yığıb yaşadığı evdə qurutduğunu və üzərində saxladığı narkotik vasitəni yaşadığı evdə qurutmuş olduğu narkotik vasitənin üzərindən götürdüyünü bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə ev sahibi yəni atası X3 icazəsi ilə təhqiqatçı, vəkilin iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilin yataq otağından könüllü olaraq bir ədəd göy rəngli sellafon torbada içərisində narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd göy rəngli sellafon torba açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olundu. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 395 qram oldu Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis şöbəsinin NMQ əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 25 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:25-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümün içərisində ümumi çəkisi 7.37 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı ünvan 6 ünvanından yataq otağından bir ədəd göy rəngli sellafon torbanın içərisində ümumi çəkisi 395 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/645 rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Aqşin Hüseylinin yaşadığı mənzildən aşkar olunmuş 1 ədəd baş hissəsi kəsilmiş flakon şüşə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd başlığı kəsilmiş şüşə ampulanın içərisində olan cuzi miqdarda maddə hissəcikləri narkotik vasitə heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda oldqularına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs rafıq oğlunun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuanaya oxşar kütlə....” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 5.57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuanaya oxşar kütlə..” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd göy rəngli sellafon torbanın içərisindəki, təmiz çəkisi-380 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd ağ rəngli kağız bükümdə və 01(bir) ədəd sellafon torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Heroin və marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. 27 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. 27 avqust 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin rədd edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş və 27 avqust 2023-cü il tarixli “polisin nəzarəti altına vermə “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, təqsirləndirilən şəxs Hüseynli X6 ŞPŞ-nin MSYdən azad edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanain haradan əldə etməsi və narkotik vasitələrin alveri ilə məşğul olub-olmamasının əməliyyat yolu ilə yoxlanılıb nəticəsi barədə istintaq orqanına rəsmi məlumat verilməsi üçün əməliyyat tapşırığı verilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 5.57 və bir ədəd göy rəngli sellafon torbada təmiz çəkisi 380 qram olan narkotik vasitə olan qurudulmuş marixuanai haradan əldə etməsi və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Hüseynli X6 şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 29, 177.2.1, 29, 177.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 1 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan 7 saylı MİS tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Hüseynli X6 şəhəri Ş.İ.Xətai küçəsi ev 4 ünvanda yaşayır. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə 7 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmayıb. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsadiq edilmiş saurətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında 02 aprel 2012-ci il tarixdə Mingəçevir şəhəri nikah evində rəsmi nikah bağlanmış və həmin nikah 82 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahından xx.xx.2012-ci il tarixdə Banu və xx.xx.2019-cu il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. 08 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 5,57 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 5,52 qram olan narkotik vasitə-qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı evdən ilkin xalis çəkisi 380 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 379,9 qram olan narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Sübutların qiymətləndirilməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, iş üzrə təqsirləndirilən və şahidlərin ifadələri, baxış və götürmə protokolu, şəxsi axtarış və götürmənin video görüntülərini özündə əks etdirən 1 ədəd disk, məhkəmə-bioloji ekspertizasının 26 avqust 2023-cü il tarixli 17/645 № li, məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2023-cü il tarixli 1539 № li rəyləri və əldə olunmuş maddi sübut, sübut növü kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanuna əsasən təmiz çəkisi 379,9 və 5,52 qram olan narkotik vasitə-qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən, həmçinin Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olması (AR CM 59.1.4) onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər məhkum olunmasına baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 21 dekabr 2023-cü il tarixdən hesablanmalı, (CPM- 158.2.1), ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan 5,52 və 379,9 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 107,91 (bir yüz yeddi manat doxsan bir qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş 5,52 və 379,9 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 107,91 (bir yüz yeddi manat doxsan bir) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar