Məhkəmə qərarları › İş №1(051)-155/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-155/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-155/2021 27.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi Hüseynov Müsaqif Səfər oğlu, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs-xx.xx.1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri V.Hüseynov küçəsi ev 14 mənzil 1 qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs18 aprel 2021-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhər Günəşli bağ massivi 10-cu küçədə yerləşən çayxanada tanışı Şahid1 ilə birlikdə əyləşdikləri zaman Zərərçəkmiş şəxs həmin çayxanaya gəlişindən sonra Şahid1 söhbət əsnasında Zərərçəkmiş şəxs, sonuncunun şəhid ailəsinin yaşadığı binanın qarşısında əvvəllər avtomaşınla maqnitofonda yüksək səslə musiqi dinlədiyinə iradını bildirdiyi zaman o, da Şahid1 dediklərinə şərik olaraq Zərərçəkmiş şəxs eyni məzmunlu iradını bildirərkən, ona olan iradları qəbul etməyən və həmin iradlara qarşı kobud şəkildə cavab qaytaran və bununla bağlı aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, Zərərçəkmiş şəxs sağ göz nayihəsinə yumruqla bir dəfə zərbə endirib ona sağ göz almasının əzilməsi, ağlı qişaya qansızma ilə müşayiət olunan, küt əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 18.04.2021-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhər Günəşli bağ massivi 10-cu küçədə yerləşən Səxavət adlı şəxsin işlətdiyi çayxanaya getdi. Çayxanaya girəndə tanışları Rüfət və Hüseyn çayxanada əyləşdiklərini gördü, onlarla salamlaşıb həmin masaya əyləşdi. Rüfətin nə içməsi yadında qalmayıb, lakin Hüseyn pivə içirdi o, isə özü üçün “Coca-cola ” sifariş etdi. Təxminən 20-25 dəqiqə sonra çayxanaya sonradan tanıdığı Cavid adlı şəxs gəldi. Cavid adlı şəxs çayxanada onlara yaxınlaşıb Hüseyni kənara çağırdı, Hüseynə pul verdi, lakin pul nə üçün verməsini o, bilmədi. Rüfət və o, masada söhbət edərkən Rüfət Cavidi ona göstərək barəsində “çox yekəbaş uşaqdır, bir neçə dəfə mənimlə mübahisə edib” dedi. O isə səbəbini soruşanda dəfələrlə avtomobildə yüksək səsli musiqi ilə şəhid ailəsi yaşayan binanın yaxınlığından keçdiyi üçün onunla aralarında mübahisələrinin yaranması barədə ona danışdı. Cavid onların yanına gələndə ona nə üçün şəhid ailəsi yaşayan binanın yaxınlığında yüksək səslə musiqiyə qulaq asmasını dedikdə Cavid onun üstünə gələrək kobud formada “nə deyirsən” dedikdə aralarında mübahisə yarandı. Cavid Rüfəti vurmaq istədikdə onu yumruqla bir dəfə sifətindən vurdu, bundan sonra Cavid qaçmaq istəyərkən yerə yıxıldı və Rüfət onu təpiklə ayağına vurdu. Sonra Cavid ayağa qalxıb qaçıb çayxanadan getdi, özü isə də bundan sonra çayxanadan uzaqlaşaraq getdi. Onların münaqişənin səbəbi Cavidin əvvəllər şəhid ailəsi yaşayan binanın qarşısından maşında yüksək səslə müsiqiyə qulaq asmasına görə Rüfət ilə mübahisə etməsi olmuşdur. Münaqişə başlamazdan əvvəl onların əyləşdiyi masadan başqa digər masada heçkim olmamışdır. Kafeni işlədən ofisiant orada olmuşdur. Münaqişə təxminən 5-10 dəqiqə davam etdi. Əməlindən peşmandır. Hazırda Cavid ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, 18.04.2021-ci il tarixdə saat 13 radələrində əvvəllər tanıdığı Hüseyn Həsənli ona zəng etdi və görüşmək istədiyini bildirdi. Hüseyn Həsənlini keçmiş qonşusu Şahid1 vasitəsilə uzun müddətdir ki tanımışdır. Onun çağırışı ilə Mingəçevir şəhər Günəşli bağ massivi 10-cu küçədə yerləşən Səxavət adlı şəxsin işlətdiyi çayxanaya öz avtomaşını ilə tək getdi, çayxananın həyətinə daxil olanda Hüseyn keçmiş qonşusu Rüfət ilə birlikdə və daha bir nəfər əvvəllər tanımadığı adını sonradan bildiyi “Momu” ləqəbli Təqsirləndirilən şəxs ilə birlikdə əyləşdiklərini görüb onlara yaxınlaşıb salamlaşdı, onların əyləşdiyi masaya əyləşdi. Sonra Rüfət söhbətə başlayaraq nə üçün Əhməd adlı şəxsdən narkotik vasitə alması barədə kənar şəxslərin yanında danışmasını bəhanə edərək onunla mübahisə etməyə başladı. O, isə Rüfətə və yanındakılara Əhməd adlı şəxsdən narkotik vasitə alması barədə kimsəyə danışmadığını bildirərək inandırmağa çalışdı, Rüfət və Rahil adlı şəxslər isə ona inanmadı və əlavə irad bildirirək şəhid ailəsi yaşayan binanın qarşısında daha əvvəllər də avtomobil ilə yüksək səslə musiqi dinləyərək binanın qarşısından keçməsini bildirdilər. O, həmin məsələ ilə bağlı daha əvvəllər Rüfət ilə aralarında mübahisə olmasını, həmçinin həmin binada şəhid ailəsi yaşamasından məlumatı olmadan yüksək səslə musiqi dinlədi, daha sonra biləndə ki, binada şəhid ailəsi yaşayır, təkrar musiqi dinləmədiyini bildirdi. Təqsirləndirilən şəxs ona irad bildirməsinə əsəbləşərək ona “sən kimsən ki, mənə irad bildirirsən” dedikdə Rahil ilə aralarında mübahisə yarandı və mübahisə zamanı Təqsirləndirilən şəxs onu yumruqla bir dəfə sağ göz nayihəsindən vurdu, bundan sonra üzbəüz əyləşən Rüfət və onun yanında əyləşən Hüseyn ayağa qalxdı, həmin vaxt Hüseyn onun üstünə gəlmədi, lakin o, Rahil ilə əlbəyaxa olarkən Rüfət onlara yaxınlaşıb və təpiklə sağ ayağından vurdu. Bundan sonra o, yerə yıxıldı, sonra döyüləcəyini düşünüb qışqıraraq durub çayxanadan çıxdı. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan məhkəmə-tibb ekspertizasının 25.04.2021 -ci il tarixli 225 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sol alın nahiyyəsində qançır fonunda sıyrıqlar, sağ göz almasına qansızma, sağ gözün ətrafına qançırlar, sağ yanağında və sağ baldırında qançırlar küt əşyanın (alətlərin) təsirindən əmələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən 18.04.2021-ci il tarixə uyğundurlar. -Ağırlıq dərəcələrinə görə sağ göz almasının əzilməsi-ağlı qişaya qansızma sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan Yüngül xərər vurmaya aiddirlər. -rəydə göstərilən digər xəsarətlər sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. İşdə olan 09 avqust 2021-ci il tarixli, “Sübutlar qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 Ayaz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə inzibati xətasını törətmiş və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üçün Mingəçevir ŞPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. İşdə olan DİN Baş əməliyyat və Statistika informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, icraata xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, icraata xitam verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ərizələrini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Vəkil X2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Vəkil X2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar