Məhkəmə qərarları › İş №1(051)-155/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-155/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-155/2022 21.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci il tarixdə Tərtər şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivi 1-ci küçədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi, həmçinin həmin Qanun ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 13-cü bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə metadonun yuxarı həddi üçün 0,02 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,525 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini və şəxsi istehlak miqdarından artıq miqdarda üzərində “Methadon-40” markalanma göstəricisi olan 1 (bir) ədəd konvalyutdakı ümumi təsiredici miqdarı 0,16 qram olan 4 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə hesab olunan metadon tərkibli dərman preparatı-həblərini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış, 24 iyun 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçənin yaxınlığında Şahid4 idarə etdiyi Vaz 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid4lə birlikdə əyləşərkən polis əməkdaşlarının avtomobilə yaxınlaşdığını görüb narkotik vasitə olan metadon tərkibli dərman preparatı-həblərini avtomobilin salonunda qolaltı sandıqçanın içərisinə atmış, polis əməkdaşları tərəfindən Şahid4 ilə birlikdə avtomobilin salonunda saxlanılıb ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən, həmin çəkidə olan narkotik vasitə metadon tərkibli dərman preparatı- həbləri isə Vaz 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda qolaltı sandıqçanın içərisindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, 23 iyun 2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Şəfa bağ massivində gəzərkən İlkin adlı şəxslə görüşərək, həmin şəxsdən narkotik vasitə olan 4 ədəd metadon həblərini 40 manat alıb özü istifadə etmək məqsədi ilə cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Günəşli bağ massvində yerləşən 10-cu küçənin girişində tanışı Nicatla birlikdə Nicata məxsus «VAZ-2106» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əyləşib söhbət edən zaman «Metadon» dərman preparatının həbləri də üzərində olmuşdur. Polis əməkdaşlarının onlara yaxınlaşmasını görüb üzərində olan özünə məxsus «Metadon» həblərini avtomobilin qarşı otaracaqlarının ortasında yerləşən qoltuqaltı sandıqçanın içərisinə qoymuşdur. Polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini ona bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki qara rəngli şalvarın sol arxa cibindən 90 manat nağd pul, sol yan cibindən 1 ədəd «Rothmans» markalı siqaret qutusu, 1 ədəd alışqan, sağ yan kiçik cibindən 1 cüt açar, şalvarın sağ yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Daha sonra Qoşqar və Fariz adlı polis əməkdaşları onu döyərək üzərindən heroin aşkar edilməsini etiraf etməyi ondan tələb etmişlər. O işgəncələrə məruz qaldıqdan sonra məcbur olub üzərindən heroin aşkar edildiyini bildirmişdir. Polis şöbəsindən çıxdıqdan sonra da döyüldüyü üçün səhhətində yaranmış problemlərə görə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında müalicə almışdır. Bundan sonra isə saat 16:20 radələrində Nicatın avtomobilinə baxış keçirilən zaman ona məxsus «Metadon»a oxşar həblər də aşkar edilmişdir. Bununla bağlı bildirdi ki, həqiqətən də Nicata məxsus avtomobilin salonunda qolaltı sandıqçadan aşkar olunmuş metadon həbləri ona məxsus olmuşdur. Lakin Şahid4 üzərindən aşkar olunmuş psixotrop maddəni Nicatın haradan əldə etməsindən məlumatı olmamışdır. Nicat da onun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Polis əməkdaşları onlara yaxınlaşarkən Nicat onun avtomobilin qolaltı sandıqçasına nəsə atdığını görmüş, lakin həmin əşyanın narkotik vasitə olduğunu görməmişdir. Lakin Nicata məxsus avtomobilə baxış keçirilərkən avtomobilin sandıqçasından “Methadon-40” həblər aşkar edilən zaman Nicata həmin həblərin onun tərəfindən polis əməkdaşları onlara yaxınlaşarkər sandıqçaya atıldığını bilmişdir. Qolaltı sandıqçadan aşkar edilmiş 4 ədəd narkotik vasitə olan “Methadon-40” həbləri ona məxsus olmuş, o, həmin həbləri xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Şəfa bağ massivində İlkin adlı şəxsdən 40 manata almışdır. İlkin adlı şəxslə təsadüfən Mingəçevir şəhərinin Şəfa bağ massivində görüşmüş, onunla telefon vasitəsi ilə əlaqə saxlamamış, eləcə də İlkinə məxsus mobil telefon nömrəsini və onun yaşadığı ünvanı da dəqiq bilməmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 24 iyun 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massvində yerləşən 10-cu küçənin girişində tanışı Qurbanla birlikdə özünə məxsus «VAZ- 2106» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əyləşib söhbət edən zaman polis əməkdaşlarının onlara yaxınlaşmasını görən tanışı Qurban üzərindən hansısa əşyanı avtomobilin qarşı otaracaqlarının ortasında yerləşən qolaltı sandıqçanın içərisinə qoymuşdur. Bu zaman polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərini deyərək onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunmuş, o da üzərinə şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi ona təklif olunmuş, şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən ona üzərinə video çəkiliş aparmaqla şəxsi axatırş aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 ədəd 20 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinasları, 1 ədəd «Samsung» markalı mobil telefon, 1 ədəd alışqan, avtomobilin açarları, şalvarın sağ yan cibindən 90 manat nağd pulu, içərisində çubuq və 1 ədəd «Rothmans» siqaret qutusu və siqaret qutusunun içərisində siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş içərisində psixotrop maddə «metamfetamin»ə oxşar kütlə polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Daha sonra isə saat 16:20 radələrində avtomobilinə baxış keçirilməsi təklif edilmiş, o da avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Avtomobilə baxış keçirilməzdən əvvəl ona avtomobildə saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya varsa çıxarıb təqdim etməyi bildirilmişdir. O da avtomobildə özünə məxsus hər hansı qadağan olunmuş əşya olmadığını, lakin polis əməkdaşları onlara yaxınlaşarkən Qurbanın avtomobilin qabaq oturacağında olan sandıqçaya nəsə ataraq gizlətdiyini bildirmişdir. Ona görə onun özü sandıqçanı açıb orada olan üzərinə “Methadon-40” yazılmış 4 ədəd həbləri çıxarıb təqdim edərək həmin həblərin özünə deyil, Qurbana məxsus olduğunu bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilmiş, lakin avtomobilə baxış keçirilərkən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğuna o da imza etmişdir. O, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından, eləcə də Qurbanın həmin narkotik vasitəni haradan əldə etməsindən məlumatı olmadığını, Qurbanın da onun üzərində psixotrop maddə olmasından məlumatı olmadığını bildirmişdir. Polis əməkdaşları onlara yaxınlaşarkən, Qurbanın avtomobilin qolaltı sandıqçasına nəsə atdığını görmüş, lakin polis əməkdaşları yaxın olduğundan o, imkan edib həmin əşyanın nə olmasını görə bilməmişdir. Eləcə də Qurbandan bu barədə soruşa bilməmişdir. Lakin polis şöbəsində ona məxsus avtomobilə baxış keçirilərkən avtomobilin sandıqçasından “Methadon- 40”həbləri aşkar edilən zaman o, həmin həbləri Qurbanın polis əməkdaşları onlara yaxınlaşarkən ora atdığını başa düşmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2, Şahid3 və o, Mingəçevir şəhər sakinləri Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid4 və Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Günəşli bağ massivi 10-cu küçədə Vaz 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdiklərini görüb onlara yaxınlaşaraq, Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində ilkin olaraq Şahid4 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid4 də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, eləcə də şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid4 təklif olunmuş ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Şahid4 də əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd içərisində psixotrop maddə metamfetamin olan gümüşüağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Şahid4 üzərindən aşkar olunmuş psixotrop maddəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Bundan sonra Şahid4 idarə etdiyi Vaz 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi Şahid4 bildirilərək, avtomobildə saxlanılması qanunla qadağan olmuş hər hansı əşya varsa çıxarıb təqdim etməyi təklif olunmuşdur. Şahid4 də avtomobildə saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya saxlamadığını, lakin polis əməkdaşları onlara yaxınlaşarkən Qurban avtomobilin salonunda qolaltı sandıqçaya nəsə atdığını bildirib, avtomobilə yaxınlaşıb avtomobilin qabaq qapısını açıb salonda olan qolaltı sandıqçanın içərisindən 4 ədəd həbləri təqdim etmişdir. Həmin həblərə baxarkən üzərində “Methadon-40” sözləri yazılmış həblər olduğu müəyyən edilmişdir. Sorğu zamanı Şahid4 həmin həblərin özünə deyil onunla birlikdə avtomobildə olmuş Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahid4 idarə etdiyi avtomobildən aşkar olunmuş 4 ədəd “Methadon-40” həbləri bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da, imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o, əynindəki qara rəngli şalvarın sol arxa cibindən 90 manat nağd pul, sol yan cibindən 1 ədəd «Rothmans» markalı siqaret qutusu, 1 ədəd alışqan, sağ yan kiçik cibindən 1 cüt açar, şalvarın sağ yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefon və 1 ədəd içərisində narkotik vasitə heroin olan şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalavarın sağ yan cibindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan büküm digər iştirakçıların yanında açılarkən içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə oxşar kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, şəffaf sellofan bükümü ilə birlikdə ümumi çəkisi 0,76 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən köhnə vərəm dispanserinin həyətində keçərkən yerdən tapdığını və özü istifadə etmək üçün üzərində gizlədərək saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da də imza etmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs Şahid4 məxsus avtomobilin salonunda qolaltı sandıqçadan aşkar edilmiş 4 ədəd “Methadon-40” həblərinin də özünə məxsus olduğunu, həmin həbləri Mingəçevir şəhəri Şəfa bağ massivi ərazisində İlkin adlı şəxsdən alıb üzərində gizlədərək saxladığını, polis əməkdaşlarının onlara yaxınlaşdığını görüb avtomobilin salonunda olan qolaltı sandıqçanın içərisinə ataraq gizlətdiyini, həmin 4 ədəd “Methadon-40” həblərinin Şahid4 deyil, özünə məxsus olmasını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik vasitə heroinin üzərindən aşkar edilməməsi ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsində polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zor tətbiqinə məruz qaldığını, onu tutan polis əməkdaşlarından Qoşqar və Fariz adlı şəxslərin Mingəçevir Şəhər Polis şöbəsinin inzibati binasında onu vurduğunu və üzərindən heroin aşkar edilməsini etiraf etiraf etməsini ondan tələb etdiyini, bununla da o, işgəncəyə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxsin döyülməsi, xəsarət alması ilə bağlı bildirdikləri, məhkəmə istintaqı zamanı təyin edilmiş məhkəmə tibbi müayinəsinin rəyi ilə təkzib olunmuşdur. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2022-ci il tarixli 649 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarətlər aşkar olunmamışdır. Bununla yanaşı, onun üzərində video çəkilişlə şəxsi axtarış keçirilən vaxt qara rəngli şalavarın sağ yan cibindən şəffaf sellofan büküm aşkar olunarkən, həmin psixotrop maddənin özünə məxsus olduğunu çəkiliş zamanı müdafiəçinin yanında etiraf etmiş, hətta müdafiəçi soruşduqda da döyülmədiyini və həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu təkrarən bildirmişdir. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı istinad etdiyi dəlillər əsassızdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə həmin hissədə tənqidi yanaşır, həmçinin onun ifadəsinin məhkəmə istintaqında təkzib olunan hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarın sağ yan cibində gizlədərək saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümündə ümumi təmiz çəkisi 0,525 qram olan olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid4 idarə etdiyi Vaz 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qolaltı sandıqçadan Təqsirləndirilən şəxs gizlətdiyi Təqsirləndirilən şəxs məxsus 4 (dörd) ədəd narkotik vasitə olan metadon tərkibli dərman preparatı-həbləri aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “DVD” diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən çəkilmiş Şahid4 idarə etdiyi avtomobilə baxış keçirilməsi prosesini özündə əks etdirən xx.xx.2022ci il tarixli “DVD” diskə baxış protokolundan görünür ki, Şahid4 Fidafıl oğlunun idarə etdiyi Vaz 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qolaltı sandıqçanın içərisindən 1 (bir) ədəd konvalyutda olan 4 (dörd) ədəd narkotik vasitə olan metadon preparatı-həbləri aşkar olunmuş, Şahid4 həmin narkotik vasitə metadonun tanışı Təqsirləndirilən şəxs məxsus olmasını bildirməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/526 saylı rəyindən görünür ki, əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 0,525 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindır. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3547 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün N 76” dairəvi möhür əksi, “Şahid4 məxsus Vaz 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş..” yazısı olan zərfdə, üzərində “Methadon 40” markalanma göstəricisi olan konvalyutdakı 4 (dörd) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 4 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir (konvalyutun üzərindəki göstəricisinə əsasən). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1294 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunduqdan sonra yerdə qalan ümumi qalıq çəkisi 0.475 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd narkotik vasitə olan metadon tərkibli dərman preparatı-həblər iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,525 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini və üzərində “Methadon-40” markalanma göstəricisi olan 1 (bir) ədəd konvalyutdakı ümumi təsiredici miqdarı 0,16 qram olan 4 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə hesab olunan metadon tərkibli dərman preparatı-həblərini əldə edib üzərində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olmas, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,525 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini və şəxsi istehlak miqdarından artıq miqdarda üzərində “Methadon-40” markalanma göstəricisi olan 1 (bir) ədəd konvalyutdakı ümumi təsiredici miqdarı 0,16 qram olan 4 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə hesab olunan metadon tərkibli dərman preparatı-həblərini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış, 24 iyun 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçənin yaxınlığında Şahid4 idarə etdiyi Vaz 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid4lə birlikdə əyləşərkən polis əməkdaşlarının avtomobilə yaxınlaşdığını görüb narkotik vasitə olan metadon tərkibli dərman preparatı-həblərini avtomobilin salonunda qolaltı sandıqçanın içərisinə atmış, polis əməkdaşları tərəfindən Şahid4 ilə birlikdə avtomobilin salonunda saxlanılıb ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən, həmin çəkidə olan narkotik vasitə metadon tərkibli dərman preparatı- həbləri isə Vaz 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda qolaltı sandıqçanın içərisindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2022–ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xx.xx.2022–ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 06 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM–in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata da alınmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunu ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi–0.475 qram olan narkotik vasitə-heroin və 2 ədəd narkotik vasitə olan metadon tərkibli dərman preparatı-həblər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 183 (yüz səksən üç) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 24 iyun 2022-ci ildən 26 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, təmiz qalıq çəkisi 0.475 qram olan narkotik vasitə-heroin və 2 ədəd narkotik vasitə olan metadon tərkibli dərman preparatı-həblər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 183.10 (yüz səksən üç manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar