Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-152/2021 18.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs oğlu- xx.xx.1979-cu ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri Koroğlu küçəsi ev 14-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd başlığı sındırılmış şüşə lampada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,277 qram olan psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və 23 fevral 2021-ci il tarixdə saat 22:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 6 saylı binanın qarşısında saxlanılıb Mingəçevir şəhər polis şöbəsinə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı 1 (bir) ədəd başlığı sındırılmış şüşə lampanın içərisində təmiz çəkisi 0,277 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir şəhər polis şöbəsində onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2021-ci ilin fevral ayının 16-da yaşadığı Mingəçevir şəhəri Koroğlu küçəsi ilə piyada gəzən zaman yerdən bir ədəd şüşə flakonun ayağına dəyməsini görüb dayandı, əyilib həmin flakonu yerdən götürərək açıb içərisinə baxanda içərisindəkinin psixotrop maddə olan metamfetamin olmasını anladı. O, metamfetamindən istifadə etdiyinə görə flakonun içərisində olan psixotrop maddəni iyindən, quruluşundan, rəngindən tanıdı və flakonu özü ilə götürdü. Həmin psixotrop maddəni daha sonra gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi qış gödəkçəsinin sol iç cibinə qoyaraq gizlətdi. 23 fevral 2021-ci il tarixdə saat 22:30 radələrində tanışı Şahid4la Mingəçevir şəhəri H.Əliyev prospekti 6 ünvanında yerləşən binanın qarşısında görüşüb söhbət edən zaman mülki paltarda olan şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onları polis şöbəsinə dəvət etdilər. Onlar da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəldi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Polis şöbəsində onun üzərinə baxış keçirilərkən əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd başlığı sındırılmış şüşə flakon, sağ yan cibindən isə 1 ədəd «WİNSTON» markalı siqaret qutusu polis əməkdaşları tərəfindən aşkar edilərək götürüldü. Şüşə flakonun içərisinə polis əməkdaşları tərəfindən baxılarkən içərisindəki kütlənin iyindən və görünüşündən psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən edildi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 fevral 2021-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair məxfi məlumat daxil oldu. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 23.02.2021-ci il tarixdə saat 22:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Emir Cavadov, İlkin Kərimli, Şahid2 və Şahid3la birlikdə Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid4 və Təqsirləndirilən şəxs birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən binanın qarşısında dayanmalarını görüb narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə hazırlıq görmələrindən şübhələnib onlara yaxınlaşaraq barələrində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirərək onları polis şöbəsinə dəvət etdilər. Bundan sonra Şahid4 və Süleymanov X2 ŞPŞ-nə gətirildilər. Bundan sonra polis şöbəsinə vəkil dəvət olundu. Təqsirləndirilən şəxs izah edildi ki, vəkilin də iştirakı ilə video-çəkilişdən istifadə edilməklə üzərində baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs etiraz etmədi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra saat 23:30-da onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd başlığı sındırılmış şüşə flakon, sağ yan cibindən 1 ədəd «WİNSTON» markalı siqaret aşkar edildi. Aşkar olunmuş həmin 1 (bir) ədəd başlığı sındırılmış vəziyyətdə olan flakonun içərisinə baxılarkən içərisindən kəskin iyli, xüsusi görünüşlü və quruluşlu psixotrop maddə “metamfetamin”ə oxşar kütlə olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd başlığı sındırılmış şüşə flakonun içərisində olan kütlənin “metamfetamin” olduğunu, həmin “metamfetamin”i özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin psixotrop maddəni 2021-ci il fevral ayının 16-da yaşıdığı Mingəçevir Koroğlu küçəsi ilə piyada hərəkət edən zaman yolun sağ kənarından şüşə flakonda taparaq əynindəki qış gödəkçəsinin sol iç cibinə qoyub gizlədərək üstündə saxladığını bildirdi. Şahidlər-Mingəçevir şəhər PŞ-nin əməkdaşları Əzizov Elnur Şöhrəddin oğlu və Şahid3 da məhkəmə iclasında Şahid1 oğlunun ifadəsinə uyğun ifadə verdilər. Təqsirləndirilən şəxs əməli digər Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 71-72-ci vərəqlərində olan 23 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs oğlunun əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd şüşə flakon və qış gödəkcəsinin sağ yan cibindən 1 paket ağ rəngli Vinston siqaretini könüllü olaraq təqdim etdi. Təqdim edilən flakon şüşənin içərisində ağ rəngli, toz şəklində spesifik iyli narkotik vasitəyəmetamfetaminə (şüşə) bənzər kütlə olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu bildirdi ki, onun üzərindən aşkar olunmuş 1 ədəd şüşə flakonun içərisində olan həmin kütlə narkotik vasitə olan metamfetamin şüşə olmasını, həmin kütlənin 16.02.2021-ci il tarixdə yaşadığı Mingəçevir şəhəri Koroğlu küçəsində piyada gəzən zaman yerdən tapdığını və özünün istifadəsi məqsədilə üzərində saxladığını bildirdi. İşin 81-83-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2021-ci il tarixli, 17/154 saylı rəyində göstərilir ki, üzərində « Vət. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunaraq götürülmüş şüşə flakon…» sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd başlığı qırıq şüşə lampada, təmiz çəkisi -0,277 qram olan maddə kustar üsulla hazılanmış, psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,277 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,227 qram. İşin 157-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 526 saylı 08 may 2021ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd başlığı sındırılmış şüşə lampada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,277 qram olan psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və 23 fevral 2021-ci il tarixdə saat 22:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 6 saylı binanın qarşısında saxlanılıb Mingəçevir şəhər polis şöbəsinə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı 1 (bir) ədəd başlığı sındırılmış şüşə lampanın içərisində təmiz çəkisi 0,277 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər polis şöbəsində onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 125-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 123-124-cü vərəqlərində olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 01.01.2009-cu il təvəllüdlü Nuray və 10.12.2011-ci il təvəllüdlü Gülay adlı iki nəfər azyaşlı uşaqları var. İşin 134-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs oğlunun himayəsində iki nəfər azyaşlı uşaqların olması, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs oğlunun 23 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs oğlu narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs oğlunun üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,227 qram narkotik vasitə olan metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 200 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun 23 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(bir) il 5 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs oğlunun üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlu narkoloji dispanserdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,227 qram narkotik vasitə olan metamfetamin məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 200 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-152/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-152/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver