Məhkəmə qərarları › İş №1(051)-152/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-152/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-152/2022 01.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi X1, Zərəçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs1 xx.xx.1997-ci ildə Xanlar rayonu Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Nadirxanlı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri Gəncə şossesi 13 ünvanda yerləşən Əmlak kompleksi Müəssisənin inzibati binasında müvəqqəti məskunlaşıb yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 xx.xx.1985-ci ildə Kəlbəcər rayonu Zivel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu Çıraq ərazi dairəsi Məmmədsəfi kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəllcədən aralarında olan razılığa əsasən birlikdə, Mingəçevir şəhəri ərazisində yerləşən tikinti materiallarının satıldığı mağazadan metal kəsilməsində istifadə edilən müvafiq ləvazimatları və oksigen qaynağı qurğusunu alıb, ərazisindəki tikilidə müvəqqəti məskunlaşıb yaşadıqları Mingəçevir şəhəri Gəncə şossesi 13 ünvanda yerləşən Əmlak Kompleksi kimi müəssisənin həyətinə gətirib 10 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək olan müddət ərizində Təqsirləndirilən şəxs2la birlikdə oksigen qaynağından istifadə etməklə həmin müəssisənin ərazisində quraşdırılmış beton emalı qurğusunun 1 (bir) metrinin qiyməti 50 (əlli) manat olan 2500 (iki min beş yüz) manat dəyərində 80 (səksən) santimetr eni olan 50 (əlli) metr uzunluqda xammalı (su, qum çınqıl, sementi) tərəzilərdən beton hazırlanılması üçün beton hazırlayan qurğuya daşıyan lentə yönəldən istifadə edilmiş rezin materialından olan lenti, 1 (bir) metrinin qiyməti 70 (yetmiş) manat olan 3500 (üç min beş yüz) manat dəyərində 1 (bir) metr eni olan 50 (əlli) metr uzunluqda tərəzidən gələn xammalı beton hazırlayan qurğuya daşıyan istifadə edilmiş rezin materialından olan lenti, 1 (bir) ədədinin qiyməti 1000 (min) manat olan 6000 (altı min) manat dəyərində 6 (altı) ədəd xammalın (su, qum, sement, çınqıl) beton hazırlanması üçün miqdarını ölçən elektron tərəziləri, 1 (bir) ədədinin qiyməti 700 (yeddi yüz) manat olan 2800 (iki min səkkiz yüz) manat dəyərində 4 (dörd) ədəd beton hazırlayan qurğuya aid reduktorları ilə birlikdə barabanları, 1 (bir) ədədinin qiyməti 10 (on) manat olan 2500 (iki min beş yüz) manat dəyərində 250 (iki yüz əlli) ədəd beton hazırlayan qurğuya aid rolikləri, 1 (bir) ədədinin qiyməti 500 (beş yüz) manat olan. 1000 (min) manat dəyərində 2 (iki) ədəd beton hazırlayan qurğuya aid 7 KV-lıq motorları (mühərrik), 1 (bir) ədədinin qiyməti 500 (beş yüz) manat olan 1500 (min beş yüz ) manat dəyərində 3 (üç) ədəd sement vuran şnekin 7 KV-lıq motorlarını, 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd su nasosunu, 1 (bir) ədədinin qiyməti 400 (dörd yüz) manat olan 800 (səkkiz yüz) manat dəyərində 2 (iki) ədəd 5 (beş) il əvvəl alınmış istifadə edilmiş hava kompressorlarını, 300 (manat) dəyərində 1 (bir) ədəd kustar üsulla hazırlanmış böyük qaynaq aparatını, həmin müəssisənin ərazisində yerləşən yarımçıq tikilidə olan 5000 (beş min) manat dəyərində 1 (bir) ədəd SSRİ dövründən qalmış 1 m3-lik beton qarışdıran qurğunu, 1 (bir) ədəd 1500 (min beş) yüz manat dəyərində SSRİ-dövründən qalma 16 (on altı) ton yük qaldırma qabiliyyətinə malik qaldırıcı kranın 30 kv-lıq reduktoru ilə birlikdə motorunu, 1 (bir) metrinin qiyməti 3,5 (üç manat əlli qəpik) olan 700 (yeddi yüz) manat dəyərində 200 (iki yüz) metr uzunluqda tros kabelləri, 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd 400 (dörd yüz) kiloqram çəkidə beton qarışdırmaq üçün dəmir badyanı, 1 (bir) metrinin qiyməti 7 (yeddi) manat olan 700 (yeddi yüz) manat dəyərində 100 (yüz) metr uzunluqda 100-lük “uqolniki”, 1 (bir) ədədinin qiyməti 200 (iki yüz) manat olan 2800 (iki min səkkiz yüz) manat dəyərində 14 (on dörd) ədəd 6x3 metr ölçüdə 50-lik dəmir materialından olan çərçivələri, 1 (bir) metrinin qiyməti 2 (iki) manat olan 8 (səkkiz) manat dəyərində 4 (dörd) metr uzunluqda 14mm-lik dəmir borunu söküb və kəsib doğruyaraq özgənin yəni, mərhum X3 məxsus 32208 (otuz iki min iki yüz səkkiz) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs X6a xeyli miqdara maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəllcədən aralarında olan razılığa əsasən hər ikisi birlikdə Mingəçevir şəhəri ərazisində yerləşən tikinti materiallarının satıldığı mağazadan müvafiq ləvazimatları və oksigen qaynağı qurğusunu alıb, ərazisindəki tikilidə müvəqqəti məskunlaşıb yaşadıqları Mingəçevir şəhəri Gəncə şossesi 13 ünvanda yerləşən Əmlak Kompleksi kimi müəssisənin həyətinə gətirib 10 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək olan müddət ərizində Təqsirləndirilən şəxs1la birlikdə oksigen qaynağından istifadə etməklə həmin müəssisənin ərazisində quraşdırılmış beton emalı qurğusunun 1 (bir) metrinin qiyməti 50 (əlli) manat olan 2500 (iki min beş yüz) manat dəyərində 80 (səksən) santimetr eni olan 50 (əlli) metr uzunluqda xammalı (su, qum çınqıl, sementi) tərəzilərdən beton hazırlanılması üçün beton hazırlayan qurğuya daşıyan lentə yönəldən istifadə edilmiş rezin materialından olan lenti, 1 (bir) metrinin qiyməti 70 (yetmiş) manat olan 3500 (üç min beş yüz) manat dəyərində 1 (bir) metr eni olan 50 (əlli) metr uzunluqda tərəzidən gələn xammalı beton hazırlayan qurğuya daşıyan istifadə edilmiş rezin materialından olan lenti, 1 (bir) ədədinin qiyməti 1000 (min) manat olan 6000 (altı min) manat dəyərində 6 (altı) ədəd xammalın (su, qum, sement, çınqıl) beton hazırlanması üçün miqdarını ölçən elektron tərəziləri, 1 (bir) ədədinin qiyməti 700 (yeddi yüz) manat olan 2800 (iki min səkkiz yüz) manat dəyərində 4 (dörd) ədəd beton hazırlayan qurğuya aid reduktorları ilə birlikdə barabanlarını, 1 (bir) ədədinin qiyməti 10 (on) manat olan 2500 (iki min beş yüz) manat dəyərində 250 (iki yüz əlli) ədəd beton hazırlayan qurğuya aid rolikləri, 1 (bir) ədədinin qiyməti 500 (beş yüz) manat olan. 1000 (min) manat dəyərində 2 (iki) ədəd beton hazırlayan qurğuya aid 7 KV-lıq motorları (mühərrik), 1 (bir) ədədinin qiyməti 500 (beş yüz) manat olan 1500 (min beş yüz ) manat dəyərində 3 (üç) ədəd sement vuran şnekin 7 KV-lıq motorlarını, 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd su nasosunu, 1 (bir) ədədinin qiyməti 400 (dörd yüz) manat olan 800 (səkkiz yüz) manat dəyərində 2 (iki) ədəd 5 (beş) il əvvəl alınmış istifadə edilmiş hava kompressorlarını, 300 (manat) dəyərində 1 (bir) ədəd kustar üsulla hazırlanmış böyük qaynaq aparatını, həmin müəssisənin ərazisində yerləşən yarımçıq tikilidə olan 5000 (beş min) manat dəyərində 1 (bir) ədəd SSRİ dövründən qalmış 1 m3-lik beton qarışdıran qurğunu, 1 (bir) ədəd 1500 (min beş) yüz manat dəyərində SSRİ-dövründən qalma 16 (on altı) ton yük qaldırma qabiliyyətinə malik kranın 30 kv-lıq reduktoru ilə birlikdə motorunu, 1 (bir) metrinin qiyməti 3,5 (üç manat əlli qəpik) olan 700 (yeddi yüz) manat dəyərində 200 (iki yüz) metr uzunluqda tros kabelləri, 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd 400 (dörd yüz) kiloqram çəkidə beton qarışdırmaq üçün dəmir badyanı, 1 (bir) metrinin qiyməti 7 (yeddi) manat olan 700 (yeddi yüz) manat dəyərində 100 (yüz) metr uzunluqda 100-lük “uqolniki”, 1 (bir) ədədinin qiyməti 200 (iki yüz) manat olan 2800 (iki min səkkiz yüz) manat dəyərində 14 (on dörd) ədəd 6x3 metr ölçüdə 50-lik dəmir materialından olan çərçivələri, 1 (bir) metrinin qiyməti 2 (iki) manat olan 8 (səkkiz) manat dəyərində 4 (dörd) metr uzunluqda 14mm-lik dəmir borunu söküb və kəsib doğruyaraq özgənin yəni, mərhum X3 məxsus 32208 (otuz iki min iki yüz səkkiz) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs X6a xeyli miqdara maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə Beton zavodunun həyətindəki tikilidə yaşayırlar. O, həmin tikilidə yerləşən otaqlardan birini özü yaşamaq üçün təmir etmək fikrinə düşdü, bu səbəbdən də Gəncə şəhərində yaşayan qohumu Təqsirləndirilən şəxs2 yaşadığı ünvana dəvət etdi. Vilayət onun yaşadığı otağın təmir edilməsində ona köməklik etdi. Yaşadığı beton emalı zavodunun həyətində beton emal etmək üçün qurğu var. Həmin zavod təxminən 2 il olar ki, işləmir. Buna görə də zavodun həyətindəki qurğuların da fəaliyyəti dayandırılıbdır. Baldızı Güllügil yaşadıqları həyətdə mal-qara saxlayırlar. Təxminən 2022-ci ilin aprel ayının ortalarında yaşadıqları həyətdə mal-qaranı zavodun həyətində otararkən zavodun həyətində olan qurğuları və həyətdəki tikilinin içərisində olan metal alətləri oğurlamaq fikrinə düşdü. Həmin əşyaları oğurlamaq fikrini qohumu Vilayətə də bildirdi. Vilayət özü dəmirçiliklə məşğul olur. Vilayətlə birlikdə zavodun həyətində gəzərək beton emal edən qurğular, kompressorlar və digər metallara baxdılar. Bundan sonra razılaşdılar ki, həmin əşyaları oğurlamaq üçün kəsmək lazımdır. Bu məqsədlə də birlikdə yaşadıqları zavodun yaxınlığında yerləşən oksigen qaynaq sexinə gedərək oradan iki ədəd oksigen dolu balonlar aldılar. Sonra həmin balonları istifadə etdiyi, lakin dostu Rəvana məxsus Mercedes Benz markalı avtomobilin yük yerinə yükləyib zavodun həyətinə gəldilər. Daha sonra şəhər ərazisinə qayıdaraq şəhər ərazisində yerləşən tikinti materialları satılan obyektlərə gedib oksigen balonları vasitəsi ilə qaynaq etmək üçün Vilayətlə birlikdə müxtəlif avadanlıqları alıb geri qayıtdılar. Zavodun həyətində olan tikintidə qurlaşdırılmış dəmir metalından olan künclükləri oksigen qaynaqları vasitəsi ilə kəsib doğradılar. Sonra şəhər ərazisində yaşayan Qazel markalı yük avtomobili idarə edən Şahin adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq yaşadığı ünvana çağırdı. Kəsib doğradığı dəmir metalları Şahinin avtomobilinə yükləyib şəhərin Samux küçəsində zibillikxananın yaxınlığında yerləşən Tofiq adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə apardılar. Orada həmin metalları Tofiqə təxminən 200 manat məbləğdə pula satdı. Bundan sonra ertəsi gün də Vilayətlə birlikdə zavodun həyətində olan hava kompressorlarını da Şahinin idarə etdiyi avtomobilə yükləyib Tofiq adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə getdilər. Orada həmin iki ədəd kompressorları Tofiqə ikisini birlikdə 300 manata satdılar. Ertəsi gün isə yenə də Vilayətlə birlikdə zavodun həyətində olan beton emalı edən qurğunun lentini, həmin lentin barabanları, reduktorlarını, roliklərini və digər ləvazimatlarını kəsib doğradılar. Sonra yenə də Şahinə zəng edib zavodun həyətinə çağırdı. Beton emal edən qurğuya aid hissələri yalnız həmin fəaliyyətlə məşğul olan şəxslərə sata biləcəyini, həmçinin Bərdə rayonunun Tərtər rayonuna gedən avtomobil yolunun ətrafında beton emalı ilə məşğul olan zavodların da olduğunu bildiyi üçün həmin alətləri Bərdə rayonuna aparıb orada satmaq fikrinə düşdü. Buna görə də həmin beton emal edən qurğuya aid lenti, rolikləri, barban, reduktor və eletrik qaynaq aparatını Şahinin idarə etdiyi avtomobilinə yükləyərək Şahinə avtomobili Bərdə rayonuna sürməyi bildirdilər. Bərdə rayonuna çatıb orada Tərtər rayonu ilə aralıqda yerləşən yolun kənarındakı beton emalı zavoduna getdilər. Orada həmin əşyaları zavodda işləyən şəxsə 46 metr uzunluqda olan lenti 460 manata, qaynaq aparatını 150 manata, barban, və rolikləri isə 200 manata satdı. Daha sonra birlikdə Mingəçevir şəhərinə geri qayıtdılar. Satdıqları əşyalardan əldə etdikləri pulu Vilayətlə birlikdə böldülər. Həmçinin Şahinə də şəhər ərazisində metal daşımağa görə 15-20 manat, Bərdə rayonuna getməyə görə isə 50 manat məbləğdə pul verdi. Şahinin onun avtomobili ilə daşıdıqları əşyaları cinayət yolu ilə əldə etmələrindən məlumatı olmamışdı, onlar Şahinə bu barədə hər hansı məlumat verməmişlər, oğurladıqları əşyaları satdıqları şəxslərə də həmin əşyaların özlərinə məxsus olduğunu Mingəçevir şəhəri Gəncə şossesi 13 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənəin ərazisində yerləşən beton emalı qurğusunun 250 ədəd deyil 45 ədəd roliklərini, beton hazırlanma qurğusuna aid 4 ədəd barabanın deyil, 3 ədəd baraban və 2 ədəd reduktoru, 100 metr uzunluqda 100-lük uqolniki deyil, 30 metr uzunluqda uqolniki, beton hazırlayan qurğuya aid 5 ədəd 7 KV-lıq motorlarını və 14 (on dörd) ədəd 6x3 metr ölçüdə 50-lik dəmir materialından olan çərçivələri onlar oğurlamamışlar. Oğurladıqları əşyaların bir hissəsi istintaq zamanı yeri müəyyən edilib qaytarılmışdır. Bundan əlavə poçt vasitəsi ilə zərərçəkmiş şəxsə 367,80 manat pul göndərmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 onun bibisi qızı Çinarənin əridir. Vüsal və Çinarə Mingəçevir şəhəri Gəncə şossesində yerləşən beton emalı zavodunun həyətindəki tikilidə yaşayırlar. Vüsal həmin tikilidə yerləşən otaqlarından birini özü yaşamaq üçün təmir etmək istəmiş, bu səbəbdən onu zəng edərək yaşadığı ünvana dəvət etmişdi. O da Vüsalgilin yaşadığı Mingəçevir şəhəri Gəncə şossesində yerləşən Beton zavodun həyətindəki tikiliyə gəldi. Orada qaldığı müddətdə Vüsalgilin yaşadığı otağın təmir edilməsində Vüsala köməklik göstərdi. Vüsalgilin yaşadığı beton emalı zavodunun həyətində beton emal etmək üçün qurğu var. Həmin zavod təxminən 2 il olar ki, işləmir. Buna görə də zavodun həyətindəki qurğuların da fəaliyyəti dayandırılıbdır. 2022-ci ilin aprel ayının ortalarında Vüsalla birlikdə mal-qaranı zavodun həyətində otararkən zavodun həyətində olan qurğuları və həyətdəki tikilinin içərisində olan metal alətləri oğurlamaq fikrinə düşdülər. O, özü dəmirçiliklə məşğul olur. Vüsalla birlikdə zavodun həyətində gəzərək beton emal edən qurğular, kompressorlar və digər metallara baxdılar. Bundan sonra razılaşdılar ki, həmin əşyaları oğurlamaq üçün kəsmək lazımdır. Bu məqsədlə də birlikdə yaşadıqları zavodun yaxınlığında yerləşən oksigen sexinə getdilər. Oradan iki ədəd oksigen dolu balonlar aldılar. Daha sonra həmin balonları Vüsalın dostu Rəvana məxsus həmin zaman Vüsalın müvəqqəti idarə etdiyi Mercedes Benz markalı avtomobilin yük yerinə yükləyib zavodun həyətinə gəldilər. Sonra şəhər ərazisinə qayıdaraq şəhər ərazisində yerləşən tikinti materialları satılan obyektlərə gedib oksigen balonları vasitəsi ilə qaynaq etmək üçün Vüsalla birlikdə müxtəlif avadanlıqları alıb geri qayıtdılar. İlk dəfə zavodun həyətində olan tikintidə qurlaşdırılmış dəmir metalından olan künclükləri oksigen qaynaqları vasitəsi ilə kəsib doğradılar. Sonra Vüsal şəhər ərazisində yaşayan, “Qazel” markalı yük avtomobili idarə edən Şahin adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq yaşadıqları ünvana gəlməyini bildirdi. Şahin də onların yaşadıqları zavodun həyətinə gəldikdən sonra kəsib doğradıqları dəmir metalları həmin avtomobilə yükləyib şəhərin Samux küçəsində zibillikxananın yaxınlığında yerləşən Tofiq adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə getdilər. Orada həmin metalları Tofiqə təxminən 200 manat məbləğdə pula satdılar. Bundan sonra ertəsi gün də Vüsalla birlikdə zavodun həyətində olan hava kompressorlarını da Şahinin idarə etdiyi avtomobilə yükləyib həmin kompressorları da şəhərin Samux küçəsində yerləşən zibillikxananın yaxınlığında yerləşən Tofiq adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə gedərək orada həmin iki ədəd kompressorları Tofiqə ikisini birlikdə 300 manata satdılar. Ertəsi gün isə yenə də Vüsalla birlikdə zavodun həyətində olan beton emal edən qurğunun lentini, həmin lentin barabanları, reduktorlarını, roliklərini kəsib doğradılar. Daha sonra yenə də Şahini zəng edib zavodun həyətinə çağırdılar. Beton emal edən qurğuya aid hissələri yalnız həmin fəaliyyətlə məşğul olan şəxslərə sata biləcəklərini, həmçinin Vüsal Bərdə rayonunun Tərtər rayonuna gedən avtomobil yolunun ətrafında beton emalı ilə məşğul olan zavodların da olduğunu bildirdiyi üçün həmin alətləri Bərdə rayonuna aparıb orada satmaq fikrinə düşdülər. Buna görə də həmin beton emal edən qurğuya aid lenti, rolikləri, barban, reduktor və eletrik qaynağı aparatını Şahinin idarə etdiyi avtomobilin yük yerinə yükləyib, Bərdə rayonuna getdilər. Bərdə rayonuna çatıb orada Tərtər rayonu ilə aralıqda yerləşən yolun kənarındakı beton emalı zavoduna daxil oldular. Orada həmin əşyaları zavodda işləyən şəxsə göstərib, həmin əşyaları yəni, 46 metr uzunluqda olan lenti 460 manata, qaynaq aparatını 150 manata, barban, və rolikləri isə 200 manata satdılar. Sonra birlikdə Mingəçevir şəhərinə geri qayıtdılar. Oğurlayaraq satdıqları əşyalardan əldə etdikləri pulu Vüsalla birlikdə bölmüşlər, həmçinin Şahinə də şəhər ərazisində metal daşımağa görə 15-20 manat, Bərdə rayonuna getməyə görə isə 50 manat məbləğdə pul verdilər. Mingəçevir şəhəri Gəncə şossesi 13 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənəin ərazisində yerləşən beton emalı qurğusunun 250 ədəd deyil 45 ədəd roliklərini, beton hazırlanma qurğusuna aid 4 ədəd barabanın deyil, 3 ədəd baraban və 2 ədəd reduktoru, 100 metr uzunluqda 100-lük uqolniki deyil, 30 metr uzunluqda uqolniki, beton hazırlayan qurğuya aid 5 ədəd 7 KV-lıq motorlarını və 14 (on dörd) ədəd 6x3 metr ölçüdə 50-lik dəmir materialından olan çərçivələri oğurlamamışlar. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhəri Gəncə şossesi 13 ünvanda mərhum əri X2 adına olan əmlak kompleksi kimi müəssisə vardır. Həmin zavodun ərzisində inzibati bina, yarımçıq tikililər və beton emalı qurğusu var. Beton emalı qurğusu təxminən 2005-2006-cı illərdə qurulmuşdur. Lakin sonradan bir neçə dəfə qurğuda təmir yenilənmə işləri aparılmışdır. Əri vəfat etdikdən sonra beton emalı qurğusu icarə əsasında işlədilməsi üçün digər şəxslərə vermişlər. Lakin sonradan icarə haqqı ilə əlaqədar aralarında narazılıqlar yaranmış, buna görə də həmin şəxslərə icarəyə verməkdən imtina etmişdir. Həmin şəxslər də beton emalı qurğusunu onlardan icarəyə götürdükləri vəziyyətdə təhvil aldığı kimi, yəni işlək vəziyyətdə təhvil vermişlər. Övladları da Mingəçevir şəhərində yaşamadıqları üçün həmin beton emalı qurğusu fəaliyyətini dayandırmışdır. Lakin beton emalı üçün lazımı bütün avadanlıqlar qurğunun üzərində saz vəziyyətdə olmuşdur. Yəni istənilən vaxt qurğunu işə salıb beton emalı edilməsi mümkün idi. Zavod yerləşən əraziyə və qurğuya qohumları Şahid1 nəzarət edir. Zavodun ərazisində yerləşən beton emal edən qurğu fəaliyyətini dayandırdığından və həmin ərazidə yerləşən inzibati binada məcburi köçkünlər yaşadığı üçün Azad hər gün həmin əraziyə getmir. Lakin ay ərzində bir neçə dəfə həmin əraziyə baş çəkir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şahid1 həmin əraziyə gedib qurğuya baxış keçirərkən quğunun sökülüb dağıdıldığını görüb zəng edərək ona məlumat verdi. O da dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat verdi. Ona 32208 (otuz iki min iki yüz səkkiz ) manat maddi ziyan dəymişdir. 9530 (doqquz min beş yüz otuz) manat məbləğində əmlaklar istintaq zamanı yerləri aşkar edilərək ona qaytarılmamışdır. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxslərə cəza verilməsini xahiş edir. Ona görə ki, təqsirləndirilən şəxslərin əməlləri nəticəsində zavod yararsız vəziyyətə düşmüşdür. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs əri mərhum X4 onun dostu olubdur. O, Vüqar Nəsibovun sürücüsü olmuş və daima bir yerdə olmuşlar. X6 müxtəlif bizneslə məşğul olmuşdu. Mingəçevir şəhəri Gəncə şossesi 13 ünvanda yerləşən müəssisə də Vüqar Nəsibova məxsusdur. Həmin müəssisənin həyətindəki inzibati binada məcburi köçkünlər yaşayır, müəssisənin ərazisində isə beton hazırlanılması üçün qurğu var. Həmin qurğu işlək vəziyyətdə olmuşdur. Əvvəllər həmin qurğunu icarəyə verilmişdir. Lakin sonradan qurğu tam işlək vəziyyətdə onlara təhvil verilmişdir. Ay ərizində bir neçə dəfə həmin əraziyə gedib müəssisədə olan qurğu və digər ləvazimatlara nəzarət edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin müəssisənin həyətinə getmişdi, həmin vaxt müəssisənin həyətində olan beton emal edən qurğu və digər əşyalar yerində idi. Yəni ərazidən və eləcə də beton emal edən qurğudakı hər hansı əşyalar oğurlanmamışdır. xx.xx.2022-ci il tarixdə o, yenidənmüəssisənin ərazisinə nəzarət etmək üçün getmişdir. Əraziyə və eləcə də beton emal edən qurğuya nəzər yetirərkən beton emal edən qurğunun xammalı (su, qum çınqıl, sement) tərəzilərdən beton hazırlanılması üçün beton hazırlayan qurğuya daşıyan lentə yönəldən 50 metr uzunluqda istifadə edilmiş 80 sm enində rezin materialından olan lentin, tərəzidən gələn xammalı beton hazırlayan qurğuya daşıyan 50 metr uzunluqda istifadə edilmiş rezin materialından olan 1 m enində lentin, 6 ədəd beton hazırlanması üçün xammalın miqdarını ölçən elektron tərəzilərin, beton hazırlayan qurğuya aid 4 ədəd reduktorları ilə birlikdə barabanların, beton hazırlayan qurğuya aid 250 ədəd roliklərin, beton hazırlayan qurğuya aid 2 ədəd motorun (mühərrik), sement vuran şnekin, 3 ədəd motorun, 1 ədəd su nasosunun, 2 ədəd hava kompressorunun, 1 ədəd böyük qaynaq aparatının,100 metr uzunluqda 100-lük uqalokun, 14 ədəd 6x3 metr ölçüdə 50-lik dəmir materialından olan çərçivələrin, 14mm-lik 4 metr uzunluqda dəmir borunun, 1 m3-lik beton qarışdıran qurğunun, SSRİ-dövründən qalma 16 ton yük qaldırma qabiliyyətinə malik kranın, motor və reduktorunun, 200 metr uzunluğunda tros kabellərin, 400 kq-lıq beton qarışdırmaq üçün dəmir badyanın oğurlandığı ona məlum olmuşdur. Həmin vaxt hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etdi. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhəri Samux küçəsində yerləşən “Metal Konstruksiya” İstehsalat Birliyinin müdürüdür. Rəhbərlik etdiyi müəssisə metal qəbulu ilə məşğuldur. 2022-ci ilin aprel ayında Vüsal adlı şəxs işlədiyi metal qəbulu məntəqəsinə bir neçə dəfə metal və metal qırıntıları satmışdır. Belə ki, Vüsal birinci dəfə işlədiyi məntəqəyə “Qazel” markalı avtomobillə gələrək özlərinə məxsus müəsisəyə aid metalları satmaq istədiyini bildirdi. Vüsalın gətirdiyi metallar doğranmış vəziyyətdə idi. Vüsalın təqdim etdiyi metalları çəkdilər və çəkisi 860 kiloqram olmuşdur. O, həmin metalları Vüsaldan alıb Vüsala 860 manat məbləğdə pul verdi. Bundan bir neçə gün sonra Vüsal yenə də “Qazel” markalı avtomobillə işlədiyi metal qəbulu məntəqəsinə gələrək ona 320 kiloqram çəkidə metal qırıntıları satdı. Həmin metal qırıntısını alaraq Vüsala 105 manat məbləğdə pul verdi. Bundan bir neçə gün sonra Vüsal yenə də onun işlədiyi mənətəqəyə gələrək 520 kiloqram çəkidə metal qırıntısını ona 180 manata satdı. Sonuncu dəfə isə Vüsal işlədiyi metal qəbulu məntəqəsinə 2 ədəd hava kompressoru gətirdi. Həmin hava kompressorları işlənilmiş vəziyyətdə olmuşdur. O, həmin kompressorları Vüsaldan 300 manata aldı. Bundan sonra polis əməkdaşları işlədiyi məntəqəyə gələrək Vüsaldan ona metal satmasını soruşdular. O da Vüsal adlı şəxsdən metal və 2 ədəd kompressorları aldığını bildirdi və aldığı 2 ədəd kompressorları təqdim etdi. Şahid3 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Bərdə rayonu Qasımbəyli kəndinin yaxınlığında çay yatağı deyilən ərazidə yerləşən qum-çınqıl karxanasını işlədir. 2022-ci ilin aprel ayının ortalarında bir nəfər şəxs işlətdiyi qum-çınqıl karxanasına yaxınlaşaraq özlərinə məxsus Mingəçevir şəhəri ərazisində yerləşən qum-çınqıl karxanasının fəaliyyəti dayandırıldığı üçün həmin karxanaya aid müxtəlif ləvazimatları satdığını bildirdi. O da əşyalara baxdıqdan sonra həmin əşyaları ala biləcəyini dedi. Bundan sonra həmin şəxs karxanadan bayıra çıxıb bir qədər sonra “Qazel” markalı avtomobillə karxanaya daxil oldu. Həmin sürücü kənarda dayandı. Vüsal isə bir nəfər şəxslə birlikdə ona yaxınlaşdı. O da Vüsalgilin gətirdikləri əşyalara baxdı və “Qazel” markalı avtomobilin yük yerində olan 50 metr uzunluqda, 80 sm enində rezin materialından olan lenti, 50 metr uzunluqda istifadə edilmiş rezin materialından olan 1 m enində lenti, 3 ədəd reduktorları ilə birlikdə barabanları, 33 ədəd rolikləri, 1 ədəd böyük qaynaq aparatını ala biləcəyini Vüsala dedi. Bundan sonra o, Vüsala 1200 manat məbləğdə pul verib həmin əşyaları alaraq işlədiyi karxananın ərazisinə yığdı. Bir neçə gün sonra polis əməkdaşları işlətdiyi karxanaya gəlmişlər. Həmin vaxt o, karxanada olmamışdı. Lakin karxanada işləyən Yunis polis əməkdaşlarına Vüsalın karxanaya müxtəlif ləvazimatlar satdığını bildirərək həmin ləvazimatları polis əməkdaşlarına təqdim etmişdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 da Şahid3 ifadəsinə uyğun ifadə verdi. İşin 187-190-cı vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 avqust 2022-ci il tarixli, 9/6159 saylı rəyində göstərilir ki, beton hazırlayan qurğuya aid 4 (dörd) ədəd reduktorları ilə birlikdə barabanların 1 (bir) ədədinin qiyməti 700 (yeddi yüz) manat olan 2800 (iki min səkkiz yüz) manat, beton hazırlayan qurğuya aid 250 (iki yüz əlli) ədəd roliklərin 1 (bir) ədədinin qiyməti 10 (on) manat olan 2500 (iki min beş yüz) manat, beton hazırlayan qurğuya aid 2 (iki) ədəd 7 KV-lıq motorların (mühərrik) 1 (bir) ədədinin qiyməti 500 (beş yüz) manat olmaqlaan 1000 (min) manat, sement vuran şnekin 3 (üç) ədəd 7 KV-lıq motorlarının 1 (bir) ədədinin qiyməti 500 (beş yüz) manat olmaqla 1500 (min beş yüz ) manat, dəyərində 5 (beş) il əvvəl alınmış istifadə edilmiş 2 (iki) ədəd hava kompressorlarının 1 (bir) ədədinin qiyməti 400 (dörd yüz) manat olmaqla 800 (səkkiz yüz) manat, 1 (bir) ədəd kustar üsulla hazırlanmış böyük qaynaq aparatının 300 (üç yüz) manat, 100 (yüz) metr uzunluqda 100-lük “uqolniki”n 1 (bir) metrinin qiyməti 7 (yeddi) manat olmaqla 700 (yeddi yüz) manat, dəyərində 14 (on dörd) ədəd 6x3 metr ölçüdə 50-lik dəmir materialından olan çərçivələrin 1 (bir) ədədinin qiyməti 200 (iki yüz) manat olmaqla 2800 (iki min səkkiz yüz) manat, 4 (dörd) metr uzunluqda 14mm-lik dəmir borunu 1 (bir) metrinin qiyməti 2 (iki) manat olmaqla 8 (səkkiz) manat, Respublikada yerləşən alqı-satqı məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə, Mərkəzdə olan məlumatlardan və eləcə də "xxxx" MMC tərəfindən tərtib edilmiş arayışdan istifadə etməklə, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 9 adda qurğuların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 12,408,00 manat müəyyən olunur. Qərarda göstərilən digər 8 adda mal haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri, çəkisi və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəllcədən aralarında olan razılığa əsasən hər ikisi birlikdə, Mingəçevir şəhəri ərazisində yerləşən tikinti materiallarının satıldığı mağazadan metal kəsilməsində istifadə edilən müvafiq ləvazimatları və oksigen qaynağı qurğusunu alıb, ərazisindəki tikilidə müvəqqəti məskunlaşıb yaşadıqları Mingəçevir şəhəri Gəncə şossesi 13 ünvanda yerləşən Əmlak Kompleksi kimi müəssisənin həyətinə gətirib 10 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək olan müddət ərizində Təqsirləndirilən şəxs2la birlikdə oksigen qaynağından istifadə etməklə həmin müəssisənin ərazisində quraşdırılmış beton emalı qurğusunun 1 (bir) metrinin qiyməti 50 (əlli) manat olan 2500 (iki min beş yüz) manat dəyərində 80 (səksən) santimetr eni olan 50 (əlli) metr uzunluqda xammalı (su, qum çınqıl, sementi) tərəzilərdən beton hazırlanılması üçün beton hazırlayan qurğuya daşıyan lentə yönəldən istifadə edilmiş rezin materialından olan lenti, 1 (bir) metrinin qiyməti 70 (yetmiş) manat olan 3500 (üç min beş yüz) manat dəyərində 1 (bir) metr eni olan 50 (əlli) metr uzunluqda tərəzidən gələn xammalı beton hazırlayan qurğuya daşıyan istifadə edilmiş rezin materialından olan lenti, 1 (bir) ədədinin qiyməti 1000 (min) manat olan 6000 (altı min) manat dəyərində 6 (altı) ədəd xammalın (su, qum, sement, çınqıl) beton hazırlanması üçün miqdarını ölçən elektron tərəziləri, 1 (bir) ədədinin qiyməti 700 (yeddi yüz) manat olan 2800 (iki min səkkiz yüz) manat dəyərində 4 (dörd) ədəd beton hazırlayan qurğuya aid reduktorları ilə birlikdə barabanları, 1 (bir) ədədinin qiyməti 10 (on) manat olan 2500 (iki min beş yüz) manat dəyərində 250 (iki yüz əlli) ədəd beton hazırlayan qurğuya aid rolikləri, 1 (bir) ədədinin qiyməti 500 (beş yüz) manat olan. 1000 (min) manat dəyərində 2 (iki) ədəd beton hazırlayan qurğuya aid 7 KV-lıq motorları (mühərrik), 1 (bir) ədədinin qiyməti 500 (beş yüz) manat olan 1500 (min beş yüz ) manat dəyərində 3 (üç) ədəd sement vuran şnekin 7 KV-lıq motorlarını, 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd su nasosunu, 1 (bir) ədədinin qiyməti 400 (dörd yüz) manat olan 800 (səkkiz yüz) manat dəyərində 2 (iki) ədəd 5 (beş) il əvvəl alınmış istifadə edilmiş hava kompressorlarını, 300 (manat) dəyərində 1 (bir) ədəd kustar üsulla hazırlanmış böyük qaynaq aparatını, həmin müəssisənin ərazisində yerləşən yarımçıq tikilidə olan 5000 (beş min) manat dəyərində 1 (bir) ədəd SSRİ dövründən qalmış 1 m3-lik beton qarışdıran qurğunu, 1 (bir) ədəd 1500 (min beş) yüz manat dəyərində SSRİ-dövründən qalma 16 (on altı) ton yük qaldırma qabiliyyətinə malik qaldırıcı kranın 30 kv-lıq reduktoru ilə birlikdə motorunu, 1 (bir) metrinin qiyməti 3,5 (üç manat əlli qəpik) olan 700 (yeddi yüz) manat dəyərində 200 (iki yüz) metr uzunluqda tros kabelləri, 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd 400 (dörd yüz) kiloqram çəkidə beton qarışdırmaq üçün dəmir badyanı, 1 (bir) metrinin qiyməti 7 (yeddi) manat olan 700 (yeddi yüz) manat dəyərində 100 (yüz) metr uzunluqda 100-lük “uqolniki”, 1 (bir) ədədinin qiyməti 200 (iki yüz) manat olan 2800 (iki min səkkiz yüz) manat dəyərində 14 (on dörd) ədəd 6x3 metr ölçüdə 50-lik dəmir materialından olan çərçivələri, 1 (bir) metrinin qiyməti 2 (iki) manat olan 8 (səkkiz) manat dəyərində 4 (dörd) metr uzunluqda 14mm-lik dəmir borunu söküb və kəsib doğruyaraq özgənin yəni, mərhum X3 məxsus 32208 (otuz iki min iki yüz səkkiz) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs X6a xeyli miqdara maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəllcədən aralarında olan razılığa əsasən hər ikisi birlikdə Mingəçevir şəhəri ərazisində yerləşən tikinti materiallarının satıldığı mağazadan müvafiq ləvazimatları və oksigen qaynağı qurğusunu alıb, ərazisindəki tikilidə müvəqqəti məskunlaşıb yaşadıqları Mingəçevir şəhəri Gəncə şossesi 13 ünvanda yerləşən Əmlak Kompleksi kimi müəssisənin həyətinə gətirib 10 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək olan müddət ərizində Təqsirləndirilən şəxs1la birlikdə oksigen qaynağından istifadə etməklə həmin müəssisənin ərazisində quraşdırılmış beton emalı qurğusunun 1 (bir) metrinin qiyməti 50 (əlli) manat olan 2500 (iki min beş yüz) manat dəyərində 80 (səksən) santimetr eni olan 50 (əlli) metr uzunluqda xammalı (su, qum çınqıl, sementi) tərəzilərdən beton hazırlanılması üçün beton hazırlayan qurğuya daşıyan lentə yönəldən istifadə edilmiş rezin materialından olan lenti, 1 (bir) metrinin qiyməti 70 (yetmiş) manat olan 3500 (üç min beş yüz) manat dəyərində 1 (bir) metr eni olan 50 (əlli) metr uzunluqda tərəzidən gələn xammalı beton hazırlayan qurğuya daşıyan istifadə edilmiş rezin materialından olan lenti, 1 (bir) ədədinin qiyməti 1000 (min) manat olan 6000 (altı min) manat dəyərində 6 (altı) ədəd xammalın (su, qum, sement, çınqıl) beton hazırlanması üçün miqdarını ölçən elektron tərəziləri, 1 (bir) ədədinin qiyməti 700 (yeddi yüz) manat olan 2800 (iki min səkkiz yüz) manat dəyərində 4 (dörd) ədəd beton hazırlayan qurğuya aid reduktorları ilə birlikdə barabanlarını, 1 (bir) ədədinin qiyməti 10 (on) manat olan 2500 (iki min beş yüz) manat dəyərində 250 (iki yüz əlli) ədəd beton hazırlayan qurğuya aid rolikləri, 1 (bir) ədədinin qiyməti 500 (beş yüz) manat olan. 1000 (min) manat dəyərində 2 (iki) ədəd beton hazırlayan qurğuya aid 7 KV-lıq motorları (mühərrik), 1 (bir) ədədinin qiyməti 500 (beş yüz) manat olan 1500 (min beş yüz ) manat dəyərində 3 (üç) ədəd sement vuran şnekin 7 KV-lıq motorlarını, 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd su nasosunu, 1 (bir) ədədinin qiyməti 400 (dörd yüz) manat olan 800 (səkkiz yüz) manat dəyərində 2 (iki) ədəd 5 (beş) il əvvəl alınmış istifadə edilmiş hava kompressorlarını, 300 (manat) dəyərində 1 (bir) ədəd kustar üsulla hazırlanmış böyük qaynaq aparatını, həmin müəssisənin ərazisində yerləşən yarımçıq tikilidə olan 5000 (beş min) manat dəyərində 1 (bir) ədəd SSRİ dövründən qalmış 1 m3-lik beton qarışdıran qurğunu, 1 (bir) ədəd 1500 (min beş) yüz manat dəyərində SSRİ-dövründən qalma 16 (on altı) ton yük qaldırma qabiliyyətinə malik kranın 30 kv-lıq reduktoru ilə birlikdə motorunu, 1 (bir) metrinin qiyməti 3,5 (üç manat əlli qəpik) olan 700 (yeddi yüz) manat dəyərində 200 (iki yüz) metr uzunluqda tros kabelləri, 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd 400 (dörd yüz) kiloqram çəkidə beton qarışdırmaq üçün dəmir badyanı, 1 (bir) metrinin qiyməti 7 (yeddi) manat olan 700 (yeddi yüz) manat dəyərində 100 (yüz) metr uzunluqda 100-lük “uqolniki”, 1 (bir) ədədinin qiyməti 200 (iki yüz) manat olan 2800 (iki min səkkiz yüz) manat dəyərində 14 (on dörd) ədəd 6x3 metr ölçüdə 50-lik dəmir materialından olan çərçivələri, 1 (bir) metrinin qiyməti 2 (iki) manat olan 8 (səkkiz) manat dəyərində 4 (dörd) metr uzunluqda 14mm-lik dəmir borunu söküb və kəsib doğruyaraq özgənin yəni, mərhum X3 məxsus 32208 (otuz iki min iki yüz səkkiz) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs X6a xeyli miqdara maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətmələri özlərinin qismən etirafları, zərərçəkmiş şəxsin qanuni varisinin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 98-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşə əlavə olunmuş, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2019-cu il təvəllüdlü Dəniz, xx.xx.2020-ci təvəllüdlü Məsud, xx.xx.2022-ci il təvəllüdlü Adəm adlı üç nəfər azyaşlı uşaqları var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 himayəsində üç nəfər azyaşlı uşaqları olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. İşin 99-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İşə əlavə edilmiş Gəncə şəhər məhkəməsinin 1(125)-110/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş və barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər məhkəməsinin 1(125)-110/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli həbsə alındığı xx.xx.2022ci il tarixdən hesablanmışdır. İşin 255-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2011-ci il təvəllüdlü Mahirə, xx.xx.2012-ci təvəllüdlü Zəhra adlı iki nəfər azyaşlı uşağı var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşaqları olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, vurmuş olduqları zərəri tam ödəmədiklərini nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 37-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 82-83-cü vərəqlərində olan Mingəçevir şəhər polis Şöbəsinin 29 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlandığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 01 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İşin 134-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İşin 170-172-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 4(051)- 81/2022 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. İşin 173-174-cü vərəqlərində olan Mingəçevir şəhər polis Şöbəsinin 13 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təyin edilmiş cəzasının əvvəli həbsə alındığı 20 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 08 (səkkiz) ay 29(iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə çəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 11 iyul 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlandığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən mülki qaydada iddia vermək hüququ izah olunmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 50 metr uzunluqda 80 sm enində istifadə edilmiş rezin materialından olan lent, 50 metr uzunluqda 1 m enində istifadə edilmiş rezin materialından olan lent, 2 ədəd kiçik ölçülü, 1 ədəd böyük ölçülü barabanlar, 33 ədəd roliklər, 1 ədəd böyük qaynaq aparatı, 2 ədəd hava kompressorları zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) ay 29(iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə çəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. 11 iyul 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən mülki qaydada iddia vermək hüququ izah olunsun. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 50 metr uzunluqda 80 sm enində istifadə edilmiş rezin materialından olan lent, 50 metr uzunluqda 1 m enində istifadə edilmiş rezin materialından olan lent, 2 ədəd kiçik ölçülü, 1 ədəd böyük ölçülü barabanlar, 33 ədəd roliklər, 1 ədəd böyük qaynaq aparatı, 2 ədəd hava kompressorları zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar