Məhkəmə qərarları › İş №1(051)-153/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-153/2021

23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-153/2021 23.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ƏlləzovaAytən Maksim qızının iştirakı ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, subay, orta təhsilli, işləməyən, Şuşa rayonu Quşçular kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 03.08.2021-ci tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında olan zaman qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ona məxsus olan mobil telefona icazəsi olmadan baxmasına narazılıq etməsi səbəbindən aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol sifətində şişkinlik fonunda qançır, sol gicgah nahiyəsində hematoma, alt dodağında yara, sağ diz oynağında, sol diz oynağında və sol dirsək nahiyəsində qançırlar ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxsnm sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə 10 ildir ki, qeyri-rəsmi münasibətdədir. 03.08.2021-ci il tarixdə saat 09:00 radələrində Aytənin yaşadığı evə getmişdi. O, evə daxil oldu və qonaq otağına keçib bir az söhbət etdilər. Sonra yuxusu gəldiyini dedi və divanda yatdı. Saat 13:00 radələində yuxudan oyanan zaman ona məxsus “Ketel” markalı mobil telefonu Aytənin əlində olduğunu gördü və Aytənə “mənim telefonumla nə işin var?” dedi. Aytən isə telefona gələn-gedən zənglərə baxdığını dedi. O, öz narazılığını bildirdi. Aytən onun ünvanına kobud sözlər dediyinə görə o, əsəbləşib Aytənin saçından tutub, üz və bədən nahiyəsinə vurdu. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır və qeyri-rəsmi ər-arvad münasibətləri var. 03.08.2021-ci il tarixdə saat 09:00 radələrində Rövşən onun evinə gəldi. Onlar qonaq otağında oturub söhbət etdilər. Sonra Rövşən yuxusu gəldiyini dedi və divanda yatdı. O, Rövşənə məxsus mobil telefona baxan zaman Rövşən yuxudan oyanıb əsəbləşib telefonu onun əlindən aldı. Sonra aralarında mübahisə yarandı. Mübahisə zamanı o, nəlayiq ifadələr işlətdiyi üçün Rövşən əsəbləşib onun sacından tutub, yumruq ilə sağ almacıq nahiyyəsinə və ağız nahiyyəsinə vurdu. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Materiala əlavə olunmuş məhkəmə tibb ekspertizasının 515 №li 04.08.2021-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs qıznın məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər – sol sifətində şişkinlik fonunda qançır, sol gicgah nahiyəsində hemotoma, alt dodağında yara, sağ diz oynağında, sol diz oynağında və sol dirsək nahiyyəsində qançırlar, küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən 03.08.2021-ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Materiala əlavə olunmuş Şəki Ağır Cinayətlər Məhkəməsinin 18.01.2018-ci il tarixli, 1(091)-010/2018 saylı hökmündən və tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri il təqsirli bilinmiş, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3(üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 180.2.2-ci maddəsi ilə 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.1 maddəsi ilə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzsına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəinə əsasən cınayətlərin məcmuyu üzrə Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplama yolu ilə üzərində qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli tutulduğu gündən, yəni 30 avqust 2015-i il tarixdən hesablanmışdır. 29.08.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gelir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qıznın sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir və onun törətmiş olduğu əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşə əlavə olunmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, onlar barışmışlar, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin və əməli törətmiş şəxsin ərizələrini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar