Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-153/2023 05.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı il tarixdə Ağdam rayonu Saybalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Saybalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs milli geyim ləvazimatı hesab olunan ərazidən kənarda yaşadığı, ovçuluq peşəsi ilə bağlı olan fəaliyyətlə məşğul olmadığı halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağını xx.xx.2023-cü il tarixdə əynindəki boz rəngli cins şalvarın sağ yan hissəsində, kəmərin altında qanunsuz olaraq gəzdirmiş və həmin gün saat 22:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Kür çayı»nın sağ sahilinin Mingəçevir şəhəri ərazisindən keçən hissəsində yerləşən «Sərin» restoranında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 23:20-dən 23:40-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən həmin 1 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı əynindəki boz rəngli cins şalvarın sağ yan hissəsindən, kəmərin altından aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, ovçular cəmiyyətinin üzvü deyil və hər hansı ovçu bileti yoxdur. Tutulmazdan təxminən 10 gün əvvəl Bakı şəhərində olan zaman xatırlamadığı mağazadan, xatırlamadığı qiymətə Mingəçevir şəhəri ərazisində, «Boz dağı»n ətəyində yerləşən ferma təsərrüfatında məişətdə istifadə etmək məqsədi ilə 1 ədəd bıçaq almışdır. Belə ki, həmin bıçağı özü ilə aparıb ferma təsərrüfatında qarpız doğramaqda və sair təsərrüfat-məişət işlərində istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində «Kür çayı»nın sağ sahilinin Mingəçevir şəhəri ərazisindən keçən hissəsində yerləşən «Sərin» restoranında olan zaman 10 gün əvvəl Bakı şəhərindən ferma təsərrüfatında istifadə etmək üçün aldığı 1 ədəd bıçaq da üzərində olmuşdur. Həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək üzərində soyuq silah gəzdirməkdə şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. Polis şöbəsində müdafiəçi kimi X4 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrində vəkil X2 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kişi eynəyi, 1 qutu «Kent» markalı siqaret, sol yan cibindən 1 ədəd açar, şalvarın sağ yan hissəsində kəmərin altından Mingəçevir şəhəri ərazisində, «Boz dağı»n ətəyində yerləşən ferma təsərrüfatında məişətdə istifadə etmək məqsədi ilə alıb üzərində gəzdirdiyi 1 ədəd bıçaq polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin 01 (bir) ədəd bıçağın və digər əşyaların fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Aşkar edilən 1 ədəd bıçaq onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar. Protokolun düzgünlüyünə o da imza etmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət edir. 29 avqust 2023-cü il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsinə dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid3 və Şahid2la birlikdə Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs «Kür çayı»nın sağ sahilinin Mingəçevir şəhəri ərazisindən keçən hissəsində yerləşən «Sərin» restoranında olmasını görüb ona yaxınlaşaraq barəsində qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirmişlər. Polis şöbəsinə vəkil X4 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hər hansı üzərində saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kişi eynəyi, 1 qutu «Kent» markalı siqaret, sol yan cibindən 1 ədəd açar, şalvarın sağ yan hissəsində kəmərin altından Mingəçevir şəhəri ərazisində «Boz dağı»n ətəyində yerləşən ferma təsərrüfatında məişətdə istifadə etmək məqsədi ilə alıb üzərində gəzdirdiyi 1 ədəd bıçaq aşkar olunmuşdur. Aşkar edilən 01 (bir) ədəd bıçağın və digər əşyaların fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan bıçaq zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bıçağın özünə məxsus olmasını, təsərrüfat-məişət işlərində istifadə etmək üçün üzərində gizlədərək saxlamasını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 29 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, həmin gün saat 23:20-dan 23:40-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kişi eynəyi, 1 qutu «Kent» markalı siqaret, sol yan cibindən 1 ədəd açar, şalvarın sağ yan hissəsində kəmərin altından üzərində gəzdirdiyi, soyuq silah hesab edilən 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik eksperizasının xx.xx.2023-cü il tarixli 17/655 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 05 oktyabr 2023-cü il tarixli 3-14-21/2-738/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq bileti verilməmişdir. Cinayət işinin materiallarında olan 18 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi, 1 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağını üzərində gəzdirməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs milli geyim ləvazimatı hesab olunan ərazidən kənarda yaşadığı, ovçuluq peşəsi ilə bağlı olan fəaliyyətlə məşğul olmadığı halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağını xx.xx.2023-cü il tarixdə əynindəki boz rəngli cins şalvarın sağ yan hissəsində, kəmərin altında qanunsuz olaraq gəzdirmiş və həmin gün saat 22:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Kür çayı»nın sağ sahilinin Mingəçevir şəhəri ərazisindən keçən hissəsində yerləşən «Sərin» restoranında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 23:20-dən 23:40-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən həmin 1 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı əynindəki boz rəngli cins şalvarın sağ yan hissəsindən, kəmərin altından aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.4–cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 228.4–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1–ci maddəsinə əsaslanaraq himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il tarixdə doğulmuş Turan və xx.xx.2013-cü il tarixdə doğulmuş Tunar adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Dövlətqaçqınkomun Mingəçevir şəhər nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Dövlətqaçqınkomun Mingəçevir şəhər nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin islah işləri növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin MSY–dən dərhal azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, cəmi 08 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq islah işləri cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 30 manat 60 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 60 (altmış) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-153/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-153/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver