Məhkəmə qərarları › İş №1(051)-154/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-154/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-154/2021 21.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs Vəliyədin qızı – xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Dəymədağıldı kındində qeydiyyatda olan, Mingəçevir şəhəri İncili küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Vəliyədin qızı fərdi sahibkarlıqla məşğul olmaq məqsədi ilə qeyri-yaşayış obyekti inşa etmək üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən Mingəçevir şəhər Bələdiyyəsi ilə öz arasında torpaq sahəsindən istifadə və icarə hüququ haqqında müqavilə bağlamadan, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq, yəni müvafiq yerli icra hakimiyyəti orqanından tikintiyə icazə barədə qərar almadan və tikinti işlərinin aparılması üçün layihə-smeta sənədləri tərtib etmədən 2020-ci ilin iyul ayında Mingəçevir şəhəri Samux küçəsi ilə F.Abdullayev küçələrinin kəsişməsində yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 1,2x1,6 m ölçülərdə 1,92 kv.m tualet və 2,5x1,5 m ölçülərdə 3,75 kv.m saxlanc yeri inşa etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan cəmi 5,67 kv.m Bələdiyyə mülkiyyətində olan topaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Təqsirləndirilən şəxs Vəliyədin qızı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, anası Mingəçevir şəhəri Samux küçəsi ilə F.Abdullayev küçələrinin kəsişdiyi yerdə, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində kafe tikdirmiş, uzun müddət həmin kafeni işlətmişdir. Anasına Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən həmin kafeni tikmək üçün 20 kv/metr torpaq sahəsi ayrılmışdır. Lakin anası kafeni ümumilikdə 80 kv/metr torpaq sahəsində tikdirmişdir. Anası həmin kafenin yerləşdiyi torpaq sahəsini hər dəfə Mingəçevir şəhər Bələdiyyəsi ilə 10 il müddətinə müqavilə bağlayaraq icarəyə götürmüşdür. 2014-cü ilin dekabr ayının 19-da anası vəfat etmişdir. Anası vəfat etdikdən sonra bütün qardaş və bacıları həmin kafedən onun xeyrinə imtina etdilər. O da bundan sonra anasına icarəyə verilən 20 kv/metr torpaq sahəsini Mingəçevir şəhər Bələdiyyəsi ilə müqavilə bağlayaraq icarəyə götürdü. O, 2020-ci ilin iyul ayının ortalarında kafenin arxa tərəfində kiçik ölçülü ayaqyolu tikdirməyə başlamışdır. 2020-ci ilin avqust ayının əvvəllərində kafeyə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri gəlmiş və ona icarə əsasında verilmiş torpaq sahəsindən əlavə torpaq sahəsində tikinti işləri apardığını, tikinti işlərini dayandırmasmı dedilər. O bundan sonra tikinti işlərini dayandırmışdır. O, dəfələrlə Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mingəçevir şəhər Bələdiyyəsinin nümayəndələrinə əlavə 60 kv/metr sahənin icarəyə verilməsi barədə müraciət etmişdir. Həmçinin, tualet tikintisi ilə eyni zamanda yaxınlıqda yerləşən saxlanc yeri kimi istifadə etdiyi sahədə də tikinti işləri aparmışdır. Belə ki, həmin yerdə uçuq vəziyyətdə 1 tərəfli divar olmuşdur və o, həmin sahədə yenidən tikinti işləri apararaq üzərini dam örtüyü ilə örtərək saxlanc yeri kimi istifadə etmişdir. Əməlindən peşimandır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Bələdiyyəsinin hüquqşünası vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Vəliyyəddin qızının Mingəçevir şəhər Bələdiyyəsinin balansında olan 60 kvadratmetr ölçüdə ərazini özbaşına tutub orada tikinti işləri aparması ilə bağlı tərtib edilmiş aktla və cinayət işinə əlavə edilmiş digər materiallarla tanış olmuşdur. Bunlarla bağlı olaraq bildirmişdir ki, Mingəçevir şəhər Bələdiyyəsinin 24.07.2007-ci il tarixli 39/4 nömrəli qərarı ilə həmin sahəsi icarə əsasında 10 il müddətində Təqsirləndirilən şəxs anası X4ma 20 kvadratmetr torpaq sahəsi ayrılmışdır. 14.09.2007-ci il tarixdə Təqsirləndirilən şəxs anası X6 şəhər İcra başçısının 14.09.2007-ci il tarixli sərəncamı əsasında həmin sahədə obyekt tikdirmişdir. 05.08.2020-ci il tarixdə həmin əraziyə baxış keçirilən zaman həmin ərazidə 5,67 kvadratmetr ərazidə qanunsuz tikinti işlərinin aparılması aşkar olunmuşdur. Bələdiyyə mülkiyyətində olan 5,67 kvadrat metr sahəni özbaşına tutaraq orada tikinti inşa etdirməsinə görə təqsirləndirilən şəxs barəsində qanun daxilində tədbir görülməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər İHB-nın 2 nömrəli sahə inzibati ərazi dairəsi nümayəndəsi vəzifəsində işləyir. 05 avqust 2021-ci il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətində özbaşına tikintilərə yol verilməməsi məqsədi ilə Mingəçevir şəhəri ərzisinə baxış keçiriən zaman Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən icarəyə götürülmüş Mingəçevir şəhəri Samux küçəsi ilə F.Abdullayev küçələrinin kəsişməsində yeləşən sahibkarlıq obyektlərinin cərgəsində tikinti işlərinin aparıldığı müəyyən olundu. Araşdırma zamanı bizə məlum oldu ki, Mingəçevir şəhər Bələdiyyəsinin 24.07.2007-ci il tarixli 39/4 nömrəli qərarı ilə həmin sahədə metal qəbulu məntəqəsinin təşkili üçün icarə əsasənda 10 il müddətinə istifadə olunmaq üçün Təqsirləndirilən şəxs anası X2 20 kv.m torpaq sahəsi ayrılmışdır. Həmçinin həmin 20 kv.m ərazidə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 14.09.2007-ci il tarixli sərəncamı əsasında obyekt tikdirmişdir. Ayrılmış torpaq sahəsində Təqsirləndirilən şəxs 20 kv.m torpaq sahəsindən əlavə torpaq sahəsini zəbt edərək qanunsuz tikinti işləri aparmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan ərazidə heç bir layihə sənədləri hazırlamadan və icra hakimiyyəti ilə müvafiq qaydada razılaşdırılmadan özbaşına tikinti işləri aparıldığı müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs müvəqqəti ayrılmış torpaq sahəsində aidiyyəti qurumlar tərəfindən razılşadırılmadan və tikinti qurşadırma işləri apardığı izah olundu. Daha sonra isə əməkdaşların iştirakı ilə aşkar olunmuş hal ilə bağlı akt tərtib olundu və baxışda iştirak edənlər həmin aktı imza etdilər. Təqsirləndirilən şəxs əməli digər Şahid2 Nurəddin oğlunun məhkəmə iclasında verdiyisi ifadəsi ilə, həmçinin Şahid3 Bəhman oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 34-cü vərəqində olan 02 sentyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs kafe kimi işlətdiyi Mingəçevir Bələdiyyəsinin balansında olan Mingəçevir şəhəri Samux küçəsi ilə F. Abdullayev küçələrinin kəsişməsində yerləşən 20 kvadratmetr ərazinin arxasında olan 60 kv.metr ölçüdə ərazidə müştərilərin əyləşməsi üçün istifadə edə bilmələri üçün otaqlar tikilmişdir. İşin 18-ci vərəqində olan 05 yanvar 2019-cu il tarixli 729 saylı müqavilədən görünür ki, sahibkar Təqsirləndirilən şəxs Mingəçevir şəhər Bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayevlə aralarında bağlanmış müqaviləyə əsasən, Mingəçevir şəhəri Samux küçəsi ilə F.Abdullayev küçələrinin kəsişməsində yerləşən 20 kv.m ölçüdə ərazini 08 il müddətində icarəyə götürüb orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İşin 90-cı vərəqində olan 17 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Samux küçəsi ilə, F.Abdullayev küçələrinin kəsişməsində yerləşən sahibkarlıq obyektinin arxa hissəsində ölçüləri 1,6x1,2 metr olan 1,92 kvadrat metr sahədə Təqsirləndirilən şəxs tərəfindən tualet tikilmiş, həmçinin 6,3x7,5 ölçüdə 47,25 kvadrat metr sahədə tikintinin Təqsirləndirilən şəxs anası X3 tərəfindən aparılması qeyd olunmuşdur. İşin 135-ci vərəqində olan 22 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Samux küçəsi ilə, F.Abdullayev küçələrinin kəsişməsində yerləşən sahibkarlıq obyektinin arxa hissəsində Təqsirləndirilən şəxs tərəfindən 1,92 kvadrat metr sahədə tualet və 3,75 kvadrat metr sahədə saxlanc yeri tikilmişdir. İşin 80-82-ci vərəqində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli **********69 nömrəli məktubdan və ona əlavə olunmuş arayışdan və sxemdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən özbaşına tutulan torpaq sahəsi faktiki olaraq 106,0 kv metrdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Vəliyədin qızı fərdi sahibkarlıqla məşğul olmaq məqsədi ilə qeyriyaşayış obyekti inşa etmək üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-68ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən Mingəçevir şəhər Bələdiyyəsi ilə öz arasında torpaq sahəsindən istifadə və icarə hüququ haqqında müqavilə bağlamadan, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq, yəni müvafiq yerli icra hakimiyyəti orqanından tikintiyə icazə barədə qərar almadan və tikinti işlərinin aparılması üçün layihə-smeta sənədləri tərtib etmədən 2020-ci ilin iyul ayında Mingəçevir şəhəri Samux küçəsi ilə F.Abdullayev küçələrinin kəsişməsində yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 1,2x1,6 m ölçülərdə 1,92 kv.m tualet və 2,5x1,5 m ölçülərdə 3,75 kv.m saxlanc yeri inşa etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan cəmi 5,67 kv.m Bələdiyyə mülkiyyətində olan topaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Vəliyədin qızının həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 128-ci vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Vəliyədin qızı əvvəllər məhkum olunmamışdır. İşin 130-cu vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Vəliyədin qızı yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması, Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Vəliyədin qızına cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, qadın olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs Vəliyədin qızının üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Vəliyədin qızının barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 138 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Vəliyədin qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs Vəliyədin qızının üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 138 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. -5 Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar