Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-151/2023 19.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci ildə Yevlax rayonu, 2-ci Salamabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri, H.Əliyev küçəsi ev 82/1, mənzil 36-da qeydiyyatda olmaqla Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ev 30, mənzil 30-da yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellafon bükümün içərisində təmiz çəkisi 1,766 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Mərkəzi xəsatəxanasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 11:40-dan 11:55-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə – heroin əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər də narkotik vasitələrdən də istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində o, Mingəçevir şəhər, Mərkəzi Xəstəxanasının yaxınlığından piyada keçirmiş. Bu zaman yolun kənarında şəffaf rəngli sellafon büküm olduğunu gördü. O, həmin bükümü yerdən götürüb açıb içərisinə baxdıqda özüm narkotik vasitə olan heroin istifadəçisi olduğu üçün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu bildi. Bundan sonra ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan həmin şəffaf rəngli rəngli içərisində narkotik vasitə heroin olan bükümü əynindəki qara rəngli şalvarın sol yan cibində gizlətdi. Həmin günü o, həmin bükümün içərisindəki narkotik vasitə olan heroindən bir qədər istifadə etdi və yenədə əynindəki qara rəngli şalvarın sol yan cibində gizlətdi. Həmin günü yəni xx.xx.2023-cü il tarixdə o, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında olan zaman yerdən tapdığı narkotik vasitə olan heroin əynindəki qara rəngli şalvarın sol yan cibində idi. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun barəsində Mingəçevir şəhər polis şöbəsində şikayət olduğunu bildirdilər və onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Bundan sonra Mingəçevir ŞPŞ-nin NH-nin əməkdaşları polis şöbəsinin təhiqatçısını dəvət etdilər və bundan sonra hüquqlarını müdafiə etmək üçün vəkil X4 iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olundu. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirildi. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Baxış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli büküm aşkar olundu. Daha sonra həmin bükümə baxış keçirildi. Həmin büküm açıldıqda orada olan kütlənin rəngindən və spesfik iyindən narkotik vasitə-heroinə oxşar kütlə olması müəyyən olundu. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi və heroinə oxşar kütlənin ümumi çəkisi 2 qram oldu. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirdi ki, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 09:30-da Mingəçevir şəhər, A.Məmmədov küçəsində yerləşən Mərkəzi Xəstəxananın yaxınlığında yerdən tapdığımı bildirdi. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona cəza təyin edərkən törətdiyi əməldən səmimi peşmanlığını nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. xx.xx.2023-ci il tarixdə saat 11 radələrində o, və Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid3 və Əhmədli X2 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhər Mərkəzi xəstəxanasının yaxınlığından piyada keçən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etdilər. Bundan sonra İbrahimov X3 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X7 dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellafon bükümü çıxardıb könüllü olaraq təqdim etdi.Daha sonra şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellafon büküm açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə olan heroinə oxşar kütlə olması aşkar olundu. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Heroinə oxşar kütlənin ümumi çəkisi 2 qram oldu Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd şəffaf rəngli sellafon bükümdə olan kütlənin heroin olduğunu, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını və həmin narkotik vasitəni təxminən xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Mərkəzi Xəstəxanasının yaxınlığından yerdən tapdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 şahid Cahangir Rövşən oğlu ilə ibtidai istintaq zamanı eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellafon bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/546 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik maddəyə oxşar kütlələr...” sözləri, adlar və imzalar yazılmış olan zərfin içərisindəki 01 (bir) ədəd sellafon bükümdə təmiz çəkisi- 1.766 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Qeyd Heroinin təmiz çəkisi – 1,766 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 1,716 qr. Aparılmış tədqiqatın dəyəri – 71,94 manat. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1369 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan heroin sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Hal hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin haradan əldə etməsi və narkotik vasitələrin alveri ilə məşğul olub olmamasının əməliyyat yolu ilə yoxlanılıb nəticəsi barədə istintaq orqanına rəsmi məlumat verilməsi üçün əməliyyat tapşırığı verilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd şəffaf rəngli sellafon bükümdə təmiz çəkisi 1.766 qram olan narkotik vasitə olan heroini haradan əldə etməsi və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə edilməmişdir. Cinayət işi materiallarında olan 01 avqust 2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 1,766 qr olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 1,716 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilməsi barədə qərarın çıxarılması nəzərə alınmalıdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, İbrahimov X3 şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad olunub. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci ildə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti azad edilib. xx.xx.2013-cü ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılıb. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə cəza sonu ilə azad edilib. Cinayət işi materiallarında olan 14 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İbrahimov X3 şəhər N.Nərimanov 30 mənzil 30-da yaşayır. Yaşadığı müddət ərzində qonşular və dostlar arasında hörmət qazanmışdır. Onun barəsində 14 saylı MİS-nə heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellafon bükümün içərisində təmiz çəkisi 1.766 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Mərkəzi xəsatəxanasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 11:40-dan 11:55-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə – heroin əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür.Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşmanlıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini belə ki, narkotik vasitələrin aludəçisi olmasını, əvvəllər də analoji cinayətlər törətməsini habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti cəza təyin edilməlidir. Belə ki, iş materialında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materialında olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 iyul 2023-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 19 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 71,94 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 1,716 qram narkotik vasitə heroin qalığı məhv edilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 19 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 1,716 qram narkotik vasitə heroin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-151/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-151/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver