Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-151/2022 13.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Mülki iddiaçı- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri “Turist Baza” adlandırılan ərazidə müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X13 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarmın sənaye ovu qaydaları»nm 2-ci bəndinin 2.5.L, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 30 mart 2022-ci il tarixdə saat 17:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gəlmiş 1 ədəd taxta qayıq və 02 ədəd taxta avarlardan istifadə edərək suya girib uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd toru suda qurmuş, 31 mart 2022-ci il tarixdə saat 13:00-dək 32 ədəd hər biri 33 manat olmaqla 1056 manat dəyərində sıf balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1056 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 13:00-da sahilə çıxarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor və 32 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. X1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 mart 2022-ci il tarixdə saat 17:00-da balıq tutmaq məqsədi ilə Mingəçevir şəhəri istiqamətinə Mingəçevir su anbarının sahilinə gəlmiş və ona məxsus 1 ədəd taxta qayıq və 2 ədəd taxta avarlardan istifadə edərək suya girib jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan 1 ədəd toru suda qurub yaşadığı evə qayıtmışdır. 31 mart 2022-ci il tarixdə, saat 12:00-da yenidən Mingəçevir şəhəri istiqamətinə Mingəçevir su anbarının sahilinə gəlib, 1 ədəd taxta qayıq və 2 ədəd taxta avarlardan istifadə edərək suya girib qurduğu torları yığarkən görmüşdür ki, çoxlu sayda sıf balıqları tutmuşdur. Həmin tarixdə saat 13:00-dək torları tutduğu balıqlarla birlikdə qayığa yığıb sahil istiqamətində hərəkət etməyə başlamış, saat 13:00-da sahilə çıxarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı ekologiya əməkdaşlarına bildirmişdir ki, Mingəçevir şəhəri istiqamətinə Mingəçevir su anbarında torla balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Ekologiya əməkdaşları dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Mingəçevir şəhəri istiqamətinə Mingəçevir su anbarına çıxmaq üçün istifadə etdiyi 01 ədəd taxta qayığa, 02 ədəd taxta avara, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan 1 ədəd tora və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu sıf balıqlarına baxış keçirmişlər və keçirilmiş baxışın nəticəsi olaraq protokol tərtib etmişlər. Həmin vaxt məlum olmuşdur ki, tutduğu sıf balıqlarının sayı 32 ədəddir. Sonra tərtib edilmiş protokol o, və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Ona məxsus 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan 1 ədəd tor və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 32 ədəd sıf balıqları ekologiya əməkdaşları tərəfindən götürülmüşdür. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Mingəçevir şəhəri istiqamətinə Mingəçevir su anbarından jılka adlandırılan sintetik sapdan toxunmuş torla balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş, lakin başqa çıxış yolu olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Hazırda dəymiş ziyandan 800 manatını ödəmiş 256 manat maddi ziyan qalmışdır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Mülki iddiaçının nümayəndəsi X9 məhkəmə iclasında mülki iddianı müdafiə edərək göstərdi ki, dəymiş 1056 manat ziyandan 800 manatının təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ödənilməmiş qalan 256 manat maddi ziyanın təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə ödənilməsini xahiş etmişdir. Odur ki, X13 barəsində qanuna müvafiq cəzanın verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləmiş, xx.xx.2022-ci il tarixdən isə Azərbaycan Respublikası ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X16 Nəzarət Sektorunun X21 X12 məsləhətçi müfəttişi vəzifəsində çalışır. 31 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssisi Şahid2 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 13:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında balıq tutmaqla məşğul olan şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan 1 ədəd tor və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 32 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 32 ədəd sıf balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan 1 ədəd tor vasitəsi ilə rəsmi icazəsi olmadan Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında jılka adlandırılan sintetik sapdan toxunmuş torla balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, o, 31 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirin nəticəsi ilə əlaqədar hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona məlum olmuşdur ki, saat 13:00da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs ekologiya əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan 1 ədəd tor və 32 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edilmiş, həmin protokol o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, 32 ədəd sıf balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan 1 ədəd torun vasitəsi ilə Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclası zamanı Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid1 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləmiş, xx.xx.2022-ci il tarixdən isə Azərbaycan Respublikası ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X16 Nəzarət Sektorunun X21 X12 məsləhətçi müfəttişi vəzifəsində çalışır. 31 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssisi Şahid2 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 13:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında balıq tutmaqla məşğul olan şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan 1 ədəd tor və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 32 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 32 ədəd sıf balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan 1 ədəd tor vasitəsi ilə rəsmi icazəsi olmadan Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından qanur'ısuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında jılka adlandırılan sintetik sapdan toxunmuş torla balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Cinayət işi materiallarında olan 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mülki iddiaçı qismində tanınmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2022-ci il tarixli, 21/2110 nömrəli məktubundan məlum olur ki, xx.xx.2022-ci il tarixə kimi Mingəçevir şəhəri “Turist baza” adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs Mingəçevir su anabrında balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 32 ədəd hər biri 33 manat olmaqla sıf balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1056 manat məbləğində ziyan dəymişdir. Cinayət işi materiallarında "xxxx"ın ASC-nin “Mingəçevir branch” filialının xx.xx.2022-ci il tarixli 13796 N°-li qəbzindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 200 manat pul ödəməklə balıq ehtiyatlarına vurduğu 1056 manat məbləğində ziyanı qismən ödəmişdir. Cinayət işinə əlavə edlmiş mülki iddiaçının nümayəndəsinin təqdim etdiyi mülki iddia tələbinin həcminin azaldılması barədə ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş 1056 manat ziyandan 800 manatı ödənilmişdir. Hal-hazırda mülki iddianın təmin edilərək təqsirləndirlən şəxs X10 250 manat tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməsi barədə hökm çıxraılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1894 N°-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyn əlamətləri aşkar olunmur, o, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və özünü idarə etmək iqtidarında olmuş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmşdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs əməli azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşməmiş və məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, yuxarıda tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, X13 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarmın sənaye ovu qaydaları»nm 2-ci bəndinin 2.5.L, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 30 mart 2022-ci il tarixdə saat 17:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gəlmiş 1 ədəd taxta qayıq və 02 ədəd taxta avarlardan istifadə edərək suya girib uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd toru suda qurmuş, 31 mart 2022-ci il tarixdə saat 13:00-dək 32 ədəd hər biri 33 manat olmaqla 1056 manat dəyərində sıf balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1056 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 13:00-da sahilə çıxarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor və 32 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X14 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən olmaqla, qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsaslanaraq dəymiş ziyanın bir qismini ödəməsini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, cinayəti maddi ehtiyac üzündən törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan Dövlət qaçqınkomun Mingəçevir şəhər nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X20 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. X15 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxs X17 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə ictimai işlər cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. X15 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli cəzanın çəkilməsinə başlandığı vaxtdan hesablanmalıdır. X17 təyin edilmiş ictimai işlər cəzasının icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut olan və təhqiqat zamanı saxlanması üçün 8 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin Ətraf Mühitin X7 X21 X12 məsləhətçi müfəttişi Şahid1 verilmiş 1 ədəd taxta qayıq, 2 ədəd avarlar, uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm olan 1 ədəd tor cinayətinalət və vasitə kimi istifadə olunduğuna görə Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müsadirə edirlərək Azərbaycan respublikası Ekologiya və Təbii Səpvətlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan 32 ədəd sıf balıqlarının "xxxx" Müəssisəsinə satılması nəticəsində əldə olunmuş pulun Dövlət büdcəsinə ödənilməsi nəzərə alınmalıdır. Mülki iddianın həlli ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyanın ödənilməsi üçün mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarında olan qəbzdən və mülki iddiaçının nümayəndəsinin mülki iddianın həcminin azaldılması barədə ərizəsindən görünür ki, təqsirləndirilən şəxs dəymiş ziyandan, yəni 1056 manat ziyanın 800 manat məbləğini mülki iddiaçıya ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, mülki iddia tələbi təmin edilməli və 256 manat pul əməli törətmiş şəxsdən tutulub mülki iddiaçıya ödənilməlidir. X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 260 (iki yüz altmış) saat ictimai işlər cəzası təyin edilsin. X20 cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin. X15 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli cəzanın çəkilməsinə başlandığı vaxtdan hesablansın. İş üzrə mülki iddia tələbi təmin edilsin. X11 256 manat tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına ödənilsin. X20 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və təhqiqat zamanı saxlanması üçün 8 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin Ətraf Mühitin X7 X21 X12 məsləhətçi müfəttişi Şahid1 verilmiş 1 ədəd taxta qayıq, 2 ədəd avarlar, uzunluğu 80 metr, eni 2 metr, gözlərinin ölçüsü 30x30 mm olan 1 ədəd tor cinayətinalət və vasitə kimi istifadə olunduğuna görə Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müsadirə edirlərək Azərbaycan respublikası Ekologiya və Təbii Səpvətlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan 32 ədəd sıf balıqlarının "xxxx" Müəssisəsinə satılması nəticəsində əldə olunmuş pulun Dövlət büdcəsinə ödənilməsi nəzərə alınsın. X17 təyin edilmiş ictimai işlər cəzasının icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə vəkil xərci yoxdur. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-151/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-151/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver