Məhkəmə qərarları › İş №1(051)-150/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-150/2025

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-150/2025 16.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X2 iştirakı ilə xx.xx.1968-ci ildə Ağdam rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Günəşli bağ massivi, 15-ci küçədə yerləşən nömrəsiz evdə yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində B 1 B C 1 C D 1 D kateqoriyalı sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Nissan Sanny» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərinin Şahid1 prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsi istiqamətdə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini 60 km/saat sürətdən yüksək sürətlə hərəkət etdirməməli olduğu halda, qanunun bu tələbinə əməl etməyərək yolda avtomobili 60 km/saat sürətdən yüksək sürətlə hərəkət etdirərək, həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib gəldiyi 60 km/saat sürətdən yüksək sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu zaman şəhərin Şahid1 prospektində "xxxx" ASC-nin Mingəçevir filialının inzibati binasının bərabərliyində səkidən avtomobil yoluna çıxıb yolu sol tərəfdən sağ tərəfə keçmək istəyən yüngül dərəcəli sərxoşluq vəziyyətində olan piyada X5 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq İlham Əliyevə dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan alın və sağ gicgah sümüklərinin açıq sınıqları, kəllə əsası sümüyünün sınığı, baş beyin toxumalarının açıq yaraları, sağ 6-7-8-9-10-cu qabırğaların qapalı yerdəyişən sınıqlarının əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 Ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X9 travmatik beyin qanaxmasından hadisə yerində ölmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 1-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Heç bir yerdə işləmir. Özünə məxsus “Nissan Sunny” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq olaraq B1, B, C1,C, D1 kateqoriyalı BB 401741 seriyalı nömrəli sürücülük vəsiqəsi var və sürücülük hüququ məhdudlaşdırılmamışdır. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən taksi fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə çıxmışdır. Saat təxminən 20:40 radələrində Mingəçevir şəhər Şahid1 prospektində S.Vurğun küçəsi ilə kəsişmədən üzü 20 Yanvar küçəsi ilə kəsişməyə doğru hərəkətdə olarkən prospektin öz hərəkəti istiqamətində qoşa xəttlə yanaşı olan hərəkət zolağında təxminən 60-65 km/saat surətlə hərəkətdə olarkən "xxxx" ASC-nin inzibati binasının yaxınlığına çatarkən qoşa xəttin üzərində dayanan kişi cinsindən şəxsi görmüşdür. Həmin şəxs yolu onun hərəkət istiqamətinə nəzərən soldan sağa doğru keçmişdir. Qoşa xəttin üzərində dayanmış halda olan şəxs o, idarə etdiyi avtomobillə həmin şəxsə yaxınlaşarkən qəfildən yolu onun hərəkət istiqamətinə nəzərən sağ tərəfə keçmək məqsədilə qaçmağa başlamış, onun hərəkət zolağına daxil olanda o, avtomobili sağa doğru istiqamətləndirərək tormozlama etmiş, həmin şəxs də qaçaraq 2-ci hərəkət zolağına keçərkəndə o, həmin yerdə avtomobilin sol qabaq hissəsi ilə piyadanı vurmuş, daha sonra avtomobili saxlayıb düşmüşdür. Həmin şəxsi ətrafda olanların köməkliyi ilə avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Daha sonra sərxoşluq müayinəsindən keçirilmiş, spirtli içkinin təsirində olmamağı bir daha təsdiqlənmişdir. Daha sonra polis əməkdaşları ilə hadisə yerinin müayinəsində iştirak etmişdir. Həmçinin o ifadəsində mərhum İlham Əliyevi Şahid1 prospektində asfalt örtüyə düşdüyü andan və hərəkətə başladığı andan gördüyünü, piyada İlham Əliyevin onun hərəkət yoluna qaçaraq çıxmasını gördükdə piyadanı vurmamaq üçün avtomobili sağa çəkdiyini, piyadaya işıq yaxud siqnal vasitəsilə xəbərdarlıq edə bilmədiyini, piyada İlham Əliyevi qoşa xəttin üzərindən onu hərəkət istiqamətinə qaçmağa başladığı andan tormozlama etdiyini göstərmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Odur ki, göstərilən halların nəzərə alınmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, mərhum X9 onun əri olubdur. İlham Əliyev xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər Şahid1 prospektində 20 Yanvar küçəsi ilə kəsişmənin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Həmin hadisənin birbaşa şahidi olmasa da lakin, sonradan maraqlananda bilmiş ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Nissan Sunny markalı nəqliyyat vasitəsi ilə İlham Əliyev piyada yolu keçərkən vurmuş və nəticədə İlham Əliyev almış olduğu xəsarətlərdən ölmüşdür. Məhkəmə baxışında ona vurulan ziyanın ödəndiyini, Təqsirləndirilən şəxs ilə barışıq əldə olunduğunu və ondan şikayət və tələbinin olmadığını, göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin DYPB-nın Yol Patrul Xidməti inspektoru Şahid1 ifadəsində göstərdi ki, o, 2001-ci ildən DİO-da xidmət edir. 2019-cu ildən isə Mingəçevir şəhər X8 X10 Yol Patrul Xidməti inspektoru vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin Şahid1 küçəsində piyadanın vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər. Orada məlum olmuş ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Nissan Sunny» markalı, ** BJ *** markalı avtomobili Şahid1 küçəsi ilə şəhərin 20 Yanvar küçəsinin kəsişməsi istiqamətində hərəkət etdirərkən həmin zaman avtomobil yoluna çıxıb yolu soldan sağa keçmək istəyən piyada X5 idarə etdiyi avtomobillə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hadisə nəticəsində xəsarət almış piyadanı özünə məxsus avtomobillə Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparmışdır. Sonradan hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişlər və Təqsirləndirilən şəxs müayinə edilməsi üçün Mingəçevir şəhər Rayonlararası Narkoloji dispanserə aparmışlar. Orada Təqsirləndirilən şəxs müayinə olunmuş və hadisə zamanı ayıq olduğu yəni sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan olunmuş şahid Mingəçevir ŞPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin YPX inspektoru vəzifəsində işləyən Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, Şahid1 prospektində asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Sunny» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yoluna çıxaraq yolu soldan sağa keçmək istəyən piyada X5 vurması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir (i.v. 04-15). Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli, 246 №-li aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. (i.v.16). xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:10-da Mingəçevir ŞPŞ-də Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (i.v. 40). xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 2 ədəd disklərdə 1 ədəd video görüntülər vardır. Hər iki DVD disklərə baxış keçirilərkən piyadanın Mingəçevir şəhəri, Şahid1 prospektində səkidən avtomobil yoluna çıxaraq avtomobil yolunu soldan sağa keçərkən şəhərin Şahid1 prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olan avtomobil tərəfindən vurulmasının öz təsdiqini tapması müəyyən edilmişdir (i.v.64). Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyi tərəfindən verilmiş 0225 №li vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir (i.v. 57) xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (i.v. 58-59). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 71-72). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 73-74). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 82). DİN-in BDYP tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-13-16-11/2-1256/2025 saylı məktubda göstərilmişdir ki, daxil olmuş sorğu əsasında DİN-in BDYPİ-nin mərkəzi informasiya sistemində əldə olunmuş məlumat görə Təqsirləndirilən şəxs adında xx.xx.2011-ci il tarixdən “Nissan Sunny” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2023-cü ildən “Opel Astra H” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 5 saylı “Asan Xidmət” mərkəzi tərəfindən (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 401741 saylı “B1 B C1 C D1 D” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır (i.v. 87). BB № 401741 seriyalı “B1 B C1 C D1 D” kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, həmin vəsiqə xx.xx.2021-ci il tarixdə 5 saylı “Asan Xidmət” mərkəzi tərəfindən Təqsirləndirilən şəxs verilmiş və xx.xx.2031-ci il tarixədək etibarılıdır. AZ-İ 852162 №li nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X3 arasında xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 79 saylı nikah qeydi bağlanmışdır (i.v. 93). xx.xx.2025-ci il tarixli “zərərçəkmişin hüquqi varisi kimi tanımaq haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs mərhum əri X4 hüquqi varisi kimi tanınmışdır (i.v. 95) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 13 №-li meyitin ekspertizası rəyindən görünür ki, X4 meyidinin müayinəsi zamanı meyidində aşkar olunmuş xəsarətlər:-alın və sağ gicgah sümüklərinin açıq sınıqları, kəllə əsası sümüyünün sınığı, baş beyin toxumalarının açıq yaraları, sağ 6-7-8-9-10-cu qabırğaların qapalı yerdəyişən sınıqları, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomobilin yolu soldan sağa keçən piyadanı vurması zamanı əmələ gələ bilərdilər. Ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır, xəsarətlər həyatidirlər, yəni ölümündən bir qədər əvvəl yetirilmişdir. X4 ölümünə səbəb travmatik beyin qanaxması olmuşdur. Ölüm meyidin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X4 ölümü meyidin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X4 meyidindən götürülmüş qanda etil və metil spirtləri aşkar olunmuşdur. Metil spirtinin qatılığı 1,16 promilli olmuşdur. Bu da sağlam şəxslərdə yüngül dərəcəli sərxoşluq vəziyyəti yaradır. (i.v. 106-109). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/1083 №-li rəyindən görünür ki, “Nissan Sunny” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksiumum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətindən artıq sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksiumum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 121-123). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Sunny” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınmış, MTE və PAB-nin xx.xx.2025-ci il tarixli 13 №li, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/1083 №li rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokol, 246 №li tibbi müayinə protokolu, Təqsirləndirilən şəxs məxsus BB № 401741 seriyalı “B1 B C1 C D1 D” kateqoriyalı sürücülük vəsiqəsi və 2 ədəd disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 131-136). xx.xx.2025-ci il tarixli 126 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Sarıcalı kəndində daimi qeydiyyatdadır. Ağdam rayon İHB-nın Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətməklə X4 travmatik beyin qanaxmasından hadisə yerində ölməsi ilə nəticələnən ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.2–ci maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Nissan Sunny” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksiumum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətindən artıq sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksiumum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə X4 travmatik beyin qanaxmasından hadisə yerində ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olan ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsaslanaraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin müharibə veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materialında olan Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyi tərəfindən verilmiş 0225 №li vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X4 hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Ağdam rayon İHB-nın Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Əlavə cəzanın müddəti isə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış “Nissan Sunny” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmənin 01 (bir) gününə bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış tanınmış “Nissan Sunny” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar